Sifarişçi: "SƏNAYE VƏ İNNOVASİYALAR ÜZRƏ BAKI DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 5 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
6 satınalma, 5 müxtəlif qalib
Ən çox udan: "DİGİTALPARTNER" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 33.3%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.05% ilə 81.06% arasında aşağı düşüblər, medianı 17.41%.
Bu tender üçün bu 134.303 ₼ ilə 116.464 ₼ arasıdır.
26.708 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | İnteraktiv lövhə Ekran ölçüsü: minimum 75 düym. Ekran tipi: LED/LCD, interaktiv toxunma funksiyalı. Çözünürlük: minimum 3840 × 2160 piksel (4K UHD). Parlaqlıq: minimum 350 cd/m². Görüş bucağı: minimum 178° (üfüqi və şaquli). Toxunma texnologiyası: infraqırmızı (IR) və ya funksional baxımdan ekvivalent texnologiya. Multi-touch: minimum 20 toxunma nöqtəsi. Toxunma dəqiqliyi: maksimum ±2 mm. Ekran səthi: antirefleks və möhkəmləndirilmiş qoruyucu şüşə. Əməliyyat sistemi: Android və ya daha üstün/equivalent smart platforma. CPU: i5 vəya ekvivalent Operativ yaddaş: minimum 8 GB RAM. Daxili yaddaş: minimum 256 GB. Simsiz bağlantı: Wi-Fi və Bluetooth. Portlar: minimum 2 × HDMI, USB, USB Type-C, RJ45 və Touch USB. Simsiz ekran paylaşımı: Windows, Android və iOS cihazlarından simsiz ekran ötürülməsi dəstəklənməlidir. İnteraktiv funksiyalar: elektron lövhə, ekranda yazı, annotasiya, silmə və qeydlərin yadda saxlanılması funksiyaları olmalıdır. Səs sistemi: minimum 2 × 15 W daxili dinamik. Montaj: VESA standartına uyğun divar montajı imkanı olmalıdır. Komplektasiya: divar montaj kronşteyni, uzaqdan idarəetmə pultu, elektron qələm(lər) və zəruri bağlantı kabelləri daxil edilməlidir. Zəmanət: minimum 12 ay. İstehsalçı icazəsi MAF sənədi tələb edilir. | 20 | ədəd |
| 2 | Masaüstü kompüter Təchiz ediləcək masaüstü kompüter yüksək performanslı iş stansiyası səviyyəsində olmalı və müasir proqram təminatlarının, eləcə də yüksək hesablama resursları tələb edən tətbiqlərin stabil və fasiləsiz işləməsini təmin etməlidir. Sistem bütün komponentləri ilə birlikdə tam yığılmış, uyğunlaşdırılmış və işə hazır vəziyyətdə təqdim edilməlidir. Sistem bloku yüksək keyfiyyətli, qida bloku minimum 650W gücündə olmalı və sistem komponentlərinin stabil işləməsini təmin etməlidir. Prosessor müasir nəsil texnologiyaya əsaslanan, minimum Intel Core Ultra 5 225F modelinə uyğun və ya ekvivalent səviyyədə olmalı, baza tezliyi təxminən 3.3 GHz olmaqla minimum 10 nüvəyə malik olmalı və yüksək performanslı çoxaxınlı hesablama imkanlarını təmin etməlidir. Ana plata prosessorla tam uyğun olmalı, minimum H810M-B Socket 1851 anaplata vəya ekvivalenti texnoloji dəstəyi təqdim etməli, DDR5 operativ yaddaş texnologiyasını dəstəkləməli və mATX form-faktorda olmalıdır. Operativ yaddaş minimum 16 GB həcmində, DDR5 standartında və minimum 5600 MHz tezlikdə olmalı, sistemin sürətli və stabil işləməsini təmin etməlidir. Saxlama sistemi olaraq minimum 512 GB həcmində yüksək sürətli SSD disk nəzərdə tutulmalıdır. Qrafik emal üçün sistem minimum 12 GB GDDR6 yaddaşa və 192-bit yaddaş şinəsinə malik ayrıca videokart ilə təchiz olunmalıdır. Videokart müasir qrafik tətbiqlər üçün yetərli performans təmin etməlidir.Soyutma sistemi yüksək performanslı komponentlərin stabil işləməsini təmin etmək məqsədilə uyğun texnologiya əsasında qurulmalıdır.Təklif olunan sistem Əməliyyat sistemi: Windows 11 Pro (istehsalçı tərəfindən aktivasiya olunmuş və PN axtarışı ilə rəsmi istehsalçı səhifəsində görsənən ) lisenziyasına malik olmaldır. Avadanlıq istehsalçı tərəfindən təqdim edilən minimum 1 il zəmanət ilə MAF sənədi təmin edilməlidir. Eyni və ya daha yüksək texniki göstəricilərə malik ekvivalent avadanlıq təqdim edilə bilər. Təklif olunan avadanlığın / texniki göstəricinin ekvivalentliyi, müvafiq istehsalçı sənədləri (kataloq, texniki pasport və s.) vəya beynəlxalq standartlar və ya beynəlxalq səviyyədə tanınan digər etibarlı mənbələr vasitəsilə əsaslandırılmalıdır. | 21 | ədəd |
| 3 | Monitor 27" Ekran: Minimum 27", əyri (curved), ≥ 1000R, VA panel vəya ekvivalent, Yenilənmə tezliyi: ≥ 165 Hz, Sync Teknolojisi - G-Sync - FreeSync vəya ekvivalent texnologiya həllini dəstəkləyən olmalıdır. Erqonomika: hündürlük tənzimlənən dayaq (lift), pivot 0°/90° — monitorun fiziki landşaft (üfüqi) və portret (şaquli) rejimləri, tilt tənzimlənməsi - yuxarı/aşağı əyilmə, sola/sağa döndərmə (stendin üstündə yatay ox ətrafında) ən azı -5°…+20°; VESA 100×100 mm uyğunluğu.. Girişlər: ən azı 1× DP və 1× HDMI. Təklif olunan avadanlığın / texniki göstəricinin ekvivalentliyi, müvafiq istehsalçı sənədləri (kataloq, texniki pasport və s.) vəya beynəlxalq standartlar və ya beynəlxalq səviyyədə tanınan digər etibarlı mənbələr vasitəsilə əsaslandırılmalıdır. Avadanlıq istehsalçı tərəfindən təqdim edilən minimum 1 il zəmanət ilə MAF sənədi təmin edilməlidir | 21 | ədəd |
| 4 | Hard disk 10TB həcmində / 3.5 inch/ minimum 12 ay zəmanət | 4 | ədəd |
| 5 | Peşəkar Dinamik Mikrofon Dəsti Mikrofon tipi dinamik / İstifadə sahəsi podkast, radio, studiya, səs yazısı və canlı yayım / Qütb diaqramı kardioid və ya ekvivalent istiqamətləndirilmiş qəbul sistemi / End-Address konstruksiya / Mono səs kanalı / Tezlik diapazonu minimum 20 Hz–20 kHz / Həssaslıq təxminən -57 dB və ya daha yaxşı / 3-pin XLR audio bağlantısı / Xarici Phantom enerji tələb etməyən / Daxili pop filtr / Vibrasiya və mexaniki səslərin azaldılması üçün daxili izolyasiya sistemi / Möhkəm metal korpus və qoruyucu tor / Mikrofon qoluna və stendə quraşdırılma imkanı / Dəstin tərkibi: 2 ədəd dinamik mikrofon, 2 ədəd tənzimlənən masaüstü Boom Arm, 2 ədəd XLR kabel, uyğun pop filtr və/və ya külək qoruyucu / Avadanlıqlar yeni və istifadə olunmamış / Minimum 12 ay zəmanət | 3 | ədəd |
Satınalmalarının 26 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 27 avq 2026
son qələbə 16 fev 2026
son qələbə 03 noy 2025
son qələbə 23 sen 2026
son qələbə 23 sen 2026