Sifarişçi: HEYDƏR ƏLİYEV MƏRKƏZİ
Bu sifarişçi işi bölüşdürür: 26 satınalmanı 18 müxtəlif təchizatçı udub.
26 satınalma, 18 müxtəlif qalib
Ən çox udan: "HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (3, 11.5%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.05% ilə 82.09% arasında aşağı düşüblər, medianı 12.69%.
Bu tender üçün bu 148.848 ₼ ilə 135.714 ₼ arasıdır.
27.839 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | 55 düym interaktiv məlumat köşkü (və ya ekvivalent) Məlumat köşkü (Kiosk) ictimai və korporativ məkanlarda rəqəmsal məlumatlandırma və interaktiv xidmətlər üçün nəzərdə tutulmalı, 24/7 fasiləsiz işləmə rejimini dəstəkləməli, yüksək keyfiyyətli alüminium çərçivəyə, temperlənmiş qoruyucu şüşəyə və CE, RoHS sertifikatlarına malik olmalıdır.Cihaz minimum 55 düym LED arxa işıqlandırmalı TFT ekran, 1920×1080 (Full HD) təsvir ölçüsü, 16:9 ekran formatı, 450 cd/m² parlaqlıq, 1100:1 kontrast nisbəti, minimum 89° baxış bucağı və 50 000 saat xidmət müddəti təmin etməlidir.Sensor panel 10 nöqtəli IR Touch texnologiyasını dəstəkləməli, cavab müddəti 5 ms-dən çox olmamalı, toxunma dəqiqliyi ±1,5 mm, xidmət müddəti isə minimum 60 milyon toxunuş olmalıdır. Avadanlıq Quad-Core Cortex A9 prosessor (və ya ekvivalenti, minimum 4 nüvəli prosessor), 2 GB DDR3 operativ yaddaş, 32 GB daxili yaddaş və Android 11 (və ya daha yeni versiya) əməliyyat sistemi ilə təchiz edilməli, Ethernet və Wi-Fi bağlantısını dəstəkləməlidir.İnterfeyslər ən azı aşağıdakıları təmin etməlidir:• Minimum 2 ədəd USB 2.0;• Minimum 1 ədəd HDMI çıxışı;• Minimum 1 ədəd COM portu;• Minimum 1 ədəd RJ45 Gigabit Ethernet portu;• Minimum 1 ədəd Mikrofon girişi;• Minimum 1 ədəd Line Audio çıxışı;• Wi-Fi dəstəyi.Cihaz minimum 2×10 W daxili dinamiklərlə təchiz edilməli, AC 100–240 V, 50/60 Hz enerji təchizatını, maksimum 100 W enerji sərfiyyatını və 0°C–40°C işləmə temperaturunu dəstəkləməlidir.Ölçüləri təxminən 1286.3 × 757.1 × 1101.9 mm (±5% və ya ±10% fərqə yol verilir) olmalıdır. Ölçülər təxminən 55 düymlük ekran üçün uyğun konstruksiyada olmalıdır. ( yuxarıda qeyd edilənlərlə eyni və ya ekvivalent parametrlərə (texniki xüsusiyyətlərə) sahib köşklər təqdim edilməlidir) | 2 | ədəd |
| 2 | Heydər Əliyev Mərkəzinin yeni vebsaytı Vebsayt Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri, muzey və sərgiləri, tədbirləri, ziyarət məlumatları və digər xidmətləri barədə məlumatların vahid rəqəmsal platforma üzərindən təqdim edilməsini təmin etməlidir. Vebsayt müasir UI/UX prinsiplərinə uyğun hazırlanmalı, responsiv dizayna malik olmalı və masaüstü, planşet və mobil cihazlarda tam funksional işləməlidir. | 1 | ədəd |
| 3 | Heydər Əliyev Mərkəzi –
İnteraktiv Giriş Monitorları üçün Salamlama konsepsiyasının yazılımı Heydər Əliyev Mərkəzinin giriş zonasında quraşdırılacaq interaktiv monitorlarda ziyarətçilərin qarşılanması, məlumatlandırılması və daxili naviqasiyasının təmin edilməsi üçün nəzərdə tutulmalıdır. Sistem sensor ekranlar üçün optimallaşdırılmış interfeysə malik olmalı, müasir UI/UX prinsiplərinə uyğun hazırlanmalı və yüksək performansla fasiləsiz işləməlidir. Proqram təminatı minimum qarşılama ekranı, dil seçimi (Azərbaycan, ingilis, rus və əlavə dillər), əsas menyu, bina xəritəsi və indoor naviqasiya, axtarış sistemi və məzmun filtrləri funksiyalarını təmin etməlidir. Əsas məlumat blokları minimum 6 dildə, salamlamalar isə minimum 22 dildə təqdim edilməlidir. Sistem administrator paneli vasitəsilə məzmunun əlavə edilməsi, redaktə olunması və silinməsini, foto, video və sənədlərin yüklənməsini, dil versiyalarının idarə edilməsini, istifadə statistikalarının və hesabatların formalaşdırılmasını dəstəkləməli, minimum 99% əlçatanlıq təmin etməlidir. | 1 | ədəd |
| 4 | Mövcud Hytera PNC380 model cihazların Mərkəzi İdarəetmə Proqramı Mərkəzi İdarəetmə Proqramı Hytera PNC380 model PoC radio cihazlarının vahid platforma üzərindən mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin etməlidir. Proqram təminatı dispetçer mərkəzi və ya kompüter vasitəsilə real vaxt rejimində istifadəçilərin idarə edilməsi, əlaqələndirilməsi və monitorinqi imkanlarını təqdim etməli, təhlükəsiz və fasiləsiz işləməni təmin etməlidir. Proqram təminatı minimum istifadəçilərin real vaxt rejimində izlənməsi, fərdi və qrup danışıqlarının idarə olunması, GPS əsasında cihazların xəritə üzərində izlənməsi, istifadəçilərin səsli və görüntülü danışıqlarının izlənilməsi, fövqəladə vəziyyət (SOS) siqnallarının qəbulu və idarə edilməsi, fərdi və qrup mətn mesajlarının göndərilməsi funksiyalarını dəstəkləməlidir. Sistem administrator paneli vasitəsilə radio istifadəçilərinin və qruplarının idarə edilməsini, cihazların aktiv və ya deaktiv vəziyyətinə nəzarəti, istifadəçi əməliyyatlarının monitorinqini və idarə edilməsini təmin etməli, eyni zamanda yüksək etibarlılıq və 24/7 fasiləsiz işləmə rejimini dəstəkləməlidir. | 1 | ədəd |
Satınalmalarının 26 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 23 sen 2026
son qələbə 19 avq 2026
son qələbə 15 okt 2025
son qələbə 28 avq 2026
son qələbə 25 may 2026