Sifarişçi: "ORQAN DONORLUĞU VƏ TRANSPLANTASİYASI ÜZRƏ KOORDİNASİYA MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçi işi bölüşdürür: 8 satınalmanı 7 müxtəlif təchizatçı udub.
8 satınalma, 7 müxtəlif qalib
Ən çox udan: "OFİS-A.M." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2, 25%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.24% ilə 74.31% arasında aşağı düşüblər, medianı 37.96%.
Bu tender üçün bu 11.136 ₼ ilə 8.419 ₼ arasıdır.
3.486 ₼ məbləğindən aşağı heç kim udmayıb.
52 ₼
Sənədlər 25 ₼ + iştirak 27 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Videoçarxın hazırlanması xidmətlərinin alınması; 1 ədəd. Mətn transplantologiya sahəsində Azərbaycan Respublikasında dövlət siyasəti, tibbi nailiyyətlər, müasir transplantasiya xidmətləri və donor-resipient hekayələrinin yüksək keyfiyyətli sənədli film vasitəsilə təqdim edilməsini nəzərdə tutur.
Lotun açıq mövqelərindən avtomatik hazırlanıb. Tender sənədlərini əvəz etmir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Videoçarxın hazırlannası xidmətlərinin satınalınması 1. Ümumi müddəalar Bu təsvir transplantologiya sahəsində Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin, tibbi nailiyyətlərin, müasir transplantasiya xidmətlərinin, donor və resipiyentlərin həyat hekayələrinin, eləcə də cəmiyyətin maarifləndirilməsinin yüksək keyfiyyətli sənədli film vasitəsilə təqdim edilməsi məqsədilə hazırlanmışdır. Filmin istehsalı peşəkar kino və televiziya standartlarına uyğun həyata keçirilməli, televiziya yayımı, kino nümayişi, beynəlxalq tədbirlər və rəqəmsal platformalarda nümayiş üçün texniki baxımdan yararlı olmalıdır. 2. Layihənin məqsədi Layihənin məqsədi: • Azərbaycanda transplantologiyanın inkişaf tarixini təqdim etmək; • transplantasiya xidmətinin müasir vəziyyətini göstərmək; • dövlət proqramlarını və normativ-hüquqi bazanı izah etmək; • orqan və toxuma donorluğu mədəniyyətinin təşviqinə töhfə vermək; • cəmiyyətin düzgün və etibarlı məlumatlandırılmasını gücləndirmək; • transplantasiya əməliyyatlarının tibbi, etik və sosial əhəmiyyətini nümayiş etdirmək; • Azərbaycan səhiyyəsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət etmək. 3. Filmin əsas məzmunu Filmdə aşağıdakı mövzular ardıcıl və dramaturji baxımdan əlaqəli şəkildə təqdim edilməlidir: • Azərbaycanda transplantologiyanın tarixi; • dövlət siyasəti və institusional inkişaf; • transplantasiya üzrə qanunvericilik; • orqan və toxuma donorluğu; • beyin ölümü anlayışı; • donor koordinasiyası sistemi; • böyrək, qaraciyər və sümük iliyi transplantasiyası; • canlı donor və meyit donorluğu; • həkimlərin və tibb heyətinin fəaliyyəti; • əməliyyat otağında real proseslər; • donor və resipiyentlərin həyat hekayələri; • ailələrin emosional təcrübələri; • tibbi etik prinsiplər; • gələcək inkişaf perspektivləri. 4. Filmin müddəti İcraçı aşağıdakı audiovizual məhsulları təqdim etməlidir: • 25–40 dəqiqəlik əsas film; • 10 dəqiqəlik qısa versiya; • 3 dəqiqəlik treyler; • 60 saniyəlik promoçarx; • sosial media üçün 30 və 60 saniyəlik şaquli formatlı videolar (9:16). 5. Ssenari və yaradıcı konsepsiya İcraçı aşağıdakı hazırlıq mərhələlərini təmin etməlidir: • araşdırma konsepsiyası; • sinopsis; • treatment; • tam ədəbi ssenari; • rejissor eksplikasiyası; • vizual konsepsiya; • storyboard; • çəkiliş planı; • müsahibələrin siyahısı; • çəkiliş məkanlarının siyahısı. Film yalnız klassik müsahibə formatı ilə məhdudlaşmamalı, müşahidəçi sənədli kino elementləri, etik çərçivədə bədii rekonstruksiya imkanları, atmosferik kadrlar və qrafik izahlarla zənginləşdirilməlidir. 6. Çəkiliş üzrə texniki tələblər 6.1. Kamera sistemi Çəkiliş peşəkar kino istehsalı üçün nəzərdə tutulmuş rəqəmsal kino kameraları və ya onlara ekvivalent və ya daha yüksək texniki göstəricilərə malik avadanlıqlarla həyata keçirilməlidir. Minimum texniki tələblər: • 4K DCI (4096×2160) və ya daha yüksək keyfiyyətli master görüntü; • RAW və ya ekvivalent yüksək keyfiyyətli qeyd formatı; • minimum 15 stop dinamik diapazon; • 10-bit və ya daha yüksək rəng dərinliyi; • LOG və ya ekvivalent geniş dinamik diapazonlu çəkiliş rejimi. 6.2. Obyektivlər İcraçı müxtəlif plan və kompozisiyaların çəkilişi üçün peşəkar sabit fokuslu və kino-zoom obyektivlərindən istifadə etməlidir. Obyektivlər yüksək optik keyfiyyət, aşağı distorsiya və dəqiq rəng ötürülməsini təmin etməlidir. 6.3. Kamera hərəkət sistemləri Çəkilişin xüsusiyyətindən asılı olaraq aşağıdakı avadanlıqlardan və ya onlara ekvivalent sistemlərdən istifadə olunmalıdır: • stabilizasiya sistemləri; • motorlu gimbal; • rels və ya sürüşmə sistemi; • kran və ya jib; • digər peşəkar kamera hərəkət həlləri. 6.4. Hava çəkilişləri Hava çəkilişləri yüksək keyfiyyətli peşəkar pilotsuz uçuş aparatı ilə həyata keçirilməlidir. Minimum tələblər: • 4K və ya daha yüksək video çəkilişi; • yüksək səviyyəli görüntü stabilizasiyası; • qanunvericiliklə müəyyən edilmiş aviasiya və təhlükəsizlik tələblərinə uyğun istismar. 7. İşıqlandırma İşıqlandırma peşəkar kino istehsalı standartlarına uyğun qurulmalı və çəkiliş məkanının xüsusiyyətlərinə uyğun idarə olunmalıdır. Minimum tələblər: • tənzimlənən gücə malik peşəkar LED işıq sistemləri; • yüksək rəng dəqiqliyi (CRI/TLCI ≥95); • yumşaq və istiqamətləndirilən işıqlandırma imkanları; • titrəməsiz (flicker-free) iş rejimi. 8. Səs yazısı Səs yazısı peşəkar audio avadanlıqları və ayrıca səs heyəti tərəfindən həyata keçirilməlidir. Minimum texniki tələblər: • çoxkanallı rəqəmsal audio qeydiyyatı; • minimum 24-bit / 48 kHz keyfiyyət; • simsiz yaxa mikrofonları və istiqamətli boom mikrofonlarının istifadəsi; • ehtiyat audio yazısının aparılması. Əlavə olaraq hər çəkiliş məkanında fon səsi (ambience) və otaq akustikası ayrıca qeydə alınmalıdır. 9. Müsahibələrin çəkilişi Bütün müsahibələr aşağıdakı tələblərə uyğun çəkilməlidir: • minimum iki fərqli rakursdan video çəkilişi; • peşəkar işıqlandırma; • ayrıca səs yazısı; • ehtiyat audio və video materialının təmin edilməsi. 10. Post-produksiya 10.1. Montaj • offline və online montaj; • peşəkar rəng korreksiyası; • səs sinxronizasiyası və yekun montaj. 10.2. Vizual materiallar Filmdə mövzunun izahını və vizual təqdimatını təmin etmək məqsədilə aşağıdakı materiallar hazırlanmalıdır: • 2D infoqrafikalar; • tibbi proseslərin 3D vizuallaşdırılması; • statistik animasiyalar; • xəritə və məlumat qrafikləri. 10.3. Səs post-produksiyası • stereo və 5.1 yayım formatında səs miksinin hazırlanması; • səs-küyün peşəkar şəkildə təmizlənməsi; • dialoq, musiqi və effektlərin balanslaşdırılması. 11. Musiqi • Filmin dramaturgiyasına uyğun orijinal və ya qanuni istifadəsinə icazə verilmiş musiqilərdən istifadə olunmalıdır; • musiqi emosional dramaturgiyanı dəstəkləməlidir; • istifadə olunan bütün musiqi və audio materialları müəllif hüquqları baxımından qanuni əsaslara malik olmalıdır. 12. Hüquqi və etik tələblər • pasiyentlərin və digər çəkiliş iştirakçılarının zəruri yazılı razılığı alınmalıdır; • şəxsi məlumatların qorunması təmin edilməlidir; • tibbi sirr və məxfi məlumatlar qorunmalıdır; • əməliyyat otaqlarında çəkiliş yalnız müvafiq icazələr əsasında aparılmalıdır; • filmdə təqdim olunan tibbi məlumatlar rəsmi və etibarlı mənbələrə əsaslanmalıdır; • çəkiliş zamanı pasiyentlərin hüquq və ləyaqətinə hörmət edilməlidir. 13. Təhvil veriləcək materiallar • 4K master faylı; • UHD və Full HD versiyaları; • televiziya və rəqəmsal platformalar üçün uyğun sıxılmış versiyalar; • kino nümayişi tələb olunduğu halda DCP formatı; • stereo və 5.1 audio faylları; • Music & Effects (M&E) audio treki; • layihənin mənbə faylları və arxiv nüsxəsi. 14. Keyfiyyət standartları Hazır məhsul müvafiq beynəlxalq yayım və audiovizual istehsal standartlarına uyğun hazırlanmalı və televiziya, kino nümayişi və rəqəmsal platformalarda istifadə üçün texniki baxımdan yararlı olmalıdır. • müvafiq SMPTE texniki standartları; • EBU səs səviyyəsi və yayım tələbləri; • UHD/HDR yayım tələbləri; • DCP kino standartları; • televiziya və rəqəmsal platformaların tətbiq olunan texniki tələbləri. 15. Ümumi qeyd Qeyd: Texniki tapşırıqda göstərilən texniki göstəricilər minimum tələblər hesab olunur. İcraçı həmin göstəricilərə cavab verən və ya onlardan üstün texniki xüsusiyyətlərə malik avadanlıq, proqram təminatı və texniki həllərdən istifadə edə bilər. Texniki tapşırıqda konkret istehsalçı, marka, model və ya yalnız müəyyən təchizatçı tərəfindən təqdim edilə bilən xüsusiyyətlər nəzərdə tutulmur. | 1 | ədəd |
Satınalmalarının 8 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 17 avq 2026
son qələbə 01 sen 2026
son qələbə 01 sen 2026
son qələbə 20 okt 2025
son qələbə 06 avq 2025