Sifarişçi: "TEXNİKA VƏ TEXNOLOGİYALAR ÜZRƏ BAKI DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 4 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
10 satınalma, 9 müxtəlif qalib
Ən çox udan: "POLİNOM" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 20%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 61.69% arasında aşağı düşüblər, medianı 9.66%.
Bu tender üçün bu 110.896 ₼ ilə 103.528 ₼ arasıdır.
43.902 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Interaktiv lövhə Ekran ölçüsü: minimum 75 düym. Ekran tipi: D-LED arxa işıqlı TFT LCD, IPS texnologiyalı və interaktiv toxunma funksiyalı. Çözünürlük: minimum 3840 × 2160 piksel (4K UHD). Parlaqlıq: minimum 430 cd/m². Toxunma texnologiyası: infraqırmızı (IR) və ya funksional baxımdan ekvivalent texnologiya. Multi-touch: eyni anda bir neçə istifadəçinin işləməsini təmin edən çoxnöqtəli toxunma funksiyasına malik olmalıdır. Toxunma dəqiqliyi: maksimum ±1 mm. Toxunma reaksiyası: maksimum 5 ms. Ekran səthi: minimum 3,1 mm qalınlığında antirefleks və möhkəmləndirilmiş temperli qoruyucu şüşə. Əməliyyat sistemi: minimum Android 14 və ya daha üstün/ekvivalent smart platforma. CPU: minimum 8 nüvəli prosessor. Operativ yaddaş: minimum 16 GB RAM. Daxili yaddaş: minimum 256 GB. Simsiz bağlantı: Wi-Fi 6 və Bluetooth 5.3. Portlar: minimum 3 × HDMI giriş, 1 × HDMI çıxış, 1 × DisplayPort giriş, USB 2.0, USB 3.0, USB Type-C, minimum 2 × RJ45, audio giriş-çıxış və SPDIF. USB Type-C: görüntü və toxunma məlumatlarının ötürülməsini və minimum 60 W enerji təminatını dəstəkləməlidir. Simsiz ekran paylaşımı: mobil telefon, planşet və kompüterlərdən simsiz ekran ötürülməsi, eyni vaxtda minimum 2 cihazın görüntülənməsi və ikitərəfli idarəetmə dəstəklənməlidir. İnteraktiv funksiyalar: elektron lövhə, ekranda yazı, annotasiya, silmə, cədvəl və fiqurların əlavə edilməsi, qeydlərin yadda saxlanılması və paylaşılması funksiyaları olmalıdır. Səs sistemi: minimum 2 × 15 W daxili dinamik. Kamera sistemi: minimum 48 MP əsas kameradan ibarət olmalıdır. Komplektasiya: elektron qələm və cihazın istismarı üçün zəruri bağlantı vasitələri ilə birlikdə təqdim edilməli, quraşdırılaraq istifadəyə hazır vəziyyətə gətirilməlidir. Zəmanət: minimum 12 ay | 8 | ədəd |
| 2 | Laminator Cihaz sənədlərin isti laminasiyası üçün nəzərdə tutulmalı, müxtəlif qalınlıqlı laminasiya plyonkaları ilə işləməlidir. İsinmə vəziyyətini göstərən indikator, sənəd və ya plyonka sıxışdıqda çıxarılmasını asanlaşdıran geriyə buraxma və ya tıxanma əleyhinə mexanizmlə təchiz edilməlidir. Cihaz sadə idarəetməyə, təhlükəsiz işləmə xüsusiyyətlərinə və masaüstü istifadəyə uyğun kompakt konstruksiyaya malik olmalıdır. | 2 | ədəd |
| 3 | SIP protokollu IP rabitə terminalı Cihaz minimum 2 SIP hesabını dəstəkləməli, minimum 2,2 düym ölçülü arxa işıqlandırmalı qrafik LCD ekranla təchiz olunmalıdır. HD səs, ağıllı səs-küy filtrasiyası və tam dupleks səsgücləndirici funksiyalarını dəstəkləməlidir. Minimum 2 ədəd 10/100 Mbps Ethernet portu, ayrıca dəstək və qulaqlıq girişləri olmalıdır. Zəngin gözlədilməsi, yönləndirilməsi, ötürülməsi, təkrar yığım, səssiz rejim və minimum 5 tərəfli lokal konfrans funksiyalarına malik olmalıdır. Lokal telefon kitabçasının yaddaşı minimum 900 əlaqə tutmalı, cihaz masaüstü və divara quraşdırılma imkanını dəstəkləməlidir.Komplektə enerji adapteri daxil olmalıdır. | 5 | ədəd |
| 4 | Çoxfunksiyalı monoxrom lazer printer Cihaz monoxrom lazer çap texnologiyasına malik çoxfunksiyalı printer olmalı, çap, surətçıxarma və rəngli skan funksiyalarını dəstəkləməlidir. A4 formatında birtərəfli çap sürəti dəqiqədə minimum 38 səhifə.Çap keyfiyyəti təsvirin təkmilləşdirilməsi texnologiyası ilə minimum 1200 × 1200 dpi, surətçıxarma və optik skan keyfiyyəti isə minimum 600 × 600 dpi təşkil etməlidir. İlk səhifənin çap müddəti maksimum 5,5 saniyə. Cihaz avtomatik ikitərəfli çap və surətçıxarma funksiyalarına, həmçinin birkeçidli ikitərəfli avtomatik sənədötürücüyə malik olmalıdır. Avtomatik sənədötürücünün tutumu minimum 50 vərəq olmalıdır. Birtərəfli skan sürəti ağ-qara rejimdə dəqiqədə minimum 38 təsvir, rəngli rejimdə minimum 13 təsvir, ikitərəfli skan sürəti isə müvafiq olaraq minimum 70 və 26 təsvir olmalıdır. Cihaz, JPEG, PDF, sıxılmış PDF və mətn üzrə axtarış aparıla bilən PDF formatlarını dəstəkləməlidir. Standart kağız kasetinin tutumu minimum 250 vərəq olmalıdır. Cihaz USB 2.0, Gigabit Ethernet, Wi-Fi və birbaşa simsiz bağlantı interfeyslərinə malik olmalı, Windows, macOS və Linux əməliyyat sistemləri ilə uyğun işləməlidir. | 5 | ədəd |
| 5 | Çoxfunksiyalı rəngli lazer printer Cihaz rəngli lazer çap texnologiyasına malik çoxfunksiyalı printer olmalı, rəngli və ağ-qara çap, surətçıxarma və skan funksiyalarını dəstəkləməlidir. A4 formatında birtərəfli çap sürəti dəqiqədə minimum 33 səhifə, avtomatik ikitərəfli çap sürəti isə dəqiqədə minimum 29 səhifə olmalıdır. Çap keyfiyyəti minimum 1200 × 1200 dpi, surətçıxarma və optik skan keyfiyyəti minimum 600 × 600 dpi təşkil etməlidir.Cihaz avtomatik ikitərəfli çap və surətçıxarma funksiyalarına, eləcə də birkeçidli ikitərəfli avtomatik sənədötürücüyə malik olmalıdır. Avtomatik sənədötürücünün tutumu minimum 45 vərəq olmalıdır. Skan edilmiş sənədlərin elektron poçta, kompüterə, USB yaddaş qurğusuna, şəbəkə qovluğuna.Cihaz, JPEG, PDF, sıxılmış PDF formatlarını dəstəkləməlidir. Standart kağız kasetinin tutumu minimum 250 vərəq, çoxməqsədli kağız bölməsinin tutumu minimum 50 vərəq, çıxış bölməsinin tutumu isə minimum 150 vərəq olmalıdır. USB 2.0, Gigabit Ethernet, Wi-Fi və birbaşa simsiz bağlantı interfeyslərinə malik olmalıdır. | 3 | ədəd |
| 6 | Kondisioner Cihaz soyutma və isitmə rejimlərini dəstəkləməli, nominal soyutma gücü minimum 12 000 BTU/saat, isitmə gücü isə minimum 12 200 BTU/saat olmalıdır. Uzaqdan idarəetmə pultu ilə təchiz edilməli, R410A və ya ekvivalent soyuducu qazla işləməlidir. Daxili blokun səs səviyyəsi maksimum 36 dB, xarici blokun səs səviyyəsi maksimum 50 dB olmalıdır. Hava dövriyyəsi minimum 620 m³/saat olmalıdır. | 3 | ədəd |
| 7 | Kondisioner Təklif olunan cihaz döşəmə tipli kondisioner sistemi olmal minimum 60.000 BTU/saat güc təmin etməli, soyutma, isitmə, havalandırma və nəmsizləşdirmə funksiyalarını dəstəkləməlidir. Qurğu enerji sərfiyyatını optimallaşdıran tam inverter idarəetmə texnologiyası ilə təchiz olunmalı, minimum 380–415V, 3 faza, 50 Hz enerji təchizatı ilə işləməlidir. Kondisioner ekoloji təhlükəsiz R410A tipli soyuducu qaz ilə işləməli, inverter texnologiyalı yüksək performanslı kompressor ilə təchiz olunmalıdır. İstilik dəyişdiriciləri korroziyaya qarşı xüsusi qoruyucu örtüklə təmin edilməlidir.Sistem yüksək sıxlıqlı hava filtrləri ilə təchiz olunmalı, aşağı səs səviyyəsində stabil işləməli, Turbo rejimində sürətli soyutma funksiyasını dəstəkləməli və soyuducu qaz sızmasının aşkarlanması funksiyasına malik olmalıdır. Cihaz elektrik enerjisi kəsildikdən sonra əvvəlki iş parametrlərini avtomatik bərpa edən Auto Restart funksiyasını dəstəkləməli, çoxfunksiyalı uzaqdan idarəetmə pultu ilə təchiz olunmalıdır. | 1 | ədəd |
| 8 | Notbuk Prosessor: minimum Intel Core 7 150U və ya ekvivalent. Operativ yaddaş (RAM): minimum 16 GB RAM. Daimi yaddaş: minimum 512 GB SSD. Ekran: Diaqonal ölçüsü minimum 15.6 düym, Full HD (1920x1080 piksel) təsvir ölçülü, IPS və ya ekvivalent. Geniş baxış bucaqlı matrisə malik olmalı, həmçinin sensor idarəetməni (Touchscreen) dəstəkləyən ekran olmalıdır. Videokart: Prosessor daxili quraşdırılmış Intel Graphics / Intel Iris Xe Graphics və ya ekvivalent qrafik prosessor olmalıdır. İnterfeyslər və Portlar: Korpus üzərində xarici cihazların qoşulması üçün minimum 1 ədəd çoxfunksiyalı USB Type-C, minimum 2 ədəd USB Type-A və xarici monitor çıxışı üçün minimum 1 ədəd HDMI portu mövcud olmalıdır. Simsiz əlaqə modulları: Cihaz daxili olmaqla minimum Wi-Fi 6 (802.11ax) və Bluetooth 5.3 və ya daha üstün simsiz rabitə standartlarını dəstəkləməlidir Cihaz orginal lisenziyalı Windows 11 əməliyyat sistemi və office proqramları ilə təqdim edilməlidir. | 20 | ədəd |
| 9 | Elektrikli buruqlaşdırıcı cihaz Cihazın gücü minimum 48 W olmalı,.Minimum 4 temperatur rejiminə — 160°C, 180°C, 200°C və 220°C (və ya ekvivalent dərəcələr) malik olmalı, 60 saniyə ərzində 200°C-yə qədər isinməlidir. Maşanın diametri minimum 25 mm, istilik elementinin örtüyü keramika olmalıdır. Cihaz ionlaşma funksiyası, işləmə temperaturu göstəricisi, 360° fırlanan elektrik kabeli və 60 dəqiqədən sonra avtomatik sönmə funksiyası ilə təchiz edilməlidir. | 4 | ədəd |
| 10 | Buxar funksiyalı elektrikli düzləşdirici cihaz Cihazın gücü minimum 50 W olmalı. 130°C, 170°C, 200°C və 230°C olmaqla 4 temperatur və ya ekvivalent rejiminə malik olmalı, maksimum temperaturu 230°C təşkil etməlidir.Buxar funksiyası və iş temperaturu indikatoru ilə təchiz edilməlidir.Su çəninin həcmi minimum 10 ml, buxar ötürməsi minimum 0,024 q/san olmalı, cihaz 360° fırlanan elektrik kabeli, asma halqası və 45 dəqiqədən sonra avtomatik sönmə funksiyasına malik olmalıdır. | 4 | ədəd |
| 11 | İonlaşma funksiyalı elektrikli qurutma cihazı Minimum 2 sürət və 3 temperatur rejiminə malik olmalı, ionlaşma və soyuq hava üfürmə funksiyalarını dəstəkləməlidir. Həddindən artıq qızmadan qorunma, çıxarıla bilən filtr, LED indikator və asma halqası ilə təchiz edilməlidir. Mühərriki yüksək məhsuldarlıqlı BLDC tipli, fırlanma sürəti isə 100 000 dövr/dəqiqə olmalıdır. Komplektə konsentrator və diffuzor başlıqları daxil olmalıdır. | 4 | ədəd |
| 12 | Sənaye tipli tikiş maşını Cihaz yüksək sürətli, birbaşa ötürücülü və bir iynəli düz tikiş sistemi ilə işləməli, yüngül və orta qalınlıqlı parçaların tikilməsi üçün nəzərdə tutulmalıdır. Tikiş sürəti minimum 4900 tikiş/dəqiqə, tikiş addımı isə 5 mm-dək tənzimlənməlidir. Avtomatik sap kəsmə, geriyə möhkəmləndirmə tikişi və ayaqaltının avtomatik qaldırılması funksiyalarına malik olmalıdır. Pedal həssaslığı minimum 4 səviyyədə tənzimlənməli, bir düymə ilə yaddaş funksiyasını dəstəkləməlidir. Cihaz nazik, qalın və elastik materialları əlavə əl tənzimləməsi olmadan tikə bilməli, az səs və aşağı vibrasiya ilə işləməlidir.Cihaz masa, ayaq (stend) və pedal mexanizmi ilə komplekt şəklində təhvil verilməlidir | 2 | ədəd |
| 13 | Dördsaplı kənar emalı tikiş avadanlığı Cihaz yüngül və orta qalınlıqlı trikotaj, pambıq və yun parçaların kənarlarının eyni vaxtda kəsilməsi və haşiyələnməsi üçün nəzərdə tutulmalıdır. İkiiynəli və dördsaplı işləmə sisteminə, düz platformaya və korpusa inteqrasiya olunmuş enerjiyə qənaətli mühərrikə malik olmalıdır. Minimum tikiş sürəti 5400 dövr/dəqiqə, tikiş addımı 5 mm-dək, haşiyə eni 6 mm, iynələrarası məsafə 2 mm, ayaqaltı qaldırma hündürlüyü isə 5,5 mm olmalıdır. Cihaz DC 27 №75-120 və ya ekvivalnet iynələrini dəstəkləməlidir. Cihaz masa, ayaq (stend) və pedal mexanizmi ilə komplekt şəklində təhvil verilməlidir | 2 | ədəd |
| 14 | Buxar generatorlu ütü Cihazın istehlak gücü minimum 2600 Vt olmalı. Cihaz yüksək effektivlik üçün minimum 7.5 bar buxar təzyiqinə və dəqiq 150 q/dəq davamlı buxar təchizatı gücünə malik olmalı, həmçinin asılqanda olan geyimlərin birbaşa düzləşdirilməsi üçün şaquli buxarlanma funksiyasını tam dəstəkləməlidir. Uzunmüddətli fasiləsiz iş rejimini təmin etmək məqsədilə cihazın çıxarıla bilən su çəninin həcmi minimum 2000 ml (2 litr) təşkil etməlidir. Cihazın idarəetmə paneli və buxar tənzimləyicisi bilavasitə generatorun əsas korpusu üzərində yerləşməlidir. İstifadə təhlükəsizliyi və resurslara qənaət üçün avtomatik söndürülmə (Auto-off), Komplektasiyaya rəsmi təlimat kitabçası daxil edilməlidir. Tədarük olunacaq mallar tamamilə yeni (istifadə olunmamış), qüsursuz, orijinal qablaşdırmasında təhvil verilməli və təhvil verildiyi gündən etibarən rəsmi zəmanət müddətinə malik olmalıdır. | 2 | ədəd |
| 15 | Elektrikli kəsim və formalaşdırma cihazı Cihazın gücü 4,5 W olmalı, həm elektrik şəbəkəsi, həm də batareya ilə işləməlidir. Kəsmə uzunluğu 0,5–30 mm aralığında,minimum 11 səviyyə üzrə tənzimlənməlidir. Bıçaqları titan örtüklü paslanmayan polad və keramika materialından hazırlanmalıdır. Batareya ilə işləmə müddəti minimum 401 dəqiqə, tam doldurulma müddəti isə maksimum 1,2 saat olmalıdır. Cihaz şarj indikatoru ilə təchiz edilməli, komplektə 6 ədəd daraq başlığı, təmizləmə fırçası, yağ, enerji adapteri və istifadə təlimatı daxil olmalıdır. | 4 | ədəd |
| 16 | Moto dəryaz Təyinatı: Geniş həyətyanı sahələrdə, parklarda, bağlarda və digər yaşıl zonalarda otların, sıx alaq otlarının və xırda kol-kosların kəsilməsi və təmizlənməsi işləri üçün nəzərdə tutulmalıdır.Mühərrikin gücü: Ən azı 1250 Vt (W) təşkil etməlidir.Mühərrikin növü: Daxili yanma mühərrikli (benzinlə işləyən) olmalıdır və elektrik naqillərindən asılı olmayan sərbəst hərəkət imkanını təmin etməlidir.Erqonomika və təhlükəsizlik: Operatorun uzunmüddətli iş zamanı yorulmaması üçün erqonomik idarəetmə tutacağı və çəkini bərabər paylayan xüsusi çiyin asqı sistemi ilə təchiz olunmalıdır.Korpus və mexanizm: Alətin gövdəsi və kəsici hissəsinin qoruyucu qapağı zərbəyə davamlı, yüksək keyfiyyətli materiallardan hazırlanmalı, mexaniki hissələri uzunömürlü və intensiv istifadəyə davamlı olmalıdır. | 2 | ədəd |
| 17 | Elektriklə qızdırılan stasionar su qızdırıcısı Cihazın real tutumu minimum 10 litr, ümumi tutumu isə minimum 12 litr olmalıdır. Daxili çəni paslanmayan poladdan, korpus örtüyü cilalanmış metal səthdən hazırlanmalıdır. Temperatur 35–115°C aralığında mexaniki termostat vasitəsilə tənzimlənməlidir. Cihaz kilidlənə bilən təhlükəsiz qapaq, istilik keçirməyən yan tutacaqlar, damcılama əleyhinə kran, şəffaf su səviyyəsi göstəricisi, isitmə və isti saxlama indikatorları ilə təchiz edilməlidir. | 2 | ədəd |
| 18 | Elektrikli Ventilyator Cihazın növü: Döşəməüstü (ayaqlı) elektrik ventilyatoru.Gücü: Ən azı 50W – 60W. Pərlərin sayı və materialı: Ən azı 3 və ya 5 pərli, möhkəm plastik (ABS) və ya metal material.Sürət rejimləri: Ən azı 3 pilləli (Zəif / Orta / Güclü) mexaniki və ya elektron tənzimləmə.Hava axınının yönləndirilməsi: Avtomatik sağa-sola dönmə (osilasiya) funksiyası və şaquli (aşağı-yuxarı) əyilmə bucağının əllə tənzimlənməsi.Konstruksiya və hündürlük: Teleskopik boru vasitəisə hündürlüyü tənzimlənən (maksimum 120-130 sm), aşma riskinə qarşı ağırlaşdırılmış, çarpaz və ya dairəvi dayanıqlı altlıq.Təhlükəsizlik: Pərləri tam əhatə edən, sıx toxunmuş, möhkəm qoruyucu metal şəbəkə (barmaqlıq).Gərginlik: Standart Şəbəkə gərginliyi 220-240V, 50Hz. | 8 | ədəd |
| 19 | Mikrodalğalı soba Cihaz minimum 25 litr daxili həcmə malik olmalıdır. Soba yeməklərin sürətli və səmərəli şəkildə hazırlanması üçün nəzərdə tutulub. Cihaz minimum 850 Vt mikrodalğa gücü olmalıdır. İstifadəçiyə bişirmə prosesini əvvəlcədən rahatlıqla proqramlaşdırmaq imkanı verməlidir. | 2 | ədəd |
Satınalmalarının 13 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 30 iyl 2026
son qələbə 23 sen 2026
son qələbə 12 avq 2026
son qələbə 06 avq 2026
son qələbə 04 avq 2026