Sifarişçi: AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN ƏDLİYYƏ AKADEMİYASI
Bu sifarişçi işi bölüşdürür: 12 satınalmanı 11 müxtəlif təchizatçı udub.
12 satınalma, 11 müxtəlif qalib
Ən çox udan: "TD İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 16.7%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.28% ilə 66.96% arasında aşağı düşüblər, medianı 16.61%.
Bu tender üçün bu 20.853 ₼ ilə 18.226 ₼ arasıdır.
7.221 ₼ məbləğindən aşağı heç kim udmayıb.
69 ₼
Sənədlər 25 ₼ + iştirak 44 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Tripod tipli girişə nəzarət turniketi 1.Konstruksiya: Elektromexaniki işləmə prinsipi. İki dayaqlı, yüksək möhkəmliyə malik korpus. Korpus materialı minimum AISI 304 paslanmayan polad və ya ekvivalent korroziyaya davamlı material. Qollar minimum 3 qollu tripod tipli, aşınmaya davamlı metal konstruksiyadan hazırlanmış olmalıdır. Daxili mexanizm paslanmaya qarşı qorunan metal materialdan istehsal edilməlidir. 2.Funksional imkanlar: İki istiqamətli giriş-çıxış rejimini dəstəkləməlidir. Kart oxuyucu, biometrik identifikasiya, QR kod və digər girişə nəzarət sistemləri ilə inteqrasiya imkanı təmin etməlidir. Giriş icazəsi siqnalı əsasında keçidə nəzarət etməlidir. Keçid istiqamətini göstərən LED indikatorlarla təchiz olunmalıdır. Keçid vaxtı və keçid istiqaməti proqramlaşdırıla bilməlidir. Keçid yaddaşı (memory mode) funksiyasını dəstəkləməlidir. Səsli və ya vizual xəbərdarlıq funksiyasına malik olmalıdır. 3.Təhlükəsizlik: Elektrik enerjisi kəsildikdə insanların sərbəst keçidinə imkan verən Fail-Safe funksiyasını dəstəkləməlidir. Yanğın siqnalizasiya sistemi ilə inteqrasiya olunmalı və fövqəladə hallarda sərbəst keçid rejiminə keçməlidir. İcazəsiz keçidlərin aşkarlanması və siqnallaşdırılması imkanı olmalıdır. 4.Texniki göstəricilər: Keçid eni minimum 450 mm. Keçid sürəti minimum 25 nəfər/dəqiqə. İşləmə temperaturu minimum -10°C ilə +70°C aralığında olmalıdır. Daxili və xarici mühitdə istifadə üçün uyğun olmalıdır. Mühafizə sinfi minimum IP54 və ya ekvivalent. İşləmə gərginliyi 100–240 VAC, 50/60 Hz. Orta nasazlıqlar arası iş müddəti (MCBF) minimum 10 milyon keçid. 5.İnteqrasiya: Quru kontakt (Dry Contact), girişə nəzarət kontrollerləri və digər təhlükəsizlik sistemləri ilə inteqrasiya imkanı. Sayğac, uzaqdan idarəetmə və mərkəzləşdirilmiş idarəetmə sistemlərinə qoşulma imkanları. Təklif olunan turniketlər tam komplekt şəkildə təqdim edilməli və girişə nəzarət sisteminin işlək vəziyyətdə istismara verilməsi üçün tələb olunan bütün avadanlıqlar, montaj aksesuarları, enerji və məlumat bağlantıları, inteqrasiya işləri, proqram təminatının quraşdırılması və aktivləşdirilməsi, istifadəçi bazasının yaradılması, giriş hüquqlarının konfiqurasiyası, turniketlərin üz tanıma terminalları ilə inteqrasiyası, funksional sınaqlar, sazlama işləri, sistemin istismara verilməsi, texniki sənədlərin təqdim edilməsi, ilkin istifadəçi təlimi və quraşdırma zamanı istifadə olunan bütün köməkçi materiallar (anker, bolt, dübel, kabel kanalı, kabel aksesuarları, etiketləmə materialları və s.) məhsulun qiymətinə daxil edilməlidir. Zəmanət: Minimum 12 ay istehsalçı və ya təchizatçı zəmanəti. Məhsulların orijinallığını təsdiq edən MAF (Manufacturer Authorization Form) təqdim edilməlidir. və ya ekvivalenti | 4 | ədəd |
| 2 | Üz tanıma və girişə nəzarət terminalı 1. Minimal texniki tələblər: Qurğu yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır.Daxili süni intellekt (Deep Learning) alqoritmi əsasında üz tanıma funksiyasını dəstəkləməlidir. Minimum 4.3 düym ölçülü rəngli, sensor (Capacitive Touch) ekranla təchiz olunmalıdır. Minimum 2 MP təsvir ölçülü ikili kamera (Dual-Lens) ilə təchiz olunmalıdır. Canlı insan aşkarlanması (Anti-Spoofing) funksiyasını dəstəkləməli, foto, video və digər saxta təqdimatlara qarşı qorunmanı təmin etməlidir. Üz tanıma müddəti 0.2 saniyədən çox olmamalıdır. Üz tanıma məsafəsi minimum 0.3–1.5 metr olmalıdır. Minimum 3000 istifadəçi üzü, 3000 barmaq izi, 3000 kart və 150000 hadisə jurnalını yadda saxlamalıdır. 2.Aşağıdakı identifikasiya üsullarını dəstəkləməlidir: Üz tanıma , Barmaq izi , RFID kart ,Şifrə (PIN) 3.Kombinə edilmiş identifikasiya rejimləri Maska ilə identifikasiya funksiyasını dəstəkləməlidir. QR kod identifikasiyasını dəstəkləməsi üstünlük hesab edilir. Daxili girişə nəzarət (Access Controller) funksiyasına malik olmalıdır. 4.Kommunikasiya və interfeyslər: Minimum 1 × RJ-45 (10/100 Mbps Ethernet). Wi-Fi (802.11 b/g/n) dəstəyi. Minimum 1 × USB portu. RS-485 interfeysi. Wiegand giriş/çıxışı. Qapı rele çıxışı. Exit Button girişi. Door Contact girişi. Tamper (sökülməyə qarşı) siqnalı. 5.Funksional imkanlar: TCP/IP şəbəkəsi üzərindən idarəetməni dəstəkləməlidir. Mərkəzləşdirilmiş girişə nəzarət proqram təminatı ilə inteqrasiya olunmalıdır. Real vaxt rejimində hadisələrin monitorinqini təmin etməlidir. İki istiqamətli audio əlaqəsini dəstəkləməlidir. Girişə icazə, istifadəçi idarəetməsi və hadisə jurnallarının uzaqdan idarə olunmasını təmin etməlidir. Xarici giriş nəzarət kontrollerləri ilə inteqrasiya imkanı olmalıdır. Elektrik və mühit göstəriciləri: Qidalanma: 12–24 V DC. Enerji sərfi: maksimum 10 W. İşləmə temperaturu minimum -30°C ilə +60°C. Mühafizə sinfi minimum IP65 və ya ekvivalent. 6.Digər tələblər: Qurğu beynəlxalq standartlara uyğun sertifikatlaşdırılmış olmalıdır. İstehsalçı tərəfindən rəsmi texniki dəstək təmin edilməlidir. Minimum 12 ay zəmanət təqdim olunmalıdır. Məhsulların orijinallığını təsdiq edən MAF (Manufacturer Authorization Form) təqdim edilməlidir. Və ya ekvivalenti | 8 | ədəd |
| 3 | Üz tanıma və girişə nəzarət terminalı üçün montaj kronşteyni Minimal texniki tələblər: Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Divar və ya digər şaquli səth üzərində girişə nəzarət terminalının təhlükəsiz və möhkəm quraşdırılması üçün nəzərdə tutulmuş montaj kronşteyni olmalıdır.Müxtəlif ölçülü üz tanıma və girişə nəzarət terminalları ilə uyğunluq təmin etməlidir. Konstruksiya yüksək möhkəmliyə malik polad, alüminium ərintisi və ya ekvivalent korroziyaya davamlı materialdan hazırlanmalıdır. Səthi elektrostatik toz boya və ya ekvivalent qoruyucu örtüklə işlənmiş olmalıdır. Konstruksiya uzunmüddətli istismar zamanı deformasiyaya uğramamalıdır. Kabel ötürülməsi üçün daxili və ya gizli kabel kanalı nəzərdə tutulmalıdır. Qurğunun estetik görünüşünü pozmadan kabel idarəetməsini təmin etməlidir. Montaj bucağı giriş terminalının istifadə rahatlığını təmin edəcək şəkildə layihələndirilməlidir. Quraşdırma üçün bütün zəruri montaj elementləri (boltlar, ankerlər, bərkidici hissələr və s.) komplektə daxil olmalıdır. Daxili mühitdə uzunmüddətli istifadə üçün uyğun olmalıdır. Qurğu istehsalçısının orijinal montaj aksesuarı və ya texniki cəhətdən tam uyğun ekvivalent məhsul olmalıdır. Girişə nəzarət terminalının təhlükəsiz və sabit bərkidilməsini təmin etməlidir.Və ya ekvivalenti | 8 | ədəd |
| 4 | Girişə nəzarət sistemi üçün proqram təminatı və lisenziyalar Təklif olunan proqram təminatı yeni, daimi (Perpetual) rəsmi istehsalçı lisenziyası ilə təqdim edilməlidir. Proqram təminatı minimum 15 ədəd girişə nəzarət terminalı, 4 ədəd tripod turniket və əlaqəli girişə nəzarət qurğularını eyni platforma üzərindən idarə etmə imkanına malik olmalıdır. Proqram təminatı aşağıdakı funksiyaları dəstəkləməlidir: İstifadəçilərin yaradılması və idarə olunması. Üz məlumatlarının, kartların, barmaq izlərinin və PIN kodlarının qeydiyyatı. Giriş-çıxış hüquqlarının idarə olunması. Vaxt cədvəllərinin (Time Schedule) yaradılması. Giriş zonalarının və qapı qruplarının idarə olunması. Real vaxt rejimində hadisələrin monitorinqi. Keçid hadisələrinin jurnalının saxlanılması və axtarışı. Hesabatların (Excel, PDF, CSV və ya ekvivalent formatlarda) ixracı. İstifadəçi fəaliyyətinin audit jurnalı. Alarm və hadisə bildirişləri. Turniketlərin uzaqdan açılması və bağlanması. Operator səlahiyyətlərinin (Role-Based Access Control) idarə olunması. Ehtiyat nüsxə (Backup) və bərpa (Restore) funksiyaları. Proqram təminatı TCP/IP şəbəkəsi üzərindən işləməli və eyni vaxtda çoxsaylı operatorların sistemə qoşulmasını dəstəkləməlidir. Microsoft Windows Server və ya Windows 10/11 əməliyyat sistemlərində işləməlidir. Sistem SQL əsaslı məlumat bazasını və ya ekvivalent verilənlər bazasını dəstəkləməlidir. Proqram təminatı gələcəkdə əlavə girişə nəzarət qurğuları və istifadəçilərlə genişləndirilə bilən arxitekturaya malik olmalıdır. Təklif olunan lisenziyaya proqram təminatının quraşdırılması, ilkin konfiqurasiyası, sistemə inteqrasiyası və istismara verilməsi daxil olmalıdır. Təchizatçı tərəfindən administrator və operatorlar üçün ilkin istifadə təlimi keçirilməlidir. Minimum 12 ay proqram təminatı üzrə texniki dəstək və yeniləmə xidməti təqdim edilməlidir.Və ya ekvivalenti | 1 | ədəd |
Satınalmalarının 12 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 15 dek 2025
son qələbə 28 avq 2026
son qələbə 27 iyl 2026
son qələbə 07 iyl 2026
son qələbə 22 iyn 2026