Bu sifarişçidə eyni kateqoriyada 2 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
10 satınalma, 9 müxtəlif qalib
Ən çox udan: "FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2, 20%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 75.46% arasında aşağı düşüblər, medianı 19.94%.
Bu tender üçün bu 67.524 ₼ ilə 56.845 ₼ arasıdır.
17.424 ₼ məbləğindən aşağı heç kim udmayıb.
167 ₼
Sənədlər 25 ₼ + iştirak 142 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Soyuducu QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur. Avadanlıqların ölçüləri mövcud əraziyə uyğun hesablanmışdır. Göstərilən ölçülər nəzərə alınmalıdır. Minimal tələb: Növü: Altdan donduruculu (Bottom Freezer və ya ekvivalenti) ikiqapılı soyuducu, Soyutma sistemi: Total No Frost (Buzlanmayan və ya ekvivalenti) Kompressor tipi: Smart İnverter (Ağıllı İnverter və ya ekvivalenti), Ümumi brüt həcm: minimum 500 litr, Ümumi xalis (net) həcm: minimum 446 litr, Soyuducu kameranın xalis həcmi: minimum 324 litr, Dondurucu kameranın xalis həcmi: minimum 122 litr, Enerji səmərəliliyi sinfi: A++, İllik enerji istehlakı: maksimum 250 kVt/saat, Səs səviyyəsi: 45 dB-ə qədər, Hava dövranı sistemi: Çoxaxınlı (Multi Air Flow və ya ekvivalenti) və qapıdan soyutma (DoorCooling+) texnologiyalı və ya ekvivalenti, İdarəetmə növü: Xarici rəqəmsal (LED və ya ekvivalenti) displey, Hündürlüyü: 1830-1890 mm, Eni: 680-710 mm, Dərinliyi: 700-750 mm, Əlavə funksiyalar: Sürətli dondurma, nəm tənzimləyicili tərəvəz bölməsi, daxili LED işıqlandırma, mexaniki buz generatoru, Hava dövranı sistemi: Soyuq havanı bərabər paylayan çoxaxınlı və qapı hissədən soyutma texnologiyalı (və ya ekvivalenti), Xarici örtük və rəng: Cızıqlara və barmaq izinə davamlı materialdan, Gümüşü/Platin rəngli (və ya ekvivalenti), Zəmanət minimum 2 il, Malın Vəziyyəti: "Mal tamamilə yeni (istifadə olunmamış), istehsalçı zavodun orijinal qablaşdırılmasında, zədəsiz və tam komplektasiyada təhvil verilməlidir.", Logistika və Quraşdırılma: Malın Satınalan təşkilatın göstərdiyi ünvana daşınması, binaya qaldırılması və ilkin sazlanaraq işlək vəziyyətdə təhvil verilməsi Təchizatçının hesabına və qüvvəsi ilə həyata keçirilməlidir. Sənədləşmə: Mal təhvil verilərkən rəsmi zəmanət talonu (imzalı möhürli). Azərbaycan və ya rus dilində istismar təlimatı təqdim edilməlidir. Qutu dəsti: Soyuducunun özü: Korpusu xarici zədələrdən qoruyan xüsusi penoplast (köpük) və qoruyucu polietilen üzlük daxilində. Daxili rəflər: 3 ədəd zərbəyəbərkidilmiş şüşə rəf (Tempered Glass) və 1 ədəd qatlana bilən (sliding/retractable) xüsusi şüşə rəf. Qapı rəfləri (cibləri): 4 ədəd plastik qapı içi asma rəf. Dondurucu bölməsinin qutuları: 3 ədəd şəffaf, çıxarıla bilən plastik siyirmə (çekmece). Aksesuarlar: 1 ədəd yumurta qabı (konteyneri) və 1 ədəd mexaniki buz qəlibi (buz generatoru). | 2 | ədəd |
| 2 | Quraşdırılan Mikrodalğalı soba (çərçivəsi ilə) QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur. Avadanlıqların ölçüləri mövcud əraziyə uyğun hesablanmışdır. Göstərilən ölçülər nəzərə alınmalıdır. Minimal tələb: Növü: Mətbəx mebelinin daxilinə quraşdırılan mikrodalğalı soba, İş rejimləri: Mikrodalğalı soba və Qril rejimləri, həmçinin onların kombinə edilmiş istifadəsi (və ya ekvivalenti), Daxili həcmi: Azı 20 litr, mikrodalğa gücü: Azı 800 Vt, Güvənlik pillələri: Ən azı 5 fərqli güc pilləsi (90 Vt, 180 Vt, 360 Vt, 600 Vt, 800 Vt), Qril gücü: Azı 1000 Vt, Avtomatik proqram sayı: Hazırlanma və buzaçma daxil olmaqla azı 8 ədəd avtomatik proqram (AutoPilot 8 və ya ekvivalenti), Daxili örtük materialı: Paslanmaz polad və ya yüksək davamlı asan təmizlənən emal, Təmizləmə sistemi: Hidrolitik (buxar ilə təmizləmə asistanı) texnologiyalı (və ya ekvivalenti), İdarəetmə növü: Sensorlu/Elektromexaniki idarəetmə panelinə malik fırlanan keçirici düymə (və ya ekvivalenti), Displey və İşıqlandırma: Ağ rəngli LED displey, daxili qənaətli LED işıqlandırma sistemi və çoxfunksiyalı elektron taymer (və ya ekvivalenti), Qapının açılma forması: Düymə ilə sol tərəfə açılan şüşə qapı, Daxili fırlanan boşqab diametri: Azı 27 sm şüşə altlıq, Rəngi və xarici örtüyü: rəng sifarişə uyğun, Xarici qabarit ölçülər Hündürlük: 382 -385mm, En: 595 -600mm, Dərinlik: 335-340mm, Quraşdırılma (niş) ölçüləri: Hündürlük: 362-365 mm, En: 560-568 mm, Dərinlik: 320-325 mm, Elektrik tələbləri: Ümumi qoşulma gücü max 1.27 kVt, gərginlik 220-230 V, şəbəkə kabelinin uzunluğu azı 130 sm , Komplektasiya: Minimum 1 ədəd qril metal şəbəkəsi və fırlanan mexanizm, Zəmanət minimum 2 il, Quraşdırılma şərti: "Mikrodalğalı sobanın Satınalan təşkilatın göstərdiyi ünvandakı mətbəx mebelinin daxilinə quraşdırılması, montajı və sazlanaraq tam işlək vəziyyətdə təhvil verilməsi Təchizatçının qüvvəsi və hesabı rəsmən həyata keçirilməlidir." Sənədləşmə: Mal təhvil verilərkən rəsmi zəmanət talonu (imzalı möhürli). Azərbaycan və ya rus dilində istismar təlimatı təqdim edilməlidir. Qutu dəsti: Mikrodalğalı sobanın özü: Mebelin içinə quraşdırılan çərçivəsi (raması) gövdə üzərində hazır şəkildə, xüsusi qoruyucu köpük və polietilen qablaşdırmada. Fırlanma halqası (rolik): Şüşə boşqabın kameranın daxilində rahat fırlanmasını təmin edən təkərli plastik mexanizm. Metal qril barmaqlığı (grill rack): Qril rejimində ət və digər qidaları qızartmaq üçün nəzərdə tutulmuş xüsusi hündür metal şəbəkə. Quraşdırma (montaj) dəsti: Mebelin nişinə bərkidilməsi üçün lazımi vintlər və quraşdırma elementləri. Şəbəkə kabeli: Cihazın arxasına bitişik və ya dəstdə gələn, uzunluğu ən azı 130 sm. Şüşə boşqab (fırlanan altlıq): Yeməklərin qoyulması üçün diametri azı 27 sm olan xüsusi şüşə padnos. | 1 | ədəd |
| 3 | Soyuducu balaca QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur. Avadanlıqların ölçüləri mövcud əraziyə uyğun hesablanmışdır. Göstərilən ölçülər nəzərə alınmalıdır. Minimal tələb: Təyinatı: Kiçik sahəli otaqlar, ofislər və otel nömrələri üçün nəzərdə tutulmuş kompakt mini-soyuducu. Quruluşu: Birqapılı, daxili dondurucu kamerası yuxarı hissədə yerləşən tipdə. Ümumi faydalı həcmi: ən azı 80 litr. Soyuducu kameranın həcmi: ən azı 70 litr. Dondurucu kameranın həcmi: ən azı 10 litr. Soyutma sistemi: Defrost (damcı sistemi) və ya ekvivalent. Enerji səmərəliliyi sinfi: A+ və ya daha yüksək. İdarəetmə növü: Mexaniki (termostat tənzimləyicisi ilə). Daxili təchizat: Tənzimlənən rəflər və qapı daxili qablar/bölmələr. Qabarit ölçüləri (H × E × D): Maksimum 85 × 50 × 50 sm hüdudlarında. Rəngi: sifarişə uyğun. Logistika və Quraşdırılma: Malın Satınalan təşkilatın göstərdiyi ünvana daşınması, binaya qaldırılması və ilkin sazlanaraq işlək vəziyyətdə təhvil verilməsi Təchizatçının hesabına və qüvvəsi ilə həyata keçirilməlidir. Sənədləşmə: Mal təhvil verilərkən rəsmi zəmanət talonu (imzalı möhürli minimum 1 illik). Azərbaycan və ya rus dilində istismar təlimatı təqdim edilməlidir. Qutu dəsti: Soyuducunun özü: Korpusu xarici zədələrdən qoruyan xüsusi penoplast və polietilen qablaşdırma daxilində. Soyuducu (alt) bölmənin rəfləri: 3 ədəd zərbəyəbərkidilmiş şüşə rəf və 1 ədəd tərəvəz qutusunun üzərini örtən şüşə rəf. Məhsul qutuları: 1 ədəd meyvə və tərəvəzlərin təravətli qalması üçün nəzərdə tutulmuş böyük plastik siyirmə. Soyuducu qapısının rəfləri: 3 ədəd plastik qapı içi asma rəf (cib). Dondurucu (üst) bölmənin rəfi: Dondurucu kameranı iki hissəyə bölən 1 ədəd tel və ya şüşə rəf. Dondurucu qapısının rəfləri: 2 ədəd qapı içi plastik asma rəf. Aksesuarlar: 1 ədəd yumurta qabı və 1 ədəd mexaniki buz qəlibi | 1 | ədəd |
| 4 | İntellektual iqlim kompleksi QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur. Minimal tələb: Təyinatı: Sahəsi 52 m²-dək olan qapalı məkanlarda havanın filtrasiyası, dezinfeksiyası, qoxulardan təmizlənməsi və eyni zamanda 32 m²-dək sahədə nəmləndirilməsi üçün iqlim kompleksi və ya ekvivalent. Hava təmizləmə məhsuldarlığı: Maksimal rejimdə 402 m³/saat. Nəmləndirmə növü: Ağ ərp yaratmayan, təbii (ənənəvi) buxarlanma prinsipi ilə işləyən su diski sistemli, Nəmləndirmə gücü: Maksimal 700 ml/saat. Su çəninin həcmi 3.5 litr. Filtrasiya sistemi (Çoxmərhələli): 1)Böyük tozlar və tüklər üçün ilkin filtr; 2)PM2.5 mikro-tozları, allergenləri və virusları tutan kompozit HEPA filtr (Super Allergy Buster və ya ekvivalent); 3)Qoxu, siqaret tüstüsü və zərərli qazları (formaldehid) neytrallaşdıran kömür (deodorasiya) filtri və ya ekvivalent; 4) Antimikrobik və ərpsiz nəmləndirmə filtri. Filtrlərin xidmət müddəti: HEPA, deodorasiya və nəmləndirmə filtrlərinin istismar müddəti 10 ilədək (və ya ekvivalent dözümlülükdə). Sensorlar: Toz, qoxu, rütubət, işıq (gecə rejimi üçün) və hərəkət sensoru olan intellektual idarəetmə və ya ekvivalent. Enerji səmərəliliyi və Səs: İnverter mühərrik, maksimal enerji istehlakı 58 Vt, minimal səs səviyyəsi 18 dB (gecə rejimində). Nanoe™ İonlaşma Texnologiyası: Havadakı rütubətdən kapsullaşdırılmış hidroksil (OH) radikalları istehsal edərək parça və xalçaların dərininə nüfuz edən, virus, bakteriya və qoxuları molekulyar səviyyədə yox edən sistem və ya ekvivalent. Econavi İntellektual Rejimi və ya ekvivalent: Otaqdakı hərəkət sensoru vasitəsilə istifadəçilərin günlük rejimini yadda saxlayan, çirklənmə baş verməzdən əvvəl reaktiv rejimə keçən və 60%-dək enerji qənaəti təmin edən süni intellekt alqoritmı. Mega Catcher Mexanizmi: Havada çirklənmə aşkar edildikdə ön paneli avtomatik irəli və yuxarı sürüşərək, döşəmədən 30 sm hündürlükdə (aşağı zonada) hava udma gücünü maksimuma çatdıran konstruksiya və ya ekvivalent. 10 İllik İstismar Ömrü: İstehsalçı tərəfindən rəsmi olaraq kompozit HEPA və ya ekvivalent və nəmləndirmə filtrləri üçün minimum 10 il xidmət müddəti (istismar xərclərini minimuma endirmək üçün) təsdiq edilmiş filtrasiya sistemi. Malın Satınalan təşkilatın göstərdiyi ünvana daşınması, binaya qaldırılması və ilkin sazlanaraq işlək vəziyyətdə təhvil verilməsi Təchizatçının hesabına və qüvvəsi ilə həyata keçirilməlidir. Minimum 3 il (36 ay) rəsmi zəmanət, Mal təhvil verilərkən rəsmi zəmanət talonu (imzalı möhürli). Qutu dəsti: İqlim kompleksinin özü: Gövdə xarici cızıqlardan qorunmaq üçün zavod polietilen paketi və künc penoplastları daxilində. Su çəni (Su rezervuarı): Nəmləndirmə funksiyası üçün gövdəyə inteqrasiya olunmuş, 3.5 litr tutumlu çıxarıla bilən şəffaf su qabı. İlkin təmizləmə filtri (Pre-filter): Böyük toz hissəciklərini tutmaq üçün cihazın ön panelində yerləşən torvari filtr. HEPA filtr və ya ekvivalent: Xırda toz, allergen və mikroorqanizmləri süzən, qoruyucu paketi açılmamış vəziyyətdə daxilə yerləşdirilmiş əsas filtr. Kömür filtri: Qoxuları neytrallaşdıran, xüsusi paketdə gələn kömür əsaslı qoruyucu filtr. Nəmləndirmə filtri: Su qabının alt hissəsində, fırlanan disk mexanizminin üzərinə quraşdırılmış dairəvi nəmləndirici filtr. Göyərmə/Göbələk əleyhinə filtr: Su qabının altındakı nəm daxili mühitdə bakteriyaların yaranmasını əngəlləyən kiçik filtr elementi. | ||
| 5 | Buz Hazırlayan Cihaz QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur. Minimum tələb: Təyinatı: qapalı məkanlarda gündəlik buz ehtiyacını qarşılamaq üçün kompakt dizaynlı buz aparatı. Məhsuldarlıq gücü: Sutka ərzində minimum 12 kq təmiz buz istehsal etmə qabiliyyəti. Enerji səmərəliliyi sinfi: Yüksək qənaət təmin edən minimum A++ sinfi, Su rezervuarının həcmi: Minimum 1.8 litr daxili su tutumu. İdarəetmə sistemi: İşıqlı göstəricilərə malik olan tam elektron / sensor idarəetmə paneli və ya ekvivalent. İndikatorlar: Cihazda suyun bitməsini və buz səbətinin dolmasını vizual olaraq göstərən intellektual xəbərdarlıq sensorları. Korpus və Dizayn: Korroziyaya qarşı davamlı, erqonomik, xarici təsirlərdən qorunan möhkəm konstruksiya. İstehsalçı və ya tədarükçü tərəfindən. Minimum 2 il (24 ay) rəsmi zəmanət (imzalı möhürli). Logistika və Quraşdırılma: Malın Satınalan təşkilatın göstərdiyi ünvana daşınması, binaya qaldırılması və ilkin sazlanaraq işlək vəziyyətdə təhvil verilməsi Təchizatçının hesabına və qüvvəsi ilə həyata keçirilməlidir. Sənədləşmə: Mal təhvil verilərkən rəsmi zəmanət talonu (imzalı möhürli). Azərbaycan və ya rus dilində istismar təlimatı təqdim edilməlidir. Qutu dəsti: Buz hazırlayan aparat: Gövdəsi xarici cızıqlardan qorunmaq üçün zavod polietilen paketi və künc penoplastları (köpük) daxilində. Çıxarılan buz səbəti (konteyneri): Hazırlanmış buz kubiklərinin toplanması üçün cihazın daxilinə yerləşdirilən plastik qab Buz kürəyi (kürəkçəsi): Buzu səbətdən gigiyenik şəkildə götürmək üçün nəzərdə tutulmuş kiçik plastik kürək. Su tökmə qabı (opsional): Daxili su rezervuarını (1.8 - 3.2 litr) doldurmaq üçün ölçülü qab. Qida kabeli: Cihazı elektrik şəbəkəsinə qoşmaq üçün korpusa bitişik və ya ayrılan elektrik kabeli | 1 | ədəd |
| 6 | Espresso qəhvə maşını QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur. Minimal tələb: Nasos təzyiqi: Professional ekstraksiya üçün minimum 19 bar təzyiq gücü. Güc və Gərginlik: Minimum 1500 Vt enerji istehlakı, standart 220-240V şəbəkə gərginliyi. Şəbəkə tezliyi: 50 Hz. Elektrik kabelinin uzunluğu: azı 100 sm. Su və Qəhvə çənləri: Çıxarıla bilən minimum 2.4 litr su çəni və minimum 320 q tutumlu dənəvər qəhvə konteyneri. İnteqrasiya olunmuş dəyirman: Uzunömürlü, 1-6 arası tənzimlənən üyütmə dərəcəsinə malik keramika materiallı dəyirman və ya ekvivalent. Süd sistemi: Daxili intellektual buxar təmizləmə funksiyasına malik minimum 0.7 litrlik süd konteyneri ilə inteqrasiya olunmuş avtomat sistem və ya ekvivalent. İdarəetmə paneli: İnteraktiv və rəngli minimum 5 düymlük TFT sensor ekran (Active Select Display və ya ekvivalent). Məhsuldarlıq və İçki çeşidi: Bir toxunuşla 35-dən çox beynəlxalq və lokal qəhvə növü (Cappuccino, Latte, Flat White və s.) hazırlama, eyni vaxtda iki fincan südlü içki hazırlama (OneTouch DoubleCup) funksiyası və ya ekvivalent. Məsafədən idarəetmə: Wi-Fi dəstəyi ilə smartfon vasitəsilə içki növbəsi yaratma (Home Connect sistemi və ya ekvivalent). Təmizləmə texnologiyası: Avtomatik kirec və yağ təmizləmə (Calc'n Clean proqramı və ya ekvivalent) və qabyuyan maşında yuyula bilən damcı altlığı/süt hissələri və ya ekvivalent. Cihazın xalis ölçüləri minimum (Hündürlük x En x Dərinlik): 380 x 352 x 467 mm (38.0 x 35.2 x 46.7 sm). Qablaşdırılmış (qutu) ölçüləri minimum (H x E x D): 510 x 360 x 420 mm (51.0 x 36.0 x 42.0 sm). Xalis çəki (Cihazın özü): minimum 10 kq. Korpusun materialı: Premium səviyyəli paslanmayan polad (Stainless steel) və yüksək keyfiyyətli zərbəyə davamlı plastik kombinasiyası və ya ekvivalenti. Logistika və Quraşdırılma: Malın Satınalan təşkilatın göstərdiyi ünvana daşınması, binaya qaldırılması və ilkin sazlanaraq işlək vəziyyətdə təhvil verilməsi Təchizatçının hesabına və qüvvəsi ilə həyata keçirilməlidir. Sənədləşmə: Mal təhvil verilərkən rəsmi zəmanət talonu minimum 2 il (24 ay) (imzalı möhürli). Azərbaycan və ya rus dilində istismar təlimatı təqdim edilməlidir. Qutu dəsti: Qəhvə maşını: Gövdəsi xarici zədələrdən və cızıqlardan qorunmaq üçün zavod polietilen paketi və künc penoplastları daxilində.Süd borusu və adapter: Süd köpürtmə sistemi üçün quraşdırılan xüsusi elastik boru və paslanmaz polad adapter oxu.Su filtri: Su çəninin daxilinə quraşdırılan, suyun codluğunu və ərpini azaldan 1 ədəd orijinal filtr kartrici.Suyun codluğunu təyin edən test zolağı: Suyun tərkibini yoxlamaq və aparatı tənzimləmək üçün 1 ədəd kağız indikator zolağı.Təmizləmə tableti: Aparatın daxili qəhvə sistemini yağlardan təmizləmək üçün 1 ədəd başlanğıc təmizləmə həbi.Qida kabeli: Cihazı elektrik şəbəkəsinə qoşmaq üçün çıxarıla bilən elektrik şnuru. | 1 | |
| 7 | Televizor 86 inc minimum 4K QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur. Avadanlıqların ölçüləri mövcud əraziyə uyğun hesablanmışdır. Göstərilən ölçülər nəzərə alınmalıdır. Minimal tələb: Ekran ölçüsü və növü: Minimum 86 inc(218 sm) diaqonallı, Rəng saflığını, yüksək rəng dəqiqliyini və geniş rəng qamını təmin edən təkmilləşdirilmiş işıq-diod panelli — Kvant nöqtələri (Quantum Dot), Nanohissəciklər (NanoCell, Nano Color) və ya ekvivalent texnologiyalı ekran.. Ekran təsvir ölçüsü: 4K Ultra HD (3840 x 2160 piksel) və ya ekvivalent. Yenilənmə tezliyi (Refresh Rate): Sürətli səhnələr və oyunlar üçün doğma (Native) 120 Hz tezlik və ya ekvivalent. İşıqlandırma və Qaraltma: Detallı kontrast üçün gücləndirilmiş lokal qaraltma (Advanced Local Dimming) sistemli Edge LED və ya ekvivalent. Əməliyyat sistemi və Smart platforma: İnteqrasiya olunmuş brauzerli. İnterfeyslər (Girişlər): Minimum 4 ədəd HDMI (yüksək sürətli VRR/ALLM dəstəkli), minimum 2 ədəd USB 2.0, 1 ədəd LAN, 1 ədəd Optik səs çıxışı. Simsiz bağlantı: Quraşdırılmış Wi-Fi (802.11ac), Bluetooth (minimum v5.1) dəstəyi. Səs sistemi: Ümumi gücü minimum 20 Vt olan Dolby Digital dəstəkli səs sistemi və ya ekvivalent. Kranşteyn: Təyinatı: 86-90 düym arası televizorlar üçün gücləndirilmiş divar asılqanı (kranşteyn) Yük götürmə qabiliyyəti: Təhlükəsizlik üçün minimum 60 kq və ya daha çox ağırlığa davamlı olmalıdır. Konstruksiya: Ağır çəkiyə davamlı, yüksək keyfiyyətli soyuq yayılmış poladdan hazırlanmış, qoşa qollu hərəkətli və ya ultra-nazik sabit mexanizm. Təhlükəsizlik kilidi: Televizorun təsadüfən yerindən çıxmasının qarşısını alan avtomatik kliklənmə/kilidləmə sisteminə (Autolock və ya ekvivalent) malik olmalıdır. Logistika və Quraşdırılma: Malın Satınalan təşkilatın göstərdiyi ünvana daşınması, binaya qaldırılması, kranşteyn divara quraşdırılması və ilkin sazlanaraq işlək vəziyyətdə təhvil verilməsi Təchizatçının hesabına və qüvvəsi ilə həyata keçirilməlidir. Sənədləşmə: Mal təhvil verilərkən rəsmi zəmanət talonu minimum 2 illik (imzalı möhürli). Azərbaycan və ya rus dilində istismar təlimatı təqdim edilməlidir. Qutu dəsti: Televizorun özü: Xüsusi qoruyucu köpüklərin (penoplast) və polietilen üzlüyün daxilində. Məsafədən idarəetmə pultu: Brenddən asılı olaraq standart və ya ağıllı pult, Televizorun ayaqları (altlığı): Masanın üzərinə qoymaq üçün nəzərdə tutulan sağ və sol ayaqlar (və ya mərkəzi altlıq). Ayaqların boltları/vintləri: Altlığı televizorun gövdəsinə bərkitmək üçün lazımi sayda kiçik vintlər. Qida kabeli (Power cord): Televizoru cərəyana qoşmaq üçün elektrik kabeli (bəzi modellərdə gövdəyə bitişik olur). Kabel nizamlayıcıları: Televizorun arxasındakı kabelləri səliqəli yığmaq üçün kiçik plastik sıxaclar və ya xüsusi qapaqlar. | 1 | ədəd |
| 8 | Televizor 65 inc minimum 4K QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur. Avadanlıqların ölçüləri mövcud əraziyə uyğun hesablanmışdır. Göstərilən ölçülər nəzərə alınmalıdır. Minimum tələb: Ekran ölçüsü və növü: Minimum 65 inc (165 sm) diaqonallı, yüksək rəng dəqiqliyini və geniş rəng qamını təmin edən təkmilləşdirilmiş işıq-diod panelli — Kvant nöqtələri (Quantum Dot), Nanohissəciklər (NanoCell, Nano Color) və ya ekvivalent texnologiyalı ekran. Ekran təsvir ölçüsü və HDR: 4K Ultra HD (3840 x 2160 piksel), Dolby Vision, HDR10 və HLG dəstəyi və ya ekvivalent. Yenilənmə tezliyi (Refresh Rate): Sürətli keçidlər və peşəkar oyun rejimləri üçün doğma (Native) 120 Hz tezlik və ya ekvivalent. Mərkəzi prosessor: Süni intellekt (AI) alqoritmləri əsasında təsviri və səsi real vaxt rejimində analiz edərək optimallaşdıran, kadrların aydınlığını və obyektlərin dərinliyini tənzimləyən, dördnüvəli (Quad Core) yeni nəsil ağıllı media prosessoru və ya ekvivalent. və ya ekvivalent. Qaraltma və Kontrast sistemi: Detallı kadrlar və dərin qara rəng üçün təkmilləşdirilmiş yerli qaraltma (Local Dimming / Precision Dimming) texnologiyası və ya ekvivalent. Əməliyyat sistemi və Smart platforma: Quraşdırılmış internet brauzerinə, rəsmi tətbiqlər mağazasına, çoxistifadəçili profil dəstəyinə və proqram təminatının rəsmi yenilənməsinə malik, qlobal istehsalçıların flaqman modellərində tətbiq edilən çoxfunksiyalı müasir ağıllı (Smart TV) əməliyyat sistemi platforması və ya ekvivalent. İnterfeyslər (Girişlər): Minimum 4 ədəd HDMI (4K 120Hz, eARC, VRR, ALLM, QMS dəstəkli), minimum 2 ədəd USB, 1 ədəd LAN portu və ya ekvivalent. Quraşdırılmış yüksəksürətli Wi-Fi və Bluetooth (minimum v5.1) modullarına, həmçinin mobil cihazların və planşetlərin ekran təsvirini simsiz ötürmək və ağıllı ev ekosistemlərinə inteqrasiya olunmaq üçün universal ekran paylaşma və idarəetmə protokolları (AirPlay, Chromecast, Smart View, HomeKit və ya ekvivalent) dəstəyinə malik olmalıdır. Səs sistemi: Süni intellekt (AI) texnologiyası əsasında səsin növünü (musiqi, kino, xəbər və s.) real vaxt rejimində analiz edərək optimallaşdıran, çoxkanallı virtual əhatəli səs (Virtual Surround Sound) effektinə və minimum 20 Vt çıxış gücünə malik quraşdırılmış səs sistemi və ya ekvivalent. Kranşteyn: Təyinatı: 86-90 düym arası televizorlar üçün gücləndirilmiş divar asılqanı (kranşteyn) Yük götürmə qabiliyyəti: Təhlükəsizlik üçün minimum 80 kq və ya daha çox ağırlığa davamlı olmalıdır. Konstruksiya: Ağır çəkiyə davamlı, yüksək keyfiyyətli soyuq yayılmış poladdan hazırlanmış, qoşa qollu hərəkətli və ya ultra-nazik sabit mexanizm. Təhlükəsizlik kilidi: Televizorun təsadüfən yerindən çıxmasının qarşısını alan avtomatik kliklənmə/kilidləmə sisteminə (Autolock və ya ekvivalent) malik olmalıdır. Logistika və Quraşdırılma: Malın Satınalan təşkilatın göstərdiyi ünvana daşınması, binaya qaldırılması, divara kranşteyn vasitəsi ilə quraşdırılması və ilkin sazlanaraq işlək vəziyyətdə təhvil verilməsi Təchizatçının hesabına və qüvvəsi ilə həyata keçirilməlidir. Sənədləşmə: Mal təhvil verilərkən rəsmi zəmanət talonu minimum 2 illik (imzalı möhürli). Azərbaycan və ya rus dilində istismar təlimatı təqdim edilməlidir. Qutu dəsti: Televizorun özü: Xüsusi qoruyucu köpüklərin (penoplast) və polietilen üzlüyün daxilində. Məsafədən idarəetmə pultu: Brenddən asılı olaraq standart və ya ağıllı pult, Televizorun ayaqları (altlığı): Masanın üzərinə qoymaq üçün nəzərdə tutulan sağ və sol ayaqlar (və ya mərkəzi altlıq). Ayaqların boltları/vintləri: Altlığı televizorun gövdəsinə bərkitmək üçün lazımi sayda kiçik vintlər. Qida kabeli (Power cord): Televizoru cərəyana qoşmaq üçün elektrik kabeli (bəzi modellərdə gövdəyə bitişik olur). Kabel nizamlayıcıları: Televizorun arxasındakı kabelləri səliqəli yığmaq üçün kiçik plastik sıxaclar və ya xüsusi qapaqlar. | ||
| 9 | Monoblok tipli fərdi kompüter (All-in-One) QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur Minimum tələblər: Intel Core Ultra 5 və ya ekvivalent (12 nüvə, 1,3GHz baza, 4,3 GHz turbo) / 16GB DDR5-5600MHz (1x16GB, genişlənə bilən) / 512GB PCIe NVMe SSD (M.2) / 32 düym, Full HD (1920x1080), IPS, sensorlu, 300 nit parlaqlıq /Enerjiyə qənaətli, prosessora inteqrasiya olunmuş və gündəlik istifadə, multimedia və yüngül qrafik işləri üçün kifayət edən əsas səviyyəli qrafik kart / 1xUSB-C, 2xUSB-A (5Gbps), 2xUSB-A (2.0), 1xHDM. | 1 | ədəd |
| 10 | Masaüstü mikrodalğalı soba (Qril funksiyalı) QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur. Avadanlıqların ölçüləri mövcud əraziyə uyğun hesablanmışdır. Göstərilən ölçülər nəzərə alınmalıdır. Minimal tələb: Həcm və ölçülər: Faydalı daxili həcmi minimum 20-23 litr təşkil edir. Daxili fırlanan şüşə qabın diametri minimum 27 sm-dən az olmamalıdır. İş rejimləri və Güc: Mikrodalğa çıxış gücü minimum 800 Vt (ən azı 6 güc mərhələsi ilə), qril elementinin gücü isə minimum 1100 Vt təşkil edir. Maksimal enerji istehlakı minimum 2300 Vt-dır. Daxili örtük: Kameranın daxili səthi cızılmaya davamlı, antibakterial, qoxu saxlamayan və asan təmizlənən biokeramik emal və ya ekvivalent ilə örtülmüşdür. İdarəetmə və qapı: Tam elektron (düyməli və fırlanan tənzimləyicili) idarəetmə panelinə, rəqəmsal displeyə və saat funksiyasına malikdir. Qapı tutacaq vasitəsilə açılır. Funksionallıq: Ərgitmə və sürətli avtomatik buz açma (müxtəlif məhsul növləri üçün) rejimləri, Hazır yeməklərin temperaturunu qoruma funksiyası, Kamera daxilindəki xoşagəlməz qoxuların kənarlaşdırılması rejimi və ya ekvivalenti, Uşaqlardan qorunma (paneli kilidləmə) sistemi. Dəstə daxildir: Fırlanan şüşə altlıq və qril üçün metal barmaqlıq. Logistika və Quraşdırılma: Malın Satınalan təşkilatın göstərdiyi ünvana daşınması, binaya qaldırılması və ilkin sazlanaraq işlək vəziyyətdə təhvil verilməsi Təchizatçının hesabına və qüvvəsi ilə həyata keçirilməlidir. Sənədləşmə: Mal təhvil verilərkən rəsmi zəmanət talonu minimum 1 il (12 ay) (imzalı möhürli). Azərbaycan və ya rus dilində istismar təlimatı təqdim edilməlidir. Qutu dəsti: Mikrodalğalı sobanın özü: Gövdəsi xarici zədələrdən qorunmaq üçün zavod polietilen paketi və künc penoplastları daxilində. Şüşə boşqab (fırlanan padnos): Yeməklərin üzərinə qoyulması üçün diametri minimum 27 sm olan xüsusi zərbəyədavamlı şüşə altlıq. Fırlanma halqası (rolik): Şüşə boşqabın kameranın daxilində rahat fırlanmasını təmin edən təkərli plastik mexanizm. Metal qril barmaqlığı (grill rack): Qril rejimində ət və digər qidaları qızartmaq üçün nəzərdə tutulmuş xüsusi hündür metal şəbəkə. Qida kabeli: Cihazın arxasına bitişik vəziyyətdə gələn standart elektrik şnuru. | 2 | ədəd |
| 11 | Mətbəx aspiratoru QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur. Avadanlıqların ölçüləri mövcud əraziyə uyğun hesablanmışdır. Göstərilən ölçülər nəzərə alınmalıdır. Minimal tələb: Təyinatı və növü: Mətbəxdə qoxu, buxar və yağ hissəciklərini kənarlaşdırmaq üçün divara montaj olunan günbəz/piramida tipli aspirator. İş rejimləri: Həm xarici hava kanalına çıxış (sovurma), həm də daxili sirkulyasiya (karbon filtr vasitəsilə təkrar dövriyyə) rejimini tam dəstəkləməlidir. Məhsuldarlıq (Maksimal güc): Sürətli hava təmizlənməsi üçün minimum 380 m³/saat (və ya ekvivalent) sovurma qabiliyyəti. Mühərrik və Güc istehlakı: 1 ədəd yüksək səmərəli optimal mühərrik, ümumi mühərrik gücü minimum 125–135 Vt. Sürət rejimləri: Hava axınına nəzarət etmək üçün minimum 3 tənzimlənən sürət pilləsi. İdarəetmə növü: Davamlı, mexaniki basmalı düymə sistemi (push-button) və ya ekvivalent. Filtrasiya sistemi: Qabyuyan maşında asanlıqla yuyula bilən, çoxqatlı minimum 2 ədəd alüminium yağ filtri və ya ekvivalent. İşıqlandırma sistemi: Bişirmə sahəsini parlaq işıqlandıran, ümumi gücü minimum 10 Vt olan (minimum 2 ədəd LED lampa, 4000 K soyuq ağ işıq) sistem və ya ekvivalent. Fiziki ölçülər: Eni 60-70 sm, dərinliyi maksimum 47 -57sm, teleskopik baca ilə birlikdə tənzimlənən hündürlük aralığı 790–1015 mm və ya mövcud boşluğa uyğun ölçülər. Hava kanalının diametri: Çıxış boru yuvası standart minimum 150 mm. Logistika və Quraşdırılma: Malın Satınalan təşkilatın göstərdiyi ünvana daşınması, binaya qaldırılması, usta xidməti, mebelə quraşdırılması və ilkin sazlanaraq işlək vəziyyətdə təhvil verilməsi Təchizatçının hesabına və qüvvəsi ilə həyata keçirilməlidir. Sənədləşmə: Mal təhvil verilərkən rəsmi zəmanət talonu minimum 3 illik (imzalı möhürli). Azərbaycan və ya rus dilində istismar təlimatı təqdim edilməlidir. Qutu dəsti: Aspirator özü (divardan asılan, piramida formalı), 2 ədəd alüminium yağ filtri (cihazın üzərinə quraşdırılmış vəziyyətdə), 2 hissəli paslanmaz polad baca qapağı (teleskopik boru gizlədici), Geri qayıtma klapanı (baca borusunun ağzına taxılan plastik qapaq), Divara montaj dəsti (kronşteynlər, dübellər və vintlər). | 1 | ədəd |
| 12 | Notbuk QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur Minimum tələb: Displey (Ekran): Minimum 18 düym, tərəflərin nisbəti isə geniş iş sahəsi təmin edən 16:10 formatında olmalıdır. Ekran minimum (2560 x 1600 piksel və ya daha yüksək) görüntü imkanını və minimum 240 Hz yenilənmə sürətini dəstəkləməlidir. Parlaqlıq minimum 1100–1200 nits, rəng əhatəsi isə minimum 100% DCI-P3 standartına uyğun olmalıdır. Operativ yaddaş (RAM) minimum 64 GB həcmində, iki kanallı rejimdə işləyən daxili modullarla təmin olunmalıdır. Daxili sürətli yaddaş minimum 2 TB (SSD). Gələcəkdə yaddaşın genişləndirilməsi üçün cihazın daxilində əlavə boş slotlar mövcud olmalıdır. Süni intellekt (AI) hesablamaları, qrafik render və ağır vizual proqramların emalı üçün noutbuk minimum 24 GB tutumlu, video yaddaş (vRAM) ilə təchiz olunmuş diskret qrafik prosessora malik olmalıdır. Qrafik modulun maksimum enerji istehlakı dinamik gücləndirmə texnologiyası minimum 175W (TGP). Qrafik prosessor aparat səviyyəli şüalanma izlənməsini, daxili qrafika ilə diskret qrafika arasında avtomatik keçidi və süni intellekt dəstəkli kadr generasiyasını dəstəkləməlidir. Noutbuk ən son nəsil yüksək performanslı memarlığa əsaslanan, minimum 24 fiziki nüvə və 24 potok (8 ədəd yüksək performanslı + 16 ədəd enerji səmərəli nüvə) strukturuna malik mərkəzi prosessorla təchiz olunmalıdır. Prosessorun performans nüvələri avtomatik gücləndirmə rejimində minimum 5.4 GHz tezliyə çatmalıdır. Prosessorun istilik dizayn gücü (TDP) dinamik idarəetmədə minimum 95W–175W diapazonunda fəaliyyət göstərməli, sistemin ümumi pik enerji həddi minimum 320W. Minimum 3 ədəd daxili ventilyatordan ibarət xüsusi soyutma arxitekturası. Prosessor və qrafik çipin üzərində standart termopastadan daha yüksək istilikötürmə əmsalı olan maye metal qarışığı tətbiq edilməlidir. İstiliyin korpus daxilində bərabər paylanması üçün geniş buxar kamerası və tam əhatəli radiator dizayn. Naqilsiz qoşulma üçün ən son nəsil ultra-sürətli simsiz şəbəkə standartları və məlumat ötürmə modulları dəstəklənməlidir. Naqilli şəbəkə üçün minimum 2.5 Gbps yüksək sürətli daxili şəbəkə (LAN) portu. Cihazın üzərində minimum 2 ədəd yüksək sürətli universal interfeys portu (video çıxış və enerji doldurma dəstəkli, minimum 120Gbps-ə qədər ötürmə sürəti ilə), minimum 3 ədəd standart yüksək sürətli universal port və 1 ədəd rəqəmsal video çıxışı mövcud olmalıdır. Əməliyyat sistemi: Cihaz rəsmi lisenziyalı, peşəkar təyinatlı əməliyyat sistemi öncədən quraşdırılmış şəkildə tədarük edilməlidir. Səs sistemi yüksək keyfiyyətli, əhatəli səs texnologiyasını dəstəkləyən minimum 4 dinamikli akustik strukturdan ibarət olmalıdır. Klaviatura hər bir düyməsi fərdi tənzimlənə bilən rəngli işıqlandırma sisteminə malik olmalıdır. Korpusun və soyutma sisteminin ümumi çəkisi maksimum 3.48 kq təşkil etməlidir. Cihazın qorunması və xarici təsirlərdən mühafizə edilərək daşınması üçün, tədarükçü tərəfindən zavod qutusuna tam uyğun ölçüdə və eyni keyfiyyət standartında olan orijinal qoruyucu noutbuk çantası komplektə daxil edilməli və cihazla birlikdə təqdim olunmalıdır. | ||
| 13 | Klaviatura mouse dəsti QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur Minimal tələb: Təyinatı və Qoşulma növü: Vahid USB resiver (minimum 2.4 GHz tezlikli) vasitəsilə eyni anda işləyən, minimum 10 metr fəaliyyət radiusuna malik simsiz klaviatura və mouse dəsti. Klaviatura Quruluşu: Tamölçülü (Full-size), sağ tərəfdə rəqəmsal bloku (Numeric Pad) və multimedia funksiyaları (Fn) olan klaviatura və ya ekvivalent; Səssiz və yumşaq yazışmanı təmin edən membran tipli, alçaq profilli düymə mexanizmi. Simsiz Mouse (Siçan): Həm sağ, həm sol əllə rahat idarə oluna bilən erqonomik (Ambidextrous) korpus dizaynı və ya ekvivalent; Səthlərdə dəqiq hərəkət üçün minimum 1200 DPI (və ya daha yüksək) təsvir ölçülü optik sensor və ya ekvivalent; Minimum 3 funksional düymə və rezinləşdirilmiş sürüşdürmə çarxı (scroll) və ya ekvivalent. Enerji Təminatı: Uzunmüddətli muxtar iş rejimini dəstəkləyən, standart batareyalarla (AAA/AA tipli) işləyən və daxili ağıllı enerji qənaət funksiyasına malik sistem. Uyğunluq: Heç bir əlavə drayver tələb etmədən qoşulan (Plug and Play), müasir Windows və macOS əməliyyat sistemlərini tam dəstəkləyən memarlıq. | 1 | ədəd |
| 14 | Kondisioner 9000 BTU QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur Split tipli kondisioner soyutma və isitmə funksiyalarına malik olmalı, uzaqdan idarəetmə pultu ilə idarə olunmalı, nominal soyutma gücü minimum 9000 BTU/saat, nominal isitmə gücü minimum 9500 BTU/saat olmalı, soyutma üzrə enerji səmərəlilik əmsalı (EER) minimum 3.16 W/W, isitmə üzrə performans əmsalı (COP) minimum 3.20 W/W təşkil etməli, R410A soyuducu qazı ilə işləməli, daxili blokun hava məhsuldarlığı minimum 530 m³/saat, daxili blokun səs səviyyəsi maksimum 31 dB(A), xarici blokun səs səviyyəsi maksimum 45 dB(A) olmalı, enerji təchizatı 220–240 V, 1 faza, 50 Hz, işçi temperatur diapazonu minimum -7°C-dən +43°C-dək olmalı, qaz borusu 3/8 düym, maye borusu 1/4 düym ölçüsündə olmalı, mikrokompüter idarəetməli buz ərimə sisteminə, çarpaz axınlı daxili fana və propeller tipli xarici fana malik olmalıdır. Məhsulun quraşdırılması istehsalçının texniki tələblərinə uyğun şəkildə, bütün zəruri montaj materialları, elektrik və freon bağlantıları, vakuumlama, sınaq işə salınması və istismara tam hazır vəziyyətdə təhvil verilməsi daxil olmaqla həyata keçirilməlidir. Təklif edilən məhsul üzrə istehsalçı tərəfindən hazırlanmış rəsmi texniki məlumat vərəqəsi (Data Sheet) təqdim edilməli və təqdim olunan texniki göstəricilər həmin sənəddə öz əksini tapmalıdır. Təklif edilən məhsul üzrə istehsalçı və ya onun rəsmi səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş İstehsalçı Səlahiyyət Sənədi (Manufacturer Authorization Form – MAF) təqdim edilməli və həmin sənəd təklif edilən məhsulların bu satınalma proseduru çərçivəsində təqdim edilməsinə dair səlahiyyəti təsdiq etməlidir. Kompressora (çöl blok) minimum 5 il, iç bloka minimum 2 il istehsalçı zəmanəti verilməlidir. | 1 | ədəd |
| 15 | Kondisioner 18000 BTU QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur Split tipli kondisioner soyutma və isitmə funksiyalarına malik olmalı, uzaqdan idarəetmə pultu ilə idarə olunmalı, nominal soyutma gücü minimum 18000 BTU/saat, nominal isitmə gücü minimum 18200 BTU/saat olmalı, soyutma üzrə enerji səmərəlilik əmsalı (EER) minimum 3.12 W/W, isitmə üzrə performans əmsalı (COP) minimum 3.13 W/W təşkil etməli, saatlıq rütubət toplama qabiliyyəti minimum 2,1 litr, soyuducu qaz növü R410A və ya R32, daxili blokun hava məhsuldarlığı minimum 810 m³/saat, daxili blokun səs səviyyəsi maksimum 38 dB(A), xarici blokun səs səviyyəsi maksimum 50 dB(A) olmalı, enerji təchizatı 220–240 V, 1 faza, 50 Hz, işçi gərginlik diapazonu 187–253 V, işçi temperatur diapazonu minimum -10°C-dən +50°C-dək olmalı, qaz borusu 1/2 düym, maye borusu 1/4 düym ölçüsündə olmalı, mikrokompüter idarəetməli buz ərimə sisteminə, çarpaz axınlı daxili fana, propeller tipli xarici fana, hidrofil örtüklü istilik dəyişdiricisinə və kapilyar borulu genişlənmə sisteminə malik olmalıdır. Məhsulun quraşdırılması istehsalçının texniki tələblərinə uyğun şəkildə, bütün zəruri montaj materialları, elektrik və freon bağlantıları, vakuumlama, sınaq işə salınması və istismara tam hazır vəziyyətdə təhvil verilməsi daxil olmaqla həyata keçirilməlidir. Təklif edilən məhsul üzrə istehsalçı tərəfindən hazırlanmış rəsmi texniki məlumat vərəqəsi (Data Sheet) təqdim edilməli və təklif olunan texniki göstəricilər həmin sənəddə tam əks olunmalıdır. Təklif edilən məhsul üzrə istehsalçı və ya onun rəsmi səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş İstehsalçı Səlahiyyət Sənədi (Manufacturer Authorization Form – MAF) təqdim edilməli və həmin sənəd təklif edilən məhsulların bu satınalma proseduru çərçivəsində təqdim edilməsinə dair səlahiyyəti təsdiq etməlidir. Kompressora (çöl blok) minimum 5 il, iç bloka minimum 2 il istehsalçı zəmanəti verilməlidir | 1 | ədəd |
| 16 | Kondisioner 24000 BTU QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur Split tipli kondisioner soyutma və isitmə funksiyalarına malik olmalı, uzaqdan idarəetmə pultu ilə idarə olunmalı, nominal soyutma gücü minimum 24000 BTU/saat, nominal isitmə gücü minimum 24500 BTU/saat olmalı, soyutma üzrə enerji səmərəlilik əmsalı (EER) minimum 3.15 W/W, isitmə üzrə performans əmsalı (COP) minimum 3.18 W/W təşkil etməli, saatlıq rütubət toplama qabiliyyəti minimum 2,72 litr, R410A və ya R32 soyuducu qazı ilə işləməli, daxili blokun hava məhsuldarlığı minimum 1160 m³/saat, daxili blokun səs səviyyəsi maksimum 43 dB(A), xarici blokun səs səviyyəsi maksimum 53 dB(A) olmalı, enerji təchizatı 220–240 V, 1 faza, 50 Hz, işçi gərginlik diapazonu 187–253 V, işçi temperatur diapazonu minimum -7°C-dən +43°C-dək olmalı, qaz borusu 1/2 düym, maye borusu 1/4 düym ölçüsündə olmalı, mikrokompüter idarəetməli buz ərimə sisteminə, çarpaz axınlı daxili fana, propeller tipli xarici fana, hidrofil örtüklü istilik dəyişdiricisinə və kapilyar borulu genişlənmə sisteminə malik olmalıdır. Məhsulun quraşdırılması istehsalçının texniki tələblərinə uyğun şəkildə, bütün zəruri montaj materialları, elektrik və freon bağlantıları, vakuumlama, sınaq işə salınması və istismara tam hazır vəziyyətdə təhvil verilməsi daxil olmaqla həyata keçirilməlidir. Təklif edilən məhsul üzrə istehsalçı tərəfindən hazırlanmış rəsmi texniki məlumat vərəqəsi (Data Sheet) təqdim edilməli və təqdim olunan texniki göstəricilər həmin sənəddə tam əks olunmalıdır. Təklif edilən məhsul üzrə istehsalçı və ya onun rəsmi səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş İstehsalçı Səlahiyyət Sənədi (Manufacturer Authorization Form – MAF) təqdim edilməli və həmin sənəd təklif edilən məhsulların bu satınalma proseduru çərçivəsində təqdim edilməsinə dair səlahiyyəti təsdiq etməlidir. Kompressora (çöl blok) minimum 5 il, iç bloka minimum 2 il istehsalçı zəmanəti verilməlidir. | 1 | ədəd |
| 17 | Elektrik su qızdırıcı QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur Elektriklə qızdırılan stasionar su qızdırıcısı (samovar) minimum 10 litr real su tutumuna, minimum 13 litr ümumi tutuma (gross capacity) malik olmalı, CB (IEC) beynəlxalq standartlarının tələblərinə uyğun istehsal edilməli, korpusu cilalanmış parlaq metal səthə malik olmalı, su ilə təmasda olan hissələri minimum 0,4 mm qalınlığında təkqat paslanmayan poladdan (AISI/SUS 304 və ya ekvivalent) hazırlanmalı, istilik keçirməyən termoizolyasiyalı yan tutacaqlarla təchiz edilməli, təhlükəsiz kilidlənə bilən qapaq sisteminə, damcı əleyhinə konstruksiyalı axıdıcı krana, su səviyyəsinə nəzarət üçün şəffaf göstərici pəncərəsinə malik olmalı, isitmə və isti saxlama rejimlərini göstərən ayrıca indikator lampaları ilə təchiz edilməli, mexaniki temperatur tənzimləyicisi vasitəsilə 30°C–110°C diapazonunda temperaturun tənzimlənməsini təmin etməlidir. Məhsul istehsalçı tərəfindən nəzərdə tutulmuş komplektasiyada təqdim edilməli, təhlükəsiz istismar üçün bütün zəruri aksesuarlar daxil olmaqla təhvil verilməli və istifadəyə tam hazır vəziyyətdə çatdırılmalıdır. . Təklif edilən məhsul üzrə istehsalçı və ya onun rəsmi səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş İstehsalçı Səlahiyyət Sənədi (Manufacturer Authorization Form – MAF) təqdim edilməli və həmin sənəd təklif edilən məhsulların bu satınalma proseduru çərçivəsində təqdim edilməsinə dair səlahiyyəti təsdiq etməlidir. | 1 | ədəd |
| 18 | Armudu stəkan nəlbəki ilə (xurustal) QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur Armudu çay stəkanı və nəlbəki dəsti yüksək keyfiyyətli, şəffaf və istiliyədavamlı şüşədən hazırlanmalı, stəkan ənənəvi armudu formaya malik olmalı, minimum 100–120 ml faydalı həcmə malik olmalı, nəlbəki stəkanın ölçülərinə uyğun hazırlanmalı və sabit yerləşməsini təmin etməlidir. Dəst isti və soyuq içkilərin istifadəsi üçün uyğun olmalı, səthi hamar işlənmiş, çat, qırıq, hava qabarcığı və digər istehsal qüsurlarından azad olmalı, gündəlik intensiv istifadəyə, təkrar yuyulmaya və məişət yuyucu vasitələrinə davamlı olmalıdır. | 50 | ədəd |
| 19 | Su bakalı 250 ml QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur Su bakalı yüksək keyfiyyətli, şəffaf və istiliyədavamlı şüşədən hazırlanmalı, minimum 250 ml faydalı həcmə malik olmalı, erqonomik tutuş təmin edən konstruksiyada istehsal edilməli, isti və soyuq içkilərin istifadəsi üçün uyğun olmalı, səthi hamar işlənmiş, çat, qırıq, hava qabarcığı və digər istehsal qüsurlarından azad olmalı, gündəlik intensiv istifadəyə, təkrar yuyulmaya və məişət yuyucu vasitələrinə davamlı olmalıdır. Məhsul qida ilə təmas üçün təhlükəsiz materialdan hazırlanmalı və uzunmüddətli istismara uyğun olmalıdır. | 50 | ədəd |
| 20 | Qaldırıcı qurğu QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur Qolun uzunluğu: minimum 6 metrə (teleskopik alüminium qol); Qolun hərəkət istiqaməti: yuxarı sağa doğru (hərəkət istiqaməti yuxarı sola doğru da dəyişilə bilir); Açılma sürəti: minimum 5 saniyə olmalıdır; IP qorunma dərəcəsi: minimum IP50 olsun (yağışa və küləyin gətirdiyi toza qarşı dözümlü olsun); Cihaz xarici giriş-çıxışa nəzarət qurğularını qoşmaq üçün daxili I/O interfeysinə (və ya ekvivalent) və hərəkətin tənzimlənməsi üçün işıqfor qoşulma dəstəyinə malik olmalıdır. Şlaqbaum gövdəsinin ölçüləri: hündürlük 1000-1100 mm; eni 330-340 mm; dərinlik 240-250 mm aralığında olmalıdır. Mühərrikin nominal işləmə gücü: Minimum 60W olmalıdır. Mühərrik 220V gərginlik mənbəyi və ya ekvivalenti, minimum 50Hz elektrik şəbəkəsi ilə işləməlidir. Açıq hava şəraitində fasiləsiz işləməyi təmin etmək üçün çalışma temperatur aralığı minimum -30 °C ilə +70 °C arasında olmalıdır. Təklif edilən məhsul üzrə istehsalçı və ya onun rəsmi səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş İstehsalçı Səlahiyyət Sənədi (Manufacturer Authorization Form – MAF) təqdim edilməli və həmin sənəd təklif edilən məhsulların bu satınalma proseduru çərçivəsində təqdim edilməsinə dair səlahiyyəti təsdiq etməlidir.2 ədəd uzaqdan idarəetmə pultu, 1 ədəd xəbərdarlıq lampası, 2 ədəd təhlükəsizlik fotoseli,1 ədəd şlaqbaum qolu üçün dayaq dirəyi qiymətə daxil olmalıdır. Məhsulun çatdırılması, quraşdırılması, usta xidməti istehsalçının texniki tələblərinə uyğun şəkildə, bütün zəruri montaj materialları, tam hazır vəziyyətdə təhvil verilməsi daxil olmaqla həyata keçirilməlidir. Həmin xərclər şirkət hesabına ödəniləcəkdir. Zəmanət müddəti: quraşdırılmasına 1 il imzalı möhürli rəsmi zəmanət məktubu təqdim olunmalıdır. | 1 | ədəd |
| 21 | Limon çəngəli QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur Limon çəngəli yüksək keyfiyyətli, qida ilə təmas üçün təhlükəsiz paslanmayan poladdan hazırlanmalı, iki dişli konstruksiyaya malik olmalı, limon, meyvə və digər qarnir məhsullarının rahat götürülməsi üçün nəzərdə tutulmalı, korroziyaya, ləkələnməyə və deformasiyaya davamlı olmalı, səthi hamar cilalanmış, iti kənar və istehsal qüsurlarından azad olmalı, gündəlik intensiv istifadəyə və təkrar yuyulmaya, o cümlədən sənaye tipli qabyuyan maşınlarda yuyulmaya uyğun olmalıdır. Məhsul peşəkar mətbəxlərdə, restoranlarda, otellərdə və ictimai iaşə müəssisələrində uzunmüddətli istifadəyə yararlı olmalıdır. | 36 | ədəd |
| 22 | Limon qabı QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur Limon qabı yüksək keyfiyyətli, qida ilə təmas üçün təhlükəsiz, şəffaf şüşədən hazırlanmalı, dilimlənmiş limonun gigiyenik şəkildə saxlanılması və təqdim edilməsi üçün nəzərdə tutulmalı, altlıq və örtükdən ibarət konstruksiyaya malik olmalı, örtüyü məhsulu xarici təsirlərdən qorumalı və rahat açılıb-bağlanmalıdır. Məhsul çat, qırıq, hava qabarcığı və digər istehsal qüsurlarından azad olmalı, səthi hamar işlənmiş, təkrar yuyulmaya və məişət, eləcə də peşəkar qabyuyan maşınlarda istifadəyə davamlı olmalıdır. Limon qabı restoran, otel, kafe və digər ictimai iaşə müəssisələrində gündəlik intensiv istifadəyə uyğun olmalıdır. | 36 | ədəd |
| 23 | Boşqab QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur Boşqab yüksək keyfiyyətli, qida ilə təmas üçün təhlükəsiz materialdan (farfor, keramika və ya ekvivalent) hazırlanmalı, orta ölçülü konstruksiyaya malik olmalı, şirniyyat, desert və digər qənnadı məmulatlarının təqdim edilməsi üçün nəzərdə tutulmalıdır. Məhsulun səthi hamar və parlaq işlənmiş, çat, qırıq, cızıq, rəng qüsuru və digər istehsal nöqsanlarından azad olmalı, gündəlik intensiv istifadəyə, təkrar yuyulmaya və sənaye tipli qabyuyan maşınlarda istifadəyə davamlı olmalıdır. Məhsul estetik görünüşə malik olmalı və restoran, otel, kafe və digər ictimai iaşə müəssisələrində uzunmüddətli peşəkar istifadəyə uyğun olmalıdır | 24 | ədəd |
| 24 | Dərinlik su nasosu QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunurNasos şaquli tipli sualtı (dərinlik) olmalı, mayeni aşağıdan yuxarıya doğru yüksək təzyiqlə itələmə (vurma) prinsipi ilə işləməlidir. İş zamanı səssiz rejimdə fəaliyyət göstərməli və suyun altında quraşdırıldığı üçün donma riski olmamalıdır.Elektrik Qidalanması: Cihaz 220 V (Volt) gərginlikli elektrik şəbəkəsi ilə işləməyə uyğun olmalıdır. Nasos minimum 15 metr və daha dərin quyulardan suyun qaldırılmasını və təzyiqlə ötürülməsini təmin edən texniki xüsusiyyətlərə malik olmalıdır. Çıxış borusunun diametri minimum 50 mm (2 düym) təşkil etməlidir. Quyuda suyun səviyyəsinə nəzarət edən, susuz işləmənin qarşısını alan və nasosun fəaliyyətini avtomatik tənzimləyən mexanizmi ilə təchiz olunmalıdır. Quyuda qoruyucu tədbir kimi, nasosun daxili hissələrini qum, lil və digər bərk asılı hissəciklərin mənfi təsirlərindən qorumaq üçün gövdə üzərində və ya giriş hissəsində xüsusi süzgəc sistemi mövcud olmalıdır. Cihaz diametri 1.5 metr olan mövcud quyuda sərbəst və effektiv şəkildə quraşdırılmağa və istismar edilməyə uyğun ölçülərdə olmalıdır. Daşınma, yükləmə boşaltma, quraşdırılma, quraşdırılma üçün lazım olan material və usta xidməti təqdim olunan xidmətə daxil edilsin. zəmanət minimum 2 il təşkil etməlidir. | 1 | ədəd |
| 25 | HDD müşahidə kamerası üçün, 7/24 iş rejiminə davamlı, 8 TB yaddaş tutumlu. QEYD: Aşağıda göstərilən bütün texniki göstəricilər minimum olaraq nəzərdə tutulmuşdur. Daha yüksək göstəricilər və ya ekvivalenti qəbul olunur Video müşahidə sistemləri (NVR/DVR) üçün nəzərdə tutulmuş, 7/24 iş rejiminə davamlı, minimum 8 TB (səkkiz terabayt) tutumlu və minimum 3.5 düym formatlı daxili sərt disk. Cihaz SATA 6 Gb/s interfeysini və minimum 256 MB keş yaddaşını dəstəkləməli, fırlanma sürəti isə 7200 RPM təşkil etməlidir. Video yazıların itkisiz ötürülməsini təmin edən texnologiyaya malik olmalı, eyni vaxtda minimum 64 ədədə qədər HD kameranın yazısını dəstəkləməli və illik minimum 180 TB-a qədər iş yükü dözümlülüyünə malik olmalıdır. Zəmanət müddəti minimum 1 il təşkil etməlidir. | 2 | ədəd |
| 1 |
| ədəd |
| ədəd |
| 1 |
| ədəd |
| 1 |
| ədəd |
Satınalmalarının 26 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 28 avq 2026
son qələbə 04 iyn 2026
son qələbə 06 avq 2026
son qələbə 19 iyn 2026
son qələbə 05 iyn 2026