Sifarişçi: "ƏSASLI TİKİNTİ VƏ TƏCHİZAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Tarixçə azdır: cəmi 3 müqayisə oluna bilən satınalma. Nəticə zəifdir.
3 satınalma, 3 müxtəlif qalib
Ən çox udan: "CYBER POİNT" Məhdud Məsuliyyətli Cəmiyyəti (1, 33.3%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.03% ilə 81.6% arasında aşağı düşüblər, medianı 9.89%.
Bu tender üçün bu 3.199.483 ₼ ilə 2.991.030 ₼ arasıdır.
610.753 ₼ məbləğindən aşağı heç kim udmayıb.
1.025 ₼
Sənədlər 25 ₼ + iştirak 1.000 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | 5 yeni Vahid Mədəniyyət Reyestri üzrə Beynəlxalq təcrübə və hüquqi sənədlərin təhlili xidməti Beynəlxalq təcrübə və hüquqi sənədlərin təhlili: UNESCO, ICOMOS, WIPO, Europeana və digər beynəlxalq təşkilatların normativ sənədləri araşdırılmış, ölkədaxili tətbiq üçün uyğunlaşdırılmış hüquqi və texniki çərçivələr hazırlanmış, beynəlxalq reyestr modelləri müqayisəli şəkildə təhlil edilmiş və vizual təqdim formasında sistemləşdirilmişdir. Həmin çərçivələr mövcud reyestr strukturu nəzərə alınaraq sistemə inteqrasiya ediləcək 5 yeni reyestr üzrə də ayrılıqda tətbiq edilməli, hər bir reyestrin sahəsinə uyğun normativ bazası müəyyənləşdirilməli və uyğunlaşdırılmış hüquqi sənədlər hazırlanmalı. | 1 | ədəd |
| 2 | 5 yeni Vahid Mədəniyyət Reyestri üzrə Taksonomiya və parametr çərçivəsinin genişləndirilməsi xidməti Taksonomiya və parametr çərçivəsinin genişləndirilməsi: Mövcud reyestr strukturu çərçivəsində artıq formalaşdırılmış taksonomiya və parametr bazası üzrə struktur və məzmun səviyyəsində atributlar, məlumat növləri və standart sahə parametrləri müəyyən edilmiş, təkrar sahələr birləşdirilmiş, AR Mədəniyyət Nazirliyi ilə işçi görüşlər əsasında razılaşdırılmış taksonomiya formalaşdırılmışdır. Sistemə inteqrasiya ediləcək 5 yeni reyestr üzrə isə həmin standartlar əsasında atributların, məlumat növlərinin və parametrlərin hazırlanması, mövcud taksonomiya ilə uyğunlaşdırılması və vahid parametr çərçivəsinin genişləndirilərək yenilənməsi həyata keçirilməli. | 1 | ədəd |
| 3 | Vahid Mədəniyyət Reyestrinin sistem arxitekturasına uyğun 5 yeni reyestrin hazırlanması xidməti Frontend, backend və verilənlər bazası qatlarını əhatə edən çoxsəviyyəli arxitektura, mikroservis yanaşması, CQRS prinsipinə əsaslanan performans yönümlü dizayn və bu dizayn üzrə modul bölünməsi, interfeys inteqrasiyaları və təhlükəsizlik qatlarının planlaşdırılması. - Modul bölünməsi və interfeys axınının texniki modelləşdirilməsi - Sürətli cavab vermə üçün cache və balanslaşdırma planlarının layihələndirilməsi. | 1 | ədəd |
| 4 | 5 yeni Reyestr strukturlarının işlənməsi xidməti hazırlanması Reyestr strukturlarının işlənməsi: 5 yeni reyestr üzrə sahə strukturlarının ayrılması, hər biri üçün spesifik qeydiyyat, təsnifat, axtarış, təsdiqləmə və təsvir sahələrinin müəyyən olunması və konfiqurasiya edilə bilən formaların yaradılması. | 5 | ədəd |
| 5 | Verilənlər bazasının yenilənməsi və genişləndirilməsinin hazırlanması Verilənlər bazasının yenilənməsi və genişləndirilməsi: MSSQL əsaslı məlumat bazası qurulmuş, sxemlər optimallaşdırılmış, məlumatların indeksləşdirilməsi və partitioning üsulları ilə sürətli axtarış və yazma imkanları yaradılmış, backup və təhlükəsizlik mexanizmləri tətbiq edilmişdir. Sistemə inteqrasiya ediləcək 5 yeni reyestrin tələblərinə uyğun olaraq mövcud infrastrukturun yenilənməsi və genişləndirilməsi, yeni reyestrlər üzrə verilənlər indeksləşdirilməsi və yüksək performanslı sorğuların tərtibi həyata keçiriləcəkdir. - In-memory və traditional yaddaş bazalarının müqayisəli tətbiqi. Verilənlər bazasında mövcud təhlükəsizlik siyasətləri, audit izləmə funksiyaları, məlumatların şifrələnməsi və ehtiyat nüsxə sistemləri yeni reyestrləri əhatə edəcək şəkildə təkmilləşdiriləcəkdir. | 1 | ədəd |
| 6 | 5 yeni reyestrin fasiləsiz (24/7) işləyən Təhlükəsizlik Əməliyyatları Mərkəzi sisteminə birləşdirilməsi və funksionallığının test edilməsi xidməti Layihə çərçivəsində yeni yaradılan 5 reyestrin mövcud informasiya təhlükəsizliyi infrastrukturuna tam şəkildə inteqrasiya edilməsi və sutkanın 24 saatı, həftənin 7 günü fasiləsiz rejimdə fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (SOC) nəzarəti altına alınması nəzərdə tutulur. Bu proses aşağıdakı əsas mərhələləri əhatə edir: İlk mərhələdə hər bir reyestrin texniki arxitekturası, məlumat axını və potensial təhlükəsizlik riskləri təhlil edilərək SOC ilə inteqrasiya üçün uyğun arxitektur model hazırlanır. Reyestrlərdən gələn log məlumatlarının (audit logları, sistem hadisələri, istifadəçi fəaliyyəti, şəbəkə trafiki və s.) mərkəzi SIEM (Security Information and Event Management) platformasına ötürülməsi üçün lazımi konnektorlar və inteqrasiya kanalları qurulur. Növbəti mərhələdə SOC mütəxəssisləri tərəfindən hər bir reyestrin spesifik xüsusiyyətlərinə uyğun aşkarlama qaydaları (detection rules), korrelyasiya ssenariləri və hadisələrə reaksiya playbook-ları hazırlanır. Bu, kibertəhdidlərin, anomaliyaların və icazəsiz müdaxilə cəhdlərinin real vaxt rejimində aşkar edilməsinə imkan yaradır. Eyni zamanda, kritik hadisələr üçün avtomatlaşdırılmış xəbərdarlıq və eskalasiya mexanizmləri qurulur. İnteqrasiya işləri tamamlandıqdan sonra sistemin işləkliyini təsdiqləmək üçün hərtərəfli test mərhələsi həyata keçirilir. Bu mərhələdə funksional testlər, yük testləri, simulyasiya əsaslı kibertəhdid ssenariləri (penetration testing, red team təlimləri) və hadisələrə reaksiya vaxtının (MTTD və MTTR göstəricilərinin) ölçülməsi aparılır. Test nəticələri əsasında zəruri tənzimləmələr edilir və sistem istismar mühitinə tam hazır vəziyyətə gətirilir. Yekun olaraq, bütün 5 reyestr 24/7 rejimində SOC analitikləri tərəfindən daimi monitorinq altına götürülür və hər hansı təhlükəsizlik insidentinə dərhal müdaxilə edilməsi təmin edilir. Bu inteqrasiya milli kibertəhlükəsizlik standartlarına və beynəlxalq tələblərə (ISO 27001, NIST Framework və s.) tam uyğunluğu təmin etməklə, dövlət informasiya resurslarının etibarlı qorunmasına xidmət edir. | 1 | ədəd |
| 7 | 5 yeni reyestr üzrə ETL və məlumat inteqrasiyası xidməti ETL və məlumat inteqrasiyası: 5 yeni reyestr üçün müxtəlif mənbələrdən məlumatların avtomatik şəkildə alınaraq mərkəzi datawarehouse-a yüklənməsi üçün ETL proseslərinin hazırlanması, transformasiya qaydalarının tətbiqi, real vaxt və batch yükləmələrin paralel idarə olunması və məlumatların keyfiyyətinə nəzarət sisteminin qurulması. | 1 | ədəd |
| 8 | Mövcud məlumatların miqrasiyasının hazırlanması Mövcud məlumatların miqrasiyası: Hazırda mövcud olan fərqli sistem və fayllardan (Excel, Access, lokal məlumat bazaları və s.) VMR sisteminə məlumatların miqrasiyası prosesinin təşkili. Bu mərhələdə aşağıdakı fəaliyyətlər yerinə yetirilәcək: - Mövcud sistemlərdəki məlumatların identifikasiyası və texniki təhlili - Məlumatların strukturlaşdırılması və uyğunluq xəritəsinin (mapping) hazırlanması - Transformasiya qaydalarının tətbiqi və test Miqrasiyaların həyata keçirilməsi - Miqrasiyadan əvvəl və sonra məlumatların müqayisəsi və keyfiyyətə nəzarət - Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və yekun miqrasiya ssenarisinin icrası - Miqrasiya nəticələrinin sənədləşdirilməsi və qəbul aktlarının hazırlanması | 1 | ədəd |
| 9 | Dinamik forma konfiqurasiya sisteminin genişləndirilməsinin hazırlanması Dinamik forma konfiqurasiya sisteminin genişləndirilməsi: Mövcud reyestr formalarının sahələrinin idarə olunması üçün administrator interfeysi hazırlanmış, sahə əlavə etmə, silmə və kateqoriyaların dəyişdirilməsi imkanları yaradılmışdır. Sistemə inteqrasiya ediləcək 5 yeni reyestr üzrə həmin mexanizmin genişləndirilməsi, hər bir yeni reyestrin spesifik sahə strukturuna uyğun konfiqurasiyaların tətbiqi və vahid dinamik forma mühitinin yeni modulları əhatə edəcək şəkildə yenilənməsi həyata keçiriləcəkdir. | 1 | ədəd |
| 10 | Əlçatanlıq və WCAG uyğunluğunun hazırlanması Əlçatanlıq və WCAG uyğunluğu təminatı: Ekran oxuyucularla uyğunluq, yüksək kontrast mövzular, alternativ mətnlər, klaviatura ilə idarəetmə və digər əlçatanlıq tələblərinin tətbiqi. | 1 | ədəd |
| 11 | Adaptiv interfeysin tətbiqi və cihaz testlərinin aparılması xidməti Adaptiv interfeys: Komputer və planşetlərdə tam funksional görünüş və idarəetmə üçün responsive dizaynın tətbiqi və cihaz testlərinin aparılması. | 1 | ədəd |
| 12 | Frontend və interfeys dizaynının hazırlanması Frontend və interfeys dizaynı: İstifadəçilər üçün müasir, sadə, mobil uyğun və WCAG 2.1 standartlarına cavab verən responsiv dizaynın tərtibatı, çoxdilli interfeys idarəetmə modulunun hazırlanması, giriş və naviqasiya elementlərinin dizaynı və ekran oxuyucu sistemlərlə uyğunluğun təmin olunması. | 1 | ədəd |
| 13 | Backend proqramlaşdırmanın hazırlanması Backend proqramlaşdırma: Sistemə inteqrasiya ediləcək 5 yeni reyestr üzrə müvafiq modulların hazırlanması, mövcud API arxitekturası ilə tam uyğunluğun təmin edilməsi, yeni reyestrlərin funksional interfeyslərinin qurulması, REST API-lərin Swagger əsaslı sənədləşdirilməsi və elektron imza ilə işləyən funksiyaların yeni modullara tətbiqi həyata keçiriləcəkdir. | 10 | ədəd |
| 14 | İstifadəçi idarəetməsinin genişləndirilməsinin hazırlanması İstifadəçi idarəetməsinin genişləndirilməsi: Sistemə inteqrasiya ediləcək 5 yeni reyestr üzrə mövcud RBAC mexanizminin genişləndirilməsi, hər yeni reyestr üçün spesifik rol və səlahiyyət strukturlarının müəyyənləşdirilməsi və mövcud autentifikasiya infrastrukturunun yeni modulları tam əhatə edəcək şəkildə yenilənməsi həyata keçiriləcəkdir. | 1 | ədəd |
| 15 | Versiyalaşdırma və Rollback funksiyasının hazırlanması Versiyalaşdırma və Rollback funksiyası: Hər bir məlumat vahidi üçün dəyişiklik tarixçəsinin saxlanması, əvvəlki versiyaların bərpası, dəyişiklikləri edən istifadəçilərin qeyd olunması və rollback funksiyasının təmin olunması. | 1 | ədəd |
| 16 | Rəqəmsal Aktivlərin İdarəetmə Sistemində (DAM)- görüləcək işlər Rəqəmsal Aktivlərin İdarəetmə Sistemi (DAM): Media faylların (şəkil, video, audio) yüklənməsi, sıxılması, təsnifatı, preview generator, versiyalaşdırma və fayl çıxışı hüquqlarının idarə olunması üçün rəqəmsal aktiv idarəetmə modulunun hazırlanması. | 1 | ədəd |
| 17 | Analitika və hesabat sisteminin hazırlanması Analitika və hesabat sistemi: İstifadəçilərin axtarış, qeydiyyat və idarəetmə proseslərini təhlil edə biləcəyi BI panel və dashboard-ların hazırlanması, statistik və analitik hesabatların avtomatik və dinamik tərtibi, məlumatların korrelyasiyası və proqnozlaşdırılması imkanlarının yaradılması. | 1 | ədəd |
| 18 | Bildiriş və xəbərdarlıq sisteminin genişləndirilməsinin hazırlanması Bildiriş və xəbərdarlıq sisteminin genişləndirilməsi: Sistemə inteqrasiya ediləcək 5 yeni reyestr üzrə mövcud bildiriş infrastrukturunun genişləndirilməsi, yeni reyestrlərə aid hadisələrin izlənməsi və vacib xəbərdarlıqların yayılması mexanizmlərinin tətbiqi, panel üzərindən bütün reyestrləri əhatə edən vahid bildiriş idarəetmə mühitinin yenilənməsi həyata keçiriləcəkdir. | 1 | ədəd |
| 19 | İnteqrasiya və API-lərin genişləndirilməsinin hazırlanması İnteqrasiya və API-lərin genişləndirilməsi: Sistemə inteqrasiya ediləcək 5 yeni reyestr üzrə mövcud API infrastrukturunun genişləndirilməsi, yeni reyestrlərə aid RESTful API-lərin yaradılması və Swagger əsaslı sənədləşdirilməsi, inteqrasiyanın mövcud təhlükəsizlik və performans standartlarına uyğunluğunun təmin edilməsi həyata keçiriləcəkdir. | 5 | ədəd |
| 20 | Pilot tətbiq və sınaqların hazırlanması Pilot tətbiq və sınaqlar: 5 yeni reyestrlərin ilkin versiyasının pilot rejimdə istifadəyə verilməsi, müxtəlif istifadəçi rolları üzrə testlərin aparılması, istifadəçi rəyləri əsasında təkmilləşdirmə, real ssenarilər üzrə test, funksiya və interfeys düzəlişləri və nəticələrin sənədləşdirilməsi. | 1 | ədəd |
| 21 | Maarifləndirmə və sistem istifadəsi üzrə dəstək xidməti Maarifləndirmə və sistem istifadəsi üzrə dəstək: Sistemin istifadəsinə dair interaktiv təlim sessiyalarının təşkili, istifadə təlimatları və köməkçi materialların hazırlanması, real şəraitdə istifadəçi dəstəyi və məlumatların düzgün daxil edilməsinə nəzarət. | 3 | ədəd |
| 22 | Təlim və istifadəçi sənədlərin hazırlanması Təlim və istifadəçi sənədləri: Sistemdən istifadə edəcək bütün istifadəçi qrupları üçün interaktiv təlimlərin hazırlanması, tədris materialları, funksional modullar üzrə nümunələrlə zənginləşdirilmiş interaktiv dərsliklər, təlim sonrası qiymətləndirmə və geribildirimin toplanması. | 1 | ədəd |
| 23 | Texniki dəstək və zəmanət xidməti Texniki dəstək və zəmanət: Canlı istifadəyə verildikdən sonra minimum 12 ay texniki dəstək və 24 ay proqram təminatı zəmanəti, SLA prinsipləri ilə prioritet dərəcələr üzrə texniki xidmət, təhlükəsizlik yeniləmələri, proqram xətalarının aradan qaldırılması və mütəmadi versiya yenilənməsi.Zəmanət müddəti texniki dəstək zamanına uyğun keçərlidir | 36 | ədəd |
| 24 | Hüquqi və təhlükəsizlik uyğunluğunun auditi xidməti Hüquqi və təhlükəsizlik uyğunluğunun auditi: ISO 27001, ISO 27701, GDPR, CIS Benchmarks digər normativlərə uyğunluq üçün texniki və hüquqi sənədlərin hazırlanması və auditə hazırlıq. | 1 | ədəd |
Satınalmalarının 139 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 30 iyl 2026
son qələbə 29 iyl 2026
son qələbə 24 iyn 2026
son qələbə 21 noy 2025
son qələbə 18 sen 2026