Sifarişçi: "İNNOVASİYALAR MƏRKƏZİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Bu sifarişçi işi bölüşdürür: 45 satınalmanı 30 müxtəlif təchizatçı udub.
45 satınalma, 30 müxtəlif qalib
Ən çox udan: "LİDER TƏMİZLİK" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (8, 17.8%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.07% ilə 70% arasında aşağı düşüblər, medianı 18.58%.
Bu tender üçün bu 49.052 ₼ ilə 41.793 ₼ arasıdır.
15.399 ₼ məbləğindən aşağı heç kim udmayıb.
128 ₼
Sənədlər 25 ₼ + iştirak 103 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Təkərli ofis oturacaqları əməkdaşlar Ayaqları yüksək keyfiyyətli sərt plastikdən hazırlanmış qara rəngli, 5 ulduzlu dayaq konstruksiyasına malik və 5 ədəd təkərlə təchiz edilmiş olmalıdır. Oturacağın eni 500 mm, dərinliyi 500 mm, yerdən hündürlüyü 440–510 mm arasında tənzimlənə bilən, arxalığın hündürlüyü isə 740 mm olmalıdır. Oturacaq hissəsi yüksək keyfiyyətli, nəfəsalan məsaməli parça ilə üzlənməli, arxalıq hissəsi isə sərt tor (mesh) materialdan hazırlanmalıdır. Başlıq və qoltuqlar hündürlük və mövqe üzrə tənzimlənə bilən olmalı, qol qoyulan hissələr plastik örtüklə təchiz edilməlidir. Kreslo 4-cü sinif (Class 4) qazlift amortizatoru ilə təchiz olunmalı, arxalığın önə və arxaya hərəkəti, müxtəlif mövqelərdə sabitlənməsi üçün 2 funksiyalı mexanizmə malik olmalıdır. Onurğa dəstəyi təmin edilməli və oturacaq hissəsinin sinxron tənzimləmə funksiyası mövcud olmalıdır. Diametri 60 mm olan, 360° fırlanan, döşəmə səthini cızmayan poliuretan materialdan hazırlanmış ikili təkərlərlə təchiz edilməlidir. Kreslonun yükdaşıma qabiliyyəti minimum 120 kq, ümumi çəkisi isə minimum 20 kq olmalıdır. Təchizatçı tərəfindən ən azı 12 ay zəmanət təqdim edilməlidir. | 9 | ədəd |
| 2 | Təkərli ofis oturacağı müdir Ümumi korpusu xromla üzlənmiş keyfiyyətli tökmə metaldan hazırlanmalıdır. 5 ulduzlu dayaq konstruksiyasına malik və 5 ədəd təkərlə təchiz edilmiş olmalıdır. Oturacağın eni 530 mm, dərinliyi 520 mm, yerdən hündürlüyü 440–510 mm arasında tənzimlənə bilən, arxalığın hündürlüyü isə 740 mm olmalıdır. Başlıq, arxalıq və oturacaq hissəsi sərt tor (mesh) materialdan hazırlanmalıdır. Başlığı tənzimlənən, qoltuqları 4D tənzimlənə bilən olmalı, qol qoyulan hissələr plastik örtüklə təchiz edilməlidir. Kreslo 4-cü sinif (Class 4) qazlift amortizatoru ilə təchiz olunmalı, arxalığın önə və arxaya hərəkəti, müxtəlif mövqelərdə sabitlənməsi üçün 2 funksiyalı mexanizmə malik olmalıdır. Onurğa dəstəyi təmin edilməli və oturacaq hissəsinin sinxron tənzimləmə və önə arxaya tərpənmə funksiyası mövcud olmalıdır. Diametri 60 mm olan, 360° fırlanan, döşəmə səthini cızmayan poliuretan materialdan hazırlanmış ikili təkərlərlə təchiz edilməlidir. Kreslonun yükdaşıma qabiliyyəti minimum 130 kq, ümumi çəkisi isə minimum 25 kq olmalıdır. Təchizatçı tərəfindən ən azı 12 ay zəmanət təqdim edilməlidir. | 1 | ədəd |
| 3 | Təkərli iclas otağı oturacaqları Ayaqları yüksək keyfiyyətli xrom materialdan hazırlanmış, 5 ulduzlu dayaq konstruksiyasına malik və 5 ədəd təkərlə təchiz edilmiş olmalıdır. Oturacaq hissəsi A Group keyfiyyətli, iri məsaməli parça ilə üzlənməli, 55 DNS sıxlıqlı poliuretan enjeksiyon süngərlə doldurulmalı və süngərin qalınlığı 70–90 mm arasında olmalıdır. Söykənəcək hissə A Group keyfiyyətli, iri məsaməli torlu parça materialdan hazırlanmalı, hündürlüyünün tənzimlənməsi funksiyasına və istifadəçinin onurğa sütununu dəstəkləyən xüsusi bel dayağına malik olmalıdır. Qoltuqlar sərt plastik materialdan hazırlanmalıdır. Kreslo 4-cü sinif (Class 4) qazlift amortizatoru ilə təchiz edilməli və oturacaq hündürlüyünün tənzimlənməsini təmin etməlidir. Oturacaq hissəsinin ölçüsü minimum 450 × 500 mm, söykənəcək hissəsinin ölçüsü minimum 450 × 500 mm, kreslonun ümumi hündürlüyü isə minimum 950 mm olmalıdır. Oturacaq, söykənəcək və gövdə hissələri qara rəngdə olmalıdır. Təchizatçı tərəfindən məhsula minimum 12 ay zəmanət verilməlidir. | 10 | ədəd |
| 4 | Ofis oturacaqları qonaq Ayaqları yüksək keyfiyyətli xrom materialdan hazırlanmış, 5 ulduzlu dayaq konstruksiyasına malik və 5 ədəd təkərlə təchiz edilmiş olmalıdır. Oturacaq hissəsi A Group keyfiyyətli, iri məsaməli parça ilə üzlənməli, 55 DNS sıxlıqlı poliuretan enjeksiyon süngərlə doldurulmalı və süngərin qalınlığı 70–90 mm arasında olmalıdır. Söykənəcək hissə A Group keyfiyyətli, iri məsaməli torlu parça materialdan hazırlanmalı, hündürlüyünün tənzimlənməsi funksiyasına və istifadəçinin onurğa sütununu dəstəkləyən xüsusi bel dayağına malik olmalıdır. Qoltuqlar sərt plastik materialdan hazırlanmalıdır. Kreslo 4-cü sinif (Class 4) qazlift amortizatoru ilə təchiz edilməli və oturacaq hündürlüyünün tənzimlənməsini təmin etməlidir. Oturacaq hissəsinin ölçüsü minimum 450 × 500 mm, söykənəcək hissəsinin ölçüsü minimum 450 × 500 mm, kreslonun ümumi hündürlüyü isə minimum 950 mm olmalıdır. Oturacaq, söykənəcək və gövdə hissələri qara rəngdə olmalıdır. Təchizatçı tərəfindən məhsula minimum 12 ay zəmanət verilməlidir. | 2 | ədəd |
| 5 | Müdir dəsti Əsas masa yan tumbalı – 2000x1660x760 (yan tumba - 1660*550*650 (3 siyirməli, qapılı və mərkəzi kilidli), Jurnal masa - 700*600*500, Dolab dəsti - 1700x420x1506. Materialı: Üst lay : TAM 36 mm-lik (Yalançı dekorativ panel (obmanka) qəbul olunmur), digər hissələr 18 mm-lik MDF boya materialdan ibarət olmalıdır. Bütün açıq kənar səthlər üst hissədə - 2mm, digər hissələrdə 1mm PVC kənarbant ilə örtülməlidir. Kənarbant laminatın rəngi və teksturası ilə uyğunlaşdırılmalı, UV qoruyucu qat ilə təmin olunmalıdır. Kənarların isti hava texnologiyası ilə yapışdırılması tələb olunur. Səthdə deformasiyaya yol verilməməlidir. Metal konstruksiya: Masanın daşıyıcı ayağı X formalı konstruksiyada olub 50×50 mm ölçülü kvadrat kəsikli metal profildən hazırlanmalıdır. Metal hissələr elektrostatik toz boya ilə örtülməli, korroziyaya və mexaniki təsirlərə davamlı olmalı, qaynaq birləşmələri səliqəli emal edilməli və konstruksiya istismar zamanı əyilmə, boşalma və ya yellənmə yaratmamalıdır. Ayaqların alt hissəsində döşəməni zədələməyən tənzimlənən plastik dayaqlar nəzərdə tutulmalıdır. Dolab iki funksional bölmədən ibarət olmalıdır. Sol hissədə 600 mm enində paltarların asılması üçün nəzərdə tutulmuş bölmə yerləşməli, bu bölmə paslanmaya davamlı metal asqı borusu və üst saxlama rəfi ilə təchiz edilməli, tam hündürlüklü qapı ilə bağlanmalıdır. Sağ hissədə aşağı hissədə 4 ədəd teleskopik əyləcli siyirmə, yuxarı hissədə qapılı saxlama bölməsi və müxtəlif ölçülü açıq rəflər nəzərdə tutulmalıdır. Aksesuarlar: Ray: teleskopik əyləcli. Dəstək: metal. Petlə Öz-özünə bağlanan, 304 paslanmaz metal. 50 mm xrom ayaq olmalıdır. Montaj zamanı bütün korpus və qapı bağlantıları minifiks və şarnirli sistemlərlə yığılmalı, bu birləşmə texnologiyası yüksək struktur sabitliyi və görünməyən montaj nöqtələrini təmin etməli, həmçinin bütün bağlantı və montaj fitinqləri paslanmaya davamlı, uzunömürlü və yüksək keyfiyyətli metal komponentlərdən istifadə olunmaqla həyata keçirilməlidir. | 1 | ədəd |
| 6 | Masalar orta zona üçün (əməkdaşlar) (metal ayaqla) 1400*700*750 mm Masa üstü minimum 25 mm, ön panel minimum 18 mm qalınlığında laminat örtüklü DSP (LDSP) materialdan hazırlanmalıdır. İstifadə olunan LDSP materialı cızılmaya, nəmə, zərbəyə və gündəlik istifadədən yaranan aşınmaya davamlı olmalı, bütün görünən kənarları minimum 2 mm qalınlığında PVC kənar bantı ilə örtülməlidir. Masanın ayaqları minimum 50×50 mm ölçülü metal profildən hazırlanmalı, səthi korroziyaya, paslanmaya və mexaniki təsirlərə qarşı davamlı olmalıdır. Metalın divar qalınlığı 1.5 mm olmalıdır. Konstruksiya yüksək möhkəmliyə malik olmalı, intensiv istifadə zamanı silkələnmə, əyilmə və deformasiyaya yol verməməli, bütün birləşmələr möhkəm və gizli bərkidici elementlərlə icra edilməlidir. Metal və taxta hissələrin birləşmələri estetik görünüşlü olmalı, görünən səthlərdə qüsurlar, iti kənarlar və montaj izləri olmamalıdır. İstehsalda istifadə olunan bütün materiallar yeni, yüksək keyfiyyətli, E1 emissiya sinfinə uyğun və insan sağlamlığı üçün təhlükəsiz olmalıdır. Məhsul ofislərdə və inzibati binalarda uzunmüddətli intensiv istifadə üçün yararlı olmalı, təchiz edilən məhsula minimum 24 ay zəmanət təqdim edilməlidir. | 8 | ədəd |
| 7 | Masa dəsti əməkdaş Əsas masa 2000x800x750, Dolab 1880x400x1500. Material: Üst hissəsi - TAM qalınlıq – 25 mm, digər hissələr – 18 mm yüksək sıxlıqlı LDSP. Yalnız 1 təbəqədən hazırlanmalıdır (qalınlaşdırma məqsədilə yapışdırıcı, birləşdirici və digər vasitələrin istifadəsi qəbul olunmur). Bütün açıq kənar səthlər üst hissədə - 2mm, digər hissələrdə 1mm PVC kənarbant ilə örtülməlidir. Kənarbant laminatın rəngi və teksturası ilə uyğunlaşdırılmalı, UV qoruyucu qat ilə təmin olunmalıdır. Kənarların isti hava texnologiyası ilə yapışdırılması tələb olunur. Səthdə deformasiyaya yol verilməməlidir. Dolab üç hissədən ibarət olmalıdır. Sol hissə qapalı paltar bölməsi olub, daxilində asqılıq borusu və yuxarı rəf nəzərdə tutulmalıdır. Mərkəz hissə açıq rəf sistemi və dekorativ X formalı bölücülərlə hazırlanmalıdır. Sağ hissə qapalı qapılı olub, daxilində müxtəlif hündürlüklərdə sabit rəflər yerləşdirilməlidir. Dolab müasir dizayna malik olmalı, ağac teksturalı korpus və kontrast rəngli qapılarla icra edilməlidir. Aksesuarlar: Bas-açlı. Petlə Öz-özünə bağlanan, 304 paslanmaz metal. Montaj zamanı bütün korpus və qapı bağlantıları minifiks və şarnirli sistemlərlə yığılmalı, bu birləşmə texnologiyası yüksək struktur sabitliyi və görünməyən montaj nöqtələrini təmin etməli, həmçinin bütün bağlantı və montaj fitinqləri paslanmaya davamlı, uzunömürlü və yüksək keyfiyyətli metal komponentlərdən istifadə olunmaqla həyata keçirilməlidir. | 1 | ədəd |
| 8 | Masa iclas otağı üçün (metal ayaqla) 3400*600*750mm ölçüsü olan toplantı masası müasir dizayna malik olmalı, üst səthi 36 mm qalınlığında yüksək sıxlıqlı laminat örtüklü MDF və ya DSP lövhədən hazırlanmalı, səthi cızılmaya, zərbəyə, nəmə və gündəlik istifadədən yaranan aşınmaya davamlı olmalıdır. Masanın bütün kənarları minimum 2 mm qalınlığında PVC kənar bantı ilə örtülərək mexaniki zədələrə qarşı qorunmalı və estetik görünüş təmin edilməlidir. Masanın daşıyıcı ayaqları minimum 50×50 mm ölçülü metal profildən hazırlanmalı, statik dayanıqlığı təmin etməli və elektrostatik toz boya ilə örtülərək korroziyaya və cızılmaya qarşı davamlı olmalıdır. Konstruksiya möhkəm birləşmələrə malik olmalı, intensiv istifadə zamanı silkələnmə, əyilmə və deformasiyaya yol verməməlidir. Masanın karkası kabel idarəetmə sisteminin quraşdırılmasına imkan verməli, zəruri hallarda kabel çıxış dəlikləri və kabel kanalı ilə təchiz olunmalıdır. Bütün bərkidici elementlər gizli montaj prinsipi ilə quraşdırılmalı, görünən səthlərdə iti kənarlar və qüsurlar olmamalıdır. İstehsalda istifadə olunan bütün materiallar yeni, yüksək keyfiyyətli, E1 emissiya sinifinə uyğun və insan sağlamlığı üçün təhlükəsiz olmalıdır. Məhsul ofislərdə, iclas və konfrans zallarında uzunmüddətli intensiv istismar üçün nəzərdə tutulmalı, təchiz edilən məhsula minimum 24 ay zəmanət təqdim edilməlidir. | 1 | ədəd |
| 9 | Yumşaq kreslo Birnəfərlik ofis kreslosu müasir dizaynda olmalıdır. Karkası yüksək möhkəmliyə malik təbii ağacdan hazırlanmalı, oturacaq və arxalıq yüksək sıxlıqlı poliuretan (PU) süngərlə doldurulmalıdır. Üzlük yüksək keyfiyyətli süni və ya təbii dəri ilə üzlənməli, aşınmaya və gündəlik istifadəyə davamlı olmalıdır. Arxalıq hissəsi dekorativ kapitoneli (düyməli) işləməyə malik olmalı, qolaltılar sabit və yumşaq üzlüklə örtülmüş olmalıdır. Ayaqlar təbii ağacdan hazırlanmalı, döşəməyə zərər verməyən qoruyucu altlıqlarla təchiz edilməlidir. Kreslo erqonomik quruluşa malik olmalı, rahat oturuş təmin etməli, səthində deformasiya, qırış, cızıq və digər qüsurlar olmamalıdır. Təchiz edilən məhsula minimum 24 ay zəmanət təqdim edilməlidir. | 2 | ədəd |
| 10 | Jurnal masası Jurnal masası 500x500x500 mm ölçülərində olmalıdır. Masaüstü minimum 25 mm qalınlığında yüksək sıxlıqlı LDSP materialından hazırlanmalı, yalnız bir laydan ibarət olmalı, qalınlaşdırma məqsədilə yapışdırılmış və ya birləşdirilmiş materialların istifadəsinə yol verilməməlidir. Kənarlar 2 mm PVC kənarbant ilə örtülməlidir. Ayaqlar: Masa üçayaqlı, dekorativ dizayna malik metal konstruksiya ilə təchiz edilməlidir. Ayaqlar mərkəzi birləşmə nöqtəsindən çıxaraq müxtəlif bucaqlarda yerləşdirilmiş, estetik və yüksək dayanıqlıq təmin edən konstruksiyada hazırlanmalıdır. Metal hissələr elektrostatik toz boya ilə örtülməli, korroziyaya davamlı olmalı və alt hissədə döşəməyə zərər verməyən qoruyucu altlıqlarla təchiz edilməlidir. Konstruksiya masanın sabitliyini və yükdaşıma qabiliyyətini təmin etməlidir. Təchiz edilən məhsula minimum 24 ay zəmanət təqdim edilməlidir. | 1 | ədəd |
| 11 | Şkaf orta zona üçün (sənəd ücün) 800*400*1200 mm. Material: Üst hissəsi - TAM qalınlıq – 25 mm, digər hissələr – 18 mm yüksək sıxlıqlı LDSP. Yalnız 1 təbəqədən hazırlanmalıdır (qalınlaşdırma məqsədilə yapışdırıcı, birləşdirici və digər vasitələrin istifadəsi qəbul olunmur). Bütün açıq kənar səthlər üst hissədə - 2mm, digər hissələrdə 1mm PVC kənarbant ilə örtülməlidir. Kənarbant laminatın rəngi və teksturası ilə uyğunlaşdırılmalı, UV qoruyucu qat ilə təmin olunmalıdır. Kənarların isti hava texnologiyası ilə yapışdırılması tələb olunur. Səthdə deformasiyaya yol verilməməlidir. Dolab 2 qapı və 2 rəf ilə təchiz edilməlidir. Aksesuarlar: Paslanmaz metal dəstək. Petlə Öz-özünə bağlanan, 304 paslanmaz metal. 50 mm xrom ayaq olmalıdır. Montaj zamanı bütün korpus və qapı bağlantıları minifiks və şarnirli sistemlərlə yığılmalı, bu birləşmə texnologiyası yüksək struktur sabitliyi və görünməyən montaj nöqtələrini təmin etməli, həmçinin bütün bağlantı və montaj fitinqləri paslanmaya davamlı, uzunömürlü və yüksək keyfiyyətli metal komponentlərdən istifadə olunmaqla həyata keçirilməlidir. | 2 | ədəd |
| 12 | Şkaf printer üçün 800*400*800 mm. Material: Üst hissəsi - TAM qalınlıq – 25 mm, digər hissələr – 18 mm yüksək sıxlıqlı LDSP. Yalnız 1 təbəqədən hazırlanmalıdır (qalınlaşdırma məqsədilə yapışdırıcı, birləşdirici və digər vasitələrin istifadəsi qəbul olunmur). Bütün açıq kənar səthlər üst hissədə - 2mm, digər hissələrdə 1mm PVC kənarbant ilə örtülməlidir. Kənarbant laminatın rəngi və teksturası ilə uyğunlaşdırılmalı, UV qoruyucu qat ilə təmin olunmalıdır. Kənarların isti hava texnologiyası ilə yapışdırılması tələb olunur. Səthdə deformasiyaya yol verilməməlidir. Dolab 2 qapı və 1 rəf ilə təchiz edilməlidir. Aksesuarlar: Paslanmaz metal dəstək. Petlə Öz-özünə bağlanan, 304 paslanmaz metal. 50 mm xrom ayaq olmalıdır. Montaj zamanı bütün korpus və qapı bağlantıları minifiks və şarnirli sistemlərlə yığılmalı, bu birləşmə texnologiyası yüksək struktur sabitliyi və görünməyən montaj nöqtələrini təmin etməli, həmçinin bütün bağlantı və montaj fitinqləri paslanmaya davamlı, uzunömürlü və yüksək keyfiyyətli metal komponentlərdən istifadə olunmaqla həyata keçirilməlidir. | 1 | ədəd |
| 13 | Paltar şkafı taxta 800*600*1900 mm. Material: Üst hissəsi - TAM qalınlıq – 25 mm, digər hissələr – 18 mm yüksək sıxlıqlı LDSP. Yalnız 1 təbəqədən hazırlanmalıdır (qalınlaşdırma məqsədilə yapışdırıcı, birləşdirici və digər vasitələrin istifadəsi qəbul olunmur). Bütün açıq kənar səthlər üst hissədə - 2mm, digər hissələrdə 1mm PVC kənarbant ilə örtülməlidir. Kənarbant laminatın rəngi və teksturası ilə uyğunlaşdırılmalı, UV qoruyucu qat ilə təmin olunmalıdır. Kənarların isti hava texnologiyası ilə yapışdırılması tələb olunur. Səthdə deformasiyaya yol verilməməlidir. Dolabın iç hissəsində yuxarı hissəsinə rəf və alt hissəsində isə asqı asmaq üçün paslanmaz xrom boru. Aksesuarlar: Dəstək: metal. Petlə Öz-özünə bağlanan, 304 paslanmaz metal. 50 mm xrom ayaq olmalıdır. Montaj zamanı bütün korpus və qapı bağlantıları minifiks və şarnirli sistemlərlə yığılmalı, bu birləşmə texnologiyası yüksək struktur sabitliyi və görünməyən montaj nöqtələrini təmin etməli, həmçinin bütün bağlantı və montaj fitinqləri paslanmaya davamlı, uzunömürlü və yüksək keyfiyyətli metal komponentlərdən istifadə olunmaqla həyata keçirilməlidir. | 1 | ədəd |
| 14 | Divardan asılan rəf orta zona üçün 1600*400*400 mm Material: 18 mm yüksək sıxlıqlı LDSP. Yalnız 1 təbəqədən hazırlanmalıdır (qalınlaşdırma məqsədilə yapışdırıcı, birləşdirici və digər vasitələrin istifadəsi qəbul olunmur). Bütün açıq kənar səthlər - 1-2mm PVC kənarbant ilə örtülməlidir. Kənarbant laminatın rəngi və teksturası ilə uyğunlaşdırılmalı, UV qoruyucu qat ilə təmin olunmalıdır. Kənarların isti hava texnologiyası ilə yapışdırılması tələb olunur. Səthdə deformasiyaya yol verilməməlidir. Montaj zamanı bütün korpus və qapı bağlantıları minifiks və şarnirli sistemlərlə yığılmalı, bu birləşmə texnologiyası yüksək struktur sabitliyi və görünməyən montaj nöqtələrini təmin etməli, həmçinin bütün bağlantı və montaj fitinqləri paslanmaya davamlı, uzunömürlü və yüksək keyfiyyətli metal komponentlərdən istifadə olunmaqla həyata keçirilməlidir. | 1 | ədəd |
| 15 | Tumba orta zona üçün (əməkdaşlar) 420*500*620 mm. Material: Üst hissəsi - TAM qalınlıq – 25 mm, digər hissələr – 18 mm yüksək sıxlıqlı LDSP. Yalnız 1 təbəqədən hazırlanmalıdır (qalınlaşdırma məqsədilə yapışdırıcı, birləşdirici və digər vasitələrin istifadəsi qəbul olunmur). Bütün açıq kənar səthlər üst hissədə - 2mm, digər hissələrdə 1mm PVC kənarbant ilə örtülməlidir. Kənarbant laminatın rəngi və teksturası ilə uyğunlaşdırılmalı, UV qoruyucu qat ilə təmin olunmalıdır. Kənarların isti hava texnologiyası ilə yapışdırılması tələb olunur. Səthdə deformasiyaya yol verilməməlidir. Aksesuarlar: Dəstək: metal. Ray: teleskopik əyləcli. 4 təkərli (2si stopperli olmaqla). Montaj zamanı bütün korpus və qapı bağlantıları minifiks və şarnirli sistemlərlə yığılmalı, bu birləşmə texnologiyası yüksək struktur sabitliyi və görünməyən montaj nöqtələrini təmin etməli, həmçinin bütün bağlantı və montaj fitinqləri paslanmaya davamlı, uzunömürlü və yüksək keyfiyyətli metal komponentlərdən istifadə olunmaqla həyata keçirilməlidir. | 8 | ədəd |
| 16 | Tumba əməkdaş 420*500*620 mm. Material: Üst hissəsi - TAM qalınlıq – 25 mm, digər hissələr – 18 mm yüksək sıxlıqlı LDSP. Yalnız 1 təbəqədən hazırlanmalıdır (qalınlaşdırma məqsədilə yapışdırıcı, birləşdirici və digər vasitələrin istifadəsi qəbul olunmur). Bütün açıq kənar səthlər üst hissədə - 2mm, digər hissələrdə 1mm PVC kənarbant ilə örtülməlidir. Kənarbant laminatın rəngi və teksturası ilə uyğunlaşdırılmalı, UV qoruyucu qat ilə təmin olunmalıdır. Kənarların isti hava texnologiyası ilə yapışdırılması tələb olunur. Səthdə deformasiyaya yol verilməməlidir. Aksesuarlar: Dəstək: metal. Ray: teleskopik əyləcli. 4 təkərli (2si stopperli olmaqla). Montaj zamanı bütün korpus və qapı bağlantıları minifiks və şarnirli sistemlərlə yığılmalı, bu birləşmə texnologiyası yüksək struktur sabitliyi və görünməyən montaj nöqtələrini təmin etməli, həmçinin bütün bağlantı və montaj fitinqləri paslanmaya davamlı, uzunömürlü və yüksək keyfiyyətli metal komponentlərdən istifadə olunmaqla həyata keçirilməlidir. | 1 | ədəd |
| 17 | Masaayırıcı 1400*400*30 mm. Masaüstü arakəsmə minimum 18 mm qalınlığında yüksək keyfiyyətli DSP lövhədən hazırlanmalı, hər iki üzü yüksək sıxlıqlı poliuretan köpük (qubka) ilə doldurularaq yüksək keyfiyyətli mebel parçası ilə üzlənməlidir. Parça üzlük aşınmaya, sürtünməyə, rəng solmasına və gündəlik istifadəyə davamlı olmalı, asan təmizlənən xüsusiyyətə malik olmalıdır. Arakəsmənin kənarları səliqəli işlənməli, tikişlər möhkəm və estetik görünüşlü olmalı, görünən səthlərdə qırış, deformasiya və digər qüsurlar olmamalıdır. Məhsul iş masasına möhkəm bərkidilməsini təmin edən metal montaj elementləri ilə komplekt təchiz edilməli, konstruksiya istifadə zamanı silkələnməyə və boşalmaya yol verməməlidir. Arakəsmə iş yerləri arasında vizual məxfiliyi təmin etməklə yanaşı, səsin qismən udulmasına kömək edən akustik xüsusiyyətlərə malik olmalıdır. İstehsalda istifadə olunan bütün materiallar yeni, yüksək keyfiyyətli, E1 emissiya sinfinə uyğun və insan sağlamlığı üçün təhlükəsiz olmalıdır. Məhsul ofislərdə və digər inzibati məkanlarda intensiv istifadə üçün yararlı olmalı, təchiz edilən məhsula minimum 24 ay zəmanət təqdim edilməlidir. | 4 | ədəd |
| 18 | Qapı mətbəx üçün rəngə uyğun Mətbəx qapısı eni 900 mm, hündürlüyü 2100 mm olan standart açılan konstruksiyada hazırlanmalıdır. Qapı 40 mm qalınlığında MDF boya materialından hazırlanmalı, səthi yüksək keyfiyyətli poliuretan və ya ekvivalent boya ilə işlənərək nəmə, buxara, cızılmaya, ləkələnməyə və məişət təmizləyici vasitələrin təsirinə davamlı olmalıdır. Qapı çərçivəsi MDF və ya taxta karkas əsasında hazırlanmalı, divar açılışına möhkəm şəkildə quraşdırılmalıdır. Qapı yüksək keyfiyyətli paslanmaz poladdan hazırlanmış menteşələr, kilid mexanizmi, tutacaq və digər zəruri aksesuarlarla komplekt şəkildə təchiz edilməli, açılıb-bağlanma zamanı səssiz, rahat və təhlükəsiz işləməlidir. Konstruksiya intensiv istifadə zamanı əyilmə, boşalma və deformasiyaya yol verməməli, bütün montaj və birləşmələr möhkəm və estetik şəkildə yerinə yetirilməlidir. İstehsalda istifadə olunan bütün materiallar yeni, yüksək keyfiyyətli, E1 emissiya sinfinə uyğun və insan sağlamlığı üçün təhlükəsiz olmalıdır. Məhsul mətbəx şəraitində uzunmüddətli istifadə üçün yararlı olmalı, rütubət və temperatur dəyişikliklərinə davamlı olmalı, təchiz edilən məhsula minimum 24 ay zəmanət təqdim edilməlidir. | 1 | ədəd |
Satınalmalarının 45 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 04 sen 2026
son qələbə 01 sen 2026
son qələbə 29 iyl 2026
son qələbə 24 avq 2026
son qələbə 20 avq 2026