Sifarişçi: "RESPUBLİKA TƏCİLİ VƏ TƏXİRƏSALINMAZ TİBBİ YARDIM MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 3 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
4 satınalma, 4 müxtəlif qalib
Ən çox udan: "BAKI TEKSTİL" Məhdud Məsuliyyətli Cəmiyyəti (1, 25%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.05% ilə 91.69% arasında aşağı düşüblər, medianı 25.73%.
Bu tender üçün bu 12.805 ₼ ilə 10.188 ₼ arasıdır.
1.140 ₼ məbləğindən aşağı heç kim udmayıb.
52 ₼
Sənədlər 25 ₼ + iştirak 27 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | AmbuCycle motosiklet sürücüsü üçün gödəkcə-şalvar dəst Motosiklet sürücüləri üçün peşəkar qoruyucu dəst. Gödəkcə: yüksək davamlı, aşınmaya və küləyə davamlı xarici material; ön tam fermuar; yüksək yaxa; manjetlər tənzimlənən; çiyin, dirsək və bel nahiyələrində qoruyucu elementlər üçün ciblər; Şalvar: aşınmaya davamlı material, diz və omba nahiyələrində qoruyucu elementlər üçün ciblər, tənzimlənən bel və ayaq hissəsi, reflektiv zolaqlar, çoxfunksiyalı ciblər. Dəst motosiklet sürücüsünün hərəkətini məhdudlaşdırmamalı, tikişlər möhkəm və keyfiyyətli olmalıdır. Dizayn və rəng kombinasiyası satınalma obyektinə əlavə olunmuş nümunəyə əsasən. | 10 | dəst |
| 2 | Motosiklet dəbilqəsi Tam örtülü (full-face) motosiklet dəbilqəsi; zərbəyə davamlı xarici qabıq; enerjiuducu daxili EPS qat; çənə qoruyucusu; təhlükəsiz və tənzimlənən bağlama sistemi; şəffaf cızılmaya davamlı vizor; havalandırma kanalları; çıxarıla və yuyula bilən daxili astar; ölçülər sifarişçi tərəfindən razılaşdırılmaqla. Gecə görünürlüğünü artıran reflektiv elementlər üstünlükdür. | 10 | ədəd |
| 3 | Motosiklet dizliyi Diz və baldırın yuxarı hissəsini qoruyan motosiklet dizliyi; zərbəyə davamlı qoruyucu qabıq; enerjiuducu material; anatomik formaya uyğun konstruksiya; elastik və tənzimlənən qayışlarla bərkidilmə; sürüşmə zamanı yerindən çıxmamalı; sol və sağ ayaq üçün uyğun model. | 10 | ədəd |
| 4 | Motosiklet dirsəkliyi Dirsək və ön qol nahiyəsini qoruyan qoruyucu; zərbəyə davamlı və enerjiuducu material; anatomik forma; elastik, tənzimlənən və etibarlı bərkidici qayışlar; geyim altında və ya üzərində istifadəyə uyğun; hərəkət zamanı sürüşməməli. | 10 | ədəd |
| 5 | Motosiklet qoruyucu əlcəyi Motosiklet sürücüləri üçün qoruyucu əlcək; aşınmaya davamlı xarici material; ovuc və barmaq nahiyələrində möhkəmləndirmə; barmaq və əlüstü zərbə qoruyucuları; bilək hissəsində tənzimlənən bağlama; rahat tutuş və idarəetmə imkanı; sürüşməyə qarşı material; tikişlər möhkəm olmalıdır. | 10 | cüt |
| 6 | Motosiklet qoruyucu ayaqqabısı Motosiklet sürücüləri üçün xüsusi qoruyucu ayaqqabı/bot; suya və aşınmaya davamlı üst material; möhkəm daban və burun qoruması; topuq və baldır nahiyələrində qoruyucu elementlər; sürüşməyə davamlı altlıq; möhkəm bağlama sistemi; ayaq biləyini sabit saxlayan konstruksiya; rahat və uzunmüddətli istifadəyə uyğun. | 10 | cüt |
| 7 | Motosiklet sürücüsü üçün qoruyucu komplekt əlavələri / bel-çiyin qoruyucuları Gödəkcə ilə istifadə üçün çiyin, dirsək, bel və kürək nahiyələrinə uyğun zərbə qoruyucuları; anatomik forma; enerjiuducu material; çıxarıla bilən və dəyişdirilə bilən konstruksiya; qoruyucular geyim ciblərinə uyğun ölçüdə olmalıdır. | 10 | dəst |
Satınalmalarının 75 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 09 sen 2026
son qələbə 30 okt 2025
son qələbə 24 okt 2025
son qələbə 09 sen 2025
son qələbə 01 sen 2025