Tarixçə azdır: cəmi 4 müqayisə oluna bilən satınalma. Nəticə zəifdir.
4 satınalma, 3 müxtəlif qalib
Ən çox udan: "QILINC TƏCHİZAT QRUPU" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 50%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.04% ilə 79.19% arasında aşağı düşüblər, medianı 12.95%.
Bu tender üçün bu 28.638 ₼ ilə 25.834 ₼ arasıdır.
6.176 ₼ məbləğindən aşağı heç kim udmayıb.
84 ₼
Sənədlər 25 ₼ + iştirak 59 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Qulaqcıq Peşəkar çağrı mərkəzlərində intensiv və uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş, iki qulaqlı (stereo), qulaqüstü headset olmalıdır. Cihaz danışıq zamanı səsin aydın ötürülməsini və ətraf mühitdəki səs-küyün azaldılmasını təmin edən texnologiyalara malik olmalıdır. Headset kompüter və digər uyğun cihazlarla naqilli və simsiz bağlantı imkanlarını dəstəkləməlidir. Simsiz bağlantı zamanı kifayət qədər geniş istifadə məsafəsini təmin etməli və eyni vaxtda birdən çox uyğun cihazla əlaqə yaratmağa imkan verməlidir. Mikrofon tənzimlənə bilən olmalı, mikrofonun səssizə alınması və zənglərin idarə edilməsi imkanlarını təmin etməlidir. Cihaz üzərində səs səviyyəsinin və əsas zəng funksiyalarının idarə edilməsi üçün idarəetmə vasitələri olmalıdır. Zəng statusunun istifadəçi tərəfindən müəyyən edilməsini təmin edən vizual və/və ya digər uyğun indikator funksiyasının olması təmin edilməlidir. Headset uzunmüddətli istifadə üçün kifayət qədər akkumulyator tutumuna malik olmalı və sürətli enerji doldurma imkanını dəstəkləməlidir. Konstruksiya erqonomik, yüngül və uzunmüddətli istifadəyə uyğun olmalı, qulaq yastıqları rahat istifadəni təmin etməlidir. Cihaz yüksək səs səviyyəsi və qəfil akustik siqnallardan qorunmanı təmin edən müvafiq texnologiyaya malik olmalıdır. Headset Microsoft Teams, Zoom, Cisco Webex və digər geniş yayılmış UC/VoIP platformaları ilə uyğun işləməlidir. Məhsulun təqdim edilən texniki göstəriciləri yuxarıda qeyd olunan minimum funksional tələblərə uyğun olmalı və daha yüksək və ya ekvivalent texniki göstəricilər qəbul edilir. | 15 | ədəd |
| 2 | Monitor 27 diametr Ekran ölçüsü minimum 27 düym; Panel texnologiyası QD-OLED və ya ekvivalent; Çözünürlük minimum 3840 × 2160 (4K UHD); Format 16:9; Yenilənmə tezliyi minimum 240 Hz; Cavab müddəti minimum 0.03 ms (GTG); Parlaqlıq HDR rejimində yüksək dinamik diapazonlu görüntünü təmin etməlidir; Kontrast yüksək kontrast nisbətini təmin etməlidir; Rəng dərinliyi minimum 10-bit və geniş rəng reproduksiyasını dəstəkləməlidir; DCI-P3 rəng əhatəsi minimum 95%; sRGB rəng əhatəsi geniş rəng gamutunu təmin etməlidir; Baxış bucağı minimum 178° / 178°; HDR10 və ya ekvivalent HDR standartını dəstəkləməlidir; HDMI portu minimum 1 ədəd; VGA portu və ya ekvivalent görüntü çıxışı; Xarici audio çıxışı; VESA montaj 100 × 100 mm və ya uyğun standart; ekran meyilləndirməsi tənzimlənə bilən; enerji təchizatı AC 100–240 V, 50/60 Hz və ya uyğun avtomatik gərginlik diapazonu; enerji sərfiyyatı istehsalçının texniki göstəricilərinə uyğun olmalıdır; daha yüksək və ya ekvivalent texniki göstəricilər qəbul olunur. | 15 | ədəd |
| 3 | Printer rəngli A4 A4 formatında rəngli və ağ-qara çap, skan və surətçıxarma funksiyalarına malik olmalı, lazer/LED və ya ekvivalent çap texnologiyasından istifadə etməli, rəngli və ağ-qara çap sürəti minimum 30 səhifə/dəqiqə, çap keyfiyyəti yüksək keyfiyyətli rəngli və ağ-qara çapı təmin etməli, avtomatik ikitərəfli çap (Duplex) funksiyasına malik olmalı, avtomatik ikiüzlü sənəd qidalandırıcı (DADF) və ya ekvivalent funksiyaya malik olmalı, skan ayırdetmə qabiliyyəti minimum 600 dpi, skan funksiyası rəngli və ağ-qara rejimləri dəstəkləməli, standart kağız tutumu minimum 250 vərəq, çoxməqsədli giriş qabı minimum 50 vərəq olmalı, USB və/və ya Gigabit Ethernet, həmçinin Wi-Fi bağlantısını dəstəkləməli, aylıq iş yükü minimum 50 000 səhifə olmalı, Windows əməliyyat sistemi və geniş yayılmış çap/skan proqramları ilə uyğun işləməlidir. Məhsul üçün uyğunluq və təhlükəsizlik tələblərini təsdiq edən Declaration of Conformity və ya ekvivalent uyğunluq sənədi tələb olunur. Daha yüksək və ya ekvivalent texniki göstəricilər qəbul olunur. | 7 | ədəd |
| 4 | "Elektrikli samovar 2 hissəli( dəmlik üçün olan hissə) 20 l" Tutum: minimum 20 litr; Güc: minimum 3000 W; Enerji təchizatı: 220–240 V, 50/60 Hz; Korpus: paslanmayan polad və ya ekvivalent davamlı material; Qızdırıcı element: paslanmayan polad, gizli və ya ekvivalent konstruksiyalı rezistans; Temperatur nəzarəti: termostat vasitəsilə tənzimlənə bilən; Temperatur tənzimlənməsi: ən azı 30–100°C aralığını əhatə etməli; İş rejimləri: qaynatma və isti saxlama (Keep Warm) funksiyalarını təmin etməli; Təhlükəsizlik: susuz işləməyə qarşı avtomatik qorunma və həddindən artıq qızmadan mühafizə funksiyasına malik olmalı; Su çıxışı: davamlı və gigiyenik materialdan hazırlanmış kran; İdarəetmə: ON/OFF açarı və iş vəziyyətini göstərən indikator; Tutacaqlar: istiliyədavamlı tutacaqlara malik olmalı; İstifadə: peşəkar və intensiv istismar üçün uyğun olmalıdır. Daha yüksək və ya ekvivalent texniki göstəricilər qəbul olunur. | 4 | ədəd |
| 5 | Televizor 55 düym "55 düymlük Smart TV – ekran diaqonalı minimum 55 düym (140 sm), təsvir ölçüsü minimum 3840 × 2160 piksel (4K UHD), müasir LED, QLED, Mini LED, OLED və ya ekvivalent ekran texnologiyasına malik olmalıdır. Televizor minimum 120 Hz real ekran yenilənmə tezliyini dəstəkləməli, hərəkətli görüntülərdə bulanıqlığın azaldılmasını təmin edən təsvir emalı və hərəkət kompensasiyası texnologiyasına malik olmalıdır. Yüksək kontrast, geniş baxış bucağı, minimum 10-bit və ya ekvivalent rəng emalı, geniş rəng gamutunu və yüksək rəng dəqiqliyini təmin edən texnologiyaları dəstəkləməlidir. HDR10, HDR10+, HLG, Dolby Vision və ya ekvivalent yüksək dinamik diapazon formatlarından ən azı birini dəstəkləməlidir. Avtomatik parlaqlıq və/və ya görüntü optimallaşdırılması funksiyasına malik olmalıdır. Televizor Smart TV funksiyasına malik olmalı, daxili Wi-Fi (minimum Wi-Fi 5 / 802.11ac və ya ekvivalent) və Bluetooth 5.0 və ya daha yeni versiyanı dəstəkləməlidir. İnternetə qoşulma, tətbiqlərin quraşdırılması və multimedia məzmununun onlayn izlənilməsi imkanlarını təmin etməlidir. Geniş yayılmış video və audio formatlarını dəstəkləməli, Apple AirPlay, Google Cast/Chromecast və ya ekvivalent ekran paylaşımı texnologiyalarından ən azı birinə malik olmalıdır. Səs sistemi ümumi çıxış gücü minimum 30 W olmalı və çoxkanallı səs texnologiyalarından, o cümlədən Dolby Atmos, DTS və ya ekvivalent texnologiyalardan ən azı birini dəstəkləməlidir. Səsin avtomatik optimallaşdırılması və/və ya müxtəlif istifadə rejimləri üzrə səs parametrlərinin tənzimlənməsi funksiyasına malik olmalıdır. Televizorda minimum 4 ədəd HDMI, minimum 2 ədəd USB, Ethernet (LAN), optik rəqəmsal audio çıxışı və RF antena girişi olmalıdır. CI+ interfeysi və ya ekvivalent funksionallıq dəstəklənməsi üstünlük təşkil edir. HDMI interfeyslərindən ən azı ikisi 4K 120 Hz görüntü ötürülməsini və eARC, VRR, ALLM və ya ekvivalent müasir görüntü və səs ötürmə funksiyalarını dəstəkləməlidir. Televizor tətbiqlərin işlədilməsi, menyular arasında rahat keçid və multimedia məzmununun fasiləsiz nümayişini təmin edən müasir çoxnüvəli prosessor və kifayət qədər daxili yaddaşla təchiz olunmalıdır. Operativ və daxili yaddaşın həcmi cihazın istehsalçısı tərəfindən təmin edilən Smart TV funksiyalarının və tətbiqlərin stabil və rahat işləməsini təmin etməlidir. Televizor enerji sərfiyyatının optimallaşdırılması, avtomatik yuxu/standby rejimi və uzaqdan idarəetmə funksiyalarına malik olmalıdır" | 1 | ədəd |
| 6 | Qəhvəbişirən Tam avtomatik qəhvə hazırlama aparatı – minimum 1450 W gücə, minimum 16 bar pompa təzyiqinə, minimum 2-2,5 litr su çəninə, minimum 260 q qəhvə dənəsi tutumuna, qəhvə dənələrinin avtomatik üyüdülməsi və dəmlənməsi sisteminə, çoxpilləli üyütmə tənzimlənməsinə, qəhvənin aroma və intensivliyinin elektron tənzimlənməsinə, espresso, lungo, americano, cappuccino, latte macchiato və digər isti içkilərin avtomatik hazırlanması imkanına, avtomatik süd köpükləndirmə sisteminə, eyni vaxtda iki fincan qəhvə hazırlamaq funksiyasına, toxunma tipli elektron idarəetmə panelinə, avtomatik yuma və ərpdən təmizləmə proqramına, süd sisteminin avtomatik təmizlənməsi funksiyasına, çıxarıla bilən su və qəhvə tullantıları qablarına, hündürlüyü tənzimlənən qəhvə çıxışına, üyüdülmüş qəhvə istifadəsi imkanına, enerji qənaəti və avtomatik sönmə funksiyası | 1 | ədəd |
| 7 | Ağıllı lövhə Ekran ölçüsü: minimum 65 düym; Ekran texnologiyası: DLED LED arxa işıqlandırma və ya ekvivalent; Təsvir ölçüsü: minimum 3840 × 2160 (Ultra HD 4K); Parlaqlıq: minimum 400 cd/m²; Kontrast nisbəti: minimum 1200:1; Baxış bucağı: minimum 178° / 178°; Yenilənmə tezliyi: minimum 60 Hz; Cavab müddəti: maksimum 8 ms; Rəng sayı: minimum 1.07 milyard rəng; Şüşə: temperli, anti-parıltılı (Anti-Glare) və ya ekvivalent; Şüşənin sərtliyi: minimum 9H və ya ekvivalent; Toxunma texnologiyası: İnfraqırmızı (IR Touch) və ya ekvivalent; Multi-touch: Windows və Android əməliyyat sistemlərində çoxnöqtəli toxunmanı dəstəkləməli; Toxunma dəqiqliyi: yüksək dəqiqlikli toxunma funksiyasını təmin etməli; Toxunma cavab müddəti: maksimum 5 ms; Yazı vasitələri: barmaq və passiv stilus qələm; Əməliyyat sistemi: Android 13 və ya daha yeni versiya, yaxud ekvivalent; Prosessor: minimum 8 nüvəli və ya ekvivalent məhsuldarlıq səviyyəsinə malik prosessor; Operativ yaddaş: minimum 8 GB RAM; Daxili yaddaş: minimum 128 GB; Simsiz bağlantı: Wi-Fi və ya daha yeni simsiz rabitə standartlarını dəstəkləməli; Ekran paylaşımı: Android, Windows və iOS cihazlarından simsiz ekran paylaşımını dəstəkləməli; Dinamiklər: daxili stereo dinamiklər, ümumi gücü minimum 30 W; HDMI girişləri: minimum 2 × HDMI IN (4K); DisplayPort: giriş və/və ya çıxış interfeysi; HDMI çıxışı: minimum 1 × HDMI OUT və ya ekvivalent görüntü çıxışı; Enerji təchizatı: AC 100–240 V, 50/60 Hz; Enerji sərfiyyatı: istehsalçının texniki göstəricilərinə uyğun olmalı; Gözləmə rejimi: enerjiyə qənaət rejimini dəstəkləməli; İstismar müddəti: minimum 50 000 saat; MAF sənədi tələb olunur; quraşdırılma daxil. Daha yüksək və ya ekvivalent texniki göstəricilər qəbul olunur. | 2 | ədəd |
| 8 | Printer rəngli A3 A3 formatında rəngli lazer çap, rəngli skan və rəngli surətçıxarma funksiyalarına, A3, A4, SRA3 və digər geniş yayılmış kağız formatlarını dəstəkləməyə, avtomatik ikiüzlü çap və avtomatik ikiüzlü skan funksiyalarına, A4 formatında minimum 50 səhifə/dəqiqə çap sürətinə, yüksək keyfiyyətli rəngli çap imkanına, CIS və ya ekvivalent skan texnologiyasına, minimum 1200 dpi skan ayırdetmə qabiliyyətinə, avtomatik sənəd qidalandırıcıya, Gigabit Ethernet və/və ya USB interfeyslərinə, şəbəkə üzərindən çap və skan imkanına, müxtəlif kağız çəkilərinin və formatlarının istifadəsini dəstəkləyən kağız girişlərinə və yüksək aylıq iş həcmi üçün nəzərdə tutulmuş konstruksiyaya malik olmalıdır. Tövsiyə olunan aylıq çap həcmi minimum 8 000 səhifə olmalıdır. Məhsul üçün uyğunluq və təhlükəsizlik tələblərini təsdiq edən Declaration of Conformity və ya ekvivalent uyğunluq sənədi tələb olunur. Daha yüksək və ya ekvivalent texniki göstəricilər qəbul olunur. | 2 | ədəd |
| 9 | Mikrodalğalı soba Həcm: minimum 23 litr; Mikrodalğa çıxış gücü: minimum 800 W; Giriş gücü: maksimum 1250 W; Güc səviyyələri: minimum 5; İdarəetmə: mexaniki və ya ekvivalent idarəetmə sistemi; Taymer: minimum 30 dəqiqə; Defrost (əridilmə) funksiyası olmalıdır; Daxili işıqlandırma olmalıdır; Proqram bitdikdə səs siqnalı olmalıdır; Şüşə fırlanan boşqab: minimum 245 mm və ya ekvivalent; Qapı: istiyədavamlı şüşə və ya ekvivalent təhlükəsiz konstruksiyaya malik olmalıdır; yeməklərin qızdırılması funksiyası olmalıdır; donmuş məhsulların əridilməsi funksiyası olmalıdır; sadə və istifadəsi rahat idarəetmə sistemi olmalıdır; kompakt ölçüdə, kiçik mətbəxlər üçün uyğun olmalıdır. Daha yüksək və ya ekvivalent texniki göstəricilər qəbul olunur. | 1 | ədəd |
| 10 | Monitor 34 diametr Ekran ölçüsü: minimum 34 düym; Panel tipi: VA və ya ekvivalent texnologiya; Əyrilik: əyri ekran, istifadə üçün uyğun əyrilik radiusu; Görüntü formatı: 21:9; Səth: Parıltı əleyhinə (Anti-Glare); İcazə (Resolution): minimum 3440 × 1440 (UWQHD) ; Parlaqlıq: minimum 300 nit; Statik kontrast: minimum 3000:1; Rəng sayı: minimum 1.07 milyard rəng və ya ekvivalent; Baxış bucağı: minimum 178° / 178°; Rəng əhatəsi: geniş rəng gamutunu dəstəkləməli; Yeniləmə tezliyi: minimum 165 Hz; Cavab müddəti: maksimum 1 ms (uyğun ölçmə standartı üzrə); Adaptive Sync və ya ekvivalent adaptiv sinxronizasiya texnologiyasını dəstəkləməli; HDR və ya ekvivalent yüksək dinamik diapazon funksiyasına malik olmalı; DisplayPort və minimum 2 ədəd HDMI girişinə malik olmalı; 3.5 mm qulaqlıq çıxışı olmalı; hündürlüyü tənzimlənən və erqonomik stendə malik olmalı; VESA montajını dəstəkləməli; Kensington kilidi və ya ekvivalent təhlükəsizlik funksiyasına malik olmalı; oyun konsolları ilə uyğun işləməli və VRR dəstəyini təmin etməlidir; HDMI üzərindən yüksək təsvir keyfiyyəti ilə uyğun yenilənmə tezliyini, DisplayPort üzərindən isə maksimum dəstəklənən yenilənmə tezliyini təmin etməlidir; 21:9 ultra-geniş ekran, UWQHD təsvir keyfiyyəti, yüksək yenilənmə tezliyi və aşağı cavab müddəti ilə təmin olunmalıdır; erqonomik, hündürlüyü tənzimlənən stendə malik olmalıdır. Daha yüksək və ya ekvivalent texniki göstəricilər qəbul olunur. | 2 | ədəd |
Satınalmalarının 15 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 06 yan 2026
son qələbə 08 dek 2025
son qələbə 01 okt 2026
son qələbə 29 iyl 2026
son qələbə 14 iyl 2026