Sifarişçi: "AZƏRİSTİLİKTƏCHİZAT" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
Bu sifarişçidə eyni kateqoriyada 13 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
8 satınalma, 7 müxtəlif qalib
Ən çox udan: "STEEL MATERIALS" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 25%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.05% ilə 81.06% arasında aşağı düşüblər, medianı 16.63%.
Bu tender üçün bu 5.388 ₼ ilə 4.702 ₼ arasıdır.
1.068 ₼ məbləğindən aşağı heç kim udmayıb.
36 ₼
Sənədlər 25 ₼ + iştirak 11 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | İki keçid xətli, iki istiqamətli tripod turniketin alınması və quraşdırılması Bir ümumi mərkəzi gövdəyə malik, 2 müstəqil keçid xəttindən ibarət olmalı; hər iki keçid xətti bir-birindən müstəqil və eyni vaxtda işləməli, hər keçid xətti üzrə iki istiqamətli giriş və çıxış təmin edilməlidir; 2 ədəd müstəqil, hər biri 3 qollu tripod mexanizminə malik olmalıdır; gövdə minimum AISI 304 paslanmayan poladdan hazırlanmalıdır; hər keçid xətti üzrə keçid eni minimum 500 mm, keçid qabiliyyəti minimum 25 nəfər/dəqiqə olmalıdır; hər keçid xəttinin hər iki tərəfində kart oxuyucuların quraşdırılması imkanı olmalı və ümumilikdə 4 ədəd kart oxuyucunun quraşdırılmasını dəstəkləməlidir; zərurət yarandıqda barmaq izi oxuyucusunun quraşdırılmasına imkan verməlidir; hər iki tərəfdə yaşıl/qırmızı LED istiqamət göstəriciləri olmalıdır; sərbəst keçid, idarə olunan keçid və bloklanmış keçid rejimlərini dəstəkləməlidir; anti-panik funksiyasına malik olmalı, enerji kəsildikdə və ya yanğın siqnalı zamanı qolların sərbəstləşməsini təmin etməlidir; girişə nəzarət sistemi ilə inteqrasiyanı dəstəkləməlidir; qidalanma 220 V AC, 50 Hz və ya uyğun enerji bloku ilə 12/24 V DC olmalıdır; zəmanət müddəti minimum 12 ay olmalıdır; təchizatın tərkibinə turniketin obyekt ərazisində quraşdırılması, mexaniki bərkidilməsi, enerji və idarəetmə bağlantılarının həyata keçirilməsi, kart oxuyucuların quraşdırılması, girişə nəzarət sisteminə qoşulması və ilkin sazlanması, sistemə inteqrasiya, proqramlaşdırma və sınaq işləri daxil edilməlidir.Texniki heyətin səfəri, quraşdırma, sazlama və istismara vermə ilə bağlı bütün xərclər daxil edilməlidir. | 1 | ədəd |
| 2 | Kontaktsız kart oxuyucu Girişə nəzarət və keçid idarəetmə sistemlərində istifadə üçün nəzərdə tutulmuş kontaktsız kart oxuyucu olmalıdır; 13.56 MHz tezlikdə işləməli və MIFARE/M1 kartlarını dəstəkləməlidir; minimum 50 mm oxuma məsafəsinə malik olmalıdır; RS-485 və/və ya Wiegand interfeysini, üstünlük olaraq OSDP protokolunu dəstəkləməli və girişə nəzarət sisteminə inteqrasiya edilə bilməlidir; tamper funksiyasına, işıq və səs indikatorlarına malik olmalıdır; 12 VDC ilə işləməli, enerji sərfiyyatı maksimum 2 W olmalıdır; mühafizə dərəcəsi minimum IP65, iş temperaturu isə minimum -20°C – +60°C olmalıdır; divarüstü və turniket üzərində quraşdırmaya uyğun olmalıdır. Təchizatın tərkibinə oxuyucunun turniket üzərində mexaniki quraşdırılması, enerji və məlumat rabitəsinin qoşulması, girişə nəzarət sisteminə inteqrasiyası, ilkin sazlanması və funksional sınağı daxil edilməli, avadanlıq tam işlək vəziyyətdə təhvil verilməlidir. Texniki heyətin səfəri, quraşdırma, sazlama və istismara vermə ilə bağlı bütün xərclər daxil edilməlidir. | 2 | ədəd |
| 3 | İki tezlikli kontaktsız giriş kartı Standart plastik giriş kartı formatında, kontaktsız identifikasiya üçün nəzərdə tutulmuş iki tezlikli RFID kart olmalıdır; eyni fiziki kart üzərində 13.56 MHz MIFARE 1K və 125 kHz EM texnologiyalarını dəstəkləməlidir; MIFARE hissəsi minimum 1 KB yaddaş tutumuna malik olmalıdır; 13.56 MHz interfeys ISO/IEC 14443A standartına uyğun olmalıdır; 125 kHz interfeys EM tipli identifikasiya sistemləri ilə uyğun olmalıdır; kart girişə nəzarət, turniket və digər fiziki giriş sistemlərində istifadə üçün uyğun olmalıdır; kartın ölçüləri standart ISO/IEC 7810 ID-1 formatına uyğun olmalıdır; kart PVC və ya ekvivalent davamlı materialdan hazırlanmalı, gündəlik istifadə zamanı mexaniki təsirlərə davamlı olmalıdır; kartın üzərində istifadəçi məlumatlarının və/və ya nömrələnmənin qeyd olunmasına imkan verilməlidir; təqdim edilən kartlar eyni texniki xüsusiyyətlərə malik və girişə nəzarət sistemində proqramlaşdırılaraq istifadəyə hazır vəziyyətdə təqdim edilməlidir. Texniki heyətin səfəri, quraşdırma, sazlama və istismara vermə ilə bağlı bütün xərclər daxil edilməlidir. | 150 | ədəd |
| 4 | Keçid sistemi üçün qoruyucu məhəccər Giriş-çıxış keçid zonasının fiziki istiqamətləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və turniket ətrafında açıq qalan sahələrin qorunması məqsədilə nəzərdə tutulmuş, möhkəm və korroziyaya davamlı konstruksiyadan hazırlanmış qoruyucu məhəccər olmalıdır. Məhəccərin konstruksiyası turniketin quraşdırılmasından sonra keçid zonasında açıq qalan hissəyə uyğunlaşdırılmalı və mövcud sahənin ölçülərinə əsasən hazırlanmalıdır. Layihə üzrə divardan-divara ümumi keçid sahəsinin uzunluğu təxminən 3 metr təşkil etdiyindən, turniketin faktiki quraşdırılmasından sonra keçid zonasının açıq qalan hissələrində yaranan sahənin ölçüsünə uyğun məhəccər konstruksiyası təmin edilməlidir. Məhəccər divardan-divara bütöv konstruksiya şəklində nəzərdə tutulmamalı, yalnız turniket quraşdırıldıqdan sonra açıq və qorunması tələb olunan hissələrin bağlanması üçün tətbiq edilməlidir. Konstruksiya döşəməyə etibarlı və möhkəm bərkidilməyə, intensiv istifadəyə və mexaniki təsirlərə davamlı olmalı, istifadəçilərin keçidinə maneə yaratmamalıdır. Məhəccərin bütün bərkidici və montaj elementləri təchizatın tərkibinə daxil edilməlidir. Quraşdırma işləri turniketin quraşdırılmasından sonra faktiki açıq qalan sahənin ölçülərinin müəyyənləşdirilməsi, məhəccərin həmin ölçülərə uyğun hazırlanması, yerində montajı, döşəməyə bərkidilməsi və tam təhlükəsiz və dayanıqlı vəziyyətdə təhvil verilməsini əhatə etməlidir.Texniki heyətin səfəri, quraşdırma, sazlama və istismara vermə ilə bağlı bütün xərclər daxil edilməlidir. | 1 | ədəd |
Satınalmalarının 64 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 07 iyl 2026
son qələbə 01 okt 2026
son qələbə 02 iyn 2026
son qələbə 07 okt 2025
son qələbə 30 iyl 2026