Sifarişçi: AKADEMİK M.TOPÇUBAŞOV ADINA ELMİ CƏRRAHİYƏ MƏRKƏZİ
Bu sifarişçidə eyni kateqoriyada 2 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
7 satınalma, 6 müxtəlif qalib
Ən çox udan: "PRO CONSTRUCTİON COMPANY" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2, 28.6%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.05% ilə 81.06% arasında aşağı düşüblər, medianı 16.63%.
Bu tender üçün bu 152.938 ₼ ilə 133.485 ₼ arasıdır.
30.325 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Personal kompüter Minimum CPU i5, 12 MB L Cache, RAM 16 GB DDR4 3200 MHz, SSD 480 GB, monitor 24 inch, videokart 8 GB 256 Bit GDDR6, Keyboard (wireless – simsiz) + Mouse (wireless – simsiz). və ya ekvivalenti | 1 | ədəd |
| 2 | Printer • Texnologiya: Monoxrom lazer • Funksiyalar: Çap, skan, kopyalama • Çap sürəti: 40–50 səhifə/dəqiqə və ya yuxarı • Çap keyfiyyəti: minimum 1200 × 1200 dpi • Skan keyfiyyəti: minimum 1200 × 1200 dpi • Skan sürəti: minimum 35–50 səhifə/dəqiqə və ya yuxarı • ADF (avtomatik kağız götürmə): minimum 50–100 vərəq • İkiüzlü avtomatik skan (Duplex Scan): Olmalıdır • İkiüzlü avtomatik çap (Auto Duplex): Olmalıdır • Kağız giriş tutumu: Minimum 250 vərəq • İlk səhifə çıxma vaxtı: minimum 6–8 saniyə • RAM yaddaş: Minimum 512 MB, ideal 1 GB və ya yuxarı • Prosessor: minimum 800 MHz – 1,2 GHz və ya yuxarı • Qoşulma: USB + Gigabit Ethernet + Wi-Fi • Mobil çap: AirPrint/Mopria dəstəyi • Toner: Yüksək tutumlu toner dəstəyi • Ekran: LCD və ya ekvivalentli sensor ekran üstünlükdür | 3 | ədəd |
| 3 | UPS Minimum 3 kva online UPS təqdim olunmalı və batareya ilə tam təchiz olunmalıdır | 5 | ədəd |
| 4 | Kondisioner Cihaz soyutma və isitmə rejimlərini dəstəkləməli, nominal soyutma gücü minimum 12 000 BTU/saat, isitmə gücü isə minimum 12 200 BTU/saat olmalıdır. Uzaqdan idarəetmə pultu ilə təchiz edilməli, R410A və ya ekvivalent soyuducu qazla işləməlidir. Daxili blokun səs səviyyəsi maksimum 36 dB, xarici blokun səs səviyyəsi maksimum 50 dB olmalıdır. Hava dövriyyəsi minimum 620 m³/saat olmalıdır. | 1 | ədəd |
| 5 | Kondisioner Split tipli kondisioner soyutma və isitmə funksiyalarını dəstəkləməli, minimum 24000 BTU/hsoyutma və minimum 24500 BTU/h isitmə gücünə malik olmalıdır. . Soyuducu qaz kimi R410A və ya R32 freondan istifadə olunmalı, 220–240 V, 1 faza, 50 Hz elektrik şəbəkəsində işləməlidir. daxili blokun səs səviyyəsi maksimum 45 dB(A), xarici blokun səs səviyyəsi isə maksimum 55 dB(A) təşkil etməlidir. Daxili hava axını minimum 1160 m³/saat, kompressoru rotary tipli olmalı, qaz və maye borularının qoşulma ölçüləri müvafiq olaraq 1/2" və 1/4" olmalıdır. Qurğu -7°C-dən +43°C-yə qədər ətraf mühit temperaturunda işləməli, rəngi ağ olmalı və Hər bir kondisionerin komplektinə 3 metr boru təqdim olunmalıdır. | 1 | ədəd |
| 6 | Kondisioner Təklif olunan cihaz döşəmə tipli inverter kondisioner sistemi olmalı, minimum 60 000 BTU/saat soyutma və minimum 65 000 BTU/saat isitmə gücünə malik olmalıdır. Qurğu 380–415 V, 3 faza, 50 Hz elektrik təchizatı ilə işləməli və uzaqdan idarəetmə pultu ilə təchiz edilməlidir. Kompressor rotary tipli olmalı, sistem R410A tipli soyuducu qazla işləməlidir. Daxili blokun hava axını minimum 1600–2000 m³/saat diapazonunda, səs səviyyəsi maksimum 52 dB(A), xarici blokun səs səviyyəsi isə maksimum 60 dB(A) olmalıdır. Xarici blokun suya qarşı qorunma səviyyəsi minimum IPX4 olmalıdır. | 1 | ədəd |
| 7 | Eninə malik sənaye tipli silindrik ütüləmə maşını Təklif olunan avadanlıq sənaye tipli silindrik ütüləmə maşını olmalı, ütüləmə eni minimum 1800 mm, emal olunan tekstil materialının qalınlığı maksimum 3 mm olmalıdır. Avadanlıq minimum Ø800 × 1800 mm ölçülü, yüksək keyfiyyətli paslanmayan poladdan hazırlanmış 1 ədəd işçi silindrə malik olmalı, tekstil materiallarının qurudulması və ütülənməsi üçün nəzərdə tutulmalıdır.Qurğu buxarla qızdırılma prinsipi ilə işləməli, işçi buxar təzyiqi 0,4–0,6 MPa, buxar giriş diametri 1 düym, buxar sərfiyyatı maksimum 55 kq/saat olmalıdır. Avadanlıq tezlik çeviricisi vasitəsilə 0–7 dövr/dəqiqə diapazonunda pilləsiz sürət tənzimlənməsini dəstəkləməli, mühərrik gücü minimum 0,75 kW olmalıdır. Elektrik qızdırıcılı komplektasiya təklif edildikdə qızdırma gücü minimum 18 kW olmalıdır.Elektrik təchizatı 380/220 V, 3 faza + neytral, 50 Hz olmalıdır. Avadanlığın ümumi ölçüləri maksimum 2800 × 1550 × 1500 mm, çəkisi maksimum 1100 kq olmalıdır. İşçi silindrin buxar girişində təhlükəsizlik klapanı olmalı, avadanlıq operatorun əlinin təhlükəli sahəyə daxil olması zamanı işi dərhal dayandıran əl mühafizə sistemi ilə təchiz edilməlidir.Avadanlığın istismar yerində beton əsasının hazırlanması, betonlama, quraşdırma, bərkidilmə, səviyyələndirmə, mühəndis-kommunikasiya xətlərinə qoşulma, sazlama və işə salınma işləri təchizatçı tərəfindən həyata keçirilməli, bununla bağlı bütün əmək, material və yardımçı vasitələrin dəyəri təklif qiymətinə daxil edilməlidir.(bütün göstərilən texniki, funksional və təhlükəsizlik tələblərini tam qarşılayan minimum və maksimum tələblər qorunmaq şərti ilə ekvivalent məhsul təqdim edilə bilər) | 1 | ədəd |
| 8 | Tam avtomatik sənaye tipli yuyucu-sıxıcı maşın Təklif olunan avadanlıq tam avtomatik sənaye tipli yuyucu-sıxıcı maşın olmalı, quru tekstil üzrə yükləmə tutumu minimum 15 kq, maksimum 20 kq təşkil etməlidir. Barabanın diametri minimum 700 mm, dərinliyi minimum 500 mm, daxili həcmi minimum 210 litr olmalıdır. Avadanlığın ümumi ölçüləri maksimum 1500 × 1100 × 1000 mm, çəkisi maksimum 650 kq olmalıdır. Barabanın yuma sürəti minimum 45 dövr/dəqiqə, bərabər paylama sürəti minimum 85 dövr/dəqiqə, orta sıxma sürəti minimum 450 dövr/dəqiqə, yüksək sıxma sürəti minimum 750 dövr/dəqiqə olmalıdır. Mühərrikin gücü minimum 2,2 kW, elektrik qızdırıcısının gücü minimum 7,5 kW olmalıdır. Avadanlıq 380 V, 3 faza, 50 Hz elektrik şəbəkəsində işləməli, nominal yük cərəyanı maksimum 5 A olmalıdır. Su giriş xətti DN20, buxar giriş xətti DN15, drenaj klapanı minimum Ø70 mm olmalıdır. Avadanlıq tezlik çeviricili mühərrik idarəetmə sistemi və mikrokompüter əsaslı avtomatik idarəetmə ilə təchiz olunmalı, avtomatik və əl ilə işləmə rejimlərini dəstəkləməlidir. Daxili baraban, xarici baraban və panel paslanmayan poladdan hazırlanmalıdır. Qurğu yay və amortizatorlardan ibarət vibrasiya azaldıcı sistemə, həddindən artıq vibrasiya zamanı sürəti azaldan və cihazı dayandıran qoruma funksiyasına malik olmalıdır. İş zamanı qapının açılmasının qarşısını alan təhlükəsizlik kilidi, qəza dayandırma düyməsi və minimum 5 pilləli avtomatik su səviyyəsi idarəetməsi təmin edilməlidir. Yuyucu vasitələrin əl ilə və avtomatik verilməsi dəstəklənməlidir. Su giriş təzyiqi 0,2–0,4 MPa, sıxılmış hava təzyiqi 0,4–0,6 MPa olmalıdır.Avadanlığın istismar yerində beton əsasının hazırlanması, betonlama, quraşdırma, bərkidilmə, səviyyələndirmə, mühəndis-kommunikasiya xətlərinə qoşulma, sazlama və işə salınma işləri təchizatçı tərəfindən həyata keçirilməli, bununla bağlı bütün əmək, material və yardımçı vasitələrin dəyəri təklif qiymətinə daxil edilməlidir.(bütün göstərilən texniki, funksional və təhlükəsizlik tələblərini tam qarşılayan minimum və maksimum tələblər qorunmaq şərti ilə ekvivalent məhsul təqdim edilə bilər) | 2 | ədəd |
| 9 | Sənaye Qurutma Maşını Təklif olunan avadanlıq sənaye tipli avtomatik paltarqurudan maşın olmalı, maksimum yükləmə tutumu minimum 20 kq təşkil etməlidir. Barabanın ölçüsü minimum Ø800 × 440 mm, fırlanma sürəti minimum 34 dövr/dəqiqə olmalıdır. Mühərrikin gücü minimum 2,2 kW, elektrik qızdırıcısının gücü minimum 14 kW olmalıdır. Avadanlıq 380 V, 3 faza + neytral, 50 Hz elektrik şəbəkəsində işləməlidir. Ümumi ölçüləri maksimum 1100 × 1100 × 1800 mm, çəkisi maksimum 300 kq olmalıdır.Avadanlıq proqramlaşdırılan mikrokompüter idarəetmə sistemi, rəqəmsal göstərici və toxunma tipli idarəetmə düymələri ilə təchiz edilməlidir. Qurutma müddəti 0–99 dəqiqə, soyutma müddəti 0–99 dəqiqə, qurutma temperaturu 0–120°C diapazonunda tənzimlənməlidir. Temperaturun avtomatik sabit saxlanılması, qurutmadan sonra avtomatik soyutma, işin sonunda səsli xəbərdarlıq və təyin edilmiş parametrlərin yaddaşda saxlanılması təmin edilməlidir. Baraban hər iki istiqamətdə fırlanmanı dəstəkləməlidir.Parça ilə təmas edən səthlər paslanmayan poladdan hazırlanmalı, avadanlıq geniş yükləmə qapısına və şəffaf müşahidə pəncərəsinə malik olmalıdır. Qapı açıldıqda işi avtomatik dayandıran elektrik təhlükəsizlik kilidi, artıq yüklənməyə qarşı xəbərdarlıq və dayandırma sistemi, temperatur sensorunda nasazlıq yarandıqda qızdırmanı dayandıran qoruma funksiyası olmalıdır.Avadanlığın istismar yerində beton əsasının hazırlanması, betonlama, quraşdırma, bərkidilmə, səviyyələndirmə, mühəndis-kommunikasiya xətlərinə qoşulma, sazlama və işə salınma işləri təchizatçı tərəfindən həyata keçirilməli, bununla bağlı bütün əmək, material və yardımçı vasitələrin dəyəri təklif qiymətinə daxil edilməlidir.(bütün göstərilən texniki, funksional və təhlükəsizlik tələblərini tam qarşılayan minimum və maksimum tələblər qorunmaq şərti ilə ekvivalent məhsul təqdim edilə bilər) | 1 | ədəd |
| 10 | Sənaye Qurutma Maşını Təklif olunan avadanlıq sənaye tipli avtomatik paltarqurudan maşın olmalı, maksimum yükləmə tutumu minimum 30 kq təşkil etməlidir. Barabanın ölçüsü minimum Ø950 × 860 mm, fırlanma sürəti minimum 32 dövr/dəqiqə olmalıdır. Mühərrikin gücü minimum 2,2 kW, elektrik qızdırıcılı komplektasiya təklif edildikdə qızdırma gücü minimum 18 kW olmalıdır. Avadanlıq 380/220 V, 3 faza + neytral, 50 Hz elektrik şəbəkəsində işləməlidir. Ümumi ölçüləri maksimum 1100 × 1450 × 1900 mm, çəkisi maksimum 400 kq olmalıdır.Avadanlıq proqramlaşdırılan mikrokompüter idarəetmə sistemi, LED rəqəmsal göstərici və toxunma tipli idarəetmə düymələri ilə təchiz edilməlidir. Qurutma müddəti 0–99 dəqiqə, soyutma müddəti 0–99 dəqiqə, qurutma temperaturu isə 0–120°C diapazonunda tənzimlənməlidir. Temperaturun avtomatik sabit saxlanılması, qurutmadan sonra avtomatik soyutma, işin sonunda səsli xəbərdarlıq və təyin edilmiş parametrlərin yaddaşda saxlanılması təmin edilməlidir. Baraban bir və ya iki istiqamətli fırlanma rejimini dəstəkləməlidir.Parça ilə təmas edən səthlər paslanmayan poladdan hazırlanmalı, avadanlıq geniş yükləmə qapısına və qurutma prosesinin izlənilməsi üçün şəffaf müşahidə pəncərəsinə malik olmalıdır. Qapı açıldıqda avadanlığın işini avtomatik dayandıran elektrik təhlükəsizlik kilidi, artıq yüklənməyə qarşı xəbərdarlıq və dayandırma sistemi, temperatur sensorunda qısaqapanma və ya dövrə qırılması yarandıqda qızdırmanı dayandıran qoruma funksiyası olmalıdır. Buxarla qızdırılan komplektasiya təklif edildikdə işçi buxar təzyiqi 0,4–0,6 MPa, buxar giriş ölçüsü 1,5 düym, kondensat çıxışı isə 1 düym olmalıdır.Avadanlığın istismar yerində beton əsasının hazırlanması, betonlama, quraşdırma, bərkidilmə, səviyyələndirmə, mühəndis-kommunikasiya xətlərinə qoşulma, sazlama və işə salınma işləri təchizatçı tərəfindən həyata keçirilməli, bununla bağlı bütün əmək, material və yardımçı vasitələrin dəyəri təklif qiymətinə daxil edilməlidir.(bütün göstərilən texniki, funksional və təhlükəsizlik tələblərini tam qarşılayan minimum və maksimum tələblər qorunmaq şərti ilə ekvivalent məhsul təqdim edilə bilər) | 1 | ədəd |
| 11 | Tam avtomatik sənaye tipli yuyucu-sıxıcı maşın Avadanlığın yükləmə tutumu 30 kq a qədər olmalıdır.Barabanın diametri minimum 850 mm, dərinliyi minimum 500 mm, daxili həcmi minimum 310 litr olmalıdır. Avadanlığın ümumi ölçüləri maksimum 1640 × 1465 × 1400 mm, çəkisi maksimum 1400 kq olmalıdır. Barabanın yuma sürəti minimum 35 dövr/dəqiqə, bərabər paylama sürəti minimum 75 dövr/dəqiqə, orta sıxma sürəti minimum 420 dövr/dəqiqə, yüksək sıxma sürəti minimum 720 dövr/dəqiqə olmalıdır. Mühərrikin gücü minimum 3,8 kW, elektrik qızdırıcısının gücü minimum 11,5 kW olmalıdır. Avadanlıq 380 V, 3 faza, 50 Hz elektrik şəbəkəsində işləməli, nominal yük cərəyanı maksimum 8 A olmalıdır. Su giriş xətti DN20, buxar giriş xətti DN15, drenaj klapanı minimum Ø100 mm olmalıdır.Avadanlıq tezlik çeviricili mühərrik idarəetmə sistemi və mikrokompüter əsaslı avtomatik idarəetmə ilə təchiz olunmalı, avtomatik və əl ilə işləmə rejimlərini dəstəkləməlidir. Daxili baraban, xarici baraban və panel paslanmayan poladdan hazırlanmalıdır. Qurğu yay və amortizatorlardan ibarət vibrasiya azaldıcı sistemə, həddindən artıq vibrasiya zamanı sürəti azaldan və avadanlığı dayandıran qoruma funksiyasına malik olmalıdır. İş zamanı qapının açılmasının qarşısını alan təhlükəsizlik kilidi, qəza dayandırma düyməsi və minimum 5 pilləli avtomatik su səviyyəsi idarəetməsi təmin edilməlidir. Yuyucu vasitələrin əl ilə və avtomatik verilməsi dəstəklənməlidir. Su giriş təzyiqi 0,2–0,4 MPa, sıxılmış hava təzyiqi 0,4–0,6 MPa olmalıdır.Avadanlığın istismar yerində beton əsasının hazırlanması, betonlama, quraşdırma, bərkidilmə, səviyyələndirmə, mühəndis-kommunikasiya xətlərinə qoşulma, sazlama və işə salınma işləri təchizatçı tərəfindən həyata keçirilməli, bununla bağlı bütün əmək, material və yardımçı vasitələrin dəyəri təklif qiymətinə daxil edilməlidir.(bütün göstərilən texniki, funksional və təhlükəsizlik tələblərini tam qarşılayan minimum və maksimum tələblər qorunmaq şərti ilə ekvivalent məhsul təqdim edilə bilər) | 1 | ədəd |
| 12 | Eninə malik sənaye tipli silindrik ütüləmə maşını Təklif olunan avadanlıq sənaye tipli silindrik ütüləmə maşını olmalı, ütüləmə eni minimum 2500 mm, emal olunan tekstil materialının qalınlığı maksimum 3 mm olmalıdır. Avadanlıq minimum Ø800 × 2500 mm ölçülü, yüksək keyfiyyətli paslanmayan poladdan hazırlanmış 1 ədəd işçi silindrə malik olmalı, tekstil materiallarının qurudulması və ütülənməsi üçün nəzərdə tutulmalıdır.Qurğu buxarla qızdırılma prinsipi ilə işləməli, işçi buxar təzyiqi 0,4–0,6 MPa, buxar giriş diametri 1 düym, buxar sərfiyyatı maksimum 70 kq/saat olmalıdır. Avadanlıq tezlik çeviricisi vasitəsilə 0–7 dövr/dəqiqə diapazonunda pilləsiz sürət tənzimlənməsini dəstəkləməli, mühərrik gücü minimum 0,75 kW olmalıdır. Elektrik qızdırıcılı komplektasiya təklif edildikdə qızdırma gücü minimum 24 kW olmalıdır.Elektrik təchizatı 380/220 V, 3 faza + neytral, 50 Hz olmalıdır. Avadanlığın ümumi ölçüləri maksimum 3500 × 1550 × 1500 mm, çəkisi maksimum 1200 kq olmalıdır. Avadanlığın buxar girişində təhlükəsizlik klapanı olmalı, parça verilmə hissəsində operatorun əli qoruyucu lövhəyə toxunduqda maşının işini dərhal dayandıran əl mühafizə sistemi ilə təchiz edilməlidir.Avadanlığın istismar yerində beton əsasının hazırlanması, betonlama, quraşdırma, bərkidilmə, səviyyələndirmə, mühəndis-kommunikasiya xətlərinə qoşulma, sazlama və işə salınma işləri təchizatçı tərəfindən həyata keçirilməli, bununla bağlı bütün əmək, material və yardımçı vasitələrin dəyəri təklif qiymətinə daxil edilməlidir. (bütün göstərilən texniki, funksional və təhlükəsizlik tələblərini tam qarşılayan minimum və maksimum tələblər qorunmaq şərti ilə ekvivalent məhsul təqdim edilə bilər) | 1 | ədəd |
Satınalmalarının 34 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 06 avq 2026
son qələbə 06 may 2025
son qələbə 03 fev 2026
son qələbə 30 yan 2026
son qələbə 19 dek 2025