Sifarişçi: "İNNOVASİYA VƏ TƏCHİZAT MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
23 satınalma, 12 müxtəlif qalib
Ən çox udan: "VİTTA ELMİ-TEXNİKİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (5, 21.7%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.05% ilə 81.06% arasında aşağı düşüblər, medianı 16.63%.
Bu tender üçün bu 4.595.668 ₼ ilə 4.011.106 ₼ arasıdır.
911.243 ₼ məbləğindən aşağı heç kim udmayıb.
1.025 ₼
Sənədlər 25 ₼ + iştirak 1.000 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | MRT sistemi və Faradey Qəfəsi 1. MRT sistemi və Faradey Qəfəsi 1.5 Tesla maqnit sahə gücünə malik MRT sistemi təqdim edilməlidir. Pasiyent tunelinin (bore) diametri minimum 60 sm olmalıdır. Maqnit sistemi hermetik qapalı, az helium tutumlu soyutma texnologiyasına malik olmalıdır. Maqnitin soyudulması üçün istifadə olunan maye heliumun həcmi maksimum 1 litr olmalı və sistem normal istismar müddətində əlavə helium doldurulmasını tələb etməməlidir. Maqnit sistemi xarici helium boşaltma borusunun (quench pipe) quraşdırılmasını tələb etməməlidir. Maqnit sistemi istehsalçı tərəfindən nəzərdə tutulmuş avtomatik işə salma və dayandırma funksiyalarına malik olmalıdır. 2. RF sistemi Sistem çoxkanallı RF qəbuletmə texnologiyasına malik olmalı və bir skan zamanı eyni vaxtda işləyən minimum 24 müstəqil RF qəbuledici kanalını dəstəkləməlidir. RF sistemi müxtəlif anatomik nahiyələrin müayinəsi üçün çoxelementli qəbuledici koillərin istifadəsini dəstəkləməlidir. 3. Gradient sistemi Gradient sistemi nevroloji, ortopedik, abdominal, kardioloji, damar və diffuziya MRT müayinələrinin, həmçinin sürətli və yüksək rezolyusiyalı 2D və 3D görüntüləmənin aparılmasını təmin etməlidir. Gradient sistemi təklif olunan MRT sisteminin klinik proqramlarının və sürətləndirilmiş görüntüləmə texnologiyalarının tam funksional istifadəsini təmin etməlidir. 4. Klinik tətbiqlər Sistem ən azı aşağıdakı klinik müayinələrin aparılmasını təmin etməlidir: * nevroloji MRT; * baş və boyun MRT; * onurğa sütunu MRT; * döş qəfəsi MRT; * ürək MRT; * MR angiografiya; * prostat MRT; * abdominal və çanaq MRT; * diz, çiyin, omba və digər oynaq MRT; * bütün bədən MRT; * diffuziya çəkili görüntüləmə (DWI). Ürək müayinələrinin avtomatlaşdırılması üçün müvafiq proqram təminatı təqdim edilməlidir. 5. Avtomatlaşdırılmış müayinə və planlaşdırma Sistem müayinə iş axınının sürətləndirilməsi, standartlaşdırılması və optimallaşdırılması üçün avtomatlaşdırma və süni intellekt əsaslı texnologiyalara malik olmalıdır. Beyin müayinələrində anatomik strukturların avtomatik tanınması əsasında kəsik qruplarının avtomatik yerləşdirilməsi və standartlaşdırılmış orientasiyası təmin edilməlidir. Beyin və diz müayinələri üçün avtomatlaşdırılmış müayinə iş axınları təmin edilməlidir. Boyun, toraks və onurğa sütunu müayinələrinin planlaşdırılmasını və iş axınını asanlaşdıran avtomatlaşdırılmış funksiyalar təmin edilməlidir. Pasiyentin yerləşdirilməsi və müayinə sahəsinin seçilməsi sadələşdirilmiş idarəetmə interfeysi vasitəsilə həyata keçirilə bilməlidir. 6. MR şərti implantlar Sistem geniş spektrli aktiv və passiv MR Conditional implantları olan pasiyentlərin müayinəsini dəstəkləməlidir. B1+rms və/və ya SAR məhdudiyyətləri tələb edən implantların müayinəsi üçün uyğun iş axını və parametr nəzarəti təmin edilməlidir. 7. Akustik səs-küyün azaldılması Sistem nevroloji və ortopedik müayinələr daxil olmaqla uyğun klinik ardıcıllıqlarda səs təzyiqi səviyyəsinin ən azı 70%-dək azaldılmasını təmin edən texnologiyaya malik olmalıdır. 8. Böyük anatomik sahələrin və bütün bədənin görüntülənməsi Sistem bütün bədən, bütün onurğa və böyük anatomik sahələrin görüntülənməsini və müayinənin planlaşdırılmasını təmin etməlidir. Böyük anatomik sahələr üçün müxtəlif mövqelərdə əldə edilmiş görüntülərin avtomatik birləşdirilməsi və genişləndirilmiş baxış sahəsinin yaradılması mümkün olmalıdır. Transversal, koronal və sagittal rekonstruksiyaların inline şəkildə hesablanması və sonrakı müayinələrin planlaşdırılması üçün göstərilməsi mümkün olmalıdır. 9. Diffuziya görüntüləmə Sistem beyin, onurğa, döş və prostat üçün anatomik cəhətdən dəqiq diffuziya çəkili görüntüləmə imkanına malik olmalıdır. Adi diffuziya görüntüləri ilə müqayisədə həssaslıq artefaktlarının və geometrik təhriflərin azaldılmasına imkan verən texnologiya təmin edilməlidir. Yüksək rezolyusiyalı və aşağı təhrifli DWI görüntülərinin əldə edilməsi üçün çoxçəkili, seqmentləşdirilmiş EPI və/və ya funksional ekvivalent texnologiya təmin edilməlidir. Bütün bədən diffuziyasında stansiyalararası və onurğa nahiyəsində yaranan artefaktların azaldılması və SNR göstəricisinin qorunmasına imkan verən texnologiya təmin edilməlidir. 10. Metal artefaktlarının azaldılması Ortopedik metal implantların yaratdığı həssaslıq və digər görüntü artefaktlarının azaldılması üçün optimallaşdırılmış proqram və görüntüləmə texnologiyaları təqdim edilməlidir. 11. Süni intellekt əsaslı görüntü rekonstruksiyası Sistem süni intellekt əsaslı görüntü rekonstruksiyası texnologiyasına malik olmalıdır. Təqdim olunan texnologiya görüntü keyfiyyətinin və siqnal-küy nisbətinin (SNR) yaxşılaşdırılmasını təmin etməklə müayinə müddətinin azaldılmasına imkan verməlidir. 12. Pasiyent masası Pasiyent masası motorlaşdırılmış üfüqi və şaquli hərəkət imkanına malik olmalıdır. Masanın konstruksiyası minimum 250 kq pasiyent çəkisini dəstəkləməlidir. Pasiyent masası minimum 1500 mm uzunluğunda skan diapazonunu təmin etməlidir. Masa və idarəetmə interfeysi pasiyentin sürətli və asan yerləşdirilməsinə imkan verməlidir. 13. RF koillər Sistem aşağıdakı RF koillərlə komplektləşdirilməlidir: * onurğa sütunu üçün coil – 1 ədəd; * baş/boyun üçün coil – 1 ədəd; * ürək, çiyin, bud-çanaq oynağı, diz, tam əl və tam ayaq müayinələrinə uyğun orta ölçülü universal Flex coil – 1 ədəd; * döş qəfəsi, ürək, qarın boşluğu, çanaq, bud-çanaq oynaqları və damar sistemi müayinələrinə uyğun böyük ölçülü universal Flex coil – 1 ədəd; * diz müayinələri üçün xüsusi çoxelementli coil – 1 ədəd. 14. İş stansiyaları və proqram təminatı MRT sistemi həkim iş stansiyası və müvafiq sistem proqram təminatı ilə komplektləşdirilməlidir. İş stansiyası əlavə görüntü emalı və klinik baxış təmin etməlidir. Sistem uyğun klaviatura və 24 düymlük monitor ilə komplektləşdirilməlidir. 15. Pasiyentin monitorinqi və kommunikasiya Sistem MRT mühitinə uyğun pasiyent fizioloji monitorinq vasitələri ilə təmin edilməlidir. Operator ilə pasiyent arasında fasiləsiz audio-vizual əlaqəni təmin edən inteqrasiya olunmuş kommunikasiya sistemi təqdim edilməlidir. Pasiyentin müayinəyə hazırlanması və məlumatlandırılması üçün müvafiq vasitələr təqdim edilməlidir. 16. Əlavə komplektasiya Təchizatın tərkibinə aşağıdakılar daxil edilməlidir: * MRT mühitinə uyğun nonmagnetic əlil arabası – 1 ədəd; * MRT mühitinə uyğun nonmagnetic pasiyent xərəyi – 1 ədəd; * MRT cihazı üçün xüsusi inyektor – 1 ədəd; * MRT sisteminə uyğun elektrik paylayıcı qurğu – 1 ədəd. 17. Faraday qəfəsi MRT sistemi uyğun RF ekranlaşdırılmış Faraday qəfəsi ilə birlikdə təqdim edilməlidir. Faraday qəfəsinin komplektinə RF ekranlaşdırma konstruksiyası, RF travers elementləri, müvafiq filtr elementləri və MRT otağı üçün LED işıqlandırma daxil olmalıdır. Faraday qəfəsinin quraşdırılması və MRT sistemi ilə uyğunlaşdırılması təmin edilməlidir. 18. Quraşdırma, təlim, zəmanət və servis MRT cihazının quraşdırılması və işə salınması təchizatçı tərəfindən həyata keçirilməlidir. Quraşdırma üçün tələb olunan layihələndirmə və avadanlığın yerləşdirilməsi çertyojları təqdim edilməlidir. Sistem quraşdırıldıqdan və işə salındıqdan sonra istifadəçilər üçün mərhələli istifadəçi təlimləri keçirilməlidir. Cihaza ehtiyat hissələri və servis xidmətləri daxil olmaqla 12 ay zəmanət verilməlidir. Tenderdə iştirak edən və təklif verən şirkət təklif etdiyi MRT cihazının istehsalçısı tərəfindən müvafiq qaydada avtorizə olunmalı və rəsmi satış hüququna malik olmalıdır. Şirkətin Azərbaycanda fəaliyyət göstərən, təklif olunan avadanlıq üzrə müvafiq təlim keçmiş və sertifikatlaşdırılmış servis mühəndisi olmalıdır. | 1 | ədəd |
| 2 | MRT Faraday qəfəssiz 1. MRT sistemi 1.5 Tesla maqnit sahə gücünə malik MRT sistemi təqdim edilməlidir. Pasiyent tunelinin (bore) diametri minimum 60 sm olmalıdır. Maqnit sistemi hermetik qapalı, az helium tutumlu soyutma texnologiyasına malik olmalıdır. Maqnitin soyudulması üçün istifadə olunan maye heliumun həcmi maksimum 1 litr olmalı və sistem normal istismar müddətində əlavə helium doldurulmasını tələb etməməlidir. Maqnit sistemi xarici helium boşaltma borusunun (quench pipe) quraşdırılmasını tələb etməməlidir. Maqnit sistemi istehsalçı tərəfindən nəzərdə tutulmuş avtomatik işə salma və dayandırma funksiyalarına malik olmalıdır. 2. RF sistemi Sistem çoxkanallı RF qəbuletmə texnologiyasına malik olmalı və bir skan zamanı eyni vaxtda işləyən minimum 24 müstəqil RF qəbuledici kanalını dəstəkləməlidir. RF sistemi müxtəlif anatomik nahiyələrin müayinəsi üçün çoxelementli qəbuledici koillərin istifadəsini dəstəkləməlidir. 3. Gradient sistemi Gradient sistemi nevroloji, ortopedik, abdominal, kardioloji, damar və diffuziya MRT müayinələrinin, həmçinin sürətli və yüksək rezolyusiyalı 2D və 3D görüntüləmənin aparılmasını təmin etməlidir. Gradient sistemi təklif olunan MRT sisteminin klinik proqramlarının və sürətləndirilmiş görüntüləmə texnologiyalarının tam funksional istifadəsini təmin etməlidir. 4. Klinik tətbiqlər Sistem ən azı aşağıdakı klinik müayinələrin aparılmasını təmin etməlidir: * nevroloji MRT; * baş və boyun MRT; * onurğa sütunu MRT; * döş qəfəsi MRT; * ürək MRT; * MR angiografiya; * prostat MRT; * abdominal və çanaq MRT; * diz, çiyin, omba və digər oynaq MRT; * bütün bədən MRT; * diffuziya çəkili görüntüləmə (DWI). Ürək müayinələrinin avtomatlaşdırılması üçün müvafiq proqram təminatı təqdim edilməlidir. 5. Avtomatlaşdırılmış müayinə və planlaşdırma Sistem müayinə iş axınının sürətləndirilməsi, standartlaşdırılması və optimallaşdırılması üçün avtomatlaşdırma və süni intellekt əsaslı texnologiyalara malik olmalıdır. Beyin müayinələrində anatomik strukturların avtomatik tanınması əsasında kəsik qruplarının avtomatik yerləşdirilməsi və standartlaşdırılmış orientasiyası təmin edilməlidir. Beyin və diz müayinələri üçün avtomatlaşdırılmış müayinə iş axınları təmin edilməlidir. Boyun, toraks və onurğa sütunu müayinələrinin planlaşdırılmasını və iş axınını asanlaşdıran avtomatlaşdırılmış funksiyalar təmin edilməlidir. Pasiyentin yerləşdirilməsi və müayinə sahəsinin seçilməsi sadələşdirilmiş idarəetmə interfeysi vasitəsilə həyata keçirilə bilməlidir. 6. MR şərti implantla Sistem geniş spektrli aktiv və passiv MR Conditional implantları olan pasiyentlərin müayinəsini dəstəkləməlidir. B1+rms və/və ya SAR məhdudiyyətləri tələb edən implantların müayinəsi üçün uyğun iş axını və parametr nəzarəti təmin edilməlidir. 7. Akustik səs-küyün azaldılması Sistem nevroloji və ortopedik müayinələr daxil olmaqla uyğun klinik ardıcıllıqlarda səs təzyiqi səviyyəsinin ən azı 70%-dək azaldılmasını təmin edən texnologiyaya malik olmalıdır. 8. Böyük anatomik sahələrin və bütün bədənin görüntülənməsi Sistem bütün bədən, bütün onurğa və böyük anatomik sahələrin görüntülənməsini və müayinənin planlaşdırılmasını təmin etməlidir. Böyük anatomik sahələr üçün müxtəlif mövqelərdə əldə edilmiş görüntülərin avtomatik birləşdirilməsi və genişləndirilmiş baxış sahəsinin yaradılması mümkün olmalıdır. Transversal, koronal və sagittal rekonstruksiyaların inline şəkildə hesablanması və sonrakı müayinələrin planlaşdırılması üçün göstərilməsi mümkün olmalıdır. 9. Diffuziya görüntüləmə Sistem beyin, onurğa, döş və prostat üçün anatomik cəhətdən dəqiq diffuziya çəkili görüntüləmə imkanına malik olmalıdır. Adi diffuziya görüntüləri ilə müqayisədə həssaslıq artefaktlarının və geometrik təhriflərin azaldılmasına imkan verən texnologiya təmin edilməlidir. Yüksək rezolyusiyalı və aşağı təhrifli DWI görüntülərinin əldə edilməsi üçün çoxçəkili, seqmentləşdirilmiş EPI və/və ya funksional ekvivalent texnologiya təmin edilməlidir. Bütün bədən diffuziyasında stansiyalararası və onurğa nahiyəsində yaranan artefaktların azaldılması və SNR göstəricisinin qorunmasına imkan verən texnologiya təmin edilməlidir. 10. Metal artefaktlarının azaldılması Ortopedik metal implantların yaratdığı həssaslıq və digər görüntü artefaktlarının azaldılması üçün optimallaşdırılmış proqram və görüntüləmə texnologiyaları təqdim edilməlidir. 11. Süni intellekt əsaslı görüntü rekonstruksiyası Sistem süni intellekt əsaslı görüntü rekonstruksiyası texnologiyasına malik olmalıdır. Təqdim olunan texnologiya görüntü keyfiyyətinin və siqnal-küy nisbətinin (SNR) yaxşılaşdırılmasını təmin etməklə müayinə müddətinin azaldılmasına imkan verməlidir. 12. Pasiyent masası Pasiyent masası motorlaşdırılmış üfüqi və şaquli hərəkət imkanına malik olmalıdır. Masanın konstruksiyası minimum 250 kq pasiyent çəkisini dəstəkləməlidir. Pasiyent masası minimum 1500 mm uzunluğunda skan diapazonunu təmin etməlidir. Masa və idarəetmə interfeysi pasiyentin sürətli və asan yerləşdirilməsinə imkan verməlidir. 13. RF koillər Sistem aşağıdakı RF koillərlə komplektləşdirilməlidir: * onurğa sütunu üçün coil – 1 ədəd; * baş/boyun üçün coil – 1 ədəd; * ürək, çiyin, bud-çanaq oynağı, diz, tam əl və tam ayaq müayinələrinə uyğun orta ölçülü universal Flex coil – 1 ədəd; * döş qəfəsi, ürək, qarın boşluğu, çanaq, bud-çanaq oynaqları və damar sistemi müayinələrinə uyğun böyük ölçülü universal Flex coil – 1 ədəd; * diz müayinələri üçün xüsusi çoxelementli coil – 1 ədəd. 14. İş stansiyaları və proqram təminatı MRT sistemi operator iş stansiyası və müvafiq sistem proqram təminatı ilə komplektləşdirilməlidir. İş stansiyası əlavə görüntü emalı və klinik baxış təmin etməlidir. Sistem uyğun klaviatura və 24 düymlük monitor ilə komplektləşdirilməlidir. 15. Pasiyentin monitorinqi və kommunikasiya Sistem MRT mühitinə uyğun pasiyent fizioloji monitorinq vasitələri ilə təmin edilməlidir. Operator ilə pasiyent arasında fasiləsiz audio-vizual əlaqəni təmin edən inteqrasiya olunmuş kommunikasiya sistemi təqdim edilməlidir. Pasiyentin müayinəyə hazırlanması və məlumatlandırılması üçün müvafiq vasitələr təqdim edilməlidir. 16. Əlavə komplektasiya Təchizatın tərkibinə aşağıdakılar daxil edilməlidir: * MRT mühitinə uyğun nonmagnetic əlil arabası – 1 ədəd; * MRT mühitinə uyğun nonmagnetic pasiyent xərəyi – 1 ədəd; * MRT cihazı üçün xüsusi inyektor – 1 ədəd; * MRT sisteminə uyğun elektrik paylayıcı qurğu – 1 ədəd. 17. Quraşdırma, təlim, zəmanət və servis Mövcud Magnetom Essenza MRT cihazının demontajı, yeni sistemin quraşdırılması və mövcud faradey qəfəsinin quraşdırılması ilə əlaqədar müvafiq işlər təmin edilməlidir. MRT cihazının quraşdırılması və işə salınması təchizatçı tərəfindən həyata keçirilməlidir. Quraşdırma üçün tələb olunan layihələndirmə və avadanlığın yerləşdirilməsi çertyojları təqdim edilməlidir. Sistem quraşdırıldıqdan və işə salındıqdan sonra istifadəçilər üçün mərhələli istifadəçi təlimləri keçirilməlidir. Cihaza ehtiyat hissələri və servis xidmətləri daxil olmaqla 12 ay zəmanət verilməlidir. Tenderdə iştirak edən və təklif verən şirkət təklif etdiyi MRT cihazının istehsalçısı tərəfindən müvafiq qaydada avtorizə olunmalı və rəsmi satış hüququna malik olmalıdır. Şirkətin Azərbaycanda fəaliyyət göstərən, təklif olunan avadanlıq üzrə müvafiq təlim keçmiş və sertifikatlaşdırılmış servis mühəndisi olmalıdır. | ||
| 3 | MRT üçün Çiller soyutma sistemi Cihaz MRT üçün nəzərdə tutulur. Soyutma qabiliyyəti minimal olaraq 45kW, soyutma temperatur dərəcəsi 6-14 °C, maksimal işçi təzyiqi 6 bar, axın dəqiqədə 90L olmalıdır. İşləmə rejimi daimi 24/7 olmalıdır. Təklif verən şirkətin Azərbaycanda fəaliyyət göstərən rəsmi servis xidməti və avadanlıq üzrə yerində təmir və quraşdırma xidməti həyata keçirə biləcək texniki işçi heyəti olmalıdır. Köhnə istismara yararsız cihazın demontaj edilməsi və yeni cihazın montaj olunması şirkət tərəfindən həyata keçirilməlidir | 4 | ədəd |
| 4 | MRT üçün UPS sistemi Komplektə 1 ədəd minimum 160 kVA on-line double conversion üçfazalı UPS sistemi, UPS-ə uyğun batareya kabineti, minimum 10 dəqiqə avtonom işləmə üçün hesablanmış VRLA AGM/GEL və ya ekvivalent batareya dəsti, avtomatik bypass, manual maintenance bypass, SNMP və ya ekvivalent monitorinq kartı, batareya qoruyucu açarı, giriş-çıxış bağlantı elementləri, enerji kabelləri, istifadəçi təlimatı və sistemin işləməsi üçün zəruri əsas aksesuarlar (bağlantı kabellər və s) daxil olmalıdır.Giriş gərginliyi 380/400/415 V AC, 3 faza, 50 Hz şəbəkəyə uyğun olmalıdır. Çıxış gərginliyi 380/400/415 V AC, 3 faza, 50 Hz olmalıdır. Çıxış dalğa forması sinusoidal olmalı və cihazının həssas elektron modullarının stabil işləməsinə uyğun olmalıdır.Çıxış xəttlərinin MRT cihazı ilə qalvanik bağlantısının kəsilməsi və şəbəkə maneələri və küylərdən izolyasiya olunması üçün UPS sistemi izolyasiya edici transformator və filterlə təchiz edilməlidir. Ehtiyac olunan yerlərdə köhnə istismara yararsız UPS-in demontaj edilməsi və yeni cihazın montaj olunması şirkət tərəfindən həyata keçirilməlidir | 2 | ədəd |
| 1 |
| ədəd |
Satınalmalarının 183 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 17 sen 2026
son qələbə 17 avq 2026
son qələbə 04 may 2026
son qələbə 29 sen 2025
son qələbə 12 dek 2025