Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
6 satınalma, 5 müxtəlif qalib
Ən çox udan: "SMARTIT" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 33.3%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.05% ilə 81.06% arasında aşağı düşüblər, medianı 17.41%.
Bu tender üçün bu 2.040.149 ₼ ilə 1.769.171 ₼ arasıdır.
405.716 ₼ məbləğindən aşağı heç kim udmayıb.
1.025 ₼
Sənədlər 25 ₼ + iştirak 1.000 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Rəqəmsal ekspertiza üçün nüsxələmə cihazı Rəqəmsal daşıyıcılardan məlumatların məhkəmə ekspertizası prinsiplərinə uyğun şəkildə əldə edilməsi, disk təsvirlərinin (ing. “disk image”) və disk nüsxələrinin (ing “disk clone”) yaradılması, müxtəlif məlumat daşıyıcıları və interfeyslər üzrə yazmadan qorunan (ing. “write-blocked”) məlumat əldə edilməsini təmin edən, müxtəlif məhkəmə ekspertizası formatlarını və kriptoqrafik heş alqoritmlərini dəstəkləyən, uzaqdan idarəetmə və təhlükəsiz məlumat silmə funksiyalarına malik aparat təminatı. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 1-də qeyd olunmuşdur. | 2 | ədəd |
| 2 | Mobil rəqəmsal ekspertiza üçün adapter və aksesuar dəsti Mobil telefonlar və digər mobil qurğulardan rəqəmsal sübutların əldə edilməsi prosesində istifadə olunan müxtəlif interfeysli adapterlər, kabellər və köməkçi avadanlıqlardan ibarət dəst olmalıdır. Dəst geniş yayılmış mobil cihaz interfeyslərini dəstəkləməli, bütün komponentlər qoruyucu daşıma qutusunda təqdim edilməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 2-də qeyd olunmuşdur. | 2 | dəst |
| 3 | Kompüterlərin rəqəmsal ekspertiza üçün adapter və aksesuar dəsti Müxtəlif növ sərt disklər (“HDD” və “SSD” tipli) və digər məlumat daşıyıcılarından rəqəmsal sübutların əldə edilməsi məqsədilə istifadə olunan adapter, kabel və köməkçi avadanlıqlardan ibarət dəst olmalıdır. Dəst müxtəlif istehsalçıların yaddaş daşıyıcılarını dəstəkləməli, bütün komponentlər qoruyucu sərt plastik qutuda təqdim edilməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 3-də qeyd olunmuşdur. | 3 | dəst |
| 4 | Mövcud “Apple” cihazları üçün rəqəmsal ekspertiza adapter və aksesuar dəsti “Apple” istehsalı kompüter və digər cihazların müxtəlif növ daxili yaddaş daşıyıcılarından rəqəmsal sübutların əldə edilməsi məqsədilə istifadə olunan adapter, kabel və köməkçi avadanlıqlardan ibarət dəst olmalıdır. Dəst “Apple” cihazlarında istifadə olunan müxtəlif “SSD” tipli sərt disk interfeyslərini dəstəkləməli, bütün komponentlər qoruyucu sərt plastik qutuda təqdim edilməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 4-də qeyd olunmuşdur. | 2 | dəst |
| 5 | “USB 3.0” yazma bloklayıcısı “USB” interfeysli yaddaş daşıyıcılarından rəqəmsal sübutların məhkəmə ekspertizası prinsiplərinə uyğun şəkildə əldə edilməsi zamanı məlumatların dəyişdirilməsinin qarşısını alan aparat təminatı olmalıdır. Cihaz “USB 2.0” və “USB 3.0” interfeysli daşıyıcıları dəstəkləməli, eyni vaxtda bir neçə daşıyıcı ilə işləmək imkanına malik olmalı və beynəlxalq elektromaqnit uyğunluq standartlarına cavab verməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 5-də qeyd olunmuşdur. | 3 | ədəd |
| 6 | Şəbəkə məlumat saxlama sistemi Rəqəmsal ekspertiza və rəqəmsal sübutların saxlanılması məqsədilə istifadə ediləcək, təxminən 80 TB faydalı yaddaş tutumunu təmin edən, “RAID” texnologiyasını dəstəkləyən, “rack” tipli şəbəkə məlumat saxlama sistemi (ing. “NAS”) və uyğun sərt disklərdən ibarət həll təqdim edilməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 6-da qeyd olunmuşdur. | 1 | ədəd |
| 7 | Rəqəmsal ekspertiza üçün yaddaş daşıyıcıları Rəqəmsal ekspertiza və rəqəmsal sübutların saxlanılması məqsədilə istifadə ediləcək, müxtəlif tutumlara və xüsusiyyətlərə məxsus disklər. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 7-də qeyd olunmuşdur. | 75 | ədəd |
| 8 | Portativ termal etiket printeri Rəqəmsal ekspertiza prosesində sübutların, daşıyıcıların və digər avadanlıqların etiketlənməsi üçün “Bluetooth” bağlantısını dəstəkləyən, termal çap texnologiyasına malik portativ etiket printeri olmalıdır. Qurğu mobil tətbiq vasitəsilə idarə olunmalı və etiket lentləri ilə birlikdə təqdim edilməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 8-də qeyd olunmuşdur. | 4 | ədəd |
| 9 | Rəqəmsal ekspertiza iş stansiyası (Panel PC) Rəqəmsal sübutların əldə edilməsi, disk imiclərinin yaradılması və təhlili, RAID sistemlərinin araşdırılması, böyük həcmli məlumatların emalı və rəqəmsal ekspertiza proqram təminatının istifadəsi üçün nəzərdə tutulmuş yüksək göstəricili iş stansiyası. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 9-da qeyd olunmuşdur. | 4 | ədəd |
| 10 | Rəqəmsal ekspertiza laboratoriyası üçün işçi kompüter Rəqəmsal ekspertiza, məlumatların təhlili, disk imiclərinin araşdırılması, rəqəmsal artefaktların təhlili, hesabatların hazırlanması və müvafiq proqram təminatlarının istifadəsi üçün nəzərdə tutulmuş masaüstü kompüter. Kompüter minimum 14-cü nəsil Intel Core i7 səviyyəli prosessor, 64 GB DDR5 operativ yaddaş, 1 TB NVMe SSD və minimum 6 GB videoyaddaşa malik ayrıca qrafik prosessorla təchiz edilməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 10-da qeyd olunmuşdur. | 8 | ədəd |
| 11 | Rəqəmsal ekspertiza laboratoriyası üçün monitor Rəqəmsal ekspertiza laboratoriyasında işçi kompüterlərlə istifadə üçün nəzərdə tutulmuş, uzunmüddətli mətn, sənəd, proqram interfeysi və rəqəmsal sübutların vizual analizi üçün uyğun, geniş ekranlı LCD/LED monitor. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 11-də qeyd olunmuşdur. | 24 | ədəd |
| 12 | Simsiz klaviatura və siçan dəsti Rəqəmsal ekspertiza laboratoriyasında işçi kompüterlərlə istifadə üçün nəzərdə tutulmuş, tam ölçülü simsiz klaviatura və ergonomik simsiz siçandan ibarət dəst. Klaviatura və mouse eyni simsiz qəbuledici və/və ya Bluetooth bağlantısı vasitəsilə işləməli, uzunmüddətli gündəlik istifadəyə uyğun olmalıdır. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 12-də qeyd olunmuşdur. | 12 | dəst |
| 13 | Rəqəmsal ekspertiza üçün işçi noutbuk Rəqəmsal sübutların ilkin analizi, məlumatların emalı, ekspertiza proqram təminatının istifadəsi və gündəlik texniki işlər üçün nəzərdə tutulmuş yüksək göstəricili peşəkar noutbuk. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 13-də qeyd olunmuşdur. | 3 | ədəd |
| 14 | Peşəkar portativ kompüter Rəqəmsal ekspertiza, rəqəmsal sübutların təhlili və digər peşəkar informasiya təhlükəsizliyi proqram təminatlarının istifadəsi üçün nəzərdə tutulmuş, minimum 14 düym ekran ölçüsünə malik, yüksək performanslı prosessor, minimum 24 GB vahid və ya ekvivalent yüksək sürətli operativ yaddaş və minimum 1 TB “SSD” tipli sərt disk yaddaşı ilə təchiz edilmiş peşəkar mobil iş stansiyası təqdim edilməlidir. Cihaz yüksək təsvir ölçülü, “HDR”, geniş rəng gamutunu və minimum 120 Hz adaptiv yenilənmə tezliyini dəstəkləyən ekranla, minimum 3 ədəd yüksək sürətli “USB Type-C”/”Thunderbolt” və ya ekvivalent interfeys, “HDMI” və yaddaş kartı oxuyucusu ilə təchiz edilməlidir. Cihaz “Wi-Fi 6E” və ya daha yüksək standartı, “Bluetooth 5.3” və ya daha yüksək versiyanı, biometrik autentifikasiya imkanını və arxa işıqlı klaviaturanı dəstəkləməlidir. Cihazın çəkisi maksimum 1,8 kq olmalı, uzunmüddətli peşəkar istifadə üçün uyğun batareya tutumu və enerji səmərəli arxitekturaya malik olmalıdır. Cihaz müvafiq peşəkar proqram təminatlarının işləməsi üçün uyğun, istehsalçı tərəfindən rəsmi dəstəklənən əməliyyat sistemi ilə təmin edilməli, yeni və istifadə olunmamış vəziyyətdə, orijinal komplektasiyada təqdim olunmalıdır. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 14-də qeyd olunmuşdur. | 3 | ədəd |
| 15 | Rəqəmsal ekspertiza üçün portativ disk saxlama qurğusu Rəqəmsal ekspertiza proseslərində fiziki yaddaş daşıyıcılarının məlumatlarının dəyişdirilmədən əldə edilməsi, hardware səviyyəsində yazmadan qorunma (ing. “write-block”) funksiyasının təmin olunması, bir neçə “HDD” və ya “SSD” tipli yaddaş daşıyıcısının eyni vaxtda qoşulması və idarə edilməsi, “SATA” və digər dəstəklənən yaddaş interfeysləri ilə işləməsi, “HPA/DCO” sahələrinin aşkarlanmasını dəstəkləməsi, yüksək sürətli host interfeysləri vasitəsilə ekspertiza iş stansiyasına qoşulması və müxtəlif rəqəmsal ekspertiza proqram təminatları ilə birgə istifadəyə imkan verməsi təmin edilməlidir. Cihaz rəqəmsal ekspertiza laboratoriyasında peşəkar istifadə üçün nəzərdə tutulmuş, yeni və istifadə olunmamış vəziyyətdə, bütün zəruri enerji təchizatı, kabellər, adapterlər və digər standart aksesuarlarla birlikdə təqdim edilməlidir Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 15-də qeyd olunmuşdur. | 3 | ədəd |
| 16 | Çoxportlu enerji doldurma stansiyası Mobil telefonların, planşetlərin, ağıllı saatların və digər “USB” ilə enerji doldurulan qurğuların eyni vaxtda təhlükəsiz və sürətli enerji ilə təmin edilməsi üçün çoxportlu enerji doldurma stansiyası olmalıdır. Qurğu “USB Type-A” və “USB Type-C” çıxışlarını, sürətli enerji doldurma texnologiyalarını və ağıllı enerji paylanmasını dəstəkləməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 16-da qeyd olunmuşdur. | 4 | ədəd |
| 17 | Fasiləsiz enerji təchizatı qurğusu Server, şəbəkə avadanlıqları və rəqəmsal ekspertiza sistemlərinin fasiləsiz enerji ilə təmin edilməsi və elektrik şəbəkəsində baş verə biləcək gərginlik dəyişmələrindən mühafizəsi üçün ikiqat çevirmə texnologiyasına malik, minimum 6 kVA gücündə fasiləsiz enerji təchizatı qurğusu olmalıdır. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 17-də qeyd olunmuşdur. | 12 | ədəd |
| 18 | Məlumatların bərpası üçün avadanlıq Zədələnmiş, kilidlənmiş və ya qeyri-stabil HDD və SSD qurğularından məlumatların bərpası, firmware-in təmiri, parolun aradan qaldırılması, disk nüsxələrinin yaradılması və hədəf faylların əldə edilməsini təmin edən aparat və proqram təminatı kompleksi olmalıdır. Sistem müxtəlif istehsalçıların HDD və SSD qurğuları ilə işləməli, bir neçə məlumat kanalında eyni vaxtda əməliyyat aparmalı və sektor-səviyyəli məlumatların əldə edilməsini dəstəkləməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 18-də qeyd olunmuşdur. | 1 | ədəd |
| 19 | Portativ yaddaş daşıyıcılarının məlumatlarının bərpası və rəqəmsal ekspertiza kompleksi Yerində və laboratoriya şəraitində müxtəlif tipli yaddaş daşıyıcılarının diaqnostikası, sektor-səviyyəli surətinin yaradılması, məlumatların bərpası və rəqəmsal ekspertiza üçün portativ çoxfunksiyalı aparat-proqram kompleksi olmalıdır. Sistem SATA/PATA/USB HDD, SAS HDD/SSD, SATA və PCIe/NVMe SSD, M.2, Apple SSD, PCIe x16, U.2/U.3, Intel Optane, CFexpress, USB Flash, SD/microSD və RAID sistemləri ilə işləməli, write-protection, hash hesablanması, S.M.A.R.T., sector view, standalone rejimi və müvafiq adapterlərə malik olmalıdır. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 19-da qeyd olunmuşdur. | 1 | dəst |
| 20 | Elektron təmir və məlumatların bərpası alətləri komplekti Elektron komponentlərin və yaddaş qurğularının təmiri, məlumatların bərpası və rəqəmsal ekspertiza işləri üçün eMMC chip reader, yüksək sürətli ROM programmer, BGA reballing stencils, HDD PCB unlock və USB-SATA adapter/PCB dəstlərini əhatə edən avadanlıq komplekti olmalıdır. Komplekt müxtəlif BGA/eMMC çip ölçülərini və sənəddə göstərilən Western Digital, Samsung və Toshiba USB-SATA PCB variantlarını dəstəkləməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 20-də qeyd olunmuşdur. | 1 | dəst |
| 21 | HDD mexaniki təmir və təmiz mühit alətləri komplekti HDD qurğularında mexaniki komponentlərin, o cümlədən başlıq (head) və platter hissələrinin təmiz mühitdə dəyişdirilməsi, çıxarılması, saxlanılması, təmizlənməsi və texniki bərpası üçün xüsusi alət və işçi dəstlərindən ibarət komplekt olmalıdır. Komplekt müxtəlif HDD modelləri üçün head comb, platter extractor/holder, platter cleaning və head replacement vasitələrini, həmçinin clean repair box və təmiz mühitdə spindle screw çıxarılması üçün aləti əhatə etməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 21-də qeyd olunmuşdur. | 1 | dəst |
| 22 | Yüksək dəqiqlikli mikro-lehimləmə stansiyası (High-Precision Soldering Station) PCB, SMD və mikroelektron komponentlərin yüksək dəqiqliklə lehimlənməsi və təmiri üçün peşəkar, temperatur nəzarətli lehimləmə stansiyası. Mikro-lehimləmə və mikroskop altında işləməyə uyğun olmalı, ESD qorunması və temperaturun dəqiq idarə edilməsi funksiyalarına malik olmalıdır. Ətraflı texniki tələblər Şərtlər toplusunda Əlavə 22-də göstərilmişdir. | 1 | ədəd |
| 23 | Yüksək dəqiqlikli mikro-lehimləmə stansiyası və lehimləmə ucluqları dəsti (High-Precision Micro-Soldering Station and Soldering Tip Set) PCB, SMD və mikroelektron komponentlərin yüksək dəqiqliklə lehimlənməsi və təmiri üçün peşəkar lehimləmə stansiyası. Komplektə idarəetmə bloku, yüksək dəqiqlikli lehimləmə tutacağı və onunla tam uyğun müxtəlif profilli lehimləmə ucluqları dəsti daxil olmalıdır. Stansiya və ucluqlar birlikdə işlək və tam komplekt şəkildə təqdim edilməlidir. Ətraflı texniki tələblər Şərtlər toplusunda Əlavə 23-də göstərilmişdir. | 1 | ədəd |
| 24 | İsti hava ilə lehimləmə və komponentlərin sökülməsi stansiyası (Hot Air Rework Station) PCB, SMD, BGA və digər elektron komponentlərin lehimlənməsi və sökülməsi üçün peşəkar isti hava stansiyası. Temperatur və hava axınının dəqiq tənzimlənməsi, qapalı dövrəli temperatur nəzarəti, avtomatik soyutma və təhlükəsiz gözləmə rejimi təmin edilməlidir. Ətraflı texniki və keyfiyyət tələbləri Şərtlər toplusunda Əlavə 24-də göstərilmişdir. | 1 | ədəd |
| 25 | Lehimləmə dumanının sorulması və filtrasiya sistemi (Fume Extractor) Elektronika və mikro-lehimləmə işləri zamanı yaranan lehim dumanının işçi zonadan effektiv şəkildə sorulması və çoxmərhələli filtrasiya ilə təmizlənməsi üçün peşəkar tipli sistem. Sistem ESD təhlükəsiz, fırçasız blower-li, HEPA və karbon filtrasiyalı olmalı, ən azı bir işçi masasının xidmətini təmin etməlidir . Ətraflı texniki tələblər Şərtlər toplusunda Əlavə 25-də göstərilmişdir. | 1 | ədəd |
| 26 | Yüksək dəqiqlikli lehimdən sökmə stansiyası (Precision Desoldering Station) Kiçik THT komponentlərinin lehimdən sökülməsi, SMD komponentlərin çıxarılması və PCB kontakt sahələrinin/pad-lərinin təmizlənməsi üçün elektrik vakuum nasoslu, temperatur və sorucu gücü idarə olunan peşəkar lehimdən sökmə stansiyası. ESD qorunması, dəyişdirilə bilən müxtəlif ölçülü lehimdən sökmə ucluqları, avtomatik temperatur idarəetməsi və kompüterlə əlaqə imkanlarına malik olmalıdır. Ətraflı texniki tələblər Şərtlər toplusunda Əlavə 26-da göstərilmişdir. | 1 | ədəd |
| 27 | Proqramlaşdırıla bilən sabit cərəyanlı DC enerji təchizatı (Programmable Linear DC Power Supply) Elektron komponentlərin, çap dövrə lövhələrinin və rəqəmsal cihazların diaqnostikası, təmiri və sınaqları üçün nəzərdə tutulmuş çoxkanallı, proqramlaşdırıla bilən, xətti tipli DC enerji təchizatı. Gərginlik və cərəyanın dəqiq tənzimlənməsi, müstəqil kanal idarəetməsi, OVP/OCP/OTP qoruması, aşağı ripple və noise, real vaxt rejimində V/A/W ölçülməsi və rəqəmsal interfeyslər təmin edilməlidir. Ətraflı texniki tələblər Şərtlər toplusunda Əlavə 27-də göstərilmişdir. | 1 | ədəd |
| 28 | Sənaye tipli True-RMS rəqəmsal multimetr və dəqiq elektronika ölçmə probu dəsti Elektron komponentlərin, PCB-lərin, məlumat daşıyıcılarının elektron hissələrinin və digər elektrik-elektron avadanlıqların diaqnostikası və ölçülməsi üçün peşəkar True-RMS rəqəmsal multimetr və mikroölçülü ölçmə nöqtələrində istifadə üçün dəqiq elektronika test probları. Minimum texniki və komplektasiya tələbləri Şərtlər toplusunda Əlavə 28-də göstərilmişdir. | 1 | dəst |
| 29 | Rəqəmsal ağıllı maqqaş tipli LCR ölçü cihazı (Smart Tweezers LCR Meter) SMD və digər mikroelektron komponentlərin PCB üzərində və ya komponent səviyyəsində ölçülməsi üçün nəzərdə tutulmuş, inteqrasiya edilmiş ölçmə uclarına malik portativ rəqəmsal LCR ölçü cihazı. Müqavimət, tutum və induktivliyin, həmçinin komponent parametrlərinin yüksək dəqiqliklə ölçülməsini, avtomatik komponent tanınmasını, müxtəlif ölçmə rejimlərini və daxili displeydə nəticələrin göstərilməsini təmin etməlidir. Ətraflı texniki və keyfiyyət tələbləri Şərtlər toplusunda Əlavə 29-da göstərilmişdir. | 1 | ədəd |
| 30 | Video mikroskop sistemi (Trinokulyar mikroskop dəsti) (Video Microscope with HD Monitor) PCB, BGA, SMD komponentləri və digər mikroelektronika elementlərinin yüksək böyütmə ilə vizual yoxlanılması, təmiri və sənədləşdirilməsi üçün tam trinokulyar video mikroskop sistemi. Dəst trinokulyar mikroskop, 4K kamera, tənzimlənən polarizasiya işıqlandırması, amortizasiyalı tənzimlənən mikroskop dayağı və 27" yüksək yenilənmə tezlikli monitor daxil olmaqla tam komplekt şəkildə təqdim edilməlidir. Ətraflı texniki və keyfiyyət tələbləri Şərtlər toplusunda Əlavə 30-da göstərilmişdir. | 1 | dəst |
| 31 | Elektron komponentlərin termal diaqnostikası üçün termal görüntüləmə sistemi (Benchtop Thermal Imaging System) PCB-lərin, elektron komponentlərin və digər kiçik elektron qurğuların təmassız temperatur ölçülməsi və termal görüntülənməsi üçün masaüstü tipli termal görüntüləmə sistemi. Sistem inteqrasiya olunmuş dayaq/stend, termal kamera, enerji təchizatı və kompüterə məlumat ötürülməsi imkanları ilə təmin edilməlidir. Ətraflı texniki tələblər Şərtlər toplusunda Əlavə 31-də göstərilmişdir. | 1 | ədəd |
| 32 | PCB üçün mini ön qızdırıcı platforma (Mini PCB Preheating Platform) Mobil telefon və digər elektron cihazların ana platalarının təmiri zamanı PCB-nin əvvəlcədən qızdırılması, layların ayrılması, yapışdırıcının yumşaldılması, lehimləmə, laminasiya və delaminasiya əməliyyatları üçün nəzərdə tutulmuş kompakt elektrik qızdırıcı platforma. Temperatur elektron şəkildə dəqiq tənzimlənməli, real vaxt temperatur göstəricisinə malik olmalı və iş səthində mümkün qədər bərabər istilik paylanmasını təmin etməlidir. Minimum texniki və keyfiyyət tələbləri Şərtlər toplusunda Əlavə 32-də göstərilmişdir. | 1 | ədəd |
| 33 | Məlumat bərpası üçün alətlər dəsti Elektron komponentlərin, çap dövrə lövhələrinin (PCB), yaddaş qurğularının və digər elektron avadanlıqların təmiri, sökülməsi, bərpası və texniki işlənməsi üçün peşəkar təyinatlı, ESD qorunmalı əl alətləri və köməkçi vasitələrdən ibarət komplekt. Komplektin tam tərkibi və hər bir komponent üzrə minimum texniki və keyfiyyət tələbləri Şərtlər toplusunda Əlavə 33-də göstərilmişdir. | 1 | dəst |
| 34 | Məlumatların bərpası üçün sərfiyyat materialları komplekti Elektron komponentlərin, çap dövrə lövhələrinin (PCB), məlumat daşıyıcılarının və digər elektron avadanlıqların təmiri, bərpası və texniki işlənməsi üçün nəzərdə tutulmuş sarf materialları komplekti. Komplektin tərkibi və hər bir komponent üzrə minimum texniki və keyfiyyət tələbləri Şərtlər toplusunda Əlavə 34-də göstərilmişdir. | 1 | dəst |
| 35 | RAID sistemləri üçün məlumat bərpa dəsti RAID/SAS/SATA yaddaş daşıyıcılarının məlumat bərpası, analizi və rəqəmsal ekspertizası üçün nəzərdə tutulmuş, IT Mode/JBOD RAID Controller Card, kabel və adapterlər, enerji bloku, SATA Write Blocker, soyutma ventilyatoru və disk editor/məlumat bərpası proqram təminatından ibarət tam dəst. Texniki və keyfiyyət tələbləri Şərtlər toplusunda Əlavə 35-də göstərilən minimum göstəricilərə uyğun olmalıdır. | 1 | dəst |
| 36 | Yüklənə bilən (“bootable”) rəqəmsal ekspertiza üçün nüsxələmə proqram təminatı İnformasiya sistemlərində toplanmış məlumatların analizi, böyük həcmli sənədlərin emalı, mürəkkəb sorğuların cavablandırılması və qərarvermə proseslərinin dəstəklənməsi məqsədilə müəssisə səviyyəli Generativ Süni İntellekt platformasına çıxış imkanlarının əldə edilməsi. Platforma geniş kontekstli məlumatların emalı, müxtəlif formatlı sənədlərin təhlili, məzmun üzrə axtarış və analitik nəticələrin formalaşdırılması imkanlarını təmin etməlidir. Həll istifadəçi sorğuları əsasında mətnlərin yaradılması, ümumiləşdirilməsi, təhlili, texniki və analitik məlumatların interpretasiyası, həmçinin API inteqrasiyası vasitəsilə daxili sistemlərlə əlaqələndirmə imkanlarına malik olmalıdır. Platforma təhlükəsiz korporativ istifadə, istifadəçi idarəetməsi və məlumatların qorunması mexanizmlərini dəstəkləməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 36-da qeyd olunmuşdur. | 2 | ədəd |
| 37 | Rəqəmsal ekspertiza və insidentlərə cavab platforması Platforma rəqəmsal sübutların uzaqdan toplanması, rəqəmsal ekspertiza və ilkin ekspertiza (ing. “triage”), insidentlərin araşdırılması, sübutların təhlili və hesabatların hazırlanmasını təmin edən, minimum 500 son istifadəçi cihazı üçün lisenziyalaşdırılmış, tamamilə fiziki infrastrukturda (ing. “on-premises”) quraşdırılan platforma olmalıdır. Platforma “Windows”, “Linux” və “macOS” əməliyyat sistemi əsasında işləyən son istifadəçi cihazlarını dəstəkləməli, rəqəmsal sübutların qurumun öz infrastrukturunda saxlanılmasını və “SIEM”,”SOAR” və ”EDR” tipli təhlükəsizlik həlləri ilə inteqrasiyanı təmin etməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 37-də qeyd olunmuşdur. | 1 | ədəd |
| 38 | Mobil cihazlar üçün rəqəmsal ekspertiza və məlumatların əldə edilməsi proqram təminatı Mobil cihazlardan rəqəmsal sübutların müxtəlif əldəetmə üsulları ilə çıxarılması, fayl sistemi və tətbiq məlumatlarının təhlili, silinmiş məlumatların mümkün olduğu hallarda bərpası, əlaqələrin və zaman xəttinin təhlili, multimedia və tətbiq məlumatlarının araşdırılması, həmçinin məhkəmə ekspertizası hesabatlarının hazırlanmasını təmin edən proqram təminatı olmalıdır. Proqram təminatı müxtəlif mobil cihaz, əməliyyat sistemi və prosessor çiplərini dəstəkləməli, müvafiq aparat modulları ilə inteqrasiya imkanına malik olmalıdır. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 38-də qeyd olunmuşdur. | 1 | ədəd |
| 39 | Rəqəmsal ekspertiza üçün şifrələrin bərpası və məlumatların deşifrə edilməsi proqram təminatı Kompüterlərdən, sərt disklərdən, fayllardan və mobil cihazlardan şifrələnmiş məlumatların məhkəmə ekspertizası məqsədilə bərpası və deşifrə edilməsini təmin edən proqram təminatı olmalıdır. Proqram təminatı müxtəlif şifrələmə texnologiyalarını, mobil cihazları və fayl formatlarını dəstəkləməli, “GPU” sürətləndirməsi və paylanmış (ing. “distributed”) hesablama imkanlarına malik olmalıdır. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 39-da qeyd olunmuşdur. | 2 | ədəd |
| 40 | “macOS” əməliyyat sistemi əsasında işləyən cihazlar üçün rəqəmsal ekspertiza və nüsxələmə proqram təminatı macOS” əməliyyat sistemi əsasında işləyən kompüterlərdən rəqəmsal sübutların əldə edilməsi, ilkin ekspertiza (ing. “triage”), təhlil və hesabatların hazırlanması imkanlarını təmin edən proqram təminatı olmalıdır. Proqram təminatı yüklənə bilən (ing. “bootable”) və real nüsxələmə (ing. “live imaging”) rejimlərini, məntiqi nüsxələmə və operativ yaddaş məlumatlarının toplanmasını dəstəkləməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 40-d qeyd olunmuşdur. | 1 | ədəd |
| 41 | Video məlumatlarının bərpası proqram təminatı Videomüşahidə sistemləri (CCTV, DVR, NVR, HVR), rəqəmsal kameralar, videoregistratorlar, dashcam-lər və HDD, SD kart kimi yaddaş daşıyıcılarından silinmiş, formatlanmış və ya itirilmiş video məlumatlarının əldə edilməsi, təhlili və bərpasını təmin edən proqram təminatı olmalıdır. Proqram təminatı müxtəlif video sistemləri və kodeklərlə işləməli, E01, DD Raw və IMG fayllarının birbaşa skan edilməsini, müxtəlif checksum/hash alqoritmləri ilə məlumat bütövlüyünün yoxlanılmasını, struktur, dərin və xam skan rejimlərini, həmçinin parçalanmış video fayllarının avtomatik bərpasını dəstəkləməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 41-də qeyd olunmuşdur. | 1 | ədəd |
| 42 | Məlumatların bərpası üçün proqram təminatı Windows, macOS və Linux əməliyyat sistemləri üçün eyni lisenziya çərçivəsində məlumatların bərpası, aşağı səviyyəli məlumatların təhlili, disk görüntülərinin yaradılması və oxunması, hardware-şifrələnmiş disklərin açılması, diskdən-diskə klonlama, RAID rekonstruksiyası və korporativ şəbəkə üzərindən uzaqdan məlumat bərpası imkanlarını təmin edən məlumatların bərpası proqram təminatı olmalıdır. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 42-də qeyd olunmuşdur. | 1 | ədəd |
| 43 | Açıq mənbələrdən əldə edilən kəşfiyyat (ing. “OSINT”) məlumatların toplanması, əlaqələndirilməsi, vizuallaşdırılması və təhlili üçün nəzərdə tutulmuş peşəkar platforma Açıq mənbələrdən məlumatların toplanması, əlaqələndirilməsi, vizuallaşdırılması və təhlili üçün nəzərdə tutulmuş peşəkar OSINT platforması. Platforma veb-brauzer üzərindən istifadəyə imkan verməli və istifadəçi hesabları vasitəsilə autentifikasiya olunmalıdır. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 43-də qeyd olunmuşdur. | 1 | ədəd |
| 44 | Şəbəkə əsaslı rəqəmsal ekspertiza, təhdid ovçuluğu və insidentlərə cavab təlimi Şəbəkə əsaslı rəqəmsal ekspertiza, təhdid ovçuluğu (ing. “threat hunting”) və insidentlərə cavab üzrə praktiki təlim proqramıdır. Təlim şəbəkə trafikinin, paketlərin, “NetFlow” məlumatlarının və loqların təhlili, şifrələnmiş trafikin araşdırılması, xüsusi şəbəkə protokollarının təhlili və şəbəkə artefaktlarının insident araşdırmalarında istifadəsi üzrə bilik və praktiki bacarıqların inkişafını təmin etməlidir. Təlim çərçivəsində praktiki laboratoriya tapşırıqlarını əhatə etməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 44-də qeyd olunmuşdur. | 1 | ədəd |
| 45 | Kiberinsidentlərin idarə edilməsi təlimi Kiberinsidentlərinin idarə edilməsi, insident komandasının koordinasiyası, rəhbərlik və digər maraqlı tərəflərlə kommunikasiya, bərpa və insidentlərin aradan qaldırma tədbirlərinin planlaşdırılması üzrə təlim proqramı. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 45-də qeyd olunmuşdur. | 1 | ədəd |
| 46 | Zərərli proqram təminatının tərsinə mühəndisliyi: qabaqcıl kod təhlili təlimi Mürəkkəb zərərli proqram təminatının dərin tərsinə mühəndislik (ing. “reverse engineering”) və kod təhlili üzrə qabaqcıl praktiki təlimdir. Təlim “obfuscation” və “deobfuscation”, icra edilə bilən kod parçaları (ing. “shellcode”), çoxmərhələli zərərli proqram təminatı, şifrələmə alqoritmləri, “Python” proqramlaşdırma dili vasitəsilə analiz avtomatlaşdırılması, “Ghidra” proqramı vasitəsilə skriptlərin yazılması, “Dynamic Binary Instrumentation” və “Binary Emulation” üsullarını əhatə etməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 46-da qeyd olunmuşdur. | 1 | ədəd |
| 47 | Mac və iOS əməliyyat sistemlərinin ekspertizası və insidentlərə cavab təlimi “macOS” və “iOS” əməliyyat sistemlərində rəqəmsal ekspertiza və insidentlərə cavab üzrə praktiki təlim proqramıdır. Təlim “Apple” fayl sistemləri, cihazlardan məlumatların əldə edilməsi, sistem və tətbiq artefaktlarının təhlili, loqların əlaqələndirilməsi (ing. “log correlation”), zaman xəttinin təhlili (ing. “timeline analysis”), “FileVault” və “Keychain”, zərərli proqram təminatı və müdaxilələrin təhlili (ing. “intrusion analysis”) mövzularını əhatə etməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 47-də qeyd olunmuşdur. | 1 | ədəd |
| 48 | Linux əməliyyat sistemində insidentlərə cavab və təhdid ovçuluğu təlimi “Linux” əməliyyat sistemlərində insidentlərə cavab, təhdid ovçuluğu (ing. “threat hunting”) və rəqəmsal ekspertiza üzrə qabaqcıl praktiki təlimdir. Təlim “Linux” əməliyyat sistemi disk və yaddaş artefaktlarının toplanması və analizi, loqların təhlili, canlı cavablandırma, zaman xəttinin təhlili (ing. “timeline analysis”), “lateral movement” və məlumatların çıxarılması (ing. “data exfiltration”) araşdırılması, ekspertizanın qarşısını alan texnikalar (ing. “anti-forensics”) və təşkilat səviyyəsində təhdid ovçuluğu (ing. “threat hunting”) mövzularını əhatə etməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 48-də qeyd olunmuşdur. | 1 | ədəd |
| 49 | Müəssisə səviyyəli insidentlərə cavab və təhdid ovçuluğu təlimi Böyük müəssisə mühitlərində çoxsaylı son istifadəçi cihazları, bulud və konteyner sistemlərini əhatə edən mürəkkəb insidentlərin araşdırılması və təhdid ovçuluğu (ing. “threat hunting”) üzrə qabaqcıl təlimdir. Təlim kütləvi ekspertiza məlumatlarının toplanması, “Windows”, “Linux”, “macOS” əməliyyat sistemlərinin analizi, “Docker”, “M365”, “Azure” və “AWS” insidentləri, “EDR” tipli təhlükəsizlik alətlərindən yan keçmə, zaman xətti və hadisələrin əlaqələndirilməsi, təhdid kəşfiyyatı və avtomatlaşdırılmış rəqəmsal ekspertiza və insidentlərin cavablandırılması proseslərini əhatə etməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 49-da qeyd olunmuşdur. | 1 | ədəd |
| 50 | Smartfonların dərinləşdirilmiş ekspertizası təlimi “iOS” və “Android” əməliyyat sistemli cihazların dərin rəqəmsal ekspertizası, mobil artefaktların düzgün interpretasiyası və kommersiya alətlərinin nəticələrinin manual üsullarla yoxlanılması üzrə qabaqcıl praktiki təlimdir. Təlim “SQLite”, “protobuf”, “LevelDB”, “SEGB”, “REALM” kimi məlumat formatlarının təhlili, silinmiş məlumatların bərpası, üçüncü tərəf tətbiqlərinin təhlili, məkan artefaktlarının,mobil zərərli proqram təminatlarının və mobil məlumatların manual toplanması üsullarını əhatə etməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 50-də qeyd olunmuşdur. | 1 | ədəd |
| 51 | Zərərli proqram təminatının tərsinə mühəndisliyi: zərərli proqram analizi alətləri və üsulları təlimi Zərərli proqram təminatının statik, dinamik və kod səviyyəsində təhlili və tərsinə mühəndislik (ing. “reverse engineering”) üzrə praktiki təlim proqramıdır. Təlim izolyasiya olunmuş zərərli proqram təminatlarının təhlili laboratoriyasının qurulması, davranış analizi, “assembly” və “Windows API” analizi, “debugger/disassembler” istifadəsi, zərərli sənədlər və skriptlər, “unpacking”, kod inyeksiyası, təhlilin qarşısını alan texnikalar (ing. “anti-analysis”) və indikatorların çıxarılması mövzularını əhatə etməlidir. Təlim 3 (üç) nəfər iştirakçı üçün nəzərdə tutulur. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 51-də qeyd olunmuşdur. | 1 | ədəd |
| 52 | Rəqəmsal ekspertiza və insidentlərə cavab platforması üzrə təlim xidməti Rəqəmsal ekspertiza və insidentlərə cavab proseslərində istifadə olunan platformanın funksional imkanlarının və praktiki tətbiqinin öyrədilməsinə yönəlmiş təlim xidməti. Təlim 10 nəfər iştirakçı üçün minimum 3 (üç) iş gün müddətində keçirilməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 52-də qeyd olunmuşdur. | 1 | ədəd |
| 53 | Mobil cihazların rəqəmsal ekspertizası üzrə təlim xidməti Mobil cihazlardan rəqəmsal sübutların əldə edilməsi, qorunması, təhlili və hesabatlaşdırılması üzrə nəzəri və praktiki təlim xidməti. Təlim 10 nəfər iştirakçı üçün minimum 3 (üç) iş günü müddətində keçirilməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 53-ə qeyd olunmuşdur. | 1 | ədəd |
| 54 | Açıq mənbə kəşfiyyatı (OSINT) üzrə təlim xidməti Açıq mənbələrdən məlumatların qanuni şəkildə axtarılması, toplanması, yoxlanılması, əlaqələndirilməsi, təhlili və nəticələrin sənədləşdirilməsi üzrə nəzəri və praktiki təlim xidməti. Təlim 10 nəfər iştirakçı üçün minimum 3 (üç) iş günü müddətində keçirilməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 54-də qeyd olunmuşdur. | 1 | ədəd |
| 55 | Məlumat bərpası üzrə peşəkar təlim HDD, SSD, RAID və digər yaddaş daşıyıcılarından məlumatların bərpası, diaqnostikası və analizi üzrə nəzəri və praktiki təlim. Təlim 10 nəfər iştirakçı üçün minimum 5 (beş) iş günü müddətində keçirilməlidir. Ətraflı məlumatlar Şərtlər toplusunda Əlavə 55-də qeyd olunmuşdur. | 1 | ədəd |
Satınalmalarının 19 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 10 mar 2026
son qələbə 10 sen 2026
son qələbə 30 sen 2026
son qələbə 14 sen 2026
son qələbə 06 avq 2026