Sifarişçi: "ƏMƏYİN MÜHAFİZƏSİ MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
4 satınalma, 4 müxtəlif qalib
Ən çox udan: "STRİX" Məhdud Məsuliyyətli Cəmiyyəti (1, 25%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.04% ilə 71.06% arasında aşağı düşüblər, medianı 14.82%.
Bu tender üçün bu 102.193 ₼ ilə 90.845 ₼ arasıdır.
30.865 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Bu lotda 15 müxtəlif məlumat və avadanlıq növü üzrə tələblər var. Məqsədli avadanlıqlar arasında barkod yazdırıcıları, barkod oxuyucu, monoblok və masaüstü kompüter dəstləri, noutbuklar, projector, IP kamera və 6MP daxili mikrofonlu kamera, HDD, Cat6 kabel, təhlükəsizlik üçün bərkidici qutu, çoxfunksiyalı printer, veb-kamera və qulaqlıq, eləcə də kondisioner daxildir. Hər bir maddə üçün dəqiq texniki xüsusiyyətlər (çap keyfiyyəti, sensor ölçüsü, ən böyükləndirmə, yaddaş, interfeys və s.) verilib. Qeyri-standart və xüsusi tələblər bir neçə sahədə müşahidə olunur, məsələn Intel Core Ultra 7 prosessoru, Direct Thermal çap texnologiyası, WXGA/2K görüntü həlləri, və yüksək səs-küy azaltma xüsusiyyətləri kimi.
Lotun açıq mövqelərindən avtomatik hazırlanıb. Tender sənədlərini əvəz etmir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Barkod printer Etiket printer- termal (Direct Thermal) çap texnologiyasına malik olmalıdır. Cihaz minimum 203 dpi çap keyfiyyəti, minimum 152 mm/s çap sürəti və minimum 108 mm çap enini təmin etməlidir. Ən azı 20–118 mm enində və 10–1778 mm uzunluğunda etiketlərlə işləməli, Continuous, Gap, Black Mark və Fan-fold tipli media dəstəkləməlidir. Minimum 32-bit RISC prosessor, 8 MB SDRAM və 8 MB Flash yaddaşa malik olmalıdır. Code 39, Code 128, EAN-13, UPC və digər 1D barkodlar, həmçinin QR Code, Data Matrix və PDF417 kimi 2D barkod formatlarını dəstəkləməlidir. Printer USB 2.0 interfeysi ilə təchiz olunmalı, TSPL, ZPL, EPL və DPL emulyasiyalarını dəstəkləməli, Windows, Linux və macOS əməliyyat sistemləri ilə uyğun işləməlidir. Cihaz Gap, Black Mark və Print Head Open sensorlarına, avtomatik media kalibrlənməsi funksiyasına malik olmalı, 100–240 VAC, 50/60 Hz enerji təchizatı ilə işləməli və komplektə enerji adapteri, USB kabeli, istifadəçi təlimatı və sürücü/proqram təminatı daxil edilməlidir. Yuxarıda sadalanan texniki göstəricilər minimum tələblər hesab olunur. İddiaçılar göstərilən parametr standartlarına tam cavab verən və ya onları üstələyən ekvivalent/analoq avadanlıqlar təklif edə bilərlər.Avadanlığa minimum 12 ay zəmanət verilməlidir. | 1 | ədəd |
| 2 | Barkod oxuyucu 2D Barkod Oxuyucu (əl tipli) peşəkar təyinatlı, naqilli (wired), CMOS görüntü sensorlu və ya ekvivalenti , əl tipli barkod oxuyucu olmalıdır. Cihaz həm çap olunmuş, həm də monitor, mobil telefon və planşet ekranlarında göstərilən 1D və 2D barkodların sürətli və dəqiq oxunmasını təmin etməlidir. Minimum 640 × 480 piksel təsvir ölçülü CMOS sensor və ya ekvivalenti, 32-bit yüksək məhsuldarlıqlı prosessor və USB 2.0 (USB HID/USB COM) və ya RS-232 interfeysini dəstəkləməlidir. Oxuma dəqiqliyi minimum 1D: 4 mil, 2D: 7–10 mil olmalı, aşağı kontrastlı (PCS ≥20%) və zədələnmiş, qatlanmış, rəngli, əks etdirici (reflective) və ekran üzərindəki barkodları etibarlı şəkildə oxuya bilməlidir. Cihaz Code 39, Code 93, Code 128, Codabar, EAN-8, EAN-13, UPC-A, UPC-E, Interleaved 2 of 5, GS1 DataBar və digər 1D barkod formatlarını, həmçinin QR Code, Data Matrix, PDF417, MicroPDF417, MaxiCode, Aztec və digər əsas 2D barkod formatlarını dəstəkləməlidir. Barkodların müxtəlif istiqamətlərdə (360° omnidirectional) oxunmasını təmin etməli, avtomatik və əl ilə tetikləmə (trigger) rejimlərini dəstəkləməlidir. Cihaz Plug & Play prinsipi ilə işləməli, əlavə proqram təminatı quraşdırılmadan istifadə oluna bilməli, Windows, Linux, macOS və Android əməliyyat sistemləri ilə uyğun olmalıdır. Oxuyucu çoxsaylı klaviatura dillərini dəstəkləməli, prefiks/suffiks əlavə edilməsi və məlumat formatının konfiqurasiyası imkanına malik olmalıdır. Cihaz DC 5 V ±10% enerji ilə USB vasitəsilə qidalanmalı, maksimum cərəyan sərfiyyatı 240 mA-dan çox olmamalıdır. Minimum 1,5 m hündürlükdən beton səthə düşməyə davamlı olmalı, 0–50°C iş temperaturunda və 20–85% nisbi rütubətdə stabil işləməlidir. Erqonomik korpusa malik olmalı, LED və səsli indikatorlarla təchiz edilməlidir. Komplektə minimum barkod oxuyucu, USB bağlantı kabeli, istifadəçi təlimatı və zəruri proqram/sənədləşmə daxil edilməlidir. Avadanlığa minimum 12 ay zəmanət verilməlidir. Yuxarıda göstərilən texniki göstəricilər minimum tələblər hesab olunur. İddiaçılar göstərilən parametrlərə cavab verən və ya onları üstələyən ekvivalent (analoq) avadanlıqlar təklif edə bilərlər. |
| 1 |
| ədəd |
| 3 | Monoblok Monoblok (All-in-One) kompüter müasir korporativ və ofis mühitində fasiləsiz istifadə üçün nəzərdə tutulmuş peşəkar tipli avadanlıq olmalıdır. Cihaz minimum 27 düym diaqonallı, Full HD (1920×1080) təsvir ölçülü, IPS texnologiyalı və ya ekvivalenti , Anti-Glare (əks olunmanı azaldan) ekranla təchiz edilməli, geniş baxış bucağı və yüksək görüntü keyfiyyəti təmin etməlidir. Kompüter minimum Intel Core Ultra 7 və ya ekvivalenti, minimum 16 GB DDR 5 operativ yaddaşa və minimum 512 GB NVMe M.2 SSD yaddaşa malik olmalıdır. Cihaz Full HD IR (Infrared) kamera, daxili mikrofon və dinamiklərlə təchiz edilməli, əbəkə bağlantısı üçün minimum Gigabit Ethernet (RJ-45), Wi-Fi 6 və Bluetooth 6 texnologiyalarını dəstəkləməli, kifayət sayda USB Type-A, minimum 1 ədəd USB Type-C, HDMI çıxışı və kombinə edilmiş 3.5 mm audio portu ilə təchiz olunmalıdır. Kompüter üzərində Windows 11 Enterprise 64-bit əməliyyat sistemi əvvəlcədən quraşdırılmış və lisenziyalı olmalı, Microsoft Office 365 Enterprise (Nazirliyin mərkəzi tenantına əlavə olunmalı, 1illik) lisenziyası ilə birlikdə təqdim edilməlidir. Komplektə istehsalçıya məxsus klaviatura və siçan, enerji təchizatı qurğusu və istismar üçün zəruri bütün aksesuarlar daxil edilməlidir. Avadanlığa minimum 12 ay istehsalçı zəmanəti verilməlidir. Yuxarıda göstərilən texniki göstəricilər minimum tələblər hesab olunur. İddiaçılar göstərilən parametrlərə tam cavab verən və ya onları üstələyən texniki xüsusiyyətlərə malik ekvivalent (analoq) avadanlıqlar təklif edə bilərlər. MAF sənədi tələb olunur. | 6 | ədəd |
| 4 | Kompüter dəsti Masaüstü kompüter dəsti Intel Core Ultra 7 minimum 3-cü seriya və ya ekvivalenti olmalıdır, minimum 16 GB DDR 5 operativ yaddaşa malik olmalı və minimum 512 GB NVMe M.2 SSD yaddaş ilə təmin edilməlidir. Operativ yaddaşın sonradan artırılması imkanı olmalı, inteqrasiya olunmuş qrafik adapteri (Intel UHD Graphics və ya ekvivalent) ilə təchiz edilməlidir. Cihaz minimum Gigabit Ethernet (RJ-45) şəbəkə interfeysi, çoxsaylı USB 2.0 və USB 3.x portları, HDMI , Display və VGA video çıxışları, həmçinin audio giriş/çıxış portlarına malik olmalıdır. Sistem bloku istehsalçı tərəfindən təqdim edilən USB klaviatura və USB optik siçan ilə komplektləşdirilməlidir. Komplektə daxil olan monitor minimum 27 düym diaqonallı, Full HD (1920 × 1080) təsvir ölçülü, IPS panel texnologiyalı, minimum 100 Hz yenilənmə tezliyinə, minimum 300 nit parlaqlığa və geniş baxış bucaqlarına malik olmalıdır. Monitor minimum HDMI , Display və VGA görüntü girişlərini dəstəkləməli, hündürlüyü tənzimlənən və ya əyilmə bucağı dəyişdirilə bilən dayaqla təchiz olunması üstünlük hesab edilir. Kompüter üzərində Windows 11 Enterprise 64-bit əməliyyat sistemi əvvəlcədən quraşdırılmış və lisenziyalı olmalı, Microsoft Office 365 Enterprise (Nazirliyin mərkəzi tenantına əlavə olunmalı, 1illik) lisenziyası ilə birlikdə təqdim edilməlidir. Təchizat dəstinə sistem bloku, monitor, enerji kabelləri, görüntü kabeli (HDMI və ya DisplayPort), USB klaviatura, USB optik siçan və istifadəçi sənədləri daxil edilməlidir. Avadanlığa və monitora minimum 12 ay istehsalçı zəmanəti verilməlidir. Yuxarıda göstərilən texniki göstəricilər minimum tələblər hesab olunur. İddiaçılar göstərilən parametrlərə cavab verən və ya onları üstələyən texniki xüsusiyyətlərə malik ekvivalent (analoq) avadanlıqlar təklif edə bilərlər. MAF tələb olunur | 13 | ədəd |
| 5 | Notebook Noutbuk- Intel Core Ultra 7 minimum 3-cü seriya və ya ekvivalenti olmalıdır, minimum 16 GB DDR5 operativ yaddaşa və minimum 512 GB NVMe M.2 SSD yaddaşa malik olmalıdır. Qrafik emalı prosessorun inteqrasiya olunmuş qrafik nüvəsi (Intel Graphics və ya ekvivalent) vasitəsilə həyata keçirilməlidir. Noutbuk minimum 14 düym diaqonallı, WUXGA (1920 × 1200) və ya ekvivalentli təsvir ölçülü, IPS texnologiyalı, minimum 400 nit parlaqlığa və 60 Hz yenilənmə tezliyinə malik ekranla təchiz edilməlidir. Cihaz minimum 5 MP təsvir ölçülü IR (Infrared) kamera, daxili mikrofon və dinamiklərlə təchiz edilməli, Avadanlıq minimum Wi-Fi 7, Bluetooth 5, Gigabit Ethernet (daxili və ya adapter vasitəsilə) şəbəkə texnologiyalarını dəstəkləməli, 1x USB-A (USB 5Gbps), 1x HDMI, up to 4K/60Hz, 1x Headphone / microphone combo jack (3.5mm), 1x Ethernet (RJ-45), 1x USB-A (USB 10Gbps), 2x Thunderbol 4, with USB PD 15-65W and DisplayPort 2.1 üzərindən dəstəkləməlidir. Noutbuk istehsalçı tərəfindən təqdim edilən orijinal simsiz və ya USB klaviatura və siçan ilə komplektləşdirilməlidir (tələb olunduğu halda). Cihaz üzərində Windows 11 Enterprise 64-bit əməliyyat sistemi əvvəlcədən quraşdırılmış və lisenziyalı olmalı, Microsoft Office 365 Enterprise (Nazirliyin mərkəzi tenantına əlavə olunmalı, 1illik) lisenziyası ilə birlikdə təqdim edilməlidir. Təchizat dəstinə minimum noutbuk, enerji adapteri, elektrik qidalanma kabeli, istehsalçıya məxsus klaviatura və siçan (tələb olunduqda), istifadəçi sənədləri və zəruri sürücülər/proqram təminatı daxil edilməlidir. Avadanlığa minimum 12 ay istehsalçı zəmanəti verilməlidir. Yuxarıda göstərilən texniki göstəricilər minimum tələblər hesab olunur. İddiaçılar göstərilən parametrlərə cavab verən və ya onları üstələyən texniki xüsusiyyətlərə malik ekvivalent (analoq) avadanlıqlar təklif edə bilərlər.MAF tələb olunur | 1 | ədəd |
| 6 | Notebook Noutbuk - Intel Core Ultra 7 minimum 3-cü seriya və ya ekvivalenti , minimum 16 GB DDR5 operativ yaddaşa və minimum 512 GB SSD yaddaşa malik olmalıdır. Operativ yaddaşın sonradan artırılması imkanı təmin edilməli, qrafik emalı inteqrasiya olunmuş Intel® Graphics və ya ekvivalent qrafik adapteri vasitəsilə həyata keçirilməlidir. Noutbuk minimum 16 düym diaqonallı, WUXGA (2560x1600) və ya ekvivalentli təsvir ölçülü, IPS texnologiyalı, Anti-Glare (parıltı əleyhinə) örtüklü, minimum 400 nit parlaqlığa və 120 Hz yenilənmə tezliyinə malik ekranla təchiz olunmalıdır. Cihaz minimum 1080p FHD IR (Infrared) kamera ilə təchiz edilməli, daxili mikrofon və dinamiklərə malik olmalı, Avadanlıq minimum Wi-Fi 6E, Bluetooth 5, USB Type-C (Thunderbolt 4 və ya USB4), USB Type-A, HDMI və kombinə edilmiş 3,5 mm audio portları ilə təchiz olunmalı, USB Type-C üzərindən enerji doldurmanı dəstəkləməlidir. Daxili yüksək keyfiyyətli stereo dinamiklər və rəqəmsal mikrofon sistemi ilə təchiz olunması tələb olunur.Noutbuk üzərində Windows 11 Enterprise 64-bit əməliyyat sistemi əvvəlcədən quraşdırılmış və lisenziyalı olmalı, Microsoft Office 365 Enterprise (Nazirliyin mərkəzi tenantına əlavə olunmalı, 1illik) lisenziyası ilə birlikdə təqdim edilməlidir. Təchizat dəstinə minimum noutbuk, enerji adapteri, qidalanma kabeli, istifadəçi təlimatı və zəruri sürücü/proqram təminatı daxil edilməlidir.Avadanlığa minimum 12 ay istehsalçı zəmanəti verilməlidir. Yuxarıda göstərilən texniki göstəricilər minimum tələblər hesab olunur. İddiaçılar göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki xüsusiyyətlərə malik ekvivalent (analoq) avadanlıqlar təklif edə bilərlər.MAF tələb olunur | 2 | ədəd |
| 7 | Proektor Multimedia proyektor 3LCD proyeksiya texnologiyasına malik olmalıdır. Cihaz minimum WXGA (1280 × 800) və ya ekvivalentli təsvir ölçüsünü, 16:10 ekran formatını və HD Ready dəstəyini təmin etməlidir. Parlaqlıq səviyyəsi həm ağ, həm də rəngli işıq axını üzrə minimum 4000 ANSI lümen, kontrast nisbəti minimum 16 000:1 olmalıdır. Proyektor minimum 210 W UHE lampa ilə təchiz edilməli, lampanın istismar müddəti normal rejimdə minimum 6000 saat, ECO rejimində isə minimum 12000 saat təşkil etməlidir. Cihaz minimum 33–320 düym ölçülü təsvir proyeksiya etməli, 1.2× optik zum, manual fokuslama və manual optik zum funksiyalarını dəstəkləməlidir. Şaquli avtomatik və üfüqi manual ±30° trapez (Keystone) korreksiyası, Quick Corner funksiyası və minimum 1,07 milyard rəng dəstəyi təmin edilməlidir. Proyektor minimum HDMI, VGA (D-Sub 15 pin), USB Type-A, USB Type-B, Composite Video (RCA) və RCA Audio girişlərinə malik olmalıdır. Simsiz qoşulma üçün Wi-Fi dəstəyi (daxili və ya opsional adapter vasitəsilə) təmin edilməli, Epson iProjection və ya ekvivalent simsiz təqdimat funksiyasını dəstəkləməlidir. Daxili minimum 2 W gücündə səsucaldıcı ilə təchiz olunmalıdır. Cihaz 100–240 VAC, 50/60 Hz enerji təchizatı ilə işləməli, maksimum təxminən 2,5 kq çəkiyə malik olmalı və 5–40°C temperatur diapazonunda stabil fəaliyyət göstərməlidir. Təchizat dəstinə minimum proyektor, enerji kabeli, HDMI kabeli, pult (batareyaları ilə birlikdə), istifadəçi təlimatı və zəruri proqram təminatı daxil edilməlidir.Quraşdırma və sazlama təklifdə nəzərə alınmalıdır. Avadanlığa minimum 12 ay istehsalçı zəmanəti verilməlidir. Yuxarıda göstərilən texniki göstəricilər minimum tələblər hesab olunur. İddiaçılar göstərilən parametrlərə cavab verən və ya onları üstələyən texniki xüsusiyyətlərə malik ekvivalent (analoq) avadanlıqlar təklif edə bilərlər. | 1 | ədəd |
| 8 | 6 MP daxili mikrofonlu İP Kamera (Çatdırılma və Quraşdırma daxil) Şəbəkə (IP) videomüşahidə kamerası peşəkar təyinatlı, sabit obyektivli, Dome tipli IP kamera olmalı, daxili və açıq mühitdə fasiləsiz istismar üçün nəzərdə tutulmalıdır. Kamera minimum 6 MP (3200 × 1800) təsvir ölçüsünə malik Progressive Scan CMOS sensorla təchiz edilməli, 2.8 mm sabit fokuslu obyektivə, minimum 105° üfüqi baxış bucağına malik olmalıdır. Kamera minimum 0.005 Lux işıqlanmada rəngli görüntü təmin etməli, Smart Hybrid Light texnologiyası vasitəsilə 30 m IR və minimum 30 m ağ LED işıqlandırmanı dəstəkləməli, gündüz/gecə (ICR) avtomatik keçid funksiyasına malik olmalıdır. Kamera H.265+, H.265, H.264+ və H.264 sıxılma formatlarını, minimum 120 dB True WDR, 3D DNR, BLC, HLC, ROI və digər görüntü optimallaşdırma funksiyalarını dəstəkləməlidir. İnsan və nəqliyyat vasitələrinin aşkarlanması (Human & Vehicle Detection) funksiyasına malik olmalıdır. Daxili mikrofon vasitəsilə səs yazısını dəstəkləməli, RJ-45 10/100 Mbps Ethernet portu, PoE (IEEE 802.3af) və 12 V DC enerji təchizatı ilə işləməlidir. Kamera ONVIF, ISAPI və SDK protokollarını dəstəkləməli, microSD/microSDHC/microSDXC yaddaş kartı üçün minimum 512 GB tutumadək daxili yaddaş yuvasına malik olmalıdır (model modifikasiyasından asılı olaraq). Qurğu minimum IP67 su və toz mühafizəsi, IK08 zərbəyə davamlılıq sinfinə malik olmalı, -30°C...+60°C temperatur diapazonunda və 95%-ə qədər nisbi rütubətdə etibarlı işləməlidir. Komplektə minimum kamera, montaj üçün zəruri aksesuarlar, istifadəçi təlimatı və istehsalçı tərəfindən təqdim olunan proqram təminatı daxil edilməlidir. Avadanlığa minimum 12 ay istehsalçı zəmanəti verilməlidir. Yuxarıda göstərilən texniki göstəricilər minimum tələblər hesab olunur. İddiaçılar göstərilən parametrlərə cavab verən və ya onları üstələyən texniki xüsusiyyətlərə malik ekvivalent (analoq) avadanlıqlar təklif edə bilərlər.MAF tələb olunur | 1 | ədəd |
| 9 | HDD 2 TB (Təyinatı üzrə quraşdırılaraq təhvil verilməlidir) Daxili sərt disk (HDD) - videomüşahidə avadanlıqlarında etibarlı və fasiləsiz istifadə üçün nəzərdə tutulmuş olmalıdır. Diskin tutumu minimum 2 TB olmalı, 3.5 düym form-faktora və SATA III (6 Gb/s) interfeysinə malik olmalıdır. Şpindelin fırlanma sürəti minimum 5400 rpm, bufer (Cache) yaddaşı minimum 64 MB təşkil etməlidir. Qurğu SMART (Self-Monitoring, Analysis and Reporting Technology), Native Command Queuing (NCQ) və məlumatların etibarlı saxlanmasını təmin edən digər müasir texnologiyaları dəstəkləməli, 24/7 rejimində stabil işləməyə uyğun olmalıdır. Aşağı enerji sərfiyyatı, yüksək etibarlılıq və uzun istismar müddəti təmin etməli, istehsalçı tərəfindən orijinal məhsul kimi təqdim edilməlidir. Avadanlığa minimum 12 ay istehsalçı zəmanəti verilməlidir. Yuxarıda göstərilən texniki göstəricilər minimum tələblər hesab olunur. İddiaçılar göstərilən parametrlərə cavab verən və ya onları üstələyən texniki xüsusiyyətlərə malik ekvivalent (analoq) məhsullar təklif edə bilərlər. | 1 | ədəd |
| 10 | Cat6 bağlayıcı 0.5 m (Təyinatı üzrə quraşdırılaraq təhvil verilməlidir) Şəbəkə qoşulma kabeli (Patch Cord) məlumat ötürülməsi üçün nəzərdə tutulmuş, zavod istehsalı olan hazır ucluqlu UTP tipli şəbəkə kabeli olmalıdır. Kabel minimum Cat 6 standartına uyğun olmalı, 0,5 metr uzunluğa malik olmalı və RJ-45 (8P8C) konnektorları ilə hər iki ucundan fabrik şəraitində preslənmiş şəkildə təqdim edilməlidir. Kabel LSHF (Low Smoke Halogen Free) örtüklü olmalı, aşağı tüstü emissiyası və halogensiz materialdan hazırlanaraq yanğın zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir. 1000Base-T (Gigabit Ethernet) və daha yüksək sürətli şəbəkələri dəstəkləməli, 250 MHz iş tezliyinə uyğun olmalı, TIA/EIA-568-B.2-1 və ISO/IEC 11801 standartlarının tələblərinə cavab verməlidir. Təklif edilən məhsul yeni, istifadə edilməmiş və orijinal istehsalçı məhsulu olmalı, minimum 12 ay zəmanətlə təmin edilməlidir. Yuxarıda göstərilən texniki göstəricilər minimum tələblər hesab olunur. İddiaçılar göstərilən parametrlərə cavab verən və ya onları üstələyən texniki xüsusiyyətlərə malik ekvivalent məhsullar təklif edə bilərlər. | 5 | ədəd |
| 11 | Kameralar üçün bərkidici qutu (Təyinatı üzrə çəkliməli və təhvil verilməlidir) Hermetik birləşdirmə qutusu (Junction Box) videomüşahidə kameralarının quraşdırılması və kabel birləşmələrinin xarici mühit amillərindən mühafizəsi üçün nəzərdə tutulmuş olmalıdır. Korpus yüksək möhkəmliyə malik, zərbəyə və korroziyaya davamlı materialdan hazırlanmış, hermetik (su və toz keçirməyən) konstruksiyaya malik olmalıdır. Ölçüləri minimum 130 × 130 × 50 mm (En × Uzunluq × Dərinlik) olmalı, IP65 və ya daha yüksək mühafizə sinfini təmin etməlidir. Korpus kamera montajı üçün hazır bərkidici yuvalarla təchiz edilməli, kabel girişləri üçün hermetik kabel qlandları və ya onların quraşdırılması imkanı nəzərdə tutulmalıdır. Divara və tavana montaj üçün uyğun konstruksiyaya malik olmalı, montaj üçün zəruri bərkidici elementlər komplektə daxil edilməlidir. Yuxarıda göstərilən texniki göstəricilər minimum tələblər hesab olunur. İddiaçılar göstərilən parametrlərə cavab verən və ya onları üstələyən texniki xüsusiyyətlərə malik ekvivalent məhsullar təklif edə bilərlər. | 1 | ədəd |
| 12 | Printer 3-ü birində (ağ-qara) Çoxfunksiyalı lazer printer (Printer/Skaner/Kseroks) mono (ağ-qara) çap funksiyalı, maksimum A4 formatını dəstəkləməli, avtomatik iki tərəfli (Duplex) çap funksiyasına malik olmalı və minimum 2.7 düym rəngli və ya monoxrom idarəetmə displeyi ilə təchiz edilməlidir. Çap texnologiyası lazer tipli olmalı, çap sürəti minimum 33–40 səhifə/dəqiqə (ppm) təşkil etməli, ilk səhifənin çıxış müddəti 6–9 saniyədən çox olmamalıdır. Operativ yaddaşı minimum 512 MB olmalıdır. Cihaz avtomatik sənəd ötürücüsü (ADF) ilə təchiz edilməli, ADF tutumu minimum 50 vərəq olmalı və avtomatik çoxsəhifəli skan etməni dəstəkləməlidir. Skan etmə keyfiyyəti minimum 1200 × 1200 dpi, ağ-qara çap keyfiyyəti isə minimum 1200 × 1200 dpi olmalıdır. Skan edilmiş sənədləri minimum PDF və JPEG formatlarında yadda saxlamaq imkanı təmin edilməlidir. Kseroks funksiyası sürətli surətçıxarma imkanına malik olmalıdır. Printer minimum USB 2.0, Gigabit Ethernet (RJ-45) və Wi-Fi (IEEE 802.11 b/g/n və ya daha yeni) interfeyslərini dəstəkləməli, Windows və macOS əməliyyat sistemləri ilə tam uyğun işləməlidir. Təchizat dəstinə printer, istehsalçıya məxsus orijinal başlanğıc kartrici, enerji kabeli, USB kabeli (tələb olunduqda), sürücülər (driver), proqram təminatı və istifadəçi təlimatı daxil edilməlidir. Avadanlığa minimum 12 ay istehsalçı zəmanəti verilməlidir. Yuxarıda göstərilən texniki göstəricilər minimum tələblər hesab olunur. İddiaçılar göstərilən parametrlərə cavab verən və ya onları üstələyən texniki xüsusiyyətlərə malik ekvivalent (analoq) avadanlıqlar təklif edə bilərlər.MAF tələb olunur | 4 | ədəd |
| 13 | Veb-kamera(komputer üçün) Veb-kamera minimum 2K (2560 × 1440 piksel) təsvir ölçüsünü dəstəkləməli, yüksək keyfiyyətli CMOS görüntü sensoru və minimum 30 kadr/saniyə (fps) video çəkiliş imkanına malik olmalıdır. Avtomatik fokuslama (Auto Focus) və ya yüksək keyfiyyətli sabit fokus sistemi, avtomatik ağ balansı (AWB), avtomatik ekspozisiya (AE) və aşağı işıqlandırmada görüntünün optimallaşdırılması funksiyalarını dəstəkləməlidir. Cihaz tənzimlənən LED işıqlandırma (Ring Light) ilə təchiz edilməli, işıqlandırmanın parlaqlıq səviyyəsi ən azı 3 rejimdə tənzimlənə bilməlidir. Kamera minimum 90° geniş baxış bucağına malik olmalı, daxili səs-küy azaldıcı mikrofon (Noise Reduction Microphone) ilə təchiz edilməli və aydın səs ötürülməsini təmin etməlidir. Qoşulma USB 2.0 və ya USB 3.0 interfeysi vasitəsilə həyata keçirilməli, Plug & Play funksiyasını dəstəkləməli və əlavə sürücü quraşdırılması tələb etməməlidir.Cihaz minimum Windows, macOS və Linux əməliyyat sistemləri ilə uyğun işləməli, Microsoft Teams, Zoom, Google Meet, Skype, Cisco Webex və digər videokonfrans platformalarını dəstəkləməlidir. Monitor və ya noutbuk üzərinə rahat quraşdırılmasını təmin edən universal montaj klipsi və 1/4" tripod bərkidici yuvasına malik olmalıdır.Təchizat dəstinə minimum veb-kamera, USB bağlantı kabeli, istifadəçi təlimatı və zəruri aksesuarlar daxil edilməlidir. Avadanlığa minimum 12 ay istehsalçı zəmanəti verilməlidir. Yuxarıda göstərilən texniki göstəricilər minimum tələblər hesab olunur. İddiaçılar göstərilən parametrlərə cavab verən və ya onları üstələyən texniki xüsusiyyətlərə malik ekvivalent (analoq) məhsullar təklif edə bilərlər. | 23 | ədəd |
| 14 | Qulaqlıq(komputer üçün) USB qulaqlıq (Headset) peşəkar istifadə üçün nəzərdə tutulmuş, stereo səs dəstəyi və səsli rabitə imkanlarına malik olmalıdır. Cihaz USB interfeysi vasitəsilə qoşulmalı, Plug & Play funksiyasını dəstəkləməli və əlavə sürücü quraşdırılması tələb etməməlidir. Qulaqlıq yüksək keyfiyyətli stereo səs ötürülməsini təmin etməli, səs-küyün azaldılması (Noise-Cancelling) funksiyasına malik tənzimlənən mikrofonla təchiz edilməlidir. Daxili rəqəmsal səs emalı (DSP) texnologiyasını dəstəkləməli, aydın danışıq və keyfiyyətli audio təmin etməlidir. Qulaqlıq yumşaq qulaq yastıqcıqları və tənzimlənən baş bandı ilə uzunmüddətli istifadə üçün rahat konstruksiyaya malik olmalı, kabel üzərində səs səviyyəsinin tənzimlənməsi (Volume Up/Down) və mikrofonun səssiz rejimə keçirilməsi (Mute) düymələri ilə təchiz edilməlidir. Cihaz minimum 20 Hz – 20 kHz tezlik diapazonunu dəstəkləməli, mikrofon isə insan səsinin aydın ötürülməsini təmin etməlidir. Avadanlıq minimum Windows, macOS və ChromeOS əməliyyat sistemləri ilə uyğun işləməli, Microsoft Teams, Zoom, Google Meet, Cisco Webex, Skype və digər videokonfrans platformaları ilə problemsiz istifadə oluna bilməlidir. Təchizat dəstinə minimum USB qulaqlıq və istifadəçi təlimatı daxil edilməlidir. Avadanlığa minimum 12 ay istehsalçı zəmanəti verilməlidir. Yuxarıda göstərilən texniki göstəricilər minimum tələblər hesab olunur. İddiaçılar göstərilən parametrlərə cavab verən və ya onları üstələyən texniki xüsusiyyətlərə malik ekvivalent (analoq) məhsullar təklif edə bilərlər. | 23 | ədəd |
| 15 | Kondisioner (Təyinatı üzrə çəkliməli və təhvil verilməlidir) Divar tipli split kondisioner soyutma və isitmə rejimlərini dəstəkləməli, soyutma gücü minimum 12 000 BTU/saat (təxminən 3,2 kW), isitmə gücü isə minimum 3,5 kW təşkil etməlidir. Kondisioner 220–240 V AC, 50 Hz elektrik şəbəkəsində işləməli, R410A soyuducu qazdan istifadə etməli və minimum A enerji səmərəliliyi sinfinə malik olmalıdır. Cihazın nominal enerji sərfiyyatı soyutma rejimində təxminən 1,15 kW, isitmə rejimində isə təxminən 1,08 kW olmalıdır. Avadanlıq yüksək məhsuldarlığa malik ventilyasiya sistemi ilə təchiz edilməli, hava axını minimum 620 m³/saat təşkil etməli və təxminən 30–40 m² sahənin effektiv iqlimləndirilməsini təmin etməlidir. Daxili blokun səs səviyyəsi maksimum 34 dB(A), xarici blokun səs səviyyəsi isə maksimum 52 dB(A) olmalıdır. Kondisioner minimum soyutma, isitmə, ventilyasiya, avtomatik iş rejimi (Auto), nəmləndirməsiz qurutma (Dry), taymer, yuxu (Sleep) və Turbo funksiyalarını dəstəkləməli, uzaqdan idarəetmə pultu ilə təchiz edilməlidir. Avadanlıq yuyula bilən hava filtri ilə təchiz olunmalı, toz hissəciklərinin tutulmasını və daxili mühitdə daha təmiz hava dövriyyəsini təmin etməlidir. Daxili və xarici bloklar korroziyaya davamlı materiallardan hazırlanmalı, uzunmüddətli və etibarlı istismarı təmin etməlidir. Təchizat dəstinə minimum daxili blok, xarici blok, uzaqdan idarəetmə pultu, istifadəçi təlimatı, standart montaj aksesuarları və zəmanət sənədləri daxil edilməlidir. Təklif edilən avadanlığa minimum 12 (on iki) ay istehsalçı zəmanəti verilməlidir. Yuxarıda göstərilən texniki göstəricilər minimum tələblər hesab olunur. İddiaçılar göstərilən parametrlərə cavab verən və ya onları üstələyən texniki xüsusiyyətlərə malik ekvivalent (analoq) məhsullar təklif edə bilərlər. | 3 | ədəd |
Satınalmalarının 24 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 07 iyl 2026
son qələbə 23 sen 2026
son qələbə 15 sen 2026
son qələbə 27 iyl 2026
son qələbə 22 iyl 2026