Sifarişçi: "İCTİMAİ SƏHİYYƏ VƏ İSLAHATLAR MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 6 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
29 satınalma, 26 müxtəlif qalib
Ən çox udan: "TİİM" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2, 6.9%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.09% ilə 65.63% arasında aşağı düşüblər, medianı 19.13%.
Bu tender üçün bu 412.643 ₼ ilə 354.326 ₼ arasıdır.
150.590 ₼ məbləğindən aşağı heç kim udmayıb.
375 ₼
Sənədlər 25 ₼ + iştirak 350 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Autizm spektr pozuntuları (ASP) üzrə təlimlərin, konfransın təşkili və maarifləndirmə materiallarının hazırlanması və çapı Autizm spektr pozuntuları (ASP) haqqında iştirakçıların bilik və anlayışlarının artırılması məqsədilə beynəlxalq ekspertlərin iştirakı ilə müəllimlər, məktəb psixoloqları, loqopedlər, defektoloqlar, valideynlər və sosial işçilər üçün akkreditasiya qaydalarına uyğun təlimlərin hazırlanması və keçirilməsi; İSİM tərəfindən müəyyən edilən tərəfdaşlar və QHT-lərlə əməkdaşlıq çərçivəsində dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələrinin iştirakı ilə 250–300 nəfərlik, 2 günlük konfransın təşkili və razılıq əldə edildiyi halda konqres formatında keçirilməsi; tədbirin Bakı şəhərində yerləşən minimum 5 ulduzlu oteldə, minimum 300 m² sahəsi olan konfrans zalında keçirilməsi və zalın 2 günlük icarəsinin təmin edilməsi; tədbir proqramının hazırlanması, beynəlxalq ekspertlərlə razılaşdırılması, tədbirin xüsusi loqo və vahid dizayn konsepsiyası əsasında brendləşdirilməsi, tədbir məkanının dekorativ və vizual tərtibatının hazırlanması; 1 ədəd banner, 5 ədəd qapı önündə məlumat lövhəsi və 5 ədəd 4-lü stolüstü bayraq hazırlanması və yerləşdirilməsi; Maarifləndirici jurnal №4 – 200 ədəd, A4 formatlı qovluq – 300 ədəd, A5 formatlı qeyd dəftəri – 300 ədəd, A5 formatlı proqram – 300 ədəd, A4 formatlı sertifikat – 300 ədəd, A5 formatlı dəvətnamə – 300 ədəd, loqolu qələm – 300 ədəd, xüsusi qonaqlar üçün eko çanta – 300 ədəd, A4 formatlı kağız çanta – 300 ədəd, su qabı – 300 ədəd, badge – 350 ədəd hazırlanması və çapı; əlavə olaraq loqolu qeyd dəftəri – 200 ədəd, loqolu iştirakçı boyunbağı (lanyard) – 200 ədəd və loqolu iştirakçı nişanı (badge) – 200 ədəd hazırlanması. Autizmli uşaqlarla rəftar mövzusunda nağıl üslubunda A5 formatında, minimum 48 səhifə həcmində, tam rəngli, daxili səhifələri minimum 115 q/m² ofset kağızdan, üz qabığı minimum 300 q/m² örtüklü kağızdan, üz qabığı mat laminasiyalı olmaqla maarifləndirici kitabın hazırlanması, mətnin yazılması, redaktəsi, dizaynı, səhifələnməsi və 1 000 nüsxədə çapı; kitabın elektron versiyasının hazırlanması, saglamusaq.az portalında yerləşdirilməsi, 1 000 ədəd disk formatında elektron materialın hazırlanması və tirajlanması, həmçinin audio kitabın hazırlanması və 1 000 nüsxədə tirajlanması; kitabın hazırlanması üzrə 2 ictimai səhiyyə eksperti və 1 həkim-ekspertin xidmət haqqının təmin edilməsi. Konqres üçün tədbirdən minimum 12 saat əvvəl texniki sınağın keçirilməsi, səsləndirmə sistemi, 4 ədəd əl mikrofonu, 3 ədəd masaüstü mikrofon, 1 ədəd suflyor və minimum 30 Mbit/s internet bağlantısı ilə təminat; səhnədə elektron məlumat nümayişi üçün 1 ədəd ekranlı ağ tribuna, moderator və məruzəçilər üçün 2 ədəd krem rəngli kreslo və 2 ədəd krem rəngli elektron masa, həmçinin 3 ədəd masaüstü mikrofonun (2 ədəd moderatorlar, 1 ədəd tribuna üçün) təmin edilməsi; qeyd olunan avadanlıqların icarəsi, daşınması, quraşdırılması, sazlanması və tədbir müddətində texniki xidmətinin göstərilməsi. Konqres zalında 200 nəfər üçün sinif otağı formatında oturacaq düzülüşünün təşkili, foyedə 2 dəfə çay/kofe fasiləsinin, otelin restoranında isə 1 dəfə naharın 200 nəfər üçün təşkili, tədbirin qeydiyyatı, iştirakçıların qarşılanması, materialların paylanması, tədbir məkanının hazırlanması və tədbirdən sonra yığışdırılması daxil olmaqla təşkilati xidmətlərin göstərilməsi. | 1 | ədəd |
| 2 | “14 noyabr – Ümumdünya Diabet Günü”nə həsr olunmuş tədbirin təşkili və keçirilməsi İSİM tərəfindən müəyyən edilən QHT ilə birgə 200 nəfər iştirakçı üçün 2 gün müddətində konfransın təşkili və keçirilməsi, tədbir məkanının müəyyənləşdirilməsi və Bakı şəhərində yerləşən minimum 5 ulduzlu oteldə, minimum 300 m² sahəsi olan konfrans zalının 2 günlük icarəsinin təmin edilməsi, otelin əsas nəqliyyat qovşaqlarına maksimum 3,8 km məsafədə yerləşməsi; tədbir konsepsiyasının hazırlanması, proqramın tərtibi və ekspertlərlə əvvəlcədən razılaşdırılması, xüsusi loqo və vahid dizayn konsepsiyasının hazırlanması, zalın və tədbir məkanının brendləşdirilməsi və dekorativ tərtibatı; 2 ədəd bannerin hazırlanması, çapı və quraşdırılması; A4 qovluq – 200 ədəd, qeyd dəftəri – 200 ədəd, A4 proqram – 200 ədəd, A4 sertifikat – 200 ədəd, A5 dəvətnamə – 200 ədəd, qələm – 200 ədəd, A4 kağız çanta – 200 ədəd və su qabı – 200 ədəd olmaqla çap və maarifləndirmə məhsullarının hazırlanması və təqdim edilməsi; loqolu iştirakçı boyunbağı (lanyard) – 200 ədəd və loqolu iştirakçı nişanı (badge) – 200 ədəd hazırlanması; tədbir materiallarının daşınması, çeşidlənməsi və iştirakçılara paylanması; iştirakçıların qeydiyyatı və qarşılanması üçün minimum 3 nəfər təşkilati heyətin, tədbirin ümumi idarə olunması üçün 1 nəfər tədbir koordinatorunun cəlb edilməsi; tədbirdən ən azı 12 saat əvvəl texniki sınağın keçirilməsi, səsləndirmə sistemi, 4 ədəd əl mikrofonu, 3 ədəd masaüstü mikrofon, 1 ədəd suflyor və minimum 30 Mbit/s internet bağlantısının təmin edilməsi; konfrans zalında elektron məlumatların nümayişi üçün 1 ədəd ekranlı tribuna, 2 ədəd kreslo, 2 ədəd elektron masa və 3 ədəd masaüstü mikrofonun (2-si moderatorlar, 1-i tribuna üçün) təmin edilməsi; texniki avadanlıqların icarəsi, daşınması, quraşdırılması, sazlanması, tədbir müddətində texniki operator tərəfindən müşayiəti və sökülməsi; təqdimat, video və digər elektron materialların nümayişi üçün texniki dəstəyin göstərilməsi; zalın 200 nəfər üçün sinif otağı formatında hazırlanması, masa və oturacaqların yerləşdirilməsi; hər tədbir günü 200 nəfər üçün 2 dəfə çay/kofe fasiləsi və 1 dəfə naharın təşkili, catering və servis xidmətlərinin göstərilməsi; tədbir müddətində qeydiyyat, iştirakçı koordinasiyası, təşkilati və texniki müşayiət, tədbir məkanının əvvəlcədən hazırlanması və tədbirdən sonra yığışdırılması daxil olmaqla konfransın tam təşkilati, texniki və logistika təminatının həyata keçirilməsi. | 1 | ədəd |
| 3 | İmmunizasiya hesabatının hazırlanması və dəyirmi masanın keçirilməsi İSİM tərəfindən 2026-cı ilin oktyabr–dekabr aylarında Bakı, Gəncə, Mingəçevir, Lənkəran şəhərləri və Quba, Şəki, Şamaxı, Ağcabədi, Bərdə və Masallı rayonları olmaqla 10 region üzrə peyvəndlə əhatə səviyyəsinin qiymətləndirilməsi məqsədilə aparılmış sorğunun nəticələrinin toplanması, sistemləşdirilməsi və təhlili əsasında ictimai səhiyyə mütəxəssisi tərəfindən analitik hesabatın hazırlanması; sorğu məlumatlarının elektron bazaya daxil edilməsi, məlumatların tamlığı və keyfiyyətinin yoxlanılması, tibb müəssisələrindən əldə edilmiş məlumatların təhlilə cəlb edilməsi; peyvəndlə əhatə göstəricilərinin, dozaların ardıcıllığının, vaxtında peyvəndlənmənin, gecikmələrin, drop-out göstəricilərinin, region və müəssisələr üzrə fərqlərin və risk qruplarının təhlili; əvvəlki və cari dövrlər üzrə müqayisəli statistik təhlilin aparılması, nəticələrin ÜST tövsiyələri və beynəlxalq göstəricilərlə müqayisəsi; əsas problemlərin və risklərin müəyyənləşdirilməsi, praktik tövsiyələrin hazırlanması; nəticələrin qrafik, diaqram və cədvəllərlə vizuallaşdırılması, infoqrafika, fact sheet və yekun təqdimat materiallarının hazırlanması, hesabatın elektron və çap formatında təqdim edilməsi xidmətin tam həcminə daxil edilməlidir. | 1 | ədəd |
| 4 | 20 səhiyyə və tibb müəssisəsində tütün məmulatlarından istifadənin məhdudlaşdırılması üzrə monitorinqin keçirilməsi Bakı şəhərində yerləşən 20 səhiyyə və tibb müəssisəsində “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tütün çəkilməsinə icazə verilməyən ərazilərdə tələblərə riayət səviyyəsinin anonim müşahidə tədqiqatı ilə qiymətləndirilməsi; tədqiqat metodologiyasının, indikator və qiymətləndirmə meyarlarının, müşahidə vərəqələrinin hazırlanması və İSİM ilə razılaşdırılması; minimum 10 müşahidəçinin seçilməsi, hazırlanması və koordinasiyası; 20 müəssisə üzrə müşahidələrin aparılması, məlumatların toplanması, kodlaşdırılması, elektron bazanın yaradılması və sorğualr.az platformasına daxil edilməsi; məlumatların statistik emalı, müqayisəli təhlili, nəticələrin cədvəl, qrafik və diaqramlarla təqdim edilməsi, riskli məkan və uyğunsuzluqların müəyyənləşdirilməsi; ictimai səhiyyə mütəxəssisi tərəfindən nəticələrin təhlili və praktik tövsiyələrin hazırlanması; yekun analitik hesabat, infoqrafik materiallar, fact sheet və təqdimat materiallarının hazırlanması və İSİM ilə razılaşdırılması; əlavə olaraq 100 nəfər üçün 1 günlük təlimin Bakı şəhərində uyğun təlim məkanında təşkili, 100 nəfərlik təlim formatının hazırlanması, proyektor/ekran, təqdimat kompüteri, səsləndirmə sistemi, 2 simsiz mikrofon və internet bağlantısının təmin edilməsi; təlim proqramı və materiallarının hazırlanması, iştirakçı qeydiyyatı, 3 nəfər təşkilati heyət, təlimçi və texniki heyətin koordinasiyası, təlim materiallarının çapı və paylanması, texniki avadanlıqların quraşdırılması və sökülməsi xidmətin tam həcminə daxil edilməlidir. | 1 | ədəd |
| 5 | Məişət zorakılığı mövzusunda həkimlər üçün maarifləndirmə tədbirləri və təlimlərin təşkili Bakı Baş Səhiyyə Mərkəzinin tabeçiliyində olan ilkin səhiyyə həkimləri üçün təlimlərin təşkili və keçirilməsi: Bakı Baş Səhiyyə Mərkəzi ilə əvvəlcədən razılaşdırma aparılmalı, mövzu üzrə 4 ekspert cəlb edilməklə 10 təlim günü ərzində, hər gün 80 nəfər olmaqla ümumilikdə 800 iştirakçı-gün həcmində təlimlər keçirilməlidir. Ekspertlərin xidmət haqları, təlim proqramının hazırlanması, təlim materiallarının hazırlanması və İSİM mütəxəssisləri ilə razılaşdırılması, iştirakçılara çap və elektron formatda təqdim edilməsi, ekspertlərin ictimai səhiyyə sahəsində müvafiq bilik, ixtisas və təcrübəyə, həmçinin dövlət və beynəlxalq təşkilatlar, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlıq təcrübəsinə malik olması təmin edilməlidir. Təlimlər Bakı şəhərində yerləşən minimum 4 ulduzlu oteldə, minimum 200 m² sahəsi olan konfrans/təlim zalında, əsas nəqliyyat qovşaqlarından maksimum 3,8 km məsafədə, 10 günlük müddət ərzində təşkil edilməlidir. Hər gün 80 nəfərlik oturacaq düzülüşü, qeydiyyat və iştirakçıların qarşılanması, texniki avadanlıqların təminatı, o cümlədən proyektor/LED ekran, təqdimat kompüteri, səs sistemi, minimum 2 simsiz mikrofon və minimum 30 Mbps internet bağlantısı, texniki quraşdırma və sökülmə işləri təmin edilməlidir. Təlimlərin təşkili çərçivəsində 20 000 ədəd loqolu buklet, 200 ədəd loqolu broşür, 200 ədəd loqolu bloknot, 200 ədəd loqolu qələm, 200 ədəd loqolu qeyd dəftəri, 200 ədəd loqolu sertifikat qovluğu, 200 ədəd loqolu iştirakçı boyunbağı (lanyard) və 200 ədəd loqolu iştirakçı nişanı (badge) hazırlanmalı və təqdim edilməlidir. Həmçinin iştirakçıların qeydiyyatı, təlim materiallarının paylanması, sertifikatlaşdırma, gündəlik təşkilati və texniki koordinasiya, ekspertlərin iş qrafikinin idarə olunması, tədbir məkanının brendləşdirilməsi və yekun hesabatın hazırlanması xidmətləri göstərilməlidir. | 1 | ədəd |
| 6 | “Sağlam yaşlanma” mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi Ahıl insanların sağlam və aktiv yaşlanmasının təşviqi məqsədilə ÜST-nin müvafiq tövsiyələri və beynəlxalq təcrübə əsasında metodik rəhbərlik hazırlanmalı, sənəd ictimai səhiyyə sahəsində xüsusi bilik, ixtisas və təcrübəyə malik 3 ekspertdən ibarət işçi qrup tərəfindən hazırlanaraq İSİM-in mütəxəssisləri ilə razılaşdırılmalı, yekun variant Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasına (ETŞ) təsdiq üçün təqdim edilməlidir. Hazırlanmış metodik rəhbərliyin məzmununa uyğun olaraq ahıl insanlar üçün sağlam qidalanma, diabetin profilaktikası, fiziki aktivlik, arterial təzyiqə nəzarət və sağlam yaşlanma ilə bağlı maarifləndirici bukletlər hazırlanmalı, dizayn və məzmunu İSİM-in mütəxəssisləri ilə razılaşdırılaraq çap olunmalı və tədbir iştirakçılarına təqdim edilməlidir. Metodik rəhbərlik əsasında 5 maarifləndirmə tədbiri təşkil edilməli, hər tədbir 100 nəfər üçün nəzərdə tutulmaqla ümumilikdə 500 iştirakçı əhatə etməlidir. Hər tədbir təlim və skrininq müayinələri olmaqla 2 hissədən təşkil edilməli, skrininq çərçivəsində iştirakçıların qanda şəkərin miqdarı və arterial qan təzyiqi müəyyən edilməli, nəticələrin qeydiyyatı və ilkin məlumatlandırılması həyata keçirilməlidir. Təlimlər ictimai səhiyyə sahəsində xüsusi bilik, ixtisas və müvafiq praktiki təcrübəyə malik 2 ekspert tərəfindən keçirilməli, ekspert xidmətləri, təlim materialları, tədbirlərin fasilitasiyası, iştirakçıların qeydiyyatı, nəqliyyat və foto-video xidmətləri təmin edilməlidir. Tədbirlər Bakı şəhərinin mərkəzində yerləşən minimum 5 ulduzlu oteldə, hər tədbir üçün minimum 200 m² sahəyə malik konfrans zalında, ahıl iştirakçıların rahat və təhlükəsiz giriş-çıxışını təmin edən şəraitdə keçirilməli, tədbir məkanının əsas nəqliyyat qovşaqlarından maksimum 3,8 km məsafədə olması nəzərə alınmalıdır. Hər tədbir üzrə 100 nəfər üçün nahar və kofe-breyk, zalın hazırlanması və tədbir üçün oturacaq düzülüşü, texniki avadanlıqlar, təqdimat kompüteri, proyektor/LED ekran, səs sistemi və mikrofonlar, texniki quraşdırma-sökülmə və təşkilati koordinasiya xidmətləri təmin edilməli, 5 tədbirin yekununda iştirakçıların sayı, skrininq nəticələri və maarifləndirmə fəaliyyətlərini əks etdirən yekun hesabat hazırlanmalıdır. | 1 | ədəd |
| 7 | “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi Təhsil Nazirliyi ilə razılaşdırma və koordinasiya işlərinin aparılması, Bakı şəhərində 10 ümumtəhsil müəssisəsinin müəyyənləşdirilməsi və tədbirlərin təşkili üzrə logistika və texniki hazırlığın təmin edilməsi; maarifləndirici materialların hazırlanması, dizaynı, çapı və iştirakçılara təqdim edilməsi; təlim proqramı və təqdimat materiallarının hazırlanması, 2 ixtisaslaşmış ekspert tərəfindən təlimlərin keçirilməsi, ekspertlərin xidmət haqları və nəqliyyat xərclərinin təmin edilməsi; 10 müəssisədə iştirakçı qeydiyyatı, qarşılanma, fasilitasiya, koordinasiya və foto-video çəkiliş xidmətlərinin göstərilməsi; tədbirlərin məktəb və internat müəssisələrinin mövcud uyğun məkanlarında keçirilməsi və məkanların tədbir formatına uyğun hazırlanması; səs sistemi, mikrofon, təqdimat kompüteri, proyektor/ekran, internet bağlantısı və texniki operatorun təmin edilməsi, avadanlıqların quraşdırılması və sökülməsi; tədbirin mövzusuna uyğun dəyirmi masa formatının təşkili, moderator və ekspertlər üçün iş sahəsinin hazırlanması; 2 günlük tədbir çərçivəsində ümumilikdə 600 iştirakçı-gün üçün gündə 2 dəfə kofe fasiləsinin təşkili; qeydiyyat və zəruri vizual tərtibatın təmin edilməsi, yekun foto-video materialların və tədbir üzrə hesabatın hazırlanması xidmətin tam həcminə daxil edilməlidir. | 1 | ədəd |
| 8 | 20 növ maarifləndirici buklet və broşürün tərtibatı, hazırlanması və çapı 5 növ üzrə ümumilikdə 25 000 ədəd A4 formatında, tam rəngli, yüksək keyfiyyətli kağızda maarifləndirici buklet və broşürlərin hazırlanması; hər növ üzrə 5 000 ədəd tiraj, 5 fərqli dizayn və məzmun konsepsiyası, peşəkar qrafik dizayn və maket, infoqrafika və illüstrasiyaların hazırlanması, redaktə və korrektə, çap, qatlama, kəsim, qablaşdırma və çeşidləmə, çap keyfiyyətinə nəzarət, 20 növ üzrə elektron dizayn fayllarının hazırlanması, materialların daşınması və paylanmaya hazır şəkildə təhvil verilməsi. | 100000 | ədəd |
| 9 | 15 növ maarifləndirici vərəqənin hazırlanması, tərtibatı və çapı 15 növ üzrə ümumilikdə 75 000 ədəd, hər növdən 5 000 ədəd olmaqla A5 formatında, tam rəngli, yüksək keyfiyyətli kağızda maarifləndirici vərəqələrin hazırlanması; 3 fərqli mövzu üzrə məzmun və dizayn, infoqrafika və illüstrativ materiallar, peşəkar maket, redaktə və korrektə, çap, kəsim, çeşidləmə, qablaşdırma və paylanmaya hazır şəkildə təhvil verilməsi. | 75000 | ədəd |
| 10 | 10 növ, 48 səhifəlik kitabçanın hazırlanması və çapı 10 növ, 48 səhifəlik kitabçanın hazırlanması və çapı: 10 növ üzrə ümumilikdə 30 000 ədəd, hər növdən 3000 ədəd olmaqla, 48 səhifəlik, A5 formatında, tam rəngli daxili səhifələr, qalın və rəngli üz qabığı, fərdi dizayn və maket, məzmunun redaktəsi və korrektəsi, infoqrafika və illüstrasiyalar, çap, kəsim, cildləmə, qablaşdırma və çeşidlənmə daxil olmaqla hazırlanaraq çap edilməlidir. | 30000 | ədəd |
| 11 | 3 növ maarifləndirici stiker kitabça 3 növ maarifləndirici stiker kitabçanın hazırlanması və çapı: 3 növ üzrə ümumilikdə 3 000 ədəd, hər növdən 1 000 ədəd, A3 formatında, tam rəngli, arxa hissəsi yapışqanlı, fərdi dizayn və tərtibat, maarifləndirici vizual və infoqrafik elementlər, kəsim və formaya salınma, çap, qablaşdırma və çeşidləmə daxil olmaqla hazırlanaraq çap edilməlidir. | 3000 | ədəd |
| 12 | Sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici videomaterialların və posterlərin hazırlanması və sosial şəbəkələrdə paylaşılması İctimai səhiyyənin prioritet istiqamətləri üzrə 15 müxtəlif mövzuda, hər biri 3 dəqiqə olmaqla 15 maarifləndirici video, ümumilikdə 45 dəqiqəlik video kontent, həmçinin 30 müxtəlif dizaynda maarifləndirici poster hazırlanmalıdır. Video materiallar üzrə mövzu araşdırması, kreativ konsepsiya, ssenari və storyboard, peşəkar çəkiliş, videobloqerlər, aparıcılar və mövzu üzrə ekspertlərin iştirakı, rejissor, operator, işıq və səs heyəti, çəkiliş məkanının təşkili, rekvizit və dekor elementləri, montaj, rəng və səs korreksiyası, qrafik dizayn, animasiya, infoqrafika, subtitr, titrlər, musiqi və səs tərtibatı təmin edilməlidir. Hər əsas video üçün 1 teaser və 2 qısa sosial media fraqmenti hazırlanmaqla ümumilikdə 45 əlavə qısa video kontent hazırlanmalı, materiallar Instagram, Facebook, TikTok və digər sosial media platformalarının formatlarına uyğunlaşdırılmalıdır. 30 posterin hər biri üzrə fərdi kreativ dizayn, foto və illüstrativ materiallar, infoqrafika və maarifləndirici mesajlar hazırlanmalı, posterlərin həm sosial şəbəkələr üçün elektron, həm də çap versiyaları təqdim edilməlidir. Video və posterlər vahid kampaniya konsepsiyası əsasında hazırlanmalı, İSİM ilə məzmun və dizayn üzrə razılaşdırılmalı, zəruri düzəlişlər həyata keçirilməli, yekun video, qrafik və dizayn faylları yüksək keyfiyyətli formatlarda təqdim edilməlidir. | 1 | ədəd |
| 13 | Maarifləndirici çap materiallarının paylanılması və əhali arasında sağlamlığın qorunması istiqamətində təşviqatın aparılması Xüsusən bölgələrdə əhali arasında sağlamlığın qorunması və sağlam həyat tərzinin təşviqi məqsədilə 10 regionda 30 maarifləndirmə tədbirinin təşkili və keçirilməsi, ümumilikdə 3 000 nəfərədək əhalinin əhatə olunması, tədbirlər zamanı Strategiya çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırma, maarifləndirici buklet, broşür, vərəqə, stiker və digər çap materiallarının paylanılması, interaktiv təqdimatlar və məlumatlandırma sessiyalarının keçirilməsi təmin edilməlidir. Tədbirlərin təşkili üzrə 4 nəfərlik işçi qrupun ezamiyyəsi, regionlar üzrə səfərlərin planlaşdırılması, tədbir məkanlarının təşkili, yerli qurumlarla koordinasiya, iştirakçıların cəlb edilməsi və qeydiyyatı, çap materiallarının çeşidlənməsi, qablaşdırılması və bölgələr üzrə paylanması həyata keçirilməlidir. Materialların daşınması üçün 2 ədəd nəqliyyat vasitəsinin icarəsi, yanacaq, sürücü xidməti, yükləmə-boşaltma və regionlararası logistika təmin edilməlidir. Tədbirlər çərçivəsində 30 foto-video çəkiliş paketi, sosial şəbəkələr üçün 30 qısa kontent, KİV üçün 10 xəbər materialı və sosial şəbəkələrdə yayımlanmaq üçün 30 paylaşım hazırlanaraq tədbirlərin ictimaiyyətə çatdırılması təmin edilməlidir. Həmçinin çap materiallarının əhali arasında birbaşa paylanılması üçün 10 region üzrə səyyar maarifləndirmə və təşviqat fəaliyyəti, materialların çatdırılması, paylanması və tədbirdən sonrakı logistika işləri təşkil edilməlidir. Xidmət çərçivəsində işçi qrupun ezamiyyə, nəqliyyat, logistika, tədbir təşkili, media və sosial media işıqlandırması, çap materiallarının daşınması və paylanılması ilə bağlı bütün əlaqəli təşkilati fəaliyyətlər nəzərə alınmalıdır. | 1 | ədəd |
| 14 | Televiziya və radioda maarifləndirici çıxışların təşkili və səhiyyə işçiləri üçün kommunikasiya bacarıqları üzrə təlimlərin keçirilməsi İSİM-in səhiyyə işçiləri üçün kommunikasiya, ictimaiyyətlə effektiv ünsiyyət, media ilə davranış, müsahibəvermə və canlı yayım bacarıqlarının inkişaf etdirilməsi məqsədilə 10 təlim sessiyasının təşkili və keçirilməsi, hər sessiyaya 30 nəfər olmaqla ümumilikdə 300 səhiyyə işçisinin cəlb edilməsi təmin edilməlidir. Təlim proqramının hazırlanması, 2 kommunikasiya/media eksperti tərəfindən təlimlərin keçirilməsi, təlim materiallarının hazırlanması, praktiki müsahibə və canlı yayım simulyasiyaları, videoçəkiliş və fərdi çıxışların təhlili, fasilitasiya və texniki dəstək xidmətləri təşkil edilməlidir. Təlimlər nəticəsində seçilmiş ictimai səhiyyə mütəxəssislərinin TV və radio kanallarında ən azı 20 maarifləndirici çıxışı, o cümlədən 10 canlı televiziya və 10 canlı radio yayımında iştirakı təşkil edilməli, hər çıxış üçün mövzu və əsas mesajların hazırlanması, media ilə əlaqələndirmə, efirə hazırlıq və təşkilati müşayiət təmin edilməlidir. Bundan əlavə, İSİM-in ictimai səhiyyə mütəxəssislərinin iştirakı ilə 10 canlı sosial media yayımının təşkili, yayım öncəsi texniki hazırlıq, moderator/fasilitator dəstəyi, video və səs təminatı, yayım materiallarının hazırlanması və çıxışların sosial şəbəkələr üçün qısa video formatlarına uyğunlaşdırılması xidmətin tərkibinə daxil edilməlidir. | 1 | ədəd |
| 15 | Sağlamlığın qorunması və müdafiəsi istiqamətində hazırlanmış maarifləndirici mobil tətbiqlərin sosial şəbəkələr vasitəsilə təbliği və təşviqi İSİM tərəfindən yaradılmış mobil tətbiqlərin əhali arasında tanıdılması və yüklənmə sayının artırılması məqsədilə 3 ay müddətində 60 ədəd xüsusi hazırlanmış maarifləndirici posterin, hər ay 20 poster olmaqla hazırlanması, dizaynı və İSİM-in sosial şəbəkələrində mütəmadi paylaşılması, posterlərin ödənişli reklam kampaniyaları vasitəsilə hədəf auditoriyaya çatdırılması təmin edilməlidir. Tətbiqlərin tanıtımı üçün əlavə olaraq 30 ədəd qısa sosial media video kontenti, 60 ədəd story/reels formatlı vizual material və 10 ədəd reklam kreativinin hazırlanması, müxtəlif auditoriya seqmentləri üzrə hədəflənmiş ödənişli reklamların təşkili və idarə olunması həyata keçirilməlidir. Kampaniya çərçivəsində tətbiqlərin yüklənmə göstəriciləri, reklamların əhatə dairəsi, baxış, keçid, klik və digər əsas performans göstəriciləri üzrə aylıq monitorinq və analitik təhlil, kampaniyanın optimallaşdırılması və yekunda ətraflı nəticə və analitik hesabatın hazırlanması təmin edilməlidir. | 1 | ədəd |
| 16 | “Sağlam düşüncə” layihəsi çərçivəsində həssas qrup uşaqları üçün maarifləndirmə tədbirlərinin və inklüziv təlimlərin təşkili DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq və müvafiq razılıqların əldə edilməsi, Mərkəzdə 6 mövzu üzrə 12 inklüziv təlim və praktiki master-klassın, regionlarda isə 10 rayon üzrə 20 maarifləndirmə tədbirinin təşkili və keçirilməsi təmin edilməlidir. Təlimlər ağız boşluğunun gigiyenası və dişlərə qulluq, şəxsi gigiyena, zərərli vərdişlər, rəqəmsal asılılıq və kiberbullinq, elektron və plastik tullantılar, gün rejimi və sağlam qidalanma istiqamətlərini əhatə etməli, uşaqlar və valideynlər üçün ayrıca interaktiv məşğələlər, oyunlar və praktiki master-klasslar təşkil edilməlidir. 6 mövzu üzrə ekspert və təlimçi heyəti, fasilitatorlar, moderatorlar və inklüziv fəaliyyət üzrə mütəxəssis dəstəyi təmin edilməlidir. Hər mövzu üzrə ayrıca təlim proqramı, təqdimat, iştirakçı üçün metodik material və praktiki çalışma dəsti hazırlanmalı, ümumilikdə 12 növ maarifləndirici çap materialı və 20 000 ədəd çap məhsulu hazırlanaraq tədbirlərdə paylanmalıdır. DOST Mərkəzində xüsusi ehtiyacı olan uşaqlar üçün ekspertlərlə razılaşdırılmış 300 ədəd fərdi həvəsləndirici hədiyyə paketi hazırlanmalı, hədiyyələrin seçilməsi, alınması, qablaşdırılması və təqdimatı təmin edilməlidir. Regionlarda 10 rayon üzrə 20 tədbir üçün ümumilikdə 20 konfrans otağının icarəsi, tədbir məkanlarının hazırlanması, səs və təqdimat avadanlıqları, qeydiyyat və fasilitasiya, foto-video çəkiliş və tədbir koordinasiyası həyata keçirilməlidir. Region səfərləri üzrə 30 ezam günü, 2 nəqliyyat vasitəsinin icarəsi, sürücü, yanacaq, yol və logistika xərcləri, materialların daşınması, yükləmə-boşaltma və saxlanması təmin edilməlidir. Tədbirlər üzrə 20 foto-video çəkiliş paketi, sosial şəbəkələr üçün 20 qısa video və 40 vizual paylaşım, media üçün məlumat materialları hazırlanmalı, yekunda iştirakçı sayı, keçirilmiş təlimlər, paylanmış materiallar və görülmüş işlər üzrə geniş hesabat və foto-video arxiv təqdim edilməlidir. | 1 | ədəd |
| 17 | “Sağlam Uşaq” portalı üçün yeni məqalələrin hazırlanması Portalın uşaqlar, müəllimlər və valideynlər üçün məzmun bazasının genişləndirilməsi məqsədilə 3 yeni tematik bölmənin yaradılması, hər bölmə üzrə 20 olmaqla ümumilikdə 60 maarifləndirici məqalənin, 60 infoqrafik materialın, 60 sosial media postunun, 20 qısa video materialın və 10 animasiya/illüstrativ kontentin hazırlanması və portala inteqrasiyası təmin edilməlidir. Məqalələr üzrə mövzu araşdırması, ekspert məzmununun hazırlanması, redaktə və korrektə, SEO uyğunlaşdırma, vizual konsepsiya və foto/illüstrasiya seçimi həyata keçirilməli, məzmun uşaqların yaş xüsusiyyətlərinə, valideyn və müəllim auditoriyasına uyğunlaşdırılmalıdır. Yeni bölmələrin strukturu, menyu və kateqoriyalar hazırlanmalı, daxili keçidlər qurulmalı, materiallar mobil və desktop versiyalara uyğunlaşdırılaraq portala yerləşdirilməlidir. 5 post üzrə tərcümə, redaktə, lokallaşdırma və sosial media formatına uyğunlaşdırma həyata keçirilməlidir. Hazırlanan kontent əsasında 60 paylaşım dizaynı və 20 qısa video/reels formatı hazırlanmalı, açar söz strukturu və əsas SEO optimallaşdırması aparılmalıdır. Bütün materialların məzmun və dizayn baxımından razılaşdırılması, portala yerləşdirilməsi, texniki yoxlanılması, aylıq kontent yenilənməsi və görülmüş işlər üzrə analitik və texniki hesabatın hazırlanması xidmətin tam həcminə daxil edilməlidir. | 1 | ədəd |
| 18 | Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə ümumtəhsil məktəblərində tibb otaqlarının fəaliyyətinə dair metodik tövsiyənin hazırlanması 200 ümumtəhsil məktəbi üzrə, o cümlədən 5, 177, 110 və 149 nömrəli məktəblər daxil olmaqla aparılmış qiymətləndirmələrin nəticələri əsasında “Ümumtəhsil məktəblərində tibb otaqlarının işinin təşkili və orta tibb işçilərinin funksional vəzifələri” adlı metodik tövsiyənin hazırlanması təmin edilməlidir. Sənədin hazırlanması üçün 7 nəfərlik ekspert işçi qrupunun cəlb edilməsi, ictimai səhiyyə, məktəb sağlamlığı, klinik tibb, tibb bacılığı və səhiyyə idarəetməsi üzrə ekspert xidmətlərinin göstərilməsi, 200 məktəb üzrə qiymətləndirmə məlumatlarının təhlili və sistemləşdirilməsi, mövcud vəziyyətin göstəricilər üzrə müqayisəli təhlili və praktik tövsiyələrin hazırlanması həyata keçirilməlidir. Metodik tövsiyə ÜST, NICE, beynəlxalq Clinical Practice Guidelines və evidence-based medicine prinsipləri nəzərə alınmaqla hazırlanmalı, məktəb tibb otaqlarının quruluşu və minimum standartları, tibbi avadanlıq və ləvazimatlar, sanitar-gigiyenik tələblər, tibbi sənədləşmə, ilkin tibbi yardım, təcili hallarda fəaliyyət alqoritmləri, profilaktik və skrininq tədbirləri, uşaqların sağlamlıq vəziyyətinin müşahidəsi, valideyn və məktəb rəhbərliyi ilə kommunikasiya və orta tibb işçilərinin funksional vəzifələrini əhatə etməlidir. Sənədə praktiki fəaliyyət alqoritmləri, yoxlama siyahıları, cədvəllər, sxemlər, nümunəvi tibbi sənədləşmə formaları və infografik materiallar daxil edilməli, 200 məktəb üzrə istifadə üçün standartlaşdırılmış qiymətləndirmə və özünənəzarət alətləri hazırlanmalıdır. İşçi qrupun ekspert görüşləri, ən azı 3 işçi müzakirəsi, aidiyyəti qurumlarla razılaşdırma, elmi-metodik ekspertiza, redaktə və korrektə, dizayn və səhifələmə, elektron və çap versiyalarının hazırlanması, təqdimat materiallarının hazırlanması və yekun sənədin Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasına (ETŞ) təsdiq üçün təqdim edilməsi xidmətin tam həcminə daxil edilməlidir. | 1 | ədəd |
| 19 | Ölkə üzrə ümumtəhsil müəssisələrində, lisey və gimnaziyalarda çalışan psixoloqlar üçün təlimlərin təşkili və keçirilməsi Təhsil Nazirliyi ilə razılaşdırma və koordinasiya işlərinin aparılması, İSİM tərəfindən aparılmış sorğunun 1 200 məktəbli üzrə nəticələrinin statistik emalı və təhlili, məlumatların kodlaşdırılması və elektron bazaya daxil edilməsi, keyfiyyət yoxlanışı, göstəricilər üzrə müqayisəli analiz, diaqram və qrafiklərin hazırlanması, əsas psixoloji problemlərin və risk qruplarının müəyyənləşdirilməsi; nəticələr əsasında məktəb psixoloqları üçün 1 təlim proqramı, 1 metodik təlim paketi və 5 növ psixoloji qiymətləndirmə/test alətinin hazırlanması və Sifarişçi ilə razılaşdırılması; Bakı şəhərində 20 məktəb/liseydə sahə işlərinin, sorğu və testlərin tətbiqinin, məlumatların toplanmasının və elektron bazaya daxil edilməsinin təşkili; 3 ekspert-təlimçinin cəlb edilməsi və 7 tam günlük təlimin, hər təlimdə 200 nəfər olmaqla ümumilikdə 1 400 iştirakçı-gün həcmində keçirilməsi; hər təlim üzrə 2 kofe-breyk, iştirakçı qeydiyyatı, fasilitasiya, moderator və texniki dəstək, foto-video çəkiliş və sertifikatlaşdırma xidmətlərinin göstərilməsi; tədbirlərin Bakı şəhərində müəyyən edilmiş ümumtəhsil müəssisələrinin mövcud uyğun məkanlarında keçirilməsi və məkanların tədbir formatına uyğun hazırlanması; zəruri səs sistemi, mikrofon, təqdimat kompüteri, proyektor/ekran və internet bağlantısının təmin edilməsi, avadanlıqların quraşdırılması və sökülməsi; 20 000 ədəd loqolu buklet, 200 ədəd loqolu broşür, 200 ədəd loqolu bloknot, 200 ədəd loqolu qələm, 200 ədəd loqolu qeyd dəftəri, 200 ədəd loqolu sertifikat qovluğu, 200 ədəd loqolu lanyard və 200 ədəd loqolu badge hazırlanması və təqdim edilməsi; 20 məktəb üzrə logistika və nəqliyyat, sorğu heyətinin koordinasiyası, təlim materiallarının çapı və komplektləşdirilməsi, 7 tədbir üzrə foto-video hesabat paketinin hazırlanması, yekun statistik hesabat, analitik nəticələr və məktəb psixoloqları üçün praktik fəaliyyət tövsiyələrinin hazırlanması xidmətin tam həcminə daxil edilməlidir. Layihənin ümumi icra müddəti 14 gün, təlimlərin faktiki keçirilmə müddəti isə 7 tam təlim günü olaraq nəzərdə tutulmalıdır. | 1 | ədəd |
| 20 | Sağlam düşüncə” layihəsi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həssas qrup uşaqları üçün bilik və bacarıqların artırılması, sosial və özünə qulluq bacarıqların təkmilləşdirilməsi məqsədi ilə maarifləndirmə layihəsi həyata keçirilməsi. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Əlil uşaqlar üçün həvəsləndirici hədiyyələr Sosial Müdafiə Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə əməkdaşlığın qurulması və razılıqların əldə olunması. Qeyd olunan Mərkəzdə inkliziv təlimlərin təşkili.. Ağız boşluğunun gigiyenası və dişlərə qulluq – maarifləndirmə təlimləri və oyun/master-klassŞəxsi gigiyena qaydaları – maarifləndirmə təlimləri və məşğələ 3. Zərərli vərdişlər (alkoqol, tütünçəkmə, narkomaniya) – maarifləndirmə təlimləriRəqəmsal asılılıq və kiberbulinq – uşaqlar və valideynlər üçün maarifləndirmə təlimləriElektron və plastik tullantılar – maarifləndirmə və master-klass təlimləri Gün rejimi və sağlam qidalanma – uşaqlar və valideynlər üçün maarifləndirmə təlimləri. Maarifləndirmə materialların hazırlanması və çapı.DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlil uşaqlar üçün həvəsləndirici hədiyyələr siyahı expertlər ilə təstiqlənir.Regionlarda keçirilməsi üçün 30 ezam günü xərci nəzərədə tutulsun. | 5 | ədəd |
| 21 | ÜST və BMT sənədləri əsasında uşaqların zorakılıq və sui-istifadədən, o cümlədən rəqəmsal mühitdə qorunması mövzusunda metodik vəsaitin hazırlanması və çapı Səhiyyə Nazirliyinin aidiyyəti qurumlarının ekspertləri və İSİM ilə əməkdaşlıq edən QHT nümayəndələrinin iştirakı ilə 10 nəfərlik ekspert işçi qrupunun yaradılması və İSİM tərəfindən təsdiqlənməsi; elmi sübutlara, evidence-based medicine, beynəlxalq Clinical Practice Guidelines, ÜST və NICE tövsiyələrinə əsaslanan metodik vəsaitin hazırlanması; beynəlxalq təcrübənin və elmi mənbələrin araşdırılması, 10 ekspert konsultasiyası, 5 işçi görüşü və 3 mərhələli ekspertizanın keçirilməsi, məzmunun elmi-metodik redaktəsi və korrektəsi, praktik alqoritmlər, fəaliyyət sxemləri, cədvəllər, yoxlama siyahıları və tövsiyələrin hazırlanması; aidiyyəti qurumların rəylərinin toplanması və inteqrasiyası, İSİM-in yekun ekspertizası, ETŞ-yə təqdimat və təsdiq prosesinin təşkilati müşayiəti; metodik vəsaitin peşəkar dizaynı, 50–70 səhifə həcmində səhifələnməsi, infoqrafika və illüstrasiyaların hazırlanması, elektron və çap üçün ayrıca texniki maketlərin hazırlanması; 1 000 nüsxənin yüksək keyfiyyətli rəngli çapı, qalın rəngli üz qabığı, cildləmə, çapöncəsi sınaq, korrektə, keyfiyyətə nəzarət, fərdi qablaşdırma, çeşidləmə, daşınma və sifarişçiyə çatdırılma daxil olmaqla tam xidmət paketinin təmin edilməsi. | 1 | ədəd |
| 22 | Ailə, Qadın və Uşaq Komitəsi ilə birgə reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği mövzusunda maarifləndirmə tədbirləri İl ərzində 15 rayon üzrə 30 maarifləndirmə tədbirinin təşkili və keçirilməsi, ümumilikdə 3 000 iştirakçının cəlb edilməsi, tədbirlərin 2 ekspert və 1 moderator/fasilitator tərəfindən həyata keçirilməsi, ekspertlərin 45 ezam günü üzrə ezamiyyə və xidmət xərclərinin təmin edilməsi; hər tədbir üzrə 100 nəfərlik iştirakçı qeydiyyatının aparılması, fasilitasiya və koordinasiya işlərinin həyata keçirilməsi, tədbir məkanlarının hazırlanması; tədbirlərin rayonlarda ümumtəhsil məktəbləri, internat məktəbləri və digər uyğun təhsil müəssisələrində keçirilməsi; 30 tədbir üzrə foto-video çəkiliş, peşəkar fotoqraf və operator, çəkiliş və montaj xidmətlərinin göstərilməsi, hər tədbir üzrə sosial media üçün qısa video və foto kontentlərin hazırlanması; tədbirlər üçün səs sistemi, mikrofon və təqdimat avadanlıqlarının təmin edilməsi, quraşdırılması və sökülməsi; 3 nəqliyyat vasitəsinin icarəsi, sürücü və yanacaq təminatı, ekspertlərin və işçi qrupun regionlara daşınması, çap və maarifləndirici materialların daşınması, yükləmə-boşaltma və logistika xidmətlərinin göstərilməsi; 3 000 ədəd iştirakçı məlumat paketinin və 3 000 ədəd sertifikatın hazırlanması, çapı, qablaşdırılması və tədbirlərdə təqdim edilməsi; rayonlar üzrə yerli qurumlarla koordinasiya, tədbirlərin media və sosial şəbəkələrdə işıqlandırılması, 30 tədbir üzrə ayrıca hesabat və yekunda 1 ümumi analitik hesabatın hazırlanması xidmətin tam həcminə daxil edilməlidir. | 1 | ədəd |
Satınalmalarının 29 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 15 iyl 2026
son qələbə 29 yan 2026
son qələbə 27 noy 2025
son qələbə 18 may 2026
son qələbə 08 may 2026