Sifarişçi: "TİKİLMƏKDƏ OLAN OBYEKTLƏRİN MÜDİRİYYƏTİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Tarixçə azdır: cəmi 3 müqayisə oluna bilən satınalma. Nəticə zəifdir.
3 satınalma, 3 müxtəlif qalib
Ən çox udan: "LOKAL GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (1, 33.3%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 81.06% arasında aşağı düşüblər, medianı 16.91%.
Bu tender üçün bu 512.657 ₼ ilə 444.921 ₼ arasıdır.
101.418 ₼ məbləğindən aşağı heç kim udmayıb.
475 ₼
Sənədlər 25 ₼ + iştirak 450 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Tenderdə Kompüter avadanlıqları və ehtiyat hissələri ilə bağlı 14 növbədən ibarət lot var. Hər bir lotda tələb olunan məhsul qrupu açıq göstərilib: qrafik iş stansiyaları, monitorlar, noutbuklar (i7 və i5 üzrə ayrı-ayrı kateqoriyalar), rəngli və ağ-qara çoxfunksiyali printerlər və ehtiyat kartriclər, şəbəkə avadanlığı (switch, patch panel, kabel), tester, UPS və rack kabinet. Hər lot yüksək səviyyəli texniki tələblər və detallı konfiqurasiyaları ehtiva edir (məsələn, prosessor nüvələri, RAM sürəti, ekran icazəsi və s.), bu isə uyğunluq və təchizatçının dəqiq şəkildə spesifikasiyalara uyğun məhsulları təqdim etməsini tələb edir.
Lotun açıq mövqelərindən avtomatik hazırlanıb. Tender sənədlərini əvəz etmir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Grafik PC İş Stansiyası Qrafik kompüter iş stansiyası – qüllə tipli, zavod istehsalı və zavod konfiqurasiyasında təqdim edilən peşəkar iş stansiyası. Prosessor: minimum 16 fiziki nüvə və ya ekvivalent hesablama imkanına malik, müasir nəsil peşəkar prosessor; operativ yaddaş: minimum 32 GB DDR5, minimum 5600 MT/s sürətində, gələcək genişləndirmə imkanı ilə; qrafik adapter: mühəndislik, layihələndirmə, CAD/BIM və üçölçülü qrafik tətbiqlər üçün nəzərdə tutulmuş, minimum 4 GB GDDR6 və ya daha yüksək qrafik yaddaşlı, şüa izləmə və süni intellekt sürətləndirilməsi imkanlarını dəstəkləyən peşəkar qrafik adapter və ya texniki cəhətdən ekvivalent həll; eyni vaxtda minimum 4 yüksək icazəli monitorun əlavə çevirici tələb etmədən qoşulmasını təmin edən rəqəmsal video çıxışları; ISV tərəfindən sertifikatlaşdırılmış peşəkar qrafik iş stansiyası və ya eyni funksional uyğunluğu təsdiq edən ekvivalent həll; qrafik adapterin əlavə qida konnektoru tələb etmədən sistemdən qidalanması üstün tutulur, lakin bu tələb yalnız faktiki enerji və istilik məhdudiyyətləri ilə əsaslandırıldığı halda tətbiq edilir; əsas yaddaş: minimum 1 TB PCIe NVMe M.2 SSD; əlavə yaddaş: minimum 4 TB, 7200 dövr/dəqiqə sürətli SATA sərt disk və ya eyni və ya daha yüksək tutum və performanslı SSD; əməliyyat sistemi: əvvəlcədən quraşdırılmış və aktiv lisenziyalı 64 bit peşəkar sinif əməliyyat sistemi Windows 11 Pro; ofis proqram təminatı: qurumun lisenziya tələbinə uyğun müddətsiz istifadə hüququ verən ofis proqram paketi və ya funksional ekvivalent; enerji təchizatı bloku: sistemin tam yüklənmə rejimində tələb olunan gücü ehtiyatla təmin edən, minimum 500 W nominal gücə malik və təhlükəsizlik tələblərinə uyğun; korpus: qüllə tipli, komponentlərin soyudulmasını və sonrakı texniki xidmətini təmin edən, əlavə genişləndirmə imkanlı; klaviatura və siçan komplektdə; optik disk qurğusu tələb olunmur; bütün zəruri giriş-çıxış portları əlavə çevirici tələb etmədən əsas funksiyaları təmin etməlidir; elektrik və elektromaqnit təhlükəsizliyi üzrə tətbiq olunan IEC 62368-1 və ya ekvivalent tələblərə uyğun; yeni, istifadə edilməmiş və orijinal zavod qablaşdırmasında təqdim edilməli, 2025-ci il və ya daha sonrakı istehsal tarixli olmalıdır. Təkliflə birlikdə istehsalçı və ya onun rəsmi nümayəndəsi tərəfindən verilmiş MAF/DAF (istehsalçı etibarnaməsi və ya distribütorluq haqqında sənəd) təqdim edilməlidir. Sənəd təklif olunan avadanlığın istehsalçısını, məhsulun/seriyanın identifikasiyasını və təchizatçının həmin məhsulu təklif etmək və təchiz etmək səlahiyyətini təsdiq etməlidir. Təklif olunan avadanlıq üzrə Azərbaycan Respublikasında rəsmi və ya istehsalçı tərəfindən səlahiyyət verilmiş servis xidmətinin mövcudluğunu təsdiq edən sənəd təqdim edilməlidir. Sənəddə servis xidmətini göstərən qurumun adı, ünvanı və əlaqə məlumatları qeyd edilməlidir. Texniki əsaslandırma: Göstərilən hesablama gücü, yaddaş, qrafik imkanları, monitor dəstəyi, yaddaş tutumu, enerji və təhlükəsizlik göstəriciləri qurumun mövcud İT infrastrukturunda peşəkar qrafik/hesablama işlərinin fasiləsiz icrası, mövcud sistem və proqramlarla uyğunluq, gələcək genişləndirmə imkanları və mərkəzləşdirilmiş informasiya mühitinə inteqrasiya tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir. |
| 6 |
| ədəd |
| 2 | Monitor 27 düym diaqonallı, 16:9 nisbətli, IPS və ya ekvivalent görüntü texnologiyalı monitor; görüntü icazəsi minimum 1920×1080; parlaqlıq minimum 300 cd/m²; statik kontrast minimum 1500:1; cavab müddəti maksimum 5 ms; rəng əhatəsi minimum 99% sRGB; yenilənmə tezliyi minimum 100 Hz; HDMI 1.4 və ya daha yeni standartlı, HDCP dəstəkləyən ən azı 1 rəqəmsal video giriş və əlavə uyğun video giriş; təhlükəsizlik kilidi yuvası; uzunmüddətli ofis istifadəsində göz yorğunluğunun azaldılmasına kömək edən aşağı mavi işıq rejimi və ya ekvivalent funksiya; ekranda idarəetmə menyusu; hündürlüyü və ya baxış bucağı tənzimlənə bilən dayaq; zəruri kabel və aksesuarlar komplektdə; enerji sərfiyyatı və elektromaqnit təhlükəsizlik üzrə tətbiq olunan normativ tələblərə uyğun. Monitor yeni və istifadə edilməmiş olmalıdır. Texniki əsaslandırma: Ekran ölçüsü, təsvir ölçüsü, parlaqlıq, rəng əhatəsi, yenilənmə tezliyi, giriş interfeysləri və erqonomik göstəricilər iş yerlərində uzunmüddətli və keyfiyyətli vizual işin, mövcud kompüter avadanlıqları ilə uyğunluğun və standart video siqnallarının fasiləsiz qəbulunun təmin edilməsi məqsədilə müəyyən edilmişdir. | 6 | ədəd |
| 3 | Noutbuk i7 Noutbuk – zavod istehsalı və zavod konfiqurasiyasında təqdim edilən, gündəlik inzibati və ofis tətbiqləri üçün nəzərdə tutulmuş portativ kompüter. Prosessor: müasir nəsil, minimum 8 nüvə və ya ekvivalent ümumi hesablama imkanına malik; operativ yaddaş: minimum 16 GB DDR5, minimum 4800 MT/s; yaddaş: minimum 512 GB PCIe NVMe SSD; inteqrasiya olunmuş qrafik adapter və ya eyni səviyyəli qrafik həll; ekran: 15–16 düym, minimum 1920×1200 görüntü icazəsi, minimum 250 cd/m² parlaqlıq, minimum 60 Hz yenilənmə tezliyi, IPS və ya ekvivalent görüntü texnologiyası; kamera: minimum 1080p; daxili ikili mikrofon və stereo dinamiklər; batareya: minimum 56 Wh və ya ekvivalent real istifadə imkanını təmin edən tutum; enerji adapteri: USB Type-C enerji ötürülməsini dəstəkləyən, cihazın tam funksional işləməsi üçün kifayət edən gücdə; simsiz əlaqə: Wi‑Fi 6E və ya daha yeni/equivalent simsiz standart, Bluetooth 5.3 və ya daha yeni/equivalent; giriş-çıxış: minimum 1 HDMI və ya ekvivalent rəqəmsal video çıxış, minimum 1 RJ-45 Gigabit Ethernet, minimum 2 USB Type-A, minimum 2 USB Type-C portundan ən azı biri enerji ötürülməsi və DisplayPort Alt Mode və ya ekvivalent görüntü ötürülməsini dəstəkləməli, həmçinin qulaqcıq/mikrofon kombinə edilmiş giriş; klaviatura tam ölçülü, rəqəmsal bloklu; klikpad; əməliyyat sistemi: 64 bit peşəkar sinif əməliyyat sistemi Windows 11 Pro; ofis proqram təminatı: qurumun lisenziya tələbinə uyğun müddətsiz istifadə hüququ verən ofis proqram paketi və ya funksional ekvivalent; təhlükəsizlik üçün TPM 2.0 və ya ekvivalent etibarlı platforma təhlükəsizlik modulu; ekoloji tələblər üzrə EPEAT Gold və ya ekvivalent beynəlxalq ekoloji uyğunluq; enerji səmərəliliyi üzrə ENERGY STAR və ya ekvivalent; IEC 62368-1 və ya ekvivalent təhlükəsizlik tələblərinə uyğun; yeni, istifadə edilməmiş və 2025-ci il və ya daha sonrakı istehsal tarixli olmalıdır. Təkliflə birlikdə istehsalçı və ya onun rəsmi nümayəndəsi tərəfindən verilmiş MAF/DAF (istehsalçı etibarnaməsi və ya distribütorluq haqqında sənəd) təqdim edilməlidir. Sənəd təklif olunan avadanlığın istehsalçısını, məhsulun/seriyanın identifikasiyasını və təchizatçının həmin məhsulu təklif etmək və təchiz etmək səlahiyyətini təsdiq etməlidir. Təklif olunan avadanlıq üzrə Azərbaycan Respublikasında rəsmi və ya istehsalçı tərəfindən səlahiyyət verilmiş servis xidmətinin mövcudluğunu təsdiq edən sənəd təqdim edilməlidir. Sənəddə servis xidmətini göstərən qurumun adı, ünvanı və əlaqə məlumatları qeyd edilməlidir. Texniki əsaslandırma: Prosessor, yaddaş, yaddaş tutumu, ekran, şəbəkə interfeysləri, USB/USB-C funksiyaları, enerji təminatı, təhlükəsizlik və proqram təminatı tələbləri qurumun mövcud İT və şəbəkə sistemləri ilə uyğun işləmə, mərkəzləşdirilmiş sistemlərə qoşulma, informasiya təhlükəsizliyi və uzunmüddətli peşəkar istifadə zərurəti nəzərə alınmaqla müəyyən edilmişdir. | 30 | ədəd |
| 4 | Noutbuk i5 Noutbuk – gündəlik inzibati, sənəd və ofis proqramları ilə işləmək üçün nəzərdə tutulmuş portativ kompüter. Prosessor: müasir nəsil, minimum 8 nüvə və ya ekvivalent hesablama imkanına malik; operativ yaddaş: minimum 16 GB, minimum 4800 MT/s; gələcəkdə minimum 32 GB-a qədər genişləndirmə imkanı; yaddaş: minimum 512 GB PCIe NVMe M.2 SSD və ya daha yüksək tutumlu ekvivalent; inteqrasiya olunmuş qrafik adapter və ya ekvivalent; portlar: minimum 1 HDMI və ya ekvivalent rəqəmsal video çıxış, minimum 1 RJ-45 Gigabit Ethernet, minimum 2 USB Type-A, minimum 1 USB Type-C portu – enerji ötürülməsi və DisplayPort Alt Mode və ya ekvivalent görüntü çıxışını dəstəkləməli – və minimum 1 qulaqcıq/mikrofon kombinə edilmiş giriş; audio: minimum 2 daxili stereo dinamik və daxili mikrofon sistemi; simsiz əlaqə: Wi‑Fi 6 və ya daha yeni/equivalent standart, Bluetooth 5.3 və ya daha yeni/equivalent; ekran: minimum 15,6 düym, 1920×1080 görüntü icazəsi, IPS və ya ekvivalent, minimum 250 cd/m² parlaqlıq; klaviatura rəqəmsal blokla; kamera minimum 720p; enerji adapteri cihazın tam funksional işləməsi üçün kifayət edən gücdə USB Type-C və ya ekvivalent; batareya minimum 41 Wh və ya ekvivalent real istifadə imkanını təmin edən tutum; əməliyyat sistemi 64 bit peşəkar sinif əməliyyat sistemi Windows 11 Pro; ofis proqram təminatı qurumun lisenziya tələbinə uyğun müddətsiz istifadə hüququ verən ofis proqram paketi və ya funksional ekvivalent; TPM 2.0 və ya ekvivalent təhlükəsizlik modulu; EPEAT Gold və ya ekvivalent beynəlxalq ekoloji uyğunluq; ENERGY STAR və ya ekvivalent enerji səmərəliliyi; texniki göstəricilər istehsalçının rəsmi texniki sənədi və ya məhsulun açıq texniki məlumatı ilə təsdiqlənə bilən olmalıdır; yeni, istifadə edilməmiş və 2025-ci il və ya daha sonrakı istehsal tarixli olmalıdır. Təkliflə birlikdə istehsalçı və ya onun rəsmi nümayəndəsi tərəfindən verilmiş MAF/DAF (istehsalçı etibarnaməsi və ya distribütorluq haqqında sənəd) təqdim edilməlidir. Sənəd təklif olunan avadanlığın istehsalçısını, məhsulun/seriyanın identifikasiyasını və təchizatçının həmin məhsulu təklif etmək və təchiz etmək səlahiyyətini təsdiq etməlidir. Təklif olunan avadanlıq üzrə Azərbaycan Respublikasında rəsmi və ya istehsalçı tərəfindən səlahiyyət verilmiş servis xidmətinin mövcudluğunu təsdiq edən sənəd təqdim edilməlidir. Sənəddə servis xidmətini göstərən qurumun adı, ünvanı və əlaqə məlumatları qeyd edilməlidir. Texniki əsaslandırma: Prosessor, operativ yaddaşın genişləndirilə bilməsi, yaddaş, şəbəkə və giriş interfeysləri, təhlükəsizlik, enerji və proqram təminatı göstəriciləri mövcud korporativ İT infrastrukturuna uyğunluq, gələcək istismar ehtiyacları, mərkəzləşdirilmiş sistemlərlə inteqrasiya və avadanlığın xidmət müddəti ərzində etibarlı işləməsi nəzərə alınmaqla müəyyən edilmişdir. | 40 | ədəd |
| 5 | Printer A4 əsas, A3+ isə uyğun arxa qidalandırma mexanizmi vasitəsilə çap imkanlı rəngli püskürtməli çoxfunksiyalı qurğu – çap, skan və surətçıxarma funksiyaları; çap icazəsi minimum 4800×1200 dpi və ya ekvivalent görüntü keyfiyyəti; A4 formatında çap sürəti minimum 17 səhifə/dəqiqə (monoxrom) və 9 səhifə/dəqiqə (rəngli) və ya ekvivalent ISO ölçmə metoduna əsaslanan göstərici; avtomatik ikitərəfli çap; avtomatik sənəd yükləyici (ADF); əsas giriş kağızı qabının tutumu minimum 250 vərəq; USB və Ethernet şəbəkə interfeysi, həmçinin Wi‑Fi və ya ekvivalent simsiz əlaqə; əməliyyat sistemi və şəbəkə mühitləri ilə uyğun işləməli; sərfiyyat materiallarının səviyyəsinin izlənməsi və dəyişdirilməsinin mümkün olması; elektrik və məhsul təhlükəsizliyi üzrə tətbiq olunan IEC 62368-1 və ya ekvivalent tələblərə uyğun; yeni və istifadə edilməmiş, zavod qablaşdırmasında təqdim edilməli. Təkliflə birlikdə istehsalçı və ya onun rəsmi nümayəndəsi tərəfindən verilmiş MAF/DAF (istehsalçı etibarnaməsi və ya distribütorluq haqqında sənəd) təqdim edilməlidir. Sənəd təklif olunan avadanlığın istehsalçısını, məhsulun/seriyanın identifikasiyasını və təchizatçının həmin məhsulu təklif etmək və təchiz etmək səlahiyyətini təsdiq etməlidir. Təklif olunan avadanlıq üzrə Azərbaycan Respublikasında rəsmi və ya istehsalçı tərəfindən səlahiyyət verilmiş servis xidmətinin mövcudluğunu təsdiq edən sənəd təqdim edilməlidir. Sənəddə servis xidmətini göstərən qurumun adı, ünvanı və əlaqə məlumatları qeyd edilməlidir. Texniki əsaslandırma: Çap, skan, surətçıxarma, avtomatik sənəd ötürülməsi, kağız tutumu, şəbəkə interfeysləri və əməliyyat sistemi uyğunluğu üzrə göstəricilər qurumun sənəd dövriyyəsi, mövcud şəbəkə infrastrukturunda istismar və mərkəzləşdirilmiş İT mühitində məlumat mübadiləsinin fasiləsiz təmin edilməsi ehtiyacından irəli gəlir. | 20 | ədəd |
| 6 | Kartric 25-ci mövqedə nəzərdə tutulan rəngli püskürtməli çoxfunksiyalı qurğu ilə tam uyğunluq təşkil edən, qara, mavi, sarı və qırmızı rənglər üzrə tam mürəkkəb kartric dəsti; kartriclər yeni, istifadə edilməmiş və zavod qablaşdırmasında olmalı, cihazın istehsalçısı tərəfindən nəzərdə tutulmuş uyğunluq göstəricilərinə cavab verməli və ya texniki cəhətdən tam ekvivalent olmalıdır; hər rəng üzrə mürəkkəb tutumu və ya ISO/IEC 24711 və ya ekvivalent ölçmə metoduna əsasən səhifə məhsuldarlığı göstərilməlidir; kartriclərin saxlama və istismar müddəti ərzində sızma, quruma və çap keyfiyyətinin pisləşməsi riskini minimuma endirən qablaşdırma təmin edilməlidir. Texniki əsaslandırma: Kartriclərin tam rəng dəsti üzrə müəyyən edilməsi müvafiq çap avadanlığının tələb olunan rəngli çap funksiyasının fasiləsiz təmin edilməsi, səhifə resursunun əvvəlcədən müəyyən edilə bilməsi və çap keyfiyyətinin sabit saxlanılması məqsədilə zəruridir. | 80 | dəst |
| 7 | Printer A4 formatlı rəngli lazer çoxfunksiyalı qurğu – rəngli və monoxrom çap, surətçıxarma, skan və faks funksiyalarına malik; A4 formatında çap sürəti rəngli və monoxrom rejimdə minimum 21 səhifə/dəqiqə və ya ekvivalent ISO/IEC 24734 ölçmə metoduna əsaslanan göstərici; hazır rejimdən ilk səhifənin çıxma müddəti maksimum 12 saniyə; avtomatik ikitərəfli çap; minimum 50 vərəqlik avtomatik sənəd yükləyici; elektron sənəd göndərmə funksiyaları: elektron poçta, şəbəkə qovluğuna və geniş istifadə olunan bulud yaddaş xidmətlərinə skan etmə; bulud xidmətlərinin konkret adları ilə məhdudlaşdırılmamalı, ən azı bir ümumi standart və ya ekvivalent inteqrasiya mexanizmi ilə təmin edilməlidir; rəngli sensor idarəetmə paneli minimum 2,7 düym və ya ekvivalent istifadəyə yararlı idarəetmə interfeysi; prosessor və operativ yaddaş qurğunun bütün tələb olunan funksiyalarını gecikməsiz təmin edəcək səviyyədə olmalı, konkret daxili aparat göstəricisi yalnız texniki zərurət olduqda minimum hədd kimi qəbul edilməlidir; əsas kağız giriş qabı minimum 250 vərəq; aylıq iş yükü minimum 40.000 səhifə; USB 2.0 və ya daha yeni, Gigabit Ethernet və ya daha yüksək şəbəkə interfeysi, iki diapazonlu Wi‑Fi və ya ekvivalent simsiz əlaqə; mobil qurğulardan simsiz çapı təmin edən AirPrint və ya Wi‑Fi Direct mobil çap texnologiyalarından ən azı biri; zavod tərəfindən quraşdırılmış başlanğıc tonerləri ilə, orijinal qablaşdırmada təqdim edilməli; elektrik və məhsul təhlükəsizliyi üzrə tətbiq olunan IEC 62368-1 və ya ekvivalent tələblərə uyğun. Təkliflə birlikdə istehsalçı və ya onun rəsmi nümayəndəsi tərəfindən verilmiş MAF/DAF (istehsalçı etibarnaməsi və ya distribütorluq haqqında sənəd) təqdim edilməlidir. Sənəd təklif olunan avadanlığın istehsalçısını, məhsulun/seriyanın identifikasiyasını və təchizatçının həmin məhsulu təklif etmək və təchiz etmək səlahiyyətini təsdiq etməlidir. Təklif olunan avadanlıq üzrə Azərbaycan Respublikasında rəsmi və ya istehsalçı tərəfindən səlahiyyət verilmiş servis xidmətinin mövcudluğunu təsdiq edən sənəd təqdim edilməlidir. Sənəddə servis xidmətini göstərən qurumun adı, ünvanı və əlaqə məlumatları qeyd edilməlidir. Texniki əsaslandırma: Çap sürəti, ilk səhifənin çıxış müddəti, avtomatik sənədötürmə, skan funksiyaları, şəbəkə və simsiz bağlantı, mobil çap, idarəetmə paneli və aylıq iş yükü göstəriciləri qurumun intensiv sənəd dövriyyəsi, mövcud şəbəkəyə inteqrasiya, mərkəzləşdirilmiş məlumat mübadiləsi və fasiləsiz istismar ehtiyacları nəzərə alınmaqla müəyyən edilmişdir. | 20 | ədəd |
| 8 | Kartric 27-ci mövqedə nəzərdə tutulan rəngli lazer çoxfunksiyalı qurğu ilə tam uyğunluq təşkil edən, qara, mavi, sarı və qırmızı rənglər üzrə tam toner kartric dəsti; yeni və istifadə edilməmiş, zavod qablaşdırmasında təqdim edilməli; cihazla texniki uyğunluğu rəsmi texniki sənədlə təsdiq edilməli və ya tam ekvivalent həll olmalıdır; hər rəng üzrə toner məhsuldarlığı ISO/IEC 19798 və ya tətbiq olunan ekvivalent ölçmə metoduna əsasən göstərilməlidir; toner tozunun sızmasının və çap keyfiyyətinin qeyri-sabitliyinin qarşısını alan qablaşdırma təmin edilməlidir. Texniki əsaslandırma: Tam CMYK toner dəstinin tələb edilməsi müvafiq çap avadanlığının rəngli çap funksiyasının fasiləsiz saxlanılması, çap resursunun proqnozlaşdırılması və eyni texniki xüsusiyyətlərə malik sərf materialından istifadə edilməklə keyfiyyətin qorunması məqsədilə zəruridir. | 80 | dəst |
| 9 | Sviç 24 ədəd Gigabit Ethernet PoE+ portu və minimum 4 ədəd SFP/SFP+ uplink portu olan idarəolunan şəbəkə kommutatoru; bütün mis portlar ən azı 10/100/1000 Mbit/s sürətləri dəstəkləməli; PoE portlarında IEEE 802.3af və IEEE 802.3at standartlarına uyğun enerji ötürülməsi; ümumi PoE enerji büdcəsi bütün tələb olunan PoE portlarının eyni vaxtda istifadə ssenarisini təmin etməli; kommutasiya tutumu minimum 56 Gbit/s və ya eyni sayda port üçün ekvivalent ötürmə qabiliyyəti; L2 idarəetmə funksiyaları, o cümlədən VLAN (IEEE 802.1Q), xidmət keyfiyyəti (QoS), girişə nəzarət siyahıları (ACL), IGMP Snooping və əsas şəbəkə təhlükəsizliyi funksiyaları; idarəetmə üçün veb interfeys, komanda sətri və ya SNMP və ya funksional ekvivalent; enerji və soyutma sistemi 24/7 fasiləsiz istismara uyğun; rack quraşdırma imkanlı; IEEE 802.3 ailəsi və tətbiq olunan elektrik təhlükəsizliyi tələblərinə uyğun. Təkliflə birlikdə istehsalçı və ya onun rəsmi nümayəndəsi tərəfindən verilmiş MAF/DAF (istehsalçı etibarnaməsi və ya distribütorluq haqqında sənəd) təqdim edilməlidir. Sənəd təklif olunan avadanlığın istehsalçısını, məhsulun/seriyanın identifikasiyasını və təchizatçının həmin məhsulu təklif etmək və təchiz etmək səlahiyyətini təsdiq etməlidir. Təklif olunan avadanlıq üzrə Azərbaycan Respublikasında rəsmi və ya istehsalçı tərəfindən səlahiyyət verilmiş servis xidmətinin mövcudluğunu təsdiq edən sənəd təqdim edilməlidir. Sənəddə servis xidmətini göstərən qurumun adı, ünvanı və əlaqə məlumatları qeyd edilməlidir. Texniki əsaslandırma: Port sayı, PoE+ imkanları, uplink interfeysləri, ötürmə/switching tutumu, VLAN, QoS, ACL, IGMP Snooping, idarəetmə və təhlükəsizlik funksiyaları qurumun mövcud lokal şəbəkə infrastrukturunun dəstəklənməsi, şəbəkə seqmentlərinin idarə olunması, mərkəzləşdirilmiş İT sistemlərinə etibarlı qoşulma və şəbəkə avadanlıqlarının fasiləsiz istismarı üçün zəruri minimum göstəricilərdir. | 1 | ədəd |
| 10 | Patch 24 portlu, 19 düymlük şəbəkə kabinetlərində quraşdırılmaq üçün nəzərdə tutulmuş patch panel; Cat6 və ya daha yüksək kateqoriyalı bükülü cüt kabel sistemləri ilə uyğun; bütün 24 port üçün ön tərəfdə aydın markalanma və arxa tərəfdə kabelin təhlükəsiz bərkidilməsi; 110 tipli və ya ekvivalent kontaktlaşdırma mexanizmi; TIA-568.2-D və ISO/IEC 11801-1 və ya ekvivalent strukturlaşdırılmış kabel standartlarının tələblərinə uyğun; portlar Cat6 kanalının ötürmə xüsusiyyətlərini təmin etməli; 19 düymlük standart rack montaj ölçülərinə uyğun; korpus və kontakt hissələri uzunmüddətli istismar üçün uyğun, yeni və istifadə edilməmiş olmalıdır. Texniki əsaslandırma: Port sayı, kateqoriya, strukturlaşdırılmış kabelləşmə və standart uyğunluğu üzrə göstəricilər mövcud 19 düymlük şəbəkə avadanlığı ilə fiziki və texniki uyğunluğun, kabelləşmənin sistemli təşkilinin və mərkəzləşdirilmiş şəbəkə infrastrukturunun etibarlı istismarının təmin edilməsi məqsədilə müəyyən edilmişdir. | 1 | ədəd |
| 11 | Kabel Cat6 kateqoriyalı, 4 cüt bükülü mis keçiricili, 100% mis və ya standartın tələb etdiyi ekvivalent keçirici quruluşlu şəbəkə kabeli; minimum 250 MHz tezlik zolağında ötürmə xüsusiyyətlərini təmin etməli; keçirici ölçüsü və konstruksiyası daimi quraşdırma üçün uyğun; alüminium örtüklü mis (CCA) kabel qəbul edilmir; izolyasiya və xarici örtük uzunmüddətli daxili istifadə, mexaniki təsir və temperatur şəraitinə uyğun olmalı; kabel ISO/IEC 11801-1, ANSI/TIA-568.2-D və ya ekvivalent strukturlaşdırılmış kabel standartlarının Cat6 tələblərinə uyğun olmalı; kabel üzərində kateqoriya, istehsal uzunluğu və texniki göstəricilər markalanmalıdır. Texniki əsaslandırma: Kabelin mis keçiriciliyi, tezlik diapazonu, kateqoriya və standart tələbləri mövcud strukturlaşdırılmış kabelləşmə sistemində tələb olunan məlumat ötürmə keyfiyyətinin, elektromaqnit və fiziki dayanıqlığın, şəbəkə avadanlıqları arasında sabit əlaqənin və uzunmüddətli istismarın təmin edilməsi üçün müəyyən edilmişdir. | 500 | m |
| 12 | Tester LAN şəbəkə testeri – RJ45 və ya uyğun Ethernet bükülü cüt kabel xətlərinin davamlılığını, damarların düzgün ardıcıllığını, qısaqapanma, açıq dövrə, çarpaz qoşulma və səhv sonlandırma hallarını müəyyən edə bilən rəqəmsal kabel test cihazı; Cat5e/Cat6 və ya daha yüksək kateqoriyalı kabel sistemləri ilə uyğun; əsas blok və uzaqdan test modulu komplektdə; nəticələrin aydın vizual göstərici ilə təqdim edilməsi; yeni və istifadə edilməmiş olmalıdır. Texniki əsaslandırma: Kabel xəttinin naqil sxemini, qırılma/qısaqapanmanı və qoşulma uyğunsuzluqlarını müəyyən edən funksiyalar mövcud şəbəkənin quraşdırılması, texniki xidməti və nasazlıqların operativ aşkarlanması üçün zəruri olmaqla şəbəkənin fasiləsiz fəaliyyətinin təmin edilməsinə xidmət edir. | 1 | ədəd |
| 13 | UPS 3000 VA / minimum 2700 W gücündə, birfazalı, qüllə və ya 19 düymlük rack quraşdırılmasına uyğun, ikiqat çevrilmə (onlayn) texnologiyalı UPS; giriş gərginliyi diapazonu minimum 120–300 VAC və ya qurumun elektrik şəbəkəsinə uyğun ekvivalent diapazon; çıxış gərginliyi 220/230/240 VAC seçilə bilən və ya ekvivalent; çıxış dalğa forması sabit sinusoidal; elektrik kəsilməsi zamanı qoşulmuş avadanlıqları fasiləsiz enerji ilə təmin edən onlayn keçid quruluşu; USB və RS-232 rabitə interfeysi; şəbəkədən uzaqdan monitorinq üçün SNMP modulunun quraşdırılması imkanı; LCD və ya ekvivalent monitorinq paneli; akkumulyatorların dəyişdirilməsi və texniki xidmət imkanları; həddindən artıq yüklənmədən, qısaqapanmadan, gərginlik sıçrayışından və akkumulyatorun həddən artıq boşalmasından qorunma; IEC 62040-1 və IEC 62040-2 və ya ekvivalent təhlükəsizlik və elektromaqnit uyğunluq tələblərinə uyğun; yeni və istifadə edilməmiş olmalıdır. Təkliflə birlikdə istehsalçı və ya onun rəsmi nümayəndəsi tərəfindən verilmiş MAF/DAF (istehsalçı etibarnaməsi və ya distribütorluq haqqında sənəd) təqdim edilməlidir. Sənəd təklif olunan avadanlığın istehsalçısını, məhsulun/seriyanın identifikasiyasını və təchizatçının həmin məhsulu təklif etmək və təchiz etmək səlahiyyətini təsdiq etməlidir. Təklif olunan avadanlıq üzrə Azərbaycan Respublikasında rəsmi və ya istehsalçı tərəfindən səlahiyyət verilmiş servis xidmətinin mövcudluğunu təsdiq edən sənəd təqdim edilməlidir. Sənəddə servis xidmətini göstərən qurumun adı, ünvanı və əlaqə məlumatları qeyd edilməlidir. Texniki əsaslandırma: Onlayn ikiqat çevirməli topologiya, güc göstəriciləri, çıxış parametrləri, qoruma funksiyaları, akkumulyatorların dəyişdirilməsi və idarəetmə interfeysləri qurumun kritik İT və şəbəkə avadanlıqlarının fasiləsiz enerji təminatı, mərkəzləşdirilmiş sistemlərin dayanıqlı fəaliyyəti və enerji keyfiyyətindən yaranan risklərin azaldılması zərurəti nəzərə alınmaqla müəyyən edilmişdir. | 1 | ədəd |
| 14 | Kabinet 19 düymlük standart avadanlıqlar üçün 27U hündürlüklü, 600×800 mm ölçülü rack kabinet və ya ekvivalent; minimum 19 düymlük rack avadanlıqlarının standart montaj ölçülərinə uyğun ön və arxa montaj relsləri; qapalı və ya perforasiyalı qapı konstruksiyası, kabel giriş-çıxış imkanları, ventilyasiya və kabel idarəetmə imkanları; minimum 4 ədəd fan üçün quraşdırma imkanına malik aktiv soyutma sistemi və ya ekvivalent; minimum 1 ədəd avadanlıq rəfi; dayanıqlı metal konstruksiya, elektrostatik toz boya və ya ekvivalent qoruyucu örtük; kabinetin daşıma qabiliyyəti quraşdırılacaq avadanlığın ümumi kütləsini təhlükəsiz daşımalıdır; tənzimlənən dayaqlar və hərəkətli təkərlər və ya quraşdırma şəraitinə uyğun ekvivalent dayaq; 19 düymlük rack ölçüləri üzrə IEC 60297 və ya ekvivalent tələblərə uyğun; yeni və istifadə edilməmiş,li olmalıdır. Texniki əsaslandırma: 19 düymlük standart, kabinet ölçüləri, relslər, kabel girişləri, ventilyasiya, soyutma, rəflər və yükdaşıma göstəriciləri mövcud şəbəkə və server avadanlıqlarının yerləşdirilməsi, kabel infrastrukturunun səliqəli təşkili, istilik rejiminin qorunması və mərkəzləşdirilmiş İT infrastrukturunun təhlükəsiz və uzunmüddətli istismarı üçün müəyyən edilmişdir. | 1 | ədəd |
Satınalmalarının 68 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 18 dek 2025
son qələbə 17 sen 2026
son qələbə 08 sen 2026
son qələbə 07 avq 2026
son qələbə 17 apr 2026