Sifarişçi: ABŞERON RAYON AŞAĞI GÜZDƏK QƏSƏBƏ İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ
Bu sifarişçi üzrə tarixçə yoxdur. Bazarda bu kateqoriyada 2753 satınalmanı 731 müxtəlif təchizatçı udub: sahə açıqdır.
2753 satınalma, 731 müxtəlif qalib
Ən çox udan: "OFİS-A.M." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (71, 2.6%)
Əsas: bu kateqoriya, bütün sifarişçilər
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 93.1% arasında aşağı düşüblər, medianı 15.44%.
Bu tender üçün bu 2.887 ₼ ilə 2.539 ₼ arasıdır.
207 ₼ məbləğindən aşağı heç kim udmayıb.
35 ₼
Sənədlər 25 ₼ + iştirak 10 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Kondisoner Divara quraşdırılan split sistem kondisioner otağın soyudulması və qızdırılması üçün nəzərdə tutulmalı, təsir sahəsi minimum 40–45 m² təşkil etməlidir. Soyutma gücü minimum 12000 BTU, enerji sinfi isə A olmalıdır. Soyutma və isitmə funksiyalarına əlavə olaraq ventilyasiya, qurutma və özünütəmizləmə rejimləri mövcud olmalıdır. İşlədilən soyuducu qaz növü R32 freon, kompressor tipi isə on–off prinsiplə işləməlidir. Kondisioner sleep mode funksiyası ilə təchiz olunmalı, gecə rejimində temperatur avtomatik tənzimlənməli və səs səviyyəsi azaldılmalıdır. Auto mode funksiyası otağın istilik və rütubət səviyyəsinə uyğun rejimi avtomatik dəyişməlidir. Təhlükəsizlik üçün emergency switch (fövqəladə söndürmə), self-diagnosis (öz-özünə diaqnostika), auto-restart (elektrik kəsilməsindən sonra bərpa), və intelligent defrost (ağıllı buz təmizləmə) sistemləri olmalıdır. 3D hava axını funksiyası havanın otaqda bərabər paylanmasını təmin etməli, anti-cold air rejimi isə isinmə zamanı ilkin mərhələdə soyuq hava axınının qarşısını almalıdır. Wide timer funksiyası istifadəçiyə açılma və sönmə vaxtını əvvəlcədən təyin etməyə imkan verməlidir. İdarəetmə uzaqdan pult vasitəsilə həyata keçirilməli, pultda işıqlı ekran (backlight display) olmalıdır. Qurğu enerjiyə qənaətcil işləməli, uzunmüddətli fasiləsiz istismar üçün nəzərdə tutulmalıdır. | 1 | ədəd |
| 2 | Printer rəngli Çoxfunksiyalı printer çap, skan və surətçıxarma funksiyalarını birləşdirməli, daxili mürəkkəb sistemi ilə təchiz olunmalıdır. Çap texnologiyası inkjet olmalı, qətnamə minimum 5760 × 1440 dpi təşkil etməlidir. Çap sürəti əsasən mono rejimdə minimum 10 ipm, rəngli rejimdə minimum 5 ipm təşkil etməlidir. Sürətli rejimdə mono çap minimum 33 ppm, rəngli çap minimum 15 ppm-dən az olmamalıdır. İlk səhifənin çıxış vaxtı qara üçün maksimum 10 saniyə, rəngli üçün 16 saniyə olmalıdır. Kopyalama funksiyası A4 ölçüdə minimum 7 ipm (qara) və minimum 1.7 ipm (rəngli) sürətlə işləməli, maksimum 20 nüsxə çıxarma imkanı təmin edilməlidir. Kopya qətnaməsi minimum 600 × 600 dpi olmalıdır. Optik qətnamə minimum 600 × 1200 dpi təşkil etməlidir. Skan sahəsi minimum 216 × 297 mm (A4), skan sürəti mono rejimdə maksimum 11 saniyə, rəngli rejimdə isə maksimum 32 saniyə olmalıdır. Kağız tutumu: giriş trayı minimum 100 vərəq (80 q/m²), çıxış trayı minimum 30 vərəq olmalıdır. Dəstəklənən kağız növləri minimum A4, A5, A6, B5, Letter, Legal, DL, C6, No.10, 4×6", 5×7", 8.5×13" və 16K formatlarını əhatə etməlidir. Maksimum çap uzunluğu 1200 mm, minimal kənar məsafə 0 mm (kənarsız rejimdə) olmalıdır. İstifadə olunan interfeys minimum USB 2.0, uyğun əməliyyat sistemləri Windows XP–11, macOS 10.6.8 və yuxarı versiyaları olmalıdır. Enerji sərfiyyatı: iş rejimində maksimum 14 W, gözləmə rejimində maksimum 4 W, yuxu rejimində maksimum 0.4 W, tam söndürülmüş vəziyyətdə maksimum 0.2 W təşkil etməlidir. Gərginlik minimum 220–240 V, 50–60 Hz diapazonunda olmalıdır. Səs səviyyəsi maksimum 50 dB(A), çəkisi maksimum 3.9 kq, ölçüləri maksimum 375 × 347 × 179 mm olmalıdır. Bir doldurma ilə məhsuldarlıq qara minimum 4500 səhifə, rəngli minimum 7500 səhifə təmin etməlidir. | 1 | ədəd |
| 3 | Notebook Noutbuk portativ tipli olmalı, prosessoru minimum 8 nüvəli (4 performans + 4 səmərəlilik nüvəsi), 12 axınlı, baza tezliyi minimum 2.1 GHz, turbo tezlik minimum 4.6 GHz olan mərkəzi emal vahidi ilə təchiz olunmalıdır. Qrafik sistemi inteqrasiya olunmuş UHD qrafik prosessoru olmalıdır. Operativ yaddaş minimum 16 GB DDR5 5200 MHz tipli olmalı, iki yaddaş yuvası ilə 32 GB-a qədər genişləndirmə dəstəklənməlidir. Daxili yaddaş minimum 512 GB SSD (PCIe 4.0 NVMe) olmalı, əlavə 1 TB-a qədər M.2 2242 slot dəstəyi təmin edilməlidir. Ekran ölçüsü minimum 15.6 inch, qətnaməsi 1920×1080 (FHD), panel tipi IPS, parlaqlıq minimum 300 nit, rəng gamut əhatəsi minimum 45% NTSC olmalıdır. Kamera minimum 720p HD qətnaməli, məxfilik pərdəsi ilə təchiz olunmalı, daxili stereo mikrofon və minimum 2×1.5W dinamik olmalıdır. Bağlantılar: minimum 2×USB-A 3.2 Gen1, 1×USB-C 3.2 Gen1 (Power Delivery və DisplayPort dəstəyi ilə), 1×HDMI 1.4b, 1×RJ-45 Ethernet, 1×3.5 mm audio kombinə port olmalıdır. Simsiz əlaqə minimum Wi-Fi 6 (802.11ax) və minimum Bluetooth 5.2 standartları ilə təmin edilməlidir. Batareya tutumu minimum 47 Wh, enerji adapteri minimum 65 W olmalıdır. Ölçüləri maksimum 359.2 × 235.8 × 18.3 mm, çəkisi isə maksimum 1.61 kq (3.55 lb) təşkil etməlidir. | 1 | ədəd |