Sifarişçi: MƏDƏNİYYƏT NAZİRLİYİ MUZEY MƏRKƏZİ BİNASININ İNZİBATİ VƏ TƏSƏRRÜFAT MÜDİRİYYƏTİ
Bu sifarişçi üzrə tarixçə yoxdur. Bazarda bu kateqoriyada 7021 satınalmanı 1381 müxtəlif təchizatçı udub: sahə açıqdır.
7021 satınalma, 1381 müxtəlif qalib
Ən çox udan: "OFİS-A.M." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (223, 3.2%)
Əsas: bu kateqoriya, bütün sifarişçilər
Qaliblər ehtimal olunan qiymətdən 0.04% ilə 71.06% arasında aşağı düşüblər, medianı 14.82%.
Bu tender üçün bu 43.661 ₼ ilə 38.813 ₼ arasıdır.
13.187 ₼ məbləğindən aşağı heç kim udmayıb.
116 ₼
Sənədlər 25 ₼ + iştirak 91 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Indoor kamera Rəqəmsal kamera tip 1 1/2.9" Progressive Scan CMOS sensoru əsasında hazırlanmalı və gündüz və gecə işıqlandırma şəraitində yüksək görüntü keyfiyyəti ilə 2560 × 1440 (4 MP) maksimal ayırdetmə minimum 20 fps və daha yüksək qabiliyyətini təmin etməlidir. Kamera F1.6 (AGC ON) şəraitində işıqlandırma səviyyəsi ən azı ≤ 0.01 Lux olduqda rəngli çəkilişi, infraqırmızı işıqlandırma ilə 0 Lux səviyyəsində isə qara-ağ çəkilişi dəstəkləməli, həmçinin gün/gecə rejimlərinin düzgün keçidi üçün mexaniki IR-cut filtrə malik olmalıdır. Ekspozisiya diapazonu 1/3 saniyədən 1/100 000 saniyəyədək olmalı, sürətlə dəyişən səhnələrdə düzgün işləməni təmin etməlidir. Kamera 2,8 mm fokus məsafəsinə malik sabit obyektivlə təchiz olunmalı, üfüqi baxış bucağı ən azı ~ 98°, şaquli ~ 54° və diaqonal ~114° olmalı, M12 tipli bərkidilməyə, F1.6 sabit diyaframa və Pan 0–360°, Tilt 0–180°, Rotate 0–360° oxları üzrə dəqiq mexaniki tənzimləmə imkanına malik olmalıdır. 2,8 mm obyektiv üçün DORI göstəriciləri minimum EN 62676-4 standartının tövsiyələrinə uyğun olaraq ən azı 63 m (aşkarlama), 25 m (müşahidə), 12 m (tanıma) və 6 m (identifikasiya) təşkil etməlidir. Kamera ağıllı idarəetməli (Smart IR), dalğa uzunluğu ən azı 850 nm olan və effektiv işıqlandırma məsafəsi minimum 60-80 aralıqda metrədək olan daxili infraqırmızı işıqlandırmaya malik olmalı, səhnənin bərabər işıqlandırılmasını və artıq işıqlanmanın qarşısının alınmasını təmin etməlidir. Video axınları H.265+/H.265/H.264+/H.264 dəstəyi ilə bir neçə axında formalaşdırılmalı, bitreyt 32 Kbit/s–8 Mbit/s diapazonunda, CBR/VBR axın idarəetməsi və əsas və əlavə axınlar üçün bir maraq zonasının (ROI) təyin edilməsi imkanı təmin edilməlidir. Əsas video axını 2560×1440 ayırdetmədə minimum 20 fps, Full HD-də isə 25/30 fps-i, əlavə axın 30 fps-i, üçüncü servis axını isə 1 fps-i dəstəkləməlidir. Kamera səs-küyün filtrasiyası ilə mono audio, daxili mikrofon və 8/16 kHz diskretləşmə tezliyi ilə G.711, G.722.1, G.726, MP2L2, PCM, AAC-LC audio kodeklərini dəstəkləməlidir. Şəbəkə funksiyaları TCP/IP, HTTP/HTTPS, RTSP, RTP, ONVIF (Profile S/T/G) uyğunluğu və istehsalçıya məxsus SDK protokollarının dəstəyini, həmçinin TLS 1.2/1.3, 802.1X, istifadəçi autentifikasiyası və təhlükəsizlik jurnalından istifadə etməklə bağlantıların qorunmasını əhatə etməlidir. Kamera hüquqların bölgüsü ilə istifadəçi 32+ istifadəçiyə və eyni vaxtda 6+ baxış kanalına qədər dəstək verməlidir. Analitika hissəsində kamera hədəflərin (insan/nəqliyyat) təsnifatı ilə hərəkət deteksiyasını, xəttin keçilməsi və zonaya müdaxilə kimi əsas intellektual hadisələri, həmçinin məxfi zonaların maskalanması funksiyalarını (ən azı 4 poliqonal maska) dəstəkləməlidir. Məlumatların saxlanması üçün 512 GB-dək microSD kart dəstəyi nəzərdə tutulmalıdır. Kamera RJ-45 10/100 Mbit/s şəbəkə interfeysinə, 12 VDC və PoE IEEE 802.3af qidalanmasına malik olmalı, maksimal enerji istehlakı 8,5 Vt-dan çox olmamalı, IP67 qoruma sinifli korpusa, −30 °C-dən +60 °C-dək iş temperaturu diapazonuna və CE, FCC, RoHS tələblərinə uyğunluğa malik olmalıdır. | 40 | ədəd |
| 2 | outdoor kamera IP Bullet kamera dərin öyrənmə alqoritmlərinin tətbiqi və “insan” və “nəqliyyat” hədəflərinin təsnifatı texnologiyası ilə videomüşahidəni təmin etməli, həyəcan siqnallarının effektivliyini və dəqiqliyini artırmalı, mövcud kibertəhlükəsizlik norma və tələblərinə uyğun olaraq terminalın, məlumatların, tətbiqlərin, şəbəkənin və məxfiliyin kompleks qorunmasını nəzərdə tutan security by design prinsiplərini dəstəkləməlidir.Dərin öyrənmə əsaslı insan və nəqliyyat təsnifatı funksiyalarını dəstəkləməlidir, Daxili süni intellekt emalı üçün kifayət qədər hesablama və yaddaş resurslarına malik olmalı, 1/1.8" Progressive Scan CMOS sensoru əsasında 8 MP (3840 × 2160) təsvir ölçüsündə yüksək keyfiyyətli görüntünü təmin etməli, rəngli rejimdə 0.003 Lux-a qədər minimal işıqlandırmanı və İR işıqlandırma ilə 0 Lux şəraitində işləməyi dəstəkləməli, üfüqi üzrə ən azı 108°, şaquli üzrə 53° və diaqonal üzrə 133° baxış bucaqlarına, F1.6 aperturaya və DORI göstəriciləri minimum D 97-100 m / O 38-40 m / R 19-21 m / I 9-10 m olan azı 2.8 mm sabit obyektivə malik olmalıdır. Kamera intellektual idarəetmə ilə minimum 90 m-ə qədər İR işıqlandırmanı, minimum 120 dB həqiqi WDR-ni, H.265+/H.265/H.264+/H.264 video sıxılma texnologiyalarını, dördədək videostreami, 32 Kbps-dən 16 Mbps-dək bitreyt diapazonunu, ROI, hədəflərin kəsilməsi, SVC miqyaslana bilən video kodlaşdırmanı, G.711/G.722.1/G.726/MP2L2/PCM/MP3/AAC-LC dəstəyi ilə mono audio və səs-küyün filtrasiyasını dəstəkləməlidir. Kamera IPv4/IPv6, HTTPS, RTSP, ONVIF Profile S/G/T şəbəkə protokollarını, rol əsaslı giriş modeli ilə 32-yə qədər istifadəçini, NAS və minimum 512 GB-a qədər microSD yaddaş kartlarını, hədəf növünə görə filtrasiya ilə perimetr mühafizəsi (xəttin keçilməsi, müdaxilə, zonaya giriş və çıxış), üzlərin tutulması və insanların sayılması daxil olmaqla intellektual analitika funksiyalarını, həyəcan giriş və çıxışlarını, audio interfeysləri, 12 VDC və PoE IEEE 802.3at ilə qidalanmanı və 16 W-dan çox olmayan enerji sərfiyyatını dəstəkləməlidir. Kamera ən azı IP67 qoruma sinfinə malik metal korpusa, −30 °C-dən +60 °C-dək iş temperaturu diapazonuna, hadisə jurnallarının və sistem funksiyalarının dəstəyinə malik olmalı, həmçinin beynəlxalq EMC standartlarına uyğun olmalıdır. | 9 | ədəd |
| 3 | POE switch 12 port Təqdim edilən şəbəkə kommutatoru Enterprise səviyyəli, Layer 2 (L2) idarəolunan switch olmalı, Web, CLI və SSH üzərindən tam idarəetməni dəstəkləməlidir. Kommutator minimum 12 ədəd 10/100/1000 Mbps Gigabit Ethernet RJ45 portuna malik olmalı, bu portlar Class 4 PoE (IEEE 802.3af/at) dəstəyi təmin etməsi tələb olunur. Ümumi PoE güc büdcəsi minimum 139 W olmalıdır. Yuxarı səviyyəli bağlantılar üçün minimum 2 ədəd SFP uplink portu (1G SFP) mövcud olmalıdır. Kommutator bloklanmayan arxitektura əsasında işləməli, switching capacity minimum 32 Gbps, forwarding rate minimum 23,8 Mpps səviyyəsində olmalıdır. Şəbəkə təhlükəsizliyi məqsədilə VLAN (802.1Q), Access Control Lists (ACL), Port Security, Storm Control, DHCP Snooping, Loop Protection və IEEE 802.1X autentifikasiya mexanizmləri dəstəklənməlidir. Avadanlıq STP/RSTP, LLDP, Link Aggregation (LACP – IEEE 802.3ad), QoS (802.1p/DSCP) və IGMP Snooping funksiyalarını təmin etməlidir. İdarəetmə və monitorinq üçün SNMP v2c/v3, Syslog, NTP və Remote firmware update imkanları mövcud olmalıdır. Kommutator fanless (səssiz) dizayna malik olmalı və ofis mühitində fasiləsiz istismara uyğun olmalıdır. Elektrik təchizatı AC 100–240 V, 50/60 Hz aralığında işləməli, enerji səmərəliliyi və davamlı istismar təmin edilməlidir. Korpus desktop və ya divara montaj üçün uyğun olmalı, avadanlıq 0°C – +45°C iş temperaturu intervalında stabil işləməlidir. Cihaz CE, FCC və sənaye uyğunluq sertifikatlarına malik olmalıdır. | 3 | ədəd |
| 4 | POE switch 24 port Təqdim edilən şəbəkə kommutatoru Enterprise səviyyəli, Layer 2 (L2) idarəolunan switch olmalı, Web, CLI və SSH üzərindən tam idarəetməni dəstəkləməlidir. Kommutator minimum 24 ədəd 10/100/1000 Mbps Gigabit Ethernet RJ45 portuna malik olmalı, bu portlar PoE dəstəyi təmin etməsi tələb olunur. Ümumi PoE güc büdcəsi minimum 370 W olmalıdır. Yuxarı səviyyəli bağlantılar üçün minimum 4 ədəd SFP uplink portu (1G SFP) mövcud olmalıdır. Kommutator bloklanmayan arxitektura əsasında işləməli, switching capacity minimum 56 Gbps, forwarding rate minimum 41,6 Mpps səviyyəsində olmalıdır. Şəbəkə təhlükəsizliyi məqsədilə VLAN (802.1Q), Access Control Lists (ACL), Port Security, Storm Control, DHCP Snooping, Loop Protection və IEEE 802.1X autentifikasiya mexanizmləri dəstəklənməlidir. Avadanlıq STP/RSTP, LLDP, Link Aggregation (LACP – IEEE 802.3ad), QoS (802.1p/DSCP) və IGMP Snooping funksiyalarını təmin etməlidir. İdarəetmə və monitorinq üçün SNMP v2c/v3, Syslog, NTP və Remote firmware update imkanları mövcud olmalıdır. Kommutator fanless (səssiz) dizayna malik olmalı və ofis mühitində fasiləsiz istismara uyğun olmalıdır. Elektrik təchizatı AC 100–240 V, 50/60 Hz aralığında işləməli, enerji səmərəliliyi və davamlı istismar təmin edilməlidir. Korpus desktop və ya divara montaj üçün uyğun olmalı, avadanlıq 0°C – +45°C iş temperaturu intervalında stabil işləməlidir. Cihaz CE, FCC və sənaye uyğunluq sertifikatlarına malik olmalıdır. | 2 | ədəd |
| 5 | NVR 32 port Video qeydiyyat qurğusu (NVR) minimum 32 kanal IP kamera dəstəyinə malik olmalıdır. Giriş bant genişliyi minimum 256 Mbps, çıxış bant genişliyi minimum 160 Mbps təşkil etməlidir. Qurğu H.265+, H.265, H.264+ və H.264 video sıxılma formatlarını dəstəkləməlidir. Video çıxışları HDMI və VGA interfeysləri üzərindən təmin edilməli, maksimum görüntü keyfiyyəti 4K (3840×2160) səviyyəsində olmalıdır. Qurğu eyni anda bir neçə çıxışdan görüntünün ötürülməsini dəstəkləməlidir. Daxili yaddaş üçün minimum 4 ədəd SATA portu mövcud olmalı, hər bir disk üçün minimum 10 TB həcm dəstəyi təmin edilməlidir. Şəbəkə bağlantısı üçün minimum 1 ədəd Gigabit Ethernet (10/100/1000 Mbps) portu olmalıdır. Qurğu ONVIF protokolunu dəstəkləməli və tam uyğun işləməlidir. NVR 24/7 fasiləsiz işləmə rejimi üçün nəzərdə tutulmalı, stabil və təhlükəsiz istismarı təmin etməlidir. | 2 | ədəd |
| 6 | Hard drive Təqdim ediləcək sərt disk 8 TB yaddaş həcminə malik olmalı, video müşahidə sistemləri üçün optimallaşdırılmış olmalıdır. Disk SATA III (6 Gb/s) interfeysini dəstəkləməli, 24/7 fasiləsiz işləmə üçün uyğun olmalı və NVR/DVR qurğularında stabil işləməni təmin etməlidir. Sərt disk yüksək davamlı yazma əməliyyatları üçün optimallaşdırılmış, vibrasiya və istilik sabitliyini təmin edən konstruksiyaya malik olmalıdır. | 4 | ədəd |
| 7 | UPS 6 KV Təqdim ediləcək enerji təchizatı bloku (UPS) minimum 6 kVA gücündə olmalı, Tower tipli quraşdırma formasında olmalıdır. UPS line-interactive və ya on-line (double conversion) texnologiyalı olmalı, fasiləsiz enerji təminatı və stabil gərginlik çıxışı ilə kritik server və şəbəkə avadanlıqlarını qorumaq imkanına malik olmalıdır. Qurğu tam avtomatik idarəetmə və monitorinq imkanları ilə təchiz olunmalı, LCD panel vasitəsilə gərginlik, cərəyan, yüklənmə faizi və batareya vəziyyətini göstərməlidir. UPS qısaqapanma, aşırı yük və istilikdən qorunma funksiyaları ilə təmin edilməlidir. | 1 | ədəd |
| 8 | CAT 6 Təqdim ediləcək kabel CAT6 FTP tipli olmalı, 305 metr uzunluğunda bobində təmin edilməlidir. Kabelin keçirici materialı saf mis (24 AWG) olmalı, hər bir cütün izolyasiyası və ekranlanması ilə signal itkisinin minimum səviyyədə olmasına təminat verməlidir. Kabelin xarici örtüyü PVC materialdan hazırlanmalı, mexaniki dayanıqlılıq və çeviklik təmin edilməlidir. | 4000 | m |
| 9 | Kabel kanal 25*40 Təqdim ediləcək kabel kanalı plastik materialdan hazırlanmalı, ölçüləri 40 mm en × 25 mm hündürlük təşkil etməlidir. Kanalın dizaynı kabel yerləşdirilməsini asanlaşdırmalı, mexaniki dayanıqlıq və uzunömürlülük təmin etməlidir | 200 | m |
| 10 | kabel kanal 15*10 Təqdim ediləcək kabel kanalı plastik materialdan hazırlanmalı, ölçüləri 16 mm en × 16 mm hündürlük təşkil etməlidir. Kanalın dizaynı kabel yerləşdirilməsini asanlaşdırmalı, mexaniki dayanıqlıq və uzunömürlülük təmin etməlidir. | 300 | m |
| 11 | Rack cabin 12 U Təqdim ediləcək rack kabinet metal konstruksiyadan hazırlanmalı, ölçüləri 12U hündürlük × 600 mm en × 600 mm dərinlik təşkil etməlidir. Kabinetdə ventilyator və daxili rəf olmamalıdır. Məhsul sabitlik və dayanıqlılığı təmin etməli, şəbəkə avadanlıqlarının quraşdırılması üçün uyğun olmalıdır. | 1 | ədəd |
| 12 | Rack cabin polka Təqdim edilən rack şkaf üçün konsol tipli (cantilever) rəf 19 düymlük (inch) standart rack şkaflarla tam uyğun olmalıdır. Rəfin istismar dərinliyi minimum 300 mm təşkil etməli, arxa dayağa ehtiyac olmadan ön relslərə bərkidilmə imkanına malik olmalıdır. Konstruksiya yüksək möhkəmliyə malik metal materialdan hazırlanmalı, korroziyaya qarşı toz boya (powder coating) ilə örtülməlidir. Rəf passiv avadanlıqların yerləşdirilməsi üçün nəzərdə tutulmalı və minimum 20 kq statik yükdaşıma qabiliyyətini təmin etməlidir. Montaj üçün tələb olunan bərkidici elementlər (bolt, qoz və s.) dəst tərkibində təqdim edilməlidir. Rəf qara rəngdə və ya rack şkaf rənginə uyğun neytral rəngdə olmalıdır. Təqdim edilən məhsul 19” rack sistemləri ilə tam mexaniki uyğunluq təmin etməlidir. | 4 | ədəd |
| 13 | 19" display Təqdim edilən monitor minimum 19.5 düym (inch) diaqonal ölçüyə malik olmalı, HD+ (1600 × 900 piksel) təsvir icazəsini dəstəkləməlidir. Ekran LED arxa işıqlanmalı LCD panel texnologiyasında olmalı, 16:9 aspekt nisbətini təmin etməlidir. Yenilənmə tezliyi 60 Hz, cavab müddəti maksimum 5 ms səviyyəsində olmalıdır. Parlaqlıq minimum 200 cd/m², statik kontrast nisbəti minimum 1000:1 təşkil etməlidir. Monitor VGA (D-Sub) və DVI-D video giriş interfeysləri ilə təchiz olunmalıdır. Baxış bucaqları üfüqi minimum 90°, şaquli minimum 65° olmalıdır. Enerji sərfiyyatı aşağı səviyyədə olmalı və Energy Star və ya ekvivalent enerji səmərəliliyi standartlarına uyğunluq təmin edilməlidir. Monitor masaüstü istifadəyə uyğun dayaqla təmin olunmalı və VESA montaj (100×100 mm) dəstəyinə malik olmalıdır. | 1 | ədəd |
| 14 | HDMI cable Təqdim edilən HDMI kabel minimum 1.5 metr uzunluğa malik olmalı və HDMI Type-A konnektorlarla təchiz edilməlidir. Kabel HDMI 1.4 və ya daha yüksək standartını dəstəkləməli, Full HD (1920 × 1080 piksel) və minimum 60 Hz yenilənmə tezliyi ilə təsvir və səs ötürülməsini təmin etməlidir. Kabel rəqəmsal audio və video siqnalların eyni vaxtda ötürülməsini, 3D, CEC, Deep Color və HDCP texnologiyalarını dəstəkləməlidir. Maksimum siqnal itkisini azaltmaq məqsədilə kabel mis keçiricili, çoxqatlı izolyasiyalı və elektromaqnit müdaxilələrə qarşı qorunmuş (shielded) konstruksiyada olmalıdır. Konnektorlar korroziyaya davamlı, möhkəm və uzunmüddətli istifadə üçün uyğun materialdan hazırlanmalıdır. Kabel monitor, televizor, kompüter, noutbuk, proyektor və digər HDMI interfeysli avadanlıqlarla tam uyğunluq təmin etməlidir. | 1 | ədəd |
| 15 | PDU 6 socket Təqdim ediləcək elektrik paylayıcı qurğu (PDU) minimum 6 çıxışlı olmalı, Avropa standartlı (EU Type) rozetkalarla təchiz edilməlidir. Qurğu 220–250 V AC, 50/60 Hz elektrik şəbəkəsində işləməli və maksimum 16 A cərəyan yükünü dəstəkləməlidir. PDU yerləşdirmə üçün masaüstü və ya rack mühitində istifadəyə uyğun konstruksiyaya malik olmalı, istilik və mexaniki təsirlərə davamlı plastik korpus ilə təmin edilməlidir. Qurğu üzərində təhlükəsizlik məqsədilə açma/söndürmə düyməsi mövcud olmalı, overload və qısaqapanmadan qorunma funksiyalarını dəstəkləməlidir. Elektrik kabelinin uzunluğu minimum 1.8 metr olmalıdır. | 1 | ədəd |
| 16 | Router Təqdim ediləcək şəbəkə marşrutizatoru (router) minimum 850 MHz takt tezlikli prosessor ilə təchiz olunmalı, operativ yaddaş həcmi minimum 64 MB RAM təşkil etməlidir. Cihaz üzərində minimum 5 ədəd 10/100 Mbps Ethernet (LAN) portu mövcud olmalıdır. Marşrutizator Layer 4 səviyyəsində funksional imkanlara malik şəbəkə əməliyyat sistemi ilə işləməli, NAT, DHCP server/klient, firewall, port forwarding və trafik idarəetməsi funksiyalarını dəstəkləməlidir. Cihaz enerji baxımından stabil işləməni təmin etməlidir. | 1 | ədəd |
| 17 | Plastik Qutu 70*80 Plastik Qutu 70*80 | 4 | ədəd |
| 18 | Kronstain 1m Kamera üçün kronstein 1m | 6 | ədəd |
| 19 | kronstein 0.5 m Kamera üçün kronstein 0.5 m | 2 | ədəd |
| 20 | Kamera alti qutu Kamera alti qutu | 49 | ədəd |
| 21 | Fingerprint / Card / Face detection Təqdim ediləcək üz tanıma terminalı məkanlara giriş nəzarəti və şəxsiyyətin tanınması üçün nəzərdə tutulmalı, rəqəmsal üz tanıma funksiyası ilə təmin edilməlidir. Qurğu 4.3 düymlük LCD toxunma ekranı ilə təchiz olunmalı və ekranın təsvir ölçüsü minimum 272×480 olmalıdır. Terminalda geniş bucaqlı 2 MP obyektiv olmalı, üz tanıma məsafəsi 0.3 m – 1.5 m intervalında dəqiq identifikasiya təmin etməlidir və tanıma müddəti 0.2 s‑dən az olmalıdır. Tanıma dəqiqliyi 99 % və ya daha yüksək səviyyədə olmalı, maskalı üzlərin tanınmasını da dəstəkləməlidir. Terminalın üz tanıma tutumu minimum 1500 üz, barmaq izi tutumu minimum 3000 və kart tutumu minimum 3000 səviyyəsində olmalıdır. Qurğu TCP/IP şəbəkə bağlantısı ilə təchiz edilməli, ISAPI və ISUP5.0 protokollarını dəstəkləməli və web müştəri interfeysi vasitəsilə konfiqurasiya olunmalıdır. Terminalda iki tərəfli audio dəstəyi təmin edilməli və cihaz PoE (IEEE 802.3at) və ya 12 V DC/1 A enerji ilə qidalanmalıdır. Terminal 1 adet şəbəkə portu, RS‑485, Wiegand, lock output, exit button, door contact input, tamper və USB interfeysləri ilə təmin edilməlidir. Qurğu IP65 qoruma səviyyəsinə malik olmalı, -30 °C‑dən +60 °C‑yə qədər iş temperaturunda sabit işləməli və divar montajına uyğun konstruksiyada olmalıdır. | 1 | ədəd |
| 22 | Fingerprint / Card / Face detection Mount Təqdim edilən məhsul üz tanıma və ya giriş-çıxış nəzarət terminalları üçün divarüstü montaj üçün nəzərdə tutulmuş qoruyucu montaj qutusu (back box / mounting box) olmalıdır. Korpus yüksək möhkəmliyə malik metal materialdan istehsal edilməli, uzunmüddətli istismar üçün korroziyaya davamlı elektrostatik toz boya ilə örtülməlidir. Montaj qutusu terminalların səthə (divara) təhlükəsiz və estetik şəkildə quraşdırılmasını təmin etməli, kabel çıxışları və bağlantılar üçün daxili boşluğa malik olmalıdır. Konstruksiya elektron terminalların ölçülərinə tam uyğun olmalı, əlavə mexaniki uyğunlaşdırma tələb etməməlidir. Montaj üçün lazım olan bərkidici elementlər dəst tərkibinə daxil edilməlidir. Məhsul daxili və yarıaçıq mühitlərdə istifadəyə uyğun, sərtlik və deformasiya riskinə qarşı davamlı olmalıdır. Rəng açıq boz və ya neytral metal tonlarında olmalıdır. Təqdim edilən məhsul istifadə ediləcək giriş-çıxış nəzarət terminalları ilə tam mexaniki uyğunluq təmin etməlidir | 1 | ədəd |
| 23 | RJ45 RJ45 Cat6 | 150 | ədəd |
| 24 | Komputer dəsti, monitor , (klaviatura +mouse) Kompüter dəsti Core i7-10700K səviyyəsində və ya daha güclü ekvivalentlə təchiz olunmalıdır. Təqdim ediləcək ana platanın Intel® LGA1200 socket tipli prosessorları dəstəkləməsi tələb olunur. Platanın chipset-i H510 olmalı və minimum DDR4 RAM dəstəyi 320 MHz tezlikdə, 2 DIMM slotu ilə təmin edilməlidir. Platanın SATA III (6 Gb/s) portları minimum 4 ədəd olmalı və M.2 NVMe PCIe 3.0 x4 slotu daxil edilməlidir.Plata 1× HDMI, 1× D‑Sub (VGA), Gigabit Ethernet LAN (10/100/1000 Mbps) portları ilə təmin edilməli, USB portları minimum 2× USB 3.2 Gen1 və 4× USB 2.0 olmalıdır. Audio çıxışları 3.5 mm jack (line out, mic in, line in) dəstəkləməlidir. Ana platanın Form Factor-i mATX olmalı və sistem qutusuna quraşdırılmağa uyğun olmalıdır. Operativ yaddaş minimum 32 GB DDR4 RAM 3200 MHz tezlikdə olmalıdır. Daxili yaddaş minimum 512 GB m.2 faktor SSD 3500MB/s | 2400MB/s təşkil etməlidir. Sistem blokunda (korpusda) USB 3.0 dəstəyi, 1 ədəd AUX audio çıxışı (3.5 mm) mövcud olmalıdır. Sistem bloku sabit və səssiz işləməni təmin edən soyutma sistemi ilə təchiz edilməlidir. Enerji təchizatı bloku minimum 750W Bronze tip olmalıdır. Monitor minimum 24 düym (inch), IPS panel, Full HD (1920x1080), tezliyi 100Hz ölçüdə olmalıdır, DP, HDMI, daxili səsgücləndirici (Speaker),AUX çıxışı mövcud olmalıdır, istehsalçı tərəfindən (MAF) təmin edilməlidir. Monitor və sistem bloku (korpus) eyni istehsal brendi olmalıdır. Dəst tərkibinə kabelli klaviatura və siçan daxil edilməlidir. | 1 | dəst |
| 25 | Quraşdırma və sazlama Kabelin çətin əlçatan yerlərdə çəkilməsi, böyük hündürlükdə (8 metrədək) iş zamanı əlavə risk, tikinti meşələrinin yığılması və sökülməsi, kabelin gizli üsulla çəkilməsi (muzeyin fasadını və interyerini korlamamaq üçün), aktiv iş vaxtında işləmək zərurəti (muzey daimi olaraq açıq olduğu üçün), siqnalizasiya sistemi ilə işləmək üçün sistemin əlavə sazlanması, siqnalizasiya zonalarının müəyyən edilməsi və sazlanması, Face ID-nin sazlanması, işçilərin davamiyyətinə dair müntəzəm hesabatların qurulması, personalın təlimi. | 1 | ədəd |