Sifarişçi: AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ
Bu sifarişçidə eyni kateqoriyada 2 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
7 satınalma, 6 müxtəlif qalib
Ən çox udan: "BAYCAN LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2, 28.6%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 91.69% arasında aşağı düşüblər, medianı 26.44%.
Bu tender üçün bu 18.754 ₼ ilə 14.704 ₼ arasıdır.
1.661 ₼ məbləğindən aşağı heç kim udmayıb.
65 ₼
Sənədlər 25 ₼ + iştirak 40 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Birdəfəlik kombinezon Antistatik, toz hissəciklərinə qarşı dayanıqlı, mikroməsaməli, havakeçirən, silikonlu, daha asan hərəkətetmə imkanı, rahatlıq və müdafiə təmin edən, içəri yapışdırılmış elastik bel hissə, bərk halda olan kimyəvi zərrəciklərə dayanıqlı, kimyəvi sıçrantıya qarşı davamlı, hamar, su keçirməyən, xarici laminatlı və 3 hissədən ibarət olan kapüşon. Ölçüləri L, XL, XXL. Yararlılıq müddəti: 01.01.2028 | 5000 | ədəd |
| 2 | Birdəfəlik baxıl Materialı - polietilen, hamar, bağlamada ədəd sayı – 1000 ədəd, rezin hissəsi elastik, tək qaynaqlı, bütün uzunluğu boyunca lehimli, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qoxusuz və pıietilen materialından hazırlanmış.(1000 ədədinin çəkisi 1.5 kq) | 50 | bağlama |
| 3 | Birdəfəlik çəkmə formalı baxıl Material - polietilen, alt hissələri (ayaq altlığı) ikiqat materialdan daha davamlı olması, sıxlığı (80 mkm), uzunluğu (40-50 sm), yuxarı hissəsində elastik rezin bantlar istifadə zamanı sürüşmə olmaması məqsədi ilə. Qələvilərə, turşulara, həlledicilərə və benzollara davamlı olsun. Bağlama - 50 ədəd | 50 | bağlama |
| 4 | Tibbi xalat Kişi üçün klassik yaxalı, pambıq material, ağ rəngli, erqonomik, antistatik və dezinfeksiya etmək üçün asan, uzun müddət geyinmək üçün rahatlığı, yuyulma zamanı deformasiya olmayan, nəfəs ala bilən, işləmək və ütülənmə zamanı rahat, bağlamaları paslanmayan metaldan olan knopkalı. Hər xalatın üzərində ölçüləri göstərməklə. | 320 | ədəd |
| 5 | Tibbi xalat Qadın üçün klassik yaxalı, pambıq material, ağ rəngli, erqonomik, antistatik və dezinfeksiya etmək asan, uzun müddət geyinmək üçün rahatlığı, yuyulma zamanı deformasiya olmayan, nəfəs ala bilən, işləmək və ütülənmə zamanı rahat, bağlamaları paslanmayan metaldan olan knopkalı.Hər xalatın üzərində ölçüləri göstərməklə. | 50 | ədəd |
| 6 | İşçilər üçün geyim İşçilərin gündəlik geyimi üçün yararlı, papaq, şalvar, köynək və beli rezinli gödəkçə, hava keçirən, rəngi və parçası razılaşdırılmalı, ölçüləri yerində götürməklə, | 4 | ədəd |
Satınalmalarının 39 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 19 iyn 2026
son qələbə 23 sen 2026
son qələbə 15 iyl 2026
son qələbə 19 iyn 2026
son qələbə 19 may 2026
Sifarişçinin elandan sonra bu satınalma üzrə dərc etdikləri. Başlıq bizim oxunuşumuzdur, altındakı mətn isə sifarişçinindir, dəyişilmədən.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Yumşaq inventar və xüsusi geyimlər”in satın alınması ilə əlaqədar 22.05.2026-cı il tarixində keçirilmiş açıq tender metoduna Bakı şəhəri Nərimanov rayonu, ev 3C, mənzil 304 ünvanında qeydiyyatda olan "Gill Med" QSC (VÖEN - 5000825521) 18.821,00 (on səkkiz min səkkiz yüz iyirmi bir manat 00 qəpik, ƏDV ilə birlikdə) manat məbləğində sərfəli qiymət təklifi vermiş və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə uyğun olaraq güzəştlə bağlı müvafiq sənədləri təqdim etmişdir. Təqdim edilmiş sənədlərə əsasən yekun məbləğ 15.056,80 (on beş min əlli altı manat 80 qəpik, ƏDV ilə birlikdə) manat olmuş və satınalma komissiyası tərəfindən qalib seçilmişdir Açıq tender metodunda iştirak edən “Xezri Trade” Məhdud Məsuliyyətli Cəmiyyəti 19.987,08 (on doqquz min doqquz yüz səksən yeddi manat 08 qəpik, ƏDV ilə birlikdə) manat məbləğində qiymət təklifi vermiş, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 23.4.1-ci maddəsinə əsasən “satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması” barədə sənədlərə baxış keçirən zaman təqdim edilmiş müqavilənin satın alma predmetinə uyğun olmadığı, qeyri-dəqiq və natamam verilmiş olduğundan və həmin Qanunun 35.1.3-cü maddəsinə əsasən uyğunluq göstəriciləri barədə qeyri-dəqiq və natamam verdiyi məlumatı bu Qanunun 23.11-ci maddəsində qeyd olunan müddət ərzində aradan qaldırmadığından satınalma prosedurundan kənarlaşdırılmışdır. “Hermano” Məhdud Məsuliyyətli Cəmiyyəti 19.988,61 (on doqquz min doqquz yüz səksən səkkiz manat 61 qəpik, ƏDV ilə birlikdə) manat məbləğində qiymət təklifi vermiş, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 35.1.5-ci maddəsinə əsasən təchizatçının təqdim etdiyi təklif ilə şərtlər toplusunda qeyd olunan iş həcmləri formal tələblərə uyğun gəlmədiyindən satınalma prosedurundan kənarlaşdırılmışdır. “Xezri Trade” MMC-nin və “Hermano” MMC-nin kənarlaşdırılması Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 2026-cı il 07 sentyabr tarixli AİBNDA/SQ- 9307/2026 qərarı ilə öz təsdiqini tapmışdır. “Dalivvall” Məhdud Məsuliyyətli Cəmiyyəti 18.278,20 (on səkkiz min iki yüz yetmiş səkkiz manat 20 qəpik, ƏDV ilə birlikdə) manat məbləğdə qiymət təklifi vermiş, portal tərəfindən “82,38” balla qiymətləndirilmişdir. “Teymur Collection” Məhdud Məsuliyyətli Cəmiyyəti (vöen - 1007222231) 19.817,51 (on doqquz min səkkiz yüz on yeddi manat 51 qəpik, ƏDV ilə birlikdə) manat məbləğində sərfəli qiymət təklifi vermiş, portal tərəfindən “75,98” balla qiymətləndirilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 25.09.2026-cı il tarixdən başlayaraq 02.10.2026-cı il tarixədək gözləmə müddəti təyin olunmuşdur.