Sifarişçi: " DAŞKƏSƏN DƏMİR FİLİZ " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
3 satınalma, 3 müxtəlif qalib
Ən çox udan: "CASPIAN DIVING SERVICES" Məhdud Məsuliyyətli Cəmiyyəti (1, 33.3%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.19% ilə 69.8% arasında aşağı düşüblər, medianı 16.1%.
Bu tender üçün bu 10.106 ₼ ilə 8.875 ₼ arasıdır.
3.194 ₼ məbləğindən aşağı heç kim udmayıb.
46 ₼
Sənədlər 25 ₼ + iştirak 21 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Şlaqbaum Nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarətin təmin edilməsi məqsədilə avtomatik şlaqbaum nəzərdə tutulur. Qurğu yüksək möhkəmliyə malik dəmir (polad) korpusdan hazırlanmalı və səthi korroziyaya habelə xarici mühitin təsirlərinə davamlı boya örtüyü ilə örtülməlidir. Şlaqbaum teleskopik qol ilə təchiz edilməli, qolun uzunluğu minimum 3 metr, maksimum 6 metr arasında tənzimlənə bilməlidir. Qolun açılma və bağlanma müddəti 1-6 saniyə aralığında olmalıdır. Qurğu mühafizə dərəcəsi minimum IP54 olmalı, tozun zərərli miqdarda daxil olmasına və müxtəlif istiqamətlərdən su sıçramalarına qarşı mühafizəni təmin etməlidir. Şlaqbaumun idarəetmə sistemi radar və yeraltı induktiv dövrə (Ground Induction Loop) detektorlarından daxil olan siqnalları qəbul etməli və qeyd olunan interfeyslərlə inteqrasiyanı dəstəkləməlidir. Qurğu minimum –25 °C-dən +50 °C-dək temperatur intervalında fasiləsiz və etibarlı işləməlidir. Uzaqdan idarəetmə pultunun effektiv idarəetmə məsafəsi 30 metrdən az olmamalıdır. Həmçinin sinxron işləmə rejimini dəstəkləməli və vahid idarəetmə vasitəsilə iki şlaqbaumun qollarının eyni anda sinxron şəkildə açılıb-bağlanmasını təmin etməlidir. Şlaqbaum fotoelement təhlükəsizlik sistemi ilə təchiz olunmalıdır. Maneəni aşkar etdikdə qolu avtomatik dayandırmalı və ya geri açmalıdır. Təklif olunan məhsul yeni, istifadə olunmamış, zavod istehsalı olmalı və istehsalçının texniki göstəricilərinə tam uyğun təqdim edilməlidir. | 4 | ədəd |
| 2 | Çatdırılma və quraşdırma Avadanlıqların çatdırılması və quraşdırılması Daşkəsən rayonunda həyata keçiriləcəkdir. Ümumilikdə 4 ədəd şlaqbaum 2 ayrı quraşdırılma nöqtəsində, hər nöqtədə 2 ədəd olmaqla qarşılıqlı formada (üz-üzə) quraşdırılmalıdır. Hər bir quraşdırılma nöqtəsində qarşılıqlı yerləşdirilən iki şlaqbaumun teleskopik qolları giriş eninə uyğun olaraq tənzimlənməli və həmin şlaqbaumlar vahid idarəetmə sistemi vasitəsilə eyni pultdan və ya eyni idarəetmə siqnalından istifadə etməklə tam sinxron rejimdə eyni vaxtda açılıb-bağlanmalıdır. Quraşdırma işləri çərçivəsində bütün zəruri montaj, elektrik bağlantılarının həyata keçirilməsi, idarəetmə avadanlıqlarının qoşulması, fotoelementlərin, radarın və yeraltı induksiya dövrəsinin inteqrasiyası, sazlanması və funksional sınaqlarının həyata keçirilməsi təmin edilməlidir. Həmçinin mühafizə torpaqlaması (PE) həyata keçirilməli, bütün metal hissələr torpaqlama sisteminə qoşulmalı, elektrik qidalanması müvafiq avtomatik qoruyucu və sızma cərəyanından mühafizə qurğusu (RCD) vasitəsilə təmin edilməlidir. Quraşdırma başa çatdıqdan sonra sistem tam şəkildə sınaqdan keçirilməli və tam işlək vəziyyətdə sifarişçiyə təhvil verilməlidir. | 1 | ədəd |
Satınalmalarının 61 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 17 mar 2026
son qələbə 07 iyl 2026
son qələbə 20 noy 2025
son qələbə 06 okt 2025
son qələbə 30 sen 2026