Sifarişçi: AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ
Bu sifarişçidə eyni kateqoriyada 18 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
29 satınalma, 20 müxtəlif qalib
Ən çox udan: "VATA" Məhdud Məsuliyyətli Cəmiyyəti (5, 17.2%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 91.69% arasında aşağı düşüblər, medianı 15.9%.
Bu tender üçün bu 138.609 ₼ ilə 122.114 ₼ arasıdır.
12.066 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Mehmanxana xərcləri Tədbirin keçirilməsi məqsədilə Naxçıvan şəhərinə ezam olunacaq təlimçilərin və təşkilati heyətin yerləşdirilməsi üçün minimum 4 ulduzlu və ya ekvivalent standartlara cavab verən mehmanxanada yerləşdirmə xidmətinin göstərilməsi. Otaqlar tək nəfərlik olmaqla internet, səhər yeməyi, gündəlik təmizlik xidməti, istilik-soyutma sistemi və digər zəruri şəraitlə təmin edilməlidir. (Təlimlər 6 ay ərzində 7 dəfə və hərəsi 3 gün olmaqla təşkil oluncaqdır.) | 90 | adam-gün |
| 2 | Təlimçilər üçün nəqliyyat xidməti Təlimçilərin hava limanı–mehmanxana–tədbir məkanı marşrutu üzrə və tədbir proqramı çərçivəsində digər zəruri hərəkətlərinin təmin olunması məqsədilə nəqliyyat xidmətinin göstərilməsi. Xidmətə sürücü, yanacaq və digər əməliyyat xərcləri daxil edilməlidir. Nəqliyyat miniven, İstehsal ili minimum 2017-ci il, sürücü, yanacaq daxil Naxçıvan şəhəri daxilində xidmət, Hava limanından qarşılama-geri dönüş transferi minimum 8 nəfərlik tutumlu 30 gün ərzində (Təlimlər 6 ay ərzində 7 dəfə və hərəsi 3 gün olmaqla təşkil oluncaqdır.) | 7 | ədəd |
| 3 | Təlim zalının icarəsi xidməti Təlimlərin keçirilməsi məqsədilə Naxçıvan şəhərində yerləşən, minimum 50 nəfərlik tutuma malik, havalandırma və kondisioner sistemi, yüksək sürətli internet, proyektor, proyeksiya ekranı, səs sistemi, mikrofon və rahat oturacaqlarla təchiz edilmiş konfrans/təlim zalının icarəsi. Zalda iştirakçıların qrup işləri aparmasına imkan verən şərait təmin edilməlidir. (Təlimlər 6 ay ərzində 7 dəfə və hərəsi 3 gün olmaqla təşkil oluncaqdır.) | 21 | gün |
| 4 | Təlimçi xidməti Layihə proqramına uyğun olaraq təlim modullarının hazırlanması, təqdimatların keçirilməsi, praktiki məşğələlərin təşkili, iştirakçıların qiymətləndirilməsi və yekun hesabatın təqdim edilməsi daxil olmaqla peşəkar təlimçi xidmətinin göstərilməsi nəzərdə tutulur. Təlimçi Rəqəmsal Texnologiyalar və İnnovasiya, Layihə idarəetməsi və QHT fəaliyyəti, Karyera planlaması və şəxsi özünüinkişaf bacarıqları, Könüllülük və Sosial İnkişaf, Sahibkarlıq və maliyyə savadlılığı mövzuları üzrə təlimlərin keçirilməsi üçün müvafiq sahədə praktik təcrübəyə malik olmalıdır. Təlimçi minimum 5 il peşəkar təcrübəyə, yüksək nitq və təqdimat bacarıqlarına sahib olmalı, həmçinin minimum 25 və daha çox təlim keçirmiş olmalıdır. Təlimçi qeyd olunan mövzular üzrə iştirakçıların bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlimlər keçməli, təlim prosesində iştirakçıların aktiv cəlb olunmasını, praktiki məşğələlərin təşkilini və interaktiv metodlardan istifadəni təmin etməlidir. Təlim sifarişçinin müəyyən etdiyi iş günləri və iş saatlarında Naxçıvan Muxtar Respublikasında əyani formada təşkil edilməlidir. Təlimlər 6 ay ərzində 7 dəfə, hər biri 3 gün olmaqla keçirilməli, hər təlim günü 6 saat davam etməli və ümumilikdə təlimlərin müddəti 126 saat təşkil etməlidir. | 18 | nəfər |
| 5 | Dəftərxana ləvazimatları Qələm: Yüksək keyfiyyətli, üzərində tədbir loqolu plastik avtomat qələm, diyircəkli. Qovluq: A4 ölçülü azı 300 qramlıq laminasiya olunmuş kağızdan hazırlanmış qovluqlar. Blaknot: Bloknot: A5, Bristol kağızı, spirallı, 80 vərəq, uz və arxa vərəqi - azı 300 qr parlaq, iç - azı 120 qr, arxa - azı 300 qr., cildi tədbirin brendinqə uyğun loqolu və yazılı. | 70 | dəst |
| 6 | Təlim proqramı və çap materiallarının hazırlanması Təlim proqramı, gündəlik agenda, təqdimat materialları, qiymətləndirmə formaları və digər çap məhsullarının dizaynı və rəngli çapının həyata keçirilməsi. (Təlimlər 6 ay ərzində 7 dəfə və hərəsi 3 gün olmaqla təşkil oluncaqdır.) | 70 | dəst |
| 7 | Sertifikatların hazırlanması Təlim iştirakçıları üçün fərdiləşdirilmiş sertifikatların dizayn edilməsi, çap olunması və təqdimata hazır vəziyyətə gətirilməsi. (Təlimlər 6 ay ərzində 7 dəfə və hərəsi 3 gün olmaqla təşkil oluncaqdır.) | 70 | ədəd |
| 8 | Çay və qəhvə fasiləsinin təşkili "Xidmət keyfiyyətlii catering standartlarına uyğun təşkil olunmalıdır: Çay və kofe növləri: qara çay, yaşıl çay, kofe Soyuq içkilər: Qazlı və qazsız su Qəlyanaltı və şirniyyat menyusu:Mini desertlər (minimum 2–4 növ) və şirniyyatlar və xəmir məmulatları (minimum 2–4 növ) Bütün məhsullar yüksək keyfiyyətli və təzə olmalı, gigiyena və qida təhlükəsizliyi standartlarına tam riayət edilməlidir. (50 nəfər üçün 3 gün olmaqla təşkili nəzərdə tutulub) (Təlimlər 6 ay ərzində 7 dəfə və hərəsi 3 gün olmaqla təşkil oluncaqdır.) | 1260 | adam-gün |
| 9 | Qidalanma xərcləri (Nahar yeməyi) Naxçıvan şəhərində nahar xidməti uyğun restoran və ya təlim məkanında catering formatında təşkil olunmalı, iştirakçılar üçün rahat və səliqəli mühit təmin edilməlidir. Menyu müxtəlif və balanslaşdırılmış olmalı, aşağıdakıları əhatə etməlidir: Şorba (minimum 1–2 növ); Salatlar (minimum 2–3 növ); Əsas yeməklər (minimum 2–3 növ: ət, toyuq və ya vegetarian seçimlər) və qarnir İçkilər: su, şirə, çay və qəhvə Xidmət bufet və ya sadə servis formatında təşkil oluna bilər. Qab-qacaq və servis üçün zəruri avadanlıqlar təmin edilməlidir. Bütün qida məhsulları təzə və keyfiyyətli olmalı, gigiyena qaydalarına riayət edilməlidir. Xidmət tədbir proqramına uyğun vaxtda təşkil olunmalıdır. (60 nəfər üçün 3 gün olmaqla təşkili nəzərdə tutulub) (Təlimlər 6 ay ərzində 7 dəfə və hərəsi 3 gün olmaqla təşkil oluncaqdır.) | 1260 | adam-gün |
| 10 | Qidalanma xərcləri (Şam yeməyi) Naxçıvan şəhərində şam yeməyi standart kateqoriyalı restoranda və ya təlimçilərin qaldığı oteldə təşkil edilməlidir. Menyu aşağıdakıları əhatə etməlidir: Şorba (minimum 1–2 növ);Salatlar (minimum 2–3 növ);Əsas yeməklər (minimum 2–3 növ: ət, toyuq və ya vegetarian seçimlər) və Qarnir İçkilər: su, şirə, çay və qəhvə (Təlimlər 6 ay ərzində 7 dəfə və hərəsi 3 gün olmaqla təşkil oluncaqdır.) | 70 | adam-gün |
| 11 | Qazsız su Tədbir müddətində iştirakçıların istifadəsi üçün 0,5 litr həcmli qablaşdırılmış içməli suların təmin olunması. (Təlimlər 6 ay ərzində 7 dəfə və hərəsi 3 gün olmaqla təşkil oluncaqdır.) | 1000 | ədəd |
| 12 | Foto - Videoçəkiliş xidməti Tədbirin bütün mərhələlərinin peşəkar foto və video çəkilişinin həyata keçirilməsi, minimum 200 ədəd işlənmiş elektron foto materialın və minimum 2-3 dəqiqəlik yekun hesabat videosunun təqdim olunması. (Təlimlər 6 ay ərzində 7 dəfə və hərəsi 3 gün olmaqla təşkil oluncaqdır.) | 21 | gün |
| 13 | Roll-up (icarə) Yüksək keyfiyyətli, asanlıqla daşınıla bilən alüminium və ya ekvivalent materialından konstruksiya və tədbirə uyğun dizaynlı polipropilen və ya ekvivalent üzərində çap, azı 1.20 m x 2 m Tədbirin vizual tərtibatı məqsədilə dizayn, çap və quraşdırma daxil olmaqla roll-up bannerlərin hazırlanması. (Təlimlər 6 ay ərzində 7 dəfə və hərəsi 3 gün olmaqla təşkil oluncaqdır.) | 7 | ədəd |
| 14 | Brandwall icarəsi Dizaynlar sifarişə uyğun olacaq. azı 40 mm x 20 mm profillərdən yığılmış yüksək dayanıqlı metal konstruksiya; İşıq keçirməyən 260 qramlıq tekstil üzərində UV çap. Ölçü: azı 6m x 3m (yan hissələr 0,8m x 3m) iki tərəfli. (çatdırılma, quraşdırılma və demontaj daxildir.) | 1 | ədəd |
| 15 | Dizayn işləri Sifarişçi ilə razılaşdırılmaqla tədbirin ümumi stilinə uyğun dizaynların hazırlanması, o cümlədən brandwall-un dizaynı, qələm, qovluq, info desklər, roll-uplar və digər qeyd olunan materiallara uyğun minimum 3 dizayn alternativinin təqdim edilməsi və geri dönüşlər əsasında yekun dizaynın təhvil verilməsi. Bununla yanaşı, tədbirin tərzinə uyğun sosial şəbəkələr üçün postların dizaynının hazırlanması. | 1 | nəfər |
| 16 | Printer (icarə) A3 və A4 ölçülü kağızlar üçün printer icarəsi, ağ-qara və rəngli, katriclər yeni olmalı, zərurət yarandıqda dolum edilməli, (Təlimlər 6 ay ərzində 7 dəfə və hərəsi 3 gün olmaqla təşkil oluncaqdır.) | 7 | ədəd |
| 17 | Noutbuk icarəsi Sürətli işləyən noutbuk, min 14 dyüm, printer ilə qoşulu olmalı, microsoft office proqramları olmalı, şarj adaptri ilə təhciz olmalı (Təlimlər 6 ay ərzində 7 dəfə və hərəsi 3 gün olmaqla təşkil oluncaqdır.) | 2 | ədəd |
| 18 | Flip çart 10 Blok | 10 | dəst |
| 19 | Badge Tədbir üçün individual dizaynla hazırlanmış plastik kartlar (İki tərəfli çap), ölçülər 9 sm. x 13sm.Yuxarı hissədə karabin üçün dəlik açılmalıdır. | 70 | ədəd |
| 20 | Təlimçilər üçün metodik materiallar toplusu Təlimçilər üçün metodik materiallar toplusunun hazırlanması, dizaynı və çapı Texniki göstəricilər: Şriftin ölçüsü: 12 pt; İnterval: 1.0 – 1.15; Söz sayı: 8 300 – 9 000; İşarə sayı: 62 000 – 68 000; Səhifə sayı: 48 və ya 52 (A5); Şəkil / illüstrasiya sayı: 18–20; Cildləmə növü: Termokley, frezeləmə və kötük dizaynının tətbiqi ilə; Kağız: daxili səhifələr minimum 90-115 qr. təbaşirli, üz qabığı 300 qr. mat laminasiyalı təbaşirli kağız; Mətnin dili: Azərbaycan dili. Görüləcək işlər: Mətnin redaktəsi və korrekturası; Mətnin texniki hazırlanması (mətnin strukturunun qurulması – başlıq və altbaşlıqlar, mündəricat, annotasiya, səhifələmə və kolontitullar); Dizayn və tərtibat (3 versiyada ümumi dizayn konsepti – ön və arxa üz, kötük hissəsinin hazırlanması, daxili səhifə maketinin hazırlanması, bölmə səhifələrinin dizaynı, loqo, şəkil və illüstrasiyaların yerləşdirilməsi, şəkillərin texniki işlənməsi (ölçü və keyfiyyət optimizasiyası), formatın müəyyənləşdirilməsi); Son məhsul həm çap, həm də PDF formatında təhvil verilməli; Çap keyfiyyəti yüksək keyfiyyətli poliqrafik standartlara uyğun olmalıdır | 100 | ədəd |
| 21 | İştirakçılar üçün t-shirt 100% pambıq və ya yüksək keyfiyyətli, hava keçirən materialdan, rəngində, S ölçüdə 40 ədəd, M ölçüdə 40 ədəd, L ölçüdə 30 ədəd və XL ölçüdə 10 ədəd olmaqla, ümumi 120 ədəd mövsümə uyğun düyməli polo köynəyin hazırlanması və təvıl verilməsi. | 120 | ədəd |
| 22 | Bilet Bakı-Naxçıvan-Bakı təyyarə biletlərinin alınması | 21 | nəfər |
Satınalmalarının 45 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 29 sen 2026
son qələbə 28 sen 2026
son qələbə 08 sen 2026
son qələbə 19 may 2026
son qələbə 04 sen 2026
Sifarişçinin elandan sonra bu satınalma üzrə dərc etdikləri. Başlıq bizim oxunuşumuzdur, altındakı mətn isə sifarişçinindir, dəyişilmədən.
74.187 ₼
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasında “Təlimçilər üçün Təlim (ToT)” proqramının təşkili xidmətlərinin satın alınması” məqsədilə keçirilən 2026/AT/03777/V1 nömrəli müsabiqə çərçivəsində “BRİGHT SOLUTİONS” Məhdud Məsuliyyətli Cəmiyyəti (AZ1147, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Mir Cəlal küçəsi, ev 123, mənzil 10) ilə 74.186,60 manat (Yetmiş dörd min yüz səksən altı manat altmış qəpik) məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulur. Gözləmə müddəti (təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət) 04.09.2026-cı il tarixində başlayır və 11.09.2026-cı il tarixində iş gününün sonunda bitir.