Sifarişçi: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Bu sifarişçidə eyni kateqoriyada 2 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
10 satınalma, 9 müxtəlif qalib
Ən çox udan: "QARDAŞLAR MEBEL" QAPALI SƏHMDAR CƏMİYYƏTİ (2, 20%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 81.06% arasında aşağı düşüblər, medianı 16.91%.
Bu tender üçün bu 49.579 ₼ ilə 43.029 ₼ arasıdır.
9.808 ₼ məbləğindən aşağı heç kim udmayıb.
129 ₼
Sənədlər 25 ₼ + iştirak 104 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Əl ilə yanğın xəbərverici düymə Əl ilə yanğın xəbərverici düymə Aid olduğu obyektlər: AMEA yataqxanasının 9 mərtəbəli binası. | 20 | ədəd |
| 2 | Yanğından mühafizə sistemlərinin texniki vəziyyətinin sənədləşdirilməsi və mövcud sxemlərin dəqiqləşdirilməsi Mövcud yanğından mühafizə sistemlərinin vəziyyətinin yerində qiymətləndirilməsi, sistemlərin texniki vəziyyətinin və mövcud texniki məlumatların və sxemlərin sənədləşdirilməsi və texniki xidmət zamanı istifadə olunacaq məlumatların hazırlanması. Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA Akademiya şəhərciyinin əsas binası; 3) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 1 | ədəd |
| 3 | Yanğından mühafizə sistemlərinin elektrik ölçmə və yoxlama işləri Yanğından mühafizə sistemlərinin elektrik qidalanma xətlərinin izolyasiya müqavimətinin ölçülməsi, torpaqlama müqavimətinin yoxlanılması, elektrik birləşmələrinin və qidalanma xətlərinin texniki vəziyyətinin yoxlanılması və ölçmə nəticələrinin protokollaşdırılması. Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA Akademiya şəhərciyinin əsas korpusu; 3) AMEA yataqxanasının 9 mərtəbəli yaşayış binası. | 11 | ədəd |
| 4 | Ünvanlı yanğın aşkarlama tüstü/ istilik detektorları Yanğın aşkarlama detektorları. Aid olduğu obyektlər:) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 120 | ədəd |
| 5 | Ünvanlı yanğın siqnalizasiya idarəetmə paneli Təklif olunan yanğın siqnalizasiya idarəetmə paneli yeni, istifadə olunmamış, analoq-adresli və mikroprosessor əsaslı olmalı, yanğın siqnalizasiya sisteminin idarə olunması, monitorinqi və proqramlaşdırılması üçün nəzərdə tutulmalıdır. 1. Sistem və loop tələbləri Sistem analoq-adresli olmalıdır. İdarəetmə paneli minimum 4 ədəd SLC loop dəstəkləməlidir. Hər bir loop üzrə minimum 250 ədəd adresli qurğu, ümumilikdə minimum 1000 ədəd adresli qurğu dəstəklənməlidir. Qurğuların fərdi ünvanlandırılması, tanınması və vəziyyətinin paneldən müəyyən edilməsi mümkün olmalıdır. Sistem əlavə modullar vasitəsilə genişləndirilə bilən olmalıdır. 2. Dəstəklənən qurğular Panel aşağıdakı ünvanlı qurğularla texniki və funksional uyğun işləməlidir: optik tüstü detektoru; istilik detektoru; kombinə edilmiş tüstü/istilik detektoru; əl ilə işəsalma düyməsi; səsli xəbərverici; işıqlı xəbərverici; səsli və işıqlı xəbərverici; monitorinq modulu; idarəetmə modulu; giriş/çıxış modulları; xətt izolyatoru və ya izolyator modulu. Əsas sistem komponentləri vahid istehsalçı tərəfindən təsdiqlənmiş və vahid proqramlaşdırma və diaqnostika ekosistemində işləməlidir. 3. Ekran və idarəetmə Minimum 7 düymlük rəngli LCD/TFT sensor ekran və ya funksional ekvivalent idarəetmə interfeysi olmalıdır. Yanğın, nasazlıq, deaktivasiya və enerji vəziyyəti ayrıca göstərilməlidir. Qurğunun adı, ünvanı, loop nömrəsi və zona məlumatı ekranda göstərilməlidir. Minimum 5000 hadisəlik yaddaş olmalıdır. Hadisələr tarix və vaxtla yadda saxlanmalıdır. Parolla qorunan çoxsəviyyəli istifadəçi giriş sistemi olmalıdır. Test, reset, deaktivasiya və diaqnostika funksiyaları olmalıdır. 4. Yanğın və nasazlıq diaqnostikası Panel aşağıdakı hadisələri aşkar etməli və göstərməlidir: yanğın siqnalı; loop qırılması; qısaqapanma; qurğunun itməsi və ya əlaqəsinin kəsilməsi; qurğu nasazlığı; təkrarlanan ünvan; torpaqlanma nasazlığı; şəbəkə elektrik enerjisinin itməsi; akkumulyator nasazlığı; kommunikasiya nasazlığı; deaktiv edilmiş qurğu və ya zona. Mümkün olduğu hallarda nasazlığın loop, zona və qurğu ünvanı üzrə yeri müəyyən edilməlidir. 5. Proqramlaşdırma və idarəetmə Panel aşağıdakı funksiyaları dəstəkləməlidir: avtomatik qurğu aşkarlanması; qurğuların ünvanlandırılması; zonaların yaradılması; Cause & Effect proqramlaşdırılması; istifadəçi səviyyələrinin yaradılması; sistem testləri; qurğu və loop diaqnostikası; konfiqurasiyanın ehtiyat nüsxəsinin yaradılması; hadisələr jurnalının ixracı. 6. Rabitə və inteqrasiya Panel aşağıdakı rabitə imkanlarını dəstəkləməlidir: Ethernet; CAN və ya texniki/funksional ekvivalent rabitə interfeysi; digər yanğın siqnalizasiya idarəetmə panelləri ilə şəbəkələşmə; mərkəzləşdirilmiş monitorinq və idarəetmə; kompüter vasitəsilə proqramlaşdırma və diaqnostika. 7. Çıxışlar və avtomatik idarəetmə Paneldə: yanğın siqnalı rele çıxışı; ümumi nasazlıq rele çıxışı; proqramlaşdırıla bilən giriş/çıxışlar; xəbərvermə sistemlərinin idarə edilməsi; yanğın zamanı layihə üzrə tüstü xaricetmə, ventilyasiya, lift, yanğınsöndürmə sistemi, tüstü klapanları və digər mühəndis sistemlərinə idarəetmə siqnallarının verilməsi imkanları olmalıdır. 8. Enerji təchizatı Şəbəkə qidalanması 230 V AC nominal şəbəkə elektrik təchizatı ilə uyğun, 50 Hz olmalıdır. Minimum 2 × 12 V DC ehtiyat akkumulyatorla işləmə imkanı olmalıdır. Avtomatik akkumulyator doldurma funksiyası olmalıdır. Əsas enerji kəsildikdə sistem avtomatik olaraq ehtiyat enerji mənbəyinə keçməlidir. Akkumulyatorun vəziyyətinə və nasazlığına nəzarət funksiyası olmalıdır. Akkumulyator tutumu faktiki yükə və tələb olunan gözləmə/siqnal müddətinə uyğun hesablanmalıdır. 9. İş şəraiti İş temperaturu minimum -10°C – +55°C; nisbi rütubət 5–95%, kondensasiyasız; peşəkar istifadə üçün nəzərdə tutulmuş davamlı korpus; divar və ya kabinet tipli montaj imkanı. 10. Standartlar və sertifikatlar Təklif olunan idarəetmə paneli EN 54-2 və EN 54-4 standartlarının tələblərinə uyğun olmalıdır. İştirakçı aşağıdakı sənədləri təqdim etməlidir: 1. Təklif olunan məhsula aid EN 54-2 və EN 54-4 uyğunluğunu göstərən sertifikatın surəti; 2. Sertifikatın təqdim olunan səhifəsində ən azı: sertifikat nömrəsi; istehsalçı; məhsul və ya model; EN 54-2; EN 54-4 məlumatları aydın şəkildə müəyyən edilməlidir; 3. Təklif olunan məhsulun texniki datasheeti və ya istehsalçı tərəfindən yayımlanmış texniki sənədi təqdim edilməlidir. 11. Təqdim ediləcək texniki məlumatlar İştirakçı təklif etdiyi məhsulun istehsalçısını, tam məhsul adını və dəqiq modelini göstərməli və aşağıdakı əsas texniki göstəriciləri texniki sənədlə təsdiq etməlidir: analoq-adresli olması; minimum 4 SLC loop; hər loop üzrə minimum 250 adresli qurğu; ümumilikdə minimum 1000 adresli qurğu; dəstəklənən adresli qurğular; minimum 7 düymlük rəngli ekran və ya funksional ekvivalent; minimum 5000 hadisə yaddaşı; enerji təchizatı; minimum 2 × 12 V DC ehtiyat akkumulyator; Ethernet; CAN və ya funksional ekvivalent rabitə; panel şəbəkələşməsi; proqramlaşdırma və diaqnostika imkanları; iş temperaturu; nisbi rütubət; montaj üsulu. 12. Sənədlərin qiymətləndirilməsi İştirakçı tərəfindən təqdim edilən məhsulun uyğunluğu sertifikat və texniki sənədlər birlikdə qiymətləndirilir. Təklif olunan məhsulun dəqiq marka və modeli təqdim edilmiş sertifikat və texniki sənədlərdə müəyyən edilə bilməlidir. Texniki göstəricilər texniki datasheet, rəsmi məhsul kataloqu, texniki təlimat və ya istehsalçı tərəfindən yayımlanmış digər texniki sənədlə təsdiq edilməlidir. Təqdim olunan texniki sənəddə müəyyən edilmiş minimum texniki göstəricilərdən hər hansı biri göstərilmədiyi və ya sənədlə təsdiq edilmədiyi halda, həmin göstəricinin təmin edildiyi hesab edilmir. 13. Marka və model Texniki tələb hər hansı konkret istehsalçı, marka və ya modelə üstünlük vermədən funksional və texniki göstəricilər əsasında müəyyən edilir. Təklif olunan məhsul müəyyən edilmiş minimum texniki göstəricilərə cavab verməli və ya həmin göstəricilərə ekvivalent və ya daha yüksək texniki xüsusiyyətlərə malik olmalıdır. İştirakçı təklif etdiyi məhsulun marka və modelini və həmin məhsula aid texniki sənədləri təqdim etməlidir. Obyekt: AMEA-nın 9 mərtəbəli yataqxana binası. | ||
| 6 | Ünvanlı səsli və işıqlı sirenalar İstehsalçının texniki tələblərinə uyğun qidalanma xüsusiyyətinə malik, normativ tələblərə uyğun səs gücü olan, işıqlı və səsli xəbərdarlıq funksiyasına malik, yanğına davamlı korpuslu, müvafiq beynəlxalq və ya milli standartların tələblərinə uyğun. Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA Akademiya şəhərciyinin əsas binası; 3) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 30 | ədəd |
| 7 | Yanğına davamlı kabel xətti Yanğına davamlı, halogensiz və aşağı tüstü emissiyalı kabel, minimum 90 dəqiqə yanğına davamlılıq, müvafiq texniki göstəricilərə malik keçirici, istismar şəraitinə uyğun gərginlik və temperatur davamlılığı. Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA Akademiya şəhərciyinin əsas binası; 3) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 1000 | m |
| 8 | Yanğın şkafı komplektləri Metal korpuslu yanğın şkafı, tam komplekt Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA Akademiya şəhərciyinin əsas binası; 3) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 12 | ədəd |
| 9 | Yanğınsöndürən balonlar 6 kq tutumlu quru kimyəvi tozlu yanğınsöndürən balon, manometrli, sertifikatlı, təkrar doldurula bilən və istifadəyə dair təlimatla təmin olunmuş. Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA Akademiya şəhərciyinin əsas binası; 3) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 18 | ədəd |
| 10 | Mövcud təxliyə planlarının texniki yoxlanılması və yerləşdirilməsi FHN norma və qaydalarına uyğun mövcud təxliyə planlarının texniki vəziyyətinin yoxlanılması, faktiki vəziyyətə uyğunluğunun qiymətləndirilməsi, zəruri məlumatların dəqiqləşdirilməsi və planların müəyyən olunmuş yerlərdə yerləşdirilməsi. Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA Akademiya şəhərciyinin əsas binası; 3) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 9 | ədəd |
| 11 | Taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulması Taxta konstruksiyaların yanğına qarşı odadavamlı kimyəvi məhlullarla emalı, sertifikatlı materiallardan istifadə olunması və müvafiq aktların təqdim edilməsi. Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA yataqxanası. | 2950 | m(2) |
| 12 | Nasosların test olunması Daxili yanğın su xəttinin təzyiq altında saxlanılması üçün yanğın nasoslarının avtomatik idarəetmə sisteminə qoşulması və saz vəziyyətə gətirilməsi. Aid olduğu obyektlər: 1) Akademiya şəhərciyi əsas bina; 2) AMEA yataqxanası. | 2 | dəst |
| 13 | İlkin yanğınsöndürmə vasitələrinin komplektləşdirilməsi Yanğın şlanqları, parça borular, ventillər və digər ilkin yanğınsöndürmə vasitələrinin normativlərə uyğun komplektləşdirilməsi və saz vəziyyətə gətirilməsi. Aid olduğu obyektlər: 1) Akademiya şəhərciyi əsas bina; 2) AMEA yataqxanası. | 65 | ədəd |
| 14 | Yanğın təhlükəsizliyi üzrə təlim və jurnalın təşkili İşçi heyət üçün yanğın təhlükəsizliyi üzrə təlimlərin keçirilməsi, xüsusi qeydiyyat jurnalının hazırlanması və təlimatlandırma qeydlərinin aparılması. Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA Akademiya şəhərciyi əsas bina; 3) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 3 | ədəd |
| 15 | Yanğın su hovuzunun texniki bərpası və sazlanması Yanğın su hovuzunun təmizlənməsi, dolu və istifadəyə yararlı vəziyyətə gətirilməsi, yanğın avtomobillərinin rahat yan alması üçün uyğun giriş hissəsinin təmin olunması. Aid olduğu obyektlər: 1) AMEA yataqxanası. | 1 | ədəd |
| 16 | Yanğından mühafizə
sistemlərinin texniki
baxışı və vəziyyətinin
yoxlanılması Mövcud yanğından mühafizə sistemlərinin, avadanlıqlarının və mühəndis-kommunikasiya elementlərinin texniki baxışının keçirilməsi, işlək vəziyyətinin yoxlanılması, aşkar edilmiş nasazlıqların və texniki uyğunsuzluqların müəyyənləşdirilməsi, sistemlərin texniki vəziyyəti barədə məlumatların sənədləşdirilməsi və foto-aktların hazırlanması. | 3 | ədəd |
| 17 | Yanğın siqnalizasiya sistemlərinin texniki xidməti Adresli yanğın siqnalizasiya sistemlərinin proqram təminatı daxil olmaqla tam texniki baxışı, loop xətlərinin test olunması, detektor və modulların funksional yoxlanılması, akkumulyatorların test edilməsi, nasaz komponentlərin müəyyənləşdirilməsi və sazlama işlərinin aparılması. Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA Akademiya şəhərciyinin əsas binası; 3) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 3 | ədəd |
| 18 | Dedektorların mövcud yerləşdirmə sxemlərinin texniki yoxlanılması və dəqiqləşdirilməsi işlərinin aparılması Auto CAD və ya ekvivalent proqram təminatı vasitəsilə tüstü, istilik və kombinə edilmiş detektorların normativ məsafələrə uyğun yerləşməinin yoxlanılması, dəqiqləşdirilməsi və kabel marşrutlarının göstərilməsi. Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA Akademiya şəhərciyinin əsas binası; 3) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 3 | ədəd |
| 19 | PVC kabel kanalı 25-in 16 mm-ə Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 400 | m |
| 20 | PVC kabel kanalı 40-ın 25 mm-ə Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 750 | m |
| 21 | Büzməli boru 0,20 mm Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 400 | m |
| 22 | Plastik boru 0,25 mm Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 600 | m |
| 23 | Kabel kanalı birləşdiriciləri,
bucaqlar və sonluqlar Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 380 | ədəd |
| 24 | Boru muftaları Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 300 | ədəd |
| 25 | Boru sıxacları Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 750 | ədəd |
| 26 | Dübel-vint dəsti Aid olduğu obyektlər: 1) AMEA Rəyasət Heyətinin inzibati binası; 2) AMEA yataqxanasının 9 mərtəbəli binası. | 750 | ədəd |
| 1 |
| ədəd |
Satınalmalarının 28 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 01 okt 2026
son qələbə 18 avq 2026
son qələbə 22 may 2026
son qələbə 11 avq 2025
son qələbə 19 iyn 2025