Sifarişçi: ŞƏKİ TİBB KOLLECİ
Bu sifarişçi işi bölüşdürür: 16 satınalmanı 11 müxtəlif təchizatçı udub.
16 satınalma, 11 müxtəlif qalib
Ən çox udan: "FATEH CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 12.5%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.04% ilə 79.19% arasında aşağı düşüblər, medianı 12.95%.
Bu tender üçün bu 1.930 ₼ ilə 1.741 ₼ arasıdır.
416 ₼ məbləğindən aşağı heç kim udmayıb.
35 ₼
Sənədlər 25 ₼ + iştirak 10 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | HP LaserJet Pro MFP M130fn Təmir və xidmət işlərinin tərkibi: HP LaserJet Pro MFP M130fn printerinin ümumi texniki baxışı, daxili mexanizmlərin, çap modulu və kağız ötürmə val sisteminin təmizlənməsi, həmçinin çap prosesində gecikmə və ikinci sənədin çıxmaması hallarına səbəb olan sensor, ötürücü və idarəetmə modullarının diaqnostik yoxlanılması tələb olunur. Kartuş çıxarıldıqda müşahidə olunan “drik-drik” tipli mexaniki səsin mənbəyi kimi dişli ötürmələrin, maqnit valının və baraban mexanizminin vəziyyəti ayrıca test edilməlidir. Bundan əlavə, avtomatik sənəd ötürücü (ADF) bölməsində, kağızı yuxarıdan çəkərək skan edən mexanizmdə plastik birləşdirici hissənin qırılması nəticəsində ötürmə mexanizminin sinxronluğu pozulduğundan, həmin hissə bərpa olunmalı və ya yenisi ilə əvəz edilməlidir. Tələb: Printerin tam diaqnostikası aparılmalı, mexaniki və elektrik hissələrində aşkar olunan nasazlıqlar aradan qaldırılmalı, val və ötürücü sistemin təmizlənməsi, zərurət yarandıqda hissələrin bərpası və ya dəyişdirilməsi təmin edilməlidir. Çap gecikməsi ilə bağlı idarəetmə platası, sensor modulları və proqram interfeysi yoxlanılmalı, avtomatik sənəd ötürücü sistemin (ADF) plastik birləşdirici hissəsinin təmiri və ya yenilənməsi həyata keçirilməlidir. Printerin fasiləsiz və stabil işləməsi tam bərpa olunmalıdır. Qeyd: Aşkarlanan bütün nasazlıqların, o cümlədən ADF bölməsindəki mexaniki qırılmaların təmiri və lazım olan ehtiyat hissələrinin dəyişdirilməsi əlavə kommersiya təklifi tələb etmədən, sifarişçi üçün təqdim edilən xidmət qiymətlərində nəzərə alınmalı və təmir işləri satıcı tərəfdən tam təmin edilməlidir. | 1 | ədəd |
| 2 | Canon MF264DW Təmir və xidmət işlərinin tərkibi: Canon MF264DW çoxfunksiyalı printerin texniki baxışı, mexaniki hissələrin və qidalanma val sisteminin təmizlənməsi, sensor modullarının, idarəetmə platasının və proqram interfeysinin yoxlanılması tələb olunur. Printerin komputerlə əlaqəsi proqram üzərindən təmin olunsa da, cihaz “kağız qalıb” xətası göstərir və yalnız kseroks funksiyası işlək vəziyyətdədir. Bu, kağız sensorunun oxuma səhvi, idarəetmə çipinin nasazlığı və ya firmware-də bloklanma ehtimalı ilə əlaqəli ola bilər. Tələb: Cihazın daxilindəki kağız sensoru, idarəetmə çipi və proqram interfeysi üzrə tam diaqnostika aparılmalı, aşkarlanan nasazlıq aradan qaldırılmalı, cihazın həm çap, həm də skan funksiyaları bərpa edilməlidir. Lazım gəldikdə idarəetmə çipinin yenilənməsi və ya dəyişdirilməsi təmin olunmalıdır. Qeyd: Cihazda aşkarlanan nasazlıqların bərpası, çipin dəyişdirilməsi və tələb olunan texniki hissələrin təmin olunması əlavə kommersiya təklifi tələb etmədən, təqdim olunan xidmət qiymətləri daxilində satıcı tərəf tərəfindən yerinə yetirilməlidir. Printerin tam funksionallığı (çap, kseroks, skan və şəbəkə bağlantısı) sınaqla təsdiqləndikdən sonra istismara qaytarılmalıdır. | 1 | ədəd |
| 3 | Canon MF4410 Təmir və xidmət işlərinin tərkibi: Canon MF4410 printerində kağız ötürmə sistemində yaranan mexaniki nasazlığın aradan qaldırılması məqsədilə cihazın daxili mexanizmlərinin texniki baxışı, qidalanma valı, rezin rulonlar, fiksasiya bloku və kağız ötürmə traylarının mexaniki təmizlənməsi və diaqnostik yoxlanılması tələb olunur. Kağızın “karmoşka” kimi bükülməsi və sıxılıb qalması val təzyiq balansının pozulması, rulonlarda toz yığıntısı və ya ötürmə mexanizminin sürüşmə problemi ilə əlaqədar ola bilər. Tələb: Printerin kağız ötürmə sistemindəki val, rulon və fiksasiya blokları sökülərək təmizlənməli, zərurət yarandıqda təzyiq yayları, ötürücü rulonlar və ya fiksasiya filmi yeniləri ilə əvəz olunmalıdır. Kağız trayının hizalanması, sensorların oxuma qabiliyyəti və mexaniki sinxronluq test olunmalı, cihazın fasiləsiz və problemsiz çap rejimi bərpa edilməlidir. Qeyd: Kağız sıxma problemi printerin istismarına birbaşa təsir göstərdiyindən, bütün texniki bərpa və ehtiyat hissələrinin dəyişdirilməsi əlavə kommersiya təklifi olmadan, xidmət qiymətləri daxilində satıcı tərəfindən tam təmin edilməlidir. Printerin test çapı və mexaniki iş qabiliyyəti yoxlanıldıqdan sonra cihaz istismara qaytarılmalıdır. | 1 | ədəd |
| 4 | HP LaserJet Pro MFP M130a Təmir və xidmət işlərinin tərkibi: HP LaserJet Pro MFP M130a printerində çap zamanı səhifənin yuxarı hissəsində (təxminən 1–2 sm sahədə) yaranan qara iz probleminin aradan qaldırılması məqsədilə cihazın daxili mexanizmlərinin, xüsusilə də baraban, maqnit valı, bıçaq (doctor blade) və fiksasiya bölməsinin texniki baxışı və təmizlənməsi tələb olunur. Qara iz problemi adətən kartuşun struktur nasazlığı, fiksasiya blokundakı istilik təzyiq balansı pozuntusu və ya daxili rulonun aşınması ilə əlaqədar olur. Tələb: Printer tam şəkildə açılaraq baraban modulu, developer valı, maqnit rulonu və fuser (fiksasiya) blokunun texniki vəziyyəti yoxlanılmalı, mexaniki təmizləmə və zəruri hallarda komponentlərin yenisi ilə əvəz olunması təmin edilməlidir. Yeni kartuşla test çapı aparılmasına baxmayaraq iz qalmaqda davam etdiyindən, nasazlıq ehtimalı printerin daxili fiksasiya və istilik ötürmə sistemində araşdırılmalı və bərpa işləri həyata keçirilməlidir. Qeyd: Bütün texniki bərpa və təmir işləri, o cümlədən hissələrin dəyişdirilməsi əlavə kommersiya təklifi tələb etmədən xidmət qiymətləri daxilində satıcı tərəfindən təmin edilməlidir. Printerin sınaq çapı aparılaraq qara izlərin tam aradan qalxdığı təsdiqləndikdən sonra cihaz istismara verilməlidir. | 1 | ədəd |
| 5 | HP Monoblok Təmir və xidmət işlərinin tərkibi:Monoblok tipli kompüter sistemində enerji ötürmə modulunun və ya matris displey interfeysinin nasazlığı nəticəsində görüntü siqnalının ekranda proyeksiyalanmaması halının aradan qaldırılması üçün texniki müdaxilə və/və ya komponent əvəzləmə işlərinin təmin edilməsi. | 1 | ədəd |
Satınalmalarının 16 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 02 fev 2026
son qələbə 26 dek 2025
son qələbə 25 dek 2025
son qələbə 25 dek 2025
son qələbə 30 iyl 2025