Sifarişçi: “DÖVLƏT MƏŞĞULLUQ AGENTLİYİ“ PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 2 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
23 satınalma, 16 müxtəlif qalib
Ən çox udan: "EXCELLENT TRADE" QAPALI SƏHMDAR CƏMİYYƏTİ (4, 17.4%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 91.69% arasında aşağı düşüblər, medianı 15.9%.
Bu tender üçün bu 144.607 ₼ ilə 127.398 ₼ arasıdır.
12.588 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Bu elan çoxşaxəli tədbirin təşkili üçün geniş çeşidli xidmətlər üzrə satınalmadır. Tədbir üç regionda (Bakı, Şəki-Zaqatala, Naxçıvan iqtisadi rayonları) keçiriləcək və yerin seçimi, təşkili, səsləndirilməsi, səhnə quruluşu, münsif və mentorların cəlbi, səs və video çəkilişlər, çap və promo materiallar, könüllü idarəçiliyi, texniki avadanlıq və proqram təminatı kimi çoxsaylı sahələri əhatə edir. Brendləşmə tələbləri və tərəfdaş loqoların daxil edilməsi, spesifik ölçülü vizuallar, brendvol və sərhədsiz tələblər var. Həmçinin, 120-dən çox iştirakçı üçün qeydiyyat və qiymətləndirmə mexanizmləri, 44 uyğun namizədin seçilməsi kimi mürəkkəb istiqamətlər də daxildir.
Lotun açıq mövqelərindən avtomatik hazırlanıb. Tender sənədlərini əvəz etmir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Tədbir məkanının tapılması və tədbirin konseptinə uyğun tədbir yerinin hazırlanması üzrə xidmətlər Üç fərqli regionda (Bakı, Şəki - Zaqatala və Naxçıvan iqtisadi rayonları) keçiriləcək tədbirlərin baş tutacağı yer icraçı tərəfindən minimum 15 gün öncə sifarişçiyə təqdim olunmalı, sifarişçinin razılığı əsasında yer tədbirdən 1 gün əvvəl saat 17:00-dan etibarən tədbirin keçirildiyi 2 (iki) gün də daxil olmaqla bron edilməlidir. Tədbirin qapalı məkanda olması nəzərə alınmalıdır. Masalar arası keçid məsafəsi minimum 1.5m, səhnə qarşısında isə açıq baxış zonası saxlanılmalıdır. Seçilmiş yerdə 16 ədəd masa (11 ədəd iştirakçı masası, 3 ədəd münsif masası, 1 ədəd mentorlar üçün əlavə masa, 1 ədəd rəsmi qonaqlar üçün masa) təmin edilməlidir. İştirakçı masaları ətrafında 4 iştirakçı və 1 mentor üçün ümumilikdə 5 stul yerləşdirilməlidir. Münsiflər masası təmin edilməlidir. Münsiflər masası arxasında 3 ədəd arxa söykənəcəkli, döndərilə bilən kreslo təmin edilməlidir. Tədbir müddətində 74 nəfər (44 iştirakçı, 3 münsif, 6 mentor, 1 aparıcı, 10 könüllü, 10 təşkilati komanda) üçün 2 gün, hər gün üzrə 2 dəfə çay-kofe fasiləsi və 1 dəfə nahar təmin edilməlidir. ( 2 dəfə çay-kofe fasiləsi - 3 növ kanape, 3 növ şirniyyat, çay, kofe, meyvə şirəsi, qazlı və qazsız su xidmətlə birlikdə, nahar - 2 növ soyuq qəlyanaltı, 2 növ isti qəlyanaltı, 2 növ isti yemək, mevrə şirələri, qazlı/qazsız su xidmət ilə birlikdə) VİP qonaqlar üçün minimum 6 nəfərlik görüş otağı və ayrıca qidalanma zonası təmin edilməlidir. Fasilələrin vaxtı tədbirin proqramına uyğun müəyyənləşdirilməli və sifarişçi ilə əvvəlcədən razılaşdırılmalıdır. Menyu əvvəlcədən hazırlanmalı, sifarişçi ilə razılaşdırılaraq təsdiq edilməlidir. Xidmət tədbirin proqramına uyğun vaxtda, fasiləsiz və operativ şəkildə təmin edilməlidir. Əsas zalda 80 nəfər üçün hər gün 1 ədəd olmaqla 0.5 lt qazsız mineral su masa üzərində əvvəlcədən yerləşdirilməli və hər fasilədə yenilənməlidir. Stəkanlar tədbir müddətində fasiləsiz təmin edilməlidir. | 3 | ədəd |
| 2 |
| Təbliğat stendlərinin qurulması Tədbir müddətində kontentə uyğun olaraq əmək bazarında peşələrin və xidmətlərin nümayiş edilməsi üçün təbliğat stendləri qurulmalıdır. Stendlər 5 ədəd düzbucaqlı masa və hər masa ətrafında 4 ədəd stulla təmin edilməlidir. Masada layihənin brendinqinə uyğun örtük olmalıdır. |
| 3 |
| ədəd |
| 3 | Tədbir səhnəsinin qurulması və səhnənin idarə edilməsi üzrə xidmətlər Əsas zalda proyektor ( 4x3m ölçüdə ) 2 gün müddətinə tədbirdən bir gün öncə 17:00-dan etibarən quraşdırılmalıdır. Quraşdırılacaq proyektorun ölçülərinə və layihənin brendinqinə uyğun olaraq, müvafiq hündürlükdə podiumlu səhnə qurulmalı və üzlənməlidir. Proyektorun tədbir müddətində fasiləsiz idarə olunması üçün mütəxəssis təmin edilməlidir. Proyektorun fasiləsiz və sinxron idarə olunması məqsədilə 1 əsas idarəedici kompüter təmin edilməlidir. Texniki nasazlıq hallarına qarşı bütün səhnə materiallarının (təqdimatlar, videolar, animasiyalar və digər vizual kontent) yüklü olduğu 1 rezerv kompüter hazır vəziyyətdə saxlanılmalıdır. | 3 | ədəd |
| 4 | Tədbir səhnəsinin qurulması və səhnənin idarə edilməsi üzrə xidmətlər Proyektorun sağ və sol tərəfində layihənin brendinqinə uyğun dizaynda hər biri 200x100 sm ölçüdə 2 ədəd Roll Up yerləşdirilməlidir. Dizaynda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin və "İdeaton"un loqoları daxil edilməlidir. | 3 | ədəd |
| 5 | Tədbirin səs sisteminin qurulması və idarə edilməsi üzrə xidmətlər Əsas zalda tədbir iştirakçılarını əhatə edəcək minimum 4 ədəd səsgücləndirici təmin edilməli və tədbir müddətində səs mütəxəssisi tərəfindən idarə edilməlidir. | 6 | gün |
| 6 | Tədbirin səs sisteminin qurulması və idarə edilməsi üzrə xidmətlər Əsas zalda aparıcı və iştirakçılar üçün 3 ədəd, münsif masaları və tribuna üçün isə 4 ədəd mikrofon icarə edilərək təmin edilməlidir. | 6 | gün |
| 7 | Tədbirin səs sisteminin qurulması və idarə edilməsi üzrə xidmətlər Səhnədə layihənin brendinqinə uyğun dizaynda 1 ədəd tribuna təmin edilməlidir. | 6 | gün |
| 8 | Münsif və mentorların cəlb edilməsi, koordinasiyası və logistikası üzrə xidmətlər Tədbirdə 3 münsifin iştirakı icraçı tərəfindən təmin edilməlidir. Münsiflər aşağıdakı tələblərə cavab verməlidir: - Uğurlu startapın təsisçisi (founder) və ya rəhbər vəzifədə çalışan mütəxəssis olmalıdır. - Minimum 3 il peşəkar iş təcrübəsinə malik olmalıdır. - İnnovasiya, sahibkarlıq və ya layihə idarəetməsi sahəsində praktik təcrübəyə sahib olmalıdır. Münsiflərin siyahısı əvvəlcədən hazırlanmalı və sifarişçi ilə razılaşdırılmalıdır. Münsiflərin tədbirdə fasiləsiz iştirakını təmin etmək məqsədilə logistika və təşkilati məsələlər icraçı tərəfindən əvvəlcədən planlaşdırılmalıdır. | 9 | nəfər |
| 9 | Münsif və mentorların cəlb edilməsi, koordinasiyası və logistikası üzrə xidmətlər Tədbir çərçivəsində biznes, marketinq, pitch deck hazırlanması, məhsul dizaynı, proqramlaşdırma və süni intellekt (AI) istiqamətlərində mentor dəstəyi icraçı tərəfindən təmin edilməlidir. Hər istiqamət üzrə 1 mentor olmaqla ümumilikdə 6 mentorun iştirakı təmin olunmalıdır. Mentorlar aşağıdakı tələblərə cavab verməlidir: - Minimum bakalavr təhsilinə malik olmalıdır - Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinə sahib olmalıdır - Praktiki bilik və təcrübəyə əsaslanan mentorluq bacarıqlarına malik olmalıdır Mentorların siyahısı əvvəlcədən hazırlanmalı və sifarişçi ilə razılaşdırılmalıdır. Mentorların komandalarla iş formatı və vaxt bölgüsü əvvəlcədən müəyyən edilməli və tədbir proqramında əks etdirilməlidir. | 18 | nəfər |
| 10 | Münsif və mentorların cəlb edilməsi, koordinasiyası və logistikası üzrə xidmətlər Şəki - Zaqatala və Naxçıvan iqtisadi rayonlarında keçiriləcək tədbirlər üçün 3 (üç) münsif və 6 (altı) mentorun gediş-gəliş və qalması xərcləri icraçı tərəfindən qarşılanmalıdır. Hər iki regionda münsif və mentorların qalması 1 (bir) gecə, 2 (iki) gün uyğun oteldə təmin edilməlidir. Tədbirlərlə bağlı bütün logistika məsələləri əvvəlcədən planlaşdırılmalı və Sifarişçi ilə razılaşdırılmalıdır. | 2 | ədəd |
| 11 | Peşəkar tədbir aparıcısının cəlb edilməsi və koodinasiya edilməsi üzrə xidmətlər Tədbirin proqramına uyğun tədbirin gedişatını tənzimləyən, tədbirin konseptinə uyğun olaraq tədbiri idarə edən peşəkar aparıcı cəlb edilməlidir. Aparıcının nitqi öncədən hazırlanmalı, sifarişçi ilə təsdiqlənməli və hər tədbirdən ən azı 2 gün öncədən məşq edilməsi nəzərə alınmalıdır. Cəlb ediləcək aparıcının müvafiq sahə üzrə ən azı 3 il, həmçinin oxşar tədbirlərdə iştirakı üzrə təcrübəsi olmalıdır. | 3 | nəfər |
| 12 | Mükafatlar və hədiyyələrin təmini üzrə xidmətlər Tədbirin brendinq tələblərinə uyğun olaraq qalib komandaların iştirakçıları üçün 3 (üç) fərqli növdə elektron cihazlar (Power Bank, Simsiz qulaqlıq, elektron qol saatı, Yaddaş kartı və s seçilə bilər.) 15 (on beş) ədəd, ümumilikdə üç tədbir üçün 45 (qırx beş) ədəd təmin edilməlidir. Mükafatlar icraçı tərəfindən hazırlanmalı və sifarişçi tərəfindən təsdiq olunmalıdır. | 45 | ədəd |
| 13 | Musiqi fəaliyyətlərinin təşkili və koordinasiya edilməsi üzrə xidmətlər Şəki - Zaqatala və Naxçıvan iqtisadi rayonlarıında hər bir tədbir çərçivəsində minimum 2 (iki) səhnə çıxışı təşkil edilməlidir. Səhnə proqramına minimum 1 (bir) rəqs çıxışı və minimum 1 (bir) musiqi çıxışı daxil olmalıdır. Rəqs çıxışı minimum 2 (iki) nəfər rəqqas tərəfindən ifa edilməlidir. Musiqi proqramı isə 1 solo ifa və minimum 1 (bir) qrup ifasından ibarət olmalıdır. Qrup ifası minimum 2 (iki) peşəkar ifaçı tərəfindən təqdim edilməlidir. Bakı şəhərində keçiriləcək tədbirin qapanış mərasimində isə peşəkar DJ xidməti təmin edilməlidir. Hər çıxışın müddəti, repertuarı və formatı əvvəlcədən sifarişçi ilə razılaşdırılmalıdır. | 3 | ədəd |
| 14 | Tədbirin foto çəkilişi xidmətinin təşkil edilməsi "İdeaton"un konseptinə uyğun olaraq minimum 1 fotoqraf tərəfindən tədbirin foto çəkilişləri aparılmalıdır. Tədbir müddətində minimum 20 tam işlənmiş şəkil, tədbir bitdikdən sonra 3 gün ərzində isə tədbirin əsas hissələrini əhatə edən minimum 50 tam işlənmiş şəkil sifarişçiyə təhvil verilməlidir. | 3 | ədəd |
| 15 | Tədbirin video çəkilişi xidmətinin təşkil edilməsi Tədbirin keçiriləcəyi məkana uyğun olaraq tədbir müddətində (2 gün) minimum 1 statik, 1 dinamik kamera ilə tədbirin sinxron video çəkilişi aparılmalıdır. Sinxron çəkilən video tədbir bitdikdən sonra 5 gün ərzində montaj edilərək sifarişçiyə təqdim olunmalıdır. Hər tədbir üçün aşağıdakı video materiallar hazırlanmalıdır: - Tədbirin əsas hissələrini əhatə edən 3 dəqiqəlik hesabat videosu - Həmin videonun 1 dəqiqəyə qısaldılmış versiyası - Dron çəkilişi (tədbir ərazisinin ümumi görünüşü) - Hazırlıq mərhələsindən tədbirın sonunadək sürətləndirilmiş (time-lapse) çəkiliş | 3 | ədəd |
| 16 | Tədbirin video çəkilişi xidmətinin təşkil edilməsi Yekun tədbir üçün əlavə olaraq 3 regionun nəticələrini əhatə edən 3 dəqiqəlik yekun hesabat videosu hazırlanmalıdır. Bütün video materialların montajı zamanı sifarişçinin təsdiq etdiyi konsept və brendinq tələblərinə riayət edilməlidir. | 1 | ədəd |
| 17 | Tədbirin açılış videoçarxının hazırlanması Tədbirin dinamik və kreativ açılış videosu hazırlanmalıdır. Bu video tədbirin açılışı zamanı ekranlarda nümayiş etdiriləcəkdir. Videonun senarisi icraçı tərəfindən təqdim olunmalı və sifarişçi ilə razılaşdırılmalıdır. Açılış videosunun minimum 1 dəqiqə olması nəzərdə tutulur. | 3 | ədəd |
| 18 | Foto və video materiallarının təhvil verilməsi 3 (üç) məkanda keçiriləcək tədbirlər çərçivəsində hazırlanmış bütün foto, video, qrafik materiallar, montaj faylları və digər rəqəmsal kontent tam həcmdə Sifarişçiyə təhvil verilməlidir. Tədbirlər üzrə hazırlanmış bütün materiallar minimum 4 TB tutuma malik yeni xarici yaddaş qurğusunda (Hard Disk) sistemləşdirilmiş şəkildə təqdim edilməli, fayllar tədbirin keçirildiyi məkan, tarix, məzmun və fayl növlərinə uyğun olaraq ayrı-ayrı qovluqlarda yerləşdirilməlidir. Təhvil verilən materiallar tam keyfiyyətdə və orijinal formatda təqdim edilməlidir. | 1 | ədəd |
| 19 | Ekran üçün vizuallar hazırlanması Tədbir çərçivəsində istifadə olunmaq məqsədilə ümumilikdə 30 (otuz) ədəd statik və mouşn vizual hazırlanmalıdır. Vizuallar tədbirin əsas vizualını, açılış və bağlanış vizuallarını, rəsmi qonaqların və komandaların səhnə çıxışları üçün vizualları, eləcə də bədii hissə üçün nəzərdə tutulmuş vizualları əhatə etməlidir. Hazırlanacaq bütün vizuallar tədbirin vahid vizual konsepsiyasına və brendinq tələblərinə uyğun hazırlanmalı, istehsaldan əvvəl sifarişçi ilə razılaşdırılmalı və təsdiq edilməlidir. | 90 | ədəd |
| 20 | Rəqəmsal media marketinq xidmətləri "İdeaton"un ümumi konseptinə uyğun olaraq rəqəmsal media üçün kommunikasiya və məzmun planı hazırlanmalıdır. Plan minimum 2 aylıq dövrü əhatə etməli, kontent planla birlikdə sifarişçi ilə razılaşdırılmalı və marketinq fəaliyyətlərinin idarə edilməsi bu müddət ərzində icra edilməlidir. Plan çərçivəsində aşağıdakı minimal tələblər nəzərə alınaraq rəqəmsal media marketinq xidmətləri təmin edilməlidir: 1. 3 tədbirinin hər biri üçün 5 gün öncədən məhz həmin region üçün sosial mediada (Instagram — DMA və Karyera Müşaviri səhifələri) düzgün hədəf kütləsi seçilərək reklamlar yerləşdirilməli və tədbir haqqında marifləndirmə işləri aparılmalıdır. Həmçinin, tədbirin keçiriləcəyi məkan, tarix və digər vacib məlumatlar çatdırılmalıdır. 2. Hər tədbir bitdikdən sonra minimum 1 ay müddətində sosial media kanallarında post-PR işləri aparılmalıdır. Belə paylaşımların həftəlik minimum 1 ədəd olması planlaşdırılmalıdır; 3. Hər tədbirdə xüsusi ayrılmış 1 nəfər tərəfindən sosial media kanallarında aktiv foto və qısa video storiler paylaşılmalıdır. Belə paylaşımların hər tədbir üçün minimum 20 ədəd olması planlaşdırılmalıdır. Tədbir günü DMA və Alo Karyera səhifələrindən canlı story-lər çəkilməli və paylaşılmalıdır 4. Tədbirin məlumatlandırma və iştirakçı cəlbetmə effektivliyinin artırılması məqsədilə sosial media platformalarında paylaşılmış 30 ədəd post və video material (Bakı tədbiri üçün 2 ədəd, Şəki - Zaqatala və Naxçıvan iqtisadi rayonları tədbirləri üçün isə hər biri üçün 1 ədəd olmaqla) ümumilikdə 4 ədəd tanıtım videosu — cəmi 34 material hər biri 50 AZN məbləğində ödənişli reklam (sponsored content) formatında yayımlanmalıdır (34 ədəd x 50 AZN). Bütün videoların ssenarisi icraçı tərəfindən hazırlanmalı və sifarişçi ilə razılaşdırılmalıdır. | 3 | ədəd |
| 21 | İştirakçıların qeydiyyatı, seçimi, qiymətləndirilmə mexanizmi və məlumatlandırılması üzrə xidmətlər İcraçı tərəfindən onlayn qeydiyyat mexanizmi qurulmalıdır. Sistem həm 4 nəfərlik komanda şəklində, həm də fərdi müraciətlərə imkan verməlidir. Müraciət edən minimum 120 nəfər iştirakçı sifarişçi ilə razılaşdırılmış meyarlar əsasında qiymətləndirilməli, nəticədə 44 uyğun namizəd seçilərək sifarişçi ilə razılaşdırılmalıdır. İcraçı tərəfindən Dövlət Məşğulluq Agentliyinin orta və uzunmüddətli strateji hədəflərinə uyğun olaraq 5 mövzu istiqaməti müəyyənləşdirilərək sifarişçiyə təqdim edilməlidir. Təqdim olunmuş mövzu istiqamətləri üzrə iştirakçıların ideyalarının toplanması məqsədilə qeydiyyat sisteminə ideya toplama modulu əlavə edilməli, daxil olan ideyalar və iştirakçılara dair məlumatlar toplanaraq sifarişçiyə təqdim edilməlidir. | 3 | ədəd |
| 22 | İştirakçıların qeydiyyatı, seçimi, qiymətləndirilmə mexanizmi və məlumatlandırılması üzrə xidmətlər İcraçı tədbirin iştirakçılarının qiymətləndirmə mexanizmini qurmalı, balların həmin mexanizmin üzrə hesablanması, müvafiq şablonda yığılmasını və təqdim edilməsini təmin etməlidir. Komandaları qiymətləndirmə mexanizmi müəyyən meyarlar üzrə qurulmalı və sifarişçiyə təqdim edilərək razılaşdırılmalıdır. | 3 | ədəd |
| 23 | İştirakçıların qeydiyyatı, seçimi, qiymətləndirilmə mexanizmi və məlumatlandırılması üzrə xidmətlər Tədbirdən əvvəl və tədbir günü proqramın gedişində (qeydiyyat, fasilələr, proqram dəyişiklikləri və digər zəruri məlumatlandırmalar) və tədbirdən sonra iştirakçıların məlumatlandırılması məqsədilə 500 SMS bildiriş xidməti təmin edilməlidir. Şablon SMS formaları icraçı tərəfindən hazırlanmalı və sifarişçi ilə razılaşdırılmalıdır. Tədbirlə bağlı məlumatlar əvvəlcədən müəyyən edilmiş zaman aralıqlarında iştirakçılara, mentorlara, münsiflərə və qonaqlara göndərilməlidir. | 3 | ədəd |
| 24 | Çap və promo materialların dizaynlarının hazırlanması və istehsalı üzrə xidmətlər Tədbir üçün 3000x6000mm ölçüdə brendvol çap edilməlidir. Dizaynda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin və "İdeaton"un loqoları daxil edilməlidir. Brendvolun ölçüsü nəzərə alınaraq aşma riskinə qarşı müvafiq təhlükəsizlik tədbirləri görülməlidir. | 3 | ədəd |
| 25 | Çap və promo materialların dizaynlarının hazırlanması və istehsalı üzrə xidmətlər Hər tədbir məkanı üçün 12 (on iki) ədəd daşına bilən, ayaqlı flipçart lövhəsi və yazı üçün ən azı 4 rəngdən ibarət marker dəsti təqdim edilməlidir. (İcarə) | 3 | ədəd |
| 26 | Çap və promo materialların dizaynlarının hazırlanması və istehsalı üzrə xidmətlər "İdeaton"un brendinqinə uyğun olaraq tədbirdə iştirak etmiş iştirakçılar üçün sertifikatlar çap edilməlidir. Dizaynda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin və "İdeaton"un loqoları daxil edilməlidir. Texniki parametrlər: A4 ölçüdə (210 × 297 mm), 300 qr/m² mat kuşe kağızdan istifadə edilməlidir. Dizayn sifarişçi ilə razılaşdırılmalıdır. | 96 | ədəd |
| 27 | Çap və promo materialların dizaynlarının hazırlanması və istehsalı üzrə xidmətlər "İdeaton"un brendinqinə uyğun olaraq tədbirdə qalib gəlmiş iştirakçılar üçün sertifikatlar çap edilməlidir. Dizaynda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin və "İdeaton"un loqoları daxil edilməlidir. Texniki parametrlər: A4 ölçüdə (210 × 297 mm), 300 qr/m² mat kuşe kağızdan istifadə edilməlidir. Dizayn sifarişçi ilə razılaşdırılmalıdır. | 36 | ədəd |
| 28 | Çap və promo materialların dizaynlarının hazırlanması və istehsalı üzrə xidmətlər "İdeaton"un brendinqinə uyğun olaraq tədbir iştirakçıları və qonaqlar üçün tədbirin gündəlik proqramı (agenda) çap edilməlidir. Texniki parametrlər: A4 formatında çap edilərək bir dəfə ortadan qatlanmış, hazır ölçüsü A5 (148 × 210 mm), 2 səhifə, 170 qr/m² mat kuşe kağızdan istifadə edilməklə çap edilməlidir. Dizayn "İdeaton"un brendinqinə uyğun hazırlanmalı və sifarişçi ilə razılaşdırılmalıdır. | 240 | ədəd |
| 29 | Çap və promo materialların dizaynlarının hazırlanması və istehsalı üzrə xidmətlər "İdeaton"un brendinqinə uyğun olaraq proqram iştirakçılarına promo məqsədli paylamaq üçün plastik qələmlər hazırlanmalıdır. Texniki parametrlər: Plastik korpuslu, minimum 14 sm uzunluğunda, mavi mürəkkəbli, avtomatik mexanizmli, üzərində "İdeaton"un loqosu və brend elementləri tətbiq edilməlidir. | 240 | ədəd |
| 30 | Çap və promo materialların dizaynlarının hazırlanması və istehsalı üzrə xidmətlər "İdeaton"un brendinqinə uyğun olaraq proqram iştirakçılarına promo məqsədli paylamaq üçün bloknotlar hazırlanmalıdır. Texniki parametrlər: A5 ölçüdə (148 × 210 mm), minimum 50 vərəqli, spiral cildli. Dizayn "İdeaton"un brendinqinə uyğun hazırlanmalı və sifarişçi ilə razılaşdırılmalıdır. | 240 | ədəd |
| 31 | Çap və promo materialların dizaynlarının hazırlanması və istehsalı üzrə xidmətlər "İdeaton"un brendinqinə uyğun olaraq rəsmi qonaqlar, mentorlar, münsiflər və komandalar üçün 290x110mm ölçüdə plastik ad lövhələri təmin edilməlidir. Daxili kağızın dizaynı və çapı icraçı tərəfindən həyata keçirilməlidir. | 15 | ədəd |
| 32 | Çap və promo materialların dizaynlarının hazırlanması və istehsalı üzrə xidmətlər "İdeaton"un brendinqinə uyğun olaraq proqram iştirakçıları (iştirakçılar, təşkilatçılar, mentorlar, aparıcı, münsiflər və s.) üçün badgelər çap edilməlidir. | 240 | ədəd |
| 33 | Çap və promo materialların dizaynlarının hazırlanması və istehsalı üzrə xidmətlər "İdeaton"un brendinqinə uyğun olaraq proqram iştirakçıları (iştirakçılar, təşkilatçılar, mentorlar, aparıcı, münsiflər və s.) üçün və qalib komandaların mükafatlarının təqdim edilməsi üçün tədbirin brend elementləri tətbiq edilməklə kağız çantalar dizayn və çap edilməlidir. Çantalar A4 ölçüdə (210 × 297 mm) minimum 230 qr bristol kağızdan, laminasiya ilə hazırlanmalıdır. | 240 | ədəd |
| 34 | Çap və promo materialların dizaynlarının hazırlanması və istehsalı üzrə xidmətlər "İdeaton"un brendinqinə uyğun olaraq proqram iştirakçılarına promo məqsədli paylamaq üçün polo köynəklər hazırlanmalıdır. Dizaynda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin və "İdeaton"un loqoları daxil edilməlidir. | 132 | ədəd |
| 35 | Çap və promo materialların dizaynlarının hazırlanması və istehsalı üzrə xidmətlər Münsif masası, mentor masası, komanda masaları və qonaqlar üçün masa örtükləri hazırlanmalıdır. | 48 | ədəd |
| 36 | Çap və promo materialların dizaynlarının hazırlanması və istehsalı üzrə xidmətlər Münsiflər tərəfindən iştirakçıların onlayn qiymətləndirilməsi məqsədilə xalların onlayn daxil edilməsini, avtomatik toplanmasını və yekun nəticənin təqdim olunmasını təmin edən vahid elektron qiymətləndirmə sistemi, həmçinin tədbirin tələblərinə uyğun fərdiləşdirilməsi (sazlanması) və idarə olunması | 3 | ədəd |
| 37 | Könüllülərin cəlb olunması üzrə xidmətlər Tədbir müddətində yönləndirmə, qonaqların qarşılanması və digər təşkilati proseslərin icrası məqsədilə 10 nəfər könüllü icraçı tərəfindən təmin edilməlidir. | 30 | nəfər |
| 38 | Könüllülərin cəlb olunması üzrə xidmətlər Könüllülərin fəaliyyətinin koordinasiyası üçün 1 nəfər məsul koordinator ayrılmalıdır. | 3 | nəfər |
| 39 | Könüllülərin cəlb olunması üzrə xidmətlər "İdeaton"un brendinqinə uyğun olaraq könüllülər üçün xüsusi dizayn edilmiş t-shirtlər hazırlanmalıdır. | 30 | ədəd |
| 40 | Könüllülərin cəlb olunması üzrə xidmətlər "İdeaton"un brendinqinə uyğun olaraq könüllülər üçün xüsusi dizayn edilmiş kepkalar hazırlanmalıdır. | 30 | ədəd |
| 41 | Könüllülərin cəlb olunması üzrə xidmətlər "İdeaton"un brendinqinə tədbirdə iştirak etmiş könüllülər üçün sertifikatlar çap edilməlidir. Dizaynda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin və "İdeaton"un loqoları daxil edilməlidir. Texniki parametrlər: A4 ölçüdə (210 × 297 mm), 300 qr/m² mat kuşe kağızdan istifadə edilməlidir. Dizayn sifarişçi ilə razılaşdırılmalıdır. | 30 | ədəd |
| 42 | Texniki təminat üzrə xidmətlər Tədbir müddətində iştirakçıların, könüllülərin, təşkilatçıların və texniki personalın fasiləsiz internetlə təmin olunması məqsədilə simsiz şəbəkə infrastrukturu (Mesh texnologiyalı) qurulmalıdır. | 3 | ədəd |
| 43 | Texniki təminat üzrə xidmətlər Tədbir müddətində 11 ədəd komanda və 3 ədəd münsif masası üçün notebook olmaqla ümumilikdə 14 ədəd notebook təmin edilməlidir. Notebooklar minimum i3 prosessor, 8 GB RAM, 128 GB SSD parametrlərinə malik olmalı, tədbirə uyğun proqram təminatı ilə quraşdırılmış və işlək vəziyyətdə saxlanılmalıdır. Hər komanda masası üçün 1 ədəd olmaqla ümumilikdə 11 ədəd, 4 metr uzunluqlu, minimum 3 yuvalı elektrik uzadıcısı təmin edilməli və istifadəyə hazır vəziyyətdə saxlanılmalıdır. | 42 | ədəd |
| 44 | Texniki təminat üzrə xidmətlər Tədbir müddətində operativ çap ehtiyaclarının qarşılanması məqsədilə 1 ədəd rəngli printer təmin edilməli, quraşdırılmalı və işlək vəziyyətdə saxlanılmalıdır. | 3 | ədəd |
Satınalmalarının 60 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 15 sen 2026
son qələbə 09 iyl 2026
son qələbə 10 iyn 2026
son qələbə 08 iyn 2026
son qələbə 22 may 2026