Sifarişçi: DÖVLƏT RADİOTEZLİKLƏR İDARƏSİ
Bu sifarişçidə eyni kateqoriyada 4 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
9 satınalma, 9 müxtəlif qalib
Ən çox udan: "İNTELLEKT M.A" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (1, 11.1%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.07% ilə 94.03% arasında aşağı düşüblər, medianı 13.31%.
Bu tender üçün bu 9.173 ₼ ilə 8.276 ₼ arasıdır.
570 ₼ məbləğindən aşağı heç kim udmayıb.
44 ₼
Sənədlər 25 ₼ + iştirak 19 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
İşçi üçün xüsusi geyimlər və iş ayaqqabıları, təhlükəsizlik və qorunma üçün müxtəlif kateqoriyalarda (xadimələr, fəhlələr, elektrik mühəndisləri və s.) geniş çeşidli geyim, köynəklər, gödəkçələr, şalvarlar, ayaqqabılar və respirator kimi vasitələri əhatə edir. Məhsulların rənglər, material tərkibi (pambıq, poliester, qarışıq parçalar), qalınlıq sıxlığı, ölçü və üstünlüklər (antistatik, su itələyi, nəfəs alırlıq, daban və barmaq qapağı qorunmaları və s.) kimi detallı tələbləri var. Hər bir lot üzrə saylar və spesifikasiyalar (ölçü tələbatı, növ, rəng, qatı sıxlıq, daxili astar, yumşaq və sərt keyfiyyətlər) açıq şəkildə göstərilmişdir.
Lotun açıq mövqelərindən avtomatik hazırlanıb. Tender sənədlərini əvəz etmir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Xadimələr üçün paltar Xadimə dəsti pambıq polister qarışıq parçadan krem rəngdə üst geyimi və qəhvəyi rəng şalvar (ölçü təlabata uyğun). Üst geyimi gündəlik istifadə zamanı rahatlığı təmin etmək məqsədilə, nəfəsalan, qırışmaya nisbətən davamlı və asan təmizlənən xüsusiyyətlərə malik krem rəngli, 80% poliester və 20% pambıq tərkibli parçadan hazırlanmalıdır. Uzun qollu dizaynda nəzərdə tutulan model yanlardan iki ədəd ciblə təmin edilməli, bağlama sistemi keyfiyyətli, davamlı materialdan hazırlanmış ağ və ya fil dişi rəngli düymələrlə tamamlanmalıdır. Məhsul yüksək keyfiyyətli tikilməli, uzunmüddətli istifadə zamanı tikişlərin açılmamasına və parçanın deformasiyaya uğramamasına zəmanət verilməlidir. Materialın sıxlığı 180 q/m² az olmamalıdır. Şalvar gündəlik istifadə zamanı rahatlıq və uzunömürlülüyü təmin etmək məqsədilə, nəfəsalan, qırışmaya nisbətən davamlı və asan təmizlənən xüsusiyyətlərə malik qəhvəyi rəngli, 80/20 və ya 60/40 nisbətində poliester/pambıq tərkibli parçadan hazırlanmalıdır. Dizayn baxımından məhsul klassik kəsimdə (classic fit) olmaqla, qadınlar üçün erqonomik quruluşda (genderə uyğun kəsimdə) nəzərdə tutulmalıdır. Bel hissəsi rezində olmalıdır.Şalvarın uzunluğu klassik ölçülərə uyğun olaraq ayaqqabı üzərinə düzgün oturmalıdır. Şalvarın ön hissəsində 2 ədəd yan, arxa hissəsində isə 2 ədəd cib yerləşdirilməlidir. Tikişlər möhkəm və səliqəli olmalı, uzunmüddətli istifadə zamanı tikişlərin açılmamasına, parçanın deformasiyaya uğramamasına və rənginin solmamasına zəmanət verilməlidir. | 24 | dəst |
| 2 | Xadimələr üçün köynək Qadınlar üçün pambıq və poliyestr qarışıqlı açıq krem rəngdə gündəlik qısaqol köynək (polo yaxa üç düymə), (ölçü təlabata uyğun). Material növü: pike Materialın tərkibi: 100% pambıq (95% pambıq, 5 elastan və ya 60 %pambıq 40 %poliester) Rəng: açıq krem Sıxlıq: ən azı 170 q/m² Yaxalıq ribana (ikiqatlı yuvarlaq toxuma maşınlarında istehsal olunan, elastik, sıx və yüngül növ trikotaj) materialdan hazırlanır əsas parçaya uyğundur. Toxunma növü 1x1 lastik növüdür. Qısa qollu, düz kəsimli, ombanı örtəcək orta uzunluqda əsas parçaya uyğun plastik düymələri olan, qatlanan yaxalı. Boyun xətti üst paltarla eyni parçadan hazırlanır. Köynəyin aşağı hissəsi tikiş maşınında düz tikişlə tamamlanır. Ətəyin yan tikişləri boyunca yarıqlar hazırlanır. |
| 24 |
| ədəd |
| 3 | Xadimələr üçün ayaqqabı Qadınlar üçün ağ rəngdə ayaqqabı, üstü və yanları deşikli rezin sabo, (ölçü təlabata uyğun). Sabonun üst hissəsi rezin materialdan, alt hissəsi sürüşməyə davamlı olmalıdır. Sabo yumuşaq kantla təmin olunmalıdır. | 24 | cüt |
| 4 | Çayçı üçün paltar Qadınlar üçün qara rəngdə şalvar, qara jilet, (ölçü təlabata uyğun). Klassik jilet Üst parça: Kostyum qarışığı (yumşaqlıq və zərif parlaqlıq üçün ən azı 30% viskoza tərkibi).Sıxlıq: 200–240 q/m².Ön hissə astarlı, 4-5 düymə ilə mərkəzi bağlama. Ombanı örtəcək orta uzunluqda olmalıdır.Arxa hissə əsas parçadan hazırlanlalıdır. Arxasında tənzimlənən kəmər.İki ədəd funksional cib. Klassik şalvar Parça: jiletlə eyni parça (kostyum qrupu).Siluet: Düz və ya bir qədər daralmış. Bel hissəsi rezinli olmalıdır. Dərin yan ciblər ilə təmin edilməlidir. | 6 | dəst |
| 5 | Çayçı üçün köynək Qadınlar üçün pambıq və poliyester qarışıqlı ağ rəngdə uzunqol köynək, (ölçü təlabata uyğun). Parça növü: köynək qarışığı (məsələn, poplin və ya oksford). Tərkibi: 35% pambıq / 65% polyester. Sıxlıq: 110–120 q/m² Yaxalıq: Klassik yaxalıq. Formasını saxlamaq üçün yaxa yapışqanlı materialla örtülməlidir. Qol: Düyməli manjetli uzun. Siluet: Slim Fit | 9 | ədəd |
| 6 | Çayçı üçün ayaqqabı Qadınlar üçün qara rəngdə üstü və yanları bağlı parça ayaqqabı (ölçü təlabata uyğun). Ayaqqabının üst hissəsi yumşaq, hava keçirən olmalı və ayağın tərləməsinin qarşısını almalıdı. Altlıq (Daban): Altlıq materialı elastik, yüngül və səssiz hərəkəti təmin edən polimer materialdan olmalıdır. Döşəmə üzərində sürüşməyə qarşı davamlı olmalıdır.Alçaq və stabil dabanlı klassik kəsimli olmalıdır. | 6 | cüt |
| 7 | Fəhlə üçün paltar Fəhlə dəsti pencəyi göy rəngli boz kombinə üst geyimi (mövsümə uyğun) və göy şalvar (ölçü tələbata uyğun). İş pencəyinin materialı dözümlü qarışıq parça (65% polyester, 35% pambıq). Sıxlıq: Ən azı 240-260 q/m².Ortadan düymələr ilə bağlanan düz siluet. Pencək tipli qatlanan yaxalıq.Gücləndirilmiş dirsək yastıqları.Ciblər: ən azı iki yan yamaqlı cib və bir döş cibi.Xüsusiyyətləri: Parça su itələyici örtüklü olmalıdır və təkrar yuyulmağa davamlı olmalıdır. İş şalvarıMaterial: Gödəkçə ilə eynidir (65% poliester, 35% pambıq, 250 q/m²).Zip (zamoklu) və düyməli bağlanma.Geniş kəmər üçün kəmər ilgəkləri olmalıdır. Aşınmanın qarşısını almaq üçün aşınmaya davamlı parçadan hazırlanmış diz yastıqları.Ciblər: Ən azı 4 ədəd (iki ön klassik cib, yapışqan ilə bağlanan iki yan cibi). Cırılmanın qarşısını almaq üçün ikiqat gücləndirilmiş tikişlər. | 6 | dəst |
| 8 | Fəhlə üçün gödəkçə Materialı qalın qollu gödəkçə (göy rəng) (ölçü tələbata uyğun). Parça: Qarışıq parça (65% polester, 35% pambıq) iplə toxunmuş. Sıxlıq: Ən azı 240-260 q/m². Su itələyici material.Siluet: Düz, qısaldılmış, qurşaq kəməri ilə. Bel kəmərinin yan tərəflərindəki elastik əlavələr.Mərkəzdən keyfiyyətli metal zamok ilə bağlanır Yaxalıq: dik. Qollar: Düymələr əlavə edilmiş manjetli. Dirsəklərdə davamlı materialdan hazırlanmış əlavə möhkəmləndirmə var. Ciblər:Sinə: Yapışqan qapaqlı iki yamaq cib. Yan tərəf: iki dərin yarıqlı cib. Daxili: Şəxsi sənədlər üçün bir cib. | 3 | ədəd |
| 9 | Fəhlə üçün köynək Kişilər üçün pambıq və poliyestr qarışıqlı göy rəngdə gündəlik uzunqol və qısaqol köynək (polo yaxa üç düymə), (ölçü təlabata uyğun). Material: Parça tərkibı ən azı 50% pambıq, 50% polyester. Sıxlıq: 160-180 q/m². Uzunqol qolları düyməli manjetlər. Öndən düymələr ilə bağlanır. Qapaqlı iki yamaqlı döş cibi. Parça hiqroskopik olmalıdır (rütubəti udur) və yuyulma zamanı deformasiyası minimum olmalıdır. | 6 | ədəd |
| 10 | Fəhlə üçün ayaqqabı İpli ayaqqabı (mövsümə uyğun) (ölçü təlabata uyğun). Üst material: Süni dəri, qalınlığı 1,8-2,0 mm. Qoruyucu elementlər: Barmaq qapağı: Zərbədən qorunmaq üçün sərt daxili barmaq qapağı (metal və ya kompozit) (200 J). Altlıq: İki qatlı poliuretan, yağlı və ya yaş səthlərdə sürüşmənin qarşısını alır. Altlıq: Antibakterial, ortopedik formadadır. | 3 | cüt |
| 11 | Elektrik mühəndisi üçün gödəkçə Materialı qalın qollu gödəkçə (boz rəng) (ölçü tələbata uyğun). Material: Antistatik saplı qarışıq parça (65% polyester, 34% pambıq, 1% antistatik sap). Sıxlıq: 240–250 q/m². Keyfiyyətli plastik zamokla mərkəzi bağlama. Xarici səthdə açıq metal olmamalıdır. Manjetlər: Bilək ətrafına rahat oturmaq üçün elastikdir (qığılcımlardan və maşınlara ilişməkdən qorunmaq). Ciblər: Yapışqanlı qapaqlı ən azı iki döş cibi. Parçada statik toplanmanın qarşısını alan bir örtük olmalıdır. | 2 | ədəd |
| 12 | Elektrik mühəndisi üçün şalvar Boz rəng şalvar yay və qış üçün (ölçü tələbata uyğun). Material: Gödəkçə ilə eynidir (antistatik saplı). Mərkəzdən yüksək keyfiyyətli plastik zamokla bağlanır. Ciblər: Diz hissələrdə alətlər üçün 2 ədəd dar yan cib, 2 ədəd yanlardan dərin ciblər tələb olunur. Tikişlər: üçqat gücləndirilmiş tikiş. | 2 | ədəd |
| 13 | Elektrik mühəndisi üçün köynək Göy və qara rəng (ölçü tələbata uyğun). Material: 100% pambıq. Sıxlıq: 160–180 q/m². Xüsusiyyətləri: Əllərin qorunması üçün uzun qolları. Metal düymələrə yolverilməzdir (əvəzinə plastik olanlar). | 2 | ədəd |
| 14 | Elektrik üçün ayaqqabı İpli ayaqqabı (ölçü tələbata uyğun). Növ: süni dəri Qoruyucu elementlər: Barmaq qapağı: 200 C qoruma ilə kompozit (metal deyil!). Kompozit keçirici deyil və istilik körpüsü yaratmır. Altlıq: Dielektrik xüsusiyyətləri olan iki qatlı nitril və ya poliuretan. Dabanında metal əlavə yoxdur. 1000 V-a qədər elektrik cərəyanından qorunma. | 2 | cüt |
| 15 | İşçilər üçün gödəkcə Açıq havada çalışan personal üçün nəzərdə tutulan gödəkçələr müxtəlif hava şəraitində istifadəyə uyğunluq təmin etmək məqsədilə, su keçirməyən, küləyə, günəş şüalarının və güclü küləyin mənfi təsirlərinə qarşı davamlı materialdan hazırlanmalıdır. Ön hissədən tam uzunluqlu fermuarla bağlanan gödəkçə, iç hissəsi sökülə bilən, istiliyi saxlayan lakin hava keçiriciliyini təmin edən, eyni zamanda fermuar vasitəsilə çıxarıla bilən daxili xəz izolyasiya qatı və çıxarıla bilən kapüşonla təchiz edilməlidir. Məhsulun çöl hissəsində astarın daxilində yerləşən (gizli konstruksiyalı) 2 ədəd cib, daxili astarında isə minimum 1 ədəd cib nəzərdə tutulmalıdır. Uzunluğu beldən aşağı, dizdən yuxarı səviyyədə olan gödəkçənin ön sol tərəfində 5x7 sm ölçüsündə, qızılı rəngli sapla tikiş üsulu ilə icra olunmuş “Dövlət Radiotezliklər İdarəsi” loqosu yerləşdirilməlidir. Gödəkçənin materialı tez və asan təmizlənən olmalı, uzunmüddətli istifadə zamanı forma və rəngini itirməməli, deformasiyaya uğramamalıdır. Bütün tikişlər möhkəm, fermuar və düymələr sənaye keyfiyyətli olmalı, parça güclü leysan yağışlarına və ağır hava şəraitinə qarşı tam su keçirməzliyi təmin etməlidir. Rəngi sifarişçinin (məsələn göy və ya qara) seçiminə uyğun (məsələn, tünd göy və ya bənövşəyi). Gödəkçənin müxtəlif (S,M,L,XL,2 XL, 3XL, 4XL, 5XL VƏ 6 XL nəzərdə tutulur )ölçüləri tələbata uyğun olaraq müəyyən ediləcək, Region məntəqələrə çatdırılma daxil. | 75 | ədəd |
| 16 | İşçilər üçün qısa qol köynək Təsvir: Köynəyin materialı: nəfəs alan və dayanıqlı qarışıq parça (60% pambıq, 40% PE), qısa qollu, Polo tipli (3 düyməli və ya zəncirbəndli), fiziki işə uyğun funksional cibli, köynəyin sol yuxarı üz tərəfində "Dövlət Radiotezliklər İdarəsi" yazısı və loqosu, rəngi sifarişçinin seçiminə uyğun (məsələn, tünd göy və ya bənövşəyi). Ölçüləri tələbata uyğun olaraq müəyyən ediləcək, Region məntəqələrə çatdırılma daxil. | 145 | ədəd |
| 17 | Elektrik əlcəyi Nominal iş gərginliyi – əlcəyin təhlükəsiz istifadə oluna biləcəyi maksimum gərginlik. 1000 V AC-a qədər Material-təbii və ya sintetik kauçukdan hazırlanır və yüksək dielektrik xüsusiyyətə malik olur. Uzunluğu – adətən 280–410 mm. Mexaniki möhkəmliyi – cırılmaya, deşilməyə və aşınmaya davamlı olmalıdır. Bu parametrlər elektrik əlcəyinin təhlükəsiz və düzgün seçilməsi üçün əsas göstəricilərdir. İstifadədən əvvəl əlcək mütləq vizual yoxlanmalı, cırıq, deşik və ya çatların olmadığına əmin olunmalıdır. | 1 | ədəd |
| 18 | təmizlik işçiləri (xadimələr) üçün respirator Kimyəvi maddələrin təsirindən tənəffüs yollarının mühafizəsi üçün yarımüz respirator maska (dəyişdirilə bilən filtrlərlə) Məhsul təmizlik işlərini həyata keçirən əməkdaşların xlor, ammonyak, turşu və qələvi əsaslı yuyucu və dezinfeksiyaedici maddələrin buxarları, həmçinin toz və aerozolların təsirindən tənəffüs yollarının mühafizəsi üçün nəzərdə tutulmalıdır. Maska təkrar istifadə edilə bilən yarımüz respirator tipində olmalıdır. Maska iki ədəd dəyişdirilə bilən filtrin quraşdırılmasını təmin etməlidir. Filtrlər istehsalçı tərəfindən orijinal məhsul olmalı və maska ilə tam uyğunluq təşkil etməlidir. Maska silikon və ya termoplastik elastomer (TPE) materialdan hazırlanmalıdır. Üz hissəsinə tam oturmalı, hava sızdırmazlığını təmin etməlidir. Baş bərkidici qayışlar tənzimlənən və çoxnöqtəli bərkitmə sisteminə malik olmalıdır. Nəfəsvermə klapanı ilə təchiz edilməlidir.Maska uzunmüddətli istifadədə istifadəçidə narahatlıq yaratmamalıdır.Ölçüsü ən azı S/M və M/L variantlarında və ya universal ölçüdə təqdim edilməlidir.İstismar temperaturu minimum –10°C-dən +50°C-dək olmalıdır. Maska təmizlənə və dezinfeksiya oluna bilməlidir.Məhsul yeni, istifadə olunmamış və orijinal qablaşdırmada təqdim edilməlidir.İstehsalçı tərəfindən istifadə təlimatı əlavə edilməlidir. Məhsulun zəmanət müddəti təhvil verildiyi tarixdən etibarən minimum 12 ay olmalıdır. | 10 | ədəd |
| 19 | Qadınlar üçün iş ayaqqabısı (təmizlik işçiləri üçün) Təyinat: Daxili və xarici məkanlarda təmizlik işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş iş ayaqqabısı Növü:Qapalı, aşağıboğaz iş ayaqqabısı Üst material: Hava keçirən tekstil və ya sintetik dəri, yumşaq və davamlı Daxili astar: Nəm udan, nəfəsalan, antibakterial xüsusiyyətli material İç altlıq: Yumşaq, çıxarıla bilən, ortopedik dəstəkli və tər udan material Altlıq (daban) Poliuretan (PU), TPU və ya EVA materialdan hazırlanmış, sürüşməyə qarşı protektorlu Sürüşməyə davamlılıq: Yaş və quru səthlərdə sürüşməni minimuma endirməlidir Daban hündürlüyü: 2–4 sm Burun hissəsi: Rahat, ayaq barmaqlarını sıxmayan anatomik quruluş Bağlanma sistemi: Bağcıqlı və ya elastik rezinli (istifadə rahatlığını təmin edən) Rəng: Qara Çəki: Bir cütün ümumi çəkisi 1 kq-dan çox olmamalıdır Ölçülər: 36–41 (sifarişçinin tələbinə uyğun) Təmizlənmə nəm parça ilə asan təmizlənən və dezinfeksiyaedici vasitələrə davamlı olmalıdır İstifadə müddəti Gündəlik intensiv istifadəyə uyğun olmalıdır | 12 | cüt |
Satınalmalarının 48 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 24 sen 2026
son qələbə 16 sen 2026
son qələbə 25 iyn 2026
son qələbə 05 dek 2024
son qələbə 14 sen 2026