Sifarişçi: "BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 2 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
20 satınalma, 18 müxtəlif qalib
Ən çox udan: "STORM-ENGINEERING" Məhdud Məsuliyyətli Cəmiyyəti (3, 15%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 81.06% arasında aşağı düşüblər, medianı 20.6%.
Bu tender üçün bu 114.045 ₼ ilə 96.046 ₼ arasıdır.
22.911 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | U Profili U profili alçipan konstruksiyalarının quraşdırılması zamanı istiqamətləndirici profil kimi istifadə üçün nəzərdə tutulmalıdır. Məhsul sinklənmiş poladdan hazırlanmalı, korroziyaya davamlı olmalıdır. Profil gipskarton arakəsmə, divar və tavan sistemlərində daşıyıcı karkasın formalaşdırılması üçün yararlı olmalı, düzgün həndəsi ölçülərə və möhkəm quruluşa malik olmalıdır. Məhsul yeni və istifadə olunmamış vəziyyətdə təqdim edilməlidir. | 280 | m |
| 2 | C Profili C profili alçipan konstruksiyalarının qurulması üçün nəzərdə tutulmalıdır. Məhsul sinklənmiş poladdan hazırlanmalı, korroziyaya davamlı olmalıdır. Profil gipskarton arakəsmə, divar üzlüyü və tavan sistemlərində daşıyıcı element kimi istifadə üçün yararlı olmalıdır. Səthi hamar, deformasiyasız və quraşdırılması rahat olmalıdır. Məhsul yeni və istifadə olunmamış vəziyyətdə təqdim edilməlidir. | 756 | m |
| 3 | Alçipan Alçipan (gipskarton lövhə) daxili məkanlarda tavan, divar və arakəsmələrin quraşdırılması üçün nəzərdə tutulmalıdır. Məhsulun qalınlığı 10 mm olmalı, gips nüvəli və karton örtüklü quruluşa malik olmalıdır. Səthi hamar, düzgün ölçülü və sonrakı üzləmə işləri üçün yararlı olmalıdır. Məhsul yeni və istifadə olunmamış vəziyyətdə təqdim edilməlidir. | 84 | ədəd |
| 4 | Alçipan şurupu 3,5×20 Alçipan şurupu 3,5×20 gipskarton lövhələrin metal və ya taxta konstruksiyalara bərkidilməsi üçün nəzərdə tutulmalıdır. Məhsul yüksək möhkəmlikli poladdan hazırlanmalı, korroziyaya qarşı fosfatlanmış və ya analoji qoruyucu örtüyə malik olmalıdır. Ölçüsü 3,5×20 olmalı, iti uclu və yivli quruluşu sayəsində sürətli və etibarlı montaj təmin etməlidir. Məhsul yeni və istifadə olunmamış vəziyyətdə təqdim edilməlidir. | 6000 | ədəd |
| 5 | Əqrəb 50 sm-lik Əqrəb 50 sm-lik | 400 | ədəd |
| 6 | Alçipan üçün nasadka Alçipan üçün nasadka (şurup ucu) gipskarton lövhələrin montajı zamanı özburma vintlərin bərkidilməsi üçün nəzərdə tutulmalıdır. Məhsul yüksək möhkəmlikli poladdan hazırlanmalı, aşınmaya davamlı olmalıdır. Nasadka vintin dərinliyini tənzimləməyə imkan verməli və alçipan səthinin zədələnməsinin qarşısını almalıdır. Məhsul elektrikli və akkumulyatorlu şurupburanlarla istifadəyə uyğun olmalıdır. | 2 | ədəd |
| 7 | Paduqa (tavan karnizi) Paduqa (tavan karnizi) penoplast materialdan hazırlanmalı, daxili məkanlarda divar və tavan birləşmələrinin dekorativ örtülməsi üçün nəzərdə tutulmalıdır. Məhsulun eni 11 sm, uzunluğu 2 metr olmalı, səthi hamar və rənglənməyə yararlı olmalıdır. Material yüngül, quraşdırılması rahat və deformasiyaya davamlı olmalıdır. Məhsul yeni və istifadə olunmamış vəziyyətdə təqdim edilməlidir. | 460 | m |
| 8 | Üzlük şpaklyovka Üzlük şpaklyovka divar və tavan səthlərinin son hamarlanması üçün nəzərdə tutulmalıdır. Məhsul yüksək yapışma qabiliyyətinə malik olmalı, tətbiqdən sonra hamar və bərabər səth yaratmalıdır. Zımparalanmaya yararlı olmalı, çatlama və tökülmə yaratmamalıdır. Qablaşdırma 25 kq kisədə olmalıdır. Məhsul yeni və orijinal qablaşdırmada təqdim edilməlidir. | 20 | bağlama |
| 9 | Ağ boya daxili və xarici səthlər üçün Ağ boya daxili və xarici səthlərin rənglənməsi üçün nəzərdə tutulmalıdır. Məhsul yüksək örtücülük qabiliyyətinə malik olmalı, səthdə bərabər və davamlı örtük yaratmalıdır. Qablaşdırma həcmi 25 kq olmalı, rəngi ağ olmalıdır. Məhsul yeni və orijinal qablaşdırmada təqdim edilməlidir. | 5 | ədəd |
| 10 | Sədəf tipli yağlı emulsiya boya Sədəf tipli yağlı emulsiya boya daxili səthlərin dekorativ rənglənməsi üçün nəzərdə tutulmalıdır. Məhsul yüksək örtücülüyə malik olmalı, tətbiq olunduğu səthdə sədəf effektli dekorativ görünüş yaratmalıdır. Qablaşdırma həcmi 25 kq olmalı, səthə yaxşı yapışma və davamlı örtük təmin etməlidir. Məhsul yeni və orijinal qablaşdırmada təqdim edilməlidir. (Rəngi razılaşdırılmaqla) | 15 | ədəd |
| 11 | Emulsiya boya Emulsiya boya xarici səthlərin rənglənməsi üçün nəzərdə tutulmalıdır. Məhsul su əsaslı, yüksək örtücülük qabiliyyətinə malik və tez quruyan olmalıdır. Qablaşdırma həcmi 25 kq olmalı, tətbiq olunduğu səthdə bərabər və hamar örtük yaratmalıdır. Məhsul yeni və orijinal qablaşdırmada təqdim edilməlidir. (Rəngi razılaşdırılmaqla) | 15 | ədəd |
| 12 | Sellülozik tiner Sellülozik tiner boya və lak materiallarının durulaşdırılması üçün nəzərdə tutulmalıdır. Həcmi 2,5 litr olmalı, yüksək həlletmə qabiliyyətinə malik olmalı və sellülozik boyalarla istifadəyə uyğun olmalıdır. Məhsul yeni və orijinal qablaşdırmada təqdim edilməlidir. | 5 | ədəd |
| 13 | Dövriyyə nasosu Dövriyyə nasosu istilik və soyutma sistemlərində mayenin dövriyyəsini təmin etmək üçün nəzərdə tutulmalıdır. Nasos DN65 flanş qoşulmasına malik olmalı, flanşlararası məsafə 180–340 mm aralığında olmalıdır. Elektrik mühərriki 230 V / 50 Hz və ya 3~400 V / 50 Hz enerji təchizatı ilə işləməli, TF110 istilik sinfinə və ya ekvivalent sinif, S1 fasiləsiz iş rejiminə və minimum IP44 qoruma dərəcəsinə malik olmalıdır.Nasosun maksimal iş təzyiqi 10 bar, işləyəcəyi mayenin temperaturu isə maksimum 110°C olmalıdır. Məhsul təmiz su, isti su və tərkibində maksimum 30% qlikol olan su-qlikol qarışıqları ilə işləməyə uyğun olmalıdır. Bu və ya ekvivalenti. Məhsul yeni, istifadə olunmamış və uzunmüddətli istismara yararlı vəziyyətdə təqdim edilməlidir. Təklif edilən məhsul göstərilən texniki xüsusiyyətlərə malik və ya onlardan üstün göstəricilərə sahib ekvivalent məhsul ola bilər. | 2 | ədəd |
| 14 | Dövriyyə nasosu Dövriyyə nasosu istilik və soyutma sistemlərində mayenin dövriyyəsini təmin etmək üçün nəzərdə tutulmalıdır. Nasosun flanş diametri 25 mm, maksimal iş təzyiqi 8 bar olmalıdır. Elektrik mühərriki AC 50 Hz cərəyanla işləməli, S1 fasiləsiz iş rejiminə və minimum IP44 qoruma sinfinə malik olmalıdır. Mühərrikin gücü hidravlik göstəricilərdən asılı olaraq təxminən 0.25–0.75 kW aralığında olmalı, təmiz su, isti su və tərkibində maksimum 30% qlikol olan su-qlikol qarışıqları ilə işləməyə uyğun olmalıdır. Bu və ya ekvivalenti. Məhsul yeni, istifadə olunmamış və sənaye istismarına yararlı vəziyyətdə təqdim edilməlidir. Təklif edilən məhsul göstərilən texniki xüsusiyyətlərə malik və ya onlardan üstün göstəricilərə sahib ekvivalent məhsul ola bilər. | 3 | ədəd |
| 15 | Genləşmə çəni 1000 litr/10 bar Genləşmə çəni qapalı istilik və su təchizatı sistemlərində təzyiq dəyişmələrinin kompensasiyası üçün nəzərdə tutulmalıdır. Çənin ümumi həcmi 1000 litr, maksimal iş təzyiqi 10 bar olmalıdır. | 1 | ədəd |
| 16 | Su Qızdırıcı Boyler 500 litr Su qızdırıcı boyler məişət və təsərrüfat obyektlərində isti su təminatı üçün nəzərdə tutulmalıdır. Boylerin faydalı həcmi 500 litr olmalı, daxili çəni korroziyaya davamlı materialdan və ya emallı poladdan hazırlanmalıdır. Məhsul istilik izolyasiyasına malik olmalı, suyun temperaturunu uzun müddət saxlamağı təmin etməlidir. Boyler isti su sistemləri ilə işləməyə uyğun olmalı, yüksək iş təzyiqinə davamlı konstruksiyaya malik olmalıdır. Məhsul yeni, istifadə olunmamış və quraşdırılmaya hazır vəziyyətdə təqdim edilməlidir. | 2 | ədəd |
| 17 | Avtomat 3 faza 63 A Gərginliyə dözümlü, keyfiyyətli və tam təhlükəsiz məhsul olmalıdır, 3 faza 63A. DAF sənədi təqdim olunmalıdır. | 2 | ədəd |
| 18 | Avtomat 3 faza 16 A Gərginliyə dözümlü, keyfiyyətli və tam təhlükəsiz məhsul olmalıdır, 3 faza 16A. DAF sənədi təqdim olunmalıdır. | 1 | ədəd |
| 19 | Avtomat B 25 A 1 faza Gərginliyə dözümlü, keyfiyyətli və tam təhlükəsiz məhsul olmalıdır, 1 faza B 25A. DAF sənədi təqdim olunmalıdır. | 38 | ədəd |
| 20 | Avtomat B 16 A 1 faza Gərginliyə dözümlü, keyfiyyətli və tam təhlükəsiz məhsul olmalıdır, 1 faza B 16A. DAF sənədi təqdim olunmalıdır. | 34 | ədəd |
| 21 | Avtomat B 10 A 1 faza Gərginliyə dözümlü, keyfiyyətli və tam təhlükəsiz məhsul olmalıdır, 1 faza B 10A. DAF sənədi təqdim olunmalıdır. | 3 | ədəd |
| 22 | Elektrik avtomat darağı 3 faza üçün 1 metrlik elektrik avtomat darağı 3 faza üçün | 4 | ədəd |
| 23 | Tamet Ölçü 10×20 sm, hündürlük 6 sm, yüksək sıxlıqlı vibropress beton materialdan və ya ekvivalent texnologiya ilə hazırlanmış, aşınmaya və hava şəraitinə davamlı, piyada və yüngül nəqliyyat yükü üçün uyğun döşəmə örtüyü. | 371 | m(2) |
| 24 | Otsep (qırmadaş) Fraksiya 5×15 mm, təbii daşın əzilməsi ilə əldə olunan, yüksək möhkəmliyə malik, yol və beton işlərində istifadə üçün uyğun, tozsuz və standartlara cavab verən tikinti materialı. | 200 | m(3) |
| 25 | Qum Təbii və ya yuyulmuş, fraksiya üzrə təmizlənmiş, gil və üzvi qarışıqlardan azad, beton və suvaq işlərində istifadə üçün yararlı, tikinti standartlarına uyğun material. | 15 | m(3) |
| 26 | Sement 400 marka Sement 400 və ya ekvivalent marka | 250 | bağlama |
| 27 | Dəmir qutu Profil 4x8 Dəmir qutu Profil 4x8x0.4 | 474 | m |
| 28 | Dam örtüyü 0.3mm qalınlıq 6 metrlik profnastil Dam örtüyü 0.3mm qalınlıq 6 metrlik profnastil | 35 | ədəd |
| 29 | Taxta 3x10 Taxta 3x10 | 534 | m |
| 30 | Antipas ağ Antipas ağ | 30 | litr |
| 31 | Tinər Tinər | 10 | litr |
| 32 | Şrup özüdeşən 40mm Şrup özüdeşən 40mm | 1200 | ədəd |
| 33 | Dekorativ dəmir Raşotka 1.50x0.80 14 mm qalınlıq Dekorativ dəmir Raşotka 1.50x0.80 14 mm qalınlıq | 8 | ədəd |
| 34 | Dekorativ dəmir Raşotka 14mm (qalınlıq) 2.00x0.80 Dekorativ dəmir Raşotka 14mm (qalınlıq) 2.00x0.80 | 4 | ədəd |
| 35 | Yanmış məftil Yanmış məftil | 10 | kg |
| 36 | Motorlu mişar (ağac doğrayan benzinli) Motorlu mişar (ağac doğrayan benzinli) | 1 | ədəd |
| 37 | Motorlu Mişarın sepi Motorlu Mişarın sepi | 3 | ədəd |
| 38 | Mastika rezin tərkibli Mastika rezin tərkibli | 100 | kg |
| 39 | Garelka prapanla işləyən Garelka prapanla işləyən | 1 | ədəd |
| 40 | Şlanq (kislarod şlanqı ipli) Şlanq (kislarod şlanqı ipli) | 10 | m |
| 41 | Dəmir boru 6*10. Dəmir boru 6*10. | 20 | m |
| 42 | Dəmir dirsək 6*10 Dəmir dirsək 6*10 | 10 | ədəd |
| 43 | Bitkilərə dərman vuran (çiynə asılan) Bitkilərə dərman vuran (çiynə asılan) | 2 | ədəd |
| 44 | Şrup dam üçün 40*40 Şrup dam üçün 40*40 | 700 | ədəd |
| 45 | Şrup samarez 50*50 Şrup samarez 50*50 | 300 | ədəd |
| 46 | Otsep (qırmadaş) 0*5 Otsep (qırmadaş) 0*5 | 50 | m(3) |
| 47 | Elektrikli samovar Məhsul elektriklə işləyən stasionar samavar tipli su qızdırıcısı olmalıdır. Faydalı iş tutumu minimum 15 litr olmalıdır. Ümumi tutumu minimum 18 litr olmalıdır. Məhsul beynəlxalq təhlükəsizlik standartlarına uyğun olmalıdır. Xarici korpus cilalanmış parlaq metal səthə malik olmalıdır. Korpus minimum 0.4 mm qalınlıqda paslanmayan poladdan hazırlanmalıdır. Gövdə quruluşu təkqatlı olmalıdır. Yan hissələrdə istilik keçirməyən termoizolyasiyalı tutacaqlar olmalıdır. Qapaq təhlükəsiz bağlama və kilidləmə sistemi ilə təchiz olunmalıdır. Ön hissədə damcı əleyhinə axıdıcı kran olmalıdır. Su səviyyəsinə nəzarət üçün şəffaf göstərici pəncərə nəzərdə tutulmalıdır. Məhsulda isitmə rejimi və isti saxlama funksiyası mövcud olmalıdır. Hər iki rejim üçün ayrıca işıq indikatorları olmalıdır. Temperatur mexaniki termostat vasitəsilə tənzimlənə bilən olmalıdır. Temperatur diapazonu minimum 30°C – 110°C aralığında olmalıdır. Qablaşdırma ölçüləri təxminən 365 × 365 × 500 mm və ya ekvivalent olmalıdır. Məhsul möhkəm daşınma qablaşdırmasında təqdim edilməlidir. Təklif edilən məhsul göstərilən texniki xüsusiyyətlərə malik və ya onlardan üstün göstəricilərə sahib ekvivalent məhsul ola bilər. MAF sənədi təqdim olunmalıdır. | 7 | ədəd |
| 48 | Dəmir uqolnik 5x5x0.5 Dəmir uqolnik 5x5x0.5 | 50 | m |
| 49 | Armatur 14 Armatur 14 | 500 | m |
| 50 | Dəmir drenaj kanalı Dəmir drenaj kanalı | 10 | ədəd |
| 51 | Jalüz qapı 4,5x3m Jalüz qapı 4,5x3m | 2 | ədəd |
| 52 | Dəmir qapı 1,5x2,8m Dəmir qapı 1,5x2,8m | 1 | ədəd |
| 53 | Aqlay daşı Aqlay daşı | 50 | m(2) |
| 54 | Kondisioner 24000BTU Divar tipli split kondisioner, soyutma və isitmə funksiyalı, uzaqdan idarəetmə pultlu, nominal soyutma gücü (T1) minimum 24000 Btu/saat / 7035 W, nominal isitmə gücü minimum 24500 Btu/saat / 7181 W, soyutma üzrə EER minimum 3,15 W/W, isitmə üzrə COP minimum 3,18 W/W, nəm toplama gücü minimum 2,72 litr/saat, təzyiq göstəriciləri yüksək xətt üzrə minimum 4,2 MPa, aşağı xətt üzrə minimum 1,2 MPa, daxili blok səs səviyyəsi maksimum 43 dB(A), xarici blok səs səviyyəsi maksimum 53 dB(A), iqlim sinfi T1, elektrik təchizatı 220–240V / 1 faza / 50Hz, gərginlik diapazonu minimum 187–253 V, soyutma rejimində cərəyan maksimum 10,2 A, isitmə rejimində maksimum 10,3 A, elektrik sərfiyyatı soyutmada maksimum 2233 W, isitmə rejimində maksimum 2258 W, nominal cərəyan soyutmada maksimum 13,2 A, isitmə rejimində maksimum 13,3 A, nominal elektrik sərfiyyatı soyutmada maksimum 2903 W, isitmə rejimində maksimum 2936 W, R410A / R32 və ya ekvivalent soyuducu qazlı, və ya ekvivalent tip kompressorlu, hidrofil və louver tipli buxarlandırıcı, louver və ya dalğalı lamelli kondensator, kapilyar boru genişlənmə sistemi, mikrokompüter idarəetməli əks çevrimli defrost sistemi, daxili hava axını minimum 1160 m³/saat, daxili fanı çarpaz axınlı, xarici fanı pervane tipli, qaz xətti borusu minimum 1/2", maye xətti borusu minimum 1/4", iş temperatur diapazonu minimum -7°C ~ +43°C, uyğun sahə minimum 30–55 m², daxili blok ölçüləri maksimum 965×325×240 mm, xarici blok ölçüləri maksimum 900×375×587 mm, daxili blok xalis çəkisi maksimum 15 kq, xarici blok xalis çəkisi maksimum 40 kq, minimum 3–5 metr montaj mis borusu, drenaj xətti, elektrik kabeli və kronşteyn daxil olmaqla, tələb olunduğu halda teleskopik kran xidməti ilə birlikdə tam quraşdırılmış şəkildə təhvil verilməsi tələb olunur. Təklif edilən məhsul göstərilən texniki xüsusiyyətlərə malik və ya onlardan üstün göstəricilərə sahib ekvivalent məhsul ola bilər.MAF sənədi təqdim olunmalıdır. | 9 | ədəd |
Satınalmalarının 52 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 29 iyl 2026
son qələbə 08 may 2026
son qələbə 24 iyl 2026
son qələbə 24 iyl 2026
son qələbə 29 iyn 2026
Sifarişçinin elandan sonra bu satınalma üzrə dərc etdikləri. Başlıq bizim oxunuşumuzdur, altındakı mətn isə sifarişçinindir, dəyişilmədən.
"A4 OFİS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ-7808/2026 nömrəli 3 avqust 2026-cı il tarixli qərarına əsasən “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsi tərəfindən 02 iyun 2026-cı il tarixində Tikinti və bir sıra malların satın alınması ilə əlaqədar dərc edilmiş elektron açıq tender yenidən qiymətləndirilmişdir. Yenidən qiymətlənidrməyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi pr., 99, 99A, 101, 101A, 103, 103A ünvanında qeydiyyatda olan "A4 OFİS" MMC (VÖEN: 2002760381) qalib elan olunmuş və həmin şirkətlə 105.252,26 (yüz beş min iki yüz əlli iki manat iyirmi altı qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Müsabiqədə "CASPİAN EXPERT GROUP" MMC Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikası Qanunun 35.1.11-ci maddəsinə əsasən müsabiqədən kənarlaşdırılmışdır. "HANDZO TRADE" MMC isə Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun 35.1.5-ci maddəsinə uyğun olaraq müsabiqədən kənarlaşdırılmış və kənarlaşma barədə qərar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ-7808/2026 nömrəli 3 avqust 2026-cı il tarixli qərarına əsasən təsdiq edilmişdir.
"A4 OFİS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ · 105.252 ₼
“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsi tərəfindən 02 iyun 2026-cı il tarixində Tikinti və bir sıra malların satın alınması ilə əlaqədar dərc edilmiş elektron açıq tenderdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi pr., 99, 99A, 101, 101A, 103, 103A ünvanında qeydiyyatda olan "A4 OFİS" MMC (VÖEN: 2002760381) qalib elan olunmuş və həmin şirkətlə 105.252,26 (yüz beş min iki yüz əlli iki manat iyirmi altı qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Müsabiqədə "CASPİAN EXPERT GROUP" MMC Dövlət Satınalmaları haqqında Azərbaycan Respublikası Qanunun 35.1.11 , "HANDZO TRADE" MMC isə Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun 35.1.5-ci maddəsinə uyğun olaraq müsabiqədən kənarlaşdırılmışdırlar. Gözləmə müddəti (təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət) 13.07.2026-cı il tarixində başlayır və 5 (beş) iş günü ərzində günün sonunadək qüvvədə olacaq (17.07.2026).
Təchizatçının müraciəti---Hörmətli Satınalan təşkilat, Müraciətimizi diqqətlə nəzərdən keçirdiyiniz və ətraflı cavab verdiyiniz üçün təşəkkür edirik. Bildiririk ki, satınalma predmetinə daxil olan malların keyfiyyətliliyinin təmin edilməsinin vacibliyini anlayır və bu istiqamətdə müəyyən edilmiş tələblərə hörmətlə yanaşırıq. Bununla belə, nəzərinizə çatdırmaq istərdik ki, “Dövlət satınalmalarının vahid internet portalı”nın tələblərinə uyğun olaraq təklif təqdim edilərkən təklif olunan malların marka, modeli, istehsalçısı və mənşə ölkəsi barədə məlumatların təqdim edilməsi məcburi xarakter daşıyır. Bu isə öz növbəsində satınalan təşkilata təklif edilən məhsulların mənşəyini və istehsalçısını müəyyən etməyə imkan verir. Eyni zamanda, tender müsabiqəsinin ehtimal qiyməti nəzərə alınmaqla, tərəfimizdən keyfiyyətli, orijinal və texniki tələblərə tam cavab verən məhsulların təklif olunacağına təminat verilir. Qeyd etmək istəyirik ki, Elektrikli samovar, Kondisioner 24000 BTU və müvafiq elektrik malları kütləvi istehsal olunan, bazarda geniş şəkildə mövcud olan məhsullardır. Tərəfimizdən həm yerli, həm də xarici istehsalçı və təchizatçılarla aparılmış danışıqlar zamanı, tələb olunan malların sayının və ümumi həcminin az olması səbəbindən istehsalçıların MAF və DAF sənədlərinin təqdim edilməsində maraqlı olmadığını bir daha müşahidə etdik. Praktikada istehsalçılar bu cür kiçik həcmli sifarişlər üzrə əlavə sənədləşmə proseslərinə cəlb olunmağı məqsədəuyğun hesab etmir, bunu əlavə vaxt və resurs itkisi kimi dəyərləndirirlər. Bununla belə, satınalan təşkilat tərəfindən MAF və DAF sənədlərinin təqdim edilməsinə dair tələbin qüvvədə saxlanılması nəzərə alınaraq, tərəfimizdən həm yerli, həm xarici istehsalçılarla tələb olunan sənədlərin əldə edilməsi istiqamətində işlər davam etdirilir. Şirkətimiz sözügedən satınalmada iştirak etməkdə və satınalma predmetinə daxil olan digər mallar üzrə təklif təqdim etməkdə maraqlıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, tələb olunan sənədlərin əldə olunması istiqamətində aparılan işlərin tamamlanması üçün zərflərin açılış müddətinin 3 (üç) iş günü uzadılmasını nəzərdən keçirməyinizi xahiş edirik. Müraciətimizin nəzərə alınacağına ümid edir, əməkdaşlığınıza görə təşəkkür edirik. CAVAB----Hörmətli təchizatçı, Tender təkliflərinin təqdim edilməsinin son tarixi və açılış vaxtının uzadılması ilə bağlı müraciətinizə baxılmışdır. Müraciətinizdə qeyd olunan MAF və DAF sənədlərinin əldə edilməsi ilə bağlı çətinliklər nəzərə alınmışdır. Eyni zamanda, satınalma prosedurunda iştirak edən digər təchizatçılar tərəfindən də qeyd olunan sənədlərin əldə edilməsi ilə bağlı hər hansı çətinlik və ya müddətin uzadılması barədə müraciət daxil olmamışdır. Bununla belə, satınalma proseduru elan edilmiş qrafikə uyğun şəkildə həyata keçirilir və hazırkı mərhələdə müddətlərin dəyişdirilməsi məqsədəuyğun hesab edilmir. Eyni zamanda, satınalma predmetini təşkil edən mallara Universitet tərəfindən cari ehtiyac mövcuddur və onların vaxtında təchiz edilməsi fəaliyyətin fasiləsiz təmin olunması baxımından əhəmiyyət kəsb edir. Qeyd olunanları nəzərə alaraq, tender təkliflərinin təqdim edilməsi və açılış tarixinin uzadılması ilə bağlı müraciətinizi təmin etmək mümkün olmamışdır. Satınalma proseduru müəyyən edilmiş müddətlərə uyğun davam etdiriləcəkdir. Müraciətinizə və satınalma prosedurunda iştirak marağınıza görə təşəkkür edirik. Hörmətlə, Satınalma komissiyası
Təchizatçının müraciəti--- Salam, Hörmətli Satınalan təşkilat. Ümidvarıq ki, işləriniz qaydasındadır. Şirkətimiz, Tərəfinizdən elan olunmuş 2026/AT/02659/V1 №-li, “Tikinti və bir sıra malların satınalınması” adlı açıq tender müsabiqəsində iştirak etmək niyyətindədir. Tenderin “Əsas Şərtlər Toplusu”nun “Satınalma Məlumat Vərəqi” bölməsinin 18.3(a) bəndi çərçivəsində Elektrikli samovar və Kondisioner 24000 BTU malları ilə bağlı İstehsalçı icazəsi – MAF sənədi, həmin bölmənin 34.3(c) bəndi çərçivəsində isə Avtomat 3 faza 63 A, Avtomat 3 faza 16 A, Avtomat B 25 A 1 faza, Avtomat B 16 A 1 faza, Avtomat B 10 A 1 faza mallar üçün isə DAF sənədinin tələb olunması ilə bağlı şərt öz əksini tapmışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, “Əsas Şərtlər Toplusu”nun “FORMA 2. Qiymət cədvəli” bölməsinə müvafiq olaraq, MAF və DAF sənədi tələb edilən malların həcmi kifayət qədər azdır. Təcrübəyə əsaslanaraq, istehsalçı şirkətlər bu cür kiçik miqyasda sifarişlər üçün, adətən, sözügedən sənədləri təqdim etmir, praktikada belə hallarda yalnız iri həcmli sifarişlər üçün bu cür sənədlər istehsaçılar tərəfindən təqdim edilir. Bununla əlaqədar olaraq, tərəfimizdən müvafiq istehsalçı və təchizatçılarla əlaqə saxlanılaraq qeyd olunan sənədlərin təqdim edilməsi istiqamətində danışıqlar aparılsa da, hazırkı tarixədək müraciətlərimizə müsbət cavab əldə edilməmişdir. Bununla yanaşı, qeyd etmək istərdik ki, MAF və DAF sənədləri tələb olunan mallar standart elektrik təyinatlı mallar olmaqla, bazarda geniş şəkildə mövcud olan və kütləvi istehsal prosesi nəticəsində təchizatçılar tərəfindən təklif edilən məhsullardır. Sözügedən tender müsabiqəsi isə yalnız elektrik sahəsinə aid malları deyil, müxtəlif sahələr üzrə malların satınalınmasını nəzərdə tutur. Eyni zamanda, qeyd olunan elektrik mallarının rəsmi distribüterliyi və istehsalçı nümayəndəlikləri əsasən elektrik sahəsində ixtisaslaşmış şirkətlər tərəfindən həyata keçirilir. Tərəfimizdən bu şirkətlərlə əlaqə saxlanılaraq MAF və DAF sənədlərinin əldə edilməsi istiqamətində müraciətlər edilmiş, lakin müxtəlif səbəblərdən müsbət cavab əldə olunmamışdır. Bu hal potensial iştirakçıların satınalmada iştirak imkanlarını məhdudlaşdırmaqla yanaşı, bazarda mövcud olan digər təchizatçıların rəqabət şəraitində iştirakına da maneə yaradır. Hesab edirik ki, göstərilən malların həcminin kifayət qədər az olması, onların kütləvi istehsal prosesinin nəticəsi olaraq standart və geniş yayılmış məhsullar kateqoriyasına aid edilməsi, eləcə də MAF və DAF sənədlərinin əldə edilməsində yaranan obyektiv çətinliklər nəzərə alınmaqla, bu tələbin tətbiqi Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanununun 4.1.2-ci maddəsində təsbit edilmiş satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi prinsipinin, xüsusilə də rəqabətlilik prinsipinin tam təmin edilməsinə mənfi təsir göstərə və potensial təchizatçıların satınalmada iştirak imkanlarını məhdudlaşdıra bilər. Əlavə olaraq qeyd etmək istərdik ki, MAF və DAF sənədlərinin tələb olunması mürəkkəb texniki avadanlıqlar və ya xüsusi təyinatlı məhsullar cəhətdən başa düşüləndir. Lakin sözügedən mallar (elektrikli samovar, kondisioner və müxtəlif texniki göstəricilərə malik olan avtomatlar) bazarda geniş yayılmış, standart və kütləvi istehsal olunan məhsullardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "Əsas Şərtlər Toplusu"nda MAF və DAF sənədlərinin təqdim edilməsinə dair tələbin bir daha nəzərdən keçirilməsini xahiş edirik. Diqqətiniz üçün öncədən təşəkkürlər. Cavab---Hörmətli təchizatçı, Müraciətinizə görə təşəkkür edirik. Bildiririk ki, satınalma sənədlərində Elektrikli samovar və Kondisioner 24000 BTU malları üzrə MAF (Manufacturer Authorization Form), eləcə də müəyyən elektrik avtomatları üzrə DAF (Distributor Authorization Form) sənədlərinin tələb olunması hər hansı təchizatçının satınalmada iştirak imkanlarını məhdudlaşdırmaq məqsədi daşımır. Qeyd olunan tələblər satınalma predmetinə daxil olan malların rəsmi təchizat zəncirindən əldə olunmasının, mənşəyinin, keyfiyyətinin və zəmanət öhdəliklərinin təsdiq edilməsi məqsədilə müəyyən edilmişdir. MAF və DAF sənədləri vasitəsilə təklif olunan məhsulların istehsalçı və ya onun səlahiyyətli nümayəndələri tərəfindən dəstəkləndiyi, məhsulların orijinallığının və texniki göstəricilərinin təmin olunduğu təsdiqlənir. Məlumat üçün bildiririk ki, satınalma sənədlərində MAF və DAF sənədlərinin tələb olunması məhsulların həcmi ilə deyil, onların keyfiyyətinin və mənşəyinin təsdiqlənməsi zərurəti ilə əlaqədardır. Satınalan təşkilat tərəfindən bu tələb müəyyən edilərkən satın alınacaq məhsulların etibarlılığı, təhlükəsizliyi və dözümlülüyü əsas götürülmüşdür. Bununla yanaşı, satınalma sənədlərində müəyyən edilmiş tələblər bütün potensial iştirakçılara bərabər qaydada tətbiq olunur və hər hansı konkret marka, istehsalçı, distribüter və ya təchizatçıya üstünlük verilməsi məqsədi daşımır. Bu baxımdan qeyd olunan tələb satınalma iştirakçıları arasında ayrı-seçkiliyə səbəb olmur və rəqabətin məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, satınalma sənədlərində MAF və DAF sənədlərinin təqdim edilməsinə dair tələb qüvvədə saxlanılır. Müraciətinizə və satınalmaya göstərdiyiniz marağa görə təşəkkür edir, müsabiqədə iştirakınızda uğurlar arzulayırıq.
Təchizatçının müraciəti--Salam, Hörmətli Satınalan təşkilat. Ümidvarıq ki, işləriniz qaydasındadır. ST_30054 nömrəli Şərtlər Toplusunu nəzərdən keçirərkən qeyd olunan şərtlərdə avans ödənişinin nəzərdə tutulmadığını müşahidə etdik. Təklif olunan malların təchizatı ilə bağlı istehsal və satınalma proseslərinin vaxtında və keyfiyyətli şəkildə təşkil olunması məqsədilə, müqavilə dəyərinin müəyyən hissəsinin avans ödənişi kimi nəzərdən keçirilməsi imkanını dəyərləndirməyinizi xahiş edirik. Öncədən təşəkkürlər. Cavab---Avans ilə bağlı bildirmək istərdik ki, avans verilməsi ilkin şərtlərdə nəzərdə tutulmamışdır.
Təchizatçının sualı- U Profili Poladdan U profili mövcud deyil. Sinklenmis metaldan mövcuddur. Size tələb edilən TU profildir ve ya DU profil lazim oldugunu qeyd edin. Ve ya hər ikisidə lazimdirsa ayrılıqda metrləri qeyd edərdiz. C Profili-Poladdan C profili mövcud deyil. Sinklenmis metaldan mövcuddur. Size tələb edilən TC profildir ve ya DC profil lazim oldugunu qeyd edin. Ve ya hər ikisidə lazimdirsa ayrılıqda metrləri qeyd edərdiz. Alçipan-Alçipan istehsalında 10mm qeydə alınmır. Tam real qalınlığı yəni standartı 9.5 mm olur. Uyğundurmu? Alçipan şurupu 3,5×20-3,5*25 olur alçipan şrupları. Uyğundurmu? Əqrəb 50 sm-lik-Açıq vəziyyətdə 50 sm tələbdir? Ya tam uzunluğu 50 sm? Ağ boya daxili və xarici səthlər üçün- Daxili və xarici boya yəni universal kraska tələb edilir? Sədəf tipli yağlı emulsiya boya- Sədəf boya deyilirsə qablaşma 1 kq, 2.5 kq və ya 7 kq olur. Teleb hansi mal ucundur? Ətraflı məlumat verərdiz material baredə. Otsep (qırmadaş)-Atsep ve ya 5*15 qirma das (seben ) teleb edilir? Qum-Qara ve ya sari qum? Dekorativ dəmir Raşotka 1.50x0.80 14 mm qalınlıq-Raşotkanın ara sıxlıq məsafəsi barədə məlumat təqdim edərdiz. Material istifadəsinin hesablanması dəqiqliyi üçün tələb edilir. İstifadəsi pencərə üçündür? Dekorativ dəmir Raşotka 14mm (qalınlıq) 2.00x0.80-Raşotkanın ara sıxlıq məsafəsi barədə məlumat təqdim edərdiz. Material istifadəsinin hesablanması dəqiqliyi üçün tələb edilir. İstifadəsi pencərə üçündür? Dəmir boru 6*10- Bildiyimiz polad boru tələb edilir? Polad borudursa 6*10 hansı parametrleri bildirir? Dəmir dirsək 6*10-Bildiyimiz polad dirsək tələb edilir? Polad dirsəkdirsə 6*10 hansı parametrleri bildirir? Otsep (qırmadaş) 0*5-Atsep ve ya 0*5 qirma das (seben ) teleb edilir? Dəmir qapı 1,5x2,8m-Qapı kilidi, qapı dəstəyi ilə tam hazır qapı tələb edilirmi? Cavab- Hörmətli təchizatçı U Profili sinklənmiş poladdandan və ya metaldan ola bilər, Şərtlərdə qeyd olunmuşdur alçipan montajı üçün lazımdır. C profilidə həmçinin sinklənmiş poladdandan və ya metaldan ola bilər, Şərtlərdə qeyd olunmuşdur alçipan montajı üçün lazımdır. Alçipan ilə bağlı qeyd etmək istərdik ki 10 mm minimum qalınlıqdır. 10 mm və ya daha artıq ola bilər. Alçipan şurupu 3,5×20 qeyd olunub. 3,5*25 qəbul olunur. Əqrəb 50 sm-lik- açıq vəziyyətdə 50 sm olmalıdır. Ağ boya daxili və xarici səthlər üçün-həm daxilə həm xarici səthə uyğun olmalıdır. Sədəf tipli yağlı emulsiya boya- 25 kq-lıq 15 ədəd (375 kq) qeyd olunub. Qeyd etdiyiniz çəkilərə uyğun olaraq müxtəlif çəkilərədə qəbul oluna bilər. Otsep (qırmadaş) 5×15 mm qırmadaş(şeben), Qum- fərq etmir qara və ya sari olmağı, Dekorativ dəmir Raşotka 1.50x0.80 14 mm qalınlıq- ara məsafəsi 10-15 sm aralığı. Dekorativ dəmir Raşotka 14mm (qalınlıq) 2.00x0.80- ara məsafəsi 10-15 sm aralığı. Dəmir boru 6*10- novlar üçün kvardat boru. Dəmir dirsək 6*10-novlar üçün dirsək. Otsep (qırmadaş) 0*5- otsep olmalıdır. Dəmir qapı 1,5x2,8m- Qapı kilidi, qapı dəstəyi ilə tam hazır olamalıdır.
Təchizatçının sualı -Hörmətli Satınalma Komissiyası, Zəhmət olmasa, ST_30054 nömrəli Şərtlər Toplusunda 38-ci məhsul olan Mastika rezin tərkibli üçün dəqiqləşdirici detal öyrənməkdə köməklik edin. Bu ad altında çeşidlilik çoxdur, qiymətləndirmə zamanı düzgün məhsul nəzərə alınsın. Cavab--- “Bitum əsaslı hidroizolyasiya mastikası. Beton, metal və digər tikinti səthlərinin su və nəmdən qorunması üçün nəzərdə tutulmalıdır. İstifadəyə hazır, su keçirməz, korroziyaya davamlı, +70°C istilik və -20°C şaxta davamlılığına malik olmalı, fırça və ya rulonla tətbiq edilə bilməlidir.” Təchizatçının sualı--Hörmətli Satınalma Komissiyası, Zəhmət olmasa, ST_30054 nömrəli Şərtlər Toplusunda 53-cü məhsulun (aqlay daşı) ölçüsü və qalınlığı barədə, 37-ci məhsulun (motorlu mişarın sepı) neçə dişli olması barədə məlumat verin. Cavab--- Aqlay daşının ölçüsü standart kvadrat ilə yazılıb ölçü fərq etmir. Qalınlığı isə ən azı 20 mm olmalıdır. 37-ci məhsulun sepi barədə isə əvvəlki sorğularda bildirilmişdir. Bir daha qeyd etmək istərdik ki, 37-ci bənddə göstərilən motorlu mişar zənciri 36-cı bənddə qeyd olunmuş yeni alınacaq motorlu mişar (ağac doğrayan benzinli) üçün uyğun olmalıdır.
Təchizatçının sualı--Hörmətli Satınalma Komissiyası, Zəhmət olmasa, ST_30054 nömrəli Şərtlər Toplusunda aşağıdakı məhsullarla baölı bəzi detalları dəqiqləşdirməkdə köməklik edin: 1. 13 və 14-cü məhsulların (dövriyyə nasosları) həcmlərini qeyd edin 2. 14-cü məhsulun flanşlararası məsafə aralığını qeyd edin 3. 35-ci məhsulun (yanmış məftil) qalınlığı 4. 43-cü məhsul (Bitkilərə dərman vuran) həcmi Öncədən təşəkkür edirəm. Cavab-Hörmətli təchizatçı,13 və 14-cü məhsullar (dövriyyə nasosları) üzrə bildiririk ki, texniki xüsusiyyətlər artıq tam şəkildə qeyd olunmuşdur. Nasosların “həcm” göstəricisi təqdim edilən modellərdən asılı olaraq dəyişə bilər. Bu göstəricinin həddən artıq dəqiqləşdirilməsi konkret marka və modelə yönləndirmə yarada bilər ki, bu da satınalma prosedurunda məhdudlaşdırıcı hal kimi qiymətləndirilə və nəticədə prosedurun ləğv olunmasına səbəb ola bilər. 14-cü məhsul üzrə flanşlararası məsafə 180–340 mm aralığında olmalıdır. 35-ci məhsul (yanmış məftil) üzrə qalınlıq 0.6 mm – 1.2 mm aralığında qəbul edilə bilər. 43-cü məhsul (bitkilərə dərman vurma cihazı) üzrə tələb olunan xüsusiyyətlər aşağıdakı kimidir: Çən tutumu: 20 litr, İş prinsipi: əl nasosu ilə təzyiq yaradılması, Daşıma forması: bel/çiyin tipli
Hörmətli təchizatçılar, Daxil olmuş sorğuya əsasən ümumi məlumatlandırma məqsədilə aşağıdakıları diqqətinizə çatdırırıq: 36-cı bənd üzrə nəzərdə tutulan motorlu mişar ağacların kəsilməsi və doğranması işləri üçün istifadə edilməlidir. Cihazın mühərrik həcmi minimum 45 sm³, gücü minimum 1,8 kVt (təxminən 2,4 HP) olmalıdır. Şin uzunluğu minimum 45 sm olmalı, zəncirin avtomatik yağlanması sistemi ilə təchiz edilməlidir. Yanacaq çəninin tutumu minimum 500 ml, yağ çəninin tutumu minimum 250 ml olmalıdır. Məhsul zəncir əyləci və vibrasiya əleyhinə sistemə malik olmalıdır. 40-cı bənd üzrə nəzərdə tutulan şlanq (oksigen şlanqı, ipli) qaz qaynaq və kəsmə işlərində istifadə üçün nəzərdə tutulmalıdır. Şlanqın daxili diametri 8–10 mm, işçi təzyiqi minimum 20 bar olmalıdır. Məhsul çoxqatlı rezin konstruksiyaya malik olmalı, daxili və xarici qatlar arasında sintetik ipliklə möhkəmləndirilmiş armatur təbəqəsi ilə təmin edilməlidir. Şlanq mexaniki təsirlərə, aşınmaya və atmosfer təsirlərinə davamlı olmalı və istifadə olunmamış vəziyyətdə təqdim edilməlidir.
Təchizatçının sualı-Hörmətli Satınalma Komissiyası, Zəhmət olmasa, 36-cı məhsul Motorlu mişar (ağac doğrayan benzinli) gücü və digər detalları barədə, 40-cı məhsul Şlanq (kislarod şlanqı ipli) diametri barədə məlumat verin. Öncədən təşəkkür edirəm. Cavab- Hörmətli təchizatçı, Sorğunuza görə təşəkkür edirik. 36-cı bənd üzrə motorlu mişarla bağlı texniki tələblər aşağıdakı kimi dəqiqləşdirilir: mühərrikin həcmi minimum 45 sm³, gücü minimum 1,8 kVt (təxminən 2,4 HP) olmalıdır. Şin uzunluğu minimum 45 sm olmalıdır. Zəncirin avtomatik yağlanması sistemi mövcud olmalıdır. Yanacaq çəninin tutumu minimum 500 ml, yağ çəninin tutumu minimum 250 ml olmalıdır. Məhsul zəncir əyləci və vibrasiya əleyhinə sistemlə təchiz edilməlidir. 40-cı bənd üzrə şlanq (oksigen şlanqı, ipli) ilə bağlı texniki tələblər aşağıdakı kimi müəyyən edilir: daxili diametri 8–10 mm, işçi təzyiqi minimum 20 bar olmalıdır. Şlanq çoxqatlı rezin konstruksiyaya malik olmalı, daxili və xarici qatlar arasında sintetik ipliklə möhkəmləndirilmiş armatur təbəqəsi olmalıdır. Məhsul mexaniki təsirlərə, aşınmaya və atmosfer şəraitinə davamlı olmalı və istifadə olunmamış vəziyyətdə təqdim edilməlidir.
Hörmətli təchizatçılar, ST_30054 nömrəli Şərtlər Toplusu üzrə daxil olmuş sorğularla əlaqədar olaraq aşağıdakı dəqiqləşdirmələri diqqətinizə çatdırırıq: 1-ci və 2-ci məhsulların qalınlığı minimum 0,4 mm olmalıdır. 3-cü məhsulun rəngi sərbəstdir. Məhsulun texniki və funksional xüsusiyyətləri Şərtlər Toplusunda ətraflı qeyd edilmişdir. 30-cu məhsul metal səthlərin korroziyadan və paslanmadan qorunması üçün nəzərdə tutulmuş antipas boya olmalıdır. Məhsul ağ rəngdə olmalı və tələb olunan ümumi həcm 30 litr təşkil etməlidir. 31-ci məhsul sintetik tərkibli tinər (boya durulducusu) olmalıdır. Tələb olunan ümumi həcm 10 litrdir. Üzlük şpaklovka və 400 marka sement üzrə texniki tələblərdə qablaşdırma ölçüsü müəyyən edilmədiyindən, qablaşdırma vahidi kimi "bağlama" ifadəsi qeyd edilmişdir. 37-ci bənddə göstərilən motorlu mişar zənciri 36-cı bənddə qeyd olunmuş yeni alınacaq motorlu mişar (ağac doğrayan benzinli) üçün uyğun olmalıdır. 50-ci bənddə qeyd olunan dəmir drenaj kanalına dair şəkil mövcud deyildir. Məhsulun xüsusiyyətləri aşağıdakı kimi olmalıdır: Drenaj kanalı modul tipli olmalıdır; Hər bir modulun uzunluğu 1000 mm (±5%) təşkil etməlidir; Kanalın eni 200 mm olmalıdır; Kanalın üzəri metal barmaqlıqla təchiz olunmalıdır. 39-cu bənddə qeyd olunan qorelka propan qazı ilə işləyən qorelkadır və binaların dam örtüklərinə tol vurulması işlərində istifadə üçün nəzərdə tutulur. Məhsul aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: Qaz balonuna şlanq vasitəsilə qoşulma imkanı; Alovun gücünün və uzunluğunun tənzimlənməsi imkanı; İstiyədavamlı metal gövdə; Qaz şlanqı və reduktorla istifadə imkanı. Yuxarıda qeyd olunan dəqiqləşdirmələrin təkliflərin hazırlanması zamanı nəzərə alınması xahiş olunur. Hörmətlə, Satınalma Komissiyası
Təchizatçının sualı--Salam, zəhmət olmasa aydınlaşdırma verəsiniz. Üzlük şpaklyovka və Sement 400 və ya ekvivalent marka - bağlama yazılıb – kisə nəzərdə tutulur? 37-ci pozisiya şəkil lazımdır 50 - Dəmir drenaj kanalı – şəkil və parametrlər lazımdır 39 - Garelka prapanla işləyən – hansından Cavab--Hörmətli təchizatçı, Sorğunuza görə təşəkkür edirik. Sorğunuzda qeyd olunan məsələlərlə bağlı aşağıdakı məlumatları diqqətinizə çatdırırıq: Üzlük şpaklovka və 400 marka sement üzrə texniki tələblərdə məhsulların daxili həcmləri üçün xüsusi kisə ölçüsü müəyyən edilmədiyindən, qablaşdırma vahidi kimi "bağlama" ifadəsi qeyd edilmişdir. 37-ci bənddə göstərilən motorlu mişar zənciri 36-cı bənddə qeyd olunmuş yeni alınacaq motorlu mişar (ağac doğrayan benzinli) üçün uyğun olmalıdır. 50-ci bənddə qeyd olunan dəmir drenaj kanalına dair şəkil mövcud deyil. Məhsulun ölçüləri aşağıdakı kimi olmalıdır: Drenaj kanalı modul tipli olmalıdır; Hər bir modulun uzunluğu 1000 mm (±5%) təşkil etməlidir; Kanalın eni 200 mm olmalıdır; Kanalın üzəri metal barmaqlıqla təchiz olunmalıdır. 39-cu bənddə qeyd olunan qorelka propan qazı ilə işləyən standart qorelkadır. Məhsulun binaların dam örtüklərinə tol vurulması işlərində istifadəsi nəzərdə tutulur. Qorelka aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: Qaz balonuna şlanq vasitəsilə qoşulma imkanı; Alovun gücünün və uzunluğunun tənzimlənməsi imkanı; İstiyədavamlı metal gövdə; Qaz şlanqı və reduktorla istifadə imkanı. Hörmətlə, Satınalma Komissiyası
Təchizatçını sualı--Hörmətli Satınalma Komissiyası, ümid edirəm işləriniz qaydasındadır. Tenderdə yer alan məhsulların təhlili zamanı düzgün qiymətləndirmə etmək üçün bəzi məsələləri dəqiqləşdirməyə ehtiyac yaranmışdır. ST_30054 saylı ŞT-da 1 və 2-ci məhsulların qalınlğı, 3-cü məhsulun rəngi,30 və 31-ci məhsulların tərkibi barədə daha detallı məlumat vermənizi rica edirik. Cavab- Hörmətli təchizatçı, Sorğunuza görə təşəkkür edirik. ST_30054 nömrəli Şərtlər Toplusunda qeyd olunan məhsullarla bağlı aşağıdakı məlumatları diqqətinizə çatdırırıq: 1-ci və 2-ci məhsulların qalınlığı minimum 0,4 mm olmalıdır. 3-cü məhsulun rəngi sərbəstdir. Məhsulun texniki və funksional xüsusiyyətləri Şərtlər Toplusunda ətraflı göstərilmişdir. 30-cu məhsul metal səthlərin korroziyadan və paslanmadan qorunması üçün nəzərdə tutulmuş antipas boya olmalıdır. Məhsul ağ rəngdə olmalı və ümumi tələb olunan həcm 30 litr təşkil edir. 31-ci məhsul sintetik tərkibli tinər (boya durulducusu) olmalıdır. Məhsulun tələb olunan ümumi həcmi 10 litrdir. Əlavə suallar yarandığı təqdirdə müraciət edə bilərsiniz. Hörmətlə, Satınalma Komissiyası