Sifarişçi: NAXÇIVAN MUXTAR RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ
Bu sifarişçidə eyni kateqoriyada 3 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
9 satınalma, 7 müxtəlif qalib
Ən çox udan: "ƏRTOĞRUL SERVİS" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 22.2%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 75.46% arasında aşağı düşüblər, medianı 19.94%.
Bu tender üçün bu 115.544 ₼ ilə 97.271 ₼ arasıdır.
29.815 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Transpalet Transpalet: Minimum 2,5 ton yükqaldırma qabiliyyətinə malik, standart paletlərlə işləməyə uyğun əl hidravlik transpaleti olmalıdır. Çəngəllərin ümumi eni 520–550 mm, uzunluğu isə 1100–1220 mm aralığında olmalıdır. Çəngəllərin aşağı vəziyyətdə hündürlüyü maksimum 85 mm, qaldırma hündürlüyü minimum 180 mm olmalıdır. Konstruksiyası möhkəm və korroziyaya davamlı metaldan hazırlanmalı, etibarlı hidravlik sistem və rahat idarəetmə tutacağı ilə təchiz edilməlidir. Minimum 2 yük təkəri və manevr üçün idarəetmə təkərləri olmalı, təkərlər aşınmaya davamlı poliuretan, neylon və ya ekvivalent materialdan hazırlanmalıdır. Avadanlıq anbar, logistika və istehsalat sahələrində intensiv istifadəyə uyğun, yeni və istifadəsiz olmalıdır. | 1 | ədəd |
| 2 | Kamera (daxili müşahidə) Kamera: Günbəz və ya turret tipli, minimum 5 MP təsvir ölçülü analoq müşahidə kamerası olmalıdır. Minimum 20 kadr/saniyə video çəkilişini, gündüz və aşağı işıqlanma şəraitində rəngli və ya yüksək keyfiyyətli gecə görüntüsünü, WDR və 3D NR və ya ekvivalent görüntü emalı funksiyalarını dəstəkləməlidir. Minimum 20 metr işıqlandırma məsafəsi, sabit fokuslu obyektiv olmalıdır. Mövcud DVR/XVR cihazının dəstəklədiyi TVI, AHD, CVI və ya CVBS standartlarından ən azı biri ilə tam uyğun işləməli, 12 V DC enerji təchizatını dəstəkləməlidir. Quraşdırma, qoşulma, sazlama və işlək vəziyyətdə təhvilvermə qiymətə daxil olmalıdır. Təklif edilən marka və model üzrə MAF səlahiyyət məktubu təqdim edilməlidir. | 10 | ədəd |
| 3 | Kamera (xarici müşahidə) Kamera: Bullet, turret və ya ekvivalent xarici tipli, minimum 5 MP təsvir ölçülü analoq müşahidə kamerası olmalıdır. Minimum 20 kadr/saniyə video çəkilişini, gündüz və aşağı işıqlanma şəraitində rəngli və ya yüksək keyfiyyətli gecə görüntüsünü, WDR və 3D NR və ya ekvivalent görüntü emalı funksiyalarını dəstəkləməlidir. Minimum 30 metr işıqlandırma məsafəsi, sabit fokuslu obyektiv olmalıdır. Korpus minimum IP67 qoruma dərəcəsinə malik olmalı və açıq hava şəraitində fasiləsiz işləməlidir. Mövcud DVR/XVR cihazının dəstəklədiyi TVI, AHD, CVI və ya CVBS standartlarından ən azı biri ilə tam uyğun işləməli, 12 V DC enerji təchizatını dəstəkləməlidir. Quraşdırma, qoşulma, sazlama və işlək vəziyyətdə təhvilvermə qiymətə daxil olmalıdır. Təklif edilən marka və model üzrə MAF səlahiyyət məktubu təqdim edilməlidir. | 10 | ədəd |
| 4 | Noutbook Noutbook: avadanlıq yeni, istifadə olunmamış, zavod istehsalı və orijinal qablaşdırmada olmalı, ofis işləri, gündəlik biznes tətbiqləri, sənəd dövriyyəsi, internet, multimedia, videokonfrans və mobil istifadə üçün nəzərdə tutulmalıdır; cihaz klassik notebook form-faktorunda olmalıdır; ekran ölçüsü minimum 15.6 düym olmalıdır; ekran paneli IPS və ya ekvivalent geniş baxış bucaqlı texnologiyaya malik olmalıdır; ekran təsvir imkanı minimum Full HD 1920 × 1080 piksel olmalıdır; ekran mat və ya parıltı əleyhinə örtüklü olmalıdır; prosessor mobil platformalar üçün nəzərdə tutulmuş müasir çoxnüvəli olmalıdır; prosessor minimum 10 nüvə və minimum 12 icra axınına malik olmalıdır; prosessorun maksimal turbo tezliyi minimum 5.0 GHz olmalıdır; prosessorun keş yaddaşı minimum 12 MB olmalıdır; DDR5, və ya LPDDR5/x yaddaş texnologiyalarından ən azı birini dəstəkləməlidir; operativ yaddaş minimum 16 GB olmalıdır; daxili yaddaş minimum 512 GB SSD olmalıdır; SSD yaddaş M.2 PCIe NVMe və ya ekvivalent yüksək sürətli bərk cisimli toplayıcı tipində olmalıdır; qrafik adapter prosessora inteqrasiya olunmuş müasir qrafik həll olmalı, paylaşılan sistem yaddaşı ilə işləməli və DirectX 12 və ya ekvivalent qrafik texnologiyasını dəstəkləməlidir; simsiz şəbəkə modulu Wi-Fi 6 və ya ekvivalent standartı dəstəkləməlidir; Bluetooth modulu olmalıdır; videokonfrans üçün daxili veb-kamera və mikrofon sistemi olmalıdır; daxili stereo dinamiklər olmalıdır; audio bağlantısı üçün 3.5 mm kombinə olunmuş qulaqlıq/mikrofon portu olmalıdır; cihazda minimum 1 ədəd HDMI çıxışı olmalıdır; cihazda minimum USB Type-A və USB Type-C portları olmalıdır; ümumi USB port sayı minimum 3 ədəd olmalıdır; idarəetmə üçün klaviatura və touchpad olmalıdır; klaviatura beynəlxalq dil düzülüşünü dəstəkləməlidir; batareya daxili tipli olmalı və mobil istifadə üçün uyğun işləmə müddəti təmin etməlidir; enerji adapteri notebook konfiqurasiyasına uyğun orijinal xarici adapter olmalıdır; korpus biznes və gündəlik mobil istifadə üçün uyğun, yüngül və erqonomik konstruksiyaya malik olmalıdır; komplektə notebook, enerji adapteri, enerji kabeli, istifadəçi sənədləri və zavod komplektasiyasına daxil olan digər aksesuarlar daxil olmalıdır; avadanlığa istehsalçı və ya rəsmi distribyutor tərəfindən minimum 1 il rəsmi zəmanət verilməlidir. Təklif edilən marka və model üzrə MAF səlahiyyət məktubu təqdim edilməlidir. Orginal Windows 11 lisenziyalı əməliyyat sistemi ilə. | 5 | ədəd |
| 5 | Kamera yaddaş cihazı Kamera yaddaş cihazı: Cihaz minimum 32 ədəd BNC analoq video girişinə malik olmalı, TVI, AHD, CVI və CVBS formatlarını, minimum 8 MP təsvir ölçüsünü və H.265+/H.265, H.264+/H.264 və ya ekvivalent sıxılmanı dəstəkləməlidir. Minimum 1 HDMI və 1 VGA çıxışı olmalı, HDMI vasitəsilə 4K təsvir ötürməlidir. Minimum 1 SATA interfeysi və 8 TB tutumlu sərt disk dəstəyi, şəbəkə bağlantısı, uzaqdan izləmə, qeydlərə baxış və ehtiyat nüsxənin çıxarılması funksiyaları olmalıdır. Təchizatçı cihazın və sərt diskin quraşdırılmasını, mövcud kameraların qoşulmasını, qeyd və şəbəkə parametrlərinin sazlanmasını, sistemin sınaqdan keçirilib işlək vəziyyətdə təhvil verilməsini təmin etməlidir. Enerji adapteri, idarəetmə siçanı və standart aksesuarlar komplektə daxil olmalıdır. Təklif edilən marka və model üzrə MAF səlahiyyət məktubu təqdim edilməlidir. | 1 | ədəd |
| 6 | Soyuducu Soyuducu: Soyuducu sərbəst quraşdırılan, iki kameralı və ikiqapılı olmalıdır. Ümumi faydalı həcmi minimum 480 litr, soyuducu bölməsinin həcmi minimum 380 litr, dondurucu bölməsinin həcmi isə minimum 100 litr olmalıdır. Total No Frost və ya daha üstün soyutma sistemi, elektron və ya mexaniki temperatur tənzimlənməsi ilə təchiz edilməlidir. Enerji səmərəliliyi minimum A+ və ya qüvvədə olan yeni enerji təsnifatı üzrə ekvivalent səviyyədə olmalıdır. Xarici ölçüləri təxminən: hündürlük 170–190 sm, en 65–80 sm, dərinlik 60–75 sm olmalıdır. Daxili LED işıqlandırma, möhkəm şüşə rəflər, meyvə-tərəvəz bölməsi və qapı rəfləri olmalıdır. | 2 | ədəd |
| 7 | Soyuducu (balaca) Soyuducu balaca: Birqapılı, sərbəst quraşdırılan kiçikölçülü soyuducu olmalıdır. Xarici ölçüləri təxminən: eni 45–55 sm, hündürlüyü 80–90 sm, dərinliyi 45–60 sm olmalıdır. Faydalı həcmi minimum 80 litr olmalı, temperaturu tənzimlənə bilməlidir. Soyutma sistemi statik (Defrost) və ya daha üstün texnologiyaya malik olmalıdır. Daxilində tənzimlənən rəflər və qapı bölmələri nəzərdə tutulmalıdır. Enerjiyə qənaətli və aşağı səs səviyyəli işləməli, Göstərilən funksional və texniki tələblərə bərabər və ya daha üstün modellər qəbul olunur. | 5 | ədəd |
| 8 | Su dispenseri Su dispenseri: Döşəməüstü quraşdırılan, standart su qabları ilə işləyən su dispenseri olmalıdır. 220–240 V elektrik şəbəkəsindən qidalanmalı və kompressorlu soyutma sistemi ilə təchiz edilməlidir. İsti və soyuq su üçün minimum 2 ayrıca kranı olmalı, su çənlərinin ümumi tutumu minimum 4 litr təşkil etməlidir. İsti və soyuq su funksiyaları ayrıca idarə edilməli, cihazda işıq indikatorları və həddindən artıq qızmadan qorunma sistemi olmalıdır. Korpusu möhkəm, gigiyenik və gündəlik istifadəyə davamlı materialdan hazırlanmalıdır. | 15 | ədəd |
| 9 | Printer Monoxrom lazer printer: avadanlıq yeni, istifadə olunmamış, zavod istehsalı və orijinal qablaşdırmada olmalı, ofis işləri, sənəd dövriyyəsi, hesabat, müqavilə, arxiv sənədləri, şəbəkə üzərindən paylaşılmış çap və gündəlik biznes tətbiqləri üçün nəzərdə tutulmalıdır; cihaz A4 formatlı təkfunksiyalı monoxrom lazer çap texnologiyalı printer olmalıdır; çap sürəti A4 formatında minimum 35 səhifə/dəqiqə olmalıdır; avtomatik ikiüzlü çap funksiyası standart olmalı və A4 üzrə ikiüzlü çap sürəti minimum 30 ipm olmalıdır; çap təsvir imkanı minimum 1200 × 1200 dpi olmalıdır; isinmə vaxtı enerji verildikdən sonra maksimum 14 saniyə olmalıdır; ilk səhifə çıxışı maksimum 5 saniyə olmalıdır; maksimum iş həcmi minimum 90 000 səhifə olmalıdır; çap kənar boşluğu maksimum 6 mm olmalıdır; standart və əlavə kaset A4, A5, A5 Landscape, A6, B5, Legal, Letter, çap edilə bilən kağız media çəkisi minimum 60–195 g/m² aralığında dəstəklənməlidir; ikiüzlü çap A4, Legal, Letter və ekvivalent ofis formatlarında 60–120 g/m² media çəkisi ilə dəstəklənməlidir; prosessor tezliyi minimum 1200 MHz olmalıdır; operativ yaddaş minimum 1 GB olmalıdır; daxili yaddaş minimum 2 GB və ya ekvivalent olmalıdır; idarəetmə paneli minimum LCD ekran, LED indikatorlar, fiziki düymələr və rəqəmsal klaviatura ilə təmin edilməlidir; şəbəkə bağlantısı minimum USB, 10/100/1000Base-T Gigabit Ethernet, 802.11 b/g/n simsiz şəbəkə və simsiz birbaşa bağlantı funksiyalarını əhatə etməlidir; çap protokolları TCP/IP, LPD və ya ekvivalent protokolları dəstəkləməlidir; idarəetmə protokolları SNMPv1 və SNMPv3 üzrə IPv4 və IPv6 dəstəyinə malik olmalıdır; təhlükəsizlik funksiyaları TLS 1.3, IPsec, IP/MAC ünvan filtrasiyası, IEEE 802.1X, SNMPv3, SSL/HTTPS/IPPS və ya ekvivalent şəbəkə mühafizəsi funksiyalarını əhatə etməlidir; simsiz təhlükəsizlik rejimləri WEP, WPA-PSK, WPA2-PSK və ya ekvivalent autentifikasiya və şifrələmə metodlarını dəstəkləməlidir; çap funksiyaları universal çap xidməti, mobil çap, Android və iOS tipli mobil platformalardan çap, iş statusunun izlənməsi, ikiüzlü çap, toner statusu, şöbə və istifadəçi üzrə çap idarəetməsi və uzaqdan veb əsaslı idarəetmə funksiyalarını dəstəkləməlidir; cihaz mərkəzləşdirilmiş printer parkı idarəetməsi, uzaqdan texniki xidmət, sayğac məlumatlarının toplanması, sərfiyyat materiallarının avtomatik monitorinqi və uzaq diaqnostika funksiyalarını dəstəkləməlidir; əməliyyat sistemi uyğunluğu Windows 11, Windows Server 2012 və daha yeni server sistemləri, macOS 10.13 və daha yeni versiyalar, həmçinin Linux və ya ekvivalent platformaları əhatə etməlidir; aktiv çap səs təzyiqi maksimum 55 çəkisi maksimum 11 kq olmalıdır; sərf materialı all-in-one kartric tipli olmalı, standart kartric resursu minimum 2500 səhifə, yüksək tutumlu kartric resursu minimum 9000 səhifə olmalıdır; komplektə monoxrom lazer printer, kartric, enerji kabeli, quraşdırma təlimatı, istifadəçi sənədləri və zavod komplektasiyasına daxil olan digər aksesuarlar daxil olmalıdır; avadanlığa istehsalçı və ya rəsmi distribyutor tərəfindən minimum 1 il rəsmi zəmanət verilməlidir; təchizatçı tərəfindən istehsalçı və ya rəsmi distribyutor tərəfindən verilmiş rəsmi avtorizasiya sənədi təqdim edilməlidir. Hər printerdə əlavə 1 ədəd katric ehtiyatı olmalıdır. | ||
| 10 | Printer (rəngli) Printer rəngli: avadanlıq yeni, istifadə olunmamış, zavod istehsalı və orijinal qablaşdırmada olmalı, yüksək keyfiyyətli foto çap, dizayn materialları, təqdimat sənədləri, vizual media, reklam eskizləri, şəxsiyyət vəsiqəsi ölçülü foto çap, CD/DVD səthinə çap və gündəlik ofis çap işləri üçün nəzərdə tutulmalıdır; cihaz rəngli ink-tank sistemli foto printer olmalıdır; çap texnologiyası maye mürəkkəb əsaslı yüksək dəqiqlikli printhead texnologiyası olmalıdır; cihaz minimum 6 rəngli boya sistemi ilə işləməli, qara, mavi, qırmızı, sarı, açıq mavi və açıq qırmızı rəng kanallarını dəstəkləməlidir; çap istiqaməti ikiistiqamətli olmalıdır; minimum çap təsvir imkanı azı 4800 × 1200 dpi olmalıdır; A4 rejimdə map sürəti minimum 20 səhifə/dəqiqə olmalıdır; A4 sərhədsiz foto çap, 10 × 15 sm sərhədsiz foto çap və A3+ sərhədsiz foto çap dəstəklənməlidir; CD/DVD səthinə çap funksiyası dəstəklənməlidir; PVC/ID kart ölçülü çap funksiyası dəstəklənməlidir, kağız verilməsi friction feed və ya ekvivalent mexanizm əsasında olmalıdır, kağız tray sayı minimum 1 ədəd olmalıdır; giriş tutumu minimum 100 vərəq A3 adi kağız və ya minimum 10 vərəq foto kağızı səviyyəsində olmalıdır; çıxış tutumu minimum 30 vərəq A3 adi kağız və ya minimum 20 vərəq foto kağızı səviyyəsində olmalıdır; kağız ölçüləri A3+, A3, Legal, A4, Letter, 10 × 15 sm, 13 × 18 sm, 16:9 Wide və digər standart foto/ofis formatlarını dəstəkləməlidir; istifadəçi tərəfindən təyin edilən kağız ölçüsü minimum 89 × 127 mm-dən 329 × 2000 mm-ə qədər dəstəklənməlidir; maksimum çap kağızı ölçüsü azı 329 × 1200 mm olmalıdır; çap kənarı xüsusi parametr rejimində 0 mm sərhədsiz çapı dəstəkləməlidir; printer dili və idarəetmə protokolları raster əsaslı çap əmrləri və ya ekvivalent printer idarəetmə dilini dəstəkləməlidir; bağlantı interfeysi minimum USB olmalıdır; şəbəkə bağlantısı Wi-Fi IEEE 802.11 b/g/n və Wi-Fi Direct və ya ekvivalent simsiz birbaşa bağlantı funksiyasını dəstəkləməlidir; şəbəkə protokolları TCP/IPv4 və TCP/IPv6 dəstəyinə malik olmalıdır; şəbəkə idarəetmə protokolları SNMP, HTTP və ya ekvivalent funksiyaları əhatə etməlidir; mobil və bulud çap funksiyaları mobil tətbiq, e-poçt vasitəsilə çap və uzaqdan çap sürücüsü və ya ekvivalent üsullarla dəstəklənməlidir,printerin işə salınması, qeydiyyatı, idarə olunması və texniki xidmət əməliyyatları mobil tətbiq və ya ekvivalent proqram vasitəsilə dəstəklənməlidir; cihaz Windows, Windows Server və macOS əməliyyat sistemləri ilə uyğun işləməlidir, çəkisi maksimum 9 kq olmalıdır; sərf materialları doldurula bilən boya şüşələri əsasında olmalı, qara boya resursu minimum 3000 səhifə, rəngli boya dəsti resursu minimum 7000 səhifə və foto çap resursu minimum 2000 ədəd 10 × 15 sm foto səviyyəsində olmalıdır; komplektə rəngli foto printer, başlanğıc boya dəsti, enerji kabeli, USB kabel və ya qoşulma üçün tələb olunan kabel, quraşdırma təlimatı, istifadəçi sənədləri və zavod komplektasiyasına daxil olan digər aksesuarlar daxil olmalıdır; avadanlığa istehsalçı və ya rəsmi distribyutor tərəfindən minimum 1 il rəsmi zəmanət verilməlidir; təchizatçı tərəfindən istehsalçı və ya rəsmi distribyutor tərəfindən verilmiş rəsmi avtorizasiya sənədi təqdim edilməlidir. | ||
| 11 | UPS (enerji saxlayan) UPS (enerji saxlayan): Təkfazalı, xətti-interaktiv texnologiyalı və Tower tipli UPS olmalıdır. Çıxış gücü minimum 2000 VA/1200 Vt, nominal giriş və çıxış gərginliyi 220–240 V olmalıdır. Giriş gərginliyinin avtomatik tənzimlənməsi (AVR) funksiyasını və minimum 160–290 V və ya daha geniş giriş diapazonunu dəstəkləməlidir. LED və ya LCD indikatorla təchiz edilməlidir. Elektrik kəsilməsi zamanı avtomatik batareya rejiminə keçməli, gərginlik sıçrayışı, artıq yüklənmə, qısaqapanma və batareyanın həddindən artıq boşalmasına qarşı mühafizəyə malik olmalıdır. Enerji kabeli, proqram təminatı və standart aksesuarlar komplektə daxil edilməlidir. | 25 | ədəd |
| 12 | Daşınan proyektor Daşınan proyektor: avadanlıq yeni, istifadə olunmamış, zavod istehsalı və orijinal qablaşdırmada olmalı, təqdimat, tədris, ofis, səyyar nümayiş, multimedia, video kontent və kiçik/orta ölçülü məkanlarda görüntü proyeksiyası üçün nəzərdə tutulmalıdır; proyektor portativ tipli olmalı və LED işıq mənbəyi ilə təchiz edilməlidir; native təsvir imkanı minimum Full HD 1920 × 1080 piksel olmalıdır; maksimum dəstəklənən təsvir imkanı minimum 1920 × 1200 piksel olmalıdır; native ekran formatı 16:9 olmalı, 4:3 formatı ilə uyğunluq dəstəklənməlidir; kontrast nisbəti minimum 1000:1 olmalıdır; işıq mənbəyinin ömrü normal rejimdə minimum 30 000 saat olmalıdır; parlaqlıq göstəricisi minimum 4000 LED lm və standart rejim üzrə minimum 90 lm səviyyəsində olmalıdır; proyeksiya məsafəsi minimum 1080 mm-dən maksimum 4490 mm-ə qədər olmalıdır; proyeksiya nisbəti aralığı 1.25-1.35 sinfində olmalıdır; obyektiv aperturası minimum F/2.9 olmalıdır; şaquli keystone korreksiyası minimum -25° / +25° aralığında, üfüqi keystone korreksiyası minimum -8° / +8° aralığında dəstəklənməlidir; proyektor simsiz proyeksiya funksiyasını dəstəkləməlidir; cihaz PC, iOS, Android, macOS və Windows platformaları ilə uyğun işləməlidir; daxili Bluetooth və ya ekvivalent simsiz audio funksiyası olan səsgücləndirici sistemi olmalıdır; daxili dinamik gücü minimum 1 × 5 W olmalıdır; giriş interfeysləri minimum 1 ədəd HDMI port, minimum 1 ədəd MicroSD kart yuvası, minimum 1 ədəd USB Type-A port və minimum 1 ədəd USB Type-C portdan ibarət olmalıdır; HDMI port video, audio və HDCP dəstəyinə malik olmalıdır; USB Type-C port DisplayPort görüntü ötürülməsi və enerji doldurma funksiyasını dəstəkləməlidir; çıxış interfeysləri minimum 1 ədəd 3.5 mm stereo qulaqlıq çıxışı və minimum 1 ədəd USB Type-A 5V/0.5A DC enerji çıxışından ibarət olmalıdır; korpus rəngi ağ və ya ekvivalent neytral rəngdə olmalıdır; cihazın ölçüləri maksimum 240 × 180 × 100 mm sinfində olmalıdır; çəkisi maksimum 1.4 kq olmalıdır; dəstəklənməlidir; komplektə portativ LED proyektor, AC/DC enerji adapteri, uzaqdan idarəetmə pultu, simsiz bağlantı modulu, obyektiv qapağı, qısa istifadə təlimatı və zavod komplektasiyasına daxil olan digər aksesuarlar daxil olmalıdır. Avadanlığa istehsalçı və ya rəsmi distribyutor tərəfindən minimum 1 il rəsmi zəmanət verilməlidir; təchizatçı tərəfindən istehsalçı tərəfindən verilmiş rəsmi avtorizasiya sənədi təqdim edilməlidir. | 1 | ədəd |
| 13 | Tablet Tablet: Planşet kompüter - avadanlıq yeni, istifadə olunmamış, zavod istehsalı və orijinal qablaşdırmada olmalı, tədris, təqdimat, elektron sənəd dövriyyəsi, internet, multimedia, videokonfrans, mobil ofis tətbiqləri, elektron imza və sənədlərə baxış, rəqəmsal qeydlər və gündəlik portativ istifadə üçün nəzərdə tutulmalıdır; cihaz minimum 12 düym sensor ekranlı planşet kompüter olmalıdır; ekran IPS və ya ekvivalent geniş baxış bucaqlı panel texnologiyasına, minimum 2.5K (2560 x 1600 piksel) təsvir imkanına, minimum 10 nöqtəli multi-touch funksiyasına və 16:10 ekran nisbətinə malik olmalıdır; ekranın yenilənmə tezliyi minimum 90 Hz, piksel sıxlığı minimum 240 PPI olmalı, aşağı mavi işıq və titrəməsiz görüntü üzrə göz qoruma texnologiyasını dəstəkləməlidir; prosessor müasir səkkiznüvəli mobil platformaya malik olmalı və maksimal tezliyi minimum 2.4 GHz təşkil etməlidir; qrafik adapter prosessora inteqrasiya olunmuş mobil qrafik həll olmalıdır; əməliyyat sistemi Android 15 və ya daha yeni, yaxud ekvivalent müasir mobil əməliyyat sistemi olmalıdır; operativ yaddaş minimum 6 GB, daxili yaddaş minimum 256 GB olmalı, yaddaş microSD kart vasitəsilə minimum 1 TB-a qədər genişləndirilə bilməlidir; cihaz minimum 5G mobil şəbəkə bağlantısını və nano-SIM və ya eSIM texnologiyalarından ən azı birini dəstəkləməlidir; minimum Wi-Fi 5, Bluetooth 5.2, Wi-Fi Direct, simsiz ekran ötürülməsi, GPS və ya ekvivalent peyk naviqasiyası funksiyalarına malik olmalıdır; cihazda məlumat ötürmə və enerji doldurma funksiyalı minimum 1 ədəd USB-C port və microSD kart yuvası olmalıdır; ön və arxa kameraların hər biri minimum 8 MP olmalıdır; cihaz daxili dinamik, daxili mikrofon, akselerometr və ətraf işıq sensoru ilə təchiz edilməlidir; batareya tutumu minimum 11000 mAh olmalı, USB-C vasitəsilə sürətli enerji doldurmanı dəstəkləməlidir; aktiv stilus qələmi dəstəkləməlidir, qələmin komplektə daxil edilməsi tələb olunur, korpus metal və ya eyni dayanıqlığa malik materialdan hazırlanmalıdır. Komplektə planşet kompüter, aktiv stilus qələmi, uyğun enerji adapteri, USB-C kabel daxil olmalıdır, texniki tələblərə bərabər və ya daha üstün göstəricilərə malik ekvivalent modellər qəbul edilir. | 15 | ədəd |
| 14 | Scaner Scaner: Avadanlıq yeni, istifadə olunmamış, zavod istehsalı və orijinal qablaşdırmada olmalı, ofis işləri, sənəd dövriyyəsi, arxivləşdirmə, elektron sənəd idarəetməsi, skan, OCR və gündəlik biznes tətbiqləri üçün nəzərdə tutulmalıdır; cihaz sheet-fed tipli rəngli sənəd skaneri olmalıdır; skan texnologiyası bir keçiddə ikiüzlü skan funksiyasını dəstəkləməlidir; sensor tipi rəngli CIS və ya ekvivalent olmalıdır; işıq mənbəyi 3 rəngli RGB LED və ya ekvivalent olmalıdır; optik skan təsvir imkanı minimum 600 dpi olmalıdır; çıxış təsvir imkanı minimum 50–1200 dpi aralığında tənzimlənə bilməlidir; maksimal interpolasiya olunmuş təsvir imkanı minimum 1200 dpi olmalıdır; rəngli və boz tonlu skan rejimi minimum 30-bit giriş və 24-bit çıxış rəng dərinliyini dəstəkləməlidir; skan sürəti Letter və ya A4 ölçülü sənədlərdə 300 dpi qara-ağ, rəngli və boz ton rejimlərində minimum 33 səhifə/dəqiqə simplex və minimum 66 təsvir/dəqiqə duplex olmalıdır; avtomatik sənəd vericisinin tutumu minimum 50 vərəq (80 qr kağız) olmalıdır; avtomatik sənəd vericisi minimum 2 × 2 düym sənəd ölçüsündən maksimum 8.5 × 240 düym uzun sənəd ölçüsünə qədər skanı dəstəkləməlidir; kağız çəkisi minimum 30–400 g/m² aralığında dəstəklənməlidir; cihaz biznes kartları, ID kartlar, tək vərəqlər, uzun sənədlər və uyğun daşıyıcı vərəq vasitəsilə qatlanmış böyük formatlı sənədlərin skan edilməsini dəstəkləməlidir; gündəlik maksimal skan həcmi minimum 3500 vərəq olmalıdır; sərfiyyat mexanizmi kimi roller assembly kit minimum 150 000 dövr resursuna malik olmalıdır; cihazda minimum Scan, Stop, idarəetmə düymələri olmalıdır; kağız qoruma, ikiqat vərəq aşkarlanması, kir aşkarlanması, dinamik əyrilik korreksiyası, avtomatik kəsmə, avtomatik döndərmə və boş səhifələrin silinməsi funksiyaları dəstəklənməlidir; skan edilmiş sənədlərin axtarış edilə bilən PDF formatına və redaktə oluna bilən ofis sənəd formatlarına çevrilməsi üçün OCR funksiyası olmalıdır; skan işlərinin avtomatlaşdırılması, profil yaradılması və skan tapşırıqlarının idarə edilməsi üçün uyğun proqram təminatı təqdim edilməlidir; skan nəticələrinin lokal kompüterə, şəbəkə və onlayn saxlama hesablarına ötürülməsi dəstəklənməlidir; cihaz TWAIN və ISIS və ya ekvivalent sənəd idarəetmə driver standartlarını dəstəkləməlidir; bağlantı interfeysi minimum SuperSpeed USB 3.0 olmalıdır; cihaz Windows və macOS əməliyyat sistemləri ilə uyğun işləməlidir; çəkisi maksimum 5 kq olmalıdır; komplektə rəngli sənəd skaneri, USB 3.0 kabeli, AC adapter, enerji kabeli, quraşdırma təlimatı, istifadəçi sənədləri və zavod komplektasiyasına daxil olan digər aksesuarlar daxil olmalıdır; avadanlığa istehsalçı və ya rəsmi distribyutor tərəfindən minimum 1 il rəsmi zəmanət verilməlidir; təchizatçı tərəfindən istehsalçı tərəfindən verilmiş rəsmi avtorizasiya sənədi təqdim edilməlidir. | 4 | ədəd |
| 15 | Telefon (stol üstü) Telefon (stol üstü): Simli, analoq telefon xətti ilə işləyən stolüstü telefon aparatı olmalıdır. LCD ekran, zəng edənin nömrəsini göstərən Caller ID funksiyası, tarix və saat göstəricisi ilə təchiz edilməlidir. Yaddaşında minimum 50 daxil olan zəng və minimum 20 təkrar yığım nömrəsi saxlamalıdır. Səs səviyyəsinin tənzimlənməsi və son nömrənin təkrar yığılması funksiyaları olmalıdır. Enerji təchizatı AA tipli batareyalar və ya telefon xətti vasitəsilə təmin edilməlidir. | 30 | ədəd |
| 16 | Mobil telefon Mobil telefon: Ekran ölçüsü minimum 6,5 düym, təsvir ölçüsü minimum HD+ olmalıdır. Minimum səkkiznüvəli prosessor, 4 GB operativ yaddaş və 128 GB daxili yaddaşla təchiz edilməlidir. Əsas kamera minimum 50 MP, ön kamera minimum 8 MP olmalıdır. Batareya tutumu minimum 5000 mAh olmalı və USB Type-C bağlantısını dəstəkləməlidir. Android 14 və ya daha yeni əməliyyat sistemi, 4G/LTE, Wi-Fi, Bluetooth, GPS, iki SİM kart dəstəyi, barmaq izi və ya üzlə tanıma funksiyası olmalıdır. Şarj kabeli və istehsalçının standart komplektasiyası ilə birlikdə təqdim edilməlidir. | 1 | ədəd |
| 17 | Seyf Seyf iki ayrıca qapıdan və minimum iki müstəqil açarlı kiliddən ibarət olmalıdır. Korpusu minimum 3 mm qalınlığında metaldan hazırlanmalı, divarlararası hissəsi qum və ya ekvivalent odadavamlı materialla doldurulmalıdır. Yanğına davamlılığı minimum 500°C temperaturda 1 saat olmalıdır. Xarici hündürlüyü 1000–1100 mm, eni 440–500 mm, dərinliyi 350–450 mm, çəkisi minimum 120 kq və faydalı həcmi minimum 70 litr olmalıdır. Daxilində minimum 1 ədəd metal rəf və 1 ədəd kilidlənən çəkməcə və ya ayrıca daxili bölmə olmalıdır. Rəngi qara, boz və ya digər neytral rəngdə qəbul edilir. Təklif edilən məhsul göstərilən funksional və texniki tələblərə bərabər və ya daha üstün göstəricilərə malik olmalıdır. | 10 | ədəd |
| 18 | Yumşaq stul (ofis stulu) Yumşaq stul (ofis stulu): Oturacaq və kürək hissəsi formasını uzun müddət saxlayan, minimum 25 kq/m³ sıxlığa malik elastik poliuretan süngərdən hazırlanmalı və aşınmaya davamlı, hava keçirən mebel parçası ilə üzlənməlidir. Kürəyin arxa hissəsi zərbəyə və cızılmaya davamlı plastik qoruyucu örtüklə tamamlanmalıdır. Ayaqları oval formalı möhkəm metal profildən hazırlanmalı, korroziyaya davamlı boya və ya xrom örtüklə işlənməli, döşəməni zədələməyən plastik altlıqlarla təchiz edilməlidir. Konstruksiya dayanıqlı və erqonomik olmalı, minimum 110 kq yükə davam gətirməlidir. | 60 | ədəd |
| 19 | Ofis stolu (160 sm) Ofis stolu: Ofis stolunun uzunluğu 1600 mm, eni 800 mm, hündürlüyü 750 mm (ölçülər üzrə ±20 mm kənarlaşma qəbul edilir) olmalıdır. Masa səthi minimum 25 mm, digər konstruktiv hissələri minimum 18 mm qalınlığında, nəmə və cızılmaya davamlı laminat örtüklü MDF, DSP və ya daha keyfiyyətli ekvivalent materialdan hazırlanmalıdır. Kənarları minimum 2 mm qalınlığında zərbəyə davamlı PVC lentlə işlənməlidir. Ayaq hissələrinin eni təxminən 700 mm olmalı, konstruksiya möhkəm, dayanıqlı və uzunmüddətli istifadəyə yararlı hazırlanmalıdır. Birləşmə elementləri keyfiyyətli metal furniturdan olmalı, naqillərin səliqəli keçirilməsi üçün kabel dəliyi nəzərdə tutulmalıdır. Rəngi mövcud mebellərə uyğun tünd qəhvəyi tonlarda olmalıdır. | 10 | ədəd |
| 20 | Üç siyirməli ofis tumbası Üç siyirməli ofis tumbası: Tumbanın hündürlüyü 580 mm, eni 450 mm, dərinliyi 450 mm (ölçülər üzrə ±20 mm kənarlaşma qəbul edilir) olmalıdır. Korpusu və siyirmələrin ön hissələri minimum 18 mm qalınlığında, nəmə və cızılmaya davamlı laminat örtüklü MDF, DSP və ya daha keyfiyyətli ekvivalent materialdan hazırlanmalıdır. Kənarları zərbəyə davamlı PVC lentlə işlənməlidir. Tumba 3 ədəd tam açılan siyirmə, 3 ədəd möhkəm metal tutacaq və minimum 4 ədəd döşəməni zədələməyən plastik ayaqla təchiz edilməlidir. Siyirmələr səssiz və rahat hərəkəti təmin edən keyfiyyətli teleskopik metal relslər üzərində işləməli, konstruksiya möhkəm və dayanıqlı olmalıdır. Rəngi mövcud ofis mebellərinə uyğun tünd qəhvəyi tonlarda olmalıdır. Ofis stolu ilə dəstləşdirmək mümkün olmalı. | 10 | ədəd |
| 21 | Müdir kreslosu Müdir kreslosu: Hündür kürəkli, erqonomik və uzunmüddətli istifadəyə uyğun müdir kreslosu olmalıdır. Oturacaq və kürək hissələri formasını saxlayan yüksək sıxlıqlı poliuretan süngərlə doldurulmalı, keyfiyyətli süni dəri və ya daha davamlı ekvivalent materialla üzlənməlidir. Kreslonun ümumi eni 65–75 sm, dərinliyi 70–85 sm, hündürlüyü isə qazlı amortizator vasitəsilə tənzimlənən olmalıdır. Yumşaq qol dayaqları, arxaya yellənmə və ən azı bir vəziyyətdə kilidlənmə funksiyası olmalıdır. Minimum Class 3 qazlı amortizatorla təchiz edilməli və öz oxu ətrafında 360° dönməlidir. Ayaq hissəsi beşqollu, möhkəm metal, alüminium və ya eyni dayanıqlığa malik materialdan, təkərləri isə döşəməni zədələməyən materialdan hazırlanmalıdır. Minimum 120 kq yükə davam gətirməlidir. Rəngi qara, tünd qəhvəyi və ya satınalan təşkilatla razılaşdırılan digər neytral rəngdə olmalıdır. Təklif edilən məhsul göstərilən funksional və keyfiyyət tələblərinə bərabər və ya daha üstün olmalıdır. | 12 | ədəd |
| 22 | Yanğınsöndürən bel çantası Yanğınsöndürən bel çantası əsasən Meşə, kolluq və otlaq sahələrində yaranan yanğınların ilkin mərhələdə su ilə söndürülməsi üçün nəzərdə tutulmuş, bir nəfər tərəfindən daşınaraq idarə edilən bel tipli yanğınsöndürən çanta olmalıdır. Su çəninin tutumu 15–25 litr, boş çəkisi maksimum 4 kq olmalıdır. Əl nasosu vasitəsilə fasiləsiz və ya impulslu su püskürtmə imkanı təmin etməli, məhsuldarlığı minimum 2 litr/dəqiqə, bütöv su şırnağının məsafəsi minimum 7 metr, tozvari su püskürtmə məsafəsi isə minimum 3 metr olmalıdır. Nasos və püskürtmə ucluğu korroziyaya, zərbəyə və intensiv istifadəyə davamlı materialdan hazırlanmalı, su şırnağının forması tənzimlənə bilməlidir. Su çəni sızdırmaz, aşınmaya və açıq hava şəraitinə davamlı materialdan hazırlanmalı, geniş doldurma ağzına malik olmalıdır. Çanta tənzimlənən, yumşaq və möhkəm çiyin qayışları ilə təchiz edilməli, istifadəçinin kürəyində təhlükəsiz və rahat daşınmasını təmin etməlidir. Məhsul tam komplekt şəkildə — su çəni, əl nasosu, şlanq, püskürtmə ucluğu və daşıma qayışları ilə təqdim olunmalıdır. | 25 | ədəd |
| 20 |
| ədəd |
| 4 |
| ədəd |
Sifarişçinin elandan sonra bu satınalma üzrə dərc etdikləri. Başlıq bizim oxunuşumuzdur, altındakı mətn isə sifarişçinindir, dəyişilmədən.
· 118.889 ₼
Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi tərəfindən 04.09.2026-cı il tarixdə 2026/AT/04325/V1 nömrəli "Maşın, avadanlıqların və inventarların satın alınması" üzrə elan olunmuş açıq tender müsabiqəsi Satınalma Komissiyasının qərarı ilə Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 21, mənzil 10 olan "MÜASİR ELEKTRON" Məhdud Məsuliyyətli Cəmiyyəti (1506376781) tərəfindən təqdim edilən 118 888,54 AZN dəyərində təklif aksept olunaraq qalıb seçilmişdir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, cari satınalma üzrə gözləmə müddəti 29.09.2026-cı il tarixdən qüvvəyə minir və 06.10.2026-cı il iş gününün sonu bitir. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir. Nəzərə almağınızı xahiş edirik.
Satınalmalarının 17 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 22 iyl 2026
son qələbə 08 may 2026
son qələbə 07 sen 2026
son qələbə 28 avq 2026
son qələbə 06 may 2026