Sifarişçi: "SƏHİYYƏ MÜƏSSİSƏLƏRİNİN TƏMİNATI MƏRKƏZİ"PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 16 satınalmanı 13 müxtəlif təchizatçı udub. Sahə açıqdır.
16 satınalma, 13 müxtəlif qalib
Ən çox udan: "SUPPLİMED" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2, 12.5%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0% ilə 94.03% arasında aşağı düşüblər, medianı 15.18%.
Bu tender üçün bu 4.427.728 ₼ ilə 3.908.418 ₼ arasıdır.
275.091 ₼ məbləğindən aşağı heç kim udmayıb.
1.025 ₼
Sənədlər 25 ₼ + iştirak 1.000 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Cərrahi Koter Cihazı 1. Cihaz ümumi cərrahiyyədə istifadəyə yararlı olmalıdır. 2. Cihazda avtomatik çıxış dozası tənzimlənməsi mümkün olmalıdır. 3. Cihazdan fərdi göstəriciyə uyğunlaşdırılmış dəqiq güc çıxışı təmin olunmalıdır. 4. Yeni və təkmilləşdirilmiş CUT və COAG funksiyaları mövcud olmalıdır. 5. Lazım gələrsə, ikili COAG rejimi aktiv edilə bilməlidir. 6. Cihaz 3 soketli olmalıdır. 7. Neytral elektrod təhlükəsizlik sistemi ekran dəstəyi ilə interaktiv yardım göstərə bilməlidir. 8. Ayaq açarının təyin edilməsi: ekran üzərindən seçilmiş çıxış rozetkasına ayaq açarını və ya yalnız bir ayaq pedalı ötürülə bilməlidir. 9. Maksimum CUT çıxışı: 300 Vatt (500 Ω-da). 10. Maksimum COAG çıxışı: 200 Vatt-a qədər. 11. İşləmə tezliyi: 350 kHz. 12. Sistem gərginliyi: 100–120 V / 220–240 V. 13. Güc tezliyi: 50/60 Hz. 14. Maksimum elektrik cərəyanı: 8A / 4A. 15. Gözləmə zamanı daxil olan güc: 40 Vatt. 16. Maksimum HF çıxışı zamanı daxil olan güc: 500 Vatt / 920 VA. 17. Potensial bərabərləşdirmə əlaqəsi mövcud olmalıdır. 18. Şəbəkə qoruyucusu: T 8A / T 4A. 19. Cihazla birlikdə istehsalçıya məxsus 1 ədəd ayaq pedalı təqdim edilməlidir. -Cihazla birlikdə istehsalçıya məxsus 1 ədəd monopolyar kabel və 1 dəst tutacaq təqdim edilməlidir. -Cihazla birlikdə istehsalçıya məxsus 1 ədəd bipolyar kabel və ucluq təqdim edilməlidir. -Cihazla birlikdə istehsalçıya məxsus 50 ədəd neytral pad və 1 ədəd kabel təqdim edilməlidir. 20. Cihazla birlikdə istehsalçıya məxsus 1 ədəd daşıma arabası təqdim edilməlidir | 10 | ədəd |
| 2 | Bera Test Avadanlığı 1. Təklif olunan cihaz beyin sapı eşitmə cavablarını (ABR/BERA) qeydə almaq üçün nəzərdə tutulmuş olmalıdır. 2. Cihaz yeni doğulmuş körpələrdə, uşaqlarda və böyüklərdə istifadə üçün uyğun olmalıdır. 3. Cihaz həm diaqnostik, həm də skrininq məqsədləri üçün istifadə oluna bilməlidir. 4. Ölçmə sistemi qulaqüstü qapaqlı elektrodlar vasitəsilə səssiz və rahat tətbiqi təmin etməlidir. 5. Cihazda həm distorsion produkt otoakustik emisiya (DP OAE), həm də tranzient evoked otoakustik emisiya (TE OAE) funksiyaları mövcud olmalıdır. 6. Ölçmələr üçün birdəfəlik yapışdırılan elektrodlarla yanaşı, tez qoşula bilən elektrod probundan da istifadə edilə bilməlidir. 7. Cihazın ölçmə tezliyi diapazonu ən azı 100 Hz – 4000 Hz aralığını əhatə etməlidir. 8. Səs stimul səviyyəsi minimum 20 dBHL və maksimum 100 dBHL arasında tənzimlənə bilməlidir. 9. Cihaz klik və ton burst stimul variantlarını dəstəkləməlidir. 10. Stimulların təkrarlanma sürəti minimum 10 Hz və maksimum 40 Hz aralığında seçilə bilməlidir. 11. Cihaz səs stimullarını həm hava yolu, həm də sümük yolu vasitəsilə verməyi dəstəkləməlidir. 12. Ölçmə nəticələri real vaxt rejimində ekranda göstərilməli və avtomatik analiz sistemi ilə dəstəklənməlidir. 13. Cihaz artefakt filtrasiyası və avtomatik siqnal ortaqlama funksiyasına malik olmalıdır. 14. Nəticələrdə S/N (siqnal/səs-küy) nisbəti avtomatik hesablanmalı və göstərilməlidir. 15. Cihazın daxili yaddaşı olmalı, nəticələri saxlayıb sonradan kompüter və ya printer vasitəsilə çıxarmaq mümkün olmalıdır. 16. Cihaz müstəqil printerlə nəticələri dərhal çap edə bilməlidir. 17. İstifadəçi interfeysi sadə və istifadəsi rahat olmalı, ekran rəngli və minimum 4.3 düym ölçüdə olmalıdır. 18. Cihaz həm elektrik şəbəkəsi, həm də daxili batareya ilə işləməlidir. 19. Batareya ilə fasiləsiz işləmə müddəti minimum 3 saat olmalıdır. 20. Cihazın enerji tələbi 100–240 V, 50/60 Hz olmalıdır. 21. Təhlükəsizlik baxımından cihaz beynəlxalq tibbi cihaz standartlarına (CE, ISO və ekvivalent) uyğun sertifikatlaşdırılmış olmalıdır. 22. Komplektdə bütün lazımi aksesuarlar təqdim edilməlidir: qulaqüstü qapaqlar, elektrod probları, birdəfəlik elektrodlar, əlaqə kabelləri, elektrik adapteri və printer. 23. Komplektdə əlavə olaraq cihazla uyğun işləyən kompüter təqdim edilməlidir; kompüterin yaddaşı minimum 8 GB RAM, prosessoru minimum i5 səviyyəsi, saxlanma tutumu minimum 256 GB SSD, ekran ölçüsü minimum 15 düym, əməliyyat sistemi isə tibbi proqram təminatını dəstəkləyən lisenziyalı versiya olmalıdır. | 3 | ədəd |
| 3 | İnfuzomat 1) Normal batareya ilə,dirək sıxacı olmadan çəkisi maksimum 1.3kq olmalıdır. Ekran ölçüsü minimum 3 düym sensor ekrana, TFT rəngli LCD, 320x480 pikselə malik olmalıdır. 1-dən 8-ə kimi parlaqlıq səviyyələri mövcud olmalıdır. 2) Böyük yazı görünüşü ilə xüsusiləşdirilmiş məlumatların ekranda görünməsi mövcud olmalıdır: axın sürəti, doza dərəcəsi, VTBI, qalan vaxt və s.); xəstə məlumatı, infuziya məlumatı, həyəcan məlumatı, sistem statusu məlumatı 3) Aşağıda qeyd edilmiş rejimlər mövcud olmalıdır: Rate mode, Dose Mode, Time mode, Dose Time Mode, Sequential Mode, Intermittent Mode, Loading Dose Mode, Ramp Mode, Micro-infusion Mode, Drip Mode, Rhythm Dose Mode 4) Axın sürəti: 0,10ml/saat - 2000ml/saat olmalıdır 5) Artım: 0,01ml/saat (0,10-99,99ml/saat), 0,1ml/saat (100-999,9ml/saat), 1ml/saat (1000-2000ml/saat) ola bilməlidir 6) Əvvəlcədən qurulmuş həcm (VTBI): 0,10 - 9999,99ml, artım: 0,01ml ola bilməlidir 7) Yığılan həcm: 0,00 - 99999,99 ml, artım: 0,01ml ola bilməlidir 8) KVO: 0,1 - 5,0ml/saat, artım: 0,01ml/saat ola bilməlidir 9) Təmizləmə sürəti: 0,1 - 2000ml/saat ola bilməlidir 10) Bolus dərəcəsi: 0,1 - 2000ml/saat (avtomatik və ya əl ilə) ola bilməlidir 11) Tıxanma aşkarlanması: 50-1125 mmHg, 1 mmhg artımı dəstəkləyə bilməlidir 12) Standart 15 səviyyə, standart 450 mmHg seçilə bilməlidir 13) Əvvəlcədən həyəcan: təzyiq davamlı olaraq yüksəldikdə bir xəbərdarlıq çıxarmalıdır 14) Seçilə bilən 4 vahid təzyiq: mmHg/kPa/bar/psi mümkün olmalıdır 15) Doza dərəcəsi vahidləri Aşağıdakı doza dərəcəsi vahidlərini dəstəkləməlidir: ng/kg/min, ng/kg/h, ng/kg/24h, ug/kg/min, ug/kg/h, ug/kg/24h, mg/kg/min, mg/kg/h, mg/kg/24h, g/kg/min, g/kg/h, g/kg/24h, mU/kg/min, mU/kg/h, mU/kg/24h, U/kg/min, U/kg/h, U/kg/24h, kU/kg/min, kU/kg/h, kU/kg/24h, EU/kg/min, EU/kg/h, EU/kg/24h, mmol/kg/min, mmol/kg/h, mmol/kg/24h, mol/kg/min, mol/kg/h, mol/kg/24h, mcal/kg/min, mcal/kg/h, mcal/kg/24h, cal/kg/min, cal/kg/h, cal/kg/24h, kcal/kg/min, kcal/kg/h, kcal/kg/24h, mEq/kg/min, mEq/kg/h, mEq/kg/24h 16) Hava qabarmalarının aşkarlanması: 6 səviyyə seçilə bilməlidir:15/50/100/250/500/800μL, hava toplamaq: 0.1-1.0ml/15dəq 17) 5000-ə qədər dərman, rəng kodlayan dərman adını dəstəkləməlidir 18) Mərkəzi Monitorinq Sistemi (CMS) ilə bağlana bilməlidir. 19) HL7 protokolunu dəstəkləməlidir. 20) Batareya üçün icra müddəti Əməliyyat vaxtı: ≥ 25ml/saatda 5,5 saat (ağıllı batareya üçün 25ml/saatda ≥ 11 saat) olmalıdır. * Təklif olunan cihaz üçün MAF vəya DAF təqdim olunmalıdır. | 200 | ədəd |
| 4 | Perfuzomat 1. Normal batareya ilə, dirək sıxacı olmadan çəkisi maksimum 1.7 kq olmalıdır. 2. Ekran ölçüsü minimum 3 düym sensor ekrana, TFT rəngli LCD, 320x480 pikselə malik olmalıdır. 3. 1-dən 8-ə kimi parlaqlıq səviyyələri mövcud olmalıdır. 4. Xəstəyə şpris yüklənərkən qəza bolusundan qaçınma özəlliyi mövcud olmalıdır. 5. Böyük yazı görünüşü ilə məlumatlar ekranda görünməlidir: axın sürəti, doza dərəcəsi, VTBI, qalan vaxt və s.; xəstə məlumatı, perfuziya məlumatı, həyəcan məlumatı, sistem statusu məlumatı. 6. Aşağıda qeyd edilmiş rejimlər mövcud olmalıdır: Rate, Dose, Time, Dose Time, Sequential, Intermittent, Loading Dose, Ramp, Micro-infusion, TIVA. 7. Axın sürəti: 0.01 – 2300 ml/s olmalıdır. 8. Artırma dəqiqliyi: o 0.01 ml/s (0.01 – 99.99 ml/s) o 0.1 ml/s (100.0 – 999.9 ml/s) o 1 ml/s (1000 – 2300 ml/s) 9. VTBI (öncədən təyin edilmiş həcm): 0.01 – 9999.99 ml, artım 0.01 ml. 10. Yığılmış həcm: 0.00 – 99999.99 ml, artım 0.01 ml. 11. KVO dərəcəsi: 0.01 – 5.0 ml/s; artım 0.01 ml/s. 12. Tənzimləmə dərəcəsi: 0.01 – 2300 ml/s. 13. Bolus dərəcəsi: 0.01 – 2300 ml/s (avtomatik və manual). 14. Bolus həcmi: cari şprisin maksimum həcminə qədər, artım 0.01 ml. 15. Öncədən həyəcan siqnalı olmalıdır: təzyiq yüksəldikdə xəbərdarlıq verilməlidir. 16. Təzyiq vahidləri seçilə bilməlidir: mmHg / kPa / bar / psi. 17. Tıxanma baş verdikdə gözlənilməz bolus azalmalıdır. 18. Doza dərəcəsi vahidləri aşağıdakıları dəstəkləməlidir: • ng/kg/min, ng/kg/h, ng/kg/24h • µg/kg/min, µg/kg/h, µg/kg/24h • mg/kg/min, mg/kg/h, mg/kg/24h • g/kg/min, g/kg/h, g/kg/24h • mU/kg/min, mU/kg/h, mU/kg/24h • U/kg/min, U/kg/h, U/kg/24h • kU/kg/min, kU/kg/h, kU/kg/24h • EU/kg/min, EU/kg/h, EU/kg/24h • mmol/kg/min, mmol/kg/h, mmol/kg/24h • mol/kg/min, mol/kg/h, mol/kg/24h • mcal/kg/min, mcal/kg/h, mcal/kg/24h • cal/kg/min, cal/kg/h, cal/kg/24h • kcal/kg/min, kcal/kg/h, kcal/kg/24h • mEq/kg/min, mEq/kg/h, mEq/kg/24h 19. 5000-ə qədər qeydiyyat dəstəklənməlidir. 20. 5000-ə qədər dərman, rəng kodlu dərman adları ilə dəstəklənməlidir. 21. Şprislər 2/3/5/10/20/30/50/60 ml uyğunluq dəstəkləməlidir. 22. Şpris ölçüsünün avtomatik tanınması olmalıdır. 23. Batareya icra müddəti: • Normal batareya ilə ≥ 6.5 saat (5 ml/h sürətində) • Ağıllı batareya ilə ≥ 12.5 saat (5 ml/h sürətində) 24. Təklif olunan cihaz üçün MAF və ya DAF təqdim olunmalıdır. | 200 | ədəd |
| 5 | Endoskopik Görüntüləmə Dəsti 1) Endoskopiya prosessor ve ışıqlandırma cihazı 1. Video prosessor cihazı və soyuq işıq mənbəyi ayrı-ayrı olmayan tək sistem kimi verilməlidir. 2. Cihazın ön panelində təkmilləşdirmə və ya struktur və ya təkmilləşdirmə və ya bu funksiyalardan birini dəstəkləyən menyu düymələri olmalıdır. 3. Cihazın ön panelində 3 səviyyəli irisin seçim düyməsi və ya orta və pik düyməsi olmalıdır. 4. Cihaz Qırmızı və Mavi rəng tonlarını ən azı +/- 4 səviyyədə tənzimləyə bilməlidir. 5. Cihaz ən azı iki xüsusi işıq müşahidə texnologiyasına malik olmalıdır. Mavi İşıq Təsviri (BLI) və Əlaqəli Rəngli Şəkil (LCI). 6. Şübhəli və ya xərçəngli nahiyənin erkən diaqnostikasında istifadə oluna bilən video prosessor və ya soyuq işıq mənbəyi endoskopik olaraq müayinə ediləcək toxumanın selikli qişasının morfologiyasını təyin etmək üçün FICE funksiyasına malik olmalıdır, funksiya real vaxt rejimində mövcud olmalıdır. 7. Video prosessor, cihaz üçün xüsusi klaviatura və ya sensor ekran və video endoskoplarda ən azı 3 uzaqdan idarəetmə düyməsi, dondurulmuş şəkillər və s. əməliyyatlar müəyyən edilməlidir. 8. Video prosessor qurğusunun arxa panelində; 2x DVI-D, RGB-TV, S Video, Video və ya 12G-SDI, 3G-SDI, HD-SDI, SD-SDI və VBS Composite çıxışları olmalıdır. 9. Cihaz şəhərin elektrik enerjisində işləmə qabiliyyətinə malik olmalı və onun iş tezliyi 50/60 Hz, işləmə gərginliyi isə 100-240 Volt arasında olmalıdır. 10. Soyuq işıq mənbəyi ən azı 3 LED lampa ilə işıqlandırma təmin etməlidir. Cihazın lampa ömrü ən az 10.000 saat olmalıdır və ya cihazın əsas lampası ilə eyni xüsusiyyətlərdə və markada orijinal ehtiyat lampaları 10.000 saat tamamlanmalıdır. 11. Soyuq işıq mənbəyi toxumadan çox uzaqlaşdıqda və ya yaxınlaşdıqda işığın intensivliyini avtomatik tənzimləmək (artırmaq və ya azaltmaq) qabiliyyətinə malik olmalıdır. 12. Soyuq işıq mənbəyində işığın əl ilə tənzimlənməsi də mümkün olmalıdır. 13. Sistemlə 1 ədəd hava sızmasının yoxlayıcısı və 1 ədəd su çəni verilməlidir. 14. Sistemlə 1 ədəd su axını və 1 ədəd endoskopik karbon dioksid tənzimləyici qurğu verilməlidir. 2) Tibbi Monitor 1. Monitor LED və ya LCD olmalıdır. 2. Monitor ən azı 27 düym olmalıdır. 3. Monitor ən azı 3840 × 2160 piksel təsvir görüntüsünə malik olmalıdır. 4. Monitorun ekranı üzərindən menyu görülməsi mümkün olmalıdır. 5. Monitorda DVI və/yaxud HDMI və/yaxud DVI-D girişi olmalıdır. 3) Tibbi cihaz arabası 1. Bütün elektrik qoşulma kabelləri təklif olunan nəqliyyat arabasında bir bölmədə sabitlənə bilməlidir. 2. Sistem bir əlaqə kabeli ilə şəhərin elektrik cərəyanına qoşula bilməlidir. 3. Təklif olunan İşıq Mənbəsi Prosessoru və Monitoru daşıya bilməlidir. 4. Ən azı dörd skop daşıya bilməli və bunun üçün daşıyıcı vaqonda skop daşıyıcısı asılqan olmalıdır. 5. Ən azı iki təkərdə kilidləmə mexanizmi olmalıdır. 4) Tibbi Aspirator 1) Cihaz LED elektronik istifadəçi panelinə sahib olmalidir 2) Elektronik olaraq toplama qabınının(avtoklavlana bilən) dəyişdirilməsi mumkun olmalidir 3) Cihaz avtomatik bağlama klapanına və ayaq pedalına sahib olmalidir 4) Cihaz aşağı səs səviyyəsində(42dB) çalışma özəlliyinə sahib olmalidir 5) Cihazın motoru – Yağsız piston tip olmalıdır 6) Cihaz voltaj çalışma parametrləri: 230 VAC±10%,50Hz 7) Maksimum Vakum dəyəri: 700 mmHg±5% 8) Toplama qabı həcmi 2x2/3/5-lt ola bilməlidir 9) Maksimum hava axını sürəti: 60 l/dəq olmalıdır 10) Vakum tənzimlənməsi mümkün olmalidir 5) Videokolonoskop – 2 ədəd 1. Cihaz HD Spesifikasiyasında olmalıdır. 2. Videokolonoskop cihazı diaqnostik və terapevtik istifadə üçün uyğun olmalıdır. 3. Video kolonoskopun sahə baxış bucağı ən azı 140 dərəcə olmalıdır. 4. Videokolonoskopun sahə görünüşünün dərinliyi ən azı 2-100 mm arasında olmalıdır. 5. Video kolonoskopun sahə görünüşü istiqaməti ön görünüş olmalıdır. 6. Videokolonoskopun daxiletmə borusunun xarici diametri ən azı 12,0 mm olmalıdır. 7. Videokolonoskopun distal xarici diametri ən azı 12,0 mm-dir. olmalıdır. 8. Video kolonoskopun işçi kanalının daxili diametri ən azı 3,7 mm olmalıdır. 9. Videokolonoskopun faydalı iş uzunluğu ən azı 1600 mm olmalıdır. 10. Videokolonoskopun ucunun əyilmə qabiliyyəti ən azı; 180 dərəcə yuxarı, 180 dərəcə aşağı, 160 dərəcə sağa və 160 dərəcə sola. 11. Bütün cihaz suya davamlı olmalıdır və dezinfeksiya mayesinə tamamilə batırıls bilməlidir. 12. Videokolonoskopun hava/su və aspirasiya düymələri taxıldıqda dəyişdirilə bilən olmalıdır. 6) Videoqastroskop – 2 ədəd 1. Cihaz HD formatında olmalıdır. 2. Videoqastroskop cihazı diaqnostik və terapevtik istifadə üçün uyğun olmalıdır. 3. Videoqastroskopun sahə baxış bucağı ən azı 140 dərəcə olmalıdır. 4. Videoqastroskopun sahə baxış dərinliyi ən azı 2-100 mm arasında olmalıdır. 5. Videoqastroskopun sahə görünüş istiqaməti ön görünüş olmalıdır. 6. Video qastroskopun daxiletmə borusunun xarici diametri ən azı 9,2 mm olmalıdır. 7. Video qastroskopun distal xarici diametri ən azı 9,2 mm-dir. olmalıdır. 8. Video qastroskopun işçi kanalının daxili diametri ən azı 2,8 mm olmalıdır. 9. Videoqastroskopun faydalı iş uzunluğu ən azı 1000 mm olmalıdır. 10. Videoqastroskopun ucunun əyilmə qabiliyyəti ən azı; 210 dərəcə yuxarı, 90 dərəcə aşağı, 100 dərəcə sağa, 100 dərəcə sola. 11. Bütün cihaz suya davamlı olmalıdır və dezinfeksiya mayesinə tamamilə batırıla bilməlidir. 12. Videoqastroskopun hava/su və aspirasiya düymələri taxıldıqda dəyişdirilə bilən olmalıdır. 7) Videoduodenoskop – 1 ədəd 1. Video duodenoskop cihazı diaqnostik və terapevtik istifadə üçün uyğun olmalı və HD (High Definition) xüsusiyyətində olmalıdır. 2. Videoduodenoskopun sahə baxış bucağı 100 dərəcə olmalıdır. 3. Videoduodenoskopun sahə baxış dərinliyi 4-60 mm arasında olmalıdır. 4. Videoduodenoskopun sahə görünüş istiqaməti yan görünüş olmalıdır. 5. Videoduodenoskopun daxiletmə borusunun xarici diametri ən azı 11,3 mm olmalıdır. 6. Videoduodenoskopun distal xarici diametri 13,1 mm olmalıdır. 7. Videoduodenoskopun işçi kanalının daxili diametri 4,2 mm olmalıdır. 8. Videoduodenoskopun faydalı iş uzunluğu 1250 mm, ümumi uzunluğu 1550 mm olmalıdır. 9. Videoduodenoskopun ucunun əyilmə qabiliyyəti ən azı; 120 dərəcə yuxarı, 90 dərəcə aşağı, 90 dərəcə sola, 110 dərəcə sağa. 10. Bütün cihaz suya davamlı olmalıdır və dezinfeksiya mayesinə tamamilə batırıla bilməlidir. 11. Videoduodenoskopun hava/su və aspirasiya düymələri taxıldıqda dəyişdirilə bilən materialdan hazırlanmalıdır. 12. Videoduodenoskopun distal ucunda kilidləmə sistemi olmalıdır və bu xüsusiyyət teli asan və təhlükəsiz şəkildə fiksasiya etməyə imkan verməlidir. 8) Raporlama proqram təminatı 1. Rəqəmsal şəkil və video yazmaq üçün 2 ayaq pedalı olmalıdır. 2. Video çəkilişlə eyni vaxtda şəkil çəkə bilməlidir. 3. Qeydə alınmış videoyazılara kadr-kadr baxmaq və hər kadrdan şəkillər çəkmək xüsusiyyətinə malik olmalıdır. 4. Rəngli inkjet printer sistemlə təchiz edilməlidir. 5. Ən azı 2 Ghz iki nüvəli prosessor, ən azı 2 GB ram, ən azı 500 GB Harddisk, ən azı 14'' LCD və ya LED ekrana malik masaüstü kompüter və ya notebook, siçan, klaviatura, DVD yazıcı təqdim edilməlidir. 6. Ən azı 10 metr uzunluğunda görüntü ötürmə kabeli təmin edilməlidirş 7. Proqram təminatı tələb olunan processor və skoplar ilə əyni istehsalçıya sahib olmalıdır. 11) Skopların yuyulması cihazı 1. Cihazda istifadə ediləcək bütün məhlullar və markaları cihazdan cihazdan aslı olmalı deyil. 2. Cihaz müxtəlif markalı dezinfeksiya məhlullarının istifadəsi üçün uyğun olmalıdır. 3. Cihazda dezinfeksiya prosesini həyata keçirmək üçün çoxlu avtomatik yuma proqramları olmalıdır ki, onların parametrləri səlahiyyətli istifadəçi tərəfindən aparıla və qeydə alına bilən olmalıdır. 4. Yuma kamerası, çevik endoskopların cihazın yuyulma sahəsinə yerləşdirildiyi zaman həddindən artıq əyilmə nəticəsində zədələnməsinin qarşısını almaq üçün minimum diametri 330 mm olan bir dairə yaratmaq üçün yuyulma sahəsinə yerləşdirilə bilən bir dizayna sahib olmalıdır. 5. Cihaz endoskopların dezinfeksiyası üçün istifadə olunan dezinfeksiyaedici vasitə və məhlulları həm endoskopların kanal birləşmələrindən, həm də endoskopların yerləşdirildiyi yuyucu kameranın xarici hissələrindən dövriyyəyə salmaqla dezinfeksiyanı həyata keçirməlidir. 6. Cihazda çevik endoskopların sızma testini həyata keçirəcək sızma test proqramı olmalıdır. Sızma Testi əlaqə konnektoru kamerada olmalıdır. 7. Cihaz hər hansı elektrik sızmasına qarşı sızma cərəyanından qorunma sxemi ilə qorunmalıdır. 8. Cihaz tək endoskopu yumaq qabiliyyətinə malik olmalıdır. 12) Koagulyator 1. Cihaz ümumi endoskopiyada istifadəyə yararlı olmalıdır. 2. Cihazda avtomatik çıxış gücü tənzimlənməsi mümkün olmalıdır. 3. Cihazda,lazım gələrsə ikili Coag rejimi aktiv edilə bilən olmalıdır 4. Cihaz ən azı 3 soketli olmalıdır. 5. Ekran dəstəyi ilə dəstəklənən neytral elektrod təhlükəsizlik sistemi geri dönmə elektrodunu yerləşdirərkən interaktiv yardım göstərə bilməlidir. 6. Güc çıxışı parametrləri aşağıdakı kimi olmalıdır A) Maksimum CUT çıxışı: 500 ohm-da 300 vatt B) Maksimum COAG çıxışı: 200 vata qədər C) Tezlik: 350kHz 7. Cihazlar birlikdə istehsalçıya məxsus aşağıdakı original aksesuarlar və hissələr verilməlidir A) 1 ədəd Ayaq Pedalı B) 1 ədəd monopolyar kabel və 1 dəst tutacaq C) 1 ədəd bipolyar kabel və ucluq D) Neytral pad(50 ədəd) və 1 ədəd kabeli E) Argon Plasma Koagulyator və aksesuarları 8. Əyni istehsalçıya məhsus ARQON PLAZMA cihazı aksesuarları ve quraşdırılma arabası ilə birgə verilməlidir. | ||
| 6 | Elestometriya 1. Cihaz qaraciyərin elastikliyini və sönümlənmə parametrlərini birləşdirərək ağıllı diaqnostik proqram təmin etməlidir. 2. Cihaz avtomatik ölçmə rejiminə malik olmalı, sərtlik və yağlılıq göstəricilərini qiymətləndirərək tək toxunuşla ən azı 10 etibarlı ölçü ala bilməlidir. 3. Ölçmə sahəsi minimum 3 sm³ olmalıdır. 4. Cihaz bir neçə prob arasında keçid edə bilməli və pasiyentin bədən tipinə uyğun prob seçimi üçün canlı istiqamətləndirmə təmin etməlidir. 5. Cihazda ən azı 3,5 MHz tezlikli və 25–65 mm ölçmə dərinlikli prob olmalıdır. Ağıllı rejimdə bu probun dərinliyi 25–70 mm-ə qədər genişlənməlidir. 6. İri bədən tipli pasiyentlər üçün 2,5 MHz tezlikli və 35–75 mm ölçmə dərinlikli prob istifadə oluna bilməlidir. Ağıllı rejimdə bu dərinlik 35–85 mm-ə qədər genişlənməlidir. 7. Probların vibrasiya funksiyası vasitəsilə qaraciyərdə optimal ölçmə nöqtəsi aydın şəkildə müəyyənləşdirilməlidir. 8. Ölçüm nəticələri elastiklik üçün kPa, yağlılıq üçün isə dB/m vahidlərində təqdim olunmalıdır. 9. Ölçülə bilən sərtlik diapazonu 2.0–75 kPa arasında olmalıdır. 10. Cihaz yalnız etibarlı ölçmələri seçən daxili alqoritmə sahib olmalıdır. 11. Yağlılıq parametrləri üçün ölçmə aralığı 100–400 dB/m olmalıdır. 12. Ölçümlərin keyfiyyət göstəriciləri (orta dəyər, standart sapma, IQR) real vaxtda ekranda göstərilməlidir. 13. Ölçmə dərinliyi avtomatik və sabit rejimdə cihaz tərəfindən seçilməli, operator müdaxiləsinə ehtiyac olmamalıdır. 14. Operator fərdi nəticələri dəyişdirə bilməməli, ölçümlərin obyektivliyi təmin olunmalıdır. 15. Cihaz həm elastiklik, həm də yağlılıq göstəricilərini eyni vaxtda qeyri-invaziv üsulla təyin etməlidir. 16. Ölçüm ekranında zaman-hərəkət ultrasəs modu olmalıdır. 17. Elastogram nəticələri zaman (ms) və dərinlik (mm) oxları ilə vizual təqdim edilməlidir. 18. İstənildikdə cihaz 10 etibarlı ölçməni avtomatik həyata keçirə bilməlidir. 19. Klinik tədqiqat rejimi mövcud olmalıdır. 20. Cihaz xüsusi tibbi diplom tələb etmədən, qısa təlimdən sonra istənilən səhiyyə işçisi tərəfindən istifadə oluna bilməlidir. 21. Ekran toxunma funksiyalı, rəngli və ən azı 12.1” ölçüdə olmalıdır. 22. Elektrik və elektromaqnit uyğunluğu beynəlxalq standartlara cavab verməlidir. 23. Cihaz müvafiq keyfiyyət və təhlükəsizlik sertifikatlarına malik olmalıdır. 24. Cihaz 220–240V / 50Hz şəbəkə gərginliyi ilə işləməli və daxili batareya ilə də istifadə oluna bilməlidir. 25. Ən azı 2 prob konnektoru mövcud olmalıdır. 26. Cihaz daşıyıcı araba üzərinə quraşdırıla bilməli, araba hündürlüyü tənzimlənə və təkərləri kilidlənə bilməlidir. 27. Nəticələr yazıcıdan çıxarılmalı, həmçinin PDF və Excel formatlarında xarici yaddaşa köçürülə bilməlidir. 28. Ən azı 1 Ethernet və 1 USB 2.0 portu olmalıdır. | 2 | ədəd |
| 7 | 3 Motorlu Xəstə Çarpayısı 1. Motor sayı minimum 3 elektrik motoru olmalı, hündürlük, bel və ayaq hissələrinin tənzimlənməsini təmin etməlidir. 2. Platforma minimum 4 seqmentli olmalı, baş, bel, bud və ayaq hissələrindən ibarət olmalıdır. 3. Döşək platformasının ölçüsü minimum 85 × 195 sm olmalıdır. 4. Yan qoruyucular minimum 4 hissəli olmalı, hündürlüyü ən azı 42 sm olmalı və CE EN 60601-2-52 standartına uyğun olmalıdır. 5. Yatağın hündürlüyü minimum 45 sm-dən az, maksimum 80 sm-dən çox olmamalıdır. 6. Yatağın yükdaşıma qabiliyyəti ən azı 270 kq olmalıdır. 7. Təkərlər minimum Ø150 mm ölçüdə olmalı və hər biri ayrıca kilidlənə bilməlidir. 8. Əl idarəetməsi minimum 12 düyməli olmalı, IPX6 qoruma səviyyəsinə malik olmalı və işıqlı göstəricilərlə təmin edilməlidir. 9. Yataqda minimum hündürlük indikatoru, tormoz xəbərdarlıq siqnalı və açı göstəriciləri olmalıdır. 10. Enerji təminatı 230 V ±10%, 50/60 Hz şəbəkə enerjisi ilə işləməlidir. 11. Yatağın bütün panelləri ABS və ya ekvivalent antimikrobiyal materialdan hazırlanmalıdır. 12. Auto-regression funksiyası olmalı, bel və ayaq hissələrinin hərəkəti zamanı pelvis sahəsində minimum 15 sm rahatlıq təmin etməlidir. 13. Təklif olunan cihaz CE işarəsinə malik olmalı və EN 60601-2-52 tibbi yataq standartına uyğun olmalıdır. 14. Təklif olunan yatağa uyğun, eyni istehsalçının istehsalı olan, antimikrobiyal, ventilyasiya kanallı və asan təmizlənən döşək təqdim olunmalıdır. | 300 | ədəd |
| 8 | 4 Motorlu Xəstə Çarpayısı 1. Motor sayı minimum 4 elektrik motoru olmalı, hündürlük, bel, bud və baldır hissələrinin tənzimlənməsini təmin etməlidir. 2. Platforma minimum 4 seqmentli olmalı, ABS və ya ekvivalent antimikrobiyal materialdan hazırlanmalıdır. 3. Döşək platformasının ölçüsü minimum 90 × 200 sm olmalıdır. 4. Yan qoruyucular minimum 4 seqmentli olmalı, hündürlüyü ən azı 42 sm olmalı, antimikrobiyal materialdan hazırlanmalı və EN 60601-2-52 standartına uyğun olmalıdır. 5. Yatağın ümumi ölçüləri uzunluq minimum 221 sm, en minimum 107 sm olmalıdır. 6. Yatağın hündürlük aralığı minimum 39 sm-dən maksimum 82 sm-ə qədər olmalıdır. 7. Yatağın maksimum yükdaşıma qabiliyyəti minimum 320 kq olmalıdır. 8. Trendelenburg və Anti-Trendelenburg funksiyaları mövcud olmalı və ən azı 12° bucağa qədər təmin edilməlidir. 9. Auto-regression funksiyası mövcud olmalı, bel və bud hissələrinin hərəkəti zamanı pelvis bölgəsində minimum 15 sm rahatlıq təmin edilməlidir. 10. Təkərlər minimum Ø150 mm ölçüdə olmalı, hər biri ayrıca kilidlənə bilməli və istiqamət sabitləyici mexanizmlə təchiz edilməlidir. 11. Əl idarəetməsi minimum 12 düyməli olmalı, IPX6 qoruma səviyyəsinə malik olmalı və LED işıqlı göstəricilərlə təmin edilməlidir. 12. Yataqda minimum hündürlükdə vizual işıq indikatoru olmalı, təkərlər kilidlənmədikdə səsli xəbərdarlıq siqnalı verilməli və bel və bud hissələrinin açısını göstərən indikator olmalıdır. 13. Enerji təminatı 230 V ±10%, 50/60 Hz şəbəkə enerjisi ilə işləməlidir. 14. Yatağın bütün plastik və metal hissələri antimikrobiyal xüsusiyyətli olmalı və dezinfeksiya olunmağa uyğun olmalıdır. 15. Döşək platformasında X-ray kaset yuvası mövcud olmalıdır. 16. Təklif olunan cihaz CE işarəsinə malik olmalı və EN 60601-2-52 standartına uyğun olmalıdır. 17. Təklif olunan yatağa uyğun, eyni istehsalçının istehsalı olan, antimikrobiyal, ventilyasiya kanallı və asan təmizlənən döşək təqdim olunmalıdır. | 50 | ədəd |
| 9 | 5 Motorlu Xəstə Çarpayısı 1. Məhsul elektriklə işləyən, minimum 5 mühərrikli xəstə yatağı olmalıdır. 2. Yataqda kürək, baldır, ayaq ucu, hündürlük və yan əyilmə mühərrikləri mövcud olmalıdır. 3. Platforma beş funksiyalı olmalı, avtomatik geri çəkilmə sistemi ilə təchiz olunmalıdır. 4. Yataqda rentgen kaseti üçün tutacaq yeri olmalıdır. 5. Xəstənin təhlükəsiz giriş və çıxışını təmin edən konstruksiya olmalıdır. 6. Yataqda təcili yardım vəziyyətində istifadə üçün “şok” (CPR) funksiyası olmalıdır. 7. Trendelenburq bucağı minimum 0°–17° arasında tənzimlənə bilməlidir. 8. Əks Trendelenburq bucağı minimum 0°–17° arasında tənzimlənə bilməlidir. 9. Baldır hissəsinin qaldırılma bucağı 0°–40° aralığında olmalıdır. 10. Kürək hissəsinin qaldırılma bucağı 0°–70° aralığında olmalıdır. 11. Yan əyilmə funksiyası minimum 0°–16° aralığında təmin edilməlidir. 12. Şiltə platformasının ölçüləri təxminən 90 × 200 sm olmalıdır. 13. Yatağın şiltəsiz hündürlüyü minimum 52 sm və maksimum 90 sm olmalıdır. 14. Yan qoruyucu baryerlərin minimum hündürlüyü şiltə platformasından 42 sm olmalıdır. 15. Yatağın ümumi ölçüləri təxminən 221 × 107 sm olmalıdır. 16. Yataq minimum 320 kq təhlükəsiz daşıma qabiliyyətinə malik olmalıdır. 17. Elektrik enerji tələbi 230 V, 50 Hz olmalıdır. 18. Platforma antibakterial qatqı ilə hazırlanmış materialdan olmalı, ventilyasiya kanalları ilə təchiz olunmalıdır. 19. Platforma 4 bölmədən ibarət olmalı, çıxarıla və yuyula bilən hissələrdən təşkil edilməlidir. 20. Yan qoruyucu baryerlər 4 bölməli, qatlana bilən və beynəlxalq təhlükəsizlik standartlarına uyğun olmalıdır. 21. Yan qoruyucu baryerlərdə sidik torbası üçün tutacaq yeri olmalıdır. | 50 | ədəd |
| 10 | Sterilizasiya üçün Biks -Böyük 1. Tibbi biks sterilizasiya və tibbi alətlərin saxlanılması üçün nəzərdə tutulmuş olmalıdır. 2. Biksin ölçüləri minimum 32 × 24 sm olmalıdır. 3. İstehsal materialı yüksək keyfiyyətli paslanmayan poladdan hazırlanmış olmalıdır. 4. Səth hamar və asan təmizlənə bilən olmalıdır, korroziyaya davamlı olmalıdır. 5. Biks dəfələrlə sterilizasiya prosesinə (buxar, quru hava, kimyəvi dezinfeksiya) davamlı olmalıdır. 6. Qapağı möhkəm bağlanmalı, istifadədə təhlükəsizliyi təmin etməlidir. 7. Qapaqda havalandırma və ya buxar keçidi üçün xüsusi deşiklər olmalıdır. 8. Biks alətlərin steril saxlanmasını və istifadəyə qədər qorunmasını təmin etməlidir. 9. İstifadə zamanı deformasiyaya uğramamalı və forma sabitliyini saxlamalıdır. 10. Tibbi müəssisələrdə qəbul edilmiş beynəlxalq sterilizasiya standartlarına uyğun olmalıdır. | 100 | ədəd |
| 11 | Sterilizasiya üçün Biks -Orta 1. Tibbi biks sterilizasiya və tibbi alətlərin saxlanılması üçün nəzərdə tutulmuş olmalıdır. 2. Biksin ölçüləri minimum 24 × 24 sm olmalıdır. 3. İstehsal materialı yüksək keyfiyyətli paslanmayan poladdan hazırlanmış olmalıdır. 4. Səth hamar və asan təmizlənə bilən olmalıdır, korroziyaya davamlı olmalıdır. 5. Biks dəfələrlə sterilizasiya prosesinə (buxar, quru hava, kimyəvi dezinfeksiya) davamlı olmalıdır. 6. Qapağı möhkəm bağlanmalı, istifadədə təhlükəsizliyi təmin etməlidir. 7. Qapaqda havalandırma və ya buxar keçidi üçün xüsusi deşiklər olmalıdır. 8. Biks alətlərin steril saxlanmasını və istifadəyə qədər qorunmasını təmin etməlidir. 9. İstifadə zamanı deformasiyaya uğramamalı və forma sabitliyini saxlamalıdır. 10. Tibbi müəssisələrdə qəbul edilmiş beynəlxalq sterilizasiya standartlarına uyğun olmalıdır. | 100 | ədəd |
| 12 | Crash Kart -Dərman Arabası 1. Gövdə metal konstruksiyalı olmalı və siyirmə önlükləri yüksək keyfiyyətli materialdan (məsələn, HPL və ya ekvivalenti) hazırlanmalıdır. 2. Təkərlərin diametri ən azı 12,5 sm olmalı, rahat hərəkət etməli və manevr qabiliyyəti yüksək olmalıdır. 3. Korpusda ən azı 5 siyirmə olmalıdır. 4. Siyirmələrin içində bölücülər olmalı; əlavə avadanlıqların (serum asqısı, oksigen balonu tutacağı, tullantı qabı və s.) quraşdırılması üçün uyğun yerlər olmalıdır. 5. Ölçüləri: minimum hündürlüyü 90–95 sm, eni 55–60 sm, uzunluğu 70–75 sm olmalıdır. 6. Yük daşıma zamanı sabitliyi təmin etməli, tam yüklənmiş halda belə deformasiyaya uğramamalıdır. 7. Siyirmələr üçün təhlükəsiz kilidləmə sistemi olmalıdır. 8. Səth materialları asan təmizlənməli, paslanmaya və dezinfeksiyaedici maddələrə qarşı davamlı olmalıdır. 9. Aksesuarlar sırasında şəffaf dərman qabları olmalı; defibrilyator üçün təhlükəsiz rəf və ya kəmər yerləşdirmə imkanı təmin edilməlidir. | 10 | ədəd |
| 13 | Stress Test Cihazi Stress Test Cihazı 1. Sistem kardioloji müayinələrdə, analiz və hesablama üçün istifadə olunmalıdır. 2. 220 V ± %10, 50 Hz ± %3 şəbəkə gərginliyi ilə işləməlidir. 3. Ən azı 12 kanallı gərginlik testlərini yerinə yetirməlidir. 4. Kompüter idarəsi ilə işləməlidir. 5. Avadanlıq tərkibi: Windows 10 və ya yuxarı əməliyyat sistemi, Q klaviatura, lazer printer, 19" rəngli LCD monitor, ≥ 250 GB sərt disk, orijinal masaüstü dayağı, qaçış lenti, vakuum cihazı. 6. Gərginlik testi zamanı 12 kanal EKQ, ST və ya orta göstəricilər ekranda göstərilməlidir; görüntülər 3/6/12 kanal, 2×6, 2×6+1 ritm, 4×3+1 ritm formatlarında seçilə bilməlidir; tam arxivləşdirmə olmalıdır. 7. Siqnal gücü 2.5/5/10/20/40 mm/mV; sürət 6.25/12.5/25/50 mm/s olmalıdır. 8. Xəstənin adı, yaşı, cinsi, çəkisi, boyu və digər məlumatlar daxil edilə bilməlidir. 9. Defibrilyator qorunması ən azı 5000 V olmalıdır. 10. Nümunə götürmə tezliyi ən azı 8000 Hz olmalıdır. 11. Rəqəmsal dəqiqlik ən azı 12 bit olmalıdır. 12. Dinamik giriş diapazonu ±300 mV olmalıdır. 13. CMRR ən azı 110 dB olmalıdır. 14. Giriş müqaviməti 100 MΩ olmalıdır. 15. Tezlik diapazonu ən azı 0.05–150 Hz olmalıdır. 16. Test nəticələri PDF formatına çevrilə bilməlidir. 17. İstifadəçi proqramı aşağıdakıları təmin etməlidir: kardiostimulyatorun aşkarlanması, istirahət EKQ-si, QT intervalı analizi, ölçmələr, real vaxtda ST analizi, qrafiklər, testin yenidən təhlili, QRS təqdimatı, PQRST ölçmələri, parametrlərin saxlanılması. 18. Ən azı 4 hazır protokol (BRUCE, NAUGHTON, BALKE, ELLESTAD) olmalı, yeni protokol əlavə edilə bilməlidir. 19. Ekranda eyni vaxtda hədəf və anlıq nəbz, METS, məşq və mərhələ müddəti görünməlidir. 20. Nəticələrin yenidən analizi mümkün olmalıdır. 21. Filtrlər (aşağı/yuxarı keçid, artefaktların aradan qaldırılması və s.) mövcud olmalıdır. 22. Avtomatik xəstə nömrələnməsi təmin olunmalıdır. 23. Bütün testlər yadda saxlanmalı və sonradan izlənilməlidir (tam arxivləşdirmə). 24. Test vaxtı ekranda mərhələ, müddət, sürət, meyil bucağı, nəbz, məşq vaxtı, təzyiq, xəbərdarlıqlar, ST analizi, aritmiyalar və xəstənin adı görünməlidir. 25. İstifadəçi qeydləri hesabatda göstərilə bilməlidir. 26. Sistem DICOM formatını dəstəkləməlidir. 27. Qaçış lentinin sürəti 0–22 km/saat, meyil bucağı 0–25% arasında tənzimlənməlidir. 28. Qaçış lentinin daşıma qabiliyyəti ən azı 250 kq olmalıdır. 29. Qaçış lentində ön dəstək, təcili dayandırma düyməsi və yan tutacaqlar olmalıdır. 30. Qaçış səthinin ölçüsü ən azı 150 × 50 sm olmalıdır. Ritm Holter 1. Holter analiz sistemi kompüter əsaslı olmalı və Windows əməliyyat sistemi altında işləməlidir. 2. Qeyd cihazında 128×64 OLED ekran olmalıdır. 3. Sistem fərqli vurğu morfologiyalarını avtomatik müəyyənləşdirməli və təsnif etməlidir. 4. Qeyd cihazında 32 GB-a qədər artırıla bilən microSD kart istifadə oluna bilməlidir. 5. Ölçüləri maksimum 83×60×18 mm olmalıdır. 6. Ağırlığı (batareya daxil deyil) 125 qramdan çox olmamalıdır. 7. Cihaz 1 ədəd 1.5 V Alkalin batareya, 1.2 V NiMH batareya və ya 3.7 V 1000 mAh daxili batareya ilə işləyə bilməlidir. 8. Holter cihazı 5 və 7 çıxışlı kabel ilə işləməlidir. 9. 5 çıxışlı kabel ilə 3 kanallı EKQ çəkilişi təmin olunmalıdır. 10. Sistem aritmiya analizini yerinə yetirməlidir. 11. Qeyd olunan məlumatlar SD kart oxuyucu və ya USB kabeli ilə kompüterə ötürülməlidir. 12. Nümunə götürmə tezliyi 24 saat üçün ən azı 32.000 Hz olmalıdır. 13. Cihaz 14 günədək fasiləsiz qeyd apara bilməlidir. 14. Qeyd sürəti ən azı 250 Hz olmalıdır. 15. Genişlik dəqiqliyi maksimum 15.5 bit, saxlanma dəqiqliyi isə 12 bit olmalıdır. 16. 24 saatlıq qeyd faylının ölçüsü 1000 MB-dan az olmalıdır. 17. Batareya ən çox 3 saatda tam dolmalıdır. 18. Cihaz CISPR11 class B, IEC 60601-1-11, IEC 60950-1, IEC 60065, IEC 60601-2-47 və IEC 60335 standartlarına uyğun olmalıdır. 19. 24 saatlıq qeyd 150 saniyədən az müddətdə kompüterə köçürülməlidir. 20. Cihaz üzərində “Hadisə” düyməsi olmalı və xəstə özünü narahat hiss etdikdə əlavə qeyd apara bilməlidir. 21. Lazımi bütün kabel, xəstə bağlantı avadanlıqları və çanta cihazla birlikdə təqdim olunmalıdır. 22. İstifadəçi qeydləri hesabatda əlavə oluna bilməlidir. Çap A4 formatında alınmalıdır. 23. Sistem kardiostimulyator atımlarını aşkarlamalıdır. 24. Analiz nəticələri tam arxiv (full disclosure) şəklində baxıla bilməlidir. 25. Sistem istifadəçiyə şablon əsaslı analiz imkanı verməlidir. 26. Analiz olunan vurğular 10 saniyəlik hissələr üzrə və ya qruplar üzrə incələnə və redaktə edilə bilməlidir. 27. Parametrlərin dəyişdirilməsi ilə yeni təsnifat aparmaq mümkün olmalıdır. 28. Sistemdə ST seqment analizi, QT seqment analizi, AF, HRV (zaman və tezlik üzrə) və digər klinik analizlər yerinə yetirilməlidir. 29. HRV üçün vaxt və tezlik diapazonları üzrə bütün parametrlər cədvəl şəklində göstərilməlidir. 30. Qeydlərin istənilən hissəsi ayrıca seçilib incələnə bilməlidir. 31. Xəstənin narahatlıq zamanı verdiyi siqnalın dövrü ayrıca göstərilə bilməlidir. 32. Hesabatda xəstənin adı, soyadı, yaşı, diaqnozu, dərmanları, həkim məlumatı və qeyd tarixi əks olunmalıdır. 33. Cihazla birlikdə təqdim olunmalı avadanlıqlar: 5 çıxışlı kabel, daşıma çantası, 1 ədəd 1.5 V AA batereya 34. Komplektdə əlavə olaraq cihazla uyğun işləyən kompüter təqdim edilməlidir; kompüterin yaddaşı minimum 8 GB RAM, prosessoru minimum i5 səviyyəsi, saxlanma tutumu minimum 256 GB SSD, ekran ölçüsü minimum 15 düym, əməliyyat sistemi isə lisenziyalı versiya olmalıdır. |
| 2 |
| ədəd |
| 4 |
| ədəd |
Satınalmalarının 30 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 18 dek 2025
son qələbə 06 noy 2025
son qələbə 12 dek 2025
son qələbə 02 dek 2025
son qələbə 31 okt 2025