Sifarişçi: AZƏRBAYCAN RESPUBLİKASI QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Bu sifarişçidə eyni kateqoriyada 5 satınalmanı 4 müxtəlif təchizatçı udub. Sahə açıqdır.
5 satınalma, 4 müxtəlif qalib
Ən çox udan: "İNNOVA TECHNOLOGY CENTER" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 40%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.03% ilə 81.6% arasında aşağı düşüblər, medianı 9.89%.
Bu tender üçün bu 154.128 ₼ ilə 144.086 ₼ arasıdır.
29.422 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Qaynar xəttin IT infrastrukturunun təchizatı və texniki xidməti (illik) Qaynar xəttin fasiləsiz, dayanıqlı, təhlükəsiz və operativ fəaliyyətinin təmin edilməsi məqsədilə mövcud İT və telekommunikasiya infrastrukturunun texniki dəstəklənməsi, zəruri avadanlıq və proqram təminatı ilə təchiz edilməsi, sistemlərin quraşdırılması, sazlanması və inteqrasiyası, eləcə də mütəmadi monitorinq və texniki xidmətin həyata keçirilməsi.Xidmət çərçivəsində Qaynar xəttə daxil olan məlumat, sorğu, müraciət və şikayətlərin operativ qəbulu, qeydiyyatı, emalı və aidiyyəti üzrə yönləndirilməsini təmin edən texniki infrastrukturun etibarlı və fasiləsiz fəaliyyəti, operator iş yerlərinin texniki təminatı, telefoniya və əlaqəli informasiya sistemlərinin işlək vəziyyətdə saxlanılması nəzərdə tutulur.Eyni zamanda, məlumatların təhlükəsiz saxlanılması və ehtiyat nüsxələrinin yaradılması, sistem və proqram təminatlarının mütəmadi yenilənməsi, texniki nasazlıqların operativ müəyyən edilərək aradan qaldırılması, profilaktik texniki xidmətlərin həyata keçirilməsi və zərurət yarandıqda texniki dəstəyin göstərilməsi təmin edilməlidir. Göstərilən xidmət Qaynar xəttin texniki dayanıqlığının və xidmət davamlılığının təmin edilməsinə, operatorların fəaliyyətinin səmərəliliyinin artırılmasına, daxil olan müraciətlərin çevik və keyfiyyətli şəkildə idarə olunmasına, məlumat təhlükəsizliyinin gücləndirilməsinə və ümumi xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir. | 1 | ədəd |
| 2 | Qaynar xətt proqram təminatının təchizatı, konfiqurasiyası və texniki dəstəyi (illik) Komitənin mövcud Qaynar xəttinin texniki imkanlarının və mövcud infrastrukturunun təhlili əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2026-cı il tarixli 113 nömrəli Qərarının tələblərinə uyğun olaraq Qaynar xəttin effektiv, fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq proqram təminatının və proqram-texniki həllərin təchiz edilməsi, quraşdırılması, konfiqurasiyası, mövcud sistemlərə inteqrasiyası və istismara verilməsi üzrə xidmətlərin göstərilməsi. Xidmət çərçivəsində daxil olan zənglərin qəbulu, qeydiyyatı, növbələndirilməsi, operatorlar arasında düzgün yönləndirilməsi və emalı, zəng tarixçəsinin və müvafiq statistik məlumatların formalaşdırılması, operatorların fəaliyyətinin idarə edilməsi və monitorinqinin aparılması üçün zəruri proqram təminatının funksional və işlək vəziyyətdə saxlanılması təmin edilməlidir. Operatorların iş yerindən kənarda və ya uzaqdan təhlükəsiz fəaliyyətinin təşkili üçün müvafiq proqram-texniki həll təmin edilməli, operatorların sistemə təhlükəsiz qoşulması, zəngləri qəbul etməsi və emal etməsi, zəruri məlumat və funksiyalara müəyyən edilmiş giriş səlahiyyətləri çərçivəsində çıxışı, eləcə də uzaqdan fəaliyyət zamanı məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması təmin edilməlidir. Proqram təminatının mövcud İT və telekommunikasiya infrastrukturu ilə uyğunluğu və inteqrasiyası, istifadəçi və operator hesablarının yaradılması və idarə olunması, giriş səlahiyyətlərinin tənzimlənməsi, sistem parametrlərinin Komitənin tələblərinə uyğun konfiqurasiya edilməsi, zəruri yenilənmələrin həyata keçirilməsi və sistemin stabil işləməsi təmin edilməlidir. Xidmət müddəti ərzində proqram təminatının texniki dəstəyi, profilaktik monitorinqi, yaranan proqram və konfiqurasiya problemlərinin operativ müəyyən edilərək aradan qaldırılması, zəruri yenilənmələrin və sazlama işlərinin həyata keçirilməsi, eləcə də sistemin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunması nəzərdə tutulmalıdır. Göstərilən xidmət nəticəsində Qaynar xətt üzrə daxil olan müraciətlərin operativ və effektiv idarə olunması, operatorların həm iş yerindən, həm də zərurət yarandıqda uzaqdan təhlükəsiz fəaliyyətinin təmin edilməsi, sistemin idarəolunma və monitorinq imkanlarının gücləndirilməsi, məlumatların təhlükəsizliyinin qorunması və Qaynar xəttin ümumi xidmət keyfiyyətinin yüksəldilməsi təmin edilməlidir. | 1 | ədəd |
| 3 | Proqram təminatının Elektron Sənəd Dövriyyəsi (ESD) sistemi ilə inteqrasiyası Qaynar xətt proqram təminatının Komitənin mövcud Elektron Sənəd Dövriyyəsi (ESD) sistemi ilə API əsaslı ikitərəfli inteqrasiyası təmin edilməlidir. İnteqrasiya çərçivəsində Qaynar xəttə daxil olan vətəndaş müraciətlərinin (zəng, şikayət, sorğu və sual vərəqələri) avtomatik olaraq ESD sisteminə ötürülməsi və qeydiyyata alınması, müraciətlərin icra vəziyyəti və statusları barədə məlumatların sistemlər arasında qarşılıqlı sinxronizasiyası həyata keçirilməlidir. İnteqrasiya məlumatların təkrar daxil edilməsini minimuma endirməli, məlumatların tamlığını, məxfiliyini və təhlükəsizliyini təmin etməlidir. Məlumat mübadiləsi zamanı autentifikasiya və avtorizasiya mexanizmləri, texniki xətaların qeydə alınması, məlumat itkisinin qarşısının alınması və uğursuz əməliyyatların təkrar icrası imkanları nəzərdə tutulmalıdır. İnteqrasiya əməliyyatları üzrə texniki jurnalların (logların) aparılması, məlumat mübadiləsinin və yarana biləcək xətaların izlənilməsi təmin edilməlidir. Həll funksional və inteqrasiya testlərindən keçirilməli, aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırıldıqdan və sistemlərarası məlumat mübadiləsinin dayanıqlı fəaliyyəti təsdiqləndikdən sonra istismara verilməlidir. | 1 | ədəd |
Satınalmalarının 31 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 01 sen 2025
son qələbə 22 iyn 2026
son qələbə 11 mar 2026
son qələbə 04 dek 2025
son qələbə 08 okt 2025