Sifarişçi: "NAXÇIVAN POÇT VƏ TELEKOMMUNİKASİYA MƏRKƏZİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Bu sifarişçidə eyni kateqoriyada 2 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
3 satınalma, 2 müxtəlif qalib
Ən çox udan: "AQUA PRO" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 66.7%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.05% ilə 70.01% arasında aşağı düşüblər, medianı 18.34%.
Bu tender üçün bu 124.614 ₼ ilə 106.410 ₼ arasıdır.
39.079 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Detektor bazası Adresli optik detektorlara uyğun olmalıdır. | 128 | ədəd |
| 2 | Adresli optik tüstü detektoru Adresli qısaqapanma izolatörlü optik tüstü detektoru Mikroprosessorlu, optik tüstünü işıq saçma prinsipi ilə aşkar edir 360° görünüşlü LED-lərlə alarm, nasazlıq və kirlilik vəziyyətlərini göstərir Toz, həşərat və böyük hissəciklərə qarşı davamlı sensor dizaynı Maksimum 1.5 saniyəyə siqnal verir, maksimum cərəyan: 4 mA Sertifikatlar: TS EN54-7, TS EN54-17 / CE, CPR, EAC, LPCB-Dedal-a uyğun olmalıdır. | 128 | ədəd |
| 3 | Adresli yanğın siqnalizasiya idarəetmə paneli İdarəetmə paneli minimum 2 ədəd adresli loop xəttini dəstəkləməlidir. Hər bir loop üzrə yanğın detektorlarının, əl ilə işə salma düymələrinin, giriş/çıxış modullarının və digər adresli sahə avadanlıqlarının qoşulmasını və fərdi adreslərlə idarə olunmasını təmin etməlidir. Loop xəttində qısaqapanma baş verdikdə sistemin iş qabiliyyətinin qorunmasını təmin edən qısaqapanma izolyasiya funksiyasını dəstəkləməlidir. Panel məlumatların, hadisələrin və sistem vəziyyətinin əks etdirilməsi üçün rəngli ekran və idarəetmə vasitələri ilə təchiz olunmalıdır. İdarəetmə menyusu Azərbaycan, rus və ingilis dillərində istifadə imkanını təmin etməlidir. Sistem baş vermiş hadisələrin yaddaşda saxlanılmasını və sonradan nəzərdən keçirilməsini təmin etməlidir. Hadisə yaddaşının tutumu minimum 10 000 hadisə olmalıdır. Panel müxtəlif hadisələr üzrə avtomatik reaksiyaların müəyyən edilməsinə imkan verən proqramlaşdırıla bilən səbəb-nəticə (Cause & Effect) funksiyasını dəstəkləməlidir. Minimum 500 səbəb-nəticə ssenarisinin proqramlaşdırılması mümkün olmalıdır. Sistem yanğın, xəta, nəzarət, xəbərdarlıq, təxliyə və digər hadisə kateqoriyalarının ayrıca müəyyən edilməsini, proqramlaşdırılmasını və idarə olunmasını dəstəkləməlidir. Bir neçə idarəetmə panelinin vahid şəbəkədə birləşdirilməsi və mərkəzləşdirilmiş idarə olunması mümkün olmalıdır. Şəbəkə minimum 64 panelin inteqrasiyasını dəstəkləməlidir. Panel bina idarəetmə, avtomatlaşdırma və digər təhlükəsizlik sistemləri ilə inteqrasiya üçün sənaye standartlarına uyğun rabitə interfeyslərini dəstəkləməlidir. Modbus RTU, Modbus TCP/IP, BACnet, TCP/IP, RS-232 və RS-485 interfeys və protokollarından istifadə imkanına malik olmalıdır. Sistem proqram təminatının yenilənməsi və konfiqurasiya məlumatlarının yüklənməsi xarici yaddaş daşıyıcısı vasitəsilə həyata keçirilə bilməlidir. Panelin enerji təchizatı bloku 24 VDC çıxışlı olmalı və impuls tipli enerji təchizatı texnologiyasından (SMPS) istifadə etməlidir. Panel ehtiyat enerji mənbəyi ilə təmin olunmalı və 2 ədəd 12 V, 7 Ah akkumulyator vasitəsilə fasiləsiz işləmə imkanına malik olmalıdır. Akkumulyator sistemi avtomatik monitorinq funksiyasına malik olmalı, qısaqapanmadan, həddindən artıq yüklənmədən və dərin boşalmadan mühafizəni təmin etməlidir. Paneldə minimum 2 ədəd proqramlaşdırıla bilən və nəzarət olunan siren çıxışı, minimum 2 ədəd nəzarət olunan giriş və minimum 2 ədəd proqramlaşdırıla bilən rele çıxışı olmalıdır. Panelə qoşulan adresli detektorlar, modullar, sirenlər və digər sahə avadanlıqları texniki cəhətdən bir-biri ilə uyğun işləməli və vahid proqram təminatı vasitəsilə idarə və konfiqurasiya edilə bilməlidir. Təklif olunan avadanlıq müvafiq yanğın siqnalizasiya standartlarının tələblərinə cavab verməli və bunu təsdiq edən uyğunluq sənədlərinə malik olmalıdır. İdarəetmə paneli, enerji təchizatı, avtomatik yanğın detektorları və qısaqapanma izolyasiya qurğuları müvafiq EN 54 seriyası və ya ekvivalent beynəlxalq standartların tələblərinə uyğun olmalıdır. Təklif olunan avadanlıq üzrə CE, CPR, EAC, LPCB və ya ekvivalent uyğunluq sənədləri təqdim edilməlidir. Yuxarıda qeyd olunan göstəricilər minimum texniki tələblərdir. Göstərilən tələblərə uyğun və ya daha yüksək texniki göstəricilərə malik ekvivalent məhsulların təklif edilməsinə yol verilir və ya ekvivalenti. | 1 | ədəd |
| 4 | Adresli əl ilə işləyən düymə Adresli qısaqapanma izolatörlü resetlənə bilən yanğın butonu Sıvaaltı və sıvaüstü quraşdırmaya uyğundur, mikroprosessor idarəli 1.5 saniyədə siqnal verir, maksimum cərəyan: 700 µA İki LED: Qırmızı – aktiv/alarm, Sarı – qısaqapanma göstəricisi 40 simvolluq məkan adı təyini və hadisə növü təyin edilə bilər IP22D qoruma sinfi, buton resetlənə bilər plastik örtüklə aktivləşir Tələb edilən Sertifikatlar: TS EN54-7, TS EN54-17 / CE, CPR, EAC, LPCB-Dedal-a uyğun olmalıdır. | 10 | ədəd |
| 5 | Əl butonunun şüşəsi Adresli əl ilə işləyən düyməyə uyğun olmalıdır. | 10 | ədəd |
| 6 | Akkumlyator 12V7A Spesifikasiyalar Nominal gərginlik (V) 12v panelə uyğun olmalıdı | 2 | ədəd |
| 7 | Səsli və İşıqlı Siren Adresli qısaqapanma izolatörlü hava şəraitinə davamlı flaşörlü siren (çevrimdən qidalanan)Xarici mühit üçün, IP65 qoruma dərəcəsiSəs gücü: 75–90 dB, 0.5 Hz flaş tezliyi32 səs tonu seçimi, proqramlana bilirEnerjini çevrimdən alır, 11.7 mA maksimum cərəyanSertifikatlar: TS EN54-3, TS EN54-17, TS EN54-23 / CE, CPR və LPCB-Dedal-a uyğun olmalıdır və ya ekvivalenti olmalıdır. | 10 | ədəd |
| 8 | İdarəetmə modulu Adresli qısaqapanma izolatörlü kontak izləmə və röle modulu4 röle çıxışı və 4 zona izləmə girişi mövcuddurEnerjini çevrim xəttindən alır, əlavə 24V DC tələb etmirSsenari əsaslı proqramlana bilir (sebep/sonuç)8 LED göstərici: xəta, əlaqə, giriş və çıxış vəziyyətləri üçün Qısaqapanma izolatörlü, kompakt və müstəqil işləyən qurğuSertifikatlar: TS EN54-18, TS EN54-17 / CE, CPR, EAC, LPCB-Dedal-a uyğun olmalıdır və ya ekvivalenti olmalıdır | 10 | ədəd |
| 9 | Proqramlaşdırma SİSTEM PROGRAMLAŞDIRMA VƏ KONFİQURASİYA İŞLƏRİ Proqramlaşdırma və Konfiqurasiya: Bütün ağıllı adresli cihazlar (detektorlar, butonlar, modullar, səsli/fləşör siqnallar) şəbəkədə unikal adreslərlə tanıdılacaq. Cihazlara məkan adı, hadisə tipi (yangın, texniki xəbərdarlıq, təhlükəsizlik, test və s.) və prioritet dərəcəsi təyin olunacaq. Sistem daxilində səbəb-nəticə (cause-effect) prinsiplərinə əsaslanan kompleks yanğın senariləri hazırlanacaq (məs., zonaya görə siqnal gecikməsi, damper açılması, anons sistemi işə düşməsi və s.). Əlavə edilən bütün senarilər PC proqramı üzərindən yüklənəcək və test ediləcək. Dil və İnterfeys Uyğunluğu: PC proqram təminatı tam şəkildə İngilis və Rus dillərində işləməli və istifadəçi üçün sadə interfeys təqdim etməlidir. Operator və texniki heyət üçün İngilis dili alternativi aktiv edilməlidir. Santral və Proqram Arasındakı Sinxronizasiya: Santrallar üzərində olan LCD ekran menyuları, PC proqram interfeysi və şəbəkə izləmə proqramı bir-biri ilə tam uyğun işləməlidir. Real vaxt rejimində santral üzərində aparılan dəyişikliklər proqramda da əks olunmalıdır və əksinə. Test və Qəbulu Əvvəli Yoxlamalar: Bütün cihazlar yüklənmiş proqramla test rejiminə alınacaq, hər bir ssenarinin düzgün işləməsi yoxlanılacaq. Hər bir zonanın ayrı-ayrılıqda alarm, fault, və bypass rejimi sınaqdan keçiriləcək. Alarm cihazlarının prioritetli və ya təxirsiz çalışması proqramda ayarlanacaq. Verilənlər Bazası İdarəsi və Yedəkləmə: Bütün proqramlaşdırma faylları və konfiqurasiya məlumatları rəqəmsal formatda (backup) saxlanılacaq və sifarişçiyə təqdim olunacaq. Yedəkləmə prosesi həm proqram təminatında, həm də lokal (USB, lokal disk) səviyyədə aparılmalıdır. İstifadəçi Təlimi və Dəstək: Sistemin idarəedilməsi və proqramlaşdırılması ilə bağlı istifadəçilər üçün istifadəçi təlimi keçiriləcək, lazımi təlim materialları təqdim ediləcək. Hər santral və proqram üçün administrator və operator səviyyəsində istifadəçi rolları təyin ediləcək və giriş şifrələri fərqli səviyyələrə bölünəcək. Uzaqdan Monitorinq və İnteqrasiya Hazırlığı: Uzaqdan monitorinq və konfiqurasiya imkanları (LAN/WAN və TCP/IP vasitəsilə) öncədən test ediləcək, lazım gəldikdə VPN bağlantı və ya şəbəkə quruluşu üçün dəstək veriləcək. Əgər obyekt daxilində BMS (Building Management System) varsa, Modbus və ya BacNet protokolları ilə inteqrasiya üçün konfiqurasiya ediləcək. Hadisə Analizi və Protokollama: Tətbiq olunan proqram təminatı vasitəsilə cihazlar üzrə fərdi olay analizi aparılacaq, dedektorların kirlilik səviyyəsi və aktivlik tarixi müntəzəm analiz ediləcək. Sistemdə baş verən 1000-dən çox son hadisə santral yaddaşında və eyni zamanda PC proqramında qeyd ediləcək, istək üzrə PDF və ya EXCEL olaraq ixrac edilə biləcək. | 1 | dəst |
| 10 | FE180 2x2x0,80 yanğın kabeli və ya ekvivalenti Konduktor IEC 60228; VDE 0295; EN 60228 Sinif 1Elektrolitik mono misİzolyasiya edən Çarpaz Keramika Formasında Polimer Kompozisiyaİzolyasiya Rəngi VDE 0815 Narıncı rəngə FE180 PH 120 iysiz, qoxusuz, insana əks təsiri olmayan keyfiyyətli və standartara uyğun olmalıdır və ya ekvivalenti olmalıdır. | 2760 | m |
| 11 | Quraşdırmada istifadə olunan digər əlavə avadanlqılar Kabeli çəkmək üçün boru, kanal və.s iş əsasında təyin edilməli, heç bir qüsur, görüntü kirliliyi yaranmaması üçün kanal və boru düzgün seçilməlidir. Quraşdırma materialları bu sistemin quraşdırılması üçün bütün kompanentləri nəzərə almalıdır. | 1 | dəst |
| 12 | Tikişsiz Boru DN20 Nominal diametri DN20 (3/4") olan, tikişsiz (seamless) polad boru. Boru yüksək mexaniki möhkəmliyə və daxili təzyiqə davamlı olmalı, su, yanğınsöndürmə və digər sənaye boru xətləri üçün istifadəyə yararlı olmalıdır. Xarici səthi qüsursuz, çat, deşik, korroziya və digər istehsal qüsurlarından azad olmalıdır. | 80 | m |
| 13 | Tikişsiz Boru DN40 Nominal diametri DN40 (1½") olan tikişsiz polad boru. Boru yüksək mexaniki möhkəmliyə və daxili təzyiqə davamlı olmalı, su, yanğınsöndürmə və digər sənaye boru xətləri üçün istifadəyə yararlı olmalıdır. Xarici və daxili səthi hamar, çat, deşik, korroziya və digər istehsal qüsurlarından azad olmalıdır. | 100 | m |
| 14 | Tikişsiz Boru DN100 Nominal diametri DN100 (4") olan tikişsiz polad boru. Boru yüksək möhkəmliyə, daxili təzyiqə və mexaniki təsirlərə davamlı olmalı, su təchizatı, yanğınsöndürmə və digər sənaye boru xətləri üçün istifadəyə yararlı olmalıdır. Daxili və xarici səthi hamar, çat, deşik, korroziya və digər istehsal qüsurlarından azad olmalıdır. | 25 | m |
| 15 | Kollektorların yığılması üçün mal-materiallar Buraya kollektorun yığılması və quraşdırılması üçün tələb olunan polad borular, fason hissələr (dirsək, keçid, üçlük, başlıq və s.), flanşlar, birləşdirici elementlər, bərkidici hissələr, contalar və digər zəruri komplektləşdirici materiallar daxildir. Bütün materiallar yeni, istifadə olunmamış, zavod istehsalı olmalı, mexaniki möhkəmliyə, işçi təzyiqə və korroziyaya davamlı olmalıdır. | 1 | dəst |
| 16 | Balonların bərpa işləri - Çıxış, aktivləşdirici və mexaniki boşaltma şlanqları Qazlı yanğınsöndürmə sistemlərinin balonlarının bərpası və istismarı üçün nəzərdə tutulmuş, yüksək təzyiqə davamlı elastik şlanqlar. Şlanqlar sistemin işçi təzyiqinə uyğun olmalı, sızdırmazlığı təmin etməli, korroziyaya, mexaniki təsirlərə və temperatur dəyişikliklərinə davamlı materialdan istehsal edilməlidir. Ucluqları sistemə uyğun birləşdirici elementlərlə təchiz edilməli, məhsul yeni, istifadə olunmamış, zavod istehsalı olmalıdır | 18 | dəst |
| 17 | İstiqamət Lövhələri Yanğın təhlükəsizliyi və təxliyə marşrutlarının göstərilməsi üçün nəzərdə tutulmuş məlumatlandırıcı lövhələr. Lövhələr yüksək keyfiyyətli materialdan hazırlanmalı, yazı və qrafik işarələri aydın oxunan, silinməyə və solmaya davamlı olmalıdır. Məhsullar daxili istifadə üçün uyğun, mexaniki təsirlərə və rütubətə davamlı olmalı, divara və ya digər səthlərə bərkidilmək üçün hazır vəziyyətdə təqdim edilməlidir. | 20 | ədəd |
| 18 | Qəza İşıqlandırma lövhələri Elektrik enerjisinin kəsilməsi zamanı avtomatik işə düşərək təxliyə yollarının işıqlandırılmasını təmin edən qəza işıqlandırma qurğuları. Qurğular LED texnologiyalı, enerji səmərəli, daxili akkumulyatorla təchiz olunmuş və enerji bərpa olunduqda avtomatik doldurulma funksiyasına malik olmalıdır. | 4 | ədəd |
| 19 | Fitinglər Boru xətlərinin birləşdirilməsi, istiqamətinin dəyişdirilməsi, şaxələndirilməsi və diametr keçidlərinin təmin edilməsi üçün nəzərdə tutulmuş birləşdirici elementlər. Buraya dirsəklər, üçlüklər, muftalar, reduksiyalar, nipellər, tıxaclar, birləşdirici keçidlər və digər zəruri fitinqlər daxildir. Fitinglər istifadə olunacaq boru sisteminə uyğun ölçüdə və təzyiq sinfində olmalı, korroziyaya, mexaniki təsirlərə və işçi mühitə davamlı materialdan istehsal edilməlidir. Məhsullar yeni, istifadə olunmamış, zavod istehsalı olmalı, sızdırmaz birləşməni təmin etməli və müvafiq beynəlxalq və ya milli standartların tələblərinə uyğun istehsal olunmalıdır. | 1 | dəst |
| 20 | Quraşdırma Materialları Yanğın təhlükəsizliyi sistemlərinin, boru xətlərinin və əlaqəli avadanlıqların quraşdırılması üçün nəzərdə tutulmuş köməkçi materiallar. Buraya bərkidici elementlər (bolt, qayka, şayba, anker və s.), montaj kronşteynləri, sıxaclar, boru tutacaqları, kabel bərkidiciləri, montaj profilləri, vintlər, dübellər, izolyasiya və sızdırmazlıq materialları, eləcə də quraşdırma üçün zəruri digər komplektləşdirici materiallar daxildir. Bütün materiallar yeni, istifadə olunmamış, zavod istehsalı olmalı, korroziyaya və mexaniki təsirlərə davamlı materialdan hazırlanmalı, təhlükəsiz və etibarlı quraşdırmanı təmin etməlidir. | 1 | dəst |
| 21 | 3 zonalı söndürmə idarəetmə paneli Avtomatik qazlı yanğınsöndürmə sistemlərinin idarə edilməsi və monitorinqi üçün nəzərdə tutulmuş mikroprosessor əsaslı idarəetmə paneli. Panel minimum 3 müstəqil söndürmə zonasını idarə edə bilməli, yanğın detektorlarından, əl ilə işə salma və dayandırma düymələrindən gələn siqnalları qəbul etməli və emal etməlidir. Qurğu səsli və vizual xəbərdarlıq funksiyalarına, söndürmənin gecikmə vaxtının tənzimlənməsi imkanına, nasazlıq, yanğın, söndürmə və enerji vəziyyətinin LED indikatorlarla göstərilməsinə malik olmalıdır. Panel əsas enerji mənbəyi və ehtiyat akkumulyatorla işləmə imkanını dəstəkləməli, enerji kəsildikdə avtomatik olaraq ehtiyat qidalanmaya keçməlidir. Korpus metal və ya zərbəyə davamlı materialdan hazırlanmalı, divara montaj üçün uyğun olmalıdır. Məhsul yeni, istifadə olunmamış, zavod istehsalı olmalı, | 4 | ədəd |
| 22 | 12 V, 7 Ah akkumulyator batareya bloku Yanğın aşkarlama və söndürmə sistemlərinin idarəetmə panelləri üçün ehtiyat enerji mənbəyi kimi istifadə olunan, qapalı tipli, təkrar doldurulan,Nominal gərginliyi 12 V, tutumu minimum 7 Ah olmalıdır. Akkumulyator enerji kəsilməsi zamanı idarəetmə panelinin fasiləsiz işləməsini təmin etməli, aşağı özboşalma səviyyəsinə, uzun istismar müddətinə və yüksək etibarlılığa malik olmalıdır. Məhsul sızdırmaz konstruksiyalı, daxili istifadə üçün uyğun, yeni, istifadə olunmamış, zavod istehsalı olmalı | 8 | ədəd |
| 23 | Optik tüstü detektoru (Series 65A tipli) Fotoelektrik (optik) prinsip əsasında işləyən, qapalı məkanlarda yaranan tüstünü erkən mərhələdə aşkar etmək üçün nəzərdə tutulmuş yanğın detektoru. Detektor konvensional yanğın siqnalizasiya sistemləri ilə uyğun işləməli, yüksək həssaslığa malik olmalı və yanlış siqnalların minimuma endirilməsini təmin etməlidir. Qurğu 360° tüstü qəbul etmə imkanına malik olmalı, LED işıq indikatoru vasitəsilə iş və həyəcan vəziyyətini göstərməlidir. Nominal iş gərginliyi 9–33 V DC diapazonunda olmalı, detektor standart baza ilə uyğun işləməli və quraşdırılması asan olmalıdır və ya ekvivalenti olmalıdır.. | 40 | ədəd |
| 24 | Detektor bazası (altlığı) Dedektorlara uyğun olmalıdır və ya ekvivalenti olmalıdır. | 40 | ədəd |
| 25 | Söndürmənin dayandırılması düyməsi (Abort Button) Qazlı yanğınsöndürmə sistemlərində söndürmə agentinin buraxılmasını müvəqqəti dayandırmaq və ya gecikdirmək üçün nəzərdə tutulmuş əl ilə idarəetmə düyməsi. Düymə normal vəziyyətdə gözləmə rejimində olmalı, basıldıqda söndürmə buraxılışını dayandırmalı və düymə buraxıldıqda sistem əvvəlcədən proqramlaşdırılmış alqoritmə uyğun fəaliyyətini davam etdirməlidir. Qurğu aydın işarələnmiş, mexaniki cəhətdən möhkəm korpusa malik olmalı, səthə və ya içəri montaj üçün uyğun olmalıdır. Elektrik kontaktları etibarlı işləməni təmin etməli, nominal iş gərginliyi yanğınsöndürmə idarəetmə paneli ilə uyğun olmalıdır. | 4 | ədəd |
| 26 | Səthə quraşdırılan əl ilə işə salma düyməsi (Release Manual Call Point) və ya ekvivalenti olmalıdır. Qazlı yanğınsöndürmə sistemlərində söndürmə agentinin əl ilə buraxılmasını təmin edən səthə montaj tipli idarəetmə düyməsi. Qurğu qırılan və ya sıxılan qoruyucu element vasitəsilə təsadüfi işə düşmədən qorunmalı, aktivləşdirildikdə söndürmə idarəetmə panelinə buraxılış siqnalı ötürməlidir. Korpus zərbəyə davamlı materialdan hazırlanmalı, qırmızı rəngdə və üzərində aydın görünən müvafiq xəbərdaredici nişanlar olmalıdır. Elektrik kontaktları etibarlı işləməni təmin etməli, quraşdırılması və texniki xidməti asan olmalıdır və ya ekvivalenti omalıdır. | 4 | ədəd |
| 27 | İşıqlı səs siqnalizatoru (Fləşli sirena / Strob işıqlı sirena) Yanğın siqnalizasiya və qazlı yanğınsöndürmə sistemlərində həyəcan vəziyyəti zamanı səsli və işıqlı xəbərdarlığın verilməsi üçün nəzərdə tutulmuş xəbərdarlıq qurğusu. Qurğu eyni vaxtda yüksək səs siqnalı və yüksək intensivlikli LED strob (fləş) işıq siqnalı verməlidir | 8 | ədəd |
| 28 | 6 düymlük, 24 V DC yanğın zəngi Yanğın siqnalizasiya sistemlərində həyəcan siqnalının səsli şəkildə bildirilməsi üçün nəzərdə tutulmuş elektromexaniki yanğın zəngi. Zəngin diametri 6 düym (təxminən 150 mm), nominal iş gərginliyi 24 V DC olmalıdır. | 4 | ədəd |
| 29 | Nəqliyyat və Quraşdırma Materialları Quraşdırma materialları bu sistemin quraşdırılması üçün bütün kompanentləri nəzərə almalıdır. | 1 | ədəd |
| 30 | İşçilik xərcləri Təchiz ediləcək avadanlıqların və materialların quraşdırılması, montajı, sazlanması, işə salınması, funksional sınaqlarının aparılması, bütün zəruri əmək resurslarının, alət və avadanlıqların, nəqliyyat və köməkçi materialların təmin edilməsi daxil olmaqla işlərin qüvvədə olan normativ sənədlərə və texniki təhlükəsizlik tələblərinə uyğun şəkildə tam və keyfiyyətli icrası. | 1 | ədəd |
| 31 | Yeni Yanğınsöndürən balon Co2 5 kq Tipi: Karbon qazlı (CO₂) daşınan yanğınsöndürən. Söndürücü maddə: 5 kq ±2% karbon qazı (CO₂). Yanğın sinfi: B və elektrik avadanlıqlarında (1000 V-a qədər, minimum 1 m məsafədən) istifadə üçün yararlı olmalıdır. Minimum söndürmə qabiliyyəti: 89B. İş təzyiqi: 174 bar (20°C-də). Sınaq təzyiqi: Minimum 250 bar. Balon gövdəsi yüksək möhkəmlikli tikişsiz poladdan hazırlanmalıdır. Balon üzəri elektrostatik toz boya ilə korroziyaya qarşı qorunmalıdır. Ventil pirinç materialdan hazırlanmalı və təhlükəsizlik klapanına malik olmalıdır. Boşaltma sistemi izolyasiyalı (donmaya qarşı) uclu şlanq və ya horn tipli çıxış borusu ilə təchiz olunmalıdır. İşləmə temperaturu: -30°C-dən +60°C-dək. Divara bərkidilməsi üçün metal kronşteyn dəstinə malik olmalıdır. Yenidən doldurula bilən və texniki xidmət üçün yararlı olmalıdır. İstehsal ili yeni olmalı və təhvil zamanı istifadə müddəti bitməmiş olmalıdır.EN standartına uyğun olmalıdır. | 245 | ədəd |
| 32 | Yanğın söndürən balonların dolumu QKT - 6kq Texniki xidmət və dolum zamanı yanğınsöndürən balonların yararsız ehtiyat hissələrinin yenisi ilə əvəzlənməsi icraçının öhdəliyindədir. | 47 | ədəd |
| 33 | Yanğın söndürən balonların dolumu QKT - 4kq Texniki xidmət və dolum zamanı yanğınsöndürən balonların yararsız ehtiyat hissələrinin yenisi ilə əvəzlənməsi icraçının öhdəliyindədir. | 4 | ədəd |
| 34 | Yanğın söndürən balonların dolumu QKT - 2kq Texniki xidmət və dolum zamanı yanğınsöndürən balonların yararsız ehtiyat hissələrinin yenisi ilə əvəzlənməsi icraçının öhdəliyindədir. | 8 | ədəd |
| 35 | Yeni Yanğınsöndürən balon QKT 25 kq Tipi: Quru kimyəvi tozlu (ABC) Tozun miqdarı: 25 kq Yanğın sinifləri: A, B, C və elektrik avadanlıqları (1000 V-a qədər) Söndürmə maddəsi: ABC quru kimyəvi toz İtələyici qaz: Azot (N₂) Balon materialı: Yüksək möhkəmlikli polad İşçi təzyiqi: Təxminən 14–18 bar Sınaq təzyiqi: İstehsalçı standartına uyğun Manometr: Mövcud Təhlükəsizlik klapanı: Mövcud Şlanq: Yüksək təzyiqli, püskürtmə başlığı ilə İşləmə temperaturu: -30°C-dən +60°C-yə qədər Korroziyaya davamlı boya örtüyü Yenidən doldurula bilən konstruksiya | 5 | ədəd |
Satınalmalarının 5 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 28 iyl 2026
son qələbə 09 sen 2026
son qələbə 08 sen 2026
son qələbə 02 sen 2026