Sifarişçi: AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİ
Bu sifarişçi işi bölüşdürür: 52 satınalmanı 32 müxtəlif təchizatçı udub.
52 satınalma, 32 müxtəlif qalib
Ən çox udan: "XEROPC" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (6, 11.5%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.04% ilə 93.1% arasında aşağı düşüblər, medianı 23.01%.
Bu tender üçün bu 205.393 ₼ ilə 167.105 ₼ arasıdır.
14.976 ₼ məbləğindən aşağı heç kim udmayıb.
375 ₼
Sənədlər 25 ₼ + iştirak 350 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Şəbəkə-tavanda Ölçüsü: 670 × 778 x18 sm. Ümumi konstruksiya Tavan sistemi əsas tavandan asılmış metal karkas üzərində quraşdırılan, modul və bir-birinə keçən elementlərdən ibarət premium dekorativ şəbəkə tipli asma tavan olmalıdır. Konstruksiya mismar, adi yapışdırıcı və görünən vintlərdən istifadə edilmədən, mexaniki birləşdiricilər, klipslər, tutqaclar, asqı elementləri və gizli bərkidici sistemlər vasitəsilə montaj edilməlidir. Hazır konstruksiyanın əsas tavandan aşağı düşmə məsafəsi minimum 18 sm olmalıdır. Bütün sistem tam yığılmış vəziyyətdə möhkəm, səviyyəli, vibrasiyaya davamlı və uzunmüddətli istismara yararlı olmalıdır. Dekorativ şəbəkə panelləri- Şəbəkə panelləri xüsusi CNC dəzgahında dəqiq işlənmiş dekorativ naxışlı elementlərdən hazırlanmalıdır. Panel materialı yüksək keyfiyyətli 25 mm MDF/HDF və ya ona ekvivalent möhkəmlikdə dekorativ lövhə olmalı, material rütubətə və temperatur dəyişmələrinə qarşı dayanıqlı olmalıdır. Panelin kəsilmiş və görünən bütün səthləri hamar, çapıqsız, çatlamasız və deformasiya olmadan işlənməlidir. Naxışların bütün panellərdə ölçü, simmetriya, ornament və oyuqların uyğunluğu təmin edilməlidir. Panellərin kəsim dəqiqliyi minimum ±1 mm olmalı, birləşmə yerlərində nəzərəçarpan ölçü fərqləri və əyilmələrə yol verilməməlidir. Panellərin səthi premium dekorativ örtüklə işlənməli; rəng və faktura layihədə təsdiq olunmuş nümunəyə uyğun olmalıdır. Şəbəkə oyuqlarının işlənməsi - Dekorativ şəbəkənin bütün oyuqlarının kənarları qızılı (Gold) rəngli paslanmayan metal profil/bantla tam və səliqəli şəkildə üzlənməlidir. Metal kənar elementlərdə oksidləşmə, rəng atması, qabarması və mexaniki zədələnmə olmamalıdır. Qızılı metal üzlük bütün perimetr boyunca fasiləsiz və vahid görünüşdə icra edilməlidir. Metal elementlərin rəngi Gold/Brushed Gold və ya layihə üzrə təsdiq edilmiş premium qızılı ton olmalıdır. Metal karkas - Daşıyıcı karkas minimum 1,2 mm qalınlığında sinklənmiş polad profillərdən və ya texniki göstəriciləri daha yüksək ekvivalent materialdan hazırlanmalıdır. Karkas elementləri korroziyaya qarşı qorunmuş olmalıdır. Daşıyıcı profillər arasında məsafə panelin ölçüsünə və yükünə uyğun hesablanmalı, lakin 600 mm-dən artıq olmamalıdır. Karkasda əlavə olaraq panel birləşmələrini sabit saxlayan çarpaz daşıyıcı profillər nəzərdə tutulmalıdır. Karkas əsas tavana tənzimlənə bilən metal asqılar vasitəsilə bərkidilməli və bütün səviyyə fərqləri kompensasiya edilməlidir. Asqı və bərkidici elementlər-Asqı elementləri sinklənmiş polad və ya paslanmayan metal olmalıdır. Bərkidicilər konstruksiyanın ümumi çəkisinə uyğun hesablanmalı və daşıma qabiliyyəti kifayət etməlidir. Asqılar arasında məsafə 800 mm-dən çox olmamalı, ağır dekorativ elementlər üçün əlavə asqılar quraşdırılmalıdır. Bütün bərkidicilər gizli yerləşdirilməli və hazır tavanın estetik görünüşünü pozmamalıdır. Panelin sökülüb yenidən quraşdırılmasına imkan verən klipsli/tutqaclı servis sistemi təmin edilməlidir. Dartma tavan hissəsi-Şəbəkə dekorunun arxa hissəsində premium keyfiyyətli dartma tavan (stretch ceiling) tətbiq edilməlidir. Dartma materialı minimum 0,25 mm qalınlığında, bərabər səthli, qırışsız və işıq keçiriciliyi layihəyə uyğun seçilmiş olmalıdır. Dartma tavanın perimetr və kənar bərkidilməsi xüsusi alüminium profil/baguette sistemi ilə həyata keçirilməlidir. İşıqlandırma - Şəbəkə konstruksiyasının daxilində layihəyə uyğun LED işıqlandırma sistemi yerləşdirilməlidir. LED işıq mənbələrinin rəng temperaturu layihə üzrə seçilməli, tövsiyə olunan göstərici 3000–4000 K olmalıdır. LED işıqlandırmada CRI ≥90, flicker-free xüsusiyyəti və minimum 50.000 saat nominal xidmət müddəti təmin edilməlidir. LED lent istifadə olunarsa, minimum 12/24 V DC, alüminium profil və istilikötürücü baza üzərində quraşdırılmalıdır. Qida blokları/driverlər əlçatan servis zonasında yerləşdirilməli və konstruksiyanın daxilində həddindən artıq istilik yaranmasına yol verilməməlidir. Elektrik kabelləri kabel kanalı və ya qoruyucu boru daxilində səliqəli şəkildə çəkilməli, boş və açıq kabel sallanmasına yol verilməməlidir. Elektrik və texniki kommunikasiyalar Konstruksiya daxilində elektrik kabelləri, havalandırma elementləri, rabitə xətləri və digər texniki kommunikasiyaların gizli yerləşdirilməsi üçün kifayət qədər texniki boşluq nəzərdə tutulmalıdır. Sonradan texniki xidmət üçün sökülə bilən servis panelləri və ya əlçatanlıq imkanları yaradılmalıdır. Bütün panellərin birləşmə xətləri eyni ox üzrə yerləşdirilməli və ornamentin davamlılığı təmin edilməlidir. Panel elementləri arasında nəzərəçarpan hündürlük fərqi, əyilmə, boşluq və ornament uyğunsuzluğu olmamalıdır. Künclərdə və perimetrdə kəsimlər 45° və ya layihəyə uyğun dəqiq professional birləşmə ilə yerinə yetirilməlidir. Görünən səthlərdə vint, mismar, şurup başlığı, yapışqan izi və digər montaj izləri olmamalıdır. Yanğına və təhlükəsizliyə dair tələblər - İstifadə olunan materiallar müvafiq yanğın təhlükəsizliyi və tikinti standartlarına uyğun olmalıdır. Kabel və elektrik avadanlıqları layihənin elektrik yükünə uyğun seçilməli və qoruyucu avtomatlarla təmin edilməlidir. | 1 | ədəd |
| 2 | Fankoylun üzlənməsi Ölçüsü:160x52x85. Qapağın qalınlığı 3,6 sm mdf +şpon olacaq.Qapaq üzərində frezlər qızılı boya olacaq. Şəbəkədən ibarət olan havalandırma panelinin qalınlığı 2,5 sm, şəbəkənin kənarları paslanmayan qızılı material ilə üzlənməli, nəmə davamlı premium MDF. Klassik üslubda mövcud interyerə əsasən şpon və boya materaillarından ibarət şəbəkə tipli olmalıdır. Şəbəkə oyuqları mövcud ornamentlə tam uyğun olmalıdır. CNC dəzgahında yüksək dəqiqliklə hazırlanmış dekorativ oyuqlar, oyuqların ölçüsü və ritmi layihə dizaynına uyğun olmalıdır. Səthə antik effekt vermək üçün xüsusi arnoment və dekorativ materiallardan istifadə edilməlidir. Şəbəkədən ibarət olan havalandırma panelinin kənarları paslanmayan qızılı material ilə üzlənməli. Ön və/və ya üst panel tam açılabilən, servis zamanı fan-coilə rahat giriş təmin edən konstruksiyada hazırlanmalıdır.Menteşə: Premium səviyyəli, gizli, 3D tənzimlənən və yüksək dövr resursuna malik menteşələr.Görünməyən push-to-open / maqnitli gizli kilidləmə sistemi; xaricdən vint, kilid və mexaniki bərkidici görünməməlidir.Bütün konstruksiya gizli bərkidici elementlərlə yığılmalı, görünən vint və birləşmələrə yol verilməməlidir. CNC işlənmiş, radiuslu və tam şponlanmış kənarlar; şəbəkə oyuqlarının kənarları təmiz və qüsursuz olmalıdır. Təbii şpon üzərində çoxqatlı premium 2-komponentli poliuretan (PU) boya/lak sistemi, UV və cızılmaya davamlı son qat. Şəbəkə oyuqlarının daxili səthləri də qoruyucu boya/lakla işlənməli, MDF açıq və müdafiəsiz qalmamalıdır. Fan-coil ətrafında yaranan temperatur və kondensasiya riskinə qarşı nəmə davamlı material və qoruyucu səth sistemi tətbiq edilməlidir.Filtr, fan, klapan, drenaj və digər servis elementlərinə texniki baxış üçün panelin sökülmədən açılması təmin edilməlidir. Push-to-open sistemi, maqnitli bərkidicilər və bütün montaj aksesuarları daxil olmaqla tam hazır şəkildə təhvil verilməlidir. | 8 | ədəd |
| 3 | Televizor atlılığı-bir tərəfli Ölçüsü100x40x69 Televizor altlığı trapesiya formasında, iki tərəfli podiumlu və arxa hissədə 2 ədəd televizor üçün nəzərdə tutulmuşdur. Gövdəsi laminat və boya dekor materiallardan ibarət olmalı.Məhsulun gövdəsi yüksək keyfiyyətli 25 mm olan laminat və boya materiallarından hazırlanmalıdır - Kənar PVS qalınlığı 2 mm olmalı. Bağlantılar minifiks olmalı. | 9 | ədəd |
| 4 | Antik güzgü-arkada Dekorativ güzgüləri bir-birindən ayırmaq üçün istufadə olinan məftillər qızılı (gold)rəngdə paslanmaz olmalıdır. Ölçüsü 154x289x6. Pas effektli antik güzgü 6 mm qalınlığında, premium optik keyfiyyətli, minimum 90% əks etdirmə qabiliyyətinə malik, çoxqatlı korroziyaya davamlı arxa qoruyucu örtüklü, yüksək nəmə davamlı, optik təhriflərdən, cızıq və digər səthi qüsurlardan tam azad dekorativ güzgü. EN 1036-1 standartı və ya ekvivalent keyfiyyət tələblərinə uyğunolmalıdı. Kənarlar xüsusi qızılı işləməyənən olmalıdır. Güzgü min 26 mm qalınlığında, yüksək sıxlıqlı və nəmə davamlı premium MDF üzərinə bərkidilərək divardan asılmalıdır. Bərkidilmə: Güzgü MDF əsasına güzgü üçün xüsusi, neytral tərkibli, yüksək elastikliyə və uzunömürlü yapışma qabiliyyətinə malik yapışdırıcı ilə bərkidilməlidir. Arxa konstruksiya: Böyük ölçüyə uyğun əlavə metal möhkəmləndirici profillərlə təmin edilməlidir. Asma sistemi: Ağır yük üçün nəzərdə tutulmuş, gizli tipli, korroziyaya davamlı peşəkar asma və bərkidilmə sistemi. Zəmanət: Minimum 24 ay. Hazır məhsul deyil xüsusi sifariş əsasında yığılmalıdır. | 3 | ədəd |
| 5 | Qapı -bir laylı Ölçü: 920 × 2150 × 100 mm. Konstruksiya: Bir laylı, ağır tipli, yüksək dayanıqlı premium qapı konstruksiyası. Qapı yarpağı: 60 mm qalınlığında, yüksək sıxlıqlı və deformasiya olunmayan kompozit konstruksiya. Daxili dolğu: Yüksək sıxlıqlı HDF/MDF əsaslı mühəndislik nüvəsi, səs və istilik izolyasiyası artırılmış, boşluqsuz və konstruktiv dayanıqlı dolğu. Daşıyıcı karkas: Qurudulmuş, seçmə keyfiyyətli bərk ağac və ya mühəndislik ağacından hazırlanmış, rütubətə və deformasiyaya davamlı karkas. Üzlük: Hər iki tərəfdən seçmə keyfiyyətli təbii təbii şpon (veneer) ilə üzlənməli, şponun teksturası vahid və seçilmiş naxış üzrə uyğunlaşdırılmalıdır. Qapının dizayn quruluşu və rəngi mövcud konsepsiya ilə tam uyğunluq təşkil etməlidir (bir-ə-bir eyni olmalı). Şpon qalınlığı: minimum 2,0 mm. Boyama: Premium sinif, UV və aşınmaya davamlı yüksək keyfiyyətli 2-komponentli boya/lak sistemi, layihə dizaynına uyğun premium dekorativ lak. Kənarlar: Təbii şponla tam işlənmiş, birləşmələr görünməyən və mexaniki zədələrə davamlı. Səs izolyasiyası: Premium konstruksiya hesabına yüksək akustik komfort təmin edilməli; tələb olunduqda akustik izolyasiya materialı ilə gücləndirilməlidir. Menteşə: Ağır qapı yarpağı üçün nəzərdə tutulmuş, 3D tənzimlənən, gizli və ya premium ağır tipli menteşə, yükdaşıması minimum 120–160 kq/qapı. İşləmə: minimum 200.000 dövr. Zamok: Premium maqnitli, səssiz işləyən daxili qapı zamoku; paslanmayan polad korpuslu. Qapı dəstəyi: Premium sinif, paslanmayan polad və ya PVD örtüklü. | 11 | ədəd |
| 6 | Kamin Kamin üzlüyü təqdim edilmiş layihə və dizayna tam uyğun olaraq klassik üslubda hazırlanmalı və quraşdırılmalıdır. Ümumi ölçüləri 2200×450×1260 mm olmalıdır. Üzlük və bütün görünən dekorativ hissələr 12 mm qalınlığında yüksək keyfiyyətli homogen akril əsaslı solid-surface materialdan hazırlanmalıdır. İstehsal zamanı 76×3660×12 mm ölçüdə 12 list material nəzərdə tutulmalıdır. Rəng M 623 Linen Cream olmalıdır. Kamin klassik dekorativ tac, sağ və sol dekorativ sütunlar və mərkəzi kamin çərçivəsindən ibarət olmalı, layihədə göstərilən XC 811-12 və XC 846-12 profil və dekorativ formaları qorunmalıdır. Dekorativ sütunların qalınlığı minimum 160 mm olmalıdır. Bütün elementlər layihəyə uyğun simmetrik, dəqiq ölçüdə və yüksək keyfiyyətlə hazırlanmalı, mürəkkəb dekorativ hissələr CNC və ya ekvivalent dəqiqlikdə texnologiya ilə emal edilməlidir. Səthlər hamar, qüsursuz, cızıq, çat, rəng fərqi və yapışqan izləri olmamalıdır, birləşmələr görünməz səviyyədə icra edilməlidir. Təchizatçı yerində ölçü götürməli, istehsal və montajı tam həyata keçirməli və hazır məhsulu layihəyə tam uyğun vəziyyətdə təhvil verməlidir. Layihədən kənarlaşmaya və materialın başqa materialla əvəz edilməsinə yol verilmir. | 1 | ədəd |
| 7 | Pəncərə altlığı Ölçüsü 243×34×3 sm, qalınlığı 30 mm, premium keyfiyyətli laminat materialından, Wenge rəngində, yüksək aşınma, cızılma və nəmə davamlı səth örtüyü ilə hazırlanmalıdır. Bütün kənarlar 2 mm qalınlığında yüksək keyfiyyətli PVC kənar lentlə peşəkar şəkildə işlənməli, kənar birləşmələri hamar və qüsursuz olmalıdır. Məhsul yerində ölçüyə uyğun dəqiq kəsilməli və möhkəm, səviyyəli və estetik şəkildə montaj edilməlidir. məhsul montaj edilərkən digər aşınan hissələr əvəlki kimi bərpa edilərək tam hazır təhvil verilməlidir. | 15 | ədəd |
| 8 | Masa Ölçüsü:581x78x70. Qapağın qalınlığı 3,6 sm mdf +şpon olacaq.Qapaq üzərində frezlər qızılı boya olacaq. Şəbəkədən ibarət olan havalandırma panelinin qalınlığı 2,5 sm, şəbəkənin kənarları paslanmayan qızılı material ilə üzlənməli, nəmə davamlı premium MDF. Klassik üslubda mövcud interyerə əsasən şpon və boya materaillarından ibarət şəbəkə tipli olmalıdır. Şəbəkə oyuqları mövcud ornamentlə tam uyğun olmalıdır. CNC dəzgahında yüksək dəqiqliklə hazırlanmış dekorativ oyuqlar, oyuqların ölçüsü və ritmi layihə dizaynına uyğun olmalıdır. Səthə antik effekt vermək üçün xüsusi arnoment və dekorativ materiallardan istifadə edilməlidir. Şəbəkədən ibarət olan havalandırma panelinin kənarları paslanmayan qızılı material ilə üzlənməli. Ön və/və ya üst panel tam açılabilən, servis zamanı fan-coilə rahat giriş təmin edən konstruksiyada hazırlanmalıdır.Menteşə: Premium səviyyəli, gizli, 3D tənzimlənən və yüksək dövr resursuna malik menteşələr.Görünməyən push-to-open / maqnitli gizli kilidləmə sistemi; xaricdən vint, kilid və mexaniki bərkidici görünməməlidir.Bütün konstruksiya gizli bərkidici elementlərlə yığılmalı, görünən vint və birləşmələrə yol verilməməlidir. CNC işlənmiş, radiuslu və tam şponlanmış kənarlar; şəbəkə oyuqlarının kənarları təmiz və qüsursuz olmalıdır. Təbii şpon üzərində çoxqatlı premium 2-komponentli poliuretan (PU) boya/lak sistemi, UV və cızılmaya davamlı son qat. Şəbəkə oyuqlarının daxili səthləri də qoruyucu boya/lakla işlənməli, MDF açıq və müdafiəsiz qalmamalıdır. Fan-coil ətrafında yaranan temperatur və kondensasiya riskinə qarşı nəmə davamlı material və qoruyucu səth sistemi tətbiq edilməlidir.Filtr, fan, klapan, drenaj və digər servis elementlərinə texniki baxış üçün panelin sökülmədən açılması təmin edilməlidir. Push-to-open sistemi, maqnitli bərkidicilər və bütün montaj aksesuarları daxil olmaqla tam hazır şəkildə təhvil verilməlidir. | 1 | ədəd |
| 9 | Masa qabaqlığı Klassik rəhbər masası – texniki göstəricilər: Qabarit ölçüsü 2150×950×750 mm. Masa MDF əsaslı, təbii ağac şpon üzlüklü klassik konstruksiyada hazırlanmalıdır. Masa qapağının qalınlığı 60 mm, perimetri çoxpilləli (minimum 3 pilləli) profil üzrə frezlənmiş, profil konturları dekorativ qızılı xətlə işlənmiş olmalıdır. İşçi səthdə klassik çərçivələnmiş dekorativ panellər nəzərdə tutulmalıdır. Gövdə hissəsi simmetrik tumbalı konstruksiyada, fasadları çoxpilləli çərçivə və filyonka elementləri ilə işlənməlidir. Gövdədə 120×700×25 mm ölçülü 6 ədəd klassik kapitel/pilyastr elementi tətbiq edilməli, şpon səth üzərində relyefli klassik ornamentlər qızılı dekorativ boya/patina ilə işlənməlidir. Fasadın yuxarı dekorativ hissələrində klassik şaquli riflənmiş elementlər və qızılı ornament işləmələri olmalıdır. Bütün görünən səthlər eyni tekstura və tonlu şponla üzlənməli, aşınmaya və nəmə davamlı lak örtüklə tamamlanmalıdır. Masa konstruksiyası möhkəm, deformasiya və yırğalanmaya davamlı, bütün birləşmələr isə gizli (minifix) vəsəliqəli hazırlanmalıdır. | 1 | ədəd |
| 10 | Telefon altlığı Ölçüləri 1100×700×690 mm. Konstruksiya əsas rəhbər masasının klassik memarlıq üslubu, rəng tonu, şpon teksturası və dekorativ elementləri ilə tam vizual uyğunluqda hazırlanmalıdır. Masa qapağı 60 mm qalınlığında MDF əsaslı, təbii ağac şponu ilə üzlənmiş, perimetri boyunca minimum 3 pilləli profil üzrə dəqiq frezlənmiş olmalıdır. Frezlənmiş profil və kontur xətləri klassik üsluba uyğun qızılı dekorativ boya/patina ilə işlənməlidir. Qabaqlığın dayaq konstruksiyasında 1 ədəd 240×240×700 mm ölçülü dördüzlü dekorativ sütun nəzərdə tutulmalı, sütunun bütün görünən səthləri şponla üzlənərək klassik relyefli profil və ornamentlərlə işlənməli, dekorativ elementlər qızılı boya/patina ilə tamamlanmalıdır. Şponun teksturası və rəng tonu əsas masa ilə eynilik təşkil etməli, görünən səthlər cızılmaya, aşınmaya və nəmə davamlı qoruyucu lak örtüklə tamamlanmalıdır. Birləşmələr gizli (minifix) konstruksiya möhkəm və yırğalanmaya qarşı dayanıqlı, frez, şpon və dekorativ boya işləri isə yüksək mebel istehsalı keyfiyyətində qüsursuz icra edilməlidir. | 1 | ədəd |
| 11 | Plintus Ölçüsü:250*12*1,6.Klassik tərzdə mdf +boya və şpon istifadə etməklə istehsal olunan arxa hissəsinin frezlənməli və bunun sayəsində divara möhkəm və səliqəli şəkildə bərkidilməlidir.Boya mpvcud konsepsiyaya uyğun olmalıdır. | 210 | ədəd |
| 12 | Adboynik Ölçüsü:280x15x2,5. Laminatdan istehsal olunub arxası frezlənlənmiş formada hazırlanmalıdır ki, divara rahat və möhkəm şəkildə bərkidilə bilsin. Kənar PVS nin qalınlığı 2 mm olmalıdır | 45 | ədəd |
| 13 | Şaxta qapısı Ölçüləri: 54 × 24 × 68 sm. Şaxta qapısı korpus və qapı hissələri minimum 25 mm qalınlığında, yüksək sıxlıqlı və premium sinif laminat lövhədən hazırlanmalıdır. Material səthi hamar, zərbəyə, cızılmaya, nəmişliyə və gündəlik intensiv istifadəyə davamlı olmalıdır. Qapı “bas-aç” (push-to-open) mexanizmi ilə təchiz edilməli, xarici tutacaq tələb etmədən qapının yüngül basılması ilə səssiz və rahat şəkildə açılmalıdır. Mexanizm premium keyfiyyətli, uzunömürlü və intensiv istifadəyə davamlı olmalıdır. Konstruksiyada yüksək keyfiyyətli, korroziyaya davamlı və tənzimlənə bilən premium mebel menteşələrindən istifadə edilməlidir. Qapının açılıb-bağlanması zamanı boşluq, əyilmə və səs yaranmamalı, mexanizm uzunmüddətli istismar üçün nəzərdə tutulmalıdır. Laminat lövhələrin bütün görünən kənarları minimum 2 mm qalınlığında yüksək keyfiyyətli PVC kantla kənarlanmalı, kant birləşmələri hamar, möhkəm və vizual olaraq qüsursuz olmalıdır. | 4 | ədəd |
| 14 | Qapı üçün səsuducu Səskeçirməmək üçün qapının altına frezlənib salınan xüsusi aksesuar. Ekvivalent olaraq HAFELE və s. kimi istənilən firmanın məhsulu təqdim edilə bilər | 12 | ədəd |
| 15 | Stend Ölçüsü:360x43x3. Klassik üslubda hazırlanmış xatirə stendi laminat və membran örtük materiallardan istehsal edilir. 3 sm qalınlığında frezlənmiş mdf üzərinə membran örtük çəkilərək, üst qapaq 2,5 sm qalınlığında laminat gövdəyə bərkidilməklə 6 sm qalınlıq verilməlidir -PVS qalınlığı 2 mm. | 1 | ədəd |
| 16 | Yazı masası-bərpası Ölçüsü:200x98x78. Rəng (maun). Görüləcək işin məzmunu: Zədələnmiş hissələr tam cilalanmalı və yeni təbii 2mm şipon üzlük çəkilməldir.Köhnə rəngi almaq üçün su tərkibli boya (beyc) vurulmalı və iki qat dolğudan sonra aşılanıb lak çəkilməlidir. Bronzalı olan işləmələrin taxtadan olan tac və yaşmaqların sınıq və çatların əsaslı təmiri və rənglənməsi, sınmış və cızılmış hissələrin yenisi ilə əvəz olunmasını təmin etməl. Gizli bağlantı hissələri bərpa edilərək sınmış bağlantıların əvəzinə xüsusi aparatla yeni yerlər açılaraq yenidən bərpa edilməlidir. | 20 | ədəd |
| 17 | Telefon altlığı-bərpası Ölçüsü:200x98x78. Rəng (maun). Görüləcək işin məzmunu: Zədələnmiş hissələr tam cilalanmalı və yeni təbii 2mm şipon üzlük çəkilməldir.Köhnə rəngi almaq üçün su tərkibli boya (beyc) vurulmalı və iki qat dolğudan sonra aşılanıb lak çəkilməlidir. Bronzalı olan işləmələrin taxtadan olan tac və yaşmaqların sınıq və çatların əsaslı təmiri və rənglənməsi, sınmış və cızılmış hissələrin yenisi ilə əvəz olunmasını təmin etməl. Gizli bağlantı hissələri bərpa edilərək sınmış bağlantıların əvəzinə xüsusi aparatla yeni yerlər açılaraq yenidən bərpa edilməlidir. Grass firmasına aid mövcud siyirmə mexanizimləri oxşar və ya eyni keyfiyyətdə mexanizimlə əvəzlənməli, həmçinin sirrmə tutacaqları yenilənməlidir. | 20 | ədəd |
| 18 | Masasının qabaqlığının bərpası Ölçüsü:110x60x74. Rəng(maun) Görüləcək işin məzmunu: Zədələnmiş hissələr tam cilalanmalı və 2 mm qalınlıqda yeni doğal üzlük-şpon çəkilməli. Köhnə rəngi almaq üçün sutərkibli boya (beyc) vurulmalı və iki qat dolğudan sonra aşılanıb lak çəkilməlidir. Bronzalı olan işləmələrin taxtadan olan tac və yaşmaqların sınıq və çatların əsaslı təmiri və rənglənməsi,sınmış və cızılmış hissələrin yenisi ilə əvəz olunmasını təmin etməli. Sınmış gizli bağlantı yerləri yenidən açılaraq eyni qaydada bərpa edilməlidir. | 20 | ədəd |
| 19 | Dolab 6 qapılı -bərpası Ölçüsü: 2835 × 580 × 2160 mm. Rəngi: maun. Mövcud klassik dolab ilkin dizaynı, konstruktiv quruluşu, rəng tonu və dekorativ üslubu saxlanılmaqla kompleks şəkildə təmir və restavrasiya edilməlidir. İşlərə dolabın bütün korpus, fasad, qapı, taxta rəf, tac, yaşmaq, karniz, frezlənmiş profil, sütun/pilyastr və digər dekorativ elementlərinin texniki baxışdan keçirilməsi; boşalmış birləşmələrin möhkəmləndirilməsi; sınmış, çatlamış, qopmuş, deformasiyaya uğramış və aşınmış hissələrin bərpası və ya eyni material, ölçü, profil və formada yenisi ilə əvəz edilməlidir. Mövcud şpon səthlərdə qopma, qabarmış hissə, çat, cızıq və digər zədələr aradan qaldırılmalı, bərpası mümkün olmayan sahələr mövcud şponun ağac növü, teksturası, qalınlığı və naxış istiqamətinə uyğun yüksək keyfiyyətli təbii şponla əvəz edilməlidir. Səthlər peşəkar üsulla hazırlanaraq mövcud mebel dəstinə uyğun maun rəng tonunda rənglənməli və aşınmaya, cızılmaya və nəmə davamlı mebel lakı ilə tamamlanmalıdır. Bütün bürünc/bronza görünüşlü tutacaqlar, dekorativ ornamentlər və metal işləmələr təmizlənib bərpa edilməli; sınmış, əyilmiş, korroziyaya uğramış və ya istifadəyə yararsız elementlər mövcud elementlərlə forma, ölçü, rəng və dekor baxımından eyni və ya ekvivalent yüksək keyfiyyətli yeniləri ilə əvəz olunmalıdır. Bütün qapıların petlə (menteşə) və digər hərəkətli mexanizmləri yoxlanılmalı, boşluqlar və sallanmalar aradan qaldırılmalı, yararsız mexanizmlər premium sinif, səssiz və yumşaq bağlanma (Soft-Close) funksiyalı yeni mexanizmlərlə əvəz edilməlidir. Qapılar təmirdən sonra eyni səviyyədə dayanmalı, açılıb-bağlanma zamanı sürtünmə, səs, boşluq və ilişmə olmamalıdır. Şüşəli bölmələrdə cızılmış, çatlamış, sınmış və ya kənarları zədələnmiş şüşələr mövcud şüşənin qalınlığı, şəffaflığı, rəng tonu və emal xüsusiyyətlərinə uyğun yeni şüşə ilə tam əvəz edilməli, təhlükəsiz və möhkəm şəkildə quraşdırılmalıdır. Təmir tamamlandıqdan sonra dolabın bütün elementləri vahid maun rəng tonu, şpon teksturası, qızılı/bronza dekor xətti və klassik üslub baxımından rəhbər otağındakı mövcud mebel dəsti ilə tam vizual uyğunluq təşkil etməlidir. Təmir izi, rəng fərqi, lak axıntısı, şpon qabarması, açıq birləşmə, çat, cızıq, mexaniki boşluq və digər görünən qüsurlara yol verilməməlidir. | 17 | ədəd |
| 20 | Qapı və cərcivəsi (bir laylı)-bərpası Ölçüsü:213x80 Rəng (maun) Bronzalı olan işləmərin və tutacağların, petlə, kilidlərin, tac və yaşmaqların sınıq və catların esaslı təmiri və rənglənməsi, ehtiyat hissəsinin yenisi ilə əvəz olunmasını təmin etməli.şişmiş və deformasiyaya uğrayan hissələri yenilənməli 2mm qalınlıqda şpon üzləmələr çəkilərək yenidən mövcud rəngə uyğun olaraq rənglənməlidir. Petlə: Ağır qapı yarpağı üçün nəzərdə tutulmuş, 3D tənzimlənən, gizli və ya premium ağır tipli menteşə, yükdaşıması minimum 120–160 kq/qapı. İşləmə: minimum 200.000 dövr. Zamok: Premium maqnitli, səssiz işləyən daxili qapı zamoku; paslanmayan polad korpuslu. Qapı dəstəyi: Premium sinif, paslanmayan polad və ya PVD örtüklü. | 15 | ədəd |
| 21 | Çəkməcə üç rəfli -bərpası Ölçüsü: 47x45x69,5 Rəng (maun) Bronzalı olan işləmərin və tutacağların, taxtadan olan rəflərin, tac və yaşmaqların sınıq və catların, çəkməcə mexanizminin təmirivə rənglənməsi, ehtiyac olarsa yenisi ilə əvəz olunmasını təmin etməli. Çəkməcə kilid sistemləri yenilənməlidir. | 18 | ədəd |
| 22 | Televizor altlığının bərpası Ölçüsü: 100x47,5x83 Rəng (maun) Bronzalı olan işləmərin və tutacağların, taxtadan olan rəflərin, tac və yaşmaqların sınıq və catların petlə mexanizminin esaslı təmiri və rənglənməsi, ehtyac olduğu təqdirdə yenidəən üzlənərək rəngənməs, ehtiyac olarsa yenisi ilə əvəz olunmasını təmin etməli. | 15 | ədəd |
| 23 | Kreslonun təmiri və aksesuarların yenisi ilə əvəzlənməsi Kreslonun mexanizmi, amartizatoru, ulduz ayağını, təkərlərinin və körük hissəsini təmiri və ya yenisi ilə əvəzlənməsi. Təbii dəridən olan oturacaq və söykənəcəklər aşılanıb boyanaraq bərpa olunnması və ya yeni dəri ilə üzlənərək tam işlək vəziyyətdə təhvil verilməli | 22 | ədəd |
| 24 | Masa Ölçüləri: 2000 × 900 × 750 mm Masa qapağı: 2000 × 900 × 60 mm ölçüdə, yüksək sıxlıqlı 3 qat laminat/MDF əsaslı lövhədən, ceviz və qara rəng kombinasiyasında hazırlanmalı; ön və yan kənarlar üçpilləli oval frezlə işlənməli və dekorativ profillə tamamlanmalıdır. Gövdə: 1950 × 800 × 720 mm ölçüdə, minimum 18 mm qalınlığında yüksək keyfiyyətli melamin laminatlı MDF/DTD lövhədən, ceviz teksturasında hazırlanmalıdır. Daşıyıcı konstruksiya: masa qapağının çəkisini və istismar yükünü deformasiya və əyilmə olmadan daşıyacaq şəkildə möhkəmləndirilmiş karkas konstruksiyaya malik olmalıdır. Kənar işləmələri: bütün görünən kəsilmiş səthlər minimum 2,0 mm qalınlığında ABS/PVC bantla, termik yapışdırma texnologiyası ilə üzlənməli, birləşmə yerləri hamar və tikişsiz görünməlidir. Birləşmə sistemi: elementlər MiniFix/eksantrik tipli gizli mebel birləşdiriciləri, metal ştiftlər və əlavə konstruktiv bərkidicilər vasitəsilə yığılmalıdır. Görünən mismar, vint və digər kobud bərkidicilərdən istifadə edilməməlidir. Laminat örtük cızılmaya, gündəlik mexaniki təsirlərə və məişət kimyəvi vasitələrinə qarşı davamlı, rəng və tekstura baxımından homogen olmalıdır. Masa tam yığılmış, səviyyələnmiş və istismara hazır vəziyyətdə təhvil verilməli, konstruksiyada boşluq, əyilmə, sallanma və qeyri-sabitlik olmamalıdır. Vizual uyğunluq: forma, rəng, ceviz teksturasının istiqaməti, qara dekorativ elementlər və kənar frez işləməsi mövcud dizayna uyğun olmalıdır. | 10 | ədəd |
| 25 | Telefon altlığı Telefon altlığı 105×42×62 sm ölçüdə, premium keyfiyyətli MDF əsaslı materialdan hazırlanmalı, səthləri yüksək aşınma və cızılma davamlılığına malik dekorativ laminatla üzlənməlidir. Üst qapaq ikiqat MDF-dən, ümumi 36 mm qalınlıqda, kənarları oval formada yüksək dəqiqliklə emal edilməlidir. Açıq kənarlar minimum 2 mm PVC/ABS lentlə üzlənməlidir. Konstruksiya dizzayna uyğun olaraq 1 ədəd qapılı şkaf bölməsi, açıq rəf bölmələri və 3 ədəd siyirmədən ibarət olmalıdır. Korpusun birləşmələri möhkəm və estetik yığılmanı təmin edən metal minifiks və şkant sistemi ilə həyata keçirilməlidir. Siyirmələr premium metal yan divarlı (metal korpuslu) sistemdən hazırlanmalı, yüksək yükgötürmə qabiliyyətli tam açılan teleskopik rels, Soft-Close səssiz və yumşaq bağlanma mexanizmi ilə komplektləşdirilməlidir. Siyirmələr tam yükləndikdə belə rahat, səssiz və boşluqsuz hərəkət etməlidir. | 10 | ədəd |
| 26 | Çəkməcə Çəkməcəli tumba 40×45×54 sm ölçüdə, yüksək keyfiyyətli minimum 18 mm laminatlı DSP (LMDP) materialdan hazırlanmalıdır. Görünən kənarlar 2 mm PVC/ABS lentlə üzlənməlidir. Korpusun birləşmələrində möhkəmliyi və dəqiq yığılmanı təmin edən minifiks bağlantı sistemi tətbiq edilməlidir. 3 ədəd çəkməcə tam açılan, teleskopik, Soft-Close (yumşaq və səssiz bağlanma) funksiyalı, yüksək yükgötürmə qabiliyyətli metal rels mexanizmləri ilə təchiz edilməlidir. Üst çəkməcədə metal gövdəli, minimum 2 açarlı mebel kilidi quraşdırılmalıdır. Tutacaqlar yüksək keyfiyyətli, aşınmaya və korroziyaya davamlı metal materialdan olmalıdır.tənzimlənə bilən ayaqlar. | 5 | ədəd |
| 27 | Paltar şkafı Paltar şkafı 80×40×183 sm ölçüdə, iki açılan qapılı, uzunmüddətli və intensiv istifadəyə uyğun, yüksək keyfiyyətli material və furniturlardan istifadə edilməklə hazırlanmalıdır. Korpus və qapılar: minimum 18 mm qalınlığında, yüksək sıxlıqlı, E1 emissiya sinfinə uyğun premium laminatlı materialdan hazırlanmalıdır. Materialın səthi cızılmaya, aşınmaya, nəmə və gündəlik təmizləyici vasitələrin təsirinə davamlı olmalıdır. Kənarlar: görünən hissələr minimum 2 mm qalınlığında ABS/PVC, digər konstruktiv kənarlar isə minimum 0,8 mm ABS/PVC lentlə avtomatik avadanlıqda isti yapışqan texnologiyası ilə qüsursuz üzlənməlidir. Kənarlarda açılma, qopma, dalğalanma və yapışqan izi olmamalıdır. Korpus bağlantıları: şkafın möhkəm, dəqiq və estetik yığılması üçün metal minifiks (eksentrik) bağlantı sistemi və uyğun şkantlardan istifadə edilməlidir. Görünən səthlərdə kobud vint və digər açıq bərkidici elementlərin istifadəsinə yol verilməməlidir. Məntəşələr: yüksək keyfiyyətli, minimum 110° açılma bucaqlı, Soft-Close (səssiz və yumşaq bağlanma) funksiyalı, uzunmüddətli istifadəyə hesablanmış metal mebel məntəşələri olmalıdır. Məntəşələrin bərkidilməsi: təkrar istifadə zamanı vint yuvalarının boşalmasının qarşısını almaq və birləşmənin möhkəmliyini artırmaq məqsədilə məntəşələr korpusa yüksək möhkəmlikli plastik dübel/ftulkalar vasitəsilə bərkidilməlidir. Arxa divar: minimum 8 mm (0,8 sm) qalınlığında laminatlı MDF/HDF materialdan hazırlanmalı, sadəcə arxadan mismarlanmasına yol verilməməli, korpusun yan, üst və alt hissələrində açılmış xüsusi frez kanallarına keçirilərək quraşdırılmalıdır. Bu konstruksiya şkafın diaqonal sabitliyini və möhkəmliyini təmin etməlidir. Daxili quruluş: paltarların asılması üçün yüksək möhkəmlikli, xrom örtüklü metal asqı borusu, həmçinin konstruksiyaya uyğun rəf bölməsi nəzərdə tutulmalıdır. Rəflər minimum 18 mm laminat materialdan hazırlanmalıdır. Tutacaqlar: yüksək keyfiyyətli, korroziyaya və aşınmaya davamlı metal mebel tutacaqları olmalı, plastik tutacaqlardan istifadəyə yol verilməməlidir. Alt dayaq: döşəmənin qeyri-bərabərliyini kompensasiya edən möhkəm və tənzimlənə bilən ayaqlar tətbiq edilməlidir. Rəng və tekstura: sifarişçinin təqdim etdiyi nümunəyə və ya təsdiq etdiyi rəng kataloquna uyğun 2 rəngdə seçilməlidir. | 10 | ədəd |
| 28 | Kreslo müdir Rəhbər istifadəsi üçün nəzərdə tutulmuş, hündür arxa dayaqlı, klassik dizaynlı, erqonomik, fırlanan və hərəkətli premium kreslo olmalıdır. Karkas: əsas daşıyıcı konstruksiya yüksək möhkəmliyə malik, sobada qurudulmuş I növ fıstıq və/və ya palıd ağacından, köməkçi hissələr isə minimum 15–18 mm yüksək sıxlıqlı ağcaqayın fanerindən hazırlanmalıdır. Daşıyıcı hissələrdə DSP istifadəsinə yol verilməməlidir. Üzlük: kreslonun oturacaq, arxa söykənəcək və qol dayaqlarının görünən səthləri minimum 1,2–1,4 mm qalınlığında premium sinif təbii mal dərisi ilə üzlənməlidir. Dəri yumşaq, elastik, aşınmaya, dartılmaya və çatlamaya davamlı olmalıdır. Süni dəri, PU/PVC dəri əvəzedicisinin istifadəsinə yol verilməməlidir. Arxa söykənəcək: hündür, anatomik və bel-kürək nahiyəsini dəstəkləyən formada hazırlanmalı, üzərində dizayna uyğun klassik kapitone (düyməli dartma) işləməsi olmalıdır. Kapitone tikiş və düymələri simmetrik yerləşdirilməli, uzunmüddətli istifadə zamanı açılmamalı və formasını itirməməlidir. Süngər: oturacaq hissəsində minimum 40–45 kq/m³ sıxlıqlı HR (High Resilience) yüksək elastik poliuretan süngər, arxa və qol dayaqlarında isə minimum 30–35 kq/m³ sıxlıqlı HR süngər istifadə edilməlidir. Süngər uzunmüddətli istifadə zamanı çökməyə, əzilməyə və deformasiyaya davamlı olmalıdır. Qol dayaqları: kreslonun ümumi klassik formasına uyğun, geniş, yumşaq və erqonomik olmalı, üst və yan hissələri təbii dəri ilə üzlənməlidir. Tikiş: yüksək möhkəmlikli polyester mebel sapı ilə səliqəli və bərabər şəkildə icra edilməli; tikişlərdə açılma, qırış, dartılma və digər vizual qüsurlar olmamalıdır. Mexanizm: premium sinif, gücləndirilmiş metal konstruksiyalı Tilt/Multiblock mexanizmli, oturacaq hündürlüyünün tənzimlənməsi, fırlanma, arxaya yellənmə və seçilmiş vəziyyətdə kilidlənmə funksiyalarına malik olmalıdır. İstifadəçinin çəkisinə uyğun yellənmə sərtliyinin tənzimlənməsi nəzərdə tutulmalıdır. Yüksək yükgötürmə qabiliyyətinə malik qazlift mexanizmi olmalıdır. Ayaq bazası: minimum 5 dayaqlı, gücləndirilmiş metal konstruksiyalı, kreslonun klassik dizaynına uyğun dekorativ ağac üzlüklü və ya massiv ağac elementli olmalıdır. Təkərlər: səssiz işləyən, yüksək aşınma müqavimətli, döşəmə səthini zədələməyən PU örtüklü premium təkərlər olmalıdır.Yükdaşıma qabiliyyəti: kreslo minimum 150 kq istifadəçi yükünə hesablanmalıdır.Rəng: bordo/tünd bordo | 26 | ədəd |
| 29 | Kreslo qonaq Rəhbər kabinetləri və yüksək səviyyəli inzibati otaqlar üçün nəzərdə tutulmuş klassik üslublu, 1 nəfərlik premium kreslo. Kreslonun daşıyıcı korpusu yüksək möhkəmliyə malik, sobada qurudulmuş I növ fıstıq və/və ya palıd massiv ağacından, köməkçi konstruktiv hissələri isə yüksək keyfiyyətli, çoxqatlı ağcaqayın/fıstıq fanerindən (dikt) hazırlanmalıdır. Karkas uzunmüddətli intensiv istifadəyə, yükə və deformasiyaya davamlı olmalı, əsas yükdaşıyan hissələrdə DSP və aşağı sıxlıqlı materialların istifadəsinə yol verilməməlidir. Oturacaq hissəsi yüksək keyfiyyətli No-Sag (zig-zag) polad yay sistemi və yüksək sıxlıqlı elastik mebel kəmərləri ilə gücləndirilməlidir. Kəmərlər dartılmaya və uzunmüddətli yük altında elastikliyini itirməyə qarşı davamlı olmalıdır. Oturacaq hissəsində uzunmüddətli istifadədə çökməyən və formasını saxlayan minimum 40–45 kq/m³ sıxlıqlı HR (High Resilience) yüksək elastik poliuretan süngər, erqonomik arxa söykənəcək və qolçaqlarda isə minimum 30–35 kq/m³ sıxlıqlı yüksək elastik süngər istifadə edilməlidir. Komfortun artırılması məqsədilə üst qatlarda silikonlaşdırılmış lif və yumşaldıcı material tətbiq edilməlidir. Kreslonun bütün görünən səthləri minimum 1,2–1,4 mm qalınlığında premium sinif təbii iribuynuzlu mal dərisi ilə üzlənməlidir. Təbii dəri aşınmaya, dartılmaya, çatlamaya və rəng solmasına qarşı yüksək davamlı olmalıdır. Görünən səthlərdə süni dəri, PVC və aşağı keyfiyyətli ekodərinin istifadəsinə yol verilmir. Arxa söykənəcək hissə şəkildəki formaya uyğun klassik dərin düyməli kapiton texnologiyası ilə hazırlanmalı, düymələr üzlükdə istifadə olunan eyni təbii dəri ilə örtülməlidir. Kapiton naxışları, tikişlər və bükümlər simmetrik və yüksək dəqiqliklə işlənməlidir. Bütün tikişlər yüksək möhkəmlikli premium polyester mebel sapı ilə tikilməlidir. Kreslonun ayaqları massiv fıstıq və/və ya palıd ağacından hazırlanmalı, səthi premium lak-boya sistemi ilə işlənərək aşınma və nəmişliyə qarşı qorunmalıdır. | 20 | ədəd |
| 30 | Stul Oturacaq və söykənəcəyi bişmiş süngərdən ibarət olmalıdır.Alikantar parça və ya dəri örtüklə üzlənməlidir.Toz boyalı U şəkilli dəmir ayaqların uclarına bərkidilmiş metal halqalar bir xətt üzrə bir neçə stulu bir birinə bağlamaq funksiyasını yerinə yetirməlidir. | 70 | ədəd |
Satınalmalarının 52 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 14 avq 2026
son qələbə 29 iyl 2025
son qələbə 30 iyn 2026
son qələbə 29 iyn 2026
son qələbə 21 yan 2026