Sifarişçi: "MOLEKULYAR BİOLOGİYA İNSTİTUTU" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
6 satınalma, 6 müxtəlif qalib
Ən çox udan: "AZSTANDLAB" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (1, 16.7%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.07% ilə 94.03% arasında aşağı düşüblər, medianı 13.31%.
Bu tender üçün bu 191.255 ₼ ilə 172.564 ₼ arasıdır.
11.884 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Sabit sürətli laboratoriya mini-vorteksi, mikser Təyinatı: Laboratoriya nümunələrinin, reagentlərin və bioloji materialların sürətli və homogen qarışdırılması üçün. Qarışdırma hərəkəti: Üfüqi dairəvi/orbital hərəkət. İşə salınma: Toxunuşla (Touch) və ya təzyiq aktivləşdirməsi ilə. Sürət diapazonu: Ən azı 1000–3500 dövr/dəq. Orbital diametr: Təxminən 4,5 mm. Maksimum qarışdırma yükü: Ən azı 100 q. Tüp tutumu: Müxtəlif ölçülü laboratoriya tüpləri ilə işləməyə uyğun. Maksimum tüp diametri: Ən azı 30 mm. Qarışdırma tutumu: Ən azı 50 mL həcmli tüplərlə işləməyə uyğun. İş rejimi: Toxunuşla/qısa müddətli qarışdırma; mümkün olduqda fasiləsiz işləmə rejimi. Konstruksiya: Kompakt, laboratoriya masasının üzərində istifadəyə uyğun və sürüşməyən dayaqlı. Qida gərginliyi: 100–240 V AC, 50/60 Hz universal elektrik təchizatına uyğun olması üstünlükdür. Güc sərfi: Təxminən 24 W. Ölçülər: Kompakt konstruksiya; təxminən 125 × 115 × 76 mm ölçülər sinfində. Çəki: Təxminən 0,55 kq və ya daha az. Tətbiq sahəsi: Biologiya, biokimya, klinik laboratoriyalar, tədqiqat və nümunə hazırlama işləri. | 1 | ədəd |
| 2 | Dəyişkən Sürətli Vortek Mikser Təyinatı: Laboratoriya nümunələrinin, məhlulların və reagentlərin homogen qarışdırılması üçün nəzərdə tutulmalıdır. Qarışdırma mexanizmi: Vortex tipli, dairəvi/orbital hərəkətli olmalıdır. Sürət diapazonu: 500–2800 dövr/dəq və ya daha geniş diapazonda tənzimlənməlidir. Sürət tənzimlənməsi: Elektron və ya mexaniki üsulla dəqiq tənzimlənə bilməlidir. Maksimum yük: Ən azı 100 q. Tüp uyğunluğu: Müxtəlif ölçülü və həcmli laboratoriya tüpləri ilə işləməyə uyğun olmalıdır. İş rejimləri: Toxunuşla (Touch) işə salınma və fasiləsiz işləmə rejimlərini dəstəkləməlidir. Aksesuarlar: Müxtəlif diametr və həcmli tüplər üçün dəyişdirilə bilən qarışdırıcı başlıqları və/və ya platformaları dəstəkləməlidir. Konstruksiya: Kompakt, laboratoriya masasının üzərində sabit işləməyə uyğun olmalıdır. İstifadə sahəsi: Bioloji, kimyəvi, klinik və digər laboratoriya nümunələrinin qarışdırılması üçün yararlı olmalıdır. Elektrik təchizatı: Laboratoriya elektrik şəbəkəsində istifadəyə uyğun olmalıdır. Təhlükəsizlik: Sürüşməyən dayaqlara və uzunmüddətli istismar üçün dayanıqlı konstruksiyaya malik olmalıdır. | 1 | ədəd |
| 3 | LCD Sensorlu Ekran Versiyası,
soyuduculu, masaüstü, yüksək sürətli sentrafuqa Təyinat: Bioloji, biokimyəvi, klinik və digər laboratoriya nümunələrinin yüksək sürətli sentrifuqalanması və temperatur nəzarəti altında ayrılması üçün nəzərdə tutulmalıdır. İdarəetmə sistemi: Mikroprosessor/mikrokompüter idarəetməli olmalıdır. İnterfeys: Sürət, RCF, temperatur və vaxt parametrlərinin birbaşa daxil edilməsinə imkan verən LCD sensor ekranlı idarəetmə sistemi olmalıdır. Maksimum fırlanma sürəti: Ən azı 16 000 dövr/dəq. Maksimum nisbi mərkəzdənqaçma qüvvəsi (RCF): Ən azı 20 000 ×g, uyğun rotorla. Tutum: Ən azı 6 × 10 mL nümunə tutumunu təmin edən rotor və ya uyğun rotor/adapter komplekti olmalıdır. Rotor sistemi: Müxtəlif həcmli və tipli sentrifuqa tüpləri ilə işləmək üçün dəyişdirilə bilən rotor və adapterləri dəstəkləməlidir. Temperatur diapazonu: Ən azı –10 °C ilə +40 °C aralığını əhatə etməlidir. Temperatur dəqiqliyi: ±2 °C və ya daha yaxşı. Soyutma sistemi: CFC-siz/freonsuz, mümkün olduqda iki dövrəli soyutma sistemi olmalıdır. Mühərrik: Fırçasız, texniki xidmət tələb etməyən və aşağı səs-küylə işləyən mühərrik olmalıdır. Sürət və RCF idarəetməsi: RPM və RCF göstəriciləri birbaşa seçilə və tənzimlənə bilməlidir. Taymer: 1 saniyədən 99 saat 59 dəqiqə 59 saniyəyə qədər tənzimlənə bilən olmalıdır. Proqram yaddaşı: Ən azı 100 istifadəçi proqramının yadda saxlanmasına imkan verməlidir. Sürətlənmə/əyləclənmə: Ən azı 9 sürətlənmə və əyləclənmə səviyyəsi olmalıdır. Qapaq sistemi: Elektron avtomatik qapaq kilidi və işləmə zamanı qapağın açılmasının qarşısını alan təhlükəsizlik sistemi olmalıdır. Təhlükəsizlik sistemləri: həddindən artıq sürətdən qorunma; həddindən artıq temperaturdan qorunma; rotor balanssızlığının aşkarlanması və qorunması; qapağın düzgün bağlanmaması zamanı bloklama. Səs-küy səviyyəsi: ≤60 dBA olması məqsədəuyğundur. Vibrasiya: Vibrasiya və səs-küyü azaltmaq üçün çoxmərhələli amortizasiya sistemi olmalıdır. Kamera: Korroziyaya davamlı paslanmayan polad materialdan hazırlanmalıdır. Gövdə: Davamlı və laboratoriya istifadəsinə uyğun metal konstruksiyaya malik olmalıdır. Elektrik təchizatı: AC 220 V, 50/60 Hz. İstifadə rejimi: Davamlı laboratoriya işinə uyğun olmalıdır. Əlavələr: Müxtəlif ölçülü tüplər üçün uyğun rotorlar və adapterlər komplektasiya və ya əlavə aksesuar kimi təqdim edilə bilməlidir. | 5 | ədəd |
| 4 | Sabit bucaqlı rotor ( təklif olunan sentrafuqa üçün) Rotor tipi: Sabit bucaqlı rotor. Maksimum tutum: 12 × 1,5/2,0 mL mikrotüp. Maksimum sürət: Ən azı 16 000 dövr/dəq. Maksimum RCF: Ən azı 17 940 ×g, üstünlük olaraq 20 000 ×g və ya daha yüksək. Uyğun nümunə qabları: Standart 1,5 mL və 2,0 mL Eppendorf tipli mikrotüplər. Rotor bucağı: Sabit bucaqlı konstruksiya; yüksək sürətli sentrifuqalama zamanı tüpləri təxminən 45° bucaq altında saxlamalıdır. Montaj sistemi: Sürətli və təhlükəsiz quraşdırmanı təmin edən yaylı və/və ya konusvari tezoturan rotor bağlantısı, istiqamətdən asılı olmayan konstruksiya. Rotor materialı: Yüksək möhkəmlikli, yüngül və korroziyaya davamlı alüminium ərintisi və ya ekvivalent material. Balanslaşdırma: Rotor simmetrik yüklənməni və yüksək sürətdə təhlükəsiz işləməni təmin etməlidir. Uyğunluq: Yüksək sürətli soyuduculu laboratoriya sentrifuqasında istifadə üçün uyğun olmalıdır. Təhlükəsizlik: Rotor yüksək sürətdə işləyərkən mexaniki bütövlüyü və sentrifuqanın balanssızlıqdan qorunma sistemləri ilə uyğunluğu təmin edilməlidir. Sterilizasiya/təmizləmə: Laboratoriya dezinfeksiya vasitələrinə və müvafiq təmizləmə prosedurlarına davamlı olmalıdır. | 5 | ədəd |
| 5 | Sabit bucaqlı rotor( təklif olunan sentrafuqa üçün Rotor növü: Sabit bucaqlı rotor Tutumu: Minimum 10 ədəd × 5 ml boru Maksimum sürət: Minimum 16.000 dövr/dəqiqə Maksimum nisbi mərkəzdənqaçma qüvvəsi (RCF): Minimum 17.000 × g Uyğun boru növü: 5 ml həcmli laboratoriya boruları Rotorun materialı: Yüksək möhkəmlikli alüminium ərintisi və ya ekvivalent material Bərkidilmə sistemi: Sürətli və təhlükəsiz quraşdırılmanı təmin edən konusvari, yaylı və ya ekvivalent montaj mexanizmi Balanslaşdırma: Yüksək sürətli iş rejimi üçün dinamik balanslaşdırılmış olmalıdır Korroziyaya davamlılıq: Kimyəvi maddələrə və laboratoriya reagentlərinə davamlı örtüklə təmin edilməlidir Təhlükəsizlik: İstehsalçı tərəfindən müəyyən edilmiş maksimal sürət və yüklənmə göstəricilərinə uyğun istismara yararlı olmalıdır Uyğunluq: Təklif edilən rotor təqdim olunan yüksək sürətli soyuducu sentrifüqa ilə tam uyğun olmalıdır Təmizlənmə və qulluq: Dezinfeksiyaedici vasitələrlə təmizlənməyə uyğun olmalıdır | 5 | ədəd |
| 6 | Sabit bucaqlı rotor ( təklif olunan sentrafuqa üçün Rotor növü: Sabit bucaqlı rotor Tutumu: Minimum 6 ədəd × 10 ml boru Maksimum sürət: Minimum 13.000 dövr/dəqiqə Maksimum nisbi mərkəzdənqaçma qüvvəsi (RCF): Minimum 14.000 × g Uyğun boru növü: 10 ml həcmli laboratoriya boruları Rotorun materialı: Yüksək möhkəmlikli alüminium ərintisi və ya ekvivalent material Montaj sistemi: Sürətli və təhlükəsiz quraşdırmanı təmin edən yaylı, konusvari və ya ekvivalent tez oturan bərkidici mexanizm Balanslaşdırma: Yüksək sürətli iş rejimi üçün dinamik balanslaşdırılmış olmalıdır Korroziyaya davamlılıq: Kimyəvi maddələrə və laboratoriya reagentlərinə davamlı olmalıdır Təhlükəsizlik: İstehsalçı tərəfindən müəyyən edilmiş maksimal sürət və yüklənmə göstəricilərinə uyğun istismara yararlı olmalıdır Uyğunluq: Təklif edilən rotor təqdim olunan yüksək sürətli soyuducu sentrifüqa ilə tam uyğun olmalıdır Təmizlənmə: Laboratoriya şəraitində istifadə olunan dezinfeksiyaedici vasitələrlə təmizlənə bilməlidir | 5 | ədəd |
| 7 | Tənzimlənən həcmli üç mikropipet dəstil Dəst: 3 ədəd tək kanallı dəyişkən həcmli mikropipetdən ibarət olmalıdır. Həcm diapazonları: 2–20 µl 20–200 µl 100–1000 µl Həcm tənzimləmə addımı: 2–20 µl üçün minimum 0,5 µl 20–200 µl üçün minimum 1 µl 100–1000 µl üçün minimum 5 µl Pipetlər mexaniki və ya ekvivalent dəqiqlikli həcm tənzimləmə sisteminə malik olmalıdır. Korpus materialı: Termoplastik elastomer və ya ekvivalent materialdan hazırlanmış, erqonomik dizayna malik olmalıdır. İstifadə rahatlığı: Uzunmüddətli laboratoriya işləri üçün əl yorğunluğunu minimuma endirən konstruksiyada olmalıdır. Sterilizasiya: Minimum 121°C temperaturda tam və ya istehsalçının tövsiyəsinə uyğun şəkildə avtoklavlana bilməlidir. Ucluq konusunun materialı: Poliviniliden florid (PVDF) və ya ekvivalent kimyəvi davamlı material. Dəqiqlik və təkrarlanma göstəriciləri istehsalçının texniki sənədləri ilə təsdiq edilməlidir. Standart laboratoriya ucluqları ilə uyğun olmalıdır. Komplektə aşağıdakılar daxil edilməlidir: Kalibrləmə üçün açar və ya alət; Pipet tutacağı və ya asqısı; Ucluq çıxarma mexanizmi və ya aləti; İstifadəçi təlimatı. Məhsul yeni, istifadə edilməmiş və istehsalçı qablaşdırmasında təqdim olunmalıdır. | 2 | dəst |
| 8 | Pipet ucluğu 200mkl Şəffaf polipropilendən hazırlanmış 200 mikrolitr ölçüdə minimum121°C-də avtoklavlana bilən pipet ucluğu. Hər bağlamada 1000 ədəd. | 2 | bağlama |
| 9 | Pipet ucluğu 1000mkl Şəffaf polipropilendən hazırlanmış 1000 mikrolitr ölçüdə minimum121°C-də avtoklavlana bilən pipet ucluğu. Hər bağlamada 500 ədəd. | 2 | bağlama |
| 10 | Pipet ucluğu 10mkl Şəffaf polipropilendən hazırlanmış 10 mikrolitr ölçüdə minimum 121°C-də avtoklavlana bilən pipet ucluğu. Hər bağlamada 1000 ədəd. | 2 | bağlama |
| 11 | Avtomatik mikrotom Təyinatı: Histoloji, patoloji və tədqiqat laboratoriyalarında toxuma nümunələrindən nazik kəsiklərin hazırlanması üçün nəzərdə tutulmuş rotasion mikrotom. Kəsmə qalınlığı diapazonu: Minimum 0,5–100 mikrometr. Kəsmə qalınlığının tənzimlənməsi: Minimum 1 mikrometr və ya daha kiçik addımlarla. Kobud kəsmə (trimming) funksiyası: Minimum 0–500 mikrometr diapazonunda. Nümunənin geri çəkilməsi funksiyası olmalıdır. Nümunənin şaquli hərəkət məsafəsi: Minimum 60 mm. Nümunənin üfüqi hərəkət məsafəsi: Minimum 25 mm. Maksimum nümunə kəsiyi ölçüsü: Minimum 50 × 50 mm. Kəsmə rejimləri: Fasiləsiz, addım-addım və ya ekvivalent kəsmə rejimlərini dəstəkləməlidir. Kəsmə sürəti tənzimlənə bilən olmalıdır. İdarəetmə sistemi: LCD, LED displey, sensor ekran və ya ekvivalent elektron idarəetmə sistemi. Nümunənin verilməsi yüksək dəqiqlikli mexaniki və ya elektron sistem vasitəsilə həyata keçirilməlidir. Nümunənin geri çəkilməsi mexanizmi preparatın və bıçağın qorunmasını təmin etməlidir. Kəsiklərin sayını və ya iş prosesini izləməyə imkan verən göstərici və ya sayğac funksiyası olmalıdır. Cihaz mexaniki əl çarxı (maxovik) ilə təchiz edilməlidir. Təhlükəsizlik məqsədilə əl çarxının kilidlənməsi və ya ekvivalent təhlükəsizlik sistemi olmalıdır. Özünüdiaqnostika və ya nasazlıqlar barədə xəbərdarlıq funksiyası olmalıdır. Elektrik təchizatı: 220–240 V, 50 Hz. Komplektə bıçaq tutucusu, tullantı toplama qabı və cihazın istismarı üçün zəruri standart aksesuarlar daxil edilməlidir | 1 | ədəd |
| 12 | Əl ilə idarə olunan koloniya hesablayıcısı Təyinatı: Petri qablarında mikroorqanizm koloniyalarının sürətli və dəqiq hesablanması üçün nəzərdə tutulmuş laboratoriya cihazı. Böyütmə sistemi: Minimum 2,5 dəfə böyütmə qabiliyyətinə malik, diametri minimum 100 mm olan böyüdücü şüşə və ya ekvivalent optik sistem. Ekran: Sayma nəticələrini göstərən LED, LCD və ya ekvivalent rəqəmsal displey. Sayma diapazonu: Minimum 0–999 koloniya. İşıqlandırma sistemi: Bərabər və parıltısız işıqlandırmanı təmin edən LED işıq mənbəyi və ya ekvivalent sistem. Sayma mexanizmi: Təzyiqə həssas sayma platforması və ya ekvivalent texnologiya vasitəsilə koloniyaların əl ilə qeydiyyatı. Təsdiqləmə funksiyası: Hər sayma əməliyyatı zamanı səsli və/və ya vizual təsdiq siqnalı verməlidir. Uyğunluq: Müxtəlif ölçülü Petri qabları ilə işləmək imkanı olmalıdır; minimum 50 mm-dən 90 mm-ə qədər diametrli qabları qəbul etməlidir. Korpus materialı: Metal, polad və ya ekvivalent möhkəm materialdan hazırlanmış, korroziyaya qarşı qoruyucu örtüyə malik olmalıdır. Komplektə aşağıdakılar daxil olmalıdır: Ştativ üzərində böyüdücü şüşə; Koordinat şəbəkəsinə malik müşahidə lövhəsi və ya ekvivalent aksesuar; Elektrik qidalanma adapteri (əgər tələb olunursa); İstifadəçi təlimatı. Elektrik təchizatı: 220–240 V, 50 Hz (tətbiq olunduqda). Sənədləşmə tələbi: Təklif edilən avadanlığın mənşəyini və rəsmi idxalını təsdiq edən istehsalçı tərəfindən verilmiş səlahiyyət məktubu (MAF) və ya rəsmi distribyutor tərəfindən verilmiş diler səlahiyyət sənədi (DAF) təqdim edilməlidir. | 1 | ədəd |
| 13 | Mikroorqanizm koloniyalarının sürətli avtomatik sayğacı Təyinatı: Petri qablarında mikroorqanizmlərin koloniyalarının avtomatik aşkarlanması, sayılması və təhlili üçün nəzərdə tutulmuş laboratoriya cihazı. Uyğun qab ölçüsü: Diametri minimum 55 mm-dən 90 mm-dək olan standart Petri qabları ilə işləyə bilməlidir. Görüntüləmə sistemi: Yüksək ayırdetmə qabiliyyətli rəqəmsal rəngli kamera ilə təchiz olunmalıdır. Kamera ayırdetməsi: Minimum 1 meqapiksel və ya daha yüksək. Aşkarlama həssaslığı: Minimum 0,1 mm ölçülü koloniyaları aşkar edə bilməlidir. Sayma sürəti: Yüksək sürətli avtomatik sayma funksiyasına malik olmalı, qısa müddətdə çoxsaylı koloniyaların hesablanmasını təmin etməlidir. İşıqlandırma sistemi: LED əsaslı, bərabər və tənzimlənə bilən işıqlandırma sistemi ilə təchiz olunmalıdır. Proqram təminatı aşağıdakı funksiyaları dəstəkləməlidir: Koloniyaların avtomatik sayılması; Toxunan və ya birləşmiş koloniyaların avtomatik ayrılması; Maraq zonalarının (ROI) seçilməsi və ya xaric edilməsi; Koloniya ölçüsünün təhlili; Nəticələrin saxlanılması və hesabatların hazırlanması; Məlumatların Excel, PDF və ya ekvivalent formatlara ixracı. Sayma funksiyaları: Tək və çoxsaylı koloniyaların hesablanması; Birləşmiş koloniyaların avtomatik ayrılması; Təcrid zonalarının və ya seçilmiş sahələrin təhlili. İstifadəçi interfeysi: Kompüter proqramı və ya inteqrasiya olunmuş idarəetmə sistemi vasitəsilə işləməlidir. Qoşulma interfeysi: Minimum 1 ədəd USB portu və ya ekvivalent məlumat ötürmə interfeysi. Ölçüləri: Laboratoriya masası üzərində istifadəyə uyğun kompakt konstruksiyada olmalıdır. Çəkisi: Daşınması və yerləşdirilməsi üçün uyğun olmalıdır. Elektrik təchizatı: 220–240 V, 50 Hz. Komplektə cihazın işləməsi üçün tələb olunan proqram təminatı, qoşulma kabelləri və standart aksesuarlar daxil edilməlidir | 1 | ədəd |
| 14 | Nəmlik analizatoru Təyinatı: Müxtəlif materiallarda rütubət miqdarının və kütlənin dəqiq təyin edilməsi üçün nəzərdə tutulmuş laboratoriya cihazı. Maksimum yük götürmə qabiliyyəti: Minimum 100 q. Çəki ölçmə dəqiqliyi (diskretlik): Minimum 0,01 q. Rütubət ölçmə dəqiqliyi (diskretlik): Minimum 0,1%. Ölçmə prinsipi: Qurutma üsulu ilə rütubətin avtomatik təyini. Ekran: Arxa işıqlı LCD, LED və ya ekvivalent displey; çəki, temperatur, vaxt və ölçmə nəticələrini göstərməlidir. Nümunə platformasının diametri: Minimum 90 mm. Nümunə qabı (stəkan) diametri: Minimum 90 mm. Taymer funksiyası: Minimum 1–99 dəqiqə və ya daha geniş diapazonda tənzimlənə bilməlidir. Qızdırma temperaturu diapazonu: Minimum +50°C-dən +160°C-yə qədər. Temperatur tənzimlənməsi: Minimum 5°C və ya daha kiçik addımlarla. Qızdırıcı element: İnfraqırmızı (IR), halogen və ya ekvivalent texnologiyaya malik qızdırma sistemi. Ölçmə nəticələrinin avtomatik hesablanması və göstərilməsi funksiyasına malik olmalıdır. İnterfeys: RS232, USB və ya ekvivalent məlumat ötürmə portu. Elektrik təchizatı: Şəbəkə adapteri və qidalanma kabeli ilə birlikdə təqdim edilməlidir. Komplektə aşağıdakılar daxil olmalıdır: Nümunə qabları (metal stəkanlar); Nümunə qabı tutacağı; Elektrik adapteri və qidalanma kabeli; İstifadəçi təlimatı. Korpus laboratoriya şəraitində istifadəyə uyğun möhkəm materialdan hazırlanmalıdır. | 1 | ədəd |
| 15 | Petri qabları
94x16mm Təyinatı: Mikrobioloji, bioloji və digər laboratoriya tədqiqatlarında nümunələrin becərilməsi və müşahidəsi üçün nəzərdə tutulmuş birdəfəlik Petri qabı. Materialı: Yüksək şəffaflığa və işıq keçiriciliyinə malik polistirol (PS) və ya ekvivalent material. Sterillik: Steril və birdəfəlik istifadə üçün nəzərdə tutulmalıdır. Ölçüləri: Diametri: Təxminən 90–100 mm; Hündürlüyü: Təxminən 15–20 mm. Həcmi: Minimum 90 ml. Qapaq: Qab ilə uyğun ölçüdə, möhkəm oturan qapaqla təchiz olunmalıdır. Ventilyasiya: Qaz mübadiləsini təmin edən ventilyasiya sisteminə və ya ekvivalent konstruksiyaya malik olmalıdır. Səthi: Mikroorqanizmlərin kultivasiyası üçün uyğun, hamar və qüsursuz olmalıdır. Rəngi: Şəffaf. İstifadə sahəsi: Mikrobioloji və hüceyrə kulturası laboratoriyalarında istifadə üçün yararlı olmalıdır. Qablaşdırma: İstehsalçı tərəfindən təqdim olunan steril qoruyucu qablaşdırmada olmalıdır. Bağlamada miqdarı: Minimum 400 ədəd. Məhsul yeni, istifadə edilməmiş və istehsalçı qablaşdırmasında təqdim olunmalıdır. | 2 | bağlama |
| 16 | Qapaqlı Petri qabları
60 x 15mm Təyinatı: Mikrobioloji, bioloji və digər laboratoriya tədqiqatlarında mikroorqanizmlərin kultivasiyası və müşahidəsi üçün nəzərdə tutulmuş birdəfəlik Petri qabı. Materialı: Yüksək şəffaflığa malik tibbi və ya laboratoriya təyinatlı polistirol (PS) və ya ekvivalent material. Sterillik: Steril vəziyyətdə təqdim edilməli və istifadəyə hazır olmalıdır. İstifadə növü: Birdəfəlik istifadə üçün nəzərdə tutulmalıdır. Ölçüləri: Diametri: Təxminən 60 mm; Hündürlüyü: Təxminən 15 mm. Qapaq: Qab ilə uyğun ölçüdə və möhkəm oturan qapaqla təchiz olunmalıdır. Ventilyasiya: Qaz mübadiləsini təmin edən ventilyasiya sistemi olmalı, qapaqda minimum 3 ventilyasiya çıxıntısı, yarığı və ya ekvivalent hava dövriyyəsi mexanizmi nəzərdə tutulmalıdır. Səthi: Hamar, şəffaf və mikrobioloji müşahidələr üçün uyğun olmalıdır. Rəngi: Şəffaf. İstifadə sahəsi: Mikrobioloji, bakterioloji və digər laborator analizlər üçün yararlı olmalıdır. Qablaşdırma: Sterilliyi qoruyan istehsalçı qablaşdırmasında təqdim edilməlidir. Bağlamada miqdarı: Minimum 360 ədəd. Məhsul yeni, istifadə edilməmiş və istehsalçı qablaşdırmasında təqdim olunmalıdır. | 2 | bağlama |
| 17 | Maye mühit analizi üçün laboratoriya pH ölçəni Təyinatı: Maye nümunələrdə pH və temperaturun ölçülməsi üçün nəzərdə tutulmuş kombinə edilmiş pH elektrodu. Cihaz növü: pH ölçmə, istinad (referans) elektrodu və temperatur sensorunu özündə birləşdirən kombinə edilmiş elektrod. Elektrod tipi: Doldurula bilən (refillable) şüşə pH elektrodu. Ölçmə parametri: pH və temperatur ölçmələrini dəstəkləməlidir. Temperatur kompensasiyası: Daxili temperatur sensoru vasitəsilə avtomatik və ya ekvivalent temperatur kompensasiyası funksiyasına malik olmalıdır. Diafraqma: Keramika və ya ekvivalent materialdan hazırlanmış diafraqma. Korpus materialı: Şüşə və ya ekvivalent kimyəvi davamlı material. Elektrolit sistemi: Yenidən doldurula bilən (refillable) elektrolit məhlulu ilə işləməlidir. Kabel uzunluğu: Minimum 1 metr. Bağlantı növü: pH/mV siqnalı üçün standart BNC və ya ekvivalent konnektor; Temperatur sensoru üçün uyğun ölçmə cihazları ilə işləyə bilən ayrıca konnektor. Elektrod ölçüləri: Diametri: Təxminən 12 mm; Uzunluğu: Təxminən 120 mm. Kimyəvi davamlılıq: Laboratoriya şəraitində istifadə olunan məhlullara qarşı davamlı olmalıdır. Uyğunluq: Standart laboratoriya pH-metrləri ilə işləməlidir. Komplektə istifadə və qulluq üzrə təlimat daxil edilməlidir. Məhsul yeni, istifadə edilməmiş və istehsalçı qablaşdırmasında təqdim olunmalıdır. | 1 | ədəd |
| 18 | Uzun, doldurula bilən şüşə kompozit pH elektrodu Təyinatı: Sulu məhlullarda, durulaşdırılmış turşu və qələvi mühitlərdə pH ölçmələri üçün nəzərdə tutulmuş laboratoriya tipli kombinə edilmiş pH elektrodu. Elektrod tipi: Kombinə edilmiş (ölçmə və istinad elektrodu bir korpusda) pH elektrodu. Korpus materialı: Şüşə və ya ekvivalent kimyəvi davamlı material. Diafraqma: Keramika və ya ekvivalent material. Elektrolit sistemi: Doldurula bilən və ya uzunömürlü gel tipli elektrolit sistemi. pH ölçmə diapazonu: Minimum 0–14 pH. İşləmə temperaturu diapazonu: Minimum 0–80°C. Elektrod diametri: Təxminən 12 mm. Elektrodun işlək hissəsinin uzunluğu: Minimum 120 mm. Kabel uzunluğu: Minimum 1 metr. Bağlantı növü: Standart laboratoriya pH metrləri ilə uyğun BNC və ya ekvivalent konnektor. Kimyəvi davamlılıq: Turşu, qələvi və sulu məhlullarda istifadə üçün yararlı olmalıdır. Məhsul yeni, istifadə edilməmiş və istehsalçı qablaşdırmasında təqdim olunmalıdır. | 1 | ədəd |
| 19 | Tərs Trinokulyar Mikroskop Təyinatı: Hüceyrə kulturası, canlı hüceyrələr və digər bioloji nümunələrin müşahidəsi üçün nəzərdə tutulmuş peşəkar tərs tipli mikroskop. Optik sistem: Sonsuzluqla korreksiya edilmiş (Infinity) və ya ekvivalent yüksək keyfiyyətli optik sistem. Müşahidə üsulları: Parlaq sahə, faza-kontrast və flüoresans müşahidə imkanları. Optik başlıq: Trinokulyar, gözlərarası məsafəsi tənzimlənə bilən başlıq. Okulyarlar: Minimum WF 10× geniş sahəli okulyarlar. Obyektiv revolveri: Minimum 5 mövqeli. Obyektivlər: Minimum 4×, 10× və 20× böyütməli obyektivlər; faza-kontrast müşahidəni dəstəkləməlidir. Nümunə platforması: Hüceyrə kulturası qabları və laboratoriya slaydları ilə işləməyə uyğun mexaniki platforma. Nümunə tutucuları: Müxtəlif ölçülü Petri qabları, kultivasiya qabları və mikroskop slaydları üçün uyğun tutucular. Kondensator: Uzun işçi məsafəli (Long Working Distance) kondensator. Faza-kontrast sistemi: Ən azı 10× və 20× böyütmələr üçün faza-kontrast müşahidə imkanı. İşıqlandırma: LED əsaslı, intensivliyi tənzimlənə bilən işıqlandırma sistemi. Fokuslama: Kobud və incə fokuslama mexanizmi. Ştativ: Vibrasiyaya davamlı möhkəm konstruksiya. Kamera inteqrasiyası: Rəqəmsal kamera qoşulmasını dəstəkləməlidir. Flüoresans sistemi: Müvafiq filtr blokları ilə flüoresans müşahidə imkanına malik olmalıdır. Komplektə toz örtüyü və istehsalçının standart aksesuarları daxil edilməlidir. Elektrik təchizatı: 220–240 V, 50 Hz.. MAF və ya DAF sənədi tələb olunur. | 1 | ədəd |
| 20 |
40x uzun iş məsafəsi (LWD) sonsuzluqla korreksiya olunmuş plan fazalı kontrastlı obyektiv (Təklif olunan Tərs Trinokulyar Mikroskopa üçün)
Obyektiv tipi: Uzaq işçi məsafəli (LWD) Plan Faza-Kontrast obyektiv. Optik sistem: Sonsuzluqla korreksiya edilmiş (Infinity corrected) və ya ekvivalent optik sistemlə uyğun olmalıdır. Böyütmə: Minimum 40×. Rəqəmsal diafraqma (NA): Minimum 0,60. İşçi məsafəsi (WD): Minimum 3 mm. Optik xüsusiyyətlər: Görüntü sahəsi boyunca yüksək ayırdetmə qabiliyyəti və vahid fokus təmin etməlidir. Faza-kontrast müşahidə üçün uyğun olmalı, boyanmamış və canlı nümunələrin kontrastını artırmalıdır. Konstruksiya: Nümunə və obyektivin qorunmasını təmin edən yaylı (spring-loaded) ön linzaya və ya ekvivalent qoruyucu mexanizmə malik olmalıdır. Təyinatı: Hüceyrə kulturası, canlı hüceyrələr və digər şəffaf bioloji nümunələrin müşahidəsi üçün uyğun olmalıdır. Təklif olunan obyektiv təqdim edilən mikroskop sistemi ilə tam uyğun olmalıdır. | 1 | ədəd |
| 21 | Çıxarıla bilən mexaniki əşya lövhəsi (Təklif olunan Tərs Trinokulyar Mikroskopa üçün) Təyinatı: Mikroskop üzərində nümunələrin dəqiq yerləşdirilməsi, hərəkəti və müşahidəsi üçün nəzərdə tutulmuş mexaniki XY əşya lövhəsi. Quruluşu: Çıxarıla bilən mexaniki XY platforma olmalıdır. Hərəkət diapazonu: X oxu üzrə minimum 120 mm; Y oxu üzrə minimum 75 mm. İdarəetmə sistemi: Sağ və ya sol tərəfdən idarə oluna bilən koaksial X-Y idarəetmə mexanizminə malik olmalıdır. Hərəkət tənzimlənməsi: X və Y oxları üzrə dəqiq hərəkət iki koaksial idarəetmə düyməsi və ya ekvivalent mexanizm vasitəsilə həyata keçirilməlidir. Hərəkət xüsusiyyətləri: Nümunələrin hamar, sabit və dəqiq mövqeləndirilməsini təmin etməlidir. Komplektə nümunələrin yerləşdirilməsi üçün köməkçi mərhələ lövhəsi (auxiliary stage plate) və ya ekvivalent aksesuar daxil edilməlidir. Köməkçi lövhə işçi səthinin genişləndirilməsinə imkan verməlidir. Materialı: Korroziyaya davamlı metal ərintisi və ya ekvivalent möhkəm materialdan hazırlanmalıdır. Uyğunluq: Təklif olunan mikroskop sistemi ilə tam uyğun olmalıdır. Laboratoriya şəraitində intensiv istifadəyə yararlı konstruksiyaya malik olmalıdır. | 1 | ədəd |
| 22 | Teraski boşqab tutacağı, şüşə slayd, diametr 35-65 qab və hemositometr üçün universal tutacaq (Təklif olunan Tərs Trinokulyar Mikroskopa üçün) Təyinatı: Mikroskop altında müxtəlif ölçülü və formalı laboratoriya nümunələrinin təhlükəsiz, stabil və dəqiq yerləşdirilməsi üçün nəzərdə tutulmuş universal tutucu. Uyğunluq: Terasaki lövhələri, standart mikroskop slaydları, hemositometrlər, Petri qabları, hüceyrə kulturası qabları və digər laboratoriya nümunələri ilə işləməyə uyğun olmalıdır. Nümunə ölçüləri: Müxtəlif ölçülü və formalı nümunələrin yerləşdirilməsinə imkan verməlidir. Qab uyğunluğu: Minimum 35–65 mm diametrli qabların təhlükəsiz yerləşdirilməsini və saxlanmasını təmin etməlidir. Sıxac mexanizmi: Müxtəlif ölçülü nümunələrin mərkəzləşdirilməsi və sabitlənməsi üçün tənzimlənən sıxac və ya ekvivalent fiksasiya sistemi ilə təchiz olunmalıdır. Fiksasiya xüsusiyyətləri: Nümunələri zədələmədən, deformasiya etmədən və sürüşməyə yol vermədən möhkəm saxlamalıdır. Mövqeləndirmə: Mikroskop altında nümunələrin dəqiq yerləşdirilməsini və müşahidə zamanı sabit qalmasını təmin etməlidir. Materialı: Alüminium ərintisi və ya ekvivalent möhkəm, korroziyaya davamlı və laboratoriya istifadəsinə uyğun materialdan hazırlanmalıdır. Quraşdırılma: Mikroskopun mexaniki lövhəsinə və ya istehsalçının nəzərdə tutduğu platformaya asan və təhlükəsiz şəkildə quraşdırıla bilməlidir. Konstruksiya: Davamlı, təkrar istifadə üçün yararlı və laboratoriya şəraitində uzunmüddətli istismara uyğun olmalıdır. Funksionallıq: Müxtəlif tipli laboratoriya nümunələri ilə istifadə üçün universal və çoxfunksiyalı olmalıdır. Uyğunluq: Təklif olunan tutucu təqdim edilən mikroskop sistemi ilə tam uyğun olmalıdır. | 1 | ədəd |
| 23 |
Kamera Adapteri (Təklif olunan Tərs Trinokulyar Mikroskopa üçün) Təyinatı: Mikroskopun trinokulyar çıxışı ilə rəqəmsal kamera arasında optik əlaqənin təmin edilməsi üçün nəzərdə tutulmuş C-Mount tipli kamera adapteri. Bağlantı növü: Standart C-Mount bağlantısına malik olmalıdır. Optik sistem: Kamera sensoruna uyğun görüntü ötürülməsini təmin edən reduksiya optikasına malik olmalıdır. Optik reduksiya əmsalı: Minimum 0,3× və maksimum 0,5× diapazonunda və ya ekvivalent görüntü sahəsi təmin edən optik sistem. Fokus tənzimlənməsi: Daxili fokuslama mexanizmi və ya ekvivalent tənzimləmə sistemi ilə təchiz olunmalıdır. Parfokal uyğunluq: Kamera görüntüsünün mikroskopun vizual görüntüsü ilə uyğunlaşdırılmasına imkan verməlidir. Sensor uyğunluğu: Müxtəlif ölçülü rəqəmsal kamera sensorları ilə işləməyə uyğun olmalıdır. Görüntü keyfiyyəti: Kamera sensoruna aydın, təhrifsiz və yüksək keyfiyyətli görüntü ötürülməsini təmin etməlidir. Görüntü sahəsi: Mümkün qədər geniş müşahidə sahəsinin əldə edilməsinə imkan verməlidir. Optik uyğunluq: Təklif olunan mikroskopun optik sistemi ilə tam uyğun olmalıdır. Konstruksiya: Möhkəm metal və ya ekvivalent davamlı materialdan hazırlanmalı, uzunmüddətli laboratoriya istifadəsinə yararlı olmalıdır. Quraşdırılma: Mikroskop və kamera arasında sabit, dəqiq və etibarlı montaj təmin etməlidir. Komplektə quraşdırma və istifadə üçün tələb olunan standart aksesuarlar daxil edilməlidir. | 1 | ədəd |
| 24 | Kamera (Təklif olunan Tərs Trinokulyar Mikroskopa üçün) Təyinatı: Mikroskoplardan, o cümlədən tərs və düz tipli laboratoriya mikroskoplarından görüntülərin əldə edilməsi, nümayişi, saxlanılması və analizi üçün nəzərdə tutulmuş rəqəmsal kamera sistemi. Sensor tipi: Rəngli CMOS görüntü sensoru. Sensor ölçüsü: Minimum 1/2,8 düym və ya daha böyük. Foto çəkiliş icazəsi: Minimum 5 MP. Real vaxt görüntüsü: Minimum Full HD (1920 × 1080) təsvir keyfiyyətini təmin etməlidir. Kadr tezliyi: Real vaxt müşahidə üçün minimum 30 kadr/saniyə. Video çəkilişi: Foto və video fayllarının saxlanılmasını təmin etməlidir. Ekspozisiya müddəti: Avtomatik və əl ilə tənzimlənə bilən olmalıdır. Ağ balansı: Avtomatik və ya əl ilə tənzimlənə bilməlidir. İnterfeyslər: Minimum HDMI və USB bağlantılarına malik olmalıdır. HDMI çıxışı: Real vaxt görüntüsünün xarici monitor və ya displeydə nümayişini təmin etməlidir. Yaddaş: SD kart və ya ekvivalent xarici yaddaş daşıyıcısını dəstəkləməlidir. Komplektə minimum 8 GB yaddaş kartı daxil edilməlidir. Monitor: Kamera ilə işləməyə uyğun HD monitor və ya ekvivalent görüntüləmə qurğusu daxil edilməlidir. Enerji təchizatı: İstehsalçının standart enerji adapteri ilə təmin edilməlidir. Proqram təminatı: Görüntülərin əldə edilməsi; Saxlanılması; Emalı; Ölçülməsi; Annotasiya edilməsi; Hesabatların hazırlanması funksiyalarını dəstəkləməlidir. Kompüter uyğunluğu: Kompüterə qoşulmalı və görüntülərin real vaxt rejimində ötürülməsini təmin etməlidir. Komplektə aşağıdakılar daxil edilməlidir: Kamera; Monitor və ya görüntüləmə qurğusu; Enerji adapteri; Qoşulma kabelləri; Yaddaş kartı; Proqram təminatı; İstifadəçi təlimatı. Təklif olunan kamera sistemi təqdim olunan mikroskop ilə tam uyğun olmalıdır. | 1 | ədəd |
| 25 | Masaüstü soyuducu inkubator Orbital Şeykeri Təyinatı: Laboratoriya şəraitində nümunələrin temperatur nəzarəti altında qarışdırılması və inkubasiyası üçün nəzərdə tutulmuş masaüstü orbital çalxalayıcı-inkubator. İdarəetmə sistemi: Mikroprosessor əsaslı idarəetmə sistemi ilə təchiz olunmalıdır. Platforma: Müxtəlif laboratoriya qablarının yerləşdirilməsinə imkan verən dəyişdirilə bilən və ya universal platformaya malik olmalıdır. Platformanın iş sahəsi: Minimum 250 × 300 mm. Çalxalama sürəti: Minimum 15–500 dövr/dəqiqə diapazonunda tənzimlənə bilməlidir. Orbit diametri: Minimum 20 mm. Temperatur diapazonu: Ətraf mühit temperaturundan aşağı və yuxarı temperatur rejimlərində işləməli, minimum +5°C-dən +60°C-yə qədər temperatur tənzimlənməsini təmin etməlidir. Soyutma sistemi: Ekoloji cəhətdən təhlükəsiz soyutma texnologiyası ilə təchiz olunmalıdır. Maksimal yük götürmə qabiliyyəti: Minimum 10 kq. Ekran: Rəqəmsal displey, LCD, LED və ya sensor ekran vasitəsilə temperatur, sürət və vaxt göstəricilərini izləməyə imkan verməlidir. Proqramlaşdırma: İstifadəçi tərəfindən proqramların yaradılması, yadda saxlanılması və təkrar istifadəsi funksiyasına malik olmalıdır. Məlumat ötürülməsi: USB, Ethernet və ya ekvivalent məlumat interfeyslərini dəstəkləməlidir. Təhlükəsizlik funksiyaları: Yumşaq işə düşmə (Soft Start) və ya ekvivalent sistem; Balanssız yükün aşkarlanması və xəbərdarlıq sistemi; Həddindən artıq sürət və temperaturdan mühafizə sistemi. Mühərrik: Uzunmüddətli və etibarlı istismarı təmin edən texniki xidmət tələbi minimum olan mühərrik. Hərəkət mexanizmi: Sabit və bərabər orbital hərəkəti təmin edən möhkəm ötürücü sistem. Konstruksiya: Korroziyaya davamlı materiallardan hazırlanmış, laboratoriya şəraitində intensiv istifadəyə uyğun olmalıdır. Elektrik təchizatı: 220–240 V, 50 Hz. Komplektə cihazın işləməsi üçün zəruri standart aksesuarlar daxil edilməlidir. | 1 | ədəd |
| 26 | 30 ml gradient marker Təyinatı: Laboratoriya şəraitində polyakrilamid, saxaroza və digər məhlullar əsasında davamlı və xətti konsentrasiya qradiyentlərinin hazırlanması üçün nəzərdə tutulmuş masaüstü cihaz. Ümumi tutumu: Minimum 30 ml. Quruluşu: Bir-biri ilə əlaqələndirilmiş qarışdırma kamerası və rezervuar kamerasından ibarət olmalıdır. Funksionallıq: Müxtəlif konsentrasiyalı məhlulların nəzarətli şəkildə qarışdırılmasını və sabit axınla çıxarılmasını təmin etməlidir. Korpus materialı: Şəffaf akril, pleksiglas və ya ekvivalent kimyəvi davamlı materialdan hazırlanmalıdır. Klapan sistemi: Axının dəqiq tənzimlənməsi və sızdırmazlığın təmin edilməsi üçün kimyəvi maddələrə davamlı klapanlarla təchiz olunmalıdır. Çıxış sistemi: Standart laboratoriya borularına qoşulmağa imkan verən çıxış fitinqinə malik olmalıdır. Adapterlər: Müxtəlif diametrli laboratoriya boruları ilə istifadə üçün uyğun adapterlər daxil edilməlidir. Dayaq sistemi: Laboratoriya ştativinə və ya dayaq konstruksiyasına bərkidilməyə imkan verən quruluşa malik olmalıdır. Altlıq: Masa üzərində sabit yerləşməni təmin edən dayanıqlı altlıqla təchiz olunmalıdır. Axın xüsusiyyətləri: Məhlulun bərabər, sabit və nəzarət olunan axınla ötürülməsini təmin etməlidir. Kimyəvi uyğunluq: Laboratoriyada istifadə olunan müxtəlif buferlər, saxaroza məhlulları, poliakrilamid sistemləri və digər uyğun reagentlərlə işləməyə yararlı olmalıdır. Komplektə aşağıdakılar daxil edilməlidir: Qradiyent hazırlayıcı qurğu; Klapan sistemi; Çıxış fitinqi; Dayaq elementi və ya dayaq çubuğu; Boru qoşulması üçün adapterlər; İstehsalçı tərəfindən nəzərdə tutulmuş standart aksesuarlar. Məhsul yeni, istifadə edilməmiş və istehsalçı qablaşdırmasında təqdim olunmalıdır. | 1 | ədəd |
| 27 | Gel kartrici olan reagent dəsti (QIAxcel kapilyar gel elektroforez sistemi üçün detal) əyinatı: DNT fraqmentlərinin ayrılması, ölçülməsi və nisbi kəmiyyət təyini üçün istifadə olunan avtomatlaşdırılmış kapilyar elektroforez sistemi ilə uyğun olmalıdır. Analiz diapazonu: Minimum 15 bp-dən 20 kb-yə qədər DNT fraqmentlərinin analizini təmin etməlidir. Nümunə tutumu: Bir analiz seriyasında çoxsaylı nümunələrin emalına imkan verməlidir. Aşkarlama həssaslığı: Aşağı konsentrasiyalı DNT nümunələrinin analizinə imkan verməlidir. Ayırdetmə qabiliyyəti: Kiçik ölçülü DNT fraqmentlərinin yüksək dəqiqliklə ayrılmasını təmin etməlidir. Gel kartrici: Dəyişdirilə bilən olmalıdır; Çoxsaylı analizlərin aparılmasına imkan verməlidir; İstehsalçı tərəfindən istifadəyə hazır vəziyyətdə təqdim edilməlidir. Reagent komplekti aşağıdakıları əhatə etməlidir: Gel kartrici; Ayrılma (running) buferi; Yuma buferi; Mineral yağ və ya ekvivalent qoruyucu reagent; Kalibrləmə və ölçü markerləri; Nümunələrin hazırlanması və yüklənməsi üçün zəruri istehlak materialları. Sistemlə uyğunluq: Təklif olunan reagentlər və kartriclər təqdim edilən kapilyar elektroforez sistemi ilə tam uyğun olmalıdır. Təkrarolunma: Analiz nəticələrinin yüksək təkrarolunmasını və etibarlılığını təmin etməlidir. Analitik imkanlar: DNT fraqmentlərinin ölçüsünün müəyyən edilməsi; Nisbi konsentrasiyanın qiymətləndirilməsi; Elektroforeqramların və nəticələrin proqram təminatı vasitəsilə təhlili. Məhsullar yeni, istifadə müddəti bitməmiş və istehsalçı qablaşdırmasında təqdim olunmalıdır. Təklif edilən reagentlərin son istifadə tarixi təhvil zamanı minimum 75% istifadə müddətini əhatə etməlidir. | 1 | ədəd |
| 28 | DNT Uyğunlaşdırma Markeri 1,5 ml. (QIAxcel kapilyar gel elektroforez sistemi üçün detal) Təyinatı: Kapilyar gel elektroforez sistemlərində DNT fraqmentlərinin ölçülərinin kalibrlənməsi, uyğunlaşdırılması və dəqiq təyin edilməsi üçün nəzərdə tutulmuş marker reagent. Reagent tipi: İstifadəyə hazır maye DNT ölçü markeri. Həcmi: Minimum 1,5 ml. Tərkibi: Elektroforetik analiz zamanı daxili ölçü istinadları kimi istifadə olunan aşağı və yuxarı ölçü markerlərini ehtiva etməlidir. Ölçü diapazonu: Minimum 15 bp-dən 3000 bp-yə qədər DNT fraqmentlərinin ölçülərinin təyin edilməsinə imkan verməlidir. Aşağı marker: Təxminən 15 bp. Yuxarı marker: Təxminən 3000 bp (3 kb). Funksionallıq: DNT fraqmentlərinin ölçülərinin dəqiq müəyyən edilməsini təmin etməlidir; Analizlər arasında ölçü kalibrlənməsi və nəticələrin uyğunlaşdırılması üçün istifadə olunmalıdır; Yüksək təkrarolunan və etibarlı nəticələr verməlidir. Uyğunluq: Avtomatlaşdırılmış kapilyar gel elektroforez sistemləri ilə tam uyğun işləməlidir. Forması: Hazır istifadəyə uyğun maye formada təqdim edilməlidir. Tətbiq sahəsi: DNT fraqmentlərinin ölçü analizi, keyfiyyətə nəzarət və molekulyar biologiya tədqiqatları üçün yararlı olmalıdır. Saxlanma şərtləri və istifadə qaydaları istehsalçının texniki sənədlərində göstərilməlidir. Məhsul yeni, istifadə müddəti bitməmiş və istehsalçı qablaşdırmasında təqdim olunmalıdır. Təhvil zamanı son istifadə müddətinin minimum 75%-i qalmalıdır. | 1 | ədəd |
| 29 | Mineral yağ, 50ml (QIAxcel kapilyar gel elektroforez sistemi üçün detal) Təyinatı: Kapilyar gel elektroforez sistemlərində, molekulyar biologiya və digər laboratoriya analizlərində reagent və nümunələrin emalı proseslərində istifadə üçün nəzərdə tutulmuş yüksək təmizlikli mineral yağ. Reagent tipi: Laboratoriya təyinatlı yüksək təmizlikli mineral yağ. Həcmi: Minimum 50 ml. Tərkibi: Yüksək təmizlənmiş mineral yağ və ya ekvivalent laboratoriya keyfiyyətli məhsul. Təmizlik dərəcəsi: Laboratoriya və analitik tətbiqlər üçün uyğun yüksək təmizlik səviyyəsinə malik olmalıdır. Görünüşü: Rəngsiz və ya açıq rəngli, şəffaf, çöküntüsüz maye. Fiziki xüsusiyyətləri: Kimyəvi cəhətdən stabil olmalıdır; Aşağı uçuculuğa malik olmalıdır; Analiz proseslərinə təsir göstərə biləcək çirkləndiricilərdən azad olmalıdır. Uyğunluq: Kapilyar elektroforez və digər laboratoriya analiz sistemlərində istifadə üçün yararlı olmalıdır. Təhlükəsizlik: Laboratoriya istifadəsi üçün müvafiq təhlükəsizlik tələblərinə cavab verməlidir. Qablaşdırma: İstifadəyə hazır vəziyyətdə, sızdırmaz və istehsalçı qablaşdırmasında təqdim edilməlidir. Saxlanma şərtləri və təhlükəsizlik məlumatları istehsalçının texniki sənədlərində göstərilməlidir. Məhsul yeni, istifadə müddəti bitməmiş olmalıdır. Təhvil zamanı son istifadə müddətinin minimum 75%-i qalmalıdır. | 1 | ədəd |
| 30 | İntensivlik Kalibrləmə Markeri (1ml) (QIAxcel kapilyar gel elektroforez sistemi üçün detal)
Təyinatı: Kapilyar elektroforez sistemlərində detektorun kalibrlənməsi, optik cavabın yoxlanılması və siqnal intensivliyinin standartlaşdırılması üçün nəzərdə tutulmuş flüoresan reagent. Reagent tipi: Flüoresan intensivlik kalibrasiya və ya uyğunlaşdırma reagenti. Həcmi: Minimum 1 ml. Funksionallığı: Detektorun optik cavabının yoxlanılmasını təmin etməlidir; Siqnal intensivliyinin kalibrlənməsinə imkan verməlidir; Analizlər arasında nəticələrin müqayisəliliyini və təkrarolunanlığını təmin etməlidir; Piklərin intensivliyi və hündürlüyünün dəqiq qiymətləndirilməsi üçün uyğun olmalıdır. Uyğunluq: Avtomatlaşdırılmış kapilyar elektroforez sistemləri ilə tam uyğun işləməlidir. Performans xüsusiyyətləri: Stabil və təkrarolunan flüoresan siqnal yaratmalıdır; Analitik nəticələrin keyfiyyətinə nəzarət üçün yararlı olmalıdır; Detektorun həssaslığının və optik sistemin iş qabiliyyətinin yoxlanılmasına imkan verməlidir. Forması: İstifadəyə hazır maye reagent. Tətbiq sahəsi: DNT, RNT və digər nuklein turşularının kapilyar elektroforez analizlərində istifadə üçün yararlı olmalıdır. Qablaşdırma: İstehsalçı tərəfindən təqdim olunan sızdırmaz və laboratoriya istifadəsinə uyğun qablaşdırmada olmalıdır. Məhsul yeni, istifadə müddəti bitməmiş və istehsalçı qablaşdırmasında təqdim olunmalıdır. Təhvil zamanı son istifadə müddətinin minimum 75%-i qalmalıdır. | 1 | ədəd |
| 31 | Ölçü markeri (50mkl) (QIAxcel kapilyar gel elektroforez sistemi üçün detal) Təyinatı: Kapilyar gel elektroforez sistemlərində DNT fraqmentlərinin ölçüsünün müəyyənləşdirilməsi, identifikasiyası və müqayisəli analizi üçün nəzərdə tutulmuş molekulyar çəki markeri. Reagent tipi: İstifadəyə hazır DNT molekulyar çəki markeri. Ölçü diapazonu: Minimum 50–800 bp. Tərkibi: Müxtəlif ölçülü DNT fraqmentlərindən ibarət olmalı və analiz edilən nümunələrin ölçülərinin müəyyən edilməsinə imkan verməlidir. DNT fraqmentləri: Minimum 50 bp-dən 800 bp-yə qədər ölçü diapazonunu əhatə etməlidir. Funksionallıq: DNT fraqmentlərinin ölçülərinin dəqiq təyin edilməsini təmin etməlidir; Elektroforetik ayrılma zamanı ölçü istinad markeri kimi istifadə olunmalıdır; Analizlər arasında nəticələrin müqayisə edilməsinə imkan verməlidir. Uyğunluq: Kapilyar gel elektroforez sistemləri ilə istifadə üçün uyğun olmalıdır. Forması: İstifadəyə hazır maye formada təqdim edilməlidir. Qablaşdırma həcmi: Minimum 50 µl. Performans xüsusiyyətləri: Yüksək sabitlik və təkrarolunanlıq təmin etməlidir; Dəqiq ölçü kalibrlənməsi üçün yararlı olmalıdır; Analitik nəticələrin etibarlılığını təmin etməlidir. Qablaşdırma: İstehsalçı tərəfindən təqdim edilən orijinal və sızdırmaz qablaşdırmada olmalıdır. Məhsul yeni, istifadə müddəti bitməmiş və laboratoriya istifadəsinə uyğun vəziyyətdə təqdim olunmalıdır. Təhvil zamanı son istifadə müddətinin minimum 75%-i qalmalıdır. | 1 | ədəd |
| 32 | Yuma Buferi (40 ml)(QIAxcel kapilyar gel elektroforez sistemi üçün detal) Təyinatı: Kapilyar gel elektroforez sistemlərində kapilyarların, maye yollarının və nümunə ilə təmasda olan komponentlərin təmizlənməsi üçün nəzərdə tutulmuş xüsusi yuma buferi. Funksiyası: Nümunə və reagent qalıqlarının effektiv şəkildə uzaqlaşdırılmasını təmin etməlidir; Analizlər arasında çarpaz çirklənmə riskinin minimuma endirilməsinə imkan verməlidir; Sistem komponentlərinin növbəti analizlərə hazırlanmasını təmin etməlidir. Uyğunluq: İstifadə edilən kapilyar gel elektroforez sistemi ilə tam uyğun olmalıdır. Tərkibi: Kapilyar sistemlərin təmizlənməsi üçün nəzərdə tutulmuş istehsalçı tövsiyəli və ya ekvivalent xüsusi yuma məhlulu olmalıdır. Həcmi: Minimum 40 ml. Forması: İstifadəyə hazır maye reagent şəklində təqdim edilməlidir. Performans xüsusiyyətləri: Kapilyarların və sistemin işçi hissələrinin effektiv təmizlənməsini təmin etməlidir; Analitik nəticələrin dəqiqliyinə və təkrarolunmasına mənfi təsir göstərməməlidir; Sistem komponentlərinin funksionallığını və istismar müddətini qorumağa kömək etməlidir. Qablaşdırma: İstehsalçı tərəfindən təqdim edilən təhlükəsiz, sızdırmaz və laboratoriya istifadəsinə uyğun qablaşdırmada olmalıdır. Saxlanma şərtləri: İstehsalçının texniki sənədlərində göstərilən şərtlərə uyğun saxlanılmalıdır. Məhsul yeni, istifadə müddəti bitməmiş və orijinal qablaşdırmada təqdim olunmalıdır. Təhvil zamanı son istifadə müddətinin minimum 75%-i qalmalıdır. | 1 | ədəd |
| 33 | Ayırma bufferi (40ml) (QIAxcel kapilyar gel elektroforez sistemi üçün detal) Təyinatı: Avtomatlaşdırılmış kapilyar gel elektroforez sistemlərində DNT, RNT və digər nuklein turşusu fraqmentlərinin ayrılması, miqrasiyası və analizinin aparılması üçün nəzərdə tutulmuş ayrılma buferi. Reagent tipi: İstifadəyə hazır ayrılma (separation/running) buferi. Funksiyası: Nuklein turşusu fraqmentlərinin effektiv elektroforetik ayrılmasını təmin etməlidir; Elektroforez zamanı sabit ion mühiti yaratmalıdır; Analiz nəticələrinin dəqiqliyini, təkrarolunanlığını və etibarlılığını təmin etməlidir. Uyğunluq: İstifadə edilən gel kartrici və kapilyar elektroforez sistemi ilə tam uyğun olmalıdır. Tətbiq sahəsi: DNT, RNT və digər uyğun nuklein turşusu nümunələrinin analizində istifadə üçün yararlı olmalıdır. Həcmi: Minimum 40 ml. Forması: İstifadəyə hazır maye reagent şəklində təqdim edilməlidir. Performans xüsusiyyətləri: Fraqmentlərin sabit və yüksək keyfiyyətli ayrılmasını təmin etməlidir; Analizlər arasında yüksək təkrarolunan nəticələr verməlidir; Elektroforetik miqrasiyanın sabitliyini təmin etməlidir; Ölçüləndirmə və keyfiyyət qiymətləndirilməsi məqsədilə istifadə üçün uyğun olmalıdır. Qablaşdırma: İstehsalçının orijinal, sızdırmaz və laboratoriya istifadəsinə uyğun qablaşdırmasında təqdim edilməlidir. Saxlanma şərtləri: İstehsalçının texniki sənədlərində göstərilən şərtlərə uyğun saxlanılmalıdır. Məhsul yeni, istifadə müddəti bitməmiş və orijinal qablaşdırmada təqdim olunmalıdır. Təhvil zamanı son istifadə müddətinin minimum 75%-i qalmalıdır. | 1 | ədəd |
| 34 | Azot Silindri (QIAxcel kapilyar gel elektroforez sistemi üçün detal) Təyinatı: Kapilyar gel elektroforez sistemləri və digər uyğun laboratoriya avadanlıqlarında istifadə üçün nəzərdə tutulmuş sıxılmış azot qazı silindrləri. Qaz növü: Azot (N₂). Quruluşu: Laboratoriya şəraitində istifadəyə uyğun kompakt və daşına bilən konstruksiyaya malik olmalıdır. Komplektasiya: Bir komplekt minimum 6 ədəd sıxılmış azot silindrindən ibarət olmalıdır. Uyğunluq: Təklif olunan silindrlər istifadə ediləcək laboratoriya avadanlığı ilə uyğun olmalı və təhlükəsiz qoşulmanı təmin etməlidir. Bağlantı sistemi: Avadanlıqla etibarlı birləşməni təmin edən standart çıxış bağlantısına və ya uyğun adapter sisteminə malik olmalıdır. Təhlükəsizlik: Silindrlər qüvvədə olan təhlükəsizlik tələblərinə uyğun istehsal edilməli və istifadə zamanı təhlükəsiz istismarı təmin etməlidir. Qablaşdırma: Daşınma və saxlanma zamanı mexaniki zədələnmələrdən qoruyan orijinal və təhlükəsiz qablaşdırmada təqdim edilməlidir. Material: Təzyiqli qazların saxlanılması üçün uyğun möhkəm materialdan hazırlanmalıdır. İstifadə sahəsi: Molekulyar biologiya, genetik analizlər, kapilyar elektroforez və digər laboratoriya tətbiqlərində istifadə üçün yararlı olmalıdır. Məhsul yeni, istifadə edilməmiş və istehsalçı qablaşdırmasında təqdim olunmalıdır. Təklif olunan məhsul təqdim edilən avadanlıqla tam uyğun olmalıdır. Zəmanət və təhlükəsizlik sənədləri (mövcud olduqda) təqdim edilməlidir. | 1 | ədəd |
| 35 | pH-meter- elektrodla birlikdə Təyinatı: Maye və yarımbərk nümunələrdə pH, ORP (mV) və temperatur ölçmələrinin aparılması üçün nəzərdə tutulmuş mikroprosessor idarəetməli laboratoriya tipli masaüstü cihaz. Ölçmə kanalı: Minimum 1 kanal. pH ölçmə diapazonu: Minimum -2 pH-dan +20 pH-dək. pH ayırdetmə qabiliyyəti: Minimum 0,1 pH, 0,01 pH və ya daha yaxşı. pH dəqiqliyi: Minimum ±0,01 pH və ya daha yaxşı. ORP/mV ölçmə diapazonu: Minimum ±2000 mV. mV ayırdetmə qabiliyyəti: Minimum 1 mV və ya daha yaxşı. mV dəqiqliyi: İstehsalçının texniki sənədlərinə uyğun olaraq təmin edilməlidir. Temperatur ölçmə diapazonu: Minimum -10°C-dən +100°C-yə qədər və ya daha geniş. Temperatur ayırdetmə qabiliyyəti: Minimum 0,1°C. Temperatur dəqiqliyi: Minimum ±0,5°C və ya daha yaxşı. Kalibrləmə: Minimum 3 nöqtəli pH kalibrləməsini dəstəkləməlidir. Sensor idarəetməsi: Qoşulmuş elektrodun və ya sensorun avtomatik tanınması və ya ekvivalent sensor idarəetmə funksiyasına malik olmalıdır. Ekran: Rəngli LCD, TFT və ya sensor ekran vasitəsilə nəticələrin rahat izlənilməsini təmin etməlidir. Məlumatların saxlanması: Ölçmə nəticələrinin daxili yaddaşda saxlanmasını təmin etməlidir. Məlumat ötürülməsi: USB, RS-232, Ethernet və ya ekvivalent məlumat interfeyslərindən ən azı biri ilə təchiz olunmalıdır. GLP uyğunluğu: Ölçmə nəticələrinin tarix, saat, istifadəçi və kalibrləmə məlumatları ilə birlikdə qeydiyyatını təmin etməlidir. Enerji təchizatı: Laboratoriya elektrik şəbəkəsində işləməli və uyğun enerji adapteri ilə komplektləşdirilməlidir. Komplektə aşağıdakılar daxil edilməlidir: pH/mV/temperatur ölçmə cihazı; Temperatur kompensasiyalı pH elektrodu; Elektrod üçün dayaq ştativi; Enerji adapteri; İlkin kalibrləmə üçün pH bufer məhlulları; İstifadəçi təlimatı; İstehsalçı tərəfindən nəzərdə tutulmuş standart aksesuarlar. Cihaz yeni, istifadə edilməmiş və istehsalçı qablaşdırmasında təqdim olunmalıdır. | 1 | ədəd |
| 36 | Toxuma kulturası üçün yetişdirmə kamerası Təyinatı: Laboratoriya, bioloji, mikrobioloji, kənd təsərrüfatı və digər elmi tədqiqatlarda nümunələrin idarə olunan temperatur, rütubət və işıqlandırma şəraitində saxlanılması və inkubasiyası üçün nəzərdə tutulmuş proqramlaşdırıla bilən kamera. Faydalı həcm: Minimum 250 litr. Temperatur diapazonu: Minimum 0°C-dən +50°C-yə qədər və ya daha geniş. Temperatur sabitliyi: ±0,5°C və ya daha yaxşı. Temperatur homogenliyi: Kamera daxilində temperaturun bərabər paylanmasını təmin etməlidir. Nisbi rütubət diapazonu: Minimum 50–90% RH. Rütubətə nəzarət: Avtomatik və proqramlaşdırıla bilən rütubət idarəetmə sisteminə malik olmalıdır. İşıqlandırma sistemi: Proqramlaşdırıla bilən işıqlandırma funksiyası olmalıdır; İşıq intensivliyi tənzimlənə bilməlidir; Müxtəlif işıqlandırma səviyyələrinin qurulmasına imkan verməlidir. İdarəetmə sistemi: Mikroprosessor əsaslı idarəetmə sistemi ilə təchiz olunmalıdır. Ekran: LCD, TFT və ya ekvivalent rəqəmsal ekran vasitəsilə parametrlərin izlənilməsi və idarə olunması təmin edilməlidir. Temperatur nəzarəti: PID və ya ekvivalent dəqiq idarəetmə texnologiyası ilə təmin edilməlidir. Daxili kamera materialı: Paslanmayan poladdan və ya ekvivalent korroziyaya davamlı materialdan hazırlanmalıdır. İzolyasiya: Enerji səmərəliliyini təmin edən yüksək keyfiyyətli istilik izolyasiya materialı ilə təchiz olunmalıdır. Rəflər: Tənzimlənən və çıxarıla bilən rəflərlə komplektləşdirilməlidir. Rəf yükdaşıma qabiliyyəti: Hər rəf minimum 20 kq yük daşıya bilməlidir. Nümunə giriş portu: Sensorların və digər əlaqələrin keçirilməsi üçün giriş portuna malik olmalıdır. Təhlükəsizlik sistemləri: Yüksək və aşağı temperatur xəbərdarlığı; Rütubət xəbərdarlığı; Açıq qapı xəbərdarlığı; Elektrik kəsilməsi barədə xəbərdarlıq; Vizual və səsli siqnalizasiya sistemi. Elektrik enerjisinin bərpası: Elektrik enerjisi kəsildikdən sonra əvvəlki iş rejimini avtomatik bərpa etməlidir. Proqramlaşdırma: Temperatur, rütubət və işıqlandırma parametrlərinin müstəqil proqramlaşdırılmasına imkan verməlidir. Məlumatların qeydiyyatı: İş parametrlərinin daxili yaddaşda saxlanılmasını və sonrakı analiz üçün ixracını təmin etməlidir. Rəqəmsal interfeys: USB, Ethernet, RS-232 və ya ekvivalent məlumat ötürmə interfeyslərindən ən azı biri ilə təchiz olunmalıdır. Səs-küy səviyyəsi: Laboratoriya şəraitində rahat istifadə üçün aşağı səs-küylü işləməlidir. Elektrik təchizatı: 220–240 V, 50 Hz. Komplektə: Qurğu, rəflər, enerji kabeli, istifadəçi təlimatı və istehsalçı tərəfindən nəzərdə tutulmuş standart aksesuarlar daxil edilməlidir. | 1 | ədəd |
| 37 | Xam lifin standart analizi cihazı Təyinatı: Taxıl, yem, qida və digər kənd təsərrüfatı məhsullarında xam lifin standart analiz metodlarına uyğun təyini üçün nəzərdə tutulmuş laboratoriya cihazı. Nümunə tutumu: Eyni vaxtda minimum 6 nümunənin analizinə imkan verməlidir. Analiz sistemi: Qaynatma, süzmə və yuma mərhələlərinin ardıcıl və təhlükəsiz şəkildə aparılmasını təmin etməlidir. Qızdırma sistemi: Nümunələrin vahid və sabit qızdırılmasını təmin edən elektrik qızdırıcı sistemi ilə təchiz olunmalıdır. Qızdırma temperaturu: Analiz prosesinin aparılması üçün kifayət edən temperatur diapazonuna malik olmalıdır. İstilik tənzimlənməsi: Qızdırma gücü istifadəçi tərəfindən tənzimlənə bilməlidir. Nümunə mövqeləri: Kimyəvi maddələrə davamlı materialdan hazırlanmış çoxmövqeli nümunə yerləşdirmə sistemi ilə təchiz olunmalıdır. Şüşə qablar: İstiliyə və kimyəvi maddələrə davamlı laboratoriya şüşəsindən hazırlanmış olmalıdır. Material: Korpus korroziyaya, yüksək temperatura və laboratoriya reagentlərinə davamlı materialdan hazırlanmalıdır. Konstruksiya: Laboratoriya şəraitində təhlükəsiz və uzunmüddətli istifadə üçün nəzərdə tutulmalıdır. Elektrik təchizatı: 220–240 V, 50 Hz elektrik şəbəkəsində işləməlidir. Funksionallıq: Nümunələrin eyni şəraitdə emalını təmin etməlidir; Analiz nəticələrinin təkrarolunanlığını dəstəkləməlidir; İstifadəçi təhlükəsizliyini təmin edən konstruksiyaya malik olmalıdır. Komplektə aşağıdakılar daxil edilməlidir: Əsas cihaz; Nümunə yerləşdirmə sistemi; Reaksiya qabları; Soyutma və ya kondensasiya üçün zəruri komponentlər; Birləşdirici şlanqlar və montaj aksesuarları; İstifadəçi təlimatı; İstehsalçı tərəfindən nəzərdə tutulmuş standart aksesuarlar. Məhsul yeni, istifadə edilməmiş və istehsalçı qablaşdırmasında təqdim olunmalıdır. | 1 | ədəd |
| 38 | Gel Sənəd Görüntüləmə Sistemi Təyinatı: DNT, RNT və zülal nümunələrinin gel elektroforezindən sonra görüntülənməsi, sənədləşdirilməsi, saxlanılması və analitik qiymətləndirilməsi üçün nəzərdə tutulmuş laboratoriya sistemi. Kamera sistemi: Elmi tədqiqatlar üçün nəzərdə tutulmuş yüksək həssaslıqlı rəqəmsal görüntüləmə kamerası ilə təchiz olunmalıdır. Kamera ayırdetmə qabiliyyəti: Minimum 10 MP. Görüntü keyfiyyəti: Zəif və güclü siqnalların eyni zamanda yüksək dəqiqliklə qeydə alınmasını təmin etməlidir. Piksel dərinliyi: Minimum 16 bit və ya ekvivalent görüntü emalı imkanına malik olmalıdır. Optik sistem: Yüksək işıqötürmə qabiliyyətinə malik obyektiv və ya ekvivalent optik sistemlə təchiz olunmalıdır. Fokuslama: Avtomatik, motorlu və ya proqram təminatı vasitəsilə idarə olunan fokuslama funksiyasına malik olmalıdır. DNT/RNT görüntülənməsi: UV və ya ekvivalent işıqlandırma sistemi vasitəsilə nuklein turşularının görüntülənməsini təmin etməlidir. Zülal gellərinin görüntülənməsi: Ağ LED və ya ekvivalent işıqlandırma sistemi ilə təmin edilməlidir. Görüntüləmə sahəsi: Standart laboratoriya gel ölçüləri ilə işləməyə imkan verməlidir. Dinamik diapazon: Həm aşağı intensivlikli, həm də yüksək intensivlikli siqnalların doyma olmadan qeydiyyatına imkan verməlidir. Proqram təminatı: Görüntülərin əldə edilməsi; Saxlanılması; Emalı; Annotasiya edilməsi; Kəmiyyət və müqayisəli analizlərin aparılması funksiyalarını dəstəkləməlidir. Məlumat ötürülməsi: Kompüterə qoşulmalı və görüntülərin rəqəmsal şəkildə saxlanılmasını təmin etməlidir. Konstruksiya: Laboratoriya şəraitində intensiv istifadəyə uyğun, işıq keçirməyən və təhlükəsiz korpusla təchiz olunmalıdır. Elektrik təchizatı: 220–240 V, 50 Hz. Komplektə aşağıdakılar daxil edilməlidir: Əsas görüntüləmə sistemi; UV və ya ekvivalent işıqlandırma modulu; Ağ işıqlandırma modulu; Proqram təminatı; Qoşulma kabelləri; İstifadəçi təlimatı; İstehsalçı tərəfindən nəzərdə tutulmuş standart aksesuarlar. Məhsul yeni, istifadə edilməmiş və orijinal qablaşdırmada təqdim olunmalıdır. Distributor sənədi tələb olunur. | 1 | ədəd |
Satınalmalarının 6 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 01 okt 2026
son qələbə 21 avq 2026
son qələbə 31 iyl 2026
son qələbə 31 iyl 2026
son qələbə 31 iyl 2026