Sifarişçi: "BEŞBARMAQ DAĞI" DÖVLƏT TARİX-MƏDƏNİYYƏT VƏ TƏBİƏT QORUĞU
Bu sifarişçidə eyni kateqoriyada 2 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
3 satınalma, 3 müxtəlif qalib
Ən çox udan: "DEZON" Məhdud Məsuliyyətli Cəmiyyəti (1, 33.3%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.4% ilə 67.99% arasında aşağı düşüblər, medianı 19.98%.
Bu tender üçün bu 1.972 ₼ ilə 1.662 ₼ arasıdır.
665 ₼ məbləğindən aşağı heç kim udmayıb.
35 ₼
Sənədlər 25 ₼ + iştirak 10 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Xlor 1 litr həcmində, qatı gel formasında dezinfeksiyaedici və ağardıcı vasitə Tərkibi - Xlor-Sodyum karbonat-Kostik. Aktivlik fəaliyyəti-90%. PH dərəcəsi-13 . Effektiv dezinfeksiya və ağardıcı xüsusiyyətlərə malik olmalı, sanitar qovşaqların, döşəmə və digər uyğun səthlərin təmizlənməsi üçün nəzərdə tutulmalıdır. Tərkibində aktiv xlor komponenti olmalıdır. | 30 | ədəd |
| 2 | Fırça (Şotka) Plastik altlıqlı, sərt və aşınmaya davamlı sintetik tüklərdən hazırlanmış olmalıdır. Tüklər altlığa möhkəm bərkidilməli, intensiv istifadə zamanı tökülməməli və formasını saxlamalıdır. Dəstəyi möhkəm, erqonomik və nəmə davamlı olmalıdır. Sanitar qovşaqların intensiv təmizlənməsi üçün uyğun olmalıdır. təxminən 400 × 110 × 35 mm, tük uzunluğu 35 mm, dəstək uzunluğu 300 mm. | 12 | ədəd |
| 3 | Kafel təmizləyici "Kafel, keramika və digər uyğun sərt səthlərdə kir, yağ, sabun qalıqları və ərpin təmizlənməsi üçün yüksək effektiv vasitə. Maye, gel və ya sprey formasında ola bilər. Səthin materialına zərər verməməli və asanlıqla yuyulmalıdır. Minimum 500 ml həcmində, zavod qablaşdırmasında təqdim edilməlidir.Ən sərt əsas göstəricilər: Həcm: ≥500 ml pH: 12,5–13,5 Aktiv xlor: istehsalçı TDS-də konkret faizlə göstərilməli və laborator/titrimetrik sənədlə təsdiqlənməlidir Tərkib: NaOCl + Na₂CO₃ + NaOH Etiket və təhlükəsizlik məlumatları məcburi Qablaşdırma və etiket üzrə tolerans: ±2%" | 9 | ədəd |
| 4 | Əl sabunu (MAYE) 1 litr həcmində, yüksək keyfiyyətli maye sabun. Effektiv təmizləyici xüsusiyyətə malik, dəriyə yumşaq təsir göstərən və intensiv istifadəyə uyğun olmalıdır. pH-balanslı formulaya malik olmalı, kəskin qoxu yaratmamalıdır. Əsas sərt meyarlar: 1000 ml / ≥980 ml faktiki həcm; aktivlik ≥11%; pH 5,5±0,3; özlülük 2500–5000 mPa·s; HDPE ≥0,8 mm; 1 m düşmə davamlılığı; ≥5000 dispenser dövrü; son istifadə müddəti ≥18 ay; | 18 | ədəd |
| 5 | Yastı platformalı və mikrofiber bezli döşəməsilən dəst (Mop) Yastı platformalı, 360° hərəkət imkanına malik, mikrofiber bezli mop dəsti. Mikrofiber bez yüksək su və kirudma qabiliyyətinə malik, yuyula bilən və təkrar istifadəyə davamlı olmalıdır. Platforma möhkəm və zərbəyə davamlı materialdan hazırlanmalı, bezin etibarlı bərkidilməsini təmin etməlidir. Tutacaq möhkəm, erqonomik, nəmə davamlı və tənzimlənən/teleskopik konstruksiyaya malik olmalıdır.Ən sərt əsas ölçülər: Platforma: 450 × 120 mm Mikrofiber: 450 × 120 mm, ≥300 q/m², 70/30 polyester-poliamid Tutacaq: 1400–1800 mm 360° mexanizm: ≥20 000 dövr Bez: ≥300 yuma dövrü Yük davamlılığı: ≥10 kq Tolerans: ±3%" | 9 | ədəd |
| 6 | Mətbəx dəsmalı Peşəkar və intensiv mətbəx istifadəsi üçün nəzərdə tutulmuş, 100% daranmış pambıqdan hazırlanmış tekstil məhsulu olmalıdır. Parçanın toxunması sıx, vahid və ilmə quruluşu stabil olmalı, boş ilmələrə, deşiklərə, toxuma qüsurlarına və qeyri-bərabər sahələrə yol verilməməlidir. Hazır məhsulun ölçüsü 40×60 sm, ölçü toleransı maksimum ±2% olmalıdır. Parça səthinin kütləvi sıxlığı minimum 450 q/m², lif tərkibi isə laboratoriya və ya istehsalçı uyğunluq sənədi ilə 100% pambıq olaraq təsdiqlənməlidir. Suudma qabiliyyəti laboratoriya üsulu ilə yoxlanıldıqda minimum 7 ml/q olmalı, mayeni səthdə yaymadan sürətli qəbul etməlidir. Parçanın kapilyar suudma müddəti maksimum 5 saniyə olmalıdır. Dəsmal minimum 150 tam yuma-qurutma dövrünə davam gətirməli, bu müddətdən sonra parça strukturunda dağılma, həddindən artıq tükvermə və tikişlərin açılması müşahidə edilməməlidir. 60°C-də yuyulmadan sonra ölçü itkisi maksimum 3% olmalıdır. Kənarlar bütün perimetr boyunca minimum ikiqat tikişlə, minimum 10 mm tikiş eni ilə işlənməli və tikiş xəttində minimum 8 tikiş/sm sıxlığı təmin edilməlidir. Tikiş sapı yüksək möhkəmlikli polyester və ya pambıq-polyester qarışığından hazırlanmalı, dartılma zamanı tikişin açılmasına yol verilməməlidir. Dəsmalın səthindən quru və yaş istifadə zamanı əllərə və təmizlənən səthlərə nəzərəçarpacaq miqdarda lif və tük keçməməlidir. Rəngli məhsul istifadə ediləcəksə, rəng 60°C yuma və yaş/quru sürtünmə nəticəsində əhəmiyyətli dərəcədə dəyişməməlidir. Məhsul yağ, su, qida qalıqları və digər məişət çirklənmələrini sürətli qəbul etməli və təkrar yuma zamanı təmizlənmə xüsusiyyətini saxlamalıdır. Materialda kəskin kimyəvi qoxu, yağlılıq və dəri ilə təmasda qıcıqlanma yarada biləcək emal qalığı olmamalıdır. Hər bir dəst daxilindəki məhsullar eyni material, ölçü, sıxlıq və keyfiyyət göstəricilərinə malik olmalıdır. Məhsul yeni, istifadə olunmamış və gigiyenik qablaşdırmada təqdim edilməlidir. | 19 | ədəd |
| 7 | Plastik su qabı Sanitar qovşaqlarda və təsərrüfat işlərində intensiv, gündəlik və uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş, 1,8–2,0 litr nominal tutumlu peşəkar tipli su qabı olmalıdır. Korpus 100% birincil PP (polipropilen) və ya texniki göstəriciləri daha yüksək olan ekvivalent materialdan hazırlanmalı, materialın qida ilə təmasa uyğunluğu və kimyəvi davamlılığı istehsalçı sənədi ilə təsdiqlənməlidir. Təkrar emal olunmuş, kövrək və kəskin qoxulu plastikdən istifadə yolverilməzdir. Korpusun orta divar qalınlığı minimum 2,5 mm, alt hissənin qalınlığı minimum 3,0 mm, tutacaq hissəsinin konstruktiv qalınlığı isə minimum 8 mm olmalıdır. Məhsulun ümumi hündürlüyü 280–330 mm, gövdənin maksimal eni 150–190 mm, dərinliyi 120–160 mm aralığında olmalıdır. Tutacaq korpusla birləşmə nöqtələrində minimum 12 mm konstruktiv möhkəmləndirməyə malik olmalı və tam dolu qabın çəkisindən minimum 3 dəfə artıq statik yükə, yəni minimum 6 kq yükə 60 saniyə ərzində çatlama, qopma və daimi deformasiya olmadan davam gətirməlidir. Tutacaq erqonomik, sürüşməyə qarşı səthə malik olmalı və yaş əllə istifadə zamanı təhlükəsiz tutulmanı təmin etməlidir. Su doldurma ağzının daxili diametri minimum 70 mm, tökmə ağzının daxili diametri minimum 20 mm olmalı və suyun fasiləsiz, nəzarətli axınını təmin etməlidir. Korpus tam doldurulduqda tutacaq və gövdə birləşməsində nəzərəçarpacaq əyilmə və boşalma olmamalıdır. Məhsul 1,2 m hündürlükdən beton və ya sərt səthə boş vəziyyətdə ardıcıl 3 düşmə sınağına çatlama və funksional qüsur olmadan davam gətirməlidir. Bundan əlavə, tam dolu vəziyyətdə 1,0 m hündürlükdən bir dəfə düşmə zamanı korpusun dağılmasına və tutacağın qopmasına yol verilməməlidir. Material 0–70°C temperatur intervalında çatlama, kövrəkləşmə və nəzərəçarpacaq deformasiya yaratmamalıdır. Məhsul pH 5–11 aralığında olan məişət təmizləyici vasitələrin qısa müddətli təsirinə davamlı olmalıdır. Korpus minimum 20 000 doldurma–boşaltma dövrünə hesablanmalı, normal istifadə zamanı forma sabitliyini saxlamalıdır. Su ilə təmas edən daxili səth tam hamar, məsaməsiz və asan yuyulan olmalı, materialdan suya rəng, kəskin qoxu və görünən hissəcik keçirməməlidir. Məhsulun bütün kənarları radiuslaşdırılmış, iti və xəsarət yarada biləcək hissələrdən azad olmalıdır. Tutum üzrə tolerans ±1,5%, xətti ölçülər üzrə tolerans ±2%-dən artıq olmamalıdır. | 15 | ədəd |
| 8 | Vedrə (Plastik) Peşəkar, intensiv təsərrüfat istifadəsi üçün nəzərdə tutulmuş 10–12 litr tutumlu vedrə olmalıdır. Korpus yalnız birincil, yüksək sıxlıqlı PP (polipropilen) və ya mexaniki göstəriciləri daha yüksək olan ekvivalent materialdan hazırlanmalıdır. Təkrar emal olunmuş və kövrək xammaldan istifadə yolverilməzdir. Korpusun orta divar qalınlığı minimum 3,0 mm, alt hissənin qalınlığı minimum 4,0 mm, üst kənarın möhkəmləndirici halqasının qalınlığı minimum 4,0 mm olmalıdır. Nominal faydalı tutum 10,0–12,0 litr, maksimum həndəsi tutum isə minimum 13 litr olmalıdır. Vedrənin ümumi hündürlüyü 300–360 mm, üst xarici diametri 310–350 mm, alt xarici diametri 230–280 mm olmalıdır. Gövdə tam dolu vəziyyətdə 20 kq statik şaquli yükə 120 saniyə ərzində çatlama, daimi deformasiya və alt hissədə çökmə olmadan davam gətirməlidir. Altlıq minimum 4,0 mm qalınlığında, möhkəmləndirilmiş radial qabırğalara malik olmalı və tam dolu vedrənin daşınması zamanı elastik çökməni minimuma endirməlidir. Alt dayaq səthi vedrənin boş və tam dolu vəziyyətdə hamar səthdə aşmadan stabil dayanmasını təmin etməlidir. Tutacaq paslanmayan polad və ya yüksək möhkəmlikli metal, minimum 8 mm diametrli materialdan hazırlanmalı və korpusun hər iki tərəfində minimum 4 mm qalınlığında əlavə plastik/metal möhkəmləndirici elementlərlə bərkidilməlidir. Tutacaq birləşməsi minimum 35 kq dartılma yükünə 60 saniyə ərzində qopmadan və daimi deformasiya olmadan davam gətirməlidir. Tutacaq tam dolu vedrə ilə minimum 5000 qaldırma-endirmə dövrünə davamlı olmalıdır. Tutacaqda yaş əllə sürüşməni azaltmaq üçün erqonomik qoruyucu örtük olmalıdır. Korpus minimum 1,5 m hündürlükdən sərt səthə boş vəziyyətdə 5 ardıcıl düşmə, həmçinin 1,0 m hündürlükdən 12 kq su ilə doldurulmuş vəziyyətdə 2 düşmə sınağına çatlama və funksional qüsur olmadan davam gətirməlidir. Material 0–70°C temperatur intervalında kövrəkləşməməli, yumşalmamalı və daimi deformasiya yaratmamalıdır. Vedrə pH 3–12 aralığında olan məişət təmizləyici və dezinfeksiyaedici məhlullarla təkrar təmas zamanı çatlama, rəng dəyişməsi və səth dağılması göstərməməlidir. Korpus minimum 20 000 doldurma–boşaltma dövrünə davamlı olmalıdır. Daxili və xarici səthlər hamar, məsaməsiz, asan yuyulan, iti kənarsız və istehsal qüsurlarından tam azad olmalıdır. Vedrə tam dolu vəziyyətdə qaldırıldıqda gövdənin diametrində 2%-dən artıq daimi deformasiya yaranmamalıdır. | 6 | ədəd |
| 9 | Küçə tipli metal tullantı qabı "Göstərici Tələb Tutum 45–50 litr Ümumi hündürlük 780–850 mm En 340–390 mm Dərinlik 280–330 mm Korpus materialı Sinklənmiş və ya ekvivalent korroziyaya davamlı polad Korpus qalınlığı Minimum 1,5 mm Alt hissə qalınlığı Minimum 2,0 mm Qapaq qalınlığı Minimum 1,5 mm Qapaq açılışı Minimum 250 × 180 mm Qapaq mexanizmi Minimum 20 000 açılıb-bağlanma dövrünə davamlı Birləşmələr Möhkəm qaynaq və ya mexaniki birləşmə; boşalma və deformasiya olmamalıdır Boya örtüyü Elektrostatik toz boya, minimum 80 mikron Korroziyaya davamlılıq Açıq hava şəraitində uzunmüddətli istifadə üçün Dayaqlar Minimum 4 ədəd, sürüşməyə davamlı Dayaq hündürlüyü 40–60 mm Drenaj dəliyi Minimum 2 ədəd, hər biri 8–12 mm Konstruksiyanın yükdaşıma qabiliyyəti Minimum 75 kq Ölçü toleransı ±3% Rəng Qara, tünd boz və ya tünd yaşıl Səth Hamar, iti kənarsız, asan təmizlənən İstismar şəraiti Yağış, qar, UV şüalanması və temperatur dəyişikliklərinə davamlı" | 9 | ədəd |
| 10 | Sanitar qovşaq üçün plastik su tütyəci 2 – 2,5 litr tutumlu, qalın divarlı, yüksək keyfiyyətli və zərbəyə davamlı plastikdən hazırlanmalıdır.Rəng: mavi, yaşıl , Uzun və möhkəm tutacağa, rahat doldurma və boşaltma imkanına malik olmalıdır. Materialı nəmə və məişət təmizləyici vasitələrinə davamlı olmalıdır. İntensiv gündəlik istifadəyə yararlı olmalıdır.Rəng davamlılığı: su və məişət təmizləyici vasitələrin təsiri altında rəngini dəyişməməli və solmamalıdır.Tərkib: kəskin qoxu verən, asan qırılan və aşağı keyfiyyətli təkrar plastikdən hazırlanmış məhsullar qəbul edilməməlidir. | 9 | ədəd |
| 11 | Süpürgə "Otaqların və sərt döşəmə səthlərinin intensiv təmizlənməsi üçün yüksək keyfiyyətli süpürgə. Tükləri aşınmaya davamlı sintetik materialdan hazırlanmalı və altlığa möhkəm bərkidilməlidir. İstifadə zamanı tüklərin tökülməsi və formasının tez dəyişməsi yolverilməzdir. Tutacaq möhkəm, erqonomik və nəmə davamlı olmalıdır. Xəkəndazla birlikdə istifadəyə uyğun olmalıdır.Ümumi uzunluq: 1250–1400 mm İşçi hissənin eni: 280–350 mm İşçi hissənin hündürlüyü: minimum 50 mm Tutacaq diametri: 22–30 mm Tutacaq uzunluğu: minimum 1100 mm Tük uzunluğu: 55–75 mm Tük lifinin diametri: 0,20–0,35 mm Tük sıxlığı: minimum 18–25 dəstə / 10 sm" | 9 | ədəd |
| 12 | Kompyuter üçün kartric "Canon 067 modelinə tam uyğun, yeni, istifadə olunmamış və zavod qablaşdırmasında təqdim edilməlidir. Orijinal və ya istehsalçı göstəricilərinə və çap keyfiyyətinə tam ekvivalent OEM səviyyəli məhsul olmalıdır. Çap zamanı ləkələnmə, zolaqlanma və toner sızması yaratmamalıdır. Qablaşdırma zədəsiz olmalıdırİstehsalçıdan orijinal holoqramlı, QR kod ilə oxuna bilən kartric olmalı." | 1 | ədəd |
Satınalmalarının 3 dərc olunmuş nəticəsi üzrə. Nəticələr azdır, paylar hələ az şey deyir.
son qələbə 12 iyn 2026
son qələbə 16 sen 2025
son qələbə 07 iyl 2025