Sifarişçi: "LƏNKƏRAN DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 3 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
5 satınalma, 4 müxtəlif qalib
Ən çox udan: "HƏDƏF BİR 2025" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 40%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 75.46% arasında aşağı düşüblər, medianı 19.94%.
Bu tender üçün bu 47.016 ₼ ilə 39.580 ₼ arasıdır.
12.132 ₼ məbləğindən aşağı heç kim udmayıb.
124 ₼
Sənədlər 25 ₼ + iştirak 99 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Lot ümumi cərgələrində otel, restoran və digər xidmət obyektləri üçün avadanlıq və tekstil məhsulları daxildir. Sıralanmış predmetlər arasında yükləmə-laxtalanma, təmizlik avadanlıqları, pişirme/istehsal avadanlıqları, yataq və hamam tekstili, sanitar qovşaqlara aid aksesuarlar və stol-derd avadanlığı kimi geniş çeşid var. Hər item üçün ölçü, material və elektrik parametrlərinə dair detallı tələblər verilib, bəzilərində texniki göstəricilər və keyfiyyət tələbləri konkret göstərilib.
Lotun açıq mövqelərindən avtomatik hazırlanıb. Tender sənədlərini əvəz etmir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Mərtəbə Arabası Mərtəbə arabası 45 × 125 × 144 sm otel, mehmanxana, inzibati və digər obyektlərdə mərtəbələr üzrə müxtəlif əşyaların, təmiz və çirkli tekstil məhsullarının, yataq dəstlərinin, dəsmalların, məişət və təmizlik ləvazimatlarının daşınması üçün nəzərdə tutulmalı, möhkəm və dayanıqlı metal karkasa malik olmalı, konstruksiyası intensiv peşəkar istifadəyə uyğun hazırlanmalı, ölçüləri 45 sm en × 125 sm uzunluq × 144 sm hündürlük təşkil etməli, korroziyaya və mexaniki təsirlərə davamlı materiallardan hazırlanmalı, əşyaların təhlükəsiz yerləşdirilməsi üçün kifayət qədər tutumlu daxili bölmələrə və ya rəflərə malik olmalı, arabaya rahat giriş və çıxışı təmin edən konstruksiyaya sahib olmalı, hərəkətin rahat və səssiz olması üçün minimum 4 ədəd möhkəm, aşınmaya davamlı və döşəmə örtüyünə zərər verməyən təkərlə, təkərlərdən minimum 2-si əyləc mexanizmi ilə təchiz edilməli, hərəkət zamanı yüksək manevr qabiliyyəti və tam yüklənmiş vəziyyətdə sabitlik təmin edilməli, istifadəçi üçün rahat və erqonomik itələmə tutacağına malik olmalı, kənar hissələri təhlükəsiz və kəskin çıxıntılardan azad olmalı, gündəlik intensiv istifadəyə, asan təmizlənməyə və uzunmüddətli istismara uyğun olmalıdır. | 3 | ədəd |
| 2 | İki Vedrəli, Sıxıcılı Ümumi
Sahə Təmizlik Arabası İki vedrəli, sıxıcılı ümumi sahə təmizlik arabası otel, ofis, inzibati binalar, ictimai və digər obyektlərin ümumi sahələrinin gündəlik təmizlənməsi üçün peşəkar istifadəyə uyğun olmalı, möhkəm, yüngül və korroziyaya davamlı metal və/və ya yüksək keyfiyyətli plastik konstruksiyadan hazırlanmalı, biri təmiz, digəri çirkli su üçün nəzərdə tutulmaqla minimum 2 ədəd ayrı vedrə ilə komplektləşdirilməli, hər bir vedrənin tutumu minimum 25 litr olmalı, vedrələrdə rənglə fərqləndirmə və ya aydın işarələmə vasitəsilə təmiz və çirkli suyun ayrılmasını təmin etməli, döşəmə və digər səthlərin effektiv təmizlənməsi üçün mopun suyunun sıxılması məqsədilə mexaniki sıxıcı qurğu ilə təchiz edilməli, sıxıcı qurğu müxtəlif ölçülü mop və döşəmə təmizləmə alətlərinin istifadəsinə uyğun olmalı, arabada təmizlik avadanlıqlarının, mopların, süpürgələrin və digər ləvazimatların yerləşdirilməsi üçün əlavə tutacaq, bölmə və ya aksesuar yerləşdirmə hissələri olmalı, minimum 4 ədəd təkərlə,Təkər diametri: 75 mm onlardan minimum 2-si əyləc mexanizmi ilə təchiz edilməli, təkərlər hamar və sərt döşəmə səthlərində asan, səssiz və manevrli hərəkəti təmin etməli, döşəmə örtüyündə cızıq və digər zədələr yaratmamalı, tam yüklənmiş vəziyyətdə sabitliyini saxlamalı, erqonomik itələmə tutacağına malik olmalı, vedrələr və digər komponentlər arabadan asanlıqla çıxarılıb təmizlənə bilməli, konstruksiya suya, təmizləyici vasitələrə, mexaniki təsirlərə və gündəlik intensiv istifadəyə davamlı olmalı, bütün hissələr gigiyenik, asan yuyulan və dezinfeksiya edilə bilən materiallardan hazırlanmalı, kəskin və təhlükəli çıxıntılara malik olmamalı və məhsul 2 vedrə, sıxıcı mexanizm, minimum 4 təkər, minimum 2 əyləc və təmizlik ləvazimatlarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş konstruktiv elementlərlə tam komplekt şəkildə təqdim edilməlidir.Çəkisi 15 kq 740x490x795 Texniki xüsusiyyətləri əks etdirən datasheet tələb olunur. |
| 1 |
| ədəd |
| 3 | Şüşə Təmizləmə Alətləri Dəsti Şüşə təmizləmə alətləri dəsti minimum aşağıdakı komponentlərdən ibarət olmalıdır: 35 sm uzunluğunda metal/alüminium gövdəli, dəyişdirilə bilən rezin tiyəli şüşəsilən; 35 sm uzunluğunda mikrofiber/süngər örtüklü şüşə yuma aləti; 30 × 30 sm ölçüdə mikrofiber təmizləmə bezi; minimum 3 ədəd 35 sm uzunluğunda ehtiyat rezin tiyə və teleskopik uzadıcı çubuğa qoşulmaq üçün uyğun bağlantı mexanizmi. Şüşəsilən və süngərli təmizləmə başlığının tutacaqları möhkəm, erqonomik və sürüşməyə davamlı plastik materialdan hazırlanmalı, işçi hissələr suya və təmizləyici kimyəvi vasitələrə davamlı olmalı, mikrofiber örtük yuyula bilən və təkrar istifadəyə yararlı olmalı, rezin tiyələr asanlıqla dəyişdirilə bilməli, dəst daşınma və saxlanma üçün təxminən 37,7 × 8 × 4,8 sm ölçülü qablaşdırmada təqdim edilməlidir.Teleskopik çubuq uzunlugu minimum 3m | 1 | ədəd |
| 4 | Döşəmə Təmizləmə Alətləri Dəsti Çoxfunksiyalı təmizlik alətləri dəsti müxtəlif səthlərin və hündürlükdə yerləşən sahələrin təmizlənməsi üçün nəzərdə tutulmalı, komplektdə minimum 1 ədəd teleskopik uzadıcı çubuq, 1 ədəd mikrofiber/toz alma başlığı, 1 ədəd uzun səthlər üçün şüşə və səth silən başlıq, 1 ədəd yumşaq oval təmizləmə başlığı, 1 ədəd rezin kənarlı döşəmə/səth silən başlıq, 1 ədəd kiçik yumşaq təmizləmə başlığı, 1 ədəd üçbucaq formalı təmizləmə başlığı və digər dəyişdirilə bilən təmizləmə başlıqları olmalıdır; bütün başlıqlar teleskopik çubuğa asanlıqla qoşulmalı və çıxarılmalı, çubuğun uzunluğu tənzimlənə bilməli, başlıqların tutacaqları möhkəm və erqonomik konstruksiyaya malik olmalı, mikrofiber və yumşaq təmizləmə hissələri toz və çirkləri effektiv şəkildə toplamalı, rezin kənarlı başlıq hamar səthlərdə su və çirk qalıqlarının təmizlənməsini təmin etməli, materiallar suya, yuyucu vasitələrə və intensiv istifadəyə davamlı olmalı, başlıqların işçi hissələri dəyişdirilə və yuyularaq təkrar istifadə edilə bilməli, teleskopik çubuq hündür və əlçatmaz səthlərin təhlükəsiz şəkildə təmizlənməsinə imkan verməli və komplekt otel, ofis, inzibati bina və digər obyektlərdə peşəkar təmizlik işləri üçün uyğun olmalıdır. | 1 | ədəd |
| 5 | Xalça Süpürmə Maşını Xalça Süpürmə və Təmizləmə Maşını otel, restoran, ofis, konfrans zalı, koridor, xalça, kovrolit və digər tekstil döşəmələrin peşəkar təmizlənməsi üçün nəzərdə tutulmalı, möhkəm, zərbəyə və intensiv istifadəyə davamlı gövdəyə malik olmalıdır. Maşın su və təmizləyici məhlulu xalça səthinə püskürtməli, fırça sistemi vasitəsilə xalçanın dərinliyindəki toz, kir və ləkələri təmizləməli və çirkli suyu yüksək soruş gücü ilə geri toplamalıdır. Elektrik mühərrikinin gücü minimum 1300 W, üstünlük olaraq 1600 W və daha yüksək olmalı, sorucu sistemin vakuum gücü minimum 250 mbar, hava axını isə 55 l/s təşkil etməlidir. Avadanlıq 220–240 V, 50 Hz elektrik şəbəkəsində işləməli, elektrik kabelinin uzunluğu minimum 10 metr, sorucu şlanqın uzunluğu isə minimum 3 metr olmalıdır. Maşın su püskürtmə funksiyasına malik olmalı, püskürtmə təzyiqi minimum 3 bar, üstünlük olaraq 4–5 bar və daha yüksək olmalıdır. Təmiz su çəninin tutumu minimum 8–10 litr, çirkli su çəninin tutumu isə minimum 7–10 litr olmalı, təmiz və çirkli su üçün ayrı çənlər nəzərdə tutulmalıdır. Çənlər zərbəyə, nəmə və istifadə olunan təmizləyici kimyəvi maddələrə davamlı materialdan hazırlanmalı, asanlıqla çıxarılaraq yuyula və təmizlənə bilməlidir. Maşın minimum 250–300 mm təmizləmə eninə malik olmalı və xalça səthinin dərinliyinə nüfuz edən çirklərin effektiv şəkildə təmizlənməsini təmin etməlidir. Fırça sistemi fırlanan və ya xalça təmizlənməsi üçün nəzərdə tutulmuş peşəkar tipdə olmalı, təmizləmə zamanı suyun və təmizləyici məhlulun səthə bərabər şəkildə yayılmasını təmin etməlidir. Avadanlıqda güclü sorucu mühərrik, filtr sistemi, mühərrikin qorunması üçün avtomatik üzən klapan və ya çirkli su çəninin dolması zamanı soruşu avtomatik dayandıran təhlükəsizlik sistemi olmalıdır. Maşının gövdəsi yüksək möhkəmlikli texniki plastikdən, metaldan və ya hər iki materialın kombinasiyasından hazırlanmalı, uzunmüddətli və intensiv kommersiya istifadəsinə davamlı olmalıdır. Avadanlıq böyük və möhkəm təkərlərlə təchiz edilməli, xalça və sərt döşəmələr üzərində asan hərəkət etməli, otel koridorlarında və geniş sahələrdə rahat manevr imkanına malik olmalıdır. İdarəetmə sistemi sadə və rahat olmalı, erqonomik tutacaqla təmin edilməli və operatorun uzunmüddətli iş zamanı rahatlığını təmin etməlidir. Maşının səs səviyyəsi mümkün qədər aşağı olmaqla maksimum 70–75 dB(A) təşkil etməli, mühərrik və digər əsas komponentlər intensiv iş rejiminə uyğun olmalıdır. Avadanlığın təxmini çəkisi 15–25 kq, ölçüləri isə təxminən 400–600 mm en, 400–600 mm dərinlik və 700–1000 mm hündürlük aralığında olmalıdır. Maşında elektrik kabelinin və şlanqın səliqəli saxlanması üçün xüsusi tutacaqlar, çirkli suyun rahat boşaldılması üçün boşaltma sistemi və sızdırmaz şlanq bağlantıları olmalıdır. Avadanlıq xalça, kovrolit və su ilə yuyula bilən tekstil səthlərin təmizlənməsi üçün uyğun olmalı və otel tipli kommersiya obyektlərində gündəlik intensiv istifadəyə hesablanmalıdır. Maşının komplektinə xalça təmizləmə başlığı, su püskürtmə və soruş başlığı, sorucu şlanq, su şlanqları, fırça, filtr və istehsalçı tərəfindən nəzərdə tutulmuş digər standart aksesuarlar daxil edilməlidir. Avadanlıq məişət tipli deyil, peşəkar/otel tipli xalça ekstraktoru və təmizləmə maşını olmalı, | 2 | ədəd |
| 6 | Çirkli Paltar Toplama Arabası Çirkli Paltar Toplama Arabası otel, restoran, xəstəxana, sanatoriya və digər kommersiya obyektlərində çirkli yataq dəstlərinin, dəsmalların, paltarların və digər tekstil məhsullarının toplanması və daşınması üçün nəzərdə tutulmalı, peşəkar və intensiv istifadəyə uyğun möhkəm konstruksiyaya malik olmalıdır. Arabanın ölçüləri minimum 53 × 48 × 112 sm olmalı, gövdəsi yüksək möhkəmlikli, zərbəyə və nəmə davamlı materialdan hazırlanmalı, gövdə qalınlığı təxminən 7,5 mm olmalıdır. Arabada çirkli paltarların yerləşdirilməsi üçün minimum 130 litr tutumlu, möhkəm və asan təmizlənən parça/branda tipli bölmə olmalı, çirkli paltarların təhlükəsiz saxlanmasını və daşınmasını təmin etməlidir. Daşıma qabiliyyəti minimum 200 kq olmalı, araba intensiv otel istifadəsinə uyğun konstruksiyaya malik olmalıdır. Arabada 4 ədəd diametri 165 mm olan təkər, o cümlədən 2 ədəd əyləcli və 2 ədəd əyləcsiz təkər olmalı, təkərlər möhkəm plastik konstruksiyaya, arxa hissədə isə rezin qoruyucu və tampon elementinə malik olmalıdır. Araba bir tərəfdən konstruksiyaya möhkəm bərkidilmiş erqonomik itələmə dəstəyinə malik olmalı və operator tərəfindən rahat hərəkət etdirilməlidir. Gövdə və digər konstruktiv hissələr su, yuyucu vasitələr və gündəlik təmizləmə proseslərinə davamlı olmalı, paslanmamalı və asanlıqla dezinfeksiya edilə bilməlidir. Araba dar otel dəhlizlərində, liftlərdə və digər qapalı sahələrdə rahat hərəkət edə bilməli, təkərlərin konstruksiyası səssiz və stabil hərəkəti təmin etməlidir. Ümumi konstruksiya çirkli paltarların təhlükəsiz, gigiyenik və rahat şəkildə toplanmasına və daşınmasına imkan verməli və otel tipli peşəkar istifadə üçün nəzərdə tutulmalıdır. | 1 | ədəd |
| 7 | Platformalı Nərdivan Platformalı Nərdivan tikinti, təmir, quraşdırma, texniki xidmət və digər yüksəklikdə görülən işlər üçün nəzərdə tutulmalı, peşəkar və möhkəm konstruksiyaya malik olmalıdır. Nərdivan yüksək möhkəmlikli alüminium ərintisindən və ya ona ekvivalent davamlı materialdan hazırlanmalı, konstruksiyası intensiv istifadəyə və mexaniki yüklərə davamlı olmalıdır. Nərdivanın pillələri geniş, möhkəm və sürüşməyən relyefli səthə malik olmalı, pillələrin üzərində sürüşməyə qarşı xüsusi örtük və ya teksturalı səth təmin edilməlidir. Platforma istifadəçinin təhlükəsiz və rahat dayanmasını təmin edən kifayət qədər geniş ölçüdə, möhkəm və sürüşməyən səthli olmalıdır. Nərdivanın ayaq hissələri sürüşməyə qarşı rezin və ya digər yüksək sürtünməli materialdan hazırlanmış dayaqlarla təchiz edilməli və döşəmə ilə etibarlı təması təmin etməlidir. Nərdivanın açılma mexanizmi möhkəm kilidləmə sisteminə malik olmalı, istifadə zamanı təsadüfi bağlanmanın və konstruksiyanın hərəkət etməsinin qarşısını almalıdır. Yan dayaqlar və pillələrin birləşmələri möhkəm və davamlı olmalı, konstruksiyada əlavə bərkidici elementlər nəzərdə tutulmalıdır. Nərdivanın maksimum daşıma qabiliyyəti minimum 200 kq olmalı və bu göstəriciyə istifadəçi, alət və daşınan materialların ümumi çəkisi daxil edilməlidir. Nərdivan EN 131 standartının müvafiq tələblərinə uyğun olmalı, platformalı mobil nərdivan olduğu halda EN 131-7 tələblərinə cavab verməsi üstünlük təşkil etməlidir; EN 131-7 platformalı mobil nərdivanlar üçün sürüşmənin qarşısının alınmasını və pillə/platformaların sürüşməyən səthə malik olmasını tələb edir.Nərdivan müxtəlif iş hündürlüklərində istifadə üçün 4–10 pilləli və ya sifarişçinin tələb etdiyi iş hündürlüyünə uyğun variantda təqdim edilə bilər. Platformanın ölçüsü minimum təxminən 30 × 30 sm, pillələrin eni minimum 80–100 mm, pillələrarası məsafə isə rahat və təhlükəsiz qalxıb-enməni təmin edən ölçüdə olmalıdır. Nərdivan rahat daşınması üçün mümkün qədər yüngül, lakin konstruktiv möhkəmliyi qoruyan formada hazırlanmalı, tutacaqları və dayaqları erqonomik olmalıdır. Tikinti və digər işlər zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun istifadə edilməli, istehsalçı tərəfindən təhlükəsiz istifadə, maksimum yük, açılma-bağlanma və texniki baxış barədə təlimat təqdim olunmalıdır. | 1 | ədəd |
| 8 | Çay/Qəhvə Maşını ay/Qəhvə Maşını otel, restoran, kafe, səhər yeməyi zalı və digər iaşə obyektlərində çay, qəhvə və isti içkilərin hazırlanması və təqdim edilməsi üçün nəzərdə tutulmuş peşəkar tipli, intensiv istifadəyə davamlı avtomatik avadanlıq olmalıdır. Maşın 220–240 V, 50 Hz elektrik şəbəkəsində işləməli, elektrik gücü minimum 1600 W, üstünlük olaraq 2100 W və daha yüksək olmalıdır. Avadanlıq qəhvə hazırlama, isti su vermə və çay/isti içki hazırlanması funksiyalarına malik olmalı, qəhvə üçün üyüdülmüş və ya dənəvər qəhvədən istifadə imkanını təmin etməlidir. Qəhvə maşını espresso, americano, cappuccino, latte və digər isti qəhvə növlərinin hazırlanmasını dəstəkləməli, həmçinin çay və digər isti içkilər üçün ayrıca isti su funksiyasına malik olmalıdır. Qəhvə maşınında minimum 2–3 litr su çəni, peşəkar otel istifadəsi üçün isə üstünlük olaraq 4–5 litr və daha böyük su tutumu nəzərdə tutulmalıdır. Dənəvər qəhvə ilə işləyən modeldə qəhvə dənəsi bunkerinin tutumu minimum 500 qram, üstünlük olaraq 750–1200 qram olmalıdır. Maşın yüksək keyfiyyətli üyüdücü sistemə, tənzimlənən üyütmə dərəcəsinə, avtomatik dozalama və qəhvənin hazırlanması sisteminə malik olmalıdır. Espresso hazırlanması üçün nasos təzyiqi minimum 15 bar olmalı, qəhvənin optimal temperaturda hazırlanmasını təmin etməlidir. Maşında süd əlavə edilən içkilər üçün avtomatik və ya yarıavtomatik süd köpükləndirmə sistemi olmalı, süd köpüyünün hazırlanması və isti südün verilməsi təmin edilməlidir. İdarəetmə sistemi sadə və istifadəçi üçün rahat olmalı, düyməli və ya sensor ekranlı idarəetmə panelinə malik olmalıdır. Maşında hazırlanacaq içkilərin seçilməsi proqramlaşdırıla bilməli və minimum 5–10 müxtəlif içki proqramının yadda saxlanılması mümkün olmalıdır. Avadanlıq gündəlik intensiv otel istifadəsinə uyğun olmalı və minimum 50–100 fincan/gün iş yükünü təmin etməlidir; daha yüksək məhsuldarlığa malik modellərə üstünlük verilməlidir. Maşında istifadə olunmuş qəhvə qalıqları üçün ayrıca tullantı qabı və artıq su üçün damcı/tullantı su qabı olmalıdır. Təmizləmə və texniki qulluq asan olmalı, avtomatik yuma, durulama və kireclənmədən təmizləmə proqramları ilə təmin edilməlidir. Korpus yüksək keyfiyyətli, zərbəyə və istiliyə davamlı materialdan, üstünlük olaraq paslanmayan polad və ya qida sənayesinə uyğun materiallardan hazırlanmalıdır. Avadanlıq təhlükəsizlik baxımından həddindən artıq qızmadan qorunma, su çatışmazlığı zamanı işləmənin qarşısının alınması və avtomatik enerji qənaəti funksiyalarına malik olmalıdır. Maşının ölçüləri təxminən 300–600 mm en, 350–600 mm dərinlik və 400–700 mm hündürlük aralığında olmalı, otel bufeti və ya mətbəx dəzgahında yerləşdirilməsi üçün uyğun olmalıdır. Avadanlığın çəkisi təxminən 10–25 kq aralığında olmalı, elektrik kabelinin uzunluğu minimum 1,5 m olmalıdır. Maşın bütün standart aksesuarları, su çəni, qəhvə dənəsi qabı, tullantı qabı, süd sistemi və istehsalçı tərəfindən nəzərdə tutulmuş digər komplektləşdirici hissələrlə birlikdə təqdim edilməli | 20 | ədəd |
| 9 | Çay/Qəhvə Fincan Dəsti Çay/Qəhvə Fincan Dəsti otel, restoran, kafe və digər iaşə obyektlərində gündəlik peşəkar istifadə üçün nəzərdə tutulmalı, yüksək keyfiyyətli, sağlamlıq üçün təhlükəsiz və qida məhsulları ilə təmas üçün uyğun materialdan hazırlanmalıdır. Fincanlar birinci keyfiyyətli porselen və ya yüksək möhkəmlikli keramika materialından, hamar, məsaməsiz, ləkə və qoxu saxlamayan səthə malik olmalı, gündəlik yuma və intensiv istifadəyə davamlı olmalıdır. Dəst çay fincanı, çay nəlbəki, qəhvə fincanı və qəhvə nəlbəkisindən ibarət olmalı, fincan və nəlbəkilər ölçü və dizayn baxımından bir-birinə uyğun olmalıdır. Çay fincanının tutumu təxminən 200–250 ml, qəhvə fincanının tutumu isə 80–120 ml olmalıdır. Fincanların kənarları hamar, çat və deformasiya olmadan hazırlanmalı, qulpu möhkəm və rahat tutulmalı, yüksək temperaturda isti içkilərlə istifadəyə uyğun olmalıdır. Məhsullar qabyuyan maşında yuyula bilən, həmçinin gündəlik otel istifadəsində temperatur dəyişikliklərinə davamlı olmalıdır. Fincan və nəlbəki səthində istifadə edilən dekorativ örtük və ya naxışlar yuyulma zamanı silinməməli və qida ilə təmasda təhlükəsiz olmalıdır. Dəst klassik ağ, krem və ya otel standartlarına uyğun neytral rəngdə ola bilər. Hər bir fincan və nəlbəki ayrıca keyfiyyət yoxlamasından keçmiş olmalı, çat, qırıq, cızıq, rəng fərqi və digər istehsal qüsurlarından azad olmalıdır. Dəstlər 6 və ya 12 nəfərlik komplekt şəklində təqdim oluna bilər və hər komplektə müvafiq sayda çay fincanı, qəhvə fincanı və nəlbəki daxil edilməlidir. Məhsul otel və restoranların intensiv istifadəsinə uyğun professional horeca sinfində olmalı və istehsalçı tərəfindən qida ilə təmasa uyğunluğu təsdiqlənməlidir.Food Contact Certificate + Declaration of Compliance tələb olunur | 20 | ədəd |
| 10 | Yataq Şalı Yataq Şalı otel otaqlarında 90×204 sm və 180×204 sm ölçülü yataqların üzərində dekorativ və qoruyucu örtük kimi istifadə üçün nəzərdə tutulmalı, peşəkar otel/HORECA istifadəsinə uyğun, yüksək keyfiyyətli və intensiv istifadəyə davamlı tekstil materialından hazırlanmalıdır. 90×204 sm ölçülü yataqlar üçün şalın ölçüsü minimum 140×240 sm, 180×204 sm ölçülü yataqlar üçün isə minimum 240×240 sm olmalıdır. Məhsul 100% polyester, mikrofiber, pambıq və ya pambıq-polyester qarışığından hazırlanmalı, yumşaq, tüklənməyə və rəng solmasına davamlı olmalıdır. Şal tez-tez yuyulmaya uyğun olmalı, minimum 60°C temperaturda yuyula bilməli, yuyulma və qurutma zamanı formasını, ölçüsünü və rəngini qoruyub saxlamalıdır. Kənarları səliqəli işlənmiş və açılmaya qarşı möhkəm tikişlərlə təmin edilməli, materialda cırıq, deşik, ləkə və digər istehsal qüsurları olmamalıdır. Məhsul otel camaşırxanasında intensiv yuma proseslərinə davamlı olmalı, rəng sabitliyi və aşınma müqaviməti yüksək olmalıdır. Şal yatağın üzərində səliqəli, estetik və vahid görünüş yaratmalı, 90×204 sm və 180×204 sm yataqlara uyğun olaraq müvafiq ölçülərdə təqdim edilməlidir. | 40 | ədəd |
| 11 | Yataq Dəsti Yataq Dəsti otel istifadəsi üçün nəzərdə tutulmuş, ağ rəngli, iki nəfərlik və 100% pambıq-satin (saten) parçadan hazırlanmış olmalıdır. Parça yumşaq, hamar, nəfəsalan, dəri ilə təmasa uyğun və yüksək komfort təmin edən keyfiyyətdə olmalı, intensiv otel istifadəsinə və tez-tez sənaye tipli yuyulmaya davamlı olmalıdır. Yataq dəsti 90×204 sm tək yataqların birləşdirilməsi ilə formalaşan 180×204 sm iki nəfərlik yatağa uyğun ölçüdə hazırlanmalı, dəstin tərkibinə 1 ədəd yataq çarşafı, 1 ədəd yorğan üzü və 2 ədəd yastıq üzü daxil olmalıdır. Yataq çarşafının ölçüsü minimum 280×260 sm, yorğan üzünün ölçüsü minimum 200×220 sm, yastıq üzlərinin ölçüsü isə minimum 50×70 sm olmalıdır. Parçanın sıxlığı minimum 200 TC, üstünlük olaraq 250 TC və daha yüksək olmalı, tikişləri möhkəm və səliqəli işlənməlidir. Material 60°C temperaturda yuyulmaya, sənaye tipli yuma və qurutma proseslərinə davamlı olmalı, çoxsaylı yuma dövrlərindən sonra rəngini, formasını və toxuma xüsusiyyətlərini saxlamalıdır. Ağ rəng yüksək parlaqlığa və rəng sabitliyinə malik olmalı, parça saralmağa və bozarmağa qarşı davamlı olmalıdır. Məhsulda istifadə olunan boyalar və digər kimyəvi maddələr insan sağlamlığı üçün təhlükəsiz olmalı, OEKO-TEX Standard 100 və ya ekvivalent tekstil təhlükəsizliyi sertifikatına malik olması üstünlük təşkil etməlidir. Dəst otel, restoran və digər peşəkar qonaqlama obyektlərində intensiv istifadəyə uyğun HORECA/Hotel sinfində olmalıdır. | 40 | ədəd |
| 12 | Yastıq Üzlüyü Kapitoneli və pambıq parçadan olmalıdır. | 40 | ədəd |
| 13 | Yastıq Yastıq otel, mehmanxana və digər qonaqlama obyektlərində peşəkar istifadə üçün nəzərdə tutulmalı, ölçüsü minimum 50×70 sm olmalıdır. Yastığın iç dolğusu silikonlaşdırılmış mikrolif (siliconized microfiber) materialdan hazırlanmalı, yumşaq, elastik, hava keçirən və formasını uzun müddət qoruyan xüsusiyyətə malik olmalıdır. Dolğu bərabər paylanmalı, istifadə zamanı topalanmamalı və yastığın formasının deformasiyaya uğramasının qarşısını almalıdır. Üz örtüyü yüksək keyfiyyətli, yumşaq və nəfəsalan 100% pambıq və ya pambıq-polyester parçadan hazırlanmalı, dəri ilə təmasa uyğun və intensiv istifadəyə davamlı olmalıdır. Yastıq tez-tez yuyulmağa və qurutmaya uyğun olmalı, minimum 40–60°C temperaturda yuyula bilməli, yuyulmadan sonra formasını və dolğu xüsusiyyətlərini saxlamalıdır. Yastığın ölçüsü minimum 50×70 sm, dolğu çəkisi isə ölçü və istifadə rahatlığına uyğun olaraq təxminən 700–1000 qram olmalıdır. Məhsul qoxusuz, allergenlərin toplanmasını minimuma endirən, kif və nəmlənməyə qarşı davamlı materiallardan hazırlanmalı, tikişləri möhkəm və səliqəli olmalıdır. Yastıq otel və HORECA sektorunda intensiv istifadəyə uyğun olmalı, çoxsaylı yuma dövrlərində formasını və fiziki xüsusiyyətlərini qoruyub saxlamalıdır. Tekstil və dolğu materiallarının insan sağlamlığı üçün təhlükəsizliyini təsdiq edən OEKO-TEX Standard 100 və ya ekvivalent sertifikatın təqdim edilməsi üstünlük təşkil etməlidir. | 40 | ədəd |
| 14 | Yorğan Yorğan otel, mehmanxana və digər qonaqlama obyektlərində peşəkar istifadə üçün nəzərdə tutulmalı, iki nəfərlik yatağa uyğun ölçüdə, yumşaq, yüngül və istilik saxlayan konstruksiyaya malik olmalıdır. Yorğanın xarici örtüyü yüksək keyfiyyətli, nəfəsalan və dəri ilə təmasa uyğun 100% pambıq və ya pambıq-polyester parça, daxili dolğusu isə silikonlaşdırılmış mikrolif (siliconized microfiber) və ya yüksək keyfiyyətli polyester lifdən hazırlanmalıdır. Yorğanın ölçüsü minimum 200×220 sm olmalı, dolğu çəkisi təxminən 1200–1800 qram aralığında seçilməli və otel otaqlarında ilboyu istifadəyə uyğun istilik səviyyəsi təmin etməlidir. Dolğu yorğanın daxilində bərabər paylanmalı, topalanmanın və bir hissədə yığılmanın qarşısını almaq üçün kvadrat və ya kanallı tikişlərlə sabitlənməlidir. Xarici örtük ağ rəngdə, ləkə və rəng dəyişməsinə davamlı, tikişləri möhkəm və səliqəli işlənmiş olmalıdır. Yorğan minimum 40–60°C temperaturda yuyula bilməli, tez-tez yuyulma və qurutma proseslərinə davamlı olmalı, yuyulduqdan sonra formasını, dolğusunun həcmini və istilik xüsusiyyətlərini qoruyub saxlamalıdır. Məhsul yüngül, hava keçirən, qoxusuz və uzunmüddətli istifadəyə uyğun olmalı, nəm və kif əmələ gəlməsinə davamlı materiallardan hazırlanmalıdır. Yorğan otel/HORECA standartlarına uyğun, intensiv istifadə və sənaye tipli camaşırxana şəraitində yuma üçün yararlı olmalıdır. Materialların insan sağlamlığı üçün təhlükəsizliyini təsdiq edən OEKO-TEX Standard 100 və ya ekvivalent sertifikatın təqdim edilməsi üstünlük təşkil etməlidir. | 40 | ədəd |
| 15 | Saç Qurudan Maşın (Fen) Saç Qurudan Maşın (Fen) otel, mehmanxana və digər qonaqlama obyektlərində peşəkar istifadə üçün nəzərdə tutulmalı, divara quraşdırılan konstruksiyaya malik olmalı və minimum 1500 W gücündə işləməlidir. Cihaz 220–240 V, 50 Hz elektrik şəbəkəsinə uyğun olmalı, divara bərkidilən xüsusi tutacaq və ya korpus vasitəsilə quraşdırılmalı, istifadədən sonra cihazın təhlükəsiz və səliqəli saxlanmasını təmin etməlidir. Fen ionlaşdırıcı texnologiya ilə təchiz olunmalı, saçın elektriklənməsini və statikliyini azaltmalı, qurutma zamanı saçın hamar və yumşaq qalmasına kömək etməlidir. Cihazda minimum 2 hava sürəti rejimi və minimum 3 istilik temperaturu seçimi olmalı, istifadəçinin saç tipinə uyğun temperatur və hava axınının seçilməsinə imkan verməlidir. Fen üzqırxan maşınının qoşulması üçün ayrıca elektrik yuvası (shaver socket) ilə təchiz edilməli və həmin elektrik yuvası otel hamamlarında təhlükəsiz istifadə üçün uyğun qoruyucu sistemə malik olmalıdır. Cihaz spiral tipli, elastik və dartılmaya davamlı elektrik kabeli ilə təchiz edilməli, kabelin uzunluğu istifadə zamanı rahat hərəkət etməyə imkan verməlidir. Fenin hava axını güclü olmalı və saçın qısa müddətdə effektiv qurudulmasını təmin etməlidir. Cihazda həddindən artıq qızmadan qorunma və təhlükəsizlik sistemi, həmçinin istifadə edilmədikdə avtomatik sönmə funksiyasının olması üstünlük təşkil etməlidir. Korpus istiliyə, nəmə və gündəlik otel istifadəsinə davamlı yüksək keyfiyyətli materialdan hazırlanmalı, kompakt və estetik dizayna malik olmalıdır. Cihazın asan təmizlənməsi və texniki xidmət göstərilməsi mümkün olmalı, hava girişində çıxarıla bilən və ya təmizlənə bilən filtr nəzərdə tutulmalıdır. | 20 | ədəd |
| 16 | Xalat Xalat otel, mehmanxana, spa və digər qonaqlama obyektlərində peşəkar istifadə üçün nəzərdə tutulmalı, optik ağ rəngdə, yüksək keyfiyyətli və intensiv istifadəyə davamlı tekstil materialından hazırlanmalıdır. Xalatın səthi ilməli (loop/pique) toxumalı olmalı, yumşaq, rahat və yüksək suudma qabiliyyətinə malik olmalıdır. Parçanın səthi sıxlığı minimum 380 q/m² olmalı, üstünlük olaraq 400–450 q/m² və daha yüksək sıxlığa malik modellərə üstünlük verilməlidir. Xalatın materialı minimum 90% pambıq, üstünlük olaraq 100% pambıq olmalı, nəfəsalan, dəri ilə təmasa uyğun və qıcıqlandırmayan xüsusiyyətlərə malik olmalıdır. Məhsulun tikişləri möhkəm və səliqəli işlənməli, kənarları açılmaya qarşı möhkəmləndirilməli, yaxalıq və qollar davamlı konstruksiyaya malik olmalıdır. Xalat beldə rahat bağlanması üçün kəmərlə, həmçinin istifadəçinin şəxsi əşyalarının saxlanması üçün minimum 2 ədəd yan cib ilə təmin edilməlidir. Ölçülər M, L, XL və ya sifarişçinin tələb etdiyi ölçülərdə təqdim olunmalı, uniseks otel istifadəsinə uyğun konstruksiyaya malik olmalıdır. Xalat minimum 60°C temperaturda yuyulmaya, sənaye tipli yuma və qurutma proseslərinə davamlı olmalı, çoxsaylı yuma dövrlərindən sonra ağ rəngini, formasını, ilməli toxumasını və suudma qabiliyyətini qoruyub saxlamalıdır. Məhsulun rəngi yuyulma zamanı saralmaya və bozarmaya qarşı davamlı olmalı, materialda yad qoxu, ləkə, sap qüsuru və digər istehsal qüsurları olmamalıdır. | 80 | ədəd |
| 17 | Böyük Ölçülü Dəsmal Böyük Ölçülü Dəsmal otel, mehmanxana, spa, hovuz və digər qonaqlama obyektlərində peşəkar istifadə üçün nəzərdə tutulmalı, yüksək keyfiyyətli, yumşaq və yüksək suudma qabiliyyətinə malik tekstil materialından hazırlanmalıdır. Dəsmal optik ağ rəngdə, ilməli (terry/loop) toxumalı olmalı və minimum 500 q/m² sıxlığa malik olmalıdır. Materialı 100% pambıq, üstünlük olaraq uzun lifli və yüksək suudma qabiliyyətinə malik pambıqdan hazırlanmalı, dəri ilə təmasa uyğun, yumşaq və nəfəsalan olmalıdır. Dəsmalın ölçüsü minimum 100×150 sm, üstünlük olaraq 100×180 sm və ya daha böyük olmalı, bütün bədəni örtmək və rahat istifadə etmək üçün uyğun ölçüdə hazırlanmalıdır. Kənarları açılmaya qarşı ikiqat və ya möhkəmləndirilmiş tikişlə işlənməli, ilmələrin qopmasının və parçanın sökülməsinin qarşısını alan keyfiyyətli tikiş konstruksiyasına malik olmalıdır. Dəsmal intensiv otel istifadəsinə və tez-tez yuyulmaya uyğun olmalı, minimum 60°C temperaturda yuyula bilməli, sənaye tipli yuma və qurutma proseslərinə davamlı olmalı, çoxsaylı yuma dövrlərindən sonra formasını, ağ rəngini, yumşaqlığını və suudma qabiliyyətini qoruyub saxlamalıdır. Məhsul rənginin saralmasına və bozarmasına davamlı olmalı, parçada ləkə, cırıq, deşik, sap qüsuru və digər istehsal qüsurları olmamalıdır. | 80 | ədəd |
| 18 | Ayaq Dəsmalı Ayaq Dəsmalı otel, mehmanxana, spa, hovuz və digər qonaqlama obyektlərinin sanitar qovşaqlarında və vanna otaqlarında istifadə üçün nəzərdə tutulmalı, optik ağ rəngdə, yüksək keyfiyyətli, yumşaq və yüksək suudma qabiliyyətinə malik 100% pambıq ilməli (terry/loop) toxumalı parçadan hazırlanmalıdır. Dəsmalın ölçüsü minimum 50×70 sm olmalı, parça sıxlığı minimum 600 q/m² təşkil etməli və qalın, möhkəm konstruksiyası sayəsində ayaqaltı kimi istifadəyə uyğun olmalıdır. Məhsul yüksək suudma qabiliyyətinə malik olmalı, nəmliyi effektiv şəkildə özünə çəkməli və istifadədən sonra tez quruma xüsusiyyətinə malik olmalıdır. Kənarları sökülməyə və deformasiya olunmağa qarşı möhkəm tikişlə işlənməli, tikişlər intensiv istifadəyə və tez-tez yuyulmaya davamlı olmalıdır. Dəsmal minimum 60°C temperaturda yuyula bilməli, sənaye tipli yuma və qurutma proseslərinə uyğun olmalı, çoxsaylı yuma dövrlərindən sonra ölçüsünü, formasını, ağ rəngini, yumşaqlığını və suudma qabiliyyətini qoruyub saxlamalıdır. Materialda yad qoxu, ləkə, cırıq, deşik, sap qüsuru və digər istehsal qüsurları olmamalıdır. | 100 | ədəd |
| 19 | Dəsmal Asacağı Dəsmal Asacağı otel, mehmanxana, vanna otağı və digər sanitar qovşaqlarda istifadə üçün nəzərdə tutulmuş, metal konstruksiyalı, iki qarmaqlı və divara quraşdırılan tipdə olmalıdır. Məhsul yüksək keyfiyyətli paslanmayan poladdan (AISI 304) və ya korroziyaya davamlı ekvivalent metaldan hazırlanmalı, rütubətli mühitdə paslanmaya, oksidləşməyə və deformasiyaya davamlı olmalıdır. Asacağın üzərində 2 ədəd möhkəm qarmaq yerləşməli, hər bir qarmaq dəsmal, xalat və digər hamam tekstilinin təhlükəsiz şəkildə asılmasını təmin etməlidir. Qarmaqlar gövdəyə möhkəm bərkidilməli, istifadə zamanı boşalmamalı və əyilməməlidir. Məhsulun səthi hamar, cızılmaya və təmizləyici vasitələrin təsirinə davamlı olmalı, kəskin və təhlükəli kənarları olmamalıdır. Asacağın divara bərkidilməsi üçün lazımi vint, dübel və montaj elementləri komplektə daxil edilməli, divara etibarlı və stabil şəkildə quraşdırılmasını təmin etməlidir. Ümumi ölçüləri təxminən 100–150 mm en, 50–80 mm hündürlük və 40–60 mm çıxıntı təşkil etməli, otel hamamlarının standart interyerinə uyğun kompakt və estetik dizayna malik olmalıdır. Metal səth xromlanmış, mat və ya parlaq paslanmayan polad işlənmədə ola bilər. | 22 | ədəd |
| 20 | Zibil Qutusu Zibil Qutusu otel, mehmanxana, hamam və sanitar qovşaqlarda peşəkar istifadə üçün nəzərdə tutulmuş, 3 litr tutumlu, pedallı və xrom örtüklü olmalı, gövdəsi yüksək keyfiyyətli paslanmayan poladdan, daxili çıxarıla bilən qabı isə polipropilendən (PP) hazırlanmalıdır; qutunun ölçüləri təxminən 169 × 223 × 251 mm, çəkisi 451 qram olmalı, qapağı ayaq pedalı vasitəsilə əllə toxunmadan açılmalı və Soft-Close mexanizmi ilə səssiz və yumşaq şəkildə bağlanmalıdır, daxili qab asanlıqla çıxarılaraq təmizlənə bilməli, metal səth xrom örtüklü, korroziyaya və rütubətli mühitə davamlı, hamar və asan təmizlənən olmalı, məhsul otel və HORECA obyektlərində intensiv istifadəyə uyğun hazırlanmalı | 22 | ədəd |
| 21 | Tualet Fırçası Dəsti Tualet Fırçası Dəsti otel, mehmanxana, restoran və digər qonaqlama obyektlərinin sanitar qovşaqlarında peşəkar və intensiv istifadə üçün nəzərdə tutulmalı, fırça və fırça tutacağından ibarət komplekt şəklində təqdim edilməlidir. Tutacaq yüksək keyfiyyətli paslanmayan poladdan, minimum AISI 304 materialdan hazırlanmalı, korroziyaya, rütubətə, yuyucu və dezinfeksiyaedici vasitələrə davamlı olmalıdır. Fırça sapı möhkəm və erqonomik konstruksiyaya malik olmalı, fırça başlığı isə davamlı və effektiv təmizləmə təmin edən nylon və ya ekvivalent sintetik tüklərdən hazırlanmalıdır. Tutacaq daxilində gigiyenik istifadə üçün çıxarıla bilən daxili qab olmalı və həmin qab asanlıqla çıxarılaraq təmizlənə bilməlidir. Məhsul divara quraşdırılan və ya döşəməüstü variantda ola bilər; divara quraşdırılan model seçildikdə bərkidilmə üçün vintlər və dübellər komplektə daxil edilməli, konstruksiya divara möhkəm və stabil şəkildə bərkidilməlidir. Tutacağın səthi hamar, cızıqlara və korroziyaya davamlı, asan təmizlənən və otel interyerinə uyğun estetik görünüşdə olmalıdır. Divara quraşdırılan model üçün ölçülər təxminən 85 × 85 × 150 mm, fırçanın ümumi uzunluğu isə təxminən 400–405 mm olmalıdır. Məhsul gündəlik intensiv istifadəyə uyğun professional HOTEL/HORECA sinfində olmalı | 35 | ədəd |
| 22 | Kağız Tutacağı Tualet Kağızı Tutacağı otel, mehmanxana, restoran və digər qonaqlama obyektlərinin sanitar qovşaqlarında peşəkar və intensiv istifadə üçün nəzərdə tutulmalı, qapaqlı, divara quraşdırılan və paslanmayan poladdan hazırlanmış olmalıdır. Məhsul yüksək keyfiyyətli AISI 304 paslanmayan poladdan və ya ona ekvivalent korroziyaya davamlı materialdan hazırlanmalı, rütubətli və nəm mühitdə paslanmaya, oksidləşməyə və deformasiyaya davamlı olmalıdır. Tutacaq standart tualet kağızı rulonlarının yerləşdirilməsi üçün uyğun daxili ölçüyə malik olmalı, rulonun rahat yerləşdirilməsini, istifadəsini və dəyişdirilməsini təmin etməlidir. Üzərində kağız rulonunu tozdan, sudan və çirklənmədən qoruyan möhkəm qapaq olmalı, qapaq rahat açılıb-bağlanmalı və istifadə zamanı təsadüfi açılmamalıdır. Kağızın rahat qoparılması üçün çıxış hissəsi hamar və təhlükəsiz konstruksiyaya malik olmalı, kəskin və yaralanmaya səbəb ola biləcək kənarlar olmamalıdır. Məhsulun səthi hamar, korroziyaya, cızılmaya və təmizləyici/dezinfeksiyaedici vasitələrə davamlı, asan təmizlənən və otel interyerinə uyğun estetik görünüşdə olmalıdır. Tutacağın divara bərkidilməsi üçün vint, dübel və digər zəruri montaj elementləri komplektə daxil edilməli və məhsul divara möhkəm və stabil şəkildə quraşdırılmalıdır. Ölçüləri standart rulon ölçüsünə uyğun kompakt konstruksiyada, təxminən 120–150 mm en, 100–130 mm hündürlük və 50–80 mm dərinlik aralığında olmalıdır. | 22 | ədəd |
| 23 | Dəstəkli Rəfli Dəsmal Asacağı Dəstəkli Rəfli Dəsmal Asacağı otel, mehmanxana, spa və digər sanitar qovşaqlarda hamam üçün istifadə edilməli, divara quraşdırılan, polad konstruksiyalı, rəfli və dəsmal asmaq üçün dayaqlı model olmalıdır. Məhsul yüksək keyfiyyətli paslanmayan poladdan, üstünlük olaraq AISI 304 materialdan hazırlanmalı, rütubətli və nəm mühitdə korroziyaya, paslanmaya, oksidləşməyə və mexaniki deformasiyaya davamlı olmalıdır. Asacağın üst hissəsində hamam aksesuarları, dəsmal və digər əşyaların yerləşdirilməsi üçün möhkəm rəf, aşağı hissəsində isə dəsmalların asılması üçün dəstək/asma çubuğu və ya minimum 2 ədəd qarmaq olmalıdır. Rəfin yükdaşıma qabiliyyəti minimum 5 kq, asma çubuğu və ya qarmaqların ümumi yükdaşıma qabiliyyəti minimum 3 kq olmalı və intensiv istifadəyə davamlı konstruksiyaya malik olmalıdır. Rəfin səthi hamar, suya və təmizləyici vasitələrə davamlı, asan təmizlənən olmalı, əşyaların sürüşüb düşməsinin qarşısını almaq üçün kənar qoruyucu hissə ilə təmin edilməsi üstünlük təşkil etməlidir. Dəsmal asma hissəsi möhkəm bərkidilməli, istifadə zamanı boşalmamalı, əyilməməli və dəsmalların rahat yerləşdirilməsini təmin etməlidir. Məhsulun divara bərkidilməsi üçün vint, dübel və digər zəruri montaj elementləri komplektə daxil edilməli, divara etibarlı və stabil şəkildə quraşdırılmalıdır. Metal səth xromlanmış, parlaq və ya mat paslanmayan polad işləmədə ola bilər və rütubətli hamam mühitində uzunmüddətli istismara uyğun olmalıdır. Məhsulun ümumi ölçüləri təxminən 500–650 mm en, 200–250 mm dərinlik və 150–250 mm hündürlük aralığında olmalı, otel hamamlarının standart interyerinə uyğun kompakt və estetik dizayna malik olmalıdır. | 22 | ədəd |
| 24 | Diş Fırçası Tutacağı Diş Fırçası Tutacağı otel, mehmanxana və digər qonaqlama obyektlərinin hamam otaqlarında istifadə üçün nəzərdə tutulmalı, divara quraşdırılan və ya dəzgahüstü tipdə, yüksək keyfiyyətli və rütubətə davamlı materialdan hazırlanmalıdır. Məhsul paslanmayan poladdan, AISI 304, xrom örtüklü metal, ABS plastik və ya ekvivalent davamlı materialdan hazırlanmalı, nəmə, korroziyaya, paslanmaya və gündəlik istifadə zamanı tətbiq olunan yuyucu və dezinfeksiyaedici vasitələrə davamlı olmalıdır. Tutacaqda minimum 2–4 ədəd diş fırçasının ayrı-ayrılıqda yerləşdirilməsi üçün bölmə və ya yuvalar olmalı, diş fırçalarının bir-biri ilə təmasının qarşısını alan gigiyenik konstruksiyaya malik olmalıdır. Məhsulun səthi hamar, məsaməsiz, asan təmizlənən və gigiyenik olmalı, suyun yığılmasının qarşısını almaq üçün alt hissədə drenaj dəlikləri və ya açıq konstruksiya nəzərdə tutulmalıdır. Divara quraşdırılan model seçildikdə möhkəm bərkidilməni təmin edən vint, dübel və digər montaj elementləri komplektə daxil edilməli və məhsul divara etibarlı şəkildə sabitlənməlidir. Tutacağın konstruksiyası yüngül, lakin möhkəm olmalı, diş fırçalarının rahat yerləşdirilməsi və çıxarılmasına imkan verməlidir. Təxmini ölçüləri 100–150 mm en, 50–80 mm dərinlik və 100–150 mm hündürlük aralığında olmalı və standart otel hamamlarında istifadəyə uyğun kompakt dizayna malik olmalıdır. | 22 | ədəd |
| 25 | Qəhvə Maşını Qəhvə Maşını otel, restoran, kafe və digər peşəkar iaşə obyektlərində intensiv istifadə üçün nəzərdə tutulmuş peşəkar tipli espresso qəhvə avadanlığı olmalı, eyni anda iki fincan qəhvənin hazırlanmasına və doldurulmasına imkan verən iki çıxışlı (double group/double spout) filtrli qəhvə sistemi ilə təchiz edilməlidir. Maşın üzərində minimum 2 ədəd buxar çıxış borusu olmalı və südün qızdırılması, buxarlandırılması və süd köpüyünün hazırlanmasını təmin etməlidir; əlavə olaraq isti su kranı olmalı və çay, americano və digər isti içkilərin hazırlanması üçün isti su verməlidir. Avadanlıq komplektinə qəhvə ölçü qaşığı, təmizləmə fırçası, digər standart istehsalçı aksesuarları daxil edilməli, maşının sabit və müxtəlif iş səthlərinə uyğun yerləşdirilməsi üçün tənzimlənən ayaq dəsti ilə təmin olunmalıdır. Maşında istifadə zamanı əmələ gələn artıq su və qəhvə qalıqlarının toplanması üçün çıxarıla bilən damcı qabı olmalı və qab asanlıqla çıxarılaraq təmizlənə bilməlidir. Avadanlıq inteqrasiya olunmuş qəhvə üyüdücüsü ilə təchiz edilməli, qəhvə dənələrinin üyüdülmə dərəcəsi və dozalanması tənzimlənə bilməlidir. Maşının ümumi ölçüləri minimum 855 × 570 × 597 mm olmalı, elektrik gücü minimum 5,5 kW təşkil etməli və peşəkar intensiv istifadə üçün kifayət qədər yüksək istilik və buxar məhsuldarlığı təmin etməlidir. Su sistemi minimum 13 litr tutumlu su çəni ilə təchiz edilməli, uzunmüddətli fasiləsiz işləmə zamanı su ehtiyatının kifayət etməsini təmin etməlidir. Maşın 220–240 V, 50 Hz elektrik şəbəkəsinə uyğun olmalı, yüksək keyfiyyətli paslanmayan polad və qida ilə təmasa uyğun materiallardan hazırlanmalı, korroziyaya, yüksək temperatura və intensiv gündəlik istifadəyə davamlı olmalıdır. Qəhvə hazırlanması zamanı suyun temperaturunun və təzyiqinin stabil saxlanılmasını təmin edən peşəkar istilik sistemi və nasosla təchiz edilməli, espresso, lungo, americano, cappuccino, latte və digər qəhvə içkilərinin hazırlanmasına imkan verməlidir. Avadanlıqda təmizləmə və texniki xidmət proseslərini asanlaşdıran yuyulma və qəhvə qalıqlarının təmizlənməsi imkanları olmalı, damcı qabı, üyüdücü və digər çıxarıla bilən hissələr asanlıqla sökülüb təmizlənə bilməlidir. | 1 | ədəd |
| 26 | Çay Qazanı Çay Qazanı otel, restoran, kafe və digər peşəkar iaşə obyektlərində intensiv istifadə üçün nəzərdə tutulmuş, 8 litr tutumlu, iki dəm çaydanlı peşəkar tipli elektrik çay qazanı olmalıdır; cihaz əsas su qazanı və 2 ədəd dəmlik ilə komplektləşdirilməli, çayın fasiləsiz hazırlanması və isti saxlanmasını təmin etməlidir. Qazan avtomatik su tamamlama (auto-fill) sistemi ilə təchiz olunmalı, su səviyyəsi azaldıqda suyun avtomatik tamamlanmasını təmin etməli və su səviyyəsinin təhlükəsiz həddə saxlanılmasına imkan verməlidir. Cihaz üzərində qazan daxilindəki suyun səviyyəsini və temperaturunu izləmək üçün su səviyyəsi və temperatur göstəricisi olmalı, istifadəçiyə cari vəziyyət barədə aydın məlumat verməlidir. Su qazanının tutumu minimum 8 litr olmalı, isti suyun uzun müddət sabit temperaturda saxlanmasını təmin edən istilik izolyasiyasına malik olmalıdır. Çay qazanı minimum 3–6 kW elektrik gücünə malik olmalı, 220–240 V, 50 Hz elektrik şəbəkəsində işləməli və yüksək məhsuldarlıqla suyun qızdırılmasını təmin etməlidir. Gövdə və su ilə təmas edən hissələr paslanmayan poladdan, üstünlük olaraq AISI 304 qida sənayesi materialından hazırlanmalı, korroziyaya, yüksək temperatura və intensiv istifadəyə davamlı olmalıdır. Cihazda suyun həddindən artıq qızmasının və su olmadıqda quru işləmənin qarşısını alan təhlükəsizlik sistemi, termostat və avtomatik temperatur nəzarəti olmalıdır. Dəmliklər istiliyədavamlı materialdan hazırlanmalı, hər bir dəmlik üçün ayrıca yerləşdirmə sahəsi və isti saxlama imkanı təmin edilməlidir. Qazan üzərində isti suyun rahat və təhlükəsiz şəkildə götürülməsi üçün kran olmalı, kran uzunmüddətli istifadəyə və yüksək temperatura davamlı olmalıdır. Avadanlıq asan təmizlənməli, kireclənməyə qarşı texniki qulluq imkanına malik olmalı və gündəlik otel/restoran istifadəsinə uyğun | 1 | ədəd |
| 27 | Portağal Sıxma Maşını Əl ilə işləyən, sənaye tipli, qollu, pulpa nəzarətli, damlama əleyhinə, polad materialdan hazırlanmış, minimum 55 sm hündürlük, minimum 18 sm en və minimum 24 sm dərinliyə malik olmalıdır. | 1 | ədəd |
| 28 | Stəkan Dəsti Su stəkanları, sərinləşdirici içki stəkanları, araq stəkanları, pivə stəkanları, ağ şərab qədəhləri, konyak stəkanları, qırmızı şərab qədəhləri, şampan qədəhləri, kokteyl stəkanları, viski stəkanları, likör stəkanları və martini qədəhlərindən ibarət olmalıdır. | 10 | dəst |
| 29 | Çay-Qəhvə Stəkan Dəsti Çay stəkanları, çay boşqabları, çay qaşıqları, çay və qəhvə fincanları, espresso fincanları, fincanlar və çay-qəhvə aksesuarlarından ibarət olmalıdır. | 10 | dəst |
| 30 | Boşqab Dəsti Yemək boşqabları, dərin boşqablar, supla boşqabları, pasta boşqabları, servis boşqabları və müxtəlif boşqab dəstlərindən ibarət olmalıdır. | 10 | dəst |
| 31 | Kasa Dəsti Böyük salat kasaları, kiçik salat kasaları, şorba kasaları, servis kasaları və ümumi kasə dəstlərindən ibarət olmalıdır. | 10 | dəst |
| 32 | Çəngəl-Bıçaq Dəsti Çəngəllər, bıçaqlar və qaşıqlardan ibarət olmalıdır. | 20 | dəst |
| 33 | Masa Örtüyü 150x200 sm ölçüdə, parça materialdan, kənarları naxışlı və ağ rəngdə olmalıdır. | 20 | ədəd |
| 34 | Masa Örtüyü 140x180 sm ölçüdə, parça materialdan, kənarları naxışlı və ağ rəngdə olmalıdır. | 20 | ədəd |
| 35 | Molton Örtük 100x150 sm ölçüdə, hopdurucu və qalın parçadan hazırlanmış, kənarları ip büzgülü olmalıdır. | 15 | ədəd |
| 36 | Hərəkətli Çamadan Daşıma Arabası Hərəkətli çamadan daşıma arabası otel, mehmanxana, konqres mərkəzi və digər qonaqpərvərlik obyektlərində çamadan və baqajların təhlükəsiz və rahat daşınması üçün nəzərdə tutulmalı, möhkəm və stabil konstruksiyaya malik olmalı, karkası yüksək keyfiyyətli və korroziyaya davamlı pirinç borudan, şassisi möhkəmləndirilmiş dəmir/metal materialdan hazırlanmalı, baqajların yerləşdirilməsi üçün platforması möhkəm metal əsaslı və aşınmaya davamlı xalça örtüklü olmalı, çamadanların sürüşməsinin, cızılmasının və zədələnməsinin qarşısını təmin etməli, platformanın və ya konstruksiyanın perimetri boyunca divar, mebel və digər səthlərlə təmas zamanı zərbələri yumşaldan, elastik və səthlərdə iz buraxmayan rezin qoruyucu bamperlə təchiz edilməli, minimum 4 ədəd səssiz, aşınmaya və yükə davamlı rezin və ya poliuretan təkərə malik olmalı, təkərlərdən minimum 2-si mexaniki əyləc sistemi ilə təchiz edilməli və araba park vəziyyətində etibarlı şəkildə sabitlənməni təmin etməli, təkərlərin diametri minimum 125 mm olmaqla rahat və manevrli hərəkəti təmin etməli, tam yüklənmiş vəziyyətdə aşmaya və deformasiyaya qarşı davamlı olmalı, minimum 200 kq yükdaşıma qabiliyyətinə malik olmalı, istifadəçi üçün rahat və erqonomik idarəetmə tutacaqları ilə təmin edilməli, baqajların platformadan düşməsinin qarşısını alan yan və arxa qoruyucu karkas elementlərinə malik olmalı, bütün konstruksiya elementləri möhkəm bərkidilməli, kəskin və təhlükəli çıxıntılar olmamalı, gündəlik intensiv kommersiya istifadəsinə, asan təmizlənməyə və uzunmüddətli istismara uyğun hazırlanmalı, dekorativ və premium otel interyerinə uyğun görünüşə malik olmalı, ölçüləri minimum 66 sm en, minimum 105 sm uzunluq və minimum 191 sm hündürlük təşkil etməli, ümumi konstruksiyası təxminən 660 × 1050 × 1910 mm və ya daha böyük ölçülərdə olmalı və məhsul xalça örtüklü platforma, pirinç boru karkas, dəmir şassi, zərbə qoruyucu rezin bamper, minimum 4 təkər və onlardan minimum 2-si əyləcli olmaqla tam komplekt şəkildə təqdim edilməlidir. | 1 | ədəd |
Satınalmalarının 13 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 22 sen 2026
son qələbə 29 sen 2026
son qələbə 23 sen 2026
son qələbə 08 sen 2026
son qələbə 03 sen 2026