Sifarişçi: "İSMAYILLI RAYON MƏRKƏZİ XƏSTƏXANASI" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 2 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
6 satınalma, 5 müxtəlif qalib
Ən çox udan: "SUPPLİMED" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2, 33.3%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.07% ilə 81.06% arasında aşağı düşüblər, medianı 20.57%.
Bu tender üçün bu 31.424 ₼ ilə 26.291 ₼ arasıdır.
6.269 ₼ məbləğindən aşağı heç kim udmayıb.
91 ₼
Sənədlər 25 ₼ + iştirak 66 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
İsmayıllı rayon mərkəzi xəstəxanası üçün tibbi avadanlıq alınması üzrə 6 hissədən ibarət tender. Hər hissədə lampalar, aspirator, elektroterapiya cihazı, defibrilyator və s. kimi yüksəkixtisaslı tibb avadanlıqları təqdim olunur. Təyin olunan göstəricilərə uyğun cihazlar və sistemlər üçün detallı texniki şərtlər verilib.
Lotun açıq mövqelərindən avtomatik hazırlanıb. Tender sənədlərini əvəz etmir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Bakterisid lampa iki lampalı Tip: UV-C bakterisid lampa Güc: 2 × 30 W (60 W) Şüa dalğa uzunluğu: 250-253.7 nm Təyinat sahəsi: 18–22 m² Qidalanma: 220–230 V / 50 Hz Korpus: metal, divar/tavan montajlı İşləmə: yalnız insan olmayan mühitdə Lampanın ömrü: 8000–9000 saat | 10 | ədəd |
| 2 | ATSOS aspirator Cihaz aspirasiya, əməliyyat otağı, reanimasiya və təcili yardım şöbələri tələb edən bütün cərrahi prosedurlarda istifadə üçün uyğun olmalıdır. cihaz mobil və dörd təkərli olmalıdır, bunlardan 2-si əyləcli olmalıdır.Cihazda 134 dərəcədə sterilizə oluna bilən ən azı iki 2 litrlik bankalar olmalıdır.Cihaz dolu qabı boşaldarkən digər bankadan istifadə etməyə imkan verməlidir.(Avtomatik klapanlar sayəsində asanlıqla digər bankaya keçə bilməlidir.)Cihazın banka qapaqlarında daşqın mayenin cihaza getməsinə mane olan qoruyucu olmalıdır. Eyni zamanda cihazın girişlərində hidrofobik filtr olmalı və maye ilə təmasda olduqda vakuumu kəsməlidir.Cihazın əsas gövdəsi ABS plastikdən hazırlanmalı və istənilən zərbəyə davamlı olmalıdır Cihazda 0 ilə 750 mm Hg aralığında (dəniz səviyyəsində) tətbiq olunan vakuum dəyərini izləməyə imkan verən vakuum sayğacı olmalıdır. Cihazda hava sızma sistemi ilə işləyən və vakuum dəyərini tənzimləmək üçün istifadə olunan vakuum tənzimləmə düyməsi olmalıdır.Cihaz quru tipli motora malik olmalıdır və heç bir texniki xidmət tələb etməməlidir.Cihazın vakuum nasosu ən azı 90 lt/dəq hava axını təmin edəcək qədər güclü olmalıdır.Cihaz 220 volt, 50-60 Hz şəbəkə ilə işləməlidir.Maksimum enerji istehlakı maksimum 240 w olmalıdır.Təklif edilən avadanlıq tam komplekt şəkildə, bütün zəruri aksesuarları ilə birlikdə təhvil verilməlidir. | 1 | ədəd |
| 3 |
| Cərrahi lampa bir başlıqlı İşıq mənbəyi: LED texnologiyası. İşıqlanma gücü: 40.000 – 180.000 lux, tənzimlənə bilən. Rəng temperaturu: 3700 – 5000 K, tənzimlənə bilən. Rəng ötürmə indeksi (CRI): 85 – 98, tənzimlənə bilən. İşıq dərinliyi: 50 – 180 sm. Fokus (işıq ləkəsi) diametri: 160 – 280 mm. LED işıq mənbəyinin xidmət müddəti: minimum 80.000 saat. Parlaqlıq səviyyəsi: 1–100% intervalında tənzimlənə bilməlidir. Əməliyyat sahəsində istilik artımı minimum olmalı, cərrahın baş nahiyəsində temperatur artımı 1°C-dən çox olmamalıdır. LED işıq mənbəyi infraqırmızı (IR) və ultrabənövşəyi (UV) şüalanma yaratmamalıdır. LCD idarəetmə paneli vasitəsilə işıqlanma və rəng temperaturunun tənzimlənməsi mümkün olmalıdır. İşıqlanma yaddaş (memory) funksiyasına malik olmalıdır. 360° fırlana bilən balanslaşdırılmış asqı sistemi ilə təchiz olunmalıdır. Qidalanma: AC 100–240 V, 50/60 Hz. Tavan tipli, əməliyyat otaqları üçün nəzərdə tutulmalı və quraşdırma daxil olmalıdır |
| 1 |
| ədəd |
| 4 | Cərrahi lampa iki başlıqlı Konfiqurasiya: iki başlı tavan tipli cərrahi lampa sistemi olmalıdır. İşıqlanma gücü: minimum40.000–180.000 lux, ikinci lampa üçün üçün 30.000–160.000 lux, hər iki başlıq üzrə ayrıca tənzimlənə bilməlidir. Rəng temperaturu: 3700–5000 K, tənzimlənə bilən olmalıdır. Rəng ötürmə indeksi (CRI): 85–98, tənzimlənə bilən olmalıdır. İşıq dərinliyi: 50–180 sm olmalıdır. Fokus (işıq ləkəsi) diametri: 160–280 mm olmalıdır. LED işıq mənbələrinin xidmət müddəti minimum 80.000 saat olmalıdır. Parlaqlıq 1–100% intervalında tənzimlənə bilməlidir. LED işıq mənbəyi infraqırmızı (IR) və ultrabənövşəyi (UV) şüalanma yaratmamalı, cərrahın baş nahiyəsində temperatur artımı 1°C-dən çox olmamalıdır. LCD idarəetmə paneli vasitəsilə işıqlanma və rəng temperaturunun tənzimlənməsi, həmçinin yaddaş funksiyası olmalıdır. 360° fırlana bilən balanslaşdırılmış asqı sistemi ilə təchiz olunmalıdır. Qidalanma: AC 100–240 V, 50/60 Hz. Tavan tipli, əməliyyat otaqları üçün nəzərdə tutulmalı,və başlıqlarından ibarət tam dəst şəklində təchiz edilməli və quraşdırma daxil olmalıdır. | 1 | ədəd |
| 5 | Elektrofarez (Elektroterapiya cihazı) Elektroterapiya (elektrofarez) cihazı fizioterapiya və reabilitasiya prosedurlarının aparılması üçün nəzərdə tutulmalıdır. Cihaz minimum 2 müstəqil elektroterapiya kanalına malik olmalı, minimum 4 düymlük rəngli ekran ilə təchiz edilməlidir. Qurğuda əvvəlcədən təyin olunmuş müalicə protokolları və terapevtik ensiklopediya mövcud olmalıdır. Cihaz proqramlaşdırıla bilən müalicə ardıcıllıqlarını dəstəkləməli, sabit cərəyan və sabit gərginlik rejimlərində işləməlidir. Qurğu qalvanik cərəyan, diadinamik cərəyan, Träbert cərəyanı, faradik cərəyan, neofaradik cərəyan, eksponensial impulslar, artan eksponensial impulslar, düzbucaqlı impulslar, rus stimulyasiyası, stimullaşdırıcı impulslar, trapezoid impulslar, üçbucaq impulslar, kombinə edilmiş impulslar, TENS (Transkutan Elektrik Sinir Stimulyasiyası), NPHV (Yüksək Gərginlikli Nanoimpulslar) və ya ekvivalent yüksək gərginlikli impuls terapiyası, proqramlaşdırılan ardıcıllıqlar, ikiqütblü interferensiya və dördqütblü interferensiya cərəyanı rejimlərini dəstəkləməlidir. Cihaz 100–240 V AC, 50–60 Hz elektrik şəbəkəsi ilə işləməlidir. Standart komplektə minimum 2 ədəd elektrod qoşulma kabeli, 4 ədəd rezin elektrod, elektrodlar üçün süngər örtüklər, elektrodların fiksasiyası üçün kəmərlər dəsti, elektrik adapteri və istifadəçi təlimatı daxil olmalıdır. | 1 | ədəd |
| 6 | Defibilyator Təklif olunan cihaz defibrilyasiya, kardiostimulyasiya (pacing) və sinxron kardioversiya funksiyalarını dəstəkləməlidir. Cihaz manual və AED rejimlərini dəstəkləməli, audio və vizual göstəricilər vasitəsilə istifadəçiyə məlumat verməli, CPR prosesinin real vaxt rejimində izlənməsini və aparılan reanimasiya tədbirlərinin effektivliyinin qiymətləndirilməsini təmin etməlidir. Cihaz rəngli sensor LCD ekranla təchiz olunmalı, ekran ölçüsü minimum 7 düym, eyni zamanda minimum 3 dalğa formasını göstərə bilməli və daxili qeydiyyat (recorder) funksiyasına malik olmalıdır. Cihaz 3 və ya 5 kanallı EKQ monitorinqini dəstəkləməli, CPR zamanı kompressiya təsirlərinin filtrasiya olunmasını təmin edən texnologiyaya malik olmalı və avtomatik test hesabatlarının saxlanmasını təmin etməlidir. Cihaz minimum IP55 səviyyəsində toz və suya qarşı qorunmaya malik olmalıdır. Cihazın çəkisi (akkumulyator daxil olmaqla) maksimum 6 kq dan çox olmamalıdır. Cihaz litium-ion batareya ilə təchiz olunmalı, batareya vəziyyəti LED indikator vasitəsilə göstərilməli və EN/IEC 60601-1 standartına uyğun olmalıdır. Batareya ilə fasiləsiz EKQ monitorinq müddəti ən azı 7 saat olmalıdır.. Cihaz sinxron kardioversiya funksiyasına malik olmalı və enerji ötürülməsi EKQ siqnalında QRS pik nöqtəsinə uyğun şəkildə həyata keçirilməlidir. Cihaz defibrilyasiya üçün çoxfunksiyalı elektrodlar (pads və ya paddles) ilə təchiz olunmalı və daxili qeydiyyat funksiyasına malik olmalıdır. Cihazın enerji seçimi diapazonu minimum 1–360 Joule (J) olmalıdır. Cihaz avtomatik ritm analizi əsasında şokun verilməsini tövsiyə edən AED proqram təminatı ilə təchiz olunmalıdır. Cihaz mərkəzləşdirilmiş monitorinq sisteminə qoşula bilməli və real vaxt rejimində məlumat ötürülməsini təmin etməlidir. Cihaz yüksək keyfiyyətli termal recorder ilə təchiz olunmalı, minimum 3 kanallı dalğa formalarını 6.25–50 mm/s sürət aralığında qeyd edə bilməli, kağız eni minimum 50 mm olmalı və hadisələr, şok, alarm və test məlumatlarının avtomatik qeydini təmin etməlidir. Enerji dəqiqliyi ±2 J və ya seçilmiş dəyərin ±10%-i səviyyəsində olmalıdır. Cihazın işə düşmə müddəti 2 saniyədən az olmalıdır. 200 J enerji səviyyəsinə qədər doldurma müddəti 3 saniyədən az, 360 J üçün isə 7 saniyədən az olmalıdır. EKQ siqnalının bərpa olunma müddəti 2.5 saniyədən az olmalıdır. Pasiyent impedans diapazonu minimum 25–300 Ohm olmalıdır. Sinxron kardioversiya zamanı enerji ötürülməsi QRS pikindən maksimum 60 ms gecikmə ilə həyata keçirilməlidir. | 1 | ədəd |
Satınalmalarının 27 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 31 iyl 2026
son qələbə 10 iyl 2026
son qələbə 22 may 2026
son qələbə 07 may 2026
son qələbə 03 dek 2025