Sifarişçi: AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ YANINDA MEŞƏLƏRİN İNKİŞAFI XİDMƏTİ
Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
36 satınalma, 32 müxtəlif qalib
Ən çox udan: "REGİON MÜHƏNDİSLİK" Məhdud Məsuliyyətli Cəmiyyəti (3, 8.3%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.3% ilə 87.24% arasında aşağı düşüblər, medianı 11.22%.
Bu tender üçün bu 103.411 ₼ ilə 95.793 ₼ arasıdır.
13.768 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Lot Xüsusi geyim dəstləri və ayaqqabılar üçün müxtəlif geyim nümunələri və istiləşdirilmiş qış geyimləri, həmçinin işçi və rəhbərlik üçün geyimlər ilə ayaqqabı tələb olunur. Əsas materiallar, rənglər və davamlılıq göstəriciləri kimi texniki tələblər çox detallıdır (məsələn, Rip-Stop, su keçirməzlik, nəfəsalanlıq, davamlılıq balı, istilik izolyasiyası və s.). Rənglərə dair mürəkkəb seçimlər və içliklər kimi nöqsanlar nəticəsində təchizatçı üçün ciddi uyğunlaşmalar tələb oluna bilər.
Lotun açıq mövqelərindən avtomatik hazırlanıb. Tender sənədlərini əvəz etmir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | İşçi heyət üçün geyim dəsti (gödəkçə və şalvar) 1. Üst parça – Rəngi: Tünd zeytun; – Tərkibi: 50% poliamid, 50% pambıq (Rip-Stop); – Səthi sıxlığı: 220–250 q/m²; – Toxunuşu: Rip-Stop; – Su itələyici və nəfəsalan xüsusiyyətli; – Rəng davamlılığı: minimum 4–5 bal; – Qopma müqaviməti: minimum 1000 N. 2. Astarlıq parça: Tərkibi: 100% polyester torlu (mesh) və ya nəfəsalan parça; – Səthi sıxlığı: 80–120 q/m²; – Rəngi: əsas parçaya uyğun; – Hava keçiriciliyi yüksək olmalıdır. 3. Tikiş sapları – Tərkibi: 100% yüksək möhkəmlikli polyester; – Parçanın rənginə uyğun; – İkiqat tikiş tətbiq edilməlidir. 4. Gödəkçə – Ön hissə tam açılan fermuarlı; – Ən azı 4 funksional cib; – Qolların manjet hissəsi tənzimlənən; – Çiyin hissəsində rütbə və emblemlər üçün velkro sahələri; – Gücləndirilmiş dirsək hissələri. 5. Şalvar – Ən azı 6 funksional cib; – Diz hissələri gücləndirilmiş; – Bel hissəsi tənzimlənən; – Yüksək hərəkət rahatlığı təmin etməlidir.6. Aksesuarlar: Fermuarlar yüksək keyfiyyətli və paslanmaya davamlı; – Düymələr və digər metal hissələr korroziyaya davamlı; – Velkrolar yüksək yapışma qabiliyyətinə malik olmalıdır. | 300 | dəst |
| 2 | İşçi heyət üçün istiləşdirilmiş qış gödəkçəsi – Rəngi: sifarişçinin tələbinə uyğun (tünd göy, qara, zeytuni və s.); – Tərkibi: 100% poliamid (Nylon); – Toxunuşu: Rip-Stop və ya Plain Weave; – Səthi sıxlığı: 180–220 q/m²; – Poliuretan (PU) və ya TPU örtüklü; – Su keçirməzlik göstəricisi: minimum 5000 mm su sütunu; – Nəfəsalma qabiliyyəti: minimum 3000 q/m²/24 saat; – Külək keçirməz; – Aşınmaya, cırılmaya və sürtünməyə qarşı yüksək davamlı; – Yağış, qar və digər atmosfer təsirlərindən mühafizə etməlidir; – Rəng davamlılığı: minimum 4-5 bal; – Suuduculuq (water repellent) xüsusiyyətinə malik olmalıdır; – Aşağı temperatur şəraitində öz elastikliyini və mexaniki xüsusiyyətlərini saxlamalıdır. |
| 300 |
| ədəd |
| 3 | Qısaqol pambıq futbolka 1. Əsas parça – Rəngi: sifarişçinin tələbinə uyğun; – Tərkibi: 100% pambıq; – Toxuma növü: süprem (single jersey); – Səthi sıxlığı: 180 ± 10 q/m²; – Parça yumşaq, nəfəsalan və dəriyə zərərsiz olmalıdır; – Parçada deşik, ləkə, sap qırılması və digər qüsurlar olmamalıdır; – Büzülmə göstəricisi: yuyulduqdan sonra maksimum 5%; – Rəng davamlılığı: • yuyulmaya qarşı – minimum 4-5 bal; • quru sürtünməyə qarşı – minimum 4-5 bal; • yaş sürtünməyə qarşı – minimum 4 bal; • işığa qarşı – minimum 4 bal. 2. Yaxa hissəsi – Ribana (1x1) toxunuşlu olmalıdır; – Tərkibi: 95% pambıq, 5% elastan; – Formasını itirməməli və deformasiyaya uğramamalıdır. 3. Tikişlər – Sapların tərkibi: 100% polyester; – Tikişlər bərabər, səliqəli və möhkəm olmalıdır; – Çiyin tikişləri əlavə möhkəmləndirilməlidir; – Alt ətək və qol ağızları ikiqat tikişlə işlənməlidir. | 450 | ədəd |
| 4 | Texniki işçilər üçün geyim dəsti (kitel, şalvar) 1. Ümumi Tələblər Texniki işçilərin istehsalat və xidmət sahələrində təhlükəsiz, rahat və səmərəli fəaliyyət göstərmələri üçün xüsusi iş geyimi dəsti təmin edilməlidir. Təklif olunan geyimlər yeni, istifadədə olmamış və qüvvədə olan standartların tələblərinə uyğun olmalıdır. 3. Texniki Tələblər 3.1. İş Gödəkçəsi * Material: Pambıq-polyester qarışığı (minimum 35% pambıq, 65% polyester). * Parçanın sıxlığı: minimum 240 q/m². * Aşınmaya və cırılmaya davamlı olmalıdır. * Ən azı 4 funksional cibə malik olmalıdır. * Yaxa və manjet hissələri möhkəmləndirilmiş olmalıdır. * Korporativ loqonun vurulması üçün uyğun sahə nəzərdə tutulmalıdır. 3.2. İş Şalvarı * Material gödəkçə ilə eyni olmalıdır. * Diz hissələri əlavə möhkəmləndirilməlidir. * Ən azı 4 funksional cibə malik olmalıdır. * Rahat hərəkət üçün ergonomik biçimdə hazırlanmalıdır. | 230 | dəst |
| 5 | Texniki işçilər üçün istiləşdirilmiş qış gödəkçəsi Xarici Material * Su və küləyə davamlı parça.* Tərkibi: 100% polyester və ya polyester-pambıq qarışığı.* Parçanın sıxlığı: minimum 180 q/m². * Aşınmaya və cırılmaya qarşı yüksək davamlılıq. 3.2. Daxili Dolğu * İstilik saxlayan sintetik dolğu (sintepon, hollofiber və ya ekvivalent).* Dolğunun sıxlığı minimum 200 q/m². * -10°C-dən aşağı temperaturda istilik mühafizəsini təmin etməlidir. 3.3. Astar * Nəfəsalan və antistatik xüsusiyyətli polyester astar. * Dikişlər səliqəli və möhkəm işlənməlidir. 3.4. Konstruksiya * Tam uzunluqlu ön fermuar. * Fermuar üzərində küləkdən qoruyan əlavə örtük. * Çıxarıla bilən və ya sabit kapüşon. * Tənzimlənən qol manjetləri. * Bel hissəsində sıxlaşdırma imkanı. 3.5. Ciblər * Minimum 4 xarici cib.* Minimum 1 daxili cib.* Ciblər fermuarlı və ya qapaqlı olmalıdır. 3.6. Təhlükəsizlik Elementləri * Ön və arxa hissələrdə reflektor lentlər. * Reflektor lentlərin eni minimum 5 sm. * Gecə və zəif görünmə şəraitində görünürlüğü təmin etməlidir.4. Rəng.* Tünd göy, boz və ya sifarişçinin tələbinə uyğun korporativ rəng.* Rəng yuyulma və günəş şüalarının təsirindən solmamalıdır. 5. Ölçülər.* Ölçülər beynəlxalq standartlara uyğun olmalıdır. 6. Markalanma.* Hər məhsulun üzərində istehsalçı adı, ölçü, material tərkibi və qulluq qaydaları göstərilməlidir. * Müəssisənin loqosunun vurulması üçün uyğun sahə nəzərdə tutulmalıdır. 7. Keyfiyyət və Uyğunluq.* Məhsul yeni və istifadədə olmamış olmalıdır.* İstehsal qüsurları olmamalıdır. * EN 342 və ya ekvivalent soyuq hava şəraitində qoruyucu geyim standartlarına uyğun olmalıdır. * Keyfiyyəti təsdiq edən uyğunluq sertifikatları təqdim edilməlidir. | 230 | ədəd |
| 6 | Rəhbər heyət üçün istiləşdirilmiş qış gödəkçəsi (kostyum üzərindən geyinilən) 1. Üzlük parça – Rəngi: tünd göy, qara və ya sifarişçinin tələbinə uyğun;– Tərkibi: 100% poliamid (Nylon);– Səthi sıxlığı: minimum 180 q/m²; – Su keçirməz və külək keçirməz örtüklü;– Su keçirməzlik göstəricisi: minimum 5000 mm su sütunu; – Nəfəsalma qabiliyyəti: minimum 3000 q/m²/24 saat;– Aşınmaya və cırılmaya qarşı davamlı olmalıdır; – Rəng davamlılığı: minimum 4-5 bal. 2. İstilik izolyasiya qatı – Tərkibi: silikonlaşdırılmış polyester lif və ya ekvivalent; – Səthi sıxlığı: minimum 250 q/m²; – -15°C temperaturadək istilik mühafizəsini təmin etməlidir; – Bərabər paylanmış və yuyulma zamanı topalanmayan quruluşa malik olmalıdır. 3. Astarlıq – Rəngi: əsas parçaya uyğun;– Tərkibi: 100% polyester və ya 100% viskoz;– Səthi sıxlığı: 60–100 q/m²; – Nəfəsalan və antistatik xüsusiyyətli olmalıdır. 4. Model xüsusiyyətləri – Dizdən yuxarı və ya budun orta hissəsinədək uzunluqda olmalıdır; – Kostyumun üzərindən rahat geyinilməsi üçün sərbəst biçimdə hazırlanmalıdır; – Ön hissə iki istiqamətli möhkəm fermuar və əlavə düyməli küləkliklə bağlanmalıdır; – Çıxarıla bilən və ya gizlədilə bilən başlıqla təchiz olunmalıdır; – Yüksək boyunlu qoruyucu yaxaya malik olmalıdır; – Bel hissəsi daxildən tənzimlənə bilən olmalıdır. 5. Ciblər. Ən azı 2 xarici yan cib;– Ən azı 2 sinə cibi;– Ən azı 2 daxili sənəd cibi; – Ciblər fermuarlı və ya qapaqlı olmalıdır. 6. Qol hissələri.– Qol ağızları tənzimlənən manjetlərlə təchiz edilməlidir;.– Külək və soyuğun daxil olmasının qarşısını almalıdır. 7. Aksesuarlar – Fermuarlar yüksək keyfiyyətli, şaxtaya və korroziyaya davamlı olmalıdır; – Düymələr və digər metal hissələr paslanmaya davamlı materialdan hazırlanmalıdır; | 50 | ədəd |
| 7 | Ayaqqabı işçi heyət üçün 1. Ayaqqabının üst hissəsi yüksək keyfiyyətli təbii qara dəridən hazırlanmalıdır. 2. Dəri hamar səthli, elastik, çatlamaya və deformasiyaya davamlı olmalıdır. 3. Ayaqqabı bağlı tipli, bağcıqlı konstruksiyada olmalıdır. 4. İç astarı nəfəsalan materialdan və ya təbii dəridən hazırlanmalıdır. 5. İçlik yumşaq, ayağın anatomik quruluşuna uyğun və uzunmüddətli istifadədə rahatlıq təmin etməlidir. 6. Altlıq sürüşməyə qarşı davamlı, aşınmaya dözümlü rezin və ya poliuretan materialdan hazırlanmalıdır. 7. Daban hissəsi zərbələri amortizasiya etməli və rahat gedişi təmin etməlidir. 9. Ayaqqabının rəngi qara olmalıdır. 11. Ölçülər sifarişçinin tələbinə uyğun təqdim edilməlidir. 12. İstehsalçı tərəfindən keyfiyyət zəmanəti təqdim edilməlidir. Komplektasiya: * Hər cüt ayrıca qutuda qablaşdırılmalıdır. | 450 | cüt |
Satınalmalarının 36 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 04 dek 2025
son qələbə 31 avq 2026
son qələbə 08 iyn 2026
son qələbə 09 sen 2026
son qələbə 04 sen 2026