Sifarişçi: AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU
Bu sifarişçidə eyni kateqoriyada 2 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
7 satınalma, 4 müxtəlif qalib
Ən çox udan: "RR TRAVEL COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti (3, 42.9%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.06% ilə 64.58% arasında aşağı düşüblər, medianı 15.68%.
Bu tender üçün bu 244.600 ₼ ilə 216.896 ₼ arasıdır.
91.111 ₼ məbləğindən aşağı heç kim udmayıb.
375 ₼
Sənədlər 25 ₼ + iştirak 350 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Qonaqlama və iaşə xidmətləri Məqsəd: korporativ mədəniyyətin və daxili kommunikasiyanın təkmilləşdirilməsi məqsədilə Fondun komandaqurma tədbirləri çərçivəsində 19 dekabr 2026-c il tarixində saat 18:00-dan başlayaraq təxmini 6 saatlıq 160 nəfərin iştirakı ilə korporativ tədbirin təşkili. Məkan ilə bağlı tələblər: Bakı şəhəri (Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarı ilə müəyyən edilmiş sərhədlər üzrə 3-cü zonada yerləşən - Neft Fondunun inzibati binasına yaxın məsafədə) ərazisində yerləşən, beynəlxalq otel şəbəkəsinə daxil olan 5 ulduzlu otellərdən biri olmalıdır. Tədbirin keçiriləcəyi zalın sahəsi minimum 500 kv.m, tavan hündürlüyü isə minimum 4,6 metr olmalıdır. Tədbir zalının sahəsi 20 ədəd 10 nəfərlik dairəvi masaların, rəqs meydançasının, səhnənin (ekran ilə təchiz olunmuş) rahat şəkildə yerləşməsinə imkan verməlidir. Eyni zamanda, tədbir zalının girişində əlavə olaraq geniş sahə (foye) olmalı və həmin sahə tədbirdən öncə 160 nəfərin furşet masalarda iaşə xidmətlərinə və 6x3 m ölçüdə "brandwall"un rahat şəkildə yerləşməsinə imkan verməlidir. Otelin ən azı 160 avtomobil tutumlu qapalı parkinq sahəsi olmalıdır. Menyu: Qəlyanaltılar: Toyuq galantini, mal dili, hisə verilmiş mal əti, xardalla qovrulmuş hinduşka döşü və mal qaraciyəri paşteti, çeşidli Azərbaycan pendirləri, mövsümi turşu tərəvəzlər, rozmarin və portağal ilə marinad edilmiş qara və yaşıl zeytunlar, pomidor, xiyar və çeşidli göyərti, badımcan, nar və qoz ruletləri, çeşidli balıq, yerli və beynəlxalq çörəklər; Salatlar - 3 növdə; İsti qəlyanaltılar - 2 növdə; Əsas yemək - hinduşka ləvəngisi; Kabab çeşidləri - 4 növdə; Plov - 3 növdə; Desert - mövsümi meyvələr, yerli qoz-fındıq və quru meyvələr assortisi, fransız üslubunda şirniyyatlar assortisi. Alkoqolsuz içki menyusu: Meyvə şirələri – 3 növdə, qazlı və qazsız sular, qazlı sərinləndirici içkilər (Pepsi, Pepsi Max, 7Up və ya ekvivalent), çay və qəhvə. Menyu əlavə olunur. Qeyd edilən menyu tam nəzərə alınmalıdır və tərkibi tam təmin edilməlidir. | 160 | nəfər |
| 2 | Tədbir öncəsi 1 saatlıq iaşə xidmətlərinin təşkili Tədbir zalından fərqli (girişində) furşet masalar (tədbir zalına uyğun dekorasiya edilmiş) və 1 saat fasiləsiz müxtəlif növ sərinləndirici spirtsiz içkilər və meyvə şirələrinin, eyni zamanda qazlı/qazsız suların təmin edilməsi. Qiymətə masaların məxməri süfrələr və xüsusi dizaynlı lentlər ilə bəzərdilməsi, eyni zamanda masa üzrəində yeni il dekor kompozisiyasının təmin edilməsi daxil edilmədir. (nümunə şəkilə uyğun) | 140 | nəfər |
| 3 | Tortun hazırlanması Tədbir çərçivəsində 160 nəfər üçün nəzərdə tutulmuş tortun hazırlanması, tədbir məkanına çatdırılması. Tortun dizaynı və xarici görünüşü tədbirin ümumi konsepsiyasına uyğun olmalı, Fondun loqosunu müvafiq dizayn və öz rəngi ilə üzərində ehtiva etməli və Sifarişçi ilə əvvəlcədən razılaşdırılmalıdır; Tortun tərkibi, içlikləri və dad çeşidi Sifarişçi ilə razılaşdırılmaqla müəyyən edilməlidir; Tort yüksək keyfiyyətli və təzə qida məhsullarından hazırlanmalıdır; Hazırlanma, daşınma və saxlanma zamanı qida təhlükəsizliyi və sanitariya-gigiyena tələblərinə riayət edilməlidir. | 1 | ədəd |
| 4 | Qırmızı xalça Tədbir zalının giriş hissəsində qonaqların qarşılanması məqsədilə qırmızı xalçanın sərilməsi təmin edilməlidir. Xalçanın ölçüsü məkanın giriş sahəsinə uyğun olmalı, səliqəli, təmiz və qüsursuz vəziyyətdə təqdim edilməlidir. Qırmızı xalçanın tədbirdən əvvəl məkana çatdırılması və quraşdırılması Təchizatçı tərəfindən təmin edilməlidir. | 1 | ədəd |
| 5 | Aparıcı (moderator) Dövlət qurumlarının tədbirlərində aparıcılıq etmiş, bu sahədə kifayət qədər təcrübəsi olan aparıcı (5 saat ərzində) | 1 | nəfər |
| 6 | DJ xidməti 7 saat ərzində | 1 | nəfər |
| 7 | Jazz bənd təşkil olunması Yerli və xarici repertuar (1 saat) | 1 | ədəd |
| 8 | Açılış mərasimi üçün tar ifası Tədbirin açılış mərasimində Azərbaycan milli musiqi aləti olan tarın canlı ifasının təşkil edilməsi. Tarzən tərəfindən tədbirin açılış hissəsinə uyğun olaraq 1 saat müddətində canlı musiqi ifası təmin edilməlidir. İfa proqramı tədbirin rəsmi və korporativ xarakterinə uyğun, instrumental və zövqlü musiqi nümunələrindən ibarət olmalıdır. Tarzən peşəkar ifaçılıq təcrübəsinə malik olmalı və tədbir məkanında çıxış üçün tələb olunan musiqi aləti, texniki avadanlıq və digər zəruri vasitələrlə təmin edilməlidir. Tarzən xidmətinin tədbir məkanına gəlişi, hazırlığı və çıxışının təşkili Təchizatçı tərəfindən təmin edilməlidir. | 1 | ədəd |
| 9 | Fon muqisi üçün piano ifası təmin edilməsi Pianist və piano icarəsi daxil (1 saat) | 1 | ədəd |
| 10 | İfaçının təmin edilməsi (1 nəfər) Xarici repertuar - sifarişçi ilə razılaşdırılmaqla | 1 | nəfər |
| 11 | Oyunların təşkili üçün sahə üzrə ekspertlərin cəlb olunması Tədbir zamanı müxtəlif interaktiv komandaqurma oyunlarının/müsabiqələrin təşkili - adaptiv oyunların müəyyən edilməsi və uyğun bir sıra təkliflərin təqdim edilməsi və tədbir zamanı təşkili. | 1 | ədəd |
| 12 | Komandaqurma oyunları hədiyyələri Tədbir çərçivəsində əməkdaşları üçün lotoreya tipli oyun üçün cəmi 5 ədəd hər biri 200 AZN (ümumilikdə 1000 AZN) dəyərində Bakı şəhərində yerləşən parfumeria mağazalarının birindən hədiyyə kartlarının (kuponlar) təşkil edilməsi. | 5 | ədəd |
| 13 | Fotoçəkiliş xidmətləri Tədbir çərçivəsində professional fotoçəkiliş xidmətinin təşkil edilməli. Tədbirin foto çəkiliş xidmətini aşağıda qeyd edilən avadanlıqlarından istifadə etməklə həyata keçirilməlidir: Kamera sensoru: tam çərçivəli kamera sensoru, Kamera növü: DSLR və ya güzgüsüz, Sensor: 20 MP-dən yuxarı, İşığa həssas linzalar, İşıqlandırma avadanlıqları (çətirlər, flaşlar), Minimal ayıdetmə: 3552 x 2664 piksel. Qeyd: Fotoşəkillərin redaktəsi və tam işlənmiş fotomaterialın, JPEG formatında rəqəmsal halında verilməsi. Tədbir başa çatdıqdan sonra hazır materiallar sərt diskdə və ya bulud yaddaşında 7 gün ərzində Sifarişçiyə təhvil verilməlidir. | 1 | gün |
| 14 | Fotoqutu (Photo Booth) icarəsi Tədbir çərçivəsində qonaqların istifadəsi üçün fotoqutu xidmətinin təşkil edilməsi. Fotoqutu aşağıda qeyd edilən tələblərə cavab verməlidir: Qonaqların daxil olaraq foto çəkdirə biləcəyi qapalı və ya yarı-qapalı fotoqutu formatında olmalıdır; Fotoçəkilişin avtomatik və ya toxunma ekranı vasitəsilə idarə edilməsi; Yüksək keyfiyyətli rəqəmsal kamera və işıqlandırma sistemi ilə təchiz olunması; Fotoşəkillərin çəkildikdən dərhal sonra yüksək keyfiyyətli foto kağızında çap edilməsi; Çap müddəti: bir fotoşəkil üçün maksimum 15 saniyə; Qonaqların fotoçəkiliş zamanı istifadə edə bilməsi üçün müxtəlif tematik fotoaksessuarların (aksesuarların) təqdim edilməsi; Fotoqutunun tədbirin ümumi konsepsiyasına uyğun dekorativ tərtibatının təmin edilməsi; Fotoqutunun tədbir müddətində fasiləsiz istifadəyə hazır vəziyyətdə saxlanılması və texniki nasazlıq yarandığı halda operativ texniki dəstəyin göstərilməsi. | 1 | ədəd |
| 15 | Masaların bəzədilməsi Masaların məxməri (Bej) süfrələr ilə bəzədilməsi, eyni zamanda tematik dekorasiya ilə (şəkildəki nümunəyə uyğun) bəzədilmə. Dekorasiya işləri üzrə tədbir təşkilatçılığı sahəsində dizaynerin cəlb edilməsi. Masaların yeni il konsepsiyasına uyğun xüsusi bəzədilməsi (dekorativ mallar daxil). 5 fərqli dizayn təklifi verilməlidir (mock-up'lar ilə). Masalara qoyulacaq təbrik mesajı üçün ideya və təkliflərin hazırlanması. Təbrik kartları Fondun loqosu ilə məxməri kağızdan olmalıdır. Bütün dizayn və dekorasiya malları icraçı tərəfindən təkliflər verilərək və sifarişçi ilə razılaşdırılaraq müəyyən olunmalıdır. | 20 | ədəd |
| 16 | Zalın yeni il konseptine uyğun dekorasiyası (müvafiq yeni il konseptinə uyğun mallar daxil) Tədbir keçiriləcək zalın tavanının bəzədilməsi. Kompozisiya zal boyunca bərabər paylanmalı, keçidlər və çıxışlar sərbəst qalmalıdır. Ulduzlar qızılı rəngdə və işıqlı olmalıdır. Rəng palitrası: qızılı, bej. Şəffaf asma xətti. İşıqlandırma: isti ağ LED (2700–3000K). Xidmətə daxil olmalıdır: ölçü götürmə, dizayn və eskizlər, materialların istehsalı/alışı, logistika, məkana çatdırılma, quraşdırma, test və təhvil, tədbir bitdikdən sonra demontaj (Nümunə şəkil əlavə edilir). | 1 | ədəd |
| 17 | Yeni il üçün dekorativ parıltılı brandwall (fotogüşə) Tədbir qonaqlarının qarşılanması və fotoçəkiliş məqsədilə. Yeni il və qış konsepsiyasına uyğun, zərif və premium üslubda hazırlanmalı, ağ, qızılı və bej tonlarından istifadə edilməlidir. Əsas fon hissəsi parıltılı, işığı əks etdirən dekorativ materialdan (shimmer panel və ya oxşar) hazırlanmalı, qızılı və bej tonlarında olmalıdır. Fotozonanın yan və üst hissələri ağ rəngdə dekorativ qış budaqları, çiçək və digər qış elementləri ilə çərçivələnməli, budaqlar üzərində ağ və qızılı dekorativ elementlər yerləşdirilməlidir. Müxtəlif ölçülü kristal, şüşə və ya kristal effektli asma dekorativ elementlər və işıq saçan dekorlar tətbiq edilməli, təqdim edilmiş nümunələrdəki kimi dolğun və vahid kompozisiya yaradılmalıdır. İsti ağ rəngli mikro LED işıqlandırma və dekorativ işıq elementləri nəzərdə tutulmalı, minimum 6-8 ədəd LED proyektorla ümumi işıqlandırma təmin edilməlidir. Fotozonanın ölçüsü tədbir məkanına və yerləşmə sahəsinə uyğun müəyyən edilməli, qonaqların rahat fotoçəkilişi üçün kifayət qədər geniş olmalıdır. 6x4 m ölçüdə olmalıdır. Fotozonanın ortasında Fondun loqosu və Fondun tam adı yerləşdirilməli, loqonun və adın işıqlandırılması LED işıq və ya alternativ estetik həll vasitəsilə həyata keçirilə bilər. Tədbirdən əvvəl quraşdırma, tədbirdən sonra sökülmə xidməti daxil edilməlidir.(Nümunə şəkil əlavə edilir). | 1 | ədəd |
| 18 | Parkinq Tədbirə gələn qonaqların avtomobilləri üçün parklama yerlərinin təşkili (otelin minimum 160 avtomobil tutumlu qapalı avtomobil daynacağında təşkil edilməlidir) | 1 | gün |
| 19 | Yeni il şam ağacının icarəsi və dekorasiyası Yeni il şam ağacının icarəsi və dekorasiyası - tədbir zalında 4.5 metr hündürlüyündə, şəkildə göstərilən konsepsiyaya uyğun şam ağacının icarəyə verilməsi, quraşdırılması və dekorasiyasının təmin edilməsi. Dekorasiya əsasən qızılı və bej tonlarında hazırlanmalıdır. Müxtəlif ölçülərdə iri, orta və kiçik qızılı və bej rəngli yolka şarlarından istifadə edilməlidir. Şarlar parlaq, mat və naxışlı (relyefli) teksturaların harmonik birləşməsindən ibarət olmalıdır. Qızılı və bej rəngli şar dekorasiyası yolkanın əsasən bir tərəfində, yuxarıdan aşağıya doğru axan/spiral formada yerləşdirilməlidir. Yolka boyunca isti ağ rəngli LED işıqlandırma istifadə edilməli və işıqlar bərabər şəkildə paylanmalıdır. Yolkanın aşağı hissəsində müxtəlif ölçülərdə qızılı və bej tonlarında dekorativ hədiyyə qutuları yerləşdirilməlidir. Hədiyyə qutuları dekorativ kağız, atlas lent və bantlarla bəzədilməli və yolkanın ümumi kompozisiyasına uyğun şəkildə yerləşdirilməlidir. Hədiyyə qutularının sayı və ölçüləri şəkildə göstərilən ümumi görünüşə uyğun, yolkanın ölçüsünü tamamlayacaq şəkildə olmalıdır. Yolkanın, dekorativ elementlərin və işıqlandırmanın icarəsi, məkanda quraşdırılması və tədbir müddətində işlək vəziyyətdə saxlanılması Təchizatçı tərəfindən təmin edilməlidir. Bütün dekorativ və işıqlandırma elementləri tədbir müddətində təhlükəsiz və sabit şəkildə quraşdırılmalıdır. | 1 | ədəd |
| 20 | Stulların icarəsi Tədbir çərçivəsində qonaqlar üçün nümunə şəkillərdə göstərilən tipli, zərif və klassik dizaynlı tədbir stullarının icarəsi və tədbir məkanında yerləşdirilməsinin təmin edilməsi. Stullar qızılı və ya şəffaf rəngdə ola bilər. Stulun konstruksiyası yüngül, lakin möhkəm və dayanıqlı olmalıdır. Stulların bütün konstruktiv hissələri möhkəm birləşdirilmiş və istifadəyə yararlı vəziyyətdə olmalıdır. Təqdim edilən stullar eyni model və eyni rəngdə olmalı, tədbir məkanında vahid və səliqəli görünüş yaratmalıdır. Stullar yeni və ya yaxşı vəziyyətdə, cızıq, çat, deformasiya, rəngin soyulması və digər nəzərəçarpan qüsurlar olmadan təqdim edilməlidir. Təqdim edilən stullar nümunə şəkillərdəki ümumi forma, dizayn və vizual üsluba uyğun olmalıdır. Stulun rəngi (qızılı və ya şəffaf) və konkret modelinin seçimi Sifarişçi ilə əvvəlcədən razılaşdırılmalıdır. | 160 | ədəd |
| 21 | Texniki təchizat Tədbir zalının işıqlandırılması və səs sistemi üçün zəruri müvafiq avadanlıqların və işlərin təşkili (zəruri avdanlıqlar icraçı təchizatçı tərəfindən müəyyən edilərək işıqlandırma və səs sistemləri tam olaraq zala və konseptə uyğun təşkil edilməlidir) | 1 | gün |
| 22 | LED ekran 5 x 3 m ölçüdə LED P2.6 (500 x 500 mm kabinetlər) ekran icarəsi | 1 | gün |
| 23 | Danspol vinil (rəqs meydançası) - Tədbirdəki iştirakçı sayına uyğun olaraq danspolun təşkili. Ölçü: Tədbirdəki qonaq sayına uyğun (məsələn, 5x5 m, 6x6 m və ya daha böyük). Yerləşmə: Zalın mərkəzində və ya səhnəyə yaxın hissədə. İşıqlandırma: Spot işıqlar, rəngli proyektorlar Dekor: Yeni il mövzusuna uyğun bəzəklər (LED lentlər, rəngli dekorlar) | 1 | ədəd |
| 24 | Videoçəkiliş xidmətləri Tədbir çərçivəsində professional videoçəkiliş xidmətinin təşkil edilməsi. Tədbirin videoçəkiliş xidməti yüksək texniki xüsusiyyətlərə malik avadanlıqlardan istifadə edilməklə həyata keçirilməlidir. Tədbir ərzində çəkilmiş video materialların peşəkar şəkildə montajı və redaktəsi həyata keçirilməli, tədbirin əsas məqamlarını əks etdirən 2–3 dəqiqəlik yekun videorolikin hazırlanması və MP4 formatında rəqəmsal şəkildə təqdim edilməsi təmin edilməlidir. Hazır videomaterial tədbir başa çatdıqdan sonra 7 gün ərzində Sifarişçiyə sərt diskdə və ya bulud yaddaşında təhvil verilməlidir. | 1 | gün |
| 25 | Səhnə təşkili ifaçı, aparıcı üçün və arxa hissəsində LED ekran olmaq ilə 6x3 m ölçüdə (Nümunədə təqdim edilmiş səhnə dekorasiyası daxil olmaqla) | 1 | ədəd |
| 26 | Rəqəmsal lövhə Masaların və iştirakçıların adlarını əks etdirən, zala giriş sahəsində məlumat xarakterli rəqəmsal lövhə. Digital Welcome Board - Tədbir məkanının girişində və ya resepsiyon sahəsində yüksək ayaqlı stend üzərində yerləşdirilməli, LED və ya LCD 43 dyüm ekran istifadə olunmalı, Qonaq adları (soyad və ad), Masa nömrələri və ya masa adları, zala istiqamət göstəriciləri (ox işarələri ilə), tədbirin adı, loqosu və tarixi, istəyə görə tədbir proqramı və ya saat cədvəli təsvir edilməlidir. | 1 | ədəd |
| 27 | Köməkçi heyət üçün tədbir Əsas tədbirdən 1 gün əvvəl və ya 1 gün sonra 60 nəfər köməkçi heyət üçün ayrıca tədbirin təşkili. Tədbirin Bakı şəhəri ərazisində (Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarı ilə müəyyən edilmiş sərhədlər üzrə 3-cü zonada yerləşən) 60 nəfərin rahat yerləşməsinə imkan verən muzey restoranlardan birində keçirilməsi təmin edilməlidir. Məkanın masa və stullar, süfrə, qab-qacaq və digər zəruri avadanlıqlarla təmin olunması, həmçinin qonaqlara iaşə xidmətlərinin göstərilməsi nəzərdə tutulmalıdır. Məkanın interyeri səliqəli və tədbir formatına uyğun olmalıdır. Ödənişsiz və ya təchizatçı tərəfindən təmin edilən parkinq imkanının olması Menyu qeyd olunan tərkibdə olmalıdır: Təzə tərəvəz və göyərtilər, Pendir assorti, Turşu assorti, Ət assorti, Balıq assorti, Badımcan bükməsi, Qatıq, Çörək, Paştet, Albalı salat, Xırt-xırt badımcan salat, Mövsümi salat, Qutab (ət), Qutab (göyərti), Yarpaq dolması, Pip dolması, Kütüm ləvəngi, Can əti vişnəli, Quzu ətindən dopu, Şah plov, Lülə kabab, Tikə kabab, Quzu antrikot, Toyuq kababı, Tərəvəz kababı, Su, Kompot, Limonad, Samovar çayı, Şəkərbura, Paxlava, Mürəbbə, Ləbləbi. | 60 | nəfər |
| 28 | Tortun (köməkçi heyət üçün tədbir) hazırlanması 60 nəfər üçün nəzərdə tutulmuş tortun hazırlanması, tədbir məkanına çatdırılması. Tortun tərkibi, içlikləri və dad çeşidi Sifarişçi ilə razılaşdırılmaqla müəyyən edilməlidir; Tort yüksək keyfiyyətli və təzə qida məhsullarından hazırlanmalıdır; Hazırlanma, daşınma və saxlanma zamanı qida təhlükəsizliyi və sanitariya-gigiyena tələblərinə riayət edilməlidir. | 1 | ədəd |
| 29 | İaşə xidmətlərinin təşkili Əlavə keçiriləcək 2 komandaqurma tədbiri çərçivəsində iaşə xidmətlərinin təşkili. 1 tədbir üzrə 150 nəfərlik nəzərə alınır. Menyu olaraq soyuq qəlyanaltılar (pendir və ət assortiləri, tərəvəzlər, göyərti), salatlar (mövsümi və müxtəlif tərkibli olmaqla 5 növ salat), 3 növ isti qəlyanaltılar, 2 növdə əsas isti yeməklər (ət, toyuq və digər isti yemək növləri), 3 növdə kabab, plov, meyvə assortisi, şirniyyat və desertlər, çay, qəhvə, sərinləşdirici və qazlı/qazsız içkilər nəzərə alınmalıdır. Məkan və menyunun yekun tərtibi Sifarişçi ilə əvvəlcədən razılaşdırılmalıdır. | 300 | nəfər |
| 30 | Nəqliyyat vasitələrinin icarəsi İl ərzində fərqli tarixlərdə (5 gün öncədən təchizatçıya bildirməklə) komandaqurma tədbirləri çərçivəsində seçilən məkanlara gedilməsi məqsədilə 45 nəfərədək tutumu olan, 2023-cü ildən köhnə olmayan nəqliyyat vasitələrinin (Neoplan və ya ekvivalent) 1 günlük icarəsi (qiymət olaraq 1 nəqliyyat vasitəsinin 1 günlük icarəsi verilməlidir) | 10 | gün |
Satınalmalarının 80 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 16 sen 2026
son qələbə 03 iyl 2026
son qələbə 12 avq 2026
son qələbə 31 iyl 2026
son qələbə 04 mar 2026