Sifarişçi: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI N.TUSI ADINA ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
12 satınalma, 11 müxtəlif qalib
Ən çox udan: "GUE GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 16.7%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.05% ilə 81.06% arasında aşağı düşüblər, medianı 16.63%.
Bu tender üçün bu 66.864 ₼ ilə 58.359 ₼ arasıdır.
13.258 ₼ məbləğindən aşağı heç kim udmayıb.
165 ₼
Sənədlər 25 ₼ + iştirak 140 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Kepler CMOS astronomik kamera Elmi astronomik müşahidələr üçün monoxrom soyudulan CMOS kamera və ya ekvivalent olmalıdır. Kamera Full-Frame və ya ekvivalent BSI CMOS sensora malik olmalıdır. Effektiv təsvir ölçüsü minimum 60 MP, təsvir ölçüsü minimum 9500 × 6300 piksel, piksel ölçüsü maksimum 4 µm olmalıdır. A/D çevirmə minimum 16-bit olmalıdır. Kamera uzun ekspozisiyalı çəkilişləri dəstəkləməlidir. Soyutma sistemi TEC və ya ekvivalent texnologiyalı olmalı və sensoru ətraf temperaturundan minimum 30°C aşağı soyuda bilməlidir. USB 3.0 və ya ekvivalent yüksək sürətli məlumat ötürmə interfeysi olmalıdır. Kamera xarici trigger, vaxt sinxronizasiyası və filter wheel bağlantısını dəstəkləməlidir. Standart astronomik teleskop və optik adapterlərlə uyğun olmalıdır. Komplektə işləməsi üçün tələb olunan əsas kabel və aksesuarlar daxil edilməlidir. Məhsul üçün minimum 12 ay yazılı zəmanət verilməlidir. | 1 | ədəd |
| 2 | FLI CFW 5 filtr çarxı Filtr çarxı astronomik və elmi CMOS/CCD kameralarla işləməyə uyğun olmalıdır. Qurğu minimum 5 filtr mövqeyinə malik olmalı və minimum 50 mm diametrli dairəvi, montajsız (unmounted) filtrləri dəstəkləməlidir. Dəstəklənən filtr qalınlığı minimum 3–5 mm diapazonunda və ya ekvivalent olmalıdır. Filtr çarxı minimum 1 daxili filtr barabanına və ya ekvivalent konstruksiyaya malik olmalıdır. Filtrlərin dəqiq və sabit dəyişdirilməsi üçün qurğuda stepper motor və ya ekvivalent yüksək dəqiqlikli idarəetmə mexanizmi olmalıdır. Filtr mövqelərinin avtomatik müəyyən edilməsi və proqram təminatı vasitəsilə idarə olunması mümkün olmalıdır. Qurğu USB və ya ekvivalent məlumat interfeysi ilə kompüterdən idarə edilməli və astronomik kamera sisteminə mexaniki qoşulmağa uyğun olmalıdır. Qurğu minimum 50 mm dairəvi BVRI və ya ekvivalent fotometrik filtrlərlə işləməyə uyğun olmalı, filtr dəyişdirilməsi zamanı dəqiq mövqelənməni təmin etməlidir. Məhsul üçün minimum 12 ay yazılı zəmanət verilməlidir. | 1 | ədəd |
| 3 | Standart BVRI fotometrik filtr dəsti Standart fotometrik filtr dəsti Bessell BVRI və ya ekvivalent fotometrik sistemə uyğun olmalıdır. Dəst minimum 4 ədəd B, V, R və I filtrindən ibarət olmalıdır. Filtrlər dairəvi, diametri minimum 50 mm, montajsız (unmounted) tipdə və qalınlığı minimum 3.0 mm olmalıdır. Filtrlərin optik səth dəqiqliyi minimum λ/4 və ya ekvivalent/yüksək optik keyfiyyətli, örtük texnologiyası yüksək transmissiyalı və davamlı sputtered coating və ya ekvivalent texnologiya olmalıdır. Filtrlər CCD/CMOS əsaslı professional astronomik fotometriya üçün nəzərdə tutulmalı, B, V, R və I fotometrik spektr diapazonlarını və ya ekvivalent standart diapazonları təmin etməlidir. Filtrlər bir-biri ilə optik baxımdan uyğun, parfokal və ya ekvivalent fokus sabitliyinə malik olmalı, filtr dəyişdirildikdə fokus dəyişikliyi minimum səviyyədə olmalıdır. Filtrlər minimum f/4 və daha yavaş optik sistemlərdə işləməyə və 50 mm dairəvi filtr barabanlarında istifadəyə uyğun olmalıdır. Məhsul üçün minimum 12 ay yazılı zəmanət verilməlidir. | 1 | ədəd |
| 4 | UPS — fasiləsiz enerji təchizatı qurğusu Fasiləsiz enerji təchizatı qurğusu Online Double Conversion və ya ekvivalent texnologiyalı olmalıdır. Nominal gücü minimum 1000 VA / 1000 W, çıxış güc əmsalı minimum 1.0 olmalıdır. Çıxış gərginliyi minimum 220/230/240 V, çıxış siqnalı təmiz sinus dalğası olmalıdır. Gərginlik stabilliyi maksimum ±1%, tezlik minimum 50/60 Hz olmalıdır. Giriş gərginlik diapazonu minimum 160–300 V, giriş tezlik diapazonu minimum 40–70 Hz olmalıdır. Qurğu minimum 8 ədəd IEC C13 çıxışına malik olmalıdır. UPS minimum 3 ədəd 12 V / 7 Ah texniki xidmət tələb etməyən qurğuşun-turşulu akkumulyatorla təchiz edilməli, əlavə xarici batareya modulunun qoşulmasını dəstəkləməlidir. Minimum USB və RS-232, həmçinin EPO və ya ekvivalent təcili söndürmə interfeysi olmalıdır. Qurğu qısaqapanma, artıq yüklənmə və impuls gərginliklərindən mühafizəyə malik olmalıdır. UPS Rack/Tower və ya ekvivalent çevik quraşdırma formasını, LCD displeyi və uzaqdan monitorinq imkanını dəstəkləməlidir. Məhsulun part nömrəsi qeyd edilməlidir. Təqdim edilən məhsul üçün MAF sənədi təqdim edilməlidir. Məhsul üçün minimum 12 ay yazılı zəmanət verilməlidir. | 1 | ədəd |
| 5 | Kağız məhvedici Kağızdoğrayan (şreder): Kəsim növü Micro-Cut olmalı, məxfilik səviyyəsi minimum DIN P-5, kəsim ölçüsü maksimum 2 × 12 mm olmalıdır. Bir dəfəyə minimum 12 vərəq doğrama qabiliyyətinə malik olmalıdır. Kağız giriş eni minimum 230 mm, çıxarıla bilən tullantı səbətinin həcmi minimum 22 litr olmalıdır. Qurğuda kağız sıxışmasının qarşısını alan Jam Proof və ya ekvivalent anti-jam sistemi, həddindən artıq yüklənmə indikatoru, səbət doluluq göstəricisi, avtomatik start/stop, Sleep Mode və istifadəçi təhlükəsizliyi üçün SafeSense və ya ekvivalent sensor sistemi olmalıdır. Şreder kağız, ştapel, kağız sancaqları və plastik kartları doğrama qabiliyyətinə malik olmalıdır. Məhsulun part nömrəsi qeyd edilməlidir. Təqdim edilən məhsul üçün MAF sənədi və rəsmi servis sənədi təqdim edilməlidir.Məhsul üçün minimum 12 ay yazılı zəmanət verilməlidir. | 1 | ədəd |
| 6 | Printer A4 Printer A4 formatlı, monoxrom, 4-ü 1-də çoxfunksiyalı lazer çap texnologiyasına malik olmalıdır. A4 çap sürəti minimum 40–42 ppm və ya ekvivalent məhsuldarlıq səviyyəsində, yaddaş minimum 512 MB, ilkin səhifə çıxışı maksimum 7 saniyə olmalıdır. Qurğu avtomatik Duplex ikitərəfli çap funksiyasını, Flatbed + ADF skan sistemini dəstəkləməlidir. Qoşulma interfeysləri minimum USB, LAN və Wi-Fi və ya ekvivalent bağlantı imkanlarına malik olmalıdır. Aylıq çap həcmi minimum 100 000 səhifə, toner kartricinin resursu minimum 15 000 səhifə, baraban resursu minimum 30 000 səhifə olmalıdır. Çap keyfiyyəti minimum 1200 × 1200 dpi və ya ekvivalent keyfiyyət səviyyəsini dəstəkləməlidir. Printer 2.4 GHz və 5 GHz ikidiapazonlu Wi-Fi və ya ekvivalent simsiz bağlantını, NFC və ya ekvivalent yaxın məsafəli bağlantı texnologiyasını dəstəkləməlidir. Şəbəkə interfeysi minimum 10/100/1000Base-TX Gigabit Ethernet və ya ekvivalent olmalıdır. Maksimum kağız giriş tutumu minimum 1 400 vərəq olmalı, qurğu minimum 2 ədəd əlavə kağız kasetinin və ya ekvivalent genişləndirmə modulunun qoşulmasını dəstəkləməlidir. Hər əlavə kasetin tutumu minimum 550 vərəq, ADF tutumu minimum 50 səhifə olmalıdır. Qurğu minimum 200 q/m² kağız sıxlığını dəstəkləməlidir. Təqdim edilən məhsul üçün MAF sənədi və rəsmi servis sənədi təqdim edilməlidir. Məhsul üçün minimum 12 ay yazılı zəmanət verilməlidir. | 1 | ədəd |
Satınalmalarının 12 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 25 dek 2025
son qələbə 30 sen 2026
son qələbə 25 sen 2026
son qələbə 29 dek 2025
son qələbə 07 noy 2025