Bu sifarişçidə eyni kateqoriyada 19 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
134 satınalma, 68 müxtəlif qalib
Ən çox udan: "AZİNTEREXPO" Məhdud Məsuliyyətli Cəmiyyəti (14, 10.4%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.04% ilə 79.19% arasında aşağı düşüblər, medianı 12.95%.
Bu tender üçün bu 95.252 ₼ ilə 85.924 ₼ arasıdır.
20.541 ₼ məbləğindən aşağı heç kim udmayıb.
222 ₼
Sənədlər 25 ₼ + iştirak 197 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Tədbirin keçirilməsi üçün rahat yerləşimi, əlverişli oturacaq düzülüş imkanı və texniki infrastrukturu olan konfrans zalının seçimi və icarəyə götürülməsi ● 100 nəfər üçün \ 1 tam gün ● Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Kollegiyasının 2023-ci il “2” may tarixli 3-46/3-2-4KQ/23 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə" meyarlarından keçmiş 5 ulduzlu otellərin birində; ● Qonaqlar üçün ayrıca gözləmə zalının olması; ● Konfrans zalının təkmilləşdirilmiş isitmə və havalandırma sisteminin, xüsusi işıqlandırma avadanlıqlarının olması ● Təmizlik xidmətlərinin periodik olaraq göstərilməsi; ● Çıxış edən şəxs üçün 1 ədəd kürsü, kürsü üzərində quraşdırılmış masaüstü mikrofon, kürsünün ön tərəfində çıxışçının adının əks olunması üçün LCD (1080x1920px) ekran; ● Wi-Fi 5 standartında (IEEE 802.11ac standartı) ən az 100 mbit sürət ilə simsiz internetə bağlanma imkanı; ● İştirakçıların kompüterlərini enerji ilə təmin etməsi üçün uzadıcıların (udlinitellərin) təmin edilməsi; ● Konfrans üçün stosionar vəsaitlər - 5 ədədlik bağlamada A4 qeyd kağızı, diyircəkli mavi mürəkkəbli qələm (180 ədəd) ● Tədbir zalı üçün 750 ml. qablaşdırmada qazsız mineral su (100 ədəd) | 2 | gün |
| 2 | Tədbir iştirakçıları üçün qidalanmanın (nahar və kofe fasiləsi) təmin olunması Nahar fasiləsi (100 nəfər üçün \ 1 dəfə) ● Soyuq başlanğıc (11 növ): ● Əsas \ İsti yemək (7 növ): ● Desertlər (6 növ): ● İçkilər (5 növ): Kofe fasiləsi (100 nəfər üçün \ 4 dəfə) ● Günün I yarısı üçün: ● Günün II yarısı üçün: | 2 | ədəd |
| 3 | Tədbirin üçün zəruri avadanlıqların icarəsi, icarəyə götürülmüş avadanlıqların peşəkar quraşdırma və tədbir müddəti ərzində texniki nəzarətlə təmin olunması ● 2 ədəd simsiz radiomikrofon ● Bütün zalı əhatə edən səs gücləndirici sistemi ● LED lövhə \ proyektor ● Məsafədən təqdimat idarəetmə cihazı ● İdarəolunabilən multimedia (audio\video) sistemi ● Nümayiş olunacaq görüntülərin və səs effektlərinin idarə olunması, eyni zaman iştirak edəcək 30 nəfərin süni intellekt agentlərindən istifadə etməklə MVP məhsul hazırlaya bilməsi üçün yüksək hesablama gücünə malik 30 ədəd kompüterin təmin edilməsi ● intel i5 \ i7 prosessor ● Minimum 16 GB operativ yaddaş (RAM) ● Minimum 512 GB SSD yaddaş ● RTX 3060 + GPU ● HDMI 2.0. çıxışı ● 3.5 mm audio TRS port ● Minimum 1 ədəd USB 3.0 çıxışı ● Minimum 1 ədəd Type-C çıxışı ● Hər bir iştirakçının süni intellekt agentindən istifadə imkanının təmin edilməsi məqsədilə təxminən 20 ABŞ dolları dəyərində olan Cursor AI (Pro plan) üzrə 30 ədəd lisenziyanın alınması Avadanlıqların icarəsi, quraşdırılması (montaj və demontaj), tədbir zamanı idarə olunması və daşınılması xərcləri nəzərə alınmalıdır. | 2 | ədəd |
| 4 | Tədbirin konsepsiyasına və təşkilatçının tələblərinə uyğun olaraq bütün hazırlıq və təşkilati mərhələlərin peşəkar şəkildə planlaşdırılması, texniki təminatın koordinasiyası və digər logistik məsələlərin idarə olunması ● Təşkilatçının tələblərinə uyğun olaraq tədbirin konsepsiyasının hazırlanması; ● Təşkilatçının tələblərinə uyğun olaraq tədbirin üçün informativ xarakterli veb səhifənin və anketin hazırlanması; ● Təşkilatçı ilə razılaşdırmaqla tədbir gününün proqramının tərtib olunması; ● Tədbirə müraciət etmiş şəxslərin müraciət anketlərinin analiz olunması və iştirakçılarının ilkin seçimi; ● Təşkilatçı tərəfindən müəyyən olunmuş yekun iştirakçı siyahısına uyğun olaraq şəxslərin tədbirə dəvət olunması; ● Tədbir üçün tələb olunan bələdçi sənədlərin hazılranması; ● Tədbirin formatına uyğun olaraq tədbir zalının düzülüşünün hazırlanması; ● 3-cü tərəflərdən cəlb ediləcək xidmətlər, həmçinin mal və materialların alışı ilə bağlı əlaqələndirmə və koordinasiya işlərinin həyata keçirilməsi; ● Tədbir günü, tədbir zalının girişində iştirakçılarının və tədbirə gəlmiş digər qonaqların elektron qeydiyyatının təmin olunması; ● Tədbirin müəyyən olunmuş proqram əsasında axışının idarə olunması; ● Təşkilatçının sorğularının cavablandırılması; ● Təşkilatçı tərəfindən tələb olunan hesabatların hazırlanması; | 1 | ədəd |
| 5 | Tədbirin vizual kimliyinə uyğun olaraq yüksək keyfiyyətli materiallardan istifadə etməklə çap işlərinin həyata keçirilməsi ● Roll-up (2 ədəd) - Ölçü: 208x85 sm. - Dayaq konstruksiya + Çap - PVC material + Roland çap ● Banner (1 ədəd) - Ölçü: 300 x200 sm. - Dayaq konstruksiya + Çap ● Sertifikat, təşəkkürnamə və diplomlar (30 ədəd) - Ölçü: A4 - 300 qr. - Mat kağız ● T-Shirt (40 ədəd) - Ölçü: M - Yumru yaxa - Ağ rəng - İki tərəfli çap (çap sahəsi: 20x30 sm) ● Çanta (50 ədəd) - Üzərində çap - Ölçü: 28x34x9 sm - Parça + düyməli ● Bloknot (50 ədəd) - Ölçü: 10.5x15 cm. - Üz və arxa vərəq: 300 qr. (bristol kağız + laminasiya) - İç vərəqi: 80 qr. - İç vərəq sayı: 50 vərəq ● Qələm (50 ədəd) - Plastik material (antibakterial) - üzərində çap - Göy rəngli mürəkkəb ● İsimlik (50 ədəd) - Ölçü: 100 x 70 mm - İki üzlü tam rəngli çap ● Mükafat çekləri (3 ədəd) - Ölçü: 2x1 m. - Forex üzərinə vinil ilə çap ● Tədbirin gündəliyi (60 ədəd) - Ölçü: A4 (120 q.) - Rəngli çap ● Zərf (50 ədəd) - Ölçü: (24x32 sm. (120 q.) - Rəngli çap ● Komanda kartları (30 ədəd) - Ölçü: (24x32 sm. (300 q.) - Parlaq kağıza rəngli çap * Materialların çatdırılması və quraşdırılması (montaj və demontaj) xərcləri nəzərə alınmalıdır. | 1 | ədəd |
| 6 | Tədbir müddəti ərzində verilmiş xüsusi tapşrıqların icrası üçün istifadə olunacaq dəftərxana ləvazimatların tədarük edilməsi ● Flip chart (40 ədəd) - Qalınlq: 100 qr - Sayı: 25 vərəq ● Yapışqan qeyd kağızı (40 ədəd) - Sayı: 5*80 ədəd - Rəng: 5 müxtəlif rəngdə ● Rəngli kağızlar (40 ədəd) - Rəngli karton - Formatı: A4 - Rəng sayı: 10 ədəd ● Marker (40 ədəd) - Rəng: 3 fərqli rəngdə - Təyinatı: Kağız üçün - Ucluğun forması: Kəsik ● Yapışqan (40 ədəd) - Növü: Kağız üçün ● Qayçı (40 ədəd) - Materialı: Plastik/Metal - Təyinatı: Kağız üçün ● Yapışqan lent (40 ədəd) - Növü: Birtərəfli yapışqan lent ● Kağız (5 ədəd) - Formatı: A4 - Qalınlığı: 80 qram - Vərəq sayı: 500 ● Jurnallar (40 ədəd) - 3 fərqli tirajda ● Çərçivə (20 ədəd) - Materialı: Taxta - Formatı: A4 - Ölçüsü: 21x29.7sm ● İsimliklər üçün tutacaq (40 ədəd) - Format: A5 üçün | 1 | ədəd |
| 7 | Təşkilatçının korporativ brend üslubuna və tədbirin mövzusuna uyğun olaraq konsept dizaynının, çap materiallarının, müxtəlif platformalar üçün vizual təsvirlərin və multimedia məzmunun hazırlanması; Tədbirin loqotipinin və konsept dizaynlarının hazırlanması; Çap materiallarının dizaynı: Hər bir dizayn tərtibatından 1 unikal dizaynda olmaqla ● Banner ● Roll-up ● Zərf ● Diplom (Qaliblər üçün) ● Qələm ● Bloknot ● Çanta ● T-Shirt ● Tədbirin gündəliyi ● Mükafat çekləri ● Komanda kartları ● İsimlik (iştirakçılar üçün) ● İsimlik (təşkilatçılar üçün) ● İsimlik (könüllülər üçün) ● İsimlik (münsiflər üçün) ● İsimlik (mentorlar üçün) ● Təşəkkürnamə (Könüllülər üçün) ● Təşəkkürnamə (Tərəfdaşlar üçün) ● Təşəkkürnamə (Münsiflər üçün) ● Təşəkkürnamə (Jurilər üçün) ● Sertifikat (İştirakçılar üçün) * Master fayllar (.ai formatında) tədbirin sonunda təşkilatçıya təqdim edilməlidir. Rəqəmsal materialların dizaynı: ● Təqdimat şablonu ● Ekran üçün əsas təsvir ● Çıxışçıların təqdimat təsvir ● Panel iştirakçılarının nümayiş olunduğu təsvir ● Münsiflərin təqdimat təsviri ● Kürsü üzərindəki ekran üçün təsvir ● Finalçıların siyahısı nümayişi üçün istifadə olunan təsvir ● Qaliblərin siyahısı nümayişi üçün istifadə olunan təsvir ● İntellektual oyunun qalibinin nümayişi üçün istifadə olunan təsvir ● Sponsor və tərəfdaşların siyahısı ● Çıxış edən komanda adlarının nümayişi üçün istifadə olunan təsvirlər ● Mentorlar üçün qiymətləndirmə kartı ● Geri sayım ekranının dizaynı ● Tədbirin hesabatı ● Təlimat sənədi ● Qeydiyyat sistemi üçün örtük dizaynı * Rəqəmsal mühit üçün hazırlanacaq dizaynlar HD (minimum: 144 px.) standartlarında olmalıdır. Master fayllar (.ai formatında) tədbirin sonunda təşkilatçıya təqdim edilməlidir. Sosial şəbəkə paylaşılmları üçün: ● Müsabiqənin elan postu üçün sosial şəbəkə paylaşımlarında istifadə olunacaq təsvir ● Qeydiyyat prosesinin başlamasını bildirən sosial şəbəkə paylaşımlarında istifadə olunacaq təsvir ● Tərəfdaşların tanıtımı üçün sosial şəbəkə paylaşımlarında istifadə olunacaq təsvir ● Qeydiyyat prosesinin yekunlaşmasına neçə gün qaldığınının elan olunması üçün sosial şəbəkə paylaşımlarında istifadə olunacaq təsvir ● Mükafat fondu barədə məlumatın dərc edilməsi üçün sosial şəbəkə paylaşımlarında istifadə olunacaq təsvir ● Tədbirin qalibləri barədə məlumatın dərc edilməsi üçün sosial şəbəkə paylaşımlarında istifadə olunacaq təsvir ● Ümumi ismarıcların çatdırılması üçün sosial şəbəkə paylaşımlarında istifadə olunacaq təsvir * Sosial şəbəkələrdə paylaşım üçün hazırlanacaq dizaynlar hər bir sosial şəbəkənin (Facebook, instagram, Linkedin) standart ölçülərinə adaptasiya olunmalıdır. Audio effektləri ● Tədbirin gedişində arxa fonda ifa ediləcək musiqili səs effekti ● Fasilələr zamanı ifa ediləcək musiqili səs effekti ● Qaliblərin elanı zamanı arxa fonda ifa ediləcək musiqili səs effekti ● Layihələrin təqdimatı zamanı gerisayım lövhəsi üçün istifadə ediləcək səs effekti ● Mükafatlandırma zamanı arxa fon müşaiəti üçün arxa fonda ifa ediləcək musiqi * Səs effektləri üçün ümumi standart: - Bitrate: 320 kbps. - Format: .mp3 - Sterio | ||
| 8 | Tədbirin məqsədinə uyğun yaradıcı və strukturlaşdırılmış xüsusi ssenarilərin, həmçinin, iştirakçıları yönləndirəcək və aktiv iştiraka təşviq edəcək tapşırıqların tərtib olunması ● Komanda üzvləri arasında qarşılıqlı tanışlığı təşviq etmək və daha açıq, əməkdaşlığa meyilli bir mühit yaratmaq məqsədi ilə “Komanda katalizatoru” adlı sessiya üçün xüsusi tapşırıq, bələdçi sənəd və qiymətləndirmə meyarlarının hazırlanması; ● Tədbir iştirakçılarınının zehni bacarıqlarını stimullaşdırmaq, analitik düşüncə və qrup əməkdaşlığını təşviq etmək, eyni zamanda motivasiyaedici və maarifləndirici bir mühit yaratmaq məqsədi ilə “İntellekt rinqi” adlı sessiya üçün xüsusi tapşırıq, bələdçi sənəd və qiymətləndirmə meyarlarının hazırlanması; ● Tədbir iştirakçılarının sərbəst və yaradıcı şəkildə fikir irəli sürməsini təmin edərək, müəyyən bir problemə və ya mövzuya dair maksimum sayda müxtəlif və innovativ ideyalar toplamaq məqsədi ilə “Beyin fırtınası” adlı sessiya üçün xüsusi tapşırıq, bələdçi sənəd və qiymətləndirmə meyarlarının hazırlanması; ● Tədbir iştirakçılarının qısa zaman ərzində yaradıcı düşüncə, komanda əməkdaşlığı və texniki bacarıqların sintez olunduğu, komanda potensialını gücləndirmək, real problemlərə yönəlmiş innovativ yanaşmalar hazırlamaq məqsədi ilə “mini Hackathon” adlı sessiya üçün xüsusi tapşırıq, bələdçi sənəd və qiymətləndirmə meyarlarının hazırlanması; | 1 | ədəd |
| 9 | İştirakçıların müsabiqəyə rahat və sürətli qeydiyyatı üçün onlayn qeydiyyat forması və real vaxt rejimində məlumatların toplanmasını və idarə olunmasını təmin edən sistemin hazırlanması; ● Qeydiyyat platformasını açıq keçid bağlantısı formasında paylaşmaq imkanı olmalıdır; ● Qeydiyyat platforması həm kompüter həm də mobil telefon ekran ölçülərinə avtomatik adaptasiya edilə bilən formada olmalıdır; ● İştirakçı qeydiyyat anketinin doldurulma səviyyəsini “progress bar” vasitəsi ilə izləyə bilməlidir; ● İnzibatçı tərəfindən qeydiyyatdan keçən iştirakçıların siyahısını real-vaxt rejimində izləmə imkanı olmalıdır; ● İştirakçıların siyahısını tədbirin təşkilatçısı ilə real-vaxt rejimində paylaşma imkanı mövcud olmalıdır; ● Qeydiyyat anketindəki xanaları müvafiq mövzu başlıqları əsassnda qruplaşdırmaq imkanı olmalıdır; ● Qeydiyyat anketindəki xanalar üçün şərtli-məntiq funksionallığından istifadə olunmalıdır; ● Qeydiyyatdan keçən istifadəçilərin fərdi məlumatları 256-bit SSL şifrələmə qorunmalıdır; ● İnzibatçı paneli vasitəsi ilə cavabları qruplaşdırmaq və növbəti mərhələyə keçən iştirakçıları işarələmək mümkün olmalıdır; ● Yeni qeydiyyatdan keçən iştirakçılar barədə inzibatçıya e-poçt bildirişi göndərilməlidir; ● İştirakçı anketlərinə inzibatçı tərəfindən şərh yazıla bilinməlidir; ● Anketləri CSV, Excel, PDF ixrac etmək mümkün olmalıdır; ● Ən az 1000 iştirakçının müraciət etməsi mümkün olmalıdır; ● Sistem ən azı 100 iştirakçının sistemdən paralel istifadəçini dəstəkləməlidir; ● Qeydiyyat anketi Azərbaycan dilində olmalıdır; ● Qeydiyyat anketinin vizual görünüşü tədbirin korporativ stilinə uyğunlaşdırılmalıdır; | 2 | ədəd |
| 10 | Tədbir iştirakçılarının aktivliyini artırmaq və əyləncəli atmosfer yaratmaq məqsədilə real vaxt rejimində nəticələrin qeydiyyatı və dinamik idarəetmə imkanına sahib xüsusi interaktiv oyun sisteminin və sual bankının hazırlanması ● İntellektual oyun üçün tədbirin mövzusu ilə əlaqəli xüsusi yanaşma əsasında 50 sualdan ibarət sual bankı hazırlanmalıdır; ● Sualların çətinlik dərəcələrinə görə 3 qrupa (asan, orta, çətin) ayrılmalıdır; ● İnteraktiv oyun sistemi vasitələsi ilə sualları çətinlik dərəcəsinə görə ardıcıllıqla ixtiyari seçim əsasında, cavab variantları ilə birlikdə ekranda nümayiş etdirmək imkanı mövcud olmaldır; ● Sualın nümayişindən sonra cavabların qeydiyyatı üçün geri sayım ekranı nümayiş olunmalıdır ● Cavabların qeydiyyat müddəti bitdikdən sonra doğru cavab variantı nümayiş olunmalıdır; ● Doğru cavabın nümayişindən sonra cari sualın sıralaması nümayiş olunmalıdır; ● Moderator idarétmə panelindən suallar arası keçid və gerisayımı idarə edə bilməlidir; | 2 | ədəd |
| 11 | Münsiflər heyəti tərəfindən iştirakçıların çıxışlarının və tapşırıqlarının real vaxt rejimində qiymətləndirilməsinə və nəticələrin avtomatik toplanaraq şəffaf və obyektiv şəkildə təqdim olunmasına xidmət edən elektron sistemin hazırlanması ● Qiymətləndirmənin elektron şəkildə təşkil olunması məqsədi ilə münsiflər heyətinin hər bir üzvü kompüter və ya planşetlə təmin edilməlidir; ● Qiymətləndirmə üçün xüsusi elektron sistem istifadə olunmalıdır; ● Təqdimatı həyata keçirən komandanın qiymətləndirmə anketi moderator tərəfindən münsiflərin qiymətləndirilməsi üçün seçilə bilinməlidir; ● Münsiflər tərəfindən hər bir qiymətləndirmə meyarı üçün ayrılıqda balın yazılması mümkün olmalıdır; ● Yazılan qiymətləndirmə balının müvafiq meyar üzrə icazə verilən maksimum aralıqda olması real vaxt rejimində yoxlanılmalıdır; ● Münsiflərin həyata keçirdiyi qiymətləndirmənin məcmu nəticəsi inzibatçı panelində əks olunmalıdır; ● Yekun nəticələr əsasında toplanan bala ardıcıllıqla azalan siyahı ilə yekun nəticə cədvəlinin tərtib edilməsi mümkün olmalıdır; | 2 | ədəd |
| 12 | Tədbir öncəsi hazırlıq sessiyalarının hibrid və ya tam onlayn formatda təşkil edilməsi üçün uyğun video-konfrans platformasının konfiqurasiya edilməsi və onlayn sessiyanın idarə edilməsi Dəstəklənən əməliyyat sistemi: ● Windows: 7, 8, 10, 11 (32 və 64-bit) ● macOS: X 10.10+ ● Linux: Ubuntu, Debian, CentOS, Fedora, OpenSUSE ● Mobil OS: iOS 8.0+ və Android 5.0+ Video parametrləri: ● HD və Full HD video dəstəyi (720p və 1080p) ● Active Speaker və Gallery View (grid görünüşü) ● Virtual Background (yaşıl ekran dəstəyi ilə və ya onsuz) Audio parametrlər: ● Noise Suppression (fona səsin təmizlənməsi) ● HD audio (48kHz, mono/stereo) ● “Original Sound” rejimi (musical instrument üçün) Paylaşım İmkanları: ● Ekran paylaşımı (bütün ekran, pəncərə və ya tətbiq seçimi) ● Whiteboard (rəqəmsal lövhə) ● Annotation (şərhlərin yazılması ekran üzərinə) ● Remote Control (başqa iştirakçının ekranına nəzarət) Təhlükəsizlik: ● End-to-end encryption (E2EE) seçimi ● Waiting Room (gözləmə otağı) ● Şifrə ilə qorunan görüşlər ● İnzibatçı tərəfindən iştirakçıların mikrofon/kamera nəzarəti Əlavə funksionallıqlar: ● Görüşün original keyfiyyətdə video yazısının qeydə alınması imkanı; ● Danışıqların transkriptinin (avtomatik) yazılması imkanı; ● Sinxron tərcümə üçün əlavə səs kanalının istifadə edilməsi imkanı; | 2 | ədəd |
| 13 | Peşəkar fotoqraf tərəfindən tədbirin bütün mərhələləri əhatə olunacaq şəkildə yüksək keyfiyyətli şəkillərinin çəkilməsi, çəkilən şəkillərin redaktə olunaraq dərc ediləcəkləri mənbələr üçün optimallaşdırılması və xam materialların arxiv formasında təşkilatçıya təqdim olunması ● Tədbirin bütün mərhələlərini əhatə edən foto çəkilişin aparılması; ● Yüksək keyfiyyətli peşəkar texnika ilə çəkilişlərin təmin olunması ● Çəkilən şəkillərin ilkin seçiminin edilməsi və redaktə (rəng tənzimlənməsi, kəsmə, kontrast, parlaqlıq və s.) olunması; ● Şəkillərin dərc olunacağı mənbələrə uyğun format və ölçülərdə optimallaşdırılması; ● Çəkilmiş şəkillərin yüksək keyfiyyətli JPEG formatda təqdim olunması ● Bütün şəkillərin xam (.raw) formatda ayrıca arxivləşdirilərək təqdim olunması ● Redaktə olunmuş şəkillərin ayrıca kataloq şəklində sıralanması və adlandırılması ● Tədbir sonrası maksimum 3 iş günü ərzində materialların tam şəkildə təşkilatçıya təhvil verilməsi | 2 | nəfər |
| 14 | Tədbirin əsas məqamlarının və atmosferinin əks olunduğu video çəkilişin həyata keçirilməsi, tədbirin konsept və brend üsulubuna uyğun olaraq montajlanması, montajlı və xam materialların təşkilatçıya təqdim olunması ● Tədbirin əsas məqamlarını və ümumi atmosferi əks etdirən peşəkar video çəkilişin həyata keçirilməsi; ● Çəkilişlərin minimum 4K UHD (3840x2160) keyfiyyətdə aparılması; ● Stabilizator (gimbal), çox bucaqlı çəkiliş, dron (əgər zərurət yaranarsa) və əlavə işıqlandırma vasitələrindən istifadə etməklə yüksək keyfiyyətli peşəkar texnika ilə çəkilişlərin təmin olunması ● Tədbirin konsepti və brend üslubuna uyğun olaraq videonun montaj olunması; ● Təqdimat məqsədli 1-3 dəqiqəlik qısa “highlight” video hazırlanması (16:9 formatında) və tədbirin mükafatlandıma mərhələsindən öncə nümayiş olunması; ● Tam çəkilişlərin montajlanmış (long-form) versiyasının hazırlanması; ● Montaj olunmuş videoların MP4 (H.264 codec) formatında yüksək keyfiyyətli təqdim olunması; ● Xam (raw) video materialların ayrıca arxiv formasında təqdim olunması; ● Tədbir sonrası maksimum 3 iş günü ərzində materialların tam şəkildə təşkilatçıya təhvil verilməsi | 2 | nəfər |
| 15 | Tapşırıqların icrası zamanı iştirakçıların yönləndirilməsi və motivasiya dəstəyi göstərilməsi, həmçinin, iştirakçıların inkişafına dəstək olmaq məqsədilə sahə üzrə təcrübəli mentorların tədbirə cəlb edilməsi ● Sahə üzrə təcrübəyə malik peşəkar mentorların tədbirə cəlb olunması (3-5 nəfər); ● Tədbir müddətində iştirakçıların tapşırıqları icra edərkən fasilitator funksiyasının icra edilməsi; ● İştirakçıların davamlı olaraq motivasiya olunması və ruhlandırıcı dəstəklə təşviq edilməsi; ● Mentorların inkişaf yönümlü konstruktiv rəy və tövsiyələr verməsi; ● Mentor dəstəyinin iştirakçıların nəticələrinə və öyrənmə prosesinə real təsir göstərməsi üçün ilkin mərhələ qiymətləndirilməsi; | 8 | nəfər |
| 16 | Tədbir iştirakçıları tərəfindən təklif olunacaq layihə konseptlərinin qiymətləndirməsinin obyektiv və müstəqil şəkildə həyata keçirilməsi üçün peşəkar mütəxəssislərin jüri qismində tədbirə cəlb olunması ● Tədbirə müvafiq sahə üzrə təcrübəyə və reputasiyaya malik, peşəkar mütəxəssislərdən ibarət jüri heyətinin cəlb edilməsi; ● Jüri üzvlərinin layihə qiymətləndirmə prosesində tam neytrallığını və obyektivliyini qoruması; ● Qiymətləndirmə məqsədi ilə hər bir mərhələ üçün ayrılıqda əvvəlcədən təsdiqlənmiş obyektiv meyarlar toplusunun hazırlanması və jüri üzvlərinə təqdim edilməsi; | 4 | nəfər |
| 17 | Tədbirin etibarlılığını artırmaq məqsədilə xaricdən sahə üzrə tanınmış ekspertin dəvət olunması, dəvət və qonaqlama ilə bağlı bütün əlaqəli məsələlərin həll edilməsi, dəvət olunmuş ekspert tərəfindən xüsusi sessiyanın təşkil olunması ● Ekspert müvafiq sahədə beynəlxalq tanınma və praktiki təcrübəyə malik olmalıdır; ● Ekspertin gəliş-gedişi, viza, uçuş biletləri və digər logistika məsələlərinin tam şəkildə təşkil olunması; ● Ekspertin qonaqlama ilə bağlı bütün ehtiyacların (nəqliyyat, yemək) qarşılanması; ● Dəvət olunmuş ekspert tərəfindən tədbir çərçivəsində xüsusi sessiyanın (master-klass) keçirilməsi | 1 | ədəd |
| 18 | Tədbirin motivasiyaedici təsirini gücləndirmək üçün qaliblərə təqdim ediləcək pul və ya qeyri-pul mükafatları. ● Mükafatlarının tədbirdən sonra da uzunmüddətli fayda verəcək (inkişafyönümlü) hədiyyələrdən seçilməsi; I yer: hər komanda üzvünə - 3000 AZN məbləğində qeyri-pul mükafatı II yer: hər komanda üzvünə - 2000 AZN məbləğində qeyri-pul mükafatı III yer: hər komanda üzvünə - 1000 AZN məbləğində qeyri-pul mükafatı | 1 | ədəd |
| 19 | Pitch təqdimatı üzrə təlim xidməti Bu xidmət startap hakatonu iştirakçılarına layihə ideyalarını beynəlxalq təcrübədə qəbul olunmuş pitch təqdimatı formatında təqdim etmə bacarıqlarının öyrədilməsini əhatə edir. | 1 | ədəd |
| 20 | Demo Day tədbirinin təşkili xidməti • Demo Day tədbirinin 1 gün ərzində təşkili və keçirilməsi; • İştirakçıların yekun layihə təqdimatlarının beynəlxalq təcrübədə qəbul olunmuş Demo Day formatına uyğun təşkil edilməsi; • İştirakçı komandaların layihələrini münsiflər heyəti, mentorlar, tərəfdaşlar və dəvət olunmuş qonaqlar qarşısında təqdim etməsi üçün təqdimat ardıcıllığının və çıxış proqramının hazırlanması; • Təqdimatlar üçün səhnə, səs sistemi, proyektor/LED ekran, mikrofon və digər texniki avadanlıqların təmin edilməsi; • Demo Day zamanı iştirakçıların pitch təqdimatlarının idarə olunması, çıxış vaxtlarına nəzarət və tədbir axınının koordinasiya edilməsi; • Münsiflər heyəti üçün qiymətləndirmə prosesinin təşkili, qiymətləndirmə meyarlarının təqdim olunması və nəticələrin toplanmasının təmin edilməsi; • Tədbirin açılış, təqdimat, sual-cavab, qiymətləndirmə və yekun elan mərhələlərinin təşkil olunması; • Demo Day çərçivəsində qalib komandaların elan edilməsi və yekun mükafatlandırma mərhələsinin keçirilməsi; • Demo Day tədbirinin ümumi koordinasiyası, proqram üzrə idarə edilməsi və təşkilati dəstəyin göstərilməsi. | 1 | ədəd |
| 1 |
| ədəd |
Satınalmalarının 180 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 29 sen 2026
son qələbə 21 sen 2026
son qələbə 29 sen 2026
son qələbə 19 iyn 2026
son qələbə 02 apr 2026