Sifarişçi: "CƏLİLABAD DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 3 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
5 satınalma, 5 müxtəlif qalib
Ən çox udan: RAFİQ ƏSƏD OĞLU NƏSİBOV (1, 20%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.3% ilə 64.86% arasında aşağı düşüblər, medianı 15.34%.
Bu tender üçün bu 113.293 ₼ ilə 100.581 ₼ arasıdır.
41.748 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Noutbuk Minimum tələblər: Noutbuk tipli kompüter tələb olunur. Prosessor minimum 8 fiziki nüvəyə və minimum 12 hesablama axınına, yaxud eyni və ya daha yüksək məhsuldarlığa malik olmalıdır. Operativ yaddaş minimum 16 GB olmalıdır. Daxili yaddaş minimum 512 GB SSD olmalıdır. Qrafik sistem inteqrasiya olunmuş və ya eyni funksional nəticəni təmin edən qrafik həllə malik ola bilər. Ekran ölçüsü minimum 15 düym, təsvir ölçüsü minimum 1920×1080 piksel, paneli IPS və ya ekvivalent geniş baxış bucaqlı texnologiya, parlaqlığı minimum 300 cd/m² və yenilənmə tezliyi minimum 60 Hz olmalıdır. Ekran parıltı əleyhinə səthə malik olmalıdır. Cihaz minimum HD veb-kamera, məxfilik örtüyü və daxili stereo dinamiklər və mikrofonlarla təchiz edilməlidir. Batareya tutumu minimum 60 Wh olmalıdır. Simsiz şəbəkə bağlantısı minimum Wi-Fi 6 və ya ekvivalent standartı, Bluetooth isə minimum 5.0 və ya ekvivalent səviyyəni dəstəkləməlidir. Cihazda minimum 2 ədəd USB Type-A, minimum 1 ədəd USB Type-C və minimum 1 ədəd rəqəmsal audio-video çıxışı və ya ekvivalent bağlantı olmalıdır. USB Type-C portu məlumat ötürülməsini və enerji təchizatını dəstəkləməlidir. Cihaz TPM 2.0 və ya ekvivalent aparat/firmware əsaslı təhlükəsizlik funksiyasını dəstəkləməlidir. Çəkisi maksimum 2,0 kq olmalıdır. MAF və ya DAF sənədi tələb olunur. | 20 | ədəd |
| 2 | A3 rəngli printer Minimum tələblər: A3 formatlı rəngli lazer və ya ekvivalent elektro-fotoqrafik texnologiyalı çoxfunksiyalı cihaz olmalıdır.. Cihaz çap, surətçıxarma, skan və göndərmə funksiyalarını dəstəkləməlidir. Prosessor ən azı 1,5 GHz və ya ekvivalent məhsuldarlığa malik, minimum iki nüvəli olmalıdır, operativ yaddaş minimum 2 GB, daxili yaddaş minimum 64 GB olmalıdır. İdarəetmə paneli minimum 7 düym rəngli sensor ekran olmalıdır. Şəbəkə bağlantısı Ethernet və simsiz şəbəkə standartlarını dəstəkləməlidir . Standart kağız tutumu minimum 1000 vərəq, standart çıxış tutumu minimum 250 vərəq olmalıdır. Cihaz minimum A3, A4, A5,B4 və B5 formatlarında çap və surətçıxarmanı dəstəkləməlidir.Çap sürəti A4 formatında həm ağ-qara, həm də rəngli rejimdə minimum 25 səhifə/dəqiqə, A3 formatında minimum 14 səhifə/dəqiqə olmalıdır. Avtomatik ikitərəfli çap funksiyası olmalıdır. Çap təsvir ölçüsü minimum 1200×1200 dpi və ya ekvivalent olmalıdır. Cihaz standart olaraq avtomatik ikitərəfli sənəd ötürücüsü ilə təchiz edilməli, sənəd ötürücüsünün tutumu minimum 100 vərəq olmalıdır. Skan sürəti A4 formatında minimum 70 təsvir/dəqiqə, ikitərəfli skan zamanı isə həm ağ-qara, həm də rəngli sənədlər üçün minimum 35 təsvir/dəqiqə olmalıdır. Skan təsvir ölçüsü surətçıxarma və ağ-qara göndərmə rejimlərində minimum 600×600 dpi və ya ekvivalent olmalıdır, rəngli göndərmə rejimində minimum 300×300 dpi və ya ekvivalent olmalıdır olmalıdır. Təklifə cihazla tam uyğun və həmin cihazda istifadəsi istehsalçı tərəfindən nəzərdə tutulmuş qara, mavi, qırmızı və sarı rənglər üzrə 1 tam toner dəsti daxil edilməlidir.MAF və ya DAF sənədi tələb olunur. | 1 | ədəd |
| 3 | Printer (a4 rəngli) Minimum tələblər: A4 formatlı rəngli mürəkkəb çənli çoxfunksiyalı çap cihazı tələb olunur. Cihaz çap, skan və surətçıxarma funksiyalarını dəstəkləməlidir. Çap sistemi minimum 4 rəngli olmalı, mürəkkəb kartric əvəzinə doldurula bilən inteqrasiya edilmiş mürəkkəb çənləri vasitəsilə işləməlidir. Çap təsvir ölçüsü minimum 4800×1200 dpi və ya ekvivalent, standartlaşdırılmış ölçmə metoduna əsasən çap sürəti ağ-qara rejimdə minimum 10 səhifə/dəqiqə, rəngli rejimdə minimum 5 səhifə/dəqiqə olmalıdır. Adi kağızda maksimal çap sürəti ağ-qara rejimdə minimum 30 səhifə/dəqiqə, rəngli rejimdə minimum 12 səhifə/dəqiqə olmalıdır. İlk səhifənin çıxış müddəti ağ-qara rejimdə maksimum 10 saniyə, rəngli rejimdə maksimum 16 saniyə olmalıdır. Skaner kontakt tipli təsvir sensoruna və minimum 1200×2400 dpi optik təsvir ölçüsünə və ya ekvivalent malik olmalıdır. Maksimal skan sahəsi minimum 216×297 mm olmalıdır. Cihaz minimum A4, A5, A6, B5, B6, Letter, Legal və zərf formatlarını dəstəkləməlidir. Standart kağız ötürücüsünün tutumu minimum 100 vərəq, çıxış tutumu minimum 30 vərəq olmalıdır. Dəstəklənən kağız sıxlığı minimum 64–250 q/m² diapazonunu əhatə etməlidir. Cihaz minimum 10×15 sm ölçüyə qədər haşiyəsiz foto çapını dəstəkləməlidir. MAF və ya DAF sənədi tələb olunur. | 2 | ədəd |
| 4 | Printer (ağ qara) Minimum tələblər: Monoxrom (Ağ-Qara) lazer çap və ya ekvivalent texnologiyalı çoxfunksiyalı qurğu, çap, surətçıxarma və skan etmə funksiyalarını dəstəkləməlidir, çap sürəti A4 formatında minimum 25 səhifə/dəqiqə olmalıdır, çap icazəsi minimum 1200 × 1200 dpi dpi və ya ekvivalent olmalıdır, ilk səhifənin çıxma müddəti maksimum 6 saniyə olmalıdır, avtomatik ikitərəfli çap funksiyasını dəstəkləməlidir, Surətçıxarma sürəti: min. 25 səhifə/dəqiqə və ya ekvivalent, bir əməliyyatda minimum 900 nüsxəyə qədər surət çıxarma imkanı təmin etməlidir, miqyaslama diapazonu minimum 25%-400% aralığında və ya ekvivalent olmalıdır, rəngli skan etməni dəstəkləməli, optik skan icazəsi minimum 600 × 600 dpi dpi və ya ekvivalent, təkmilləşdirilmiş skan icazəsi minimum 9600 × 9600 dpi dpi və ya ekvivalent olmalıdır, Skan sürəti: min. 20 təsvir/dəqiqə və ya ekvivalent, planşet tipli və avtomatik sənəd qidalandırıcısı (ADF) ilə təchiz edilməli, ADF tutumu minimum 35 və ya daha çox vərəq olmalıdır, standart kağız tutumu minimum 250 vərəq olmalıdır, çıxış qabı minimum 50 vərəq tutumuna malik olmalıdır, USB , Ethernet və Wi-Fi bağlantılarını dəstəkləməlidir, mobil çap imkanlarına malik olmalıdır, Daxili idarəetmə yaddaşı (RAM): min. 256 MB və ya ekvivalent, Aylıq tövsiyə olunan çap həcmi: min. 250–2500 səhifə və ya istehsalçı ekvivalenti, maksimal aylıq yüklənmə minimum 30000 səhifə olmalıdır, enerji təchizatı 220–240V AC şəbəkəsindən təmin edilməlidir. MAF və ya DAF sənədi tələb olunur. | 2 | ədəd |
| 5 | Səs gücləndirici Minimum tələblər: Peşəkar istifadə üçün aktiv iki zolaqlı akustik sistem tələb olunur. Aşağı tezlikli dinamik minimum 12 düym, yüksək tezlikli kompressiya sürücüsünün diafraqması minimum 1,70 düym olmalıdır. Akustik sistem iki gücləndiricili konstruksiyaya malik olmalıdır. Tezlik diapazonu minimum 45 Hz–20 kHz, nominal səs yayılma bucağı minimum 90° üfüqi və 60° şaquli olmalıdır. Maksimal səs təzyiqi səviyyəsi minimum 125 dB SPL olmalıdır. Dinamik çıxış gücü minimum 800 W, nominal davamlı çıxış gücü minimum 700 W olmalıdır. Cihaz minimum 1 ədəd XLR giriş, 1 ədəd balanslaşdırılmış çıxış və ya funksional ekvivalentbağlantılarla ilə təchiz edilməlidir. Səs emalı sistemi əsas səsləndirmə və monitor rejimlərini dəstəkləməlidir. Elektrik təchizatı 100–240 V, 50/60 Hz diapazonunu dəstəkləməlidir. İstehlak gücü maksimum 110 W olmalıdır. Akustik sistem stend üzərində quraşdırma imkanınna malik olmaıdır. çəkisi maksimum 30 kq olmalıdır.MAF və ya DAF sənədi tələb olunur. | 2 | ədəd |
| 6 | Mikşer pult Minimum tələblər: Peşəkar istifadə üçün minimum 12 giriş kanallı analoq audio mikser tələb olunur. Cihaz minimum 6 mikrofon girişinə, minimum 4 mono MIC/LINE giriş kanalına və minimum 2 stereo LINE giriş kanalına malik olmalıdır. Stereo əsas çıxış (L/R), qulaqcıq çıxışı, minimum 2 AUX SEND və minimum 2 GROUP OUT çıxışı mövcud olmalıdır. Mikrofon girişləri üçün minimum +48 V fantom qidalanma dəstəklənməlidir. Minimum 4 mono giriş kanalında daxili dinamik kompressor funksiyası olmalıdır. Mikrofon girişləri üçün minimum 80 Hz kəsilmə tezliyinə malik yüksəkkeçirici filtr mövcud olmalıdır. Mikrofon giriş kanallarında minimum 3 zolaqlı ekvalayzer olmalı, yüksək, orta və aşağı tezliklərin ayrı-ayrılıqda tənzimlənməsi təmin edilməlidir. Cihaz çoxseqmentli LED səs səviyyəsi göstəricisinə malik olmalıdır. Elektrik təchizatı minimum AC 100–240 V, 50/60 Hz diapazonunu dəstəkləməli, enerji sərfiyyatı maksimum 35 W olmalıdır. Cihazın xalis çəkisi maksimum 4,5 kq olmalıdır.MAF və ya DAF sənədi tələb olunur. | 1 | ədəd |
| 7 | Mikrofon Minimum tələblər: Peşəkar istifadə üçün əl tipli simsiz mikrofon sistemi tələb olunur. Sistem UHF diapazonunda işləməli və minimum 610–638 MHz tezlik diapazonunu dəstəkləməlidir. Eyni məkanda minimum 12 sistemin paralel işləməsi mümkün olmalıdır. Qəbuledici mövcud boş tezliklərin avtomatik seçilməsi üçün sürətli tezlik axtarışı funksiyasına malik olmalı, mikroprosessorla idarə olunan daxili antenna diversity sistemini dəstəkləməlidir. Əl mikrofonunda dinamik kapsul olmalı, tezlik cavabı minimum 50 Hz–15 kHz, yönəlmə xarakteristikası isə kardioid olmalıdır. Vericinin çıxış gücü minimum 10 mW olmalıdır. Qəbuledici metal korpuslu, minimum 9,5 düym / 1U ölçü formatına uyğun olmalı, çıxarıla bilən BNC antenalara malik olmalıdır. Audio çıxışları minimum XLR və 6,00 mm jack olmalıdır. Qəbuledicidə radio siqnalı və audio səviyyəsini göstərən LCD ekran mövcud olmalıdır. Sistem qəbuledici və əl tipli simsiz mikrofon/verici ilə komplekt təqdim edilməli, işləməsi üçün tələb olunan standart aksesuarlar daxil olmalıdır. | 1 | ədəd |
| 8 | Konfrans mikrofonu Minimum tələblər: Simsiz konfrans mikrofon sistemi tələb olunur, 1 ədəd baza/qəbuledici blok və minimum 4 ədəd stolüstü simsiz mikrofon dəstindən ibarət olmalıdır, rack tipli qəbuledici qurğu ilə təchiz edilməlidir, hər mikrofon üçün ayrıca kanal idarəetməsi və ekran göstəricisi mövcud olmalıdır | 1 | ədəd |
| 9 | Led monitor Minimum tələblər: LED ekran tələb olunur. Ekranın ümumi ölçüsü təxminən 4,48 × 3,00 metr, piksel addımı maksimum 2,5 mm, parlaqlığı minimum 600 nit, kontrast nisbəti minimum 3000:1, yenilənmə tezliyi minimum 3840 Hz olmalıdır. Baxış bucağı minimum 160° üfüqi və 160° şaquli olmalıdır. Sistem görüntünün idarə olunması üçün zəruri kontroller, enerji təchizatı və digər əsas komponentlərlə komplekt təqdim edilməlidir. Karkasın hazırlanması və quraşdırılması təklifə daxil olmalıdır.Azərbaycanda rəsmi servis mərkəzi olmalıdır.MAF və ya DAF sənədi tələb olunur. | 1 | ədəd |
| 10 | Tikiş (naxış) maşını Minimum tələblər: Kompüterləşdirilmiş naxış və tikmə maşını tələb olunur. Cihaz müxtəlif növ naxışların, yazıların və dekorativ elementlərin parça üzərinə avtomatik işlənməsini dəstəkləməlidir. Maksimal tikiş sürəti minimum 800 tikiş/dəqiqə olmalıdır. Cihaz müxtəlif ölçülü işlərin hazırlanması üçün minimum 4 fərqli ölçüdə naxış çərçivəsi ilə komplektləşdirilməlidir. | 1 | ədəd |
| 11 | Tikiş maşını Minimum tələblər: Sənaye tipli, bir iynəli düz tikiş maşını tələb olunur. Maşın yüngül və orta qalınlıqlı materialların tikilməsi üçün nəzərdə tutulmalı, inteqrasiya olunmuş enerjiyə qənaətli mühərrikə malik olmalıdır. Tikiş sürəti minimum 5000 tikiş/dəqiqə, maksimal tikiş uzunluğu minimum 5 mm olmalıdır. Pres ayağının qaldırılma hündürlüyü 1–15 mm diapazonunda olmalıdır. İynə sistemi DB×1 və ya ekvivalent, dəstəklənən iynə ölçüsü minimum 10–20# diapazonunu əhatə etməli, sap sayı 2 olmalıdır. Maşın iynənin dayanma mövqeyinin elektron seçilməsini və maksimal tikiş sürətinin elektron tənzimlənməsini dəstəkləməlidir. Başlıq hissəsində minimum 3 səviyyəli tənzimlənən daxili LED işıqlandırma olmalıdır. Əl ilə idarə olunan geri tikiş qolu, inteqrasiya olunmuş sap kəsici bıçaq, inteqrasiya olunmuş bobin sarıyıcı və dəqiq tikiş üçün addım-addım tikiş düyməsi olmalıdır. Təhlükəsizlik məqsədilə maşının işə salınmasını məhdudlaşdıran təhlükəsizlik açarı mövcud olmalıdır. Elektron idarəetmə sistemi dəyişkən elektrik şəbəkəsi şəraitində işləməyə uyğun olmalıdır. Yağlama sistemi açıq yağ qabı konstruksiyalı olmalıdır. | 10 | ədəd |
| 12 | Parça kəsmək üçün maşın Minimum tələblər: Disk tipli bıçaqla təchiz olunmuş sənaye parçakəsmə maşını tələb olunur, müxtəlif növ tekstil materiallarının və çoxqatlı parçaların kəsilməsi üçün nəzərdə tutulmalıdır, mühərrik gücü minimum 350 Vt olmalıdır, kəsmə bıçağının diametri minimum 125 mm təşkil etməlidir, material qatının kəsilmə hündürlüyü minimum 40 mm olmalıdır, daxili itiləmə (bıçaq itiləmə) mexanizmi ilə təchiz edilməlidir, enerji təchizatı birfazalı 220V AC şəbəkəsindən təmin edilməlidir, elektrik qidalanma kabelinin uzunluğu minimum 2,7 metr olmalıdır | 1 | ədəd |
| 13 | Elektrikli qayçı(Dərzi ixtisası üzrə) ada uyğun keyfiyyətli | 2 | ədəd |
| 14 | Reşmə maşını Minimum tələblər: Sənaye tipli tikiş maşını tələb olunur, düz tikiş (Plain Seaming) funksiyasını dəstəkləməlidir, minimum 3 iynə və minimum 5 sap sistemi ilə işləməlidir, istifadə olunan iynə tipi sənaye standartlarına uyğun olmalıdır, tikiş uzunluğu minimum 1,5 mm-dən maksimum 4,5 mm-dək tənzimlənə bilməlidir, tikiş eni minimum 5,6 mm və ya 6,4 mm olmalıdır, diferensial ötürmə nisbəti minimum 0,65-dən maksimum 1,3-dək tənzimlənə bilməlidir, pres ayaqcığının qaldırılma hündürlüyü minimum 7 mm olmalıdır, tikiş sürəti minimum 5500 tikiş/dəqiqə təşkil etməlidir, avadanlığın ölçüləri minimum 670 × 445 × 595 mm olmalıdır, ümumi çəkisi maksimum 60 kq səviyyəsində olmalıdır.Quraşdırılma qiymət təklifinə daxil olmalıdır. | 1 | ədəd |
| 15 | Overlok tikiş maşını Minimum tələblər: Sənaye tipli, 4 saplı overlok tikiş maşını tələb olunur. Maşın yüngül və orta qalınlıqlı parçaların kənarlarının səliqəli işlənməsi və möhkəm tikişlərin hazırlanması üçün nəzərdə tutulmalıdır. Cihaz inteqrasiya olunmuş birbaşa ötürməli servo mühərrikə malik olmalı, mühərrikin gücü minimum 550 W olmalıdır. Maksimal tikiş sürəti minimum 5500 tikiş/dəqiqə, maksimal tikiş eni minimum 4 mm olmalıdır. Maşın differensial parça ötürmə sistemini dəstəkləməlidir. İynə sistemi DC×27 və ya ekvivalent olmalıdır. Avtomatik yağlama sistemi mövcud olmalıdır. Maşın yüksək sürətli sənaye iş rejimində stabil tikişi təmin edən konstruksiyaya malik olmalıdır. | 1 | ədəd |
| 16 | Petlə maşını Minimum tələblər: Sənaye tipli mexaniki düymə ilgəyi açan tikiş maşını tələb olunur. Cihaz müxtəlif növ toxunmuş parçalar, köynəklər, kombinezonlar və oxşar geyim məmulatlarında düymə ilgəklərinin hazırlanması üçün nəzərdə tutulmalıdır. Maşın inteqrasiya olunmuş mühərrik və idarəetmə bloku ilə təchiz edilməli, aşağı vibrasiya və aşağı səs-küy səviyyəsində işləməyə uyğun konstruksiyaya malik olmalıdır. Sapın avtomatik kəsilməsi və pres ayağının avtomatik qaldırılması elektron və ya ekvivalent avtomatik idarəetmə sistemi vasitəsilə həyata keçirilməlidir. Cihaz avtomatik ilgək sayğacı funksiyasına və LCD ekranlı idarəetmə panelinə malik olmalıdır. İlgək ölçüsü minimum 22×4 mm, paralel tikiş məsafəsi 0,2–2,5 mm diapazonunda, pres ayağının qaldırılma hündürlüyü minimum 12 mm, maksimal tikiş sürəti minimum 3600 tikiş/dəqiqə olmalıdır. Maşın 1 iynəli, 2 saplı konstruksiyaya malik olmalıdır. Cihazda sapın qırılmasını aşkar edən sensor olmalı, sap qırıldıqda operatoru xəbərdar etməli və maşını avtomatik dayandırmalıdır. | 1 | ədəd |
| 17 | Termo press minimum 38x38sm ada uyğun keyfiyyətli | 1 | ədəd |
| 18 | Buxar generatorlu ütü Minimum tələblər: Peşəkar istifadə üçün buxar generatorlu ütü sistemi tələb olunur. Buxar generatorunun su tutumu minimum 5 litr olmalıdır. Cihaz sənaye və peşəkar ütüləmə işləri üçün nəzərdə tutulmalı, buxarlı ütü ilə komplekt şəkildə təqdim edilməlidir. | 2 | ədəd |
| 19 | Düymə tikən maşın Minimum tələblər: Sənaye tipli mexaniki zəncir tikişli düymə tikmə maşını tələb olunur. Cihaz düz tipli düymələrin müxtəlif parça və geyim məmulatlarına tikilməsi üçün nəzərdə tutulmalıdır. Maşın inteqrasiya olunmuş mühərrik və idarəetmə bloku ilə təchiz edilməlidir. Pres ayağının avtomatik qaldırılması və sapın avtomatik kəsilməsi elektron idarəetmə sistemi vasitəsilə həyata keçirilməlidir. Cihaz rəqəmsal idarəetmə panelinə malik olmalı, panel vasitəsilə tikiş sayı, pres ayağının təzyiqi və digər iş parametrlərinin tənzimlənməsi mümkün olmalıdır. Maşın 1 iynəli və 1 saplı konstruksiyaya malik olmalı, iynə sistemi TQ×7 16# və ya ekvivalent olmalıdır. Dəstəklənən düymə diametri 10–28 mm diapazonunu əhatə etməli, pres ayağının qaldırılma hündürlüyü minimum 10 mm, maksimal tikiş sürəti minimum 1500 tikiş/dəqiqə olmalıdır. Cihaz müxtəlif düymə tikiş formalarının seçilməsini dəstəkləməlidir. | 1 | ədəd |
| 20 | Presləmə maşını Minimum tələblər: Sənaye tipli avtomatik servo düymə və aksesuar presləmə maşını tələb olunur. Cihaz müxtəlif növ cins, pambıq və digər geyim materiallarında düymə, cins düyməsi, beşdişli düymə, metal gözlük, plastik və digər uyğun aksesuarların bərkidilməsi üçün nəzərdə tutulmalıdır. Cihaz elektron idarəetmə panelinə malik olmalı, panel vasitəsilə təzyiq və iş sürətinin rəqəmsal tənzimlənməsi, həmçinin elektron sayğac funksiyası təmin edilməlidir.Presləmə təzyiqi minimum 1000 kq, iş gedişi minimum 40 mm, mühərrik sürəti minimum 5000 dövr/dəqiqə olmalıdır. | 2 | ədəd |
| 21 | Zəncirli mişar Minimum tələblər: Məişət və təsərrüfat işləri üçün benzin mühərrikli zəncirli mişar tələb olunur. Mühərrikin iş həcmi minimum 30 sm³, gücü minimum 1,5 kW və ya 2 a.g. olmalıdır. Şin uzunluğu minimum 35 sm (14 düym) olmalıdır. Zəncir addımı:minimum 3/8 düym, Zəncir yuvasının eni (pazı):minimum 1,3 mm və ya ekvivalent. Yanacaq çəninin həcmi minimum 0,25 litr, zəncir yağlama çəninin həcmi minimum 0,140 litr olmalıdır. Cihazın çəkisi şin və zəncir olmadan maksimum 4 kq olmalıdır. Səs gücü səviyyəsi maksimum 110 dB(A), səs təzyiqi səviyyəsi maksimum 98 dB(A) olmalıdır. | 2 | ədəd |
| 22 | Su qızdırıcı Minimum tələblər : Elektrikli su qızdırıcısı olmalıdır, tutumu minimum 50 litr olmalıdır, gücü minimum 1.5 kW olmalıdır, gərginliyi 220–240 V olmalıdır, suyun qızdırılma müddəti maksimum 1 saat 50 dəqiqə olmalıdır, enerji sərfiyyatı maksimum 1.56 kWh/24 saat olmalıdır, maksimum iş təzyiqi minimum 8 bar olmalıdır, maksimum işləmə temperaturu 75°C olmalıdır, çəkisi maksimum 20 kq olmalıdır, qorunma dərəcəsi minimum IPX3 olmalıdır, iç örtüyü titan mina olmalıdır. | 5 | ədəd |
| 23 | Radiator Minimum tələblər: Elektriklə işləyən yağ radiatoru tələb olunur, istilik gücü minimum 2500 Vt olmalıdır, minimum 11 bölmədən (sek¬siyadan) ibarət olmalıdır, müxtəlif istilik səviyyələrinin seçilməsi funksiyasını dəstəkləməlidir, otağın effektiv qızdırılmasını təmin etməlidir Həddindən artıq qızmadan qoruma | 35 | ədəd |
| 24 | Su çiləyici Yüksək təzyiqli yağmurlama başlığı kənd təsərrüfatı və sənaye tətbiqlərində suvarma işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmalıdır. Qurğu tam dairəvi və tənzimlənən sektor üzrə suvarma rejimlərində işləməli, dəyişdirilə bilən nozzle/fısqırtma uclarından istifadə imkanına malik olmalıdır.Yağmurlama başlığı 4–9 kq/sm² iş təzyiqi diapazonunda etibarlı və fasiləsiz işləməli, 28–42 mm diametrli nozzle-larla işləmə imkanını təmin etməlidir. Qurğunun su sərfi istifadə olunan nozzle və iş təzyiqindən asılı olaraq 63–201 m³/saat diapazonunu əhatə etməli, su atış radiusu isə 50–83 metr diapazonunda olmalıdır. Qurğu tam dairəvi və sektor üzrə suvarma rejimlərində sabit, ardıcıl və idarəolunan dönmə təmin etməlidir. Dönmə sürəti iş təzyiqinə uyğun olaraq tənzimlənə bilməli və qurğu müxtəlif iş şəraitində suyun bərabər paylanmasını təmin etməlidir. Su axınının istiqamətləndirilməsi, dönmə prosesinin idarə olunması və suvarma sektorunun formalaşdırılması üçün mexaniki, hidravlik və ya eyni funksional nəticəni təmin edən digər ekvivalent texniki həllərdən istifadə edilə bilər.Təklif olunan məhsul göstərilən texniki göstəricilərə tam uyğun və ya onlardan üstün olmalı, yeni və istifadə olunmamış vəziyyətdə təqdim edilməlidir. | 1 | ədəd |
Satınalmalarının 19 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 03 sen 2026
son qələbə 09 fev 2026
son qələbə 22 sen 2026
son qələbə 08 sen 2026
son qələbə 04 avq 2026