Sifarişçi: BAKI XOREOQRAFİYA AKADEMİYASI
Bu sifarişçi işi bölüşdürür: 5 satınalmanı 5 müxtəlif təchizatçı udub.
5 satınalma, 5 müxtəlif qalib
Ən çox udan: "RƏZ" Məhdud Məsuliyyətli Cəmiyyəti (1, 20%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.03% ilə 81.6% arasında aşağı düşüblər, medianı 9.89%.
Bu tender üçün bu 308.062 ₼ ilə 287.992 ₼ arasıdır.
58.806 ₼ məbləğindən aşağı heç kim udmayıb.
375 ₼
Sənədlər 25 ₼ + iştirak 350 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | “Pedaqoji və professor-müəllim heyəti” modulu
Bakı Xoreoqrafiya Akademiyası üçün “Pedaqoji və professor-müəllim heyəti” modulu Akademiya daxilində fəaliyyət göstərən ümumtəhsil müəssisəsi, orta ixtisas təhsili müəssisəsi və ali təhsil müəssisəsi üzrə pedaqoji, inzibati-pedaqoji və professor-müəllim heyətinə dair məlumatların vahid elektron sistemdə uçotunu, idarə olunmasını və axtarışını təmin etməlidir.
Ümumtəhsil müəssisəsi üzrə modul müəllimlərə, sinif rəhbərlərinə, fənn müəllimlərinə, ixtisas və praktiki məşğələ aparan pedaqoqlara dair fərdi məlumatların, təhsil məlumatlarının, iş fəaliyyəti tarixçəsinin, dərs yükünün, dərs cədvəlinin, attestasiya məlumatlarının, müvəffəqiyyətlərin, təltiflərin, intizam tənbehlərinin, sənədlərin və əmək münasibətlərinə xitam məlumatlarının uçotunu dəstəkləməlidir.
Orta ixtisas təhsili müəssisəsi üzrə modul ixtisas fənləri, ümumi fənlər, praktiki məşğələlər, konsertmeystr müşayiəti, istehsalat və tədris təcrübəsi ilə bağlı pedaqoji heyətin dərs yükünü, cədvəlini, ixtisas uyğunluğunu, əmək fəaliyyəti tarixçəsini, attestasiya və peşəkar inkişaf məlumatlarını idarə etməlidir.
Ali təhsil müəssisəsi üzrə modul professor-müəllim heyətinə, kafedra əməkdaşlarına, elmi-pedaqoji fəaliyyət göstərən şəxslərə dair fərdi məlumatların, təhsil və elmi dərəcə məlumatlarının, elmi adların, kafedra mənsubiyyətinin, tədris yükünün, fənn bölgüsünün, elmi-pedaqoji fəaliyyətin, nəşrlərin, nailiyyətlərin, təltiflərin, intizam tənbehlərinin, sənədlərin və xitam məlumatlarının vahid sistemdə idarə olunmasını təmin etməlidir.
Modul məlumatların daxil edilməsi, yenilənməsi, təsdiqlənməsi, arxivləşdirilməsi və müxtəlif formatlarda, o cümlədən Excel formatında ixracını dəstəkləməlidir. İstifadəçi səlahiyyətlərinə əsaslanan giriş nəzarəti, məlumatların təhlükəsiz saxlanılması və bütün əməliyyatların izlənilə bilməsi təmin edilməlidir. Proqram təminatı | 1 | ay |
| 2 | “Təhsilalanlar” modulu
Bakı Xoreoqrafiya Akademiyası üçün “Təhsilalanlar” modulu Akademiya daxilində təhsil alan şagird və tələbələrə dair məlumatların vahid elektron sistemdə uçotunu, idarə olunmasını, axtarışını və arxivləşdirilməsini təmin etməlidir.
Ümumtəhsil müəssisəsi üzrə modul şagirdlərin fərdi məlumatlarını, valideyn və ailə üzvləri barədə məlumatları, sinif və ixtisas istiqamətini, dərs cədvəlini, əsas təhsil məlumatlarını, davamiyyətini, qiymətləndirmələrini, müvəffəqiyyətlərini, intizam tənbehlərini, keçidlərini, sənədlərini, tədrisin yekunlaşmasını və şəhadətnamə məlumatlarını idarə etməlidir.
Orta ixtisas təhsili müəssisəsi üzrə modul tələbələrin fərdi məlumatlarını, ixtisasını, kursunu, qrupunu, təhsil formasını, tədris planını, fənn və praktiki məşğələ məlumatlarını, imtahan nəticələrini, təcrübə məlumatlarını, akademik göstəricilərini, keçid, bərpa və xaric olunma məlumatlarını, sənədlərini və təhsilin yekunlaşması ilə bağlı məlumatları dəstəkləməlidir.
Ali təhsil müəssisəsi üzrə modul bakalavriat və digər ali təhsil səviyyələrində təhsil alan tələbələrə dair fərdi məlumatların, ixtisas, kurs, qrup, təhsil forması, kafedra, tədris planı, fənn qeydiyyatı, imtahan və qiymətləndirmə nəticələri, akademik göstəricilər, akademik borclar, təqaüd göstəriciləri, təcrübə, məzuniyyət, xaric olunma, bərpa və diplom məlumatlarının uçotunu təmin etməlidir.
Modul məlumatların daxil edilməsi, yenilənməsi, təsdiqlənməsi, arxivləşdirilməsi, axtarışı və müxtəlif formatlarda ixracını təmin etməlidir. İstifadəçi səlahiyyətlərinə əsaslanan giriş nəzarəti və məlumatların təhlükəsiz saxlanılması dəstəklənməlidir. Proqram təminatı | 1 | ay |
| 3 | “Təhsilalanların qəbulu” modulu
Bakı Xoreoqrafiya Akademiyası üçün “Təhsilalanların qəbulu” modulu ümumtəhsil, orta ixtisas və ali təhsil səviyyələri üzrə qəbul prosesinə dair məlumatların vahid elektron sistemdə uçotunu, idarə olunmasını, axtarışını və hesabatlılığını təmin etməlidir.
Ümumtəhsil müəssisəsi üzrə modul şagird qəbulu ilə bağlı müraciətlərin, sinif və ixtisas istiqaməti seçiminin, sənəd qəbulunun, qabiliyyət yoxlamalarının, qəbul komissiyalarının, nəticələrin, yerləşdirmə müraciətlərinin və qəbul olunan şagirdlərin uçotunu təmin etməlidir.
Orta ixtisas təhsili müəssisəsi üzrə modul tələbə qəbulu ilə bağlı müraciətlərin, ixtisas seçiminin, qabiliyyət və müsahibə mərhələlərinin, komissiyaların, qiymətləndirmə nəticələrinin, qəbul statistikalarının, yerləşdirmə və qeydiyyat məlumatlarının idarə olunmasını dəstəkləməlidir.
Ali təhsil müəssisəsi üzrə modul ali təhsil səviyyələri üzrə müraciətlərin, ixtisas və təhsil forması seçiminin, qabiliyyət imtahanları və müsabiqə nəticələrinin, komissiya məlumatlarının, qəbul nəticələrinin, qəbul olanların qeydiyyatının və statistik hesabatların aparılmasını təmin etməlidir.
Modul qəbul prosesinin şəffaf, mərhələli və izlənilə bilən şəkildə aparılmasını dəstəkləməlidir. Sistem inzibatçıları tərəfindən qiymətlərin daxil edilməsi, protokolların avtomatik formalaşdırılması, imzalandıqdan sonra sistemə yerləşdirilməsi, videoqeydiyyatın sistemə yüklənməsi və saxlanılması təmin edilməlidir. İstifadəçi səlahiyyətlərinə əsaslanan giriş nəzarəti və məlumatların təhlükəsizliyi təmin olunmalıdır. Proqram təminatı | 1 | ay |
| 4 | “Pedaqoji və professor-müəllim heyətinin işə qəbulu” modulu
Bakı Xoreoqrafiya Akademiyası üçün “Pedaqoji və professor-müəllim heyətinin işə qəbulu” modulu ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələri üzrə pedaqoji heyətin işə qəbulu prosesinə dair məlumatların vahid elektron sistemdə uçotunu, idarə olunmasını, axtarışını və hesabatlılığını təmin etməlidir.
Ümumtəhsil müəssisəsi üzrə modul müəllim vakansiyalarının, müraciətlərin, namizəd məlumatlarının, sənəd yoxlamalarının, müsahibə və sınaq dərsi nəticələrinin, komissiya məlumatlarının və yekun qərarların idarə olunmasını təmin etməlidir.
Orta ixtisas təhsili müəssisəsi üzrə modul ixtisas fənləri, ümumi fənlər, praktiki məşğələlər və konsertmeystr fəaliyyəti üzrə vakansiyaların, müraciətlərin, komissiya qiymətləndirmələrinin, nəticələrin və statistik hesabatların aparılmasını dəstəkləməlidir.
Ali təhsil müəssisəsi üzrə modul professor-müəllim heyəti, kafedra əməkdaşları və elmi-pedaqoji vəzifələr üzrə vakansiyaların, müraciətlərin, namizədlərin elmi-pedaqoji göstəricilərinin, müsahibə və müsabiqə nəticələrinin, komissiya rəylərinin və yekun qərarların sistemdə idarə olunmasını təmin etməlidir.
Modul prosesin şəffaf və mərhələli aparılmasını, istifadəçi səlahiyyətlərinə əsaslanan giriş nəzarətini və məlumatların təhlükəsizliyini dəstəkləməlidir. Sistem qiymətlərin daxil edilməsi, protokolların avtomatik formalaşdırılması, imzalanmış protokolların sistemə yerləşdirilməsi və videoqeydiyyatın saxlanılması imkanlarını təmin etməlidir. Proqram təminatı | 1 | ay |
| 5 | “Rəhbər və inzibati heyətin işə qəbulu” modulu
Bakı Xoreoqrafiya Akademiyası üçün “Rəhbər və inzibati heyətin işə qəbulu” modulu Akademiyanın ümumtəhsil müəssisəsi, orta ixtisas təhsili müəssisəsi və ali təhsil müəssisəsi üzrə rəhbər və inzibati vəzifələrə qəbul, seçim və təyinat proseslərinin elektron qaydada idarə olunmasını təmin etməlidir.
Ümumtəhsil müəssisəsi üzrə modul direktor, direktor müavini və digər inzibati-pedaqoji vəzifələr üzrə vakansiyaların, müraciətlərin, namizəd məlumatlarının, müsahibə nəticələrinin, komissiya qərarlarının və statistik göstəricilərin uçotunu təmin etməlidir.
Orta ixtisas təhsili müəssisəsi üzrə modul direktor, direktor müavini, şöbə müdiri və digər rəhbər vəzifələr üzrə müraciətlərin, vakansiya seçiminin, komissiya qiymətləndirmələrinin, qərarların və hesabatların idarə olunmasını dəstəkləməlidir.
Ali təhsil müəssisəsi üzrə modul rəhbər heyət, dekanlıq, kafedra və digər akademik-inzibati struktur bölmələr üzrə vəzifələrə dair müraciətlərin, namizəd məlumatlarının, komissiya rəylərinin, seçim nəticələrinin və statistik hesabatların elektron sistemdə uçotunu təmin etməlidir.
Modul prosesin mərhələli, şəffaf və izlənilə bilən şəkildə aparılmasını dəstəkləməli, protokolların avtomatik formalaşdırılması, imzalanmış sənədlərin sistemə yerləşdirilməsi, videoqeydiyyatın yüklənməsi və saxlanılması imkanlarını təmin etməlidir. İstifadəçi səlahiyyətlərinə əsaslanan giriş nəzarəti və məlumatların təhlükəsizliyi təmin edilməlidir. Proqram təminatı | 1 | ay |
| 6 | “Attestasiya və qiymətləndirmə” modulu
Bakı Xoreoqrafiya Akademiyası üçün “Attestasiya və qiymətləndirmə” modulu ümumtəhsil, orta ixtisas və ali təhsil səviyyələri üzrə pedaqoji və professor-müəllim heyətinin attestasiya və qiymətləndirmə proseslərinin elektron qaydada idarə olunmasını təmin etməlidir.
Ümumtəhsil müəssisəsi üzrə modul müəllimlərin attestasiyasını, attestasiya komissiyalarının formalaşdırılmasını, müəllimlərin dərs yüklərinin uçotunu, iştirakın təsdiqlənməsini, foto əlavə edilməsini, otağa girişin təsdiqini, prosesin başlanma vaxtının avtomatik qeydini və attestasiya nəticələrinin sistemdə saxlanılmasını təmin etməlidir.
Orta ixtisas təhsili müəssisəsi üzrə modul pedaqoji heyətin, ixtisas müəllimlərinin, praktiki məşğələ aparan müəllimlərin və konsertmeystr heyətinin attestasiya məlumatlarını, komissiya üzrə bölgüsünü, dərs yükünü, qiymətləndirmə nəticələrini, protokollarını və attestasiya vərəqələrini idarə etməlidir.
Ali təhsil müəssisəsi üzrə modul professor-müəllim heyətinin, kafedra əməkdaşlarının və elmi-pedaqoji heyətin attestasiya və fəaliyyət qiymətləndirməsi məlumatlarını, tədris yükünü, elmi-pedaqoji fəaliyyət göstəricilərini, komissiya qərarlarını, protokolları və nəticələri sistemdə idarə etməlidir.
Modul qeydiyyatçılar tərəfindən iştirakçıların gəlişinin təsdiqlənməsini, sistem inzibatçıları tərəfindən otağa girişin təsdiqini, prosesin başlanma vaxtının avtomatik qeydini, attestasiya zamanı səs yazısının aparılmasını və saxlanılmasını, attestasiya vərəqələrinin və günün protokollarının sistemə yüklənməsini və arxivləşdirilməsini təmin etməlidir. Sistem tərəfindən random sualların avtomatik təqdim olunması, komissiya və dərs yükü məlumatlarına baxış, proseslərin izlənilməsi, giriş nəzarəti və məlumat təhlükəsizliyi dəstəklənməlidir. Proqram təminatı | 1 | ay |
| 7 | “Qəbul planı” modulu
Bakı Xoreoqrafiya Akademiyası üçün “Qəbul planı” modulu ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələri üzrə növbəti tədris ili üçün qəbul planlarının hazırlanmasını, razılaşdırılmasını, təsdiqlənməsini və qəbul prosesi ilə əlaqələndirilməsini təmin etməlidir.
Ümumtəhsil müəssisəsi üzrə modul siniflər, ixtisas istiqamətləri və təhsil sistemi üzrə mövcud şagird kontingentinin, buraxılış sinif şagirdlərinin sayının və növbəti tədris ili üçün qəbul yerlərinin uçotunu təmin etməlidir.
Orta ixtisas təhsili müəssisəsi üzrə modul ixtisaslar, kurslar, qruplar, təhsil forması və qəbul yerləri üzrə planların hazırlanmasını, mövcud tələbə kontingenti və məzun sayı əsasında ehtiyacların hesablanmasını dəstəkləməlidir.
Ali təhsil müəssisəsi üzrə modul ixtisaslar, təhsil səviyyələri, kafedralar, təhsil formaları və qəbul kvotaları üzrə planların hazırlanmasını, akademik və infrastruktur imkanlar nəzərə alınmaqla planların sistemdə formalaşdırılmasını təmin etməlidir.
Modul struktur bölmə rəhbəri tərəfindən plan təklifinin hazırlanmasını, maliyyə və tədris bölmələri tərəfindən yoxlanılmasını, Akademiya rəhbərliyi səviyyəsində təsdiq və ya geri qaytarılmasını, yekun təsdiq mərhələsinin aparılmasını dəstəkləməlidir. Təsdiq edilmiş qəbul planı əsasında qəbul prosesi həyata keçirilməlidir. Modul istifadəçi səlahiyyətlərinə əsaslanan giriş nəzarətini, məlumatların təhlükəsiz saxlanılmasını və təsdiq proseslərinin izlənilə bilməsini təmin etməlidir. Proqram təminatı | 1 | ay |
| 8 | “Cədvəllər və tarifləşmə” modulu
Bakı Xoreoqrafiya Akademiyası üçün “Cədvəllər və tarifləşmə” modulu ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələri üzrə şagird və tələbə kontingenti, fənlər, fərdi məşğələlər, qrup dərsləri, praktiki dərslər, konsertmeystr saatları, tarifləşmə və dərs cədvəllərinə dair məlumatların vahid sistemdə avtomatik formalaşdırılmasını və idarə olunmasını təmin etməlidir.
Ümumtəhsil müəssisəsi üzrə modul siniflər, ixtisas istiqamətləri, fərdi və qrup fənləri, dərs otaqları, müəllimlər və şagirdlər üzrə dərs cədvəllərinin formalaşdırılmasını təmin etməlidir. Şagird kontingenti üzrə sinif, ixtisas və təhsil sistemi əsasında say göstəriciləri göstərilməli, həmin göstəricilər üzərindən müvafiq şagird siyahısına keçid imkanı olmalıdır.
Orta ixtisas təhsili müəssisəsi üzrə modul ixtisas fənləri, ümumi fənlər, praktiki məşğələlər, qrup dərsləri, fərdi dərslər, konsertmeystr saatları, təcrübə məşğələləri və auditoriya bölgüsü üzrə cədvəllərin hazırlanmasını təmin etməlidir. Tələbə sayı, tədris planı və həftəlik dərs yükü əsasında dərs saatları avtomatik hesablanmalıdır.
Ali təhsil müəssisəsi üzrə modul semestr üzrə dərs cədvəllərinin, akademik qrupların, kafedralar üzrə fənn bölgüsünün, professor-müəllim heyətinin dərs yükünün, auditoriya və zal bölgüsünün, seçmə fənlərin və praktiki məşğələlərin idarə olunmasını təmin etməlidir.
Tarifləşmə cədvəli müvafiq struktur rəhbəri tərəfindən təsdiq edildikdən sonra mərhələli qaydada maliyyə və Akademiya rəhbərliyi səviyyəsində təsdiqlənməlidir. Sistem daxil edilmiş məlumatlar əsasında dərs yükünə uyğun əməkhaqqı, konsertmeystr saatları, əlavə dərs saatları və digər göstəricilərin avtomatik formalaşdırılmasını təmin etməlidir. Dərs cədvəli gün, saat, auditoriya, zal, müəllim, qrup, sinif, kurs və təhsilalan məlumatları üzrə avtomatik formalaşdırılmalı və idarə olunmalıdır. Proqram təminatı | 1 | ay |
| 9 | “Arxiv fondu” modulu
Bakı Xoreoqrafiya Akademiyası üçün “Arxiv fondu” modulu ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələri üzrə hazırda tədris prosesində iştirak etməyən, məzun olmuş, xaric edilmiş, başqa müəssisəyə keçmiş və ya əmək münasibətlərinə xitam verilmiş şəxslərə dair məlumatların vahid elektron sistemdə arxivləşdirilməsini, saxlanılmasını və axtarışını təmin etməlidir.
Ümumtəhsil müəssisəsi üzrə modul məzun olmuş, başqa məktəbə keçmiş, təhsildən ayrılmış və ya tədris prosesində aktiv olmayan şagirdlərə, eləcə də fəaliyyəti dayandırılmış müəllimlərə dair məlumatların arxivləşdirilməsini təmin etməlidir.
Orta ixtisas təhsili müəssisəsi üzrə modul məzun, xaric edilmiş, bərpa olunmuş, köçürülmüş və ya aktiv olmayan tələbələrə, həmçinin fəaliyyətini dayandırmış pedaqoji heyətə dair məlumatların arxiv fonduna ötürülməsini dəstəkləməlidir.
Ali təhsil müəssisəsi üzrə modul məzunlar, xaric olunanlar, akademik məzuniyyətə çıxanlar, bərpa olunanlar, köçürülənlər və əmək münasibətlərinə xitam verilmiş professor-müəllim heyəti barədə məlumatların arxivdə saxlanılmasını təmin etməlidir.
Modul arxiv məlumatlarının strukturlaşdırılmış qaydada uçotunu, baxış və bərpa imkanlarını, istifadəçi səlahiyyətlərinə əsaslanan giriş nəzarətini və məlumatların təhlükəsiz saxlanılmasını dəstəkləməlidir. Proqram təminatı | 1 | ay |
| 10 | “Elektron jurnal” modulu
Bakı Xoreoqrafiya Akademiyası üçün “Elektron jurnal” modulu ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələri üzrə dərs prosesinin elektron qaydada uçotunu, müəllimlər tərəfindən dərs mövzularının, qiymətləndirmələrin, davamiyyətin və qeydlərin sistemə daxil edilməsini təmin etməlidir.
Ümumtəhsil müəssisəsi üzrə modul müəllimlərin dərs cədvəlinə uyğun təqvimə baxışını, sinifləri, dərs otaqlarını, şagird siyahılarını görməsini, dərs mövzularını qeyd etməsini, şagirdlərin qiymətləndirilməsini, davamiyyətin aparılmasını və zəruri hallarda valideynlər üçün qeydlərin göndərilməsini təmin etməlidir.
Orta ixtisas təhsili müəssisəsi üzrə modul müəllimlərin qrup, kurs, ixtisas və fənn üzrə dərs jurnalını aparmasını, praktiki və nəzəri dərslər üzrə mövzuları qeyd etməsini, tələbələrin davamiyyətini, aralıq və yekun qiymətləndirmələrini sistemə daxil etməsini təmin etməlidir.
Ali təhsil müəssisəsi üzrə modul professor-müəllim heyətinin semestr üzrə dərs cədvəlinə baxmasını, akademik qruplar və fənlər üzrə dərs mövzularını, seminar və praktiki məşğələləri, davamiyyəti, cari qiymətləndirmələri, imtahan öncəsi göstəriciləri və qeydləri sistemə daxil etməsini təmin etməlidir.
Modul məlumatların real vaxt rejimində daxil edilməsi, saxlanılması, hesabatlandırılması və istifadəçi səlahiyyətlərinə əsaslanan giriş nəzarətini dəstəkləməlidir. Məlumatların təhlükəsizliyi və dəyişikliklərin izlənilməsi təmin edilməlidir. Proqram təminatı | 1 | ay |
| 11 | “Elektron təhsil sənədləri” modulu
Bakı Xoreoqrafiya Akademiyası üçün “Elektron təhsil sənədləri” modulu ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələri üzrə təhsilin yekunlaşması ilə bağlı sənədlərin elektron qaydada yaradılmasını, rəsmiləşdirilməsini, təsdiqini, reyestrdə saxlanılmasını və yoxlanılmasını təmin etməlidir.
Ümumtəhsil müəssisəsi üzrə modul şagirdlər üçün adi və fərqlənmə şəhadətnamələrinin elektron qaydada yaradılmasını, direktor tərəfindən formalaşdırılmasını və təsdiq edilməsini, yuxarı təsdiq mərhələsinə göndərilməsini və təsdiqdən sonra sənədin reyestrdə saxlanılmasını təmin etməlidir.
Orta ixtisas təhsili müəssisəsi üzrə modul tələbələr üçün təhsilin yekunlaşması ilə bağlı müvafiq elektron sənədlərin, o cümlədən diplom, arayış, akademik göstərici və digər sənədlərin formalaşdırılmasını, təsdiqini və reyestrdə saxlanılmasını dəstəkləməlidir.
Ali təhsil müəssisəsi üzrə modul ali təhsil sənədlərinin, diplom məlumatlarının, diploma əlavələrin, akademik transkriptlərin, məzun məlumatlarının və elektron reyestr qeydlərinin formalaşdırılmasını və idarə olunmasını təmin etməlidir.
Sistem hər bir təsdiq edilmiş sənəd üçün avtomatik unikal indeksləşdirilmiş nömrə və QR kod yaratmalıdır. Modul sənədlərin yoxlanılması, çap və elektron təqdimat imkanlarını, təsdiq və geri qaytarma proseslərini, məlumatların təhlükəsiz saxlanılmasını və elektron reyestrdə saxlanılmasını dəstəkləməlidir. Proqram təminatı | 1 | ay |
| 12 | “Soraqçalar” modulu
Bakı Xoreoqrafiya Akademiyası üçün “Soraqçalar” modulu Akademiyanın ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələri üzrə bütün modullarda istifadə olunan istinad məlumatlarının mərkəzləşdirilmiş şəkildə idarə olunmasını təmin etməlidir.
Ümumtəhsil müəssisəsi üzrə modul fənlər, siniflər, ixtisas istiqamətləri, təhsil sistemi, otaqlar, müəllim kateqoriyaları, şagird statusları və digər istinad məlumatlarının vahid bazada saxlanılmasını təmin etməlidir.
Orta ixtisas təhsili müəssisəsi üzrə modul ixtisaslar, kurslar, qruplar, fənlər, tədris planları, praktiki məşğələ növləri, konsertmeystr saatları, təcrübə yerləri və digər məlumatların standartlaşdırılmasını dəstəkləməlidir.
Ali təhsil müəssisəsi üzrə modul fakültə, kafedra, ixtisas, təhsil səviyyəsi, semestr, akademik qrup, fənn, tədris planı, auditoriya, zal, professor-müəllim heyəti kateqoriyaları və digər arayış məlumatlarının mərkəzləşdirilmiş idarə olunmasını təmin etməlidir.
Modul təkrar qeydlərin qarşısının alınmasını, məlumatların standartlaşdırılmasını, bütün modullar üzrə vahid istifadəni və səlahiyyətli istifadəçilər tərəfindən yenilənməsini təmin etməlidir. Proqram təminatı | 1 | ay |
| 13 | “Loqlar və audit izi” modulu
Bakı Xoreoqrafiya Akademiyası üçün “Loqlar və audit izi” modulu sistem daxilində ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələri üzrə bütün istifadəçi əməliyyatlarının uçotunu, izlənilməsini, arxivləşdirilməsini və auditini təmin etməlidir.
Modul istifadəçilərin sistemə girişlərini, məlumat əlavə etmə, yeniləmə, silmə, təsdiqləmə, geri qaytarma, ixrac etmə, sənəd yükləmə, sənəd silmə və status dəyişmə əməliyyatlarını qeyd etməlidir.
Ümumtəhsil müəssisəsi üzrə modul şagird məlumatları, dərs jurnalı, davamiyyət, qiymətlər, qəbul nəticələri, şəhadətnamələr və valideyn bildirişləri ilə bağlı əməliyyatların qeydiyyatını aparmalıdır.
Orta ixtisas təhsili müəssisəsi üzrə modul tələbə məlumatları, ixtisas və qrup dəyişiklikləri, imtahan nəticələri, praktiki məşğələ və təcrübə məlumatları, diplom sənədləri və bildirişlərlə bağlı əməliyyatları izləməlidir.
Ali təhsil müəssisəsi üzrə modul tələbə məlumatları, fənn qeydiyyatı, qiymətləndirmə, imtahan nəticələri, akademik qərarlar, diplom və transkript məlumatları, kafedra və professor-müəllim heyəti üzrə aparılan əməliyyatların audit izini saxlamalıdır.
Modul imtahan nəticələri, qəbul bildirişləri, sistem mesajları və digər bildirişlərin hansı istifadəçiyə, hansı vaxtda və hansı kanalla göndərildiyinin qeydiyyatını təmin etməlidir. Proqram təminatı | 1 | ay |
| 14 | “Elektron gündəlik və şəxsi kabinet” modulu
Bakı Xoreoqrafiya Akademiyası üçün “Elektron gündəlik və şəxsi kabinet” modulu ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələri üzrə təhsilalanların dərs məlumatlarının, qiymətləndirmələrinin, davamiyyətinin, tapşırıqlarının və müəllim qeydlərinin elektron qaydada təqdim olunmasını təmin etməlidir.
Ümumtəhsil müəssisəsi üzrə modul şagirdlərin dərs mövzuları, ev tapşırıqları, qiymətləndirmələr, müəllim qeydləri, dərs cədvəli və davamiyyət məlumatlarının müəllimlər tərəfindən elektron qaydada daxil edilməsindən sonra şagird və valideynlər üçün “MyCulture” və ya müvafiq elektron platforma vasitəsilə göstərilməsini təmin etməlidir.
Orta ixtisas təhsili müəssisəsi üzrə modul tələbələrin dərs cədvəli, fənn mövzuları, tapşırıqlar, praktiki məşğələlər, qiymətləndirmələr, davamiyyət və müəllim qeydləri barədə məlumatlara şəxsi kabinet vasitəsilə baxışını təmin etməlidir.
Ali təhsil müəssisəsi üzrə modul tələbələrin semestr cədvəli, fənn məlumatları, tapşırıqlar, cari qiymətləndirmələr, imtahan nəticələri, akademik göstəricilər, davamiyyət və müəllim qeydləri ilə tanış olmasını təmin etməlidir.
Modul məlumatların real vaxt rejimində yenilənməsini, təhsilalanlar və valideynlər üçün səlahiyyətə uyğun baxış imkanlarını, giriş nəzarətini və məlumatların təhlükəsiz saxlanılmasını dəstəkləməlidir. Proqram təminatı | 1 | ay |
| 15 | “İstifadəçi təlimatları” modulu
Bakı Xoreoqrafiya Akademiyası üçün “İstifadəçi təlimatları” modulu sistemdə mövcud olan bütün modullar və funksionallıqlar üzrə istifadəçi təlimatlarının hazırlanmasını, strukturlaşdırılmasını, sistem daxilində əlçatan olmasını, yenilənməsini və versiyalaşdırılmasını təmin etməlidir.
Ümumtəhsil müəssisəsi üzrə müəllimlər, sinif rəhbərləri, direktorlar, inzibati heyət, şagirdlər və valideynlər üçün istifadə qaydaları, əməliyyat ardıcıllıqları və funksional izahlar hazırlanmalıdır.
Orta ixtisas təhsili müəssisəsi üzrə tələbələr, müəllimlər, şöbə rəhbərləri, tədris hissəsi və inzibati heyət üçün modul əsaslı istifadə təlimatları formalaşdırılmalıdır.
Ali təhsil müəssisəsi üzrə professor-müəllim heyəti, kafedra əməkdaşları, dekanlıq, tədris şöbəsi, tələbələr və rəhbər heyət üçün sistem funksionallıqlarının istifadəsinə dair təlimatlar hazırlanmalıdır.
Təlimatlar modul, istifadəçi rolu, əməliyyat növü və təhsil səviyyəsi üzrə qruplaşdırılmalı, sistem daxilində axtarış, baxış və yenilənmə imkanları təmin edilməlidir. Proqram təminatı | 1 | ay |
| 16 | “İstifadəçilər üçün təlimlərin keçirilməsi” xidməti
Bakı Xoreoqrafiya Akademiyası üçün “İstifadəçilər üçün təlimlərin keçirilməsi” xidməti Akademiyanın ümumtəhsil müəssisəsi, orta ixtisas təhsili müəssisəsi və ali təhsil müəssisəsi üzrə sistem istifadəçilərinə platformanın modulları və funksionallıqları barədə ilkin və davamlı təlimlərin keçirilməsini təmin etməlidir.
Ümumtəhsil müəssisəsi üzrə müəllimlər, sinif rəhbərləri, direktor və direktor müavinləri, inzibati heyət, şagirdlər və valideynlər üçün elektron jurnal, elektron gündəlik, dərs cədvəli, qiymətləndirmə, davamiyyət və sənəd dövriyyəsi üzrə praktiki təlimlər keçirilməlidir.
Orta ixtisas təhsili müəssisəsi üzrə müəllimlər, tələbələr, şöbə rəhbərləri, tədris hissəsi və inzibati heyət üçün tələbə uçotu, dərs cədvəli, qiymətləndirmə, təcrübə, elektron sənədlər və hesabatlılıq üzrə təlimlər təşkil edilməlidir.
Ali təhsil müəssisəsi üzrə professor-müəllim heyəti, kafedra əməkdaşları, dekanlıq, tədris şöbəsi, tələbələr və rəhbər heyət üçün fənn qeydiyyatı, dərs yükü, elektron jurnal, qiymətləndirmə, akademik göstəricilər, sənəd reyestri və hesabatlılıq üzrə təlimlər keçirilməlidir.
Təlimlər onlayn və ya əyani formatda təşkil edilməli, praktiki istifadə bacarıqlarının formalaşdırılmasını, istifadəçi suallarının cavablandırılmasını və sistemdən səmərəli istifadə üzrə dəstək mexanizmlərini əhatə etməlidir. Proqram təminatı | 1 | ay |
Satınalmalarının 5 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 08 iyl 2026
son qələbə 11 mar 2026
son qələbə 07 yan 2026
son qələbə 18 dek 2025
son qələbə 21 may 2025