Sifarişçi: AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ
Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
8 satınalma, 7 müxtəlif qalib
Ən çox udan: "MF AVTO SERVİS" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 25%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.03% ilə 91.11% arasında aşağı düşüblər, medianı 27.66%.
Bu tender üçün bu 60.509 ₼ ilə 47.672 ₼ arasıdır.
5.859 ₼ məbləğindən aşağı heç kim udmayıb.
157 ₼
Sənədlər 25 ₼ + iştirak 132 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Gəliş–gediş biletləri, Hava limanında qarşılanma və yola salınma (20 ədəd) 20 nəfər üçün: Beynəlxalq aviabiletlərin (gediş–dönüş) təmin edilməsi; Uçuş marşrutlarının optimal tranzit və ya birbaşa reyslər əsasında seçilməsi; (Tədbirin başlanmasından 1 gün öncə) Biletlərin iqtisadi sinif (economy class) üzrə alınması; Baqaj norması daxil olmaqla (ən azı 1 ədəd - 20 kq baqaj); Biletlərin tarix dəyişdirilməsi və ləğv şərtlərinin mümkün olduğu halların nəzərə alınması. 20 nəfər üçün: Hava limanında qonaqların rəsmi qarşılanmanın təşkili; (maşın Sedan) Gəliş və gediş zamanı nümayəndə heyətinə müşayiət xidmətinin göstərilməsi; Baqajların daşınmasına texniki dəstək; Qonaqların otelə və hava limanına vaxtında çatdırılması Gediş zamanı vaxtında hava limanına çatdırılmanın təmin edilməsi. | 1 | ədəd |
| 2 | Qonaqlama xərcləri (40 gün) 20 nəfər 2 gecə və 3 gün üçün: İştirakçıların minimum dörd (4) ulduzlu oteldə yerləşdirilməsi; (Şəhərin mərkəzində), Bir nəfərlik otaqlarda (single room) yerləşməsi;Yerləşmə xidmətinə səhər yeməyinin daxil edilməsi; Otel ərazisində sabit və sürətli internet (Wi-Fi), təhlükəsizlik və işgüzar mühitin təmin olunması; Otelin seminarların və rəsmi tədbirlərin keçiriləcəyi məkanlara nəqliyyat baxımından əlverişli yerləşməsi; Otaqların iş masası, rahat işıqlandırma, kondisioner, minibar, seyf və fen ilə təchiz edilməsi; Gündəlik otaq təmizliyi, sanitar-gigiyenik vasitələrin vaxtında yenilənməsi; Nümayəndə heyəti üçün erkən qeydiyyat (check-in) və gec çıxış (check-out) imkanlarının mövcud olduğu hallarda təmin edilməsi; Xüsusi qidalanma tələbləri olan iştirakçılar (vegetarian, halal, tibbi pəhriz və s.) üçün uyğun menyu imkanlarının mövcudluğu; Xarici nümayəndələr üçün ingilis və ya rus dillərində xidmət göstərən personalın olması;Rəsmi nümayəndə heyəti üçün sakit, təhlükəsiz və məxfi iş mühitinin təmin edilməsi. | 1 | ədəd |
| 3 | Seminarın keçiriləcəyi məkan Səs və mikrofon sistemi Təqdimat avadanlıqları və texniki ləvazimatlar Sinxron tərcümə və tərcümə avadanlıqları(1,5 gün) 45 nəfər üçün:Minimum 45 nəfər tutumlu, işgüzar və komfortlu seminar zalı; (Set-up U-shape)Zalın təhlükəsizlik, havalandırma və kondisioner sistemi ilə təmin edilməsi;Sakit və diqqəti yayındırmayan peşəkar təlim mühiti;Zalın qrup işlərinin aparılması üçün uyğun planlaşdırılması.45 nəfər üçün:Masaüstü mikrofonlar 2 nəfərə bir mikrofon 1 tribuna mikrofonu, Lazımi hallarda əl mikrofonları;Keyfiyyətli səs gücləndirici sistem;Səsin zal üzrə bərabər paylanmasını təmin edən akustika.45 nəfər üçün:Multimedia proyektor (HDMI/VGA çıxışlı);Proyeksiya ekranı (zalın ölçüsünə uyğun, aydın görünüş təmin edən);Lazer göstərici (pointer) və slayd dəyişdirmə pultu;Səs gücləndirici sistem və zal üzrə bərabər paylanmış səs kolonları;Mikrofon mikseri (audio mixer) və səs tənzimləmə avadanlıqları;Flipchart lövhəsi, markerlər və silgi;Tədbir müddətində texniki operatorun daimi iştirakı;Sürətli WIFI;Kompüter və digər texniki avadanlıqların elektrik enerjisi ilə təmin edilməsi məqsədilə hər iki (2) iştirakçı üçün minimum bir (1) ədəd uzadıcı (elektrik paylayıcısı). 45 nəfər üçün: Seminar və simulyasiya müddətində sinxron tərcümə:Azərbaycan → İngilis, Rus / İngilis → Azərbaycan, Rus; / Rus → Azərbaycan, İngilis. Tərcümənin peşəkar sinxron tərcüməçilər tərəfindən həyata keçirilməsi; 45 nəfər üçün qulaqcıqlar və qəbuledicilər; Sinxron tərcümə üçün tərcümə kabinələri (ISO standartlarına uyğun); Avadanlıqların tədbirə qədər tam texniki yoxlanışı; Tədbir müddətində texniki operatorun daimi iştirakı. | 1 | ədəd |
| 4 | Nahar fasiləsi (tədbirin birinci günü - 45 nəfər/gün) 45 nəfər üçün:Yeməklərin sanitar-gigiyenik normalara və qida təhlükəsizliyi tələblərinə uyğun hazırlanması və təqdim edilməsi; Xüsusi qidalanma tələbləri olan iştirakçılar üçün (vegetarian, halal, tibbi pəhriz və s.) uyğun menyu alternativlərinin mövcudluğu; Yemək və içkilərin tədbirin vaxt qrafikinə uyğun, operativ və fasiləsiz şəkildə təqdim edilməsi; Nahar və fasilələrin keçirilməsi üçün rahat, təmiz və işgüzar mühitin təmin edilməsi. Nahar menyusu: soyuq qəlyanaltılar, isti yeməklər, qarnirlər, salatlar, desertlər, içkilər olmalıdır (yemək menyusu qurumla razılaşdırılmalıdır) | 1 | ədəd |
| 5 | Ziyafət yeməyi (tədbirin birinci günü - 45 nəfər/gün) 45 nəfər üçün rəsmi ziyafət yeməyi:Yeməklərin peşəkar şəkildə təqdim edilməsi; Masaların rəsmi formatda bəzədilməsi (süfrə, salfet, masa nömrələri); Keyfiyyətli qab-qacaq və servis alətləri; İsti yeməklərin isti, soyuq yeməklərin isə soyuq halda saxlanılması; Tədbir müddətində xidmət personalının daimi iştirakı. Yeməklərin qida təhlükəsizliyi və sanitariya-gigiyenik tələblərə uyğun hazırlanması; Ət məhsullarının halal standartlara uyğunluğu; Ziyafət yeməyinin tədbirin protokol qaydalarına uyğun təşkili; Vaxt qrafikinə dəqiq riayət edilməsi; Yüksək keyfiyyətli xidmət və işgüzar etiketin təmin olunması; Ziyafət menyusu: soyuq qəlyanaltılar, isti yeməklər, qarnirlər, salatlar, desertlər, içkilər (yemək menyusu qurumla razılaşdırılmalıdır) (Spirtli içkilər) | 1 | ədəd |
| 6 | Şam yeməyi (tədbirin ikinci günü - 20 nəfər/gün) 20 nəfər üçün:Yeməklərin sanitar-gigiyenik normalara və qida təhlükəsizliyi tələblərinə uyğun hazırlanması və təqdim edilməsi; Xüsusi qidalanma tələbləri olan iştirakçılar üçün (vegetarian, halal, tibbi pəhriz və s.) uyğun menyu alternativlərinin mövcudluğu; Yemək və içkilərin tədbirin vaxt qrafikinə uyğun, operativ və fasiləsiz şəkildə təqdim edilməsi; Nahar və fasilələrin keçirilməsi üçün rahat, təmiz və işgüzar mühitin təmin edilməsi. Nahar menyusu: soyuq qəlyanaltılar, isti yeməklər, qarnirlər, salatlar, desertlər, içkilər (həmçinin spirtli içkilər) | 1 | ədəd |
| 7 | Nahar fasiləsi (ikinci günü - 20 nəfər/gün) 20 nəfər üçün: Yeməklərin sanitar-gigiyenik normalara və qida təhlükəsizliyi tələblərinə uyğun hazırlanması və təqdim edilməsi; Xüsusi qidalanma tələbləri olan iştirakçılar üçün (vegetarian, halal, tibbi pəhriz və s.) uyğun menyu alternativlərinin mövcudluğu; Yemək və içkilərin tədbirin vaxt qrafikinə uyğun, operativ və fasiləsiz şəkildə təqdim edilməsi; Nahar və fasilələrin keçirilməsi üçün rahat, təmiz və işgüzar mühitin təmin edilməsi. Nahar menyusu: soyuq qəlyanaltılar, isti yeməklər, qarnirlər, salatlar, desertlər, içkilər olmalıdır(yemək menyusu qurumla razılaşdırılmalıdır) | 1 | ədəd |
| 8 | Şam yeməyi (tədbirə 1 gün əvvəl gələn qonaqlar - 20 nəfər/gün) 20 nəfər üçün: Yeməklərin sanitar-gigiyenik normalara və qida təhlükəsizliyi tələblərinə uyğun hazırlanması və təqdim edilməsi; Xüsusi qidalanma tələbləri olan iştirakçılar üçün (vegetarian, halal, tibbi pəhriz və s.) uyğun menyu alternativlərinin mövcudluğu; Yemək və içkilərin tədbirin vaxt qrafikinə uyğun, operativ və fasiləsiz şəkildə təqdim edilməsi; Nahar və fasilələrin keçirilməsi üçün rahat, təmiz və işgüzar mühitin təmin edilməsi. Nahar menyusu: soyuq qəlyanaltılar, isti yeməklər, qarnirlər, salatlar, desertlər, içkilər (həmçinin spirtli içkilər) | 1 | ədəd |
| 9 | Kofe fasiləsi - Seminarda (135 nəfər/gün) 45 nəfər üçün 3 kofe fasiləsi: İçkilər: Çay (qara və yaşıl) Qəhvə (americano, espresso) isti su, süd və qaymaq İçməli su (qazlı və qazsız); Peçenye və ya keks (ən azı 2 çeşid) Kruasan və ya mini bulkalar Şokolad və ya şirniyyat məmulatları Mövsümi meyvələr; İçki və qəlyanaltıların özünəxidmət (buffet) formatında təqdim edilməsi; Birdəfəlik və ya çoxdəfəlik gigiyenik qab qacaq (fincan, nəlbəki, qaşıq, salfet); Fasilə müddətində servis personalının mövcudluğu; Bitən qidaların dərhal yenisilənməsi Masaların səliqəli və estetik tərtibatı. Qida və içkilərin sanitariya-gigiyenik normalara uyğun hazırlanması və təqdim edilməsi; Şəkərsiz, laktozasız və digər xüsusi tələblər üçün alternativlərin mövcudluğu təmin edilməsi | 1 | ədəd |
| 10 | Hədiyyələrin alınması (20 ədəd) 20 nəfər üçün: Xarici ölkələrin nümayəndə heyətinin üzvlərinə Azərbaycan Respublikasının tarixini,mədəniyyətini və milli irsini təcəssüm etdirən rəmzi xatirə hədiyyələrinin təqdim edilməlidir; Hədiyyələr rəsmi protokol tədbirləri üçün uyğun, estetik və təqdimat baxımından keyfiyyətli olmalıdır; Hər bir hədiyyə fərdi qablaşdırmada təqdim edilməlidir; Qablaşdırma üzərində və ya daxilində Azərbaycan Respublikasına dair qısa məlumat (ingilis dilində və ya çoxdilli) yerləşdirilməlidir | 1 | ədəd |
Sifarişçinin elandan sonra bu satınalma üzrə dərc etdikləri. Başlıq bizim oxunuşumuzdur, altındakı mətn isə sifarişçinindir, dəyişilmədən.
· 35.011 ₼
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Zoonoz xəstəliklər üzrə regional seminar mövzusunda xüsusi təhlükəli xəstəliklər üzrə beynəlxalq tədbirin keçirilməsi xidmətləri”in satın alınması ilə əlaqədar 08.05.2026-cı il tarixində keçirilmiş açıq tender metoduna Şəmkir rayonu, Əliyaqublu ünvanında qeydiyyatda olan “Azərbaycan Menecment və İnvestisiya Korporasiyası” Qapalı Səhmdar Cəmiyyəti (vöen - 8502821351) 35.010,60 (otuz beş min on manat 60 qəpik, ƏDV ilə birlikdə) manat məbləğində sərfəli qiymət təklifi vermiş və satınalma komissiyası tərəfindən qalib seçilmişdir. Açıq tender metodunda iştirak edən "Vata" Məhdud Məsuliyyətli Cəmiyyəti 38.479,00 (otuz səkkiz min dörd yüz yetmiş doqquz manat 00 qəpik, ƏDV ilə birlikdə) manat məbləğində qiymət təklifi vermiş və portal tərəfindən 90,99 balla qiymətləndirilmişdir. “Medical Media” Məhdud Məsuliyyətli Cəmiyyəti 39.416,72 (otuz doqquz min dörd yüz on altı manat 72 qəpik, ƏDV ilə birlikdə) manat məbləğində qiymət təklifi vermiş və portal tərəfindən 88,82 balla qiymətləndirilmişdir. “RR Travel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti 44.200,70 (qırx dörd min iki yüz manat 70 qəpik, ƏDV ilə birlikdə) manat məbləğində qiymət təklifi vermiş və portal tərəfindən 79,21 balla qiymətləndirilmişdir.
Satınalmalarının 39 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 19 iyn 2026
son qələbə 23 sen 2026
son qələbə 15 iyl 2026
son qələbə 19 iyn 2026
son qələbə 19 may 2026