Sifarişçi: "M.Ə.ƏFƏNDİYEV ADINA XƏTAİ TİBB MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 3 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
3 satınalma, 3 müxtəlif qalib
Ən çox udan: "CONFİREX" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (1, 33.3%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 81.06% arasında aşağı düşüblər, medianı 16.91%.
Bu tender üçün bu 20.468 ₼ ilə 17.764 ₼ arasıdır.
4.049 ₼ məbləğindən aşağı heç kim udmayıb.
68 ₼
Sənədlər 25 ₼ + iştirak 43 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Divar tipli səs ucaldan İctimai elan və fon musiqisi sistemləri üçün nəzərdə tutulmuş divar tipli akustik səsucaldıcı olmalıdır və daxili və açıq mühitdə istifadə üçün uyğun olmalıdır. Dinamik 2 zolaqlı (2-way) akustik sistemə malik olmalı və 4 düymlük hava şəraitinə davamlı woofer və 1 düymlük tweeter ilə təchiz olunmalıdır. Cihazın nominal çıxış gücü ən azı 35-40 Vt olmalı, güc seçimi ilə 70V və 100V xətt sistemlərini, həmçinin 8 Ohm aşağı empedans rejimini dəstəkləməlidir. Dinamikin tezlik diapazonu ən azı 100 Hz – 20 kHz aralığında olmalı və geniş tezlik spektrində keyfiyyətli səs ötürülməsini təmin etməlidir. Həssaslıq səviyyəsi təxminən 88–90 dB (1W/1m) və ya daha yüksək olmalıdır. Akustik sistem IP66 qoruma dərəcəsinə malik olmalı və tozdan və suyun təsirindən qorunan konstruksiyada hazırlanmalıdır ki, açıq hava şəraitində etibarlı işləməni təmin etsin. Qurğunun korpusu ABS materialdan, ön qoruyucu toru isə alüminiumdan, montaj kronşteyni isə paslanmayan poladdan hazırlanmış olmalıdır. Cihaz divara quraşdırma üçün 360° tənzimlənə bilən montaj kronşteyni ilə təchiz olunmalıdır. Dinamik quraşdırma üçün bütün zəruri montaj aksesuarları ilə komplektləşdirilməlidir. Təklif edilən avadanlıq yeni, zavod istehsalı olmalı və uzunmüddətli istismar üçün nəzərdə tutulmalı, həmçinin beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğun sertifikatlara malik olmalıdır. Bütün dinamiklər, səs gücləndiricilər müəssisənin hər iki korpusundan idarə edilə bilən olmalı və bir- biri ilə əlaqəli olmalıdır. Təqdim edilən qiymətə avadanlığın quraşdırılması daxil olmalıdır. Məhsul üçün minimum 12 ay yazılı zəmanət tələb olunur. | 2 | ədəd |
| 2 | Tavan tipli səs ucaldan Ceiling Speaker modeli ictimai elan və fon musiqisi sistemlərində istifadə üçün nəzərdə tutulmuş tavan tipli akustik səsucaldıcı olmalıdır və qapalı məkanlarda quraşdırılma üçün uyğun konstruksiyaya malik olmalıdır. Dinamik 2 zolaqlı (2-way) akustik sistemə malik olmalı və 6.5 düymlük woofer və yüksək tezlikli tweeter ilə təchiz olunmalıdır. Cihaz 100V xətt tipli səs sistemlərini dəstəkləməli və müxtəlif güc seçimlərinə malik transformatorla təchiz olunmalıdır. Dinamikin nominal çıxış gücü ən azı 6–10 Vt səviyyəsində olmalı və bir neçə güc seçimi ilə istifadə imkanını təmin etməlidir. Qurğunun tezlik diapazonu ən azı 90 Hz – 18 kHz aralığında olmalı və geniş tezlik spektrində keyfiyyətli səs ötürülməsini təmin etməlidir. Akustik sistemin həssaslıq göstəricisi ən azı 88 dB (1W/1m) səviyyəsində olmalı və geniş sahələrdə aydın səsləndirməni təmin etməlidir. Dinamik metal qoruyucu tor (grill) ilə təchiz olunmalı və korpus hissəsi uzunmüddətli istismar üçün dayanıqlı materialdan hazırlanmalıdır. Qurğu tavana quraşdırılma üçün xüsusi montaj mexanizmi ilə təchiz olunmalı və quraşdırılması asan olmalıdır. Cihazın konstruksiyası kompakt və estetik dizayna malik olmalı və interyerə uyğun görünüş təmin etməlidir. Təklif edilən avadanlıq yeni, zavod istehsalı olmalı, uzunmüddətli fasiləsiz işləmə üçün nəzərdə tutulmalı və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğun sertifikatlara malik olmalıdır. Bütün dinamiklər, səs gücləndiricilər müəssisənin hər iki korpusundan idarə edilə bilən olmalı və bir- biri ilə əlaqəli olmalıdır. Təqdim edilən qiymətə avadanlığın quraşdırılması daxil olmalıdır. Məhsul üçün minimum 12 ay yazılı zəmanət tələb olunur. | 25 | ədəd |
| 3 | Mikser-gücləndirici (səs gücləndirici) Səs gücləndirici (amplifier) peşəkar səs sistemləri üçün nəzərdə tutulmuş olmalı və yüksək keyfiyyətli audio ötürülməsini təmin etməlidir. Ən azı 6 zonalı olmalıdır.Cihazın maksimal çıxış gücü ən azı 240 Vt olmalı və müxtəlif zonalarda sabit səs paylanmasını təmin etməlidir. Gücləndirici 100V xətt sistemi və aşağı empedanslı (4–16 Ohm) akustik sistemləri dəstəkləməlidir. Qurğuda USB, SD kart və Bluetooth vasitəsilə audio faylların səsləndirilməsi funksiyası mövcud olmalıdır. Cihazda ən azı 3 ədəd mikrofon girişi və bir neçə xətt (AUX) girişi olmalı, müxtəlif audio mənbələrinin qoşulmasına imkan verməlidir. Mikrofon kanallarından biri prioritet (priority) funksiyasına malik olmalı və elan sistemləri üçün istifadə oluna bilməlidir. Gücləndiricidə bas və treble (aşağı və yüksək tezlik) tənzimləmə funksiyası mövcud olmalıdır. Qurğu qısaqapanma, həddindən artıq yüklənmə və yüksək temperaturdan qorunma sistemləri ilə təchiz edilməlidir. Enerji təchizatı AC 220-240V, 50/60 Hz elektrik şəbəkəsindən işləməlidir. Cihazın konstruksiyası metal korpuslu, rack tipli quraşdırmaya uyğun olmalı və uzunmüddətli fasiləsiz işləmə üçün nəzərdə tutulmalıdır. Təklif edilən avadanlıq yeni, zavod istehsalı olmalı və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğun sertifikatlara malik olmalıdır. Bütün dinamiklər, səs gücləndiricilər müəssisənin hər iki korpusundan idarə edilə bilən olmalı və bir- biri ilə əlaqəli olmalıdır. Təqdim edilən qiymətə avadanlığın quraşdırılması daxil olmalıdır. Məhsul üçün minimum 12 ay yazılı zəmanət tələb olunur. | 1 | ədəd |
| 4 | Mikrofon Peşəkar səs ötürülməsi üçün nəzərdə tutulmuş masaüstü tipli elan mikrofonu olmalıdır və konfrans, elan və ictimai səs sistemlərində istifadə üçün uyğun olmalıdır. Ən azı 6 zonalı olmalıdır.Mikrofon yüksək həssaslığa malik olmalı və aydın, səs-küysüz audio ötürülməsini təmin etməlidir.Qurğunun tezlik diapazonu ən azı 90 Hz – 18 kHz aralığında olmalı və geniş tezlik spektrində keyfiyyətli səs ötürülməsini təmin etməlidir. Həssaslıq səviyyəsi ən azı təxminən 50 dB (1W/1m) və ya daha yüksək olmalıdır. Cihaz kondensator tipli mikrofon kapsuluna malik olmalı və geniş tezlik diapazonunda səs qəbulunu təmin etməlidir. Mikrofonun tezlik diapazonu ən azı 100 Hz – 15 kHz aralığında olmalı və səsin təbii ötürülməsini təmin etməlidir. Qurğuda push-to-talk (danışmaq üçün bas) funksiyalı idarəetmə düyməsi mövcud olmalı və istifadə zamanı operativ idarəetməyə imkan verməlidir. Mikrofon gooseneck (elastik boyunlu) konstruksiyaya malik olmalı və istifadəçinin ehtiyacına uyğun istiqamətləndirilə bilməlidir. Cihaz göstərici LED indikatoru ilə təchiz olunmalı və mikrofonun aktiv vəziyyətini vizual olaraq göstərməlidir. Mikrofon balanslaşdırılmış audio çıxışına malik olmalı və gücləndirici və ya səs idarəetmə sistemlərinə qoşulmaq üçün uyğun interfeys təmin etməlidir. Qurğunun konstruksiyası dayanıqlı materialdan hazırlanmış masaüstü baza hissəsinə malik olmalı və stabil istifadəni təmin etməlidir. Təklif edilən mikrofon yeni, zavod istehsalı olmalı, uzunmüddətli istifadə üçün nəzərdə tutulmalı və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğun sertifikatlara malik olmalıdır. Bütün dinamiklər, səs gücləndiricilər müəssisənin hər iki korpusundan idarə edilə bilən olmalı və bir- biri ilə əlaqəli olmalıdır. Təqdim edilən qiymətə avadanlığın quraşdırılması daxil olmalıdır. Məhsul üçün minimum 12 ay yazılı zəmanət tələb olunur. | 2 | ədəd |
| 5 | Səs sistemi üçün kabel Acoustic Cable modeli akustik səs sistemlərində istifadə üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli səs ötürücü kabel olmalıdır. Kabel iki damarlı (2×1.5 mm² kəsiyə malik) konstruksiyada olmalı və səs gücləndiriciləri ilə akustik dinamiklər arasında etibarlı siqnal ötürülməsini təmin etməlidir. Kabelin keçirici hissəsi yüksək təmizlikli çoxdamarlı mis (OFC – Oxygen Free Copper) materialdan hazırlanmalı və minimal siqnal itkisini təmin etməlidir. İzolyasiya qatı yüksək keyfiyyətli PVC və ya ekvivalent materialdan hazırlanmalı və mexaniki təsirlərə, temperatur dəyişikliklərinə və aşınmaya qarşı davamlı olmalıdır. Kabel aşağı müqavimət göstəricisinə malik olmalı və uzun məsafələrdə səs siqnalının keyfiyyətini qoruyaraq sabit ötürülməsini təmin etməlidir. Xarici qoruyucu örtük elastik və möhkəm olmalı, quraşdırma zamanı rahat montaj və uzunmüddətli istismar imkanı yaratmalıdır. Məhsul daxili səs sistemləri, elan və fon musiqisi sistemləri üçün uyğun olmalı və müxtəlif gücə malik akustik avadanlıqlarla işləməyə imkan verməlidir. Təklif edilən kabel yeni, zavod istehsalı olmalı və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olmalıdır. Bütün dinamiklər, səs gücləndiricilər müəssisənin hər iki korpusundan idarə edilə bilən olmalı və bir- biri ilə əlaqəli olmalıdır. Təqdim edilən qiymətə avadanlığın quraşdırılması daxil olmalıdır. Məhsul üçün minimum 12 ay yazılı zəmanət tələb olunur. | 1200 | m |
| 6 | Üz tanıma sistemi İstehsalçı tərəfindən 1 il rəsmi zəmanət və servis xidməti təmin olunmalıdır. Təchizat zamanı MAF sənədi təqdim olunmalıdır. Autentifikasiya rejimləri: Barmaq izi, Kart, Üz. Kart tanıma tutumu: minimum 3000. Barmaq izi tanıma tutumu: minimum 3000. Üz tanıma tutumu: minimum 3000. Daxili kamera: minimum 2 MP çözünürlüklü olmalıdır. Tanıma sürəti: maksimum 0.2 saniyə. M1 tipli kart dəstəyi olmalıdır. Video standartı: PAL və NTFS rejimlərini dəstəkləməlidir. Kənardan tənzimləmə (remote configuration) funksiyası olmalıdır. Şəbəkə interfeysi: RJ45 port, 10m–100m məsafə üçün dəstək. İP65 qoruma standartı təmin olunmalıdır (toz və nəmə qarşı). Kranşteyn vasitəsilə divara bərkidilmə imkanı olmalıdır. Kilid nəzarəti, çıxış düyməsi, audio siqnal, USB interfeysi və səsli bildiriş funksiyaları olmalıdır. Sistemin idarəetməsi və qeydiyyat məlumatlarının saxlanması üçün daxili yaddaş və lokal server inteqrasiyası imkanı olmalıdır. Cihaz üzərindən həm onlayn, həm də oflayn işləmə rejimi dəstəklənməlidir. Gecə şəraitində üz tanıma üçün infraqırmızı (IR) işıqlandırma olmalıdır. Üz tanıma bucağı: minimum ±30° horizontal, ±20° vertikal olmalıdır. Təqdim edilən qiymətə avadanlığın quraşdırılması daxil olmalıdır. | 3 | ədəd |
| 7 | Termopot Gücü minimum 800 Vt olmalıdır. İsitmə səthi paslanmaz poladdan olmalıdır. Tutumu minimum 6,8 litr olmalıdır. Gizli qızdırıcı elementə malik olmalı. Qaynadıqdan sonra avtomatik sönmə, su səviyyəsi indikatoruna, temperaturun saxlanılması və taymer funksiyaları olmalı Məhsul üçün minimum 12 ay yazılı zəmanət tələb olunur | 2 | ədəd |
| 8 | 10/100m Media converter IEEE 802,3ab və IEEE 802,3zstandartı 00Base TX, 100Base FX dəsdəkli 40 km qədər uzatma imkanı Məhsul üçün minimum 12 ay yazılı zəmanət tələb olunur. | 2 | ədəd |
| 9 | Printer İstehsalçı tərəfindən ən azı 1 il zəmanət verilməlidir, MAF Sənəd təqdim olunmaqla Printer/Skaner/Nüsxə Çap növü- Ağ-qara Çap texnologiyası : Laser Çapın formatı- A4,A5,A6 İnterfeys: USB 2.0 Çapın sürəti: ağ/qara A4 – 20 səh/dəq Çapın icazəsi 600 x 600 DPİ Kopyalama icazəsi: 600 x 400 dpi İki tərəfli nüsxə (copy) : + ADF min 50 vərəq üçün Arxa kağız qabı : 100 vərəq üçün Maximum aylıq vəzifə dövrü : 8000 | 10 | ədəd |
Satınalmalarının 22 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 01 may 2026
son qələbə 04 dek 2025
son qələbə 16 sen 2025
son qələbə 07 sen 2026
son qələbə 25 may 2026