Bu sifarişçi işi bölüşdürür: 11 satınalmanı 11 müxtəlif təchizatçı udub.
11 satınalma, 11 müxtəlif qalib
Ən çox udan: "TONERSET" Məhdud Məsuliyyətli Cəmiyyəti (1, 9.1%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.05% ilə 82.09% arasında aşağı düşüblər, medianı 12.69%.
Bu tender üçün bu 114.353 ₼ ilə 104.262 ₼ arasıdır.
21.387 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Süni İntellekt Əsaslı Virtual Assistent (AI Assistant) yaradılması Agentliyin mövcud 5 (beş) elektron xidmətində istifadə olunacaq, süni intellekt texnologiyaları əsasında fəaliyyət göstərən Virtual Assistentin hazırlanmalı, Agentliyin informasiya sistemlərinə inteqrasiya edilməli və istifadəyə verilməlidir. Virtual Assistent Agentliyin elektron xidmətlərindən istifadə edən qeyri-hökumət təşkilatlarının nümayəndələrinə 24/7 rejimində operativ informasiya dəstəyi göstərməlidir. Virtual Assistent istifadəçilərin Azərbaycan dilində müxtəlif formada təqdim etdikləri sorğuları, o cümlədən müxtəlif ifadə formalarını, sinonimləri və yazılış fərqlərini təhlil etməli, sorğunun məzmununu düzgün müəyyən etməli və uyğun cavab təqdim etməlidir. Virtual Assistent istifadəçilərin sorğularını Azərbaycan dilində qəbul etməli, Agentliyin normativ-hüquqi aktları, daxili qaydaları, metodiki göstərişləri, təlimatları, elektron xidmətləri və digər məlumat bazaları əsasında cavablandırmalı, zərurət yarandıqda istifadəçini müvafiq elektron xidmətə, funksional bölməyə və ya məsul struktur vahidinə yönləndirməlidir. Sistem istifadəçinin müraciət kontekstini nəzərə almalı, düzgün və aktual cavablar təqdim etməli, Agentliyin elektron xidmətlərindən istifadənin sadələşdirilməsinə və istifadəçi məmnuniyyətinin artırılmasına xidmət etməlidir. | 1 | ədəd |
| 2 | "QHT-lərə Dövlət Dəstəyi" informasiya sistemi üçün UX/UI dizaynlarının hazırlanması "Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2026-cı il 560 nömrəli Fərmanından irəli gələn tələblərin icrası məqsədilə Agentlik tərəfindən "QHT-lərə Dövlət Dəstəyi" informasiya sisteminin yaradılması nəzərdə tutulur.Hazırlanacaq dizaynlar istifadəçilərə bütün elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında vahid platformada təqdim edilməsini təmin etməli, sadə, intuitiv, əlçatan və istifadəçi yönümlü interfeysə malik olmalıdır. informasiya sisteminin funksional tələbləri və biznes prosesləri təhlil edilməli, istifadəçi ehtiyacları nəzərə alınmaqla istifadəçi təcrübəsi (UX) üzrə araşdırmalar aparılmalı və əsas istifadəçi ssenariləri hazırlanmalıdır. İnformasiya sisteminin informasiya arxitekturası formalaşdırılmalı, istifadəçi axınları (User Flow) və ekranlararası keçidlər layihələndirilməlidir. Sistemin bütün funksional modulları üzrə ilkin eskizlər (Wireframe) və müasir UI standartlarına uyğun yüksək dəqiqlikli (High-Fidelity) ekran dizaynları hazırlanmalıdır. İnformasiya sistemində Agentlik əməkdaşları, qeyri-hökumət təşkilatları, ekspertlər və digər dövlət qurumlarının nümayəndələri üçün rol əsaslı giriş mexanizmi və fərdiləşdirilmiş şəxsi kabinetlər nəzərdə tutulmalıdır. Hər bir istifadəçi qrupu üçün səlahiyyətlərinə uyğun funksional imkanları əks etdirən ayrıca istifadəçi interfeysləri (UI) və istifadəçi təcrübəsi (UX) hazırlanmalıdır. Digər dövlət qurumlarının əməkdaşları üçün nəzərdə tutulacaq şəxsi kabinetlər vasitəsilə onların səlahiyyətlərinə uyğun məlumatlara çıxış, elektron sənədlərin baxılması, razılaşdırılması, rəy bildirilməsi, sorğuların cavablandırılması, inteqrasiya proseslərinin idarə olunması və digər aidiyyəti funksiyaların yerinə yetirilməsi təmin edilməlidir. Bu məqsədlə dövlət qurumlarının iş proseslərini əks etdirən ayrıca ekranlar, istifadəçi axınları (User Flow) və interfeys həlləri layihələndirilməli, bütün dizaynlar vahid dizayn konsepsiyası və "bir pəncərə" prinsipi əsasında hazırlanmalıdır. Hazırlanacaq dizaynlar üçün vahid Dizayn Sistemi (Design System) yaradılmalı, rəng palitrası, şriftlər, ikonlar, düymələr, formalar, komponentlər və digər vizual elementlər vahid standartlar əsasında formalaşdırılmalıdır. Dizayn həlləri masaüstü kompüterlər, planşetlər və mobil cihazlar üçün responsiv şəkildə hazırlanmalı, müxtəlif ekran ölçülərinə uyğun düzgün görüntülənməsi təmin edilməlidir. Dizaynların hazırlanması zamanı istifadəçi əlçatanlığı (Accessibility) prinsipləri, istifadə rahatlığı və intuitiv interfeys tələbləri nəzərə alınmalı, müxtəlif istifadəçi qrupları üçün rahat və əlverişli istifadə imkanları təmin edilməlidir. Hazırlanmış dizaynlar əsasında interaktiv prototiplər yaradılmalı, əsas istifadəçi ssenarilərinin nümayiş etdirilməsi və test edilməsi üçün təqdim olunmalıdır. Bütün dizayn işləri Agentliyin korporativ üslubuna, vizual kimliyinə və brend tələblərinə uyğun şəkildə hazırlanmalı, yekun nəticələr Agentliklə razılaşdırıldıqdan sonra Figma və ya ekvivalent redaktə edilə bilən formatda bütün mənbə faylları, komponentlər və dizayn sistemi ilə birlikdə təhvil verilməlidir. | ||
| 3 | Agentliyin elektron xidmətlərinin EHİS-ə keçirilməsi və inteqrasiyası Agentliyin mövcud elektron xidmətlərinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim olunmasının təmin edilməsi məqsədilə zəruri texniki və proqram təminatı işləri həyata keçirilməlidir. Bu çərçivədə elektron xidmətlərin biznes prosesləri, elektron formaları və məlumat mübadiləsi mexanizmləri təhlil edilməli, xidmətlər EHİS-in tələblərinə uyğunlaşdırılmalı, inteqrasiya üçün tələb olunan API-lər hazırlanmalı və ya mövcud API-lər təkmilləşdirilməlidir. Həmçinin Proxy modulunun tətbiqi üçün zəruri proqram təminatı uyğunlaşdırılmalı, test və istismar mühitləri yaradılmalı, məlumat mübadiləsinin təhlükəsiz və fasiləsiz həyata keçirilməsi təmin edilməlidir. İnteqrasiya prosesində tələb olunan texniki sənədlər hazırlanmalı, inteqrasiya və funksional testlər aparılmalı, aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmalı və elektron xidmətlərin EHİS mühitində istismara verilməsi təmin edilməlidir. Bütün işlər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş metodoloji və texniki tələblərə uyğun şəkildə həyata keçirilməlidir. | 1 | ədəd |
| 4 | Agentliyin rəsmi internet saytının təkmilləşdirilməsi Agentliyin rəsmi internet saytının funksional imkanlarının genişləndirilməsi və mövcud bölmələrinin təkmilləşdirilməsi məqsədilə zəruri təhlil, proqramlaşdırma, inteqrasiya və tətbiq işləri həyata keçirilməlidir. Bu çərçivədə saytın "Elektron xidmətlər" bölməsi EHİS üzərindən təqdim ediləcək xidmətlərə uyğunlaşdırılmalı, xidmət keçidləri, təsvirlər, təlimatlar və aidiyyəti məlumatlar vahid və istifadəçi yönümlü strukturda yenilənməlidir. Saytın idarəetmə panelinin funksionallığı genişləndirilməli, "Müraciətlər" və "İnformasiya" bölmələri, habelə digər məzmun bölmələri üzrə məlumatların yaradılması, redaktəsi, təsdiqi, dərc edilməsi, arxivləşdirilməsi və axtarışı imkanları təmin edilməlidir. Müraciətlərin qəbul edilməsi, kateqoriyalaşdırılması, status üzrə izlənilməsi, aidiyyəti əməkdaşa yönləndirilməsi və cavablandırılması üçün idarəetmə mexanizmləri hazırlanmalı; daxil olan müraciətlər üzrə bildiriş, filtr, axtarış və hesabat imkanları nəzərdə tutulmalıdır. Məzmunun idarə edilməsi zamanı istifadəçi rolları və səlahiyyətləri ayrılmalı, əməliyyat tarixçəsinin (audit izi) saxlanılması, məlumatların təhlükəsizliyi və fərdi məlumatların qorunması təmin edilməlidir. Saytın mobil cihazlara uyğunluğu, brauzerlərarası işləməsi, əlçatanlığı, performansı və informasiya təhlükəsizliyi tələbləri yoxlanılmalı, zəruri optimallaşdırmalar aparılmalıdır. Hazırlanmış funksionallıqlar üzrə inteqrasiya və funksional testlər həyata keçirilməli, aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılmalı, yeniliklər istismar mühitinə tətbiq edilməli və idarəetmə panelindən istifadə üzrə texniki sənədlər və təlimatlar təqdim olunmalıdır. Bütün işlər Agentliyin korporativ üslubuna, mövcud texnoloji mühitinə və aidiyyəti dövlət informasiya sistemləri üzrə texniki tələblərə uyğun həyata keçirilməlidir. | 1 | ədəd |
| 1 |
| ədəd |
Satınalmalarının 11 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 19 avq 2026
son qələbə 10 avq 2026
son qələbə 29 dek 2025
son qələbə 19 dek 2025
son qələbə 24 okt 2025