Sifarişçi: "İQTİSADİ ZONALARIN İNKİŞAFI AGENTLİYİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 14 satınalmanı 12 müxtəlif təchizatçı udub. Sahə açıqdır.
14 satınalma, 12 müxtəlif qalib
Ən çox udan: "B2B GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (3, 21.4%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.03% ilə 91.11% arasında aşağı düşüblər, medianı 27.66%.
Bu tender üçün bu 163.873 ₼ ilə 129.106 ₼ arasıdır.
15.866 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Stendin 3D dizaynının hazırlanması Stendin konseptual dizaynının hazırlanması, seçilmiş variant üzrə yüksək keyfiyyətli 3D vizuallaşdırmaların hazırlanması, bütün ölçülərin, materialların və konstruktiv həllərin göstərilməsi, dizaynın Satınalan təşkilatla razılaşdırılması | 1 | ədəd |
| 2 | Stend döşəməsinin hazırlanması 18x7 m (126 m²) ölçülü stend sahəsinin DSP materialı ilə minimum H=80 mm qaldırılması, laminat örtüklə üzlənməsi, bütün konstruksiya elementlərinin yanğına davamlı materiallarla işlənməsi və perimetr boyunca alüminium qoruyucu künclüklərin quraşdırılması | 126 | m(2) |
| 3 | Stend konstruksiya-larının hazırlanması Stendin mərkəzi hissəsində yerləşən, ümumi hündürlüyü 5 metr olan konstruksiyanın hazırlanması. Konstruksiya 4 m² sahəyə malik daxili anbar hissəsindən və stendin əsas vizual və kommunikasiya komponenti kimi çıxış edən fasad hissəsindən ibarət olmalıdır. Konstruksiyanın əsas fasad hissəsi stendin künc istiqamətinə yönəldilməli və sərgi ziyarətçilərinin əsas hərəkət axınından görünəcək şəkildə diaqonal formada yerləşdirilməlidir. Konstruksiyanın divar və fasad səthlərində Agentliyin məlumatlarını əks etdirən qrafik məlumat panelləri, vinil çaplar, həcmli yazılar və ya digər təqdimat elementləri yerləşdirilməlidir. Konstruksiya daxilində 4 m² sahəyə malik anbar nəzərdə tutulmalı, LED ekranın altında yerləşən giriş qapısı ümumi dizayna inteqrasiya edilməli və vizual olaraq nəzərə çarpmamalıdır. Konstruksiyanın bütün görünən səthləri dizayna uyğun üzlənməli, boya, vinil və digər tamamlama işləri tam şəkildə yerinə yetirilməlidir. | 1 | dəst |
| 4 | Asma lightbox sisteminin hazırlanması Sərgi pavilyonunun tavan konstruksiyasından asılan, Agentliyin logosu formasında olan, təxminən 30 p.m uzunluğunda, minimum 1000 mm hündürlükdə, hər iki tərəfdən görünən, daxili LED işıqlandırmalı, Agentliyin adı və loqosunu özündə əks etdirən lightbox sisteminin hazırlanması və quraşdırılması | 1 | dəst |
| 5 | Gizli anbar sahəsinin hazırlanması Stendin mərkəzi hissəsində yerləşən anbar sahəsinin hazırlanması, LED ekranın altında gizli qapının quraşdırılması, qapının ümumi dizayna inteqrasiya olunması, daxili işıqlandırma və minimum 4 rəfli saxlama sisteminin təmin edilməsi | 1 | ədəd |
| 6 | Elektrik təchizatı və gizli kabelləşmə Sərgi təşkilatçısından tələb olunan elektrik gücünün alınması, bütün ödənişlərin həyata keçirilməsi, daxili elektrik şəbəkəsinin qurulması, gizli kabelləşmənin aparılması və stenddə istifadə olunan bütün avadanlıqların fasiləsiz enerji ilə təmin olunması | 3 | gün |
| 7 | İnternet və zəif cərəyan sistemlərinin təmin edilməsi LED ekranın, multimedia sistemlərinin və digər texniki avadanlıqların işləməsi üçün tələb olunan internet bağlantısının, daxili şəbəkənin və əlaqədar zəif cərəyan infrastrukturunun təmin edilməsi | 3 | gün |
| 8 | Agentliyin qəbul masasının hazırlanması 1500x800x1100 mm ölçüdə, ön hissəsində daxildən LED işıqlandırma ilə işıqlandırılan həcmli İZİA loqosu yerləşdirilmiş, daxili hissəsində minimum 3 bölmədən ibarət kilidlənə bilən dolab və saxlama sahəsi olan qəbul masasının hazırlanması | 1 | ədəd |
| 9 | Kreslonun icarəsi Premium görünüşlü, erqonomik, yumşaq oturacaqlı, qəbul masası üçün oturacağın təmin edilməsi | 13 | ədəd |
| 10 | Rezident qəbul masalarının hazırlanması 1200x600x1100 mm ölçüdə, üzərində rezidentin adı və loqosu əks etdirilən, daxili hissəsində minimum 2 rəfli, kilidlənə bilən dolab və saxlama bölməsi olan qəbul masalarının hazırlanması | 12 | ədəd |
| 11 | Rezident nümayiş vitrinlərinin hazırlanması Ölçüləri 900x400x2500 mm olan, daxili işıqlandırmalı, 40 düym monitorun (icarə) konstruksiyaya inteqrasiya olunduğu, enerji və məlumat kabellərinin gizli şəkildə çəkildiyi vitrinlərin hazırlanması. Vitrin üzərində rezidentin adı və loqosu yerləşdirilməli, aşağı hissəsində kilidlənə bilən texniki və saxlama bölməsi nəzərdə tutulmalıdır | 12 | ədəd |
| 12 | Vizit kartı qutularının təmin edilməsi Şəffaf akril materialdan hazırlanmış vizit kartı qutularının təmin edilməsi | 13 | ədəd |
| 13 | Broşur qutularının təmin edilməsi Şəffaf akril materialdan hazırlanmış 3 mərtəbəli pilləkənvari quruluşa malik A4 formatlı çap materiallarının yerləşdirilməsi üçün Qutular stendin ümumi dizayn konsepsiyasına uyğun görünüşdə olmalıdır. | 13 | ədəd |
| 14 | LED ekranın icarəsi 3000x2200 mm ölçüdə, minimum P3 LED texnologiyalı ekranın təmin edilməsi, quraşdırılması və sərgi müddəti boyunca ekranda video və multimedia materiallarının fasiləsiz yayımının təmin edilməsi | 3 | gün |
| 15 | Videoçarxın hazırlanması İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye zonalarında görüşlmüş işləri, nəticələri, həmçinin agentliyin fəaliyyəti və statistik məlumatları özündə əks etdirən 5-7 dəqiqəlik videoçarxın hazırlanması, montajı və LED ekran formatına uyğunlaşdırılması | 1 | ədəd |
| 16 | Görüş masalarının icarəsi Ağ və ya açıq rəngli premium səthə malik, diametri 1000 mm, hündürlüyü 750 mm olan premium görünüşlü masaların təmin edilməsi | 3 | ədəd |
| 17 | Görüş masaları üçün oturacaqların icarəsi Metal karkaslı, yumşaq oturacaqlı və arxalıqlı, dəri və ya yüksək keyfiyyətli tekstil materialla üzlənmiş premium qonaq oturacaqlarının təmin edilməsi | 12 | ədəd |
| 18 | Çay-kofe xidmət zonasının (bar masasının) hazırlanması 3000x700x1100 mm ölçüdə, kilidlənə bilən dolab, gizli zibil qabı, saxlama bölmələri və texniki avadanlıqlar üçün sahələrlə təchiz edilmiş servis masasının hazırlanması | 1 | ədəd |
| 19 | Kofe aparatının icarəsi Kapsul tipli kofe aparatı, 300 kapsul, 500 ədəd birdəfəlik istifadə üçün stəkan | 3 | gün |
| 20 | Elektrik samovarın icarəsi Elektrik samovarı və 300 ədəd paket (sallama) çay, 500 ədəd birdəfəlik istifadə üçün stəkan, şəkər, qarışdırıcılar, birdəfəlik qablar, müxtəlif növ şirniyyat və peçenyelər | 3 | gün |
| 21 | Agentliyin təqdimat broşurlarının hazırlanması və çapı Agentliyin fəaliyyəti, sənaye zonaları, investisiya imkanları, rezidentlərə təqdim olunan güzəştlər və statistik göstəriciləri özündə əks etdirən broşurun hazırlanması və çapı. A4 formatlı məhsulun 3 qat qatlanmış (99x210 mm) forması, minimum 200 qr/m² kağız, tam rəngli çap. Azərbaycan dilində 500 ədəd, ingilis dilində 500 ədəd | 1000 | ədəd |
| 22 | Agentliyin təqdimat kitabçasının hazırlanması və çapı Agentliyin fəaliyyəti, sənaye zonaları, investisiya imkanları, rezidentlərə təqdim olunan güzəştləri özündə əks etdirən kitbaçanın hazırlanması və çapı. Kitabça A4 formatında, 30 səhifədən ibarət olmalı, Azərbaycan və ingilis dillərində hazırlanmalıdır. Üz qabığı minimum 300 qr/m² premium kağız üzərində, mat və ya soft-touch laminasiyalı, daxili səhifələr minimum 170 qr/m² yüksək keyfiyyətli örtüklü (coated) kağız üzərində tam rəngli çap edilməlidir. Kitabça yapışdırma və ya metal sancaq üsulu ilə deyil, peşəkar tikişli və ya PUR yapışdırma texnologiyası ilə cildlənməlidir. Çap məhsulu korporativ təqdimat səviyyəsində premium görünüşə malik olmalıdır. Azərbaycan dilində 500 ədəd, ingilis dilində 500 ədəd. | 1000 | ədəd |
| 23 | Dekorativ elementlərin hazırlanması və quraşdırılması Stend dizaynına uyğun həcmli dekor elementlərinin, loqoların, qrafik konstruksiyaların və digər dekor komponentlərinin hazırlanması və quraşdırılması | 1 | dəst |
| 24 | Dekorativ bitkilərin icarəsi Müxtəlif ölçülü dekorativ bitkilərin, dibçəklərin və yaşıllıq elementlərinin təmin edilməsi. 12 ədəd bitki, o cümlədən 4 ədəd 120 sm-dən hündür iri ölçülü dekorativ bitki təmin edilməlidir. | 16 | ədəd |
| 25 | Gündəlik təmizlik xidmətinin təmin edilməsi Sərgi müddətində 1 nəfər təmizlik əməkdaşının ayrılması, stendin bütün sahələrinin gün ərzində mütəmadi təmizlənməsi, tullantıların çıxarılması və stendin daim səliqəli vəziyyətdə saxlanılması | 3 | gün |
| 26 | Stendin montajı Stend elementlərinin daşınması, quraşdırılması, sazlanması və istifadəyə tam hazır vəziyyətə gətirilməsi | 1 | ədəd |
| 27 | Stendin demontajı və daşınması Sərgidən sonra stend elementlərinin zədələnmədən sökülməsi, qablaşdırılması və Sumqayıt Sənaye Parkında yerləşən anbarına təhlükəsiz daşınaraq çatdırılması. (3D maketlər istisna olmaqla) | 1 | ədəd |
Satınalmalarının 31 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 08 iyn 2026
son qələbə 28 avq 2026
son qələbə 17 apr 2026
son qələbə 09 yan 2026
son qələbə 10 sen 2026