Sifarişçi: "İNNOVASİYA VƏ RƏQƏMSAL İNKİŞAF AGENTLİYİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 13 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
28 satınalma, 26 müxtəlif qalib
Ən çox udan: "PROSPER" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2, 7.1%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.03% ilə 91.11% arasında aşağı düşüblər, medianı 27.66%.
Bu tender üçün bu 211.760 ₼ ilə 166.834 ₼ arasıdır.
20.503 ₼ məbləğindən aşağı heç kim udmayıb.
375 ₼
Sənədlər 25 ₼ + iştirak 350 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Roll-up banner, 85 × 200 sm Qapalı məkanlarda istifadə üçün metal konstruksiyalı roll-up stend. Ölçü: 85 × 200 sm. Banner materialı davamlı olmalı, üzərinə yüksək keyfiyyətli rəqəmsal çap tətbiq edilməlidir. Konstruksiya daşınma və təkrar istifadə üçün uyğun çanta ilə birlikdə təqdim olunur. | 3 | ədəd |
| 2 | Eko çanta, 34 × 39 sm Premium kətan parçadan hazırlanmış, təkrar istifadəyə yararlı çanta. Ölçü: 34 × 39 sm. Çap sahəsi dizayna uyğun olaraq 20 × 25 sm və ya 10 × 25 sm. Bir tərəfə yüksək keyfiyyətli rəngli çap tətbiq edilir. Tikişlər möhkəm və uzunmüddətli istifadəyə uyğun olmalıdır. | 5500 | ədəd |
| 3 | Dəri üzlüklü bloknot, 13 × 21 sm Termo dəri üzlüklü bloknot. Ölçü: 13 × 21 sm. Həcmi: 160 səhifə. Elastik ayrıc və qələm tutacağı ilə təchiz olunmalıdır. Üzərinə birrəngli trafaret çap tətbiq edilir. | 5500 | ədəd |
| 4 | Spiral bloknot, A5 Üzlüyü 300 qr, daxili səhifələri 80 qr kağızdan hazırlanmış A5 ölçülü spiral bloknot. Rəngli və ya qara-ağ çap tətbiq edilir. Səhifə sayı: minimum 60. | 5500 | ədəd |
| 5 | Metal qələm Metal korpuslu, uzunmüddətli istifadəyə uyğun qələm. Korpus üzərinə korporativ loqo lazer oyma üsulu ilə tətbiq edilir. Yazı rəngi: göy və ya qara. | 5500 | ədəd |
| 6 | Kub formalı qeyd kağızı, 90 × 90 mm Ofis istifadəsi üçün kub formalı qeyd kağızı bloku. Ölçü: 90 × 90 mm. Qutu 300 qr kağız və laminasiya, iç səhifələr 80 qr kağız. Üzərinə rəngli çap tətbiq edilir. | 1500 | ədəd |
| 7 | Əl bayrağı, 15 × 8 sm Parça materialdan hazırlanmış 15 × 8 sm ölçülü əl bayrağı. Plastik tutacaqlı dirəklə təchiz olunur, üzərinə rəngli birtərəfli çap tətbiq edilir. | 200 | ədəd |
| 8 | Termos, 500 ml 304 markalı paslanmayan poladdan hazırlanmış, ikiqat divarlı vakuum izolyasiyalı termos. Həcm 500 ml, ölçü təxminən 26 × 7 sm. Tərkibində bisfenol A (BPA) olmayan, sızdırmaz qapaqla təchiz edilir. Çap sahəsi 20 × 8 sm olmaqla birtərəfli UV, sublimasiya və ya lazer oyma üsulu ilə loqo tətbiq edilir. | 3000 | ədəd |
| 9 | Sertifikat və üzlük Sertifikat 300 qr ağ kartonda hazırlanır və üzərinə yüksək keyfiyyətli rəngli çap tətbiq edilir. Sertifikat üzlüyü 250 qr tünd göy kartondan hazırlanır, qatlama və təqdimat üçün uyğun formada olmalıdır. | 700 | ədəd |
| 10 | Stiker vərəqi, A5 Keyfiyyətli mat stiker kağızından hazırlanmış A5 ölçülü stiker vərəqi. Stikerlər dizayna uyğun olaraq fərqli formalarda kontur üzrə kəsilir, səthi mat örtüklü olur, üzərinə yüksək keyfiyyətli rəngli çap tətbiq edilir. Hər vərəqdə minimum 9 fərqli dizayn. | 6000 | ədəd |
| 11 | Bel çantası, 30 × 41 sm 30 × 41 sm ölçülü bel çantası. Davamlı materialdan hazırlanmalı, gündəlik istifadə və tədbirlər üçün uyğun olmalıdır. Üzərinə korporativ loqo keyfiyyətli çap üsulu ilə tətbiq edilir. | 150 | ədəd |
| 12 | Xüsusi kəsimli süngərli qutu Məhsulların yerləşdirilməsi və təqdimatı üçün xüsusi ölçü və formada hazırlanmış qutu. Daxili hissə məhsulların formasına uyğun xüsusi kəsimli süngərlə təchiz edilir. Xarici səthə korporativ loqo və dizayn elementləri rəngli çap üsulu ilə tətbiq edilir. | 20 | ədəd |
| 13 | Açarlıq, loqo tətbiqi ilə Davamlı materialdan hazırlanmış açarlıq. Üzərinə korporativ loqo keyfiyyətli çap və ya oyma üsulu ilə tətbiq edilir. | 250 | ədəd |
| 14 | Portativ enerji mənbəyi (powerbank), 10 000 mAh Minimum 10 000 mAh tutumlu, təkrar doldurulan portativ enerji mənbəyi. Minimum 1 × USB-A və 1 × USB-C çıxış, qısaqapanma və artıq doldurulmadan qoruma. Beynəlxalq təhlükəsizlik uyğunluq nişanı (CE və ya ekvivalent) tələb olunur. Korpus üzərinə loqo çap və ya lazer oyma üsulu ilə tətbiq edilir. | 70 | ədəd |
| 15 | Kepka, loqo tətbiqi ilə Keyfiyyətli və davamlı parçadan hazırlanmış, ölçüsü tənzimlənən bağlama hissəsinə malik kepka. Üzərinə korporativ loqo çap və ya tikmə üsulu ilə tətbiq edilir. | 50 | ədəd |
| 16 | Fincan, loqo tətbiqi ilə Keyfiyyətli keramika materialdan hazırlanmış fincan. Üzərinə korporativ loqo yuyulmaya və solmaya davamlı rəngli çap üsulu ilə tətbiq edilir. | 200 | ədəd |
| 17 | Köynək, loqo tətbiqi ilə Keyfiyyətli parça materialdan hazırlanmış yumru boğaz köynək; S–XXL ölçü aralığında təqdim edilir. Ölçülər üzrə bölgü sifariş tapşırığı ilə dəqiqləşdirilir. Üzərinə korporativ loqo çap və ya tikmə üsulu ilə tətbiq edilir. | 250 | ədəd |
| 18 | T-shirt Üç düyməli polo tipli T-shirt, minimum 70% pambıq tərkibli, S, M, L, XL və sifarişçinin tələbinə uyğun digər ölçülərdə. Ağ, qara və sifarişçinin seçdiyi digər rənglərdə. Ön və/və ya arxa hissədə İRİA-nın korporativ brendinqinə uyğun yüksək keyfiyyətli, yuyulmaya və sürtünməyə davamlı çap. Dizayn sifarişçi tərəfindən təqdim edilir və ya sifarişçinin tələbinə uyğun hazırlanır/adaptasiya olunur. Çapın ölçüsü, yerləşdirilməsi, rəng sayı və məhsulun miqdarı hər bir sifariş üzrə müəyyən edilir. | 200 | ədəd |
| 19 | Dəmir pin Dairəvi formalı metal pin, diametri 3,5 sm, dəmir və ya sifarişçinin tələbinə uyğun digər davamlı metal materialdan hazırlanmış. Ön hissəsində İRİA-nın qabarıq (relyef) loqosu tətbiq olunmalıdır. Loqonun ölçüsü, rəngi və icra üsulu sifarişçi tərəfindən təqdim edilən dizayna uyğun müəyyən edilir. Arxa hissəsi iynəli bərkitmə mexanizmi ilə təchiz olunmalıdır. Pin yüksək keyfiyyətli, davamlı, korroziyaya və gündəlik istifadəyə davamlı olmalı, loqo və digər elementlər səliqəli və aydın şəkildə icra edilməlidir. Dizayn, ölçü, rəng, material, loqonun icra üsulu və sifariş ediləcək miqdar hər bir konkret sifariş üzrə müəyyən edilir. | 800 | ədəd |
| 20 | Qovluq Karton qovluq (üzərində İRİA-ya aid məlumatlar, A4 formatda, 350 q/m2, laminasiya olunmuş, panton boya ilə çap olunmuş), ciblik özündən olmalıdır, dizayn korporativ brendinqa uyğun veriləcək | 100 | ədəd |
| 21 | Eco qələm Ekoloji təmiz qələm. Buğda samanı lifindən hazırlanmış, klipsli, üstdən basılan qələm, mavi mürəkkəb. ø12 x 140 mm., üzərində İRİA-ya aid loqolu | 100 | ədəd |
| 22 | A5 kağız çanta Ölçüsü: 22 sm. x 16sm x 7 sm (7sm-dərinlik), 270-300 qr kağız, ikitərəfli çap, laminasiya mat/parlaq, üzərində İRİA-ya aid məlumatlar çap olunmuş. dizayn korporativ brendinqa uyğun veriləcək | 200 | ədəd |
| 23 | A4 kağız çanta Ölçüsü: 24x32x9sm (9sm - dərinlik), 270-300 qr kağız, horizontal və ya vertikal, ikitərəfli çap, l. aminasiya mat/parlaq, üzərində İRİA-ya aid məlumatlar çap olunmuş. dizayn korporativ brendinqa uyğun veriləcək | 600 | ədəd |
| 24 | Fincan Keramika materialdan hazırlanmış, gündəlik istifadə üçün nəzərdə tutulmuş fincan; tutumu minimum 300 ml; ölçüləri: diametri təxminən 80 mm, hündürlüyü təxminən 95 mm. Fincanın gövdəsi yuxarıdan aşağıya doğru eyni və ya maksimum dərəcədə sabit diametrli, silindrik formalı olmalıdır. Rəngi ağ olmalıdır. Xarici səthi hamar, qüsursuz və çap üçün uyğun olmalıdır. Fincanın üzərinə İRİA-nın korporativ brendinqinə uyğun tam fonlu rəngli çap tətbiq olunmalıdır. Çap fincanın xarici səthində yüksək keyfiyyətli, silinməyə və gündəlik istifadəyə davamlı üsulla həyata keçirilməlidir. Dizayn və çap faylı sifarişçi tərəfindən təqdim ediləcək. Məhsul çat, deformasiya, rəng fərqi və digər vizual qüsurlardan azad olmalıdır. Fincan qida və içkilərlə təmas üçün yararlı materialdan hazırlanmalıdır. | 300 | ədəd |
| 25 | Su qabı Təkrar istifadə üçün nəzərdə tutulmuş, ümumi tutumu 520 ml olan su qabı. Qabın əsas gövdəsi şüşədən, qoruyucu xarici hissəsi isə paslanmayan poladdan hazırlanmalıdır. Paslanmayan polad hissə korroziyaya və gündəlik istifadəyə davamlı olmalıdır. Qabın üzərində İRİA-nın korporativ brendinqinə uyğun loqo tətbiq edilmiş parça örtük olmalıdır. Parça örtük qabın gövdəsini tam və ya əsas hissəsini əhatə etməli, səliqəli və keyfiyyətli tikilişə malik olmalıdır. Qabın ağzı möhkəm bağlanan, sızdırmaz qapaqla təchiz olunmalıdır. Qapaq gündəlik istifadə zamanı mayenin axmasının qarşısını almalıdır. Şüşə hissə isti və soyuq içkilər üçün istifadəyə yararlı olmalı, material qida və içkilərlə təmas üçün təhlükəsiz olmalıdır. Ümumi görünüş korporativ və premium üsluba uyğun olmalı, məhsul çat, cızıq, deformasiya və digər vizual qüsurlardan azad şəkildə təhvil verilməlidir. İRİA loqosunun tətbiqi və dizaynı sifarişçi tərəfindən təqdim olunan brendinq tələblərinə uyğun həyata keçirilməlidir. | 150 | ədəd |
| 26 | Beyclər (badge) Ölçüsü 12 × 8 sm olan, şəffaf və möhkəm plastik materialdan hazırlanmış beyc. Beyc şəffaf plastik qutudan və daxilinə yerləşdirilən, hər iki tərəfi rəngli çap olunmuş kartdan ibarət olmalıdır. Kart üzərində məlumatların aydın və oxunaqlı görünməsi təmin edilməlidir. Beyc boyun ipi (lanyard) ilə birlikdə təqdim olunmalıdır. Lanyard üzərində hər iki tərəfdən yüksək keyfiyyətli rəngli çap tətbiq edilməli və çap gündəlik istifadəyə davamlı olmalıdır. Boyun ipi möhkəm materialdan hazırlanmalı və beycin plastik qutusuna etibarlı şəkildə bərkidilməlidir. Beyc və lanyard üzərində dizayn İRİA-nın korporativ brendinqinə uyğun hazırlanmalıdır. Dizayn faylı və çap üçün tələb olunan materiallar sifarişçi tərəfindən təqdim ediləcək. | 100 | ədəd |
| 27 | T-shirt Sadə dizaynlı, gündəlik istifadə üçün nəzərdə tutulmuş, uniseks T-shirt. Ölçülər: S, M, L, XL. Material: minimum 80% pambıq tərkibli, yumşaq, nəfəs alan və dəri üçün komfortlu parça. Rəng seçimləri olsun. T-shirt-in ön və arxa hissəsində İRİA-nın korporativ brendinqinə uyğun yüksək keyfiyyətli rəngli çap tətbiq olunmalıdır. Çap parça üzərində davamlı olmalı, yuyulma və gündəlik istifadə zamanı çatlamamalı, soyulmamalı və rəngini itirməməlidir. T-shirt-in tikişləri keyfiyyətli və möhkəm olmalı, yaxa və qol hissələri deformasiya olunmayan materialdan hazırlanmalıdır. Məhsulda tikiş, parça və çap qüsurlarına yol verilməməlidir. Dizayn və çap üçün tələb olunan materiallar sifarişçi tərəfindən təqdim ediləcək. | 100 | ədəd |
| 28 | Səs ucaldan Ağ və ya qara rəngdə, 4 saat batareya ömrü olan portativ 3W dinamik Eyni zamanda mobil cihazın pleylistinə qoşulmaq funksiyasına malikdir. Kraft kağız hədiyyə qutusunda verilir. 55 x 63 mm ölçüdə üzərində agentliyə məxsus layihənin logosu əks etdirilməli, naqilsiz olmalı, Üzərində loqo çapı | 50 | ədəd |
| 29 | Termos Tutumu 500 ml olan, isti və soyuq içkilərin saxlanılması üçün nəzərdə tutulmuş termos. Rəng seçimləri olsun. İstilik saxlama müddəti minimum 8 saat olmalıdır. Termosun gövdəsi davamlı, gündəlik istifadəyə uyğun və korroziyaya davamlı materialdan hazırlanmalıdır. Daxili hissə içkilərlə təmas üçün təhlükəsiz materialdan, üstünlük olaraq paslanmayan poladdan hazırlanmalıdır. Qapaq möhkəm bağlanmalı və sızdırmazlığı təmin etməlidir. Xarici səth hamar və üzərinə loqo və digər korporativ məlumatların yüksək keyfiyyətli şəkildə tətbiqinə uyğun olmalıdır. Termosun üzərində İRİA-ya aid məlumatlar və korporativ brendinqə uyğun dizayn çap edilməlidir. Çap gündəlik istifadəyə, sürtünməyə və yuyulmaya davamlı olmalıdır. Məhsul çat, cızıq, deformasiya, rəng fərqi və digər vizual və texniki qüsurlardan azad şəkildə təqdim edilməlidir. Dizayn və çap materialları sifarişçi tərəfindən təqdim ediləcək. | 200 | ədəd |
| 30 | Zərf Diplomat format (220x110 mm), 120 qr, hazır zərf üzərində İRİA-ya aid məlumatlar çap olunmuş, dizayn korporativ brendinqa uyğun veriləcək | 100 | ədəd |
| 31 | Masaüstü bayraq Təkli masaüstü bayraq, ölçüsü 15 × 22,5 sm. Bayraq hissəsi keyfiyyətli və davamlı Atlas parçadan hazırlanmalıdır. Parça üzərində İRİA loqosu və korporativ brendinqə uyğun dizayn yüksək keyfiyyətli rəngli çap üsulu ilə tətbiq olunmalıdır. Çap aydın, keyfiyyətli və davamlı olmalı, rənglərin solmasına və çapın deformasiyasına yol verilməməlidir. Bayraq masaüstü bayraq dirəyi və altlığı olmadan, yalnız parça hissəsi şəklində təqdim edilməlidir. Bayrağın ölçüləri və tikiliş forması mövcud masaüstü bayraq konstruksiyalarına uyğun olmalıdır. Dizayn Agentlik tərəfindən təqdim ediləcək. | 40 | ədəd |
| 32 | Noutbuk üçün çanta 15,6 düymədək ekran ölçüsünə malik noutbukların daşınması üçün nəzərdə tutulmuş çanta. Çanta keyfiyyətli və davamlı poliester və ya parça materialdan hazırlanmalıdır. Noutbukun təhlükəsiz yerləşdirilməsi üçün daxili bölmə və qoruyucu yumşaq astar olmalıdır. Çanta gündəlik istifadə və daşınma üçün rahat, yüngül və praktik konstruksiyaya malik olmalıdır. Tikişlər möhkəm və səliqəli, fermuar və digər aksesuarlar keyfiyyətli və davamlı olmalıdır. Çantanın üzərində İRİA loqosu və korporativ məlumatlar yüksək keyfiyyətli və davamlı çap üsulu ilə tətbiq olunmalıdır. Çap sürtünməyə və gündəlik istifadəyə davamlı olmalıdır. Məhsul nümunəyə uyğun hazırlanmalı və təqdim edilən nümunənin forma, material, ölçü və ümumi görünüş xüsusiyyətlərinə maksimum uyğunluq təmin edilməlidir. Dizayn və çap faylları sifarişçi tərəfindən təqdim ediləcək. | 100 | ədəd |
| 33 | Plaket Şəffaf şüşə/kristal materialdan hazırlanmış, mükafatlandırma və təqdimat məqsədilə nəzərdə tutulmuş plaket. Plaketin forması, ölçüsü və ümumi görünüşü təqdim olunacaq nümunəyə uyğun olmalıdır. Şüşə/kristal səth yüksək keyfiyyətli, hamar və vizual qüsurlardan azad olmalıdır. Üzərində İRİA loqosu, müvafiq məlumatlar və ya yazılar yüksək keyfiyyətli və davamlı çap/gravirovka üsulu ilə tətbiq olunmalıdır. Tətbiq olunan məlumatlar aydın, oxunaqlı və səth üzərində səliqəli yerləşdirilməlidir. Plaket korporativ brendinqə uyğun dizayn edilməli və təqdim olunan nümunənin forma, ölçü, material və ümumi vizual xüsusiyyətlərinə uyğun hazırlanmalıdır. Dizayn Agentlik tərəfindən təqdim ediləcək. | 15 | ədəd |
| 34 | Kətan çanta 100% pambıq materialdan hazırlanmış, ağ rəngli, təkrar istifadəyə uyğun kətan çanta. Ölçüsü 375 × 415 mm olmalıdır. Materialın sıxlığı 140 q/m². Çanta A4 ölçülü sənədlərin və digər materialların rahat yerləşdirilməsi üçün uyğun ölçüdə olmalıdır. Tutacaqlar 60 sm uzunluğunda, ağ rəngdə və çantanın əsas materialı ilə eyni – 100% pambıq materialdan hazırlanmalıdır. Tutacaqlar möhkəm və çantaya etibarlı şəkildə tikilməli, daşınma zamanı qopma və deformasiya baş verməməlidir. Çantanın üzərində İRİA loqosu və korporativ brendinqə uyğun dizayn yüksək keyfiyyətli və davamlı çap üsulu ilə tətbiq olunmalıdır. Çap aydın, səliqəli və gündəlik istifadəyə davamlı olmalıdır. Məhsul tikiş, material və çap qüsurlarından azad şəkildə təqdim edilməlidir. Dizayn Agentlik tərəfindən təqdim ediləcək. | 200 | ədəd |
| 35 | Power Bank Tutumu 10 000 mAh olan portativ enerji doldurma cihazı. Gövdəsi davamlı plastik materialdan hazırlanmalı, rəngi qara olmalıdır. MagSafe texnologiyasını dəstəkləməli və uyğun mobil cihazların simsiz enerji ilə doldurulmasını təmin etməlidir. Üzərində batareyanın doluluq səviyyəsini faizlə göstərən rəqəmsal LCD ekran olmalıdır. Power Bank üzərində İRİA loqosu LED işıqlandırmalı formada tətbiq edilməlidir. Loqo və digər brendinq elementləri yüksək keyfiyyətli və davamlı üsulla hazırlanmalıdır. Cihaz gündəlik istifadəyə uyğun, kompakt və daşınması rahat olmalıdır. Şarj giriş/çıxış portları və təhlükəsiz istifadə üçün müvafiq qoruyucu funksiyalarla təchiz edilməlidir. Məhsul texniki və vizual qüsurlardan azad şəkildə təqdim olunmalıdır. Dizayn Agentlik tərəfindən təqdim ediləcək. | 50 | ədəd |
| 36 | Qələm Plastik materialdan hazırlanmış, ağ və göy rənglərdə olan, gündəlik istifadə üçün nəzərdə tutulmuş qələm. Yazı ucu 0,5 mm/0,7 mm ölçüdə olmalıdır. Mürəkkəb rəngi göy və ya qara olmalıdır. Qələm fırlanan mexanizmə malik olmalı, fırlanan hissəsində yüksək keyfiyyətli rəngli çap tətbiq edilməlidir. Çap nümunəyə uyğun hazırlanmalı, aydın, səliqəli və davamlı olmalıdır. Qələm üzərində İRİA loqosu yüksək keyfiyyətli üsulla tətbiq edilməlidir. Məhsulun forma, rəng, mexanizm və ümumi görünüşü təqdim ediləcək nümunəyə uyğun olmalıdır. Qələm rahat tutuşa və yazı zamanı hamar mürəkkəb axınına malik olmalı, mürəkkəbdə kəsilmə və ləkələnmə olmamalıdır. Dizayn və çap faylları sifarişçi tərəfindən təqdim ediləcək. | 800 | ədəd |
| 37 | Lent( Ribbon) Məzun günləri və tədbirlər üçün nəzərdə tutulmuş, ölçüsü 13 × 160 sm olan dekorativ lent. Materialı ipək və poliester qarışığından hazırlanmalı, yumşaq, keyfiyyətli və istifadəyə davamlı olmalıdır. Lentin hər iki tərəfində fərqli və ya xüsusi dizayn tətbiq olunmalı, hər iki üz tam rəngli, yüksək keyfiyyətli çap ilə hazırlanmalıdır. Çap zamanı rənglərin canlılığı, mətn və qrafik elementlərin aydınlığı və dizaynın hər iki tərəfdə düzgün yerləşdirilməsi təmin edilməlidir. Çap sürtünməyə və istifadəyə davamlı olmalı, rənglər asanlıqla solmamalıdır. Lent səliqəli kənar işləməsinə malik olmalı, tikiş və ya kəsim zamanı sapların açılmasına yol verilməməlidir. Dizayn İRİA-nın korporativ brendinqinə uyğun hazırlanmalı və dizayn faylı Agentlik tərəfindən təqdim ediləcək. | 100 | ədəd |
| 38 | Masaüstü reklam panosu A5 ölçüdə, altlığı olan, orqsteklo materialdan statik reklam panosu. Materialın qalınlığı 2,5 mm. Altlığın qalınlığı 10 mm orqsteklo.Panonun üzərinə parlaq materialda A5 ölçüdə stiker yapışdırılır. Stikerin dizaynı Agentlik tərəfindən təqdim edilir. | 100 | ədəd |
| 39 | Qeyd üçün A4 İclaslar zamanı istifadə olunmaq üçün, 10 vərəqdan ibarət olmaqla 120 qr ölçüdə A4 formatlı xətsiz kağız, kağızlar yuxarıdan kleylənmiş, bütün vərəqlərində birtərəfli loqo çap edilmiş, altında 300 qr parlaq qalın kağız, dizayn Agentlik tərəfindən verilir | 300 | ədəd |
| 40 | Buklet 8–10 səhifədən ibarət, jurnal formatında hazırlanmış buklet. Kağız: minimum 170 q/m² qalınlığında, yüksək keyfiyyətli, parlaq səthli kağız. Çap yüksək keyfiyyətli, tam rəngli (CMYK) üsulla həyata keçirilməlidir. Mətn, fotoşəkil, loqo və qrafik elementlərin aydın və keyfiyyətli əks olunması təmin edilməlidir. Səhifələr səliqəli şəkildə kəsilməli və jurnal formatına uyğun bərkidilməlidir. Bukletin ümumi ölçüsü və səhifələrin yerləşdirilməsi təqdim olunacaq dizayn faylına uyğun həyata keçirilməlidir. Dizayn Agentlik tərəfindən təqdim ediləcək. Tiraj: 200 ədəd. Hazır məhsul çap, rəng, kəsim və digər texniki qüsurlardan azad şəkildə təhvil verilməlidir. | 1000 | ədəd |
| 41 | Memorandum qovluq Üzü dəri, içi məxməri, içində vərəqlərin sürüşməməsi üçün iplik, Açıldıqda A3 ölçüdə, üzərində loqo çap ilə | 10 | ədəd |
| 42 | Flayer Ölçüsü 210 × 99 mm olan, yüksək keyfiyyətli çap üçün nəzərdə tutulmuş flayer. Kağızın qalınlığı 170 q/m², səthi hamar və çap üçün uyğun olmalıdır. Çap ofset üsulu ilə, yüksək keyfiyyətli və tam rəngli həyata keçirilməlidir. Mətn, loqo, foto və digər qrafik elementlərin aydın və keyfiyyətli əks olunması təmin edilməlidir. Kəsim ölçülərə uyğun və səliqəli şəkildə həyata keçirilməli, məhsulda rəng, çap, kəsim və digər texniki qüsurlara yol verilməməlidir. Dizayn Agentlik tərəfindən təqdim ediləcək. | 2000 | ədəd |
| 43 | VİP Vizitka (rəhbər heyət üçün) Məxməri vizitkart müvafiq məlumatlarla çap olunmuş (ölçüləri 5,5 sm x 8,5 sm, 350 qr), Kohler kağız, 50 ədədli tirajla | 1000 | ədəd |
| 44 | Vizitka Ofset vizitkart müvafiq məlumatlarla çap olunmuş (ölçüləri 5,5 sm x 8,5 sm, 300 qr, laminasiya olunmuş), Xerox kağız, 50 ədədli tirajla | 2000 | ədəd |
| 45 | Spirallı bloknot A5, üz qabığı 160-180 qr, iç kağızlar 80-120 qr, laminasiya olunan və kənarı spirallı bloknot, vərəq sayı 45 (iç vərəqləri damalı və ya enli cızıqlar), üzərində İRİA-ya aid məlumatlar çap olunmuş, dizayn korporativ brendinqa uyğun veriləcək | 1000 | ədəd |
| 46 | Dəvətnamə Diplomat format (220x110 mm), üzərində İRİA-ya aid məlumatlar çap olunmuş, dizayn korporativ brendinqa uyğun veriləcək | 100 | ədəd |
| 47 | Stiker A4 formatında kağızın üzərində kəsimli stikerlər, üzərində müxtəlif məzmunda çap, dizayn korporativ brendinqa uyğun veriləcək | 2000 | ədəd |
| 48 | Stiker A5 formatında eni 122.25 mm, hündürlüyü 134 mm , şüşə üzərində yapışma özəlliyi olan məzmunda dizayn olunmuş stiker | 2000 | ədəd |
| 49 | Sertifikat Mirvari kağız, A4 ölçüdə, 350 qr, üzərində müxtəlif tədbirlərə uyğun çap | 500 | ədəd |
| 50 | Açıqca A5 15x15 ölçüdə, Tək vərəq, 350 qr, laminasiyalı, üzərində iki tərəfli çap ilə | 100 | ədəd |
| 51 | Ajanda A5 formatında, ölçüsü 15 × 21 sm olan, 220 səhifədən ibarət qeyd dəftəri (ajanda). Qalın və davamlı üzlüyə malik olmalı, üz qabığının rəngi boz olmalıdır. Bağlanma mexanizmi kənardan maqnitli olmalı və qeyd dəftərinin etibarlı şəkildə bağlı saxlanılmasını təmin etməlidir. Daxili səhifələr krem rəngli, yüksək keyfiyyətli kağızdan hazırlanmalıdır. Səhifələr təqvimsiz, gündəlik qeyd aparılması üçün uyğun formatda olmalı və hər səhifədə İRİA loqosu tətbiq edilməlidir. Üz qabığında İRİA loqosu yüksək keyfiyyətli və davamlı üsulla tətbiq olunmalıdır. Ümumi dizayn İRİA-nın korporativ brendinqinə uyğun hazırlanmalıdır. Məhsul səliqəli tikiş/birləşdirmə və keyfiyyətli materiallarla hazırlanmalı, üzlük, kağız və loqo tətbiqində vizual və texniki qüsurlara yol verilməməlidir. Dizayn Agentlik tərəfindən təqdim ediləcək. | 800 | ədəd |
| 52 | Dövlət gerbi əks olunmuş blank A4 ölçüdə, 160 qr Xerox kağızdan hazırlanmış, ardıcıl nömrələnmiş, üzərində İRİA-ya aid məlumatlar, loqo və təsdiq edilmiş dizayn elementləri əks olunan rəsmi sənəd blankları. Blanklar Azərbaycan və ingilis dillərində məktub, əmr, qərar, protokol və digər rəsmi sənədlərin hazırlanmasında istifadə olunacaq. Dizayn Agentlik tərəfindən təqdim edilir. | 4500 | ədəd |
| 53 | Backpack Noutbuk, planşet, sənədlər və şəxsi əşyaların gündəlik daşınması üçün nəzərdə tutulmuş, funksional və müasir dizayna malik bel çantası. Məhsul davamlı, aşınmaya və cırılmaya davamlı keyfiyyətli materialdan hazırlanmalı, gündəlik istifadəyə uyğun olmalıdır. Noutbukun təhlükəsiz yerləşdirilməsi üçün yumşaq və qoruyucu ayrıca bölməyə malik olmalı, bölmənin ölçüsü standart noutbuklarla uyğun olmalıdır. Bundan əlavə, sənədlər, planşet, adapter, kabel, powerbank, telefon və digər şəxsi əşyaların səliqəli saxlanılması üçün müxtəlif ölçülü daxili və xarici ciblərlə təmin edilməlidir. Əsas bölmənin bağlanması etibarlı və keyfiyyətli fermuar vasitəsilə həyata keçirilməlidir. Çantanın ön və ya digər uyğun səthində şirkət loqosu, layihə adı, xüsusi mesaj və digər brend elementlərinin çap, UV çap, tikmə, lazer qravür və ya materiala uyğun digər üsulla tətbiqi mümkün olmalıdır. Brend elementləri uzunmüddətli istifadədə silinməyə və rəngin solmasına davamlı olmalıdır. | 150 | ədəd |
| 54 | Metal Mobile Stand Boz rəng Metal material Üzərində mygov QR və mygov brend logo | 60 | ədəd |
| 55 | Smart Termos Paslanmaz polad (304 daxili divar), vakuum izolyasiyalı. Həcm: 500 ml. Qapaq hissəsində içkinin temperaturunu göstərən LED displey. İçkiləri 12 saata qədər isti, 24 saata qədər soyuq saxlama qabiliyyəti. Termosun orta hissəsində mygov logo çapı | 60 | ədəd |
| 56 | Powerbank Telefonun arxasına maqnitlə bərkidilən, simsiz enerji verən yığcam powerbanklar. Tutumu: 5,000- 10,000 mAh (minimal olaraq 2 tam dolum üçün kifayətdir). Ölçüləri 95.8 x 64.2 x 11 mm. Rəngi mygov brendinə uyğun Üzərində mygov logosu | 60 | ədəd |
| 57 | Qutu 30x28x10 sm ölçüdə brend rəngində qutu. Qutuya yuxarıda qeyd olunan hədiyyələr yerləşdiriləcək. Ölçülər hədiyyələrin ölçülərinə əsasən bir qədər dəyişdirilə bilər | 60 | ədəd |
Satınalmalarının 69 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 16 sen 2026
son qələbə 03 sen 2026
son qələbə 25 sen 2026
son qələbə 24 sen 2026
son qələbə 31 avq 2026