Sifarişçi: "NAXÇIVAN POÇT VƏ TELEKOMMUNİKASİYA MƏRKƏZİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Bu sifarişçi işi bölüşdürür: 5 satınalmanı 4 müxtəlif təchizatçı udub.
5 satınalma, 4 müxtəlif qalib
Ən çox udan: "AQUA PRO" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 40%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.3% ilə 73.78% arasında aşağı düşüblər, medianı 21.13%.
Bu tender üçün bu 29.949 ₼ ilə 24.950 ₼ arasıdır.
8.295 ₼ məbləğindən aşağı heç kim udmayıb.
88 ₼
Sənədlər 25 ₼ + iştirak 63 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Gödəkcə qış geyimi qara rəngdə
(ədəd) İsti qış gödəkcəsi bir bortludur, aşağıdan yuxarıya doğru zəncirbəndlə bağlanır. Hər iki tərəfdən kostyumun öz parçasından hazırlanmış və kantla tikilmiş çəpinə cibləri vardır. Aşağı hissədə hər iki tərəfdən basma düyməli gödəkçənin öz parçasından hazırlanan kantlar bərkidilmişdir. Qollar bir tikişlidir, aşağı hissələri basma düymə ilə gödəkçənin öz parçasından hazırlanan kantlarla bağlanır. Arxa yuxarı və sağ döş hissədə 3d toxuma fosfor sapla ilə nəzarətçi sözləri yazılır, döş hissədə hər iki cibin üstündən fosforla paralel düz xətt çəkilir.63 % polyester, 34,5% pambıq, 2,5% elastan 200qr. rəngin davamlığı: təbii iqlim şəraitinə qarşı 4-5 bal, quru sürtünməyə qarşı 5 bal, yaş sürtünməyə qarşı 4-5 bal...Bütün aksesuarları ilə birlikdə | 52 | ədəd |
| 2 | Üst geyim köynək qara rəngdə
(ədəd) Qara rəngli, uzun qol olmalı, öndən yuxarı hissədə 3 düymə ilə yaxa bağlanmalı,yaxa qatlanan olmalıdır. Sağ və sol qolda qol nişanı üçün tekstil yapışqanı (11,5x3), sol sinədə döş nişanı üçün tekstil yapışqanı (7,5x10,5 sm), sinədə sağda və kürəkdə fosfor rəngli nəzarətçi toxunma (sinə- 11,5x3 sm, kürək- 25,5x6 sm)olmalıdır.Material: 55% pambıq, 35% 10%modal , səthi sıxlıq: 185 qr/kv.m. | 52 | ədəd |
| 3 | Şalvar Şalvar düz biçimli, gündəlik və xidməti istifadə üçün nəzərdə tutulmuş geyimdir. Ön və arxa hissələrdə funksional ciblər, bağlama və tənzimləmə elementləri olmalıdır. Bel və balaq hissələri tənzimlənən konstruksiyada hazırlanmalıdır. Cib qapaqlarının üzərində toxuma üsulu ilə “NƏZARƏTÇİ” yazısı olmalıdır. Məhsul möhkəm, rahat və istifadəyə davamlı tekstil materialından hazırlanmalıdır. Parça polyester, pambıq və elastan tərkibli, çəkisi təqribən 200 q/m² olmalıdır. Rəng davamlılığı təbii iqlim şəraitinə, quru və yaş sürtünməyə qarşı təmin edilməlidir. | 52 | ədəd |
| 4 | Kitel Gödəkcə düzbiçimlidir, mərkəzdən altı ədəd basmadüymə ilə düymələnir. Ətəyin döş nahiyəsində üstdən qoyma fiqurlu qapaqlı ciblər tikilir. Cibin qapaqları iki ədəd basmadüymə ilə düymələnir. Cib qapaqlarının eni 5,3 sm, cibin eni 17 sm , uzunluğu isə 16,5 sm olur. Cibin və qapağın kənarları 0,2- 0,7 sm, qapağın birləşmə tikişi isə 0,5 sm cüt bəzək tikişi ilə baxyalanır. Cibin ortasında qarşılıqlı qatlama vardır. Kürək üzbiçimlidir, koketka və aşağı hissədən ibarətdir. Aşağı hissə ortadan qarşılıqlı qatlamalıdır, qatlamanın dərinliyi mərkəzdən 4 sm-dir. Qatlama beldən aşağıya qədər bağlıdır. Koketkanın aşağı hissəsi ilə birləşmə tikişi 0,2-0,7 sm enində cüt bəzək tikişi ilə baxyalanır. Qol ikitikişlidir, qolun aşağısında eni 7 sm, bir ucu fiqurlu olub, bir basmadüymə ilə düymələnən manjet tikilir. Qolun dirsək tikişində bağlama kəsiyinin hündürlüyü 11 sm-dir. Qolun yuxarısından 15 sm məsafədə, tərs üzündən 4 sm enində və 28 sm uzunluğunda, bir basmadüymə ilə düymələnən kəmərcik tikilir. Kəmərcik qolun qısalaşdırılması funksiyasını daşıyır. Yaxalıq dayaqlıdır, dayağın hündürlüyü 3 sm, yaxalığın eni ortada 9 sm, uclarda isə 8 sm-dir. Çiyin tikişinə eni 5 sm, uclarda isə eni 3,5 sm, bir basmadüymə ilə düymələnən poqon tikilir. Bortun, yaxalığın, poqonun, çiyin tikişinin, körpücüyün və manjetin kənarları 0,2-0,7 sm cüt bəzək tikişi ilə baxyalanır. Gödəkcənin ətəyi 2,5 sm tikişlə baxyalanır. Yaxalığın ortasında əsas parçadan asqı ilgəyi tikilir. Gödəkcə yarıastarlıdır, astarın döş nahiyəsində eni 2 sm köbəli, girişi 14,5 sm olan daxili ciblər tikilir. Kürəyin orta hissəsində astarın uzunluğu 14 sm olmaqla qol dibinə bəndlənir. Gödəkcə şalvarın içinə salınır.. 63 % polyester, 34,5% pambıq, 2,5% elastan 200qr. rəngin davamlığı: təbii iqlim şəraitinə qarşı 4-5 bal, quru sürtünməyə qarşı 5 bal, yaş sürtünməyə qarşı 4-5 balXarici gödəkcə-100% polyester, sərt qabıqlı, mexaniki uzanan elastikliyə malik 2 qatlı (2L), düz toxunuşlu, 5,2 oz. olan, davamlı su itələyici və əlavə qoruyucu funksional səth emalına malik parça. Daxili gödəkçə örtükləri-100% neylon 6 düz toxunuş, 3,7 oz., EN 343 sertifikatlı. Suya davamlı geyim materialı minimum 10 000 mm su sütunu hidrostatik təzyiqə davamlılıq və minimum 10 000 g/m²/24 saat nəm buxarı keçirmə qabiliyyətinə malik olmalı, /nəfəs ala bilən reytinq, qanla ötürülən patogenlərə qarşı müqavimət. Arxa yuxarı və sağ döş hissədə ‘Nəzarətçi’ yazısı 3D toxuma üsulu ilə, işıqəks etdirən (fosforlu) saplardan istifadə edilməklə, materialın strukturuna inteqrasiya olunmuş şəkildə hazırlanmalıdır. | 52 | ədəd |
| 5 | Kəmər Plastik başlıqlı 8 sm tənzimlənən parça kəmər | 52 | ədəd |
| 6 | Papaq (ədəd) Papaq tünd qara rəngli drap parçadan tikilir.Kokardrdası toxunma olur. Papaq başlıq, günlükdən ibarətdir. Başlıq bir dib, ön və arxa dayaq hissələrdən ibarətdir. rəngin davamlığı: təbii iqlim şəraitinə qarşı 4-5 bal, quru sürtünməyə qarşı 5 bal, yaş sürtünməyə qarşı 4-5 bal | 52 | ədəd |
| 7 |
Ayaqqabı Bot Məhsul təbii mənşəli, zamşa (suede) səthli dəri materialından hazırlanıb, altlığı sürüşmənin qarşısını alır. Ayağınıza etibarlı bir tutuş təmin edir və yüksək hərəkətliliyə imkan verir.Mikro quruluşu nəfəs almağa imkan verir, tərləmənin qarşısını alır və ayaqlarda nəm və bakteriyaların əmələ gəlməsinin qarşısını alır.Möhkəmləndirilmiş rezin altlığı sayəsində qeyri-bərabər ərazilərdə istifadə rahatlığı və rahatlıq təmin edir.Zərbələrə qarşı davamlıdır. İstifadə olunan dəri suya davamlı olmalıdır. Qara rəngli, qaytanlı, yüksəkboğazlı hərbi təyinatlı çəkmə; üst hissəsi təbii zamşa dəridən hazırlanmalı, konstruksiyası davamlı və altlığı sürüşməyə davamlı olmalı, gündəlik, yürüyüş üçün üstünlük verilən model olmalıdır. | 52 | ədəd |
| 8 | Xalat şalvar qolu uzun tünd göy rəngdə.
Dəst Xalat -şalvar 1. Material və Parça Spesifikasiyası •Əsas Parça: (35% Pambıq, 65% Poliester).•Xüsusiyyəti: Nəfəsalan, tərlətməyən, tezquruyan və asan ütülənən parça. Xlorlu suya və təmizlik kimyəvi maddələrinə qarşı rəng davamlılığı yüksək olmalıdır. •Sıxlıq: 145 -165 q/m2 (Yüngül və hərəkət üçün rahat).• Rəng: Tünd yaşıl. •Birliyin Loqosu və İşçi heyətinin fərdi bədən ölçülərinə uyğun dəqiq say tərkibi (S- M- L XL-XXL və s.) müqavilə imzalandıqdan sonra təqdim olunacaq 2. Xələtin Konstruktiv Detalları (Üst Hissə) •Kəsim: Uzun kəsim (omba nahiyəsini tam örtən), qadın bədən quruluşuna uyğun (princess cut və ya düzkəsim).• Yaxa: "V" yaxa •Qollar: Uzun qol ucları manjetli. •Ciblər:2 ədəd geniş yan cib və 1 ədəd sinə cibi •Bağlayıcı: Ön hissə gizli və ya görünən paslanmaz metal düymə (snap button)• Gövdə (Bel) Hissəsi: Xələtin bel nahiyəsində bütün bədəni dövrə vuran(horizontal) iki paralel lent. Qol Hissələri: Hər iki qolda, dirsək ilə bilək arasında dairəvi şəkildə yerləşdirilmiş lentlər. Çiyin texniki və funksional tələblərə uyğun olmalıdır. Əgər işçi əyilərək iş görürsə, çiyin üzərindən keçən vertikal lentlər yuxarıdan gələn işıq altında görünürlüyü artırır. Kantlar: Cib kənarlarında nazik reflektiv borular (piping)əlavə edilə bilər. 3. Şalvarın Konstruktiv Detalları (Alt Hissə) •Bel: yarı-rezinli bel quruluşu (əyilmə və hərəkət zamanı rahatlıq üçün). •Kəsim: Düz boru cüt kəsim, hərəkəti məhdudlaşdırmayan genişlikdə. •Ciblər: Şalvarın yanlarında 2 ədəd daxilicib. •Baldır Hissəsi: Hər iki ayaqda, dizdən aşağıda (baldır nahiyəsində) yerləşdirilmiş iki cərgə horizontal lent. Məsafə: Aşağıdakı lentşalvarın balağından minimum 50 mm yuxarıda olmalıdır ki, çirklənmə və ya sürtünmə zamanı lent zədələnməsin. 4. Tikiş və Keyfiyyəti •Tikiş Tipi: Bütün daxili tikişlər overlokla təmizlənməli, sökülməyə qarşı möhkəmləndirilməlidir. •Saplar: Parçanın rənginə tam uyğun, yüksək keyfiyyətli polyestersaplar.• Dözümlülük: Gündəlik geyinilməyə və həftəlik ən azı 2-3 dəfə yuyulmaya 40-60 dərəcəyə davamlı olmalıdır. 5. Loqo və •Texnologiya: keyfiyyətli çap. •Yerləşmə: Sol sinə üzərində 8 x 4 sm və kürəkdə 20 x 10 sm ölçüdə birliyin loqosu. | 37 | ədəd |
| 9 | Qadınlar üçün korporativ şərflər
Qadınlar üçün korporativ şərflər, müəssisənin brend kimliyini əks etdirən. 55x55 sm (20-22 düym) Qadınlar üçün korporativ şərflər ipək parçadan, müəssisənin loqosu brend kimliyini əks etdirən. 55x55 sm (20-22 düym) | 211 | ədəd |
| 10 |
Üst geyim köynək
tünd göy rəngdə (ədəd) Gödəkcə qış beli rezinli 1. Material və Komponent Standartları (Premium Səviyyə) •Əsas Parça: (65% Poliester, 35% Pambıq). •Xüsusiyyəti: parçanın səthinə su və çirk itələyici xüsusiyyətlər təmin edən funksional qoruyucu örtüyün tətbiqi, qırışmayan və nəfəs alan parça. • Sıxlıq: 280 q/m2 (Daha qalın və dözümlü). •Saplar: yüksək müqavimətli Sintepon-Drahti saplar. •Xüsusiyyəti: 3 qat bükülmüş, sürtünməyə və günəş şüalarına (UV) qarşı dözümlü. Geyim yuyulduqda və ya gərildikdə saplar qırılmır və rəngini dəyişmir. •İşıqqaytarıcı Lentlər: 500 yuyulmaya qədər parlaqlığını itirməyən ən yüksək dərəcəli lentlər. •Loqo: 3D Naxış. Gecə uzaq məsafədən (300-500 metr) işığı birbaşa qaytaran mikro-prizmatik texnologiya. •Birliyin Loqosu və İşçi heyətinin fərdi bədən ölçülərinə uyğun dəqiq say tərkibi (S, M, L, XL, XXL və s.) müqavilə imzalandıqdan sonra təqdim olunacaq. • Texniki Göstəricilər A) Gödəkçə Tikiş texnologiyası: Bütün birləşmələr üçqat zəncirvari tikişlə möhkəmləndirilməlidir. Çıxarıla bilən papaq gödəkçəyə gizli, yüksək möhkəmlikli, aşınmaya və təkrar istifadəyə davamlı fermuar vasitəsilə bərkidilməlidir. Fermuar hamar və etibarlı açılıb-bağlanmalı, istismar zamanı ilişməyə və mexaniki zədələnmələrə davamlı olmalıdır. Bu, ehtiyac olmadıqda onun çıxarılmasını təmin edir. •İşıqqaytarıcı Loqo: Kürəkdə 25x10 sm, sinədə 10x5 sm ölçüdə və sol qolda şirkətin emblemi şəklində dairəvi reflektiv loqo lazer kəsimli yüksək keyfiyyətli •Aksesuarlar: Gizli, yüksək möhkəmlikli, aşınmaya və təkrar istifadəyə davamlı, hamar və etibarlı açılıb-bağlanmalı, istismar zamanı ilişməyə və mexaniki zədələnmələrə davamlı fermuarlar. •İzolyasiya: (yüngül amma maksimum istilik saxlayan daxili qat). •İşıqqaytarıcı elementlər: Döş və Bel nahiyəsi: Gödəkcənin gövdə hissəsini tam dövrə vuran (horizontal) iki paralel xətt. Çiyin hissələri: Ön tərəfdən başlayıb çiyin üzərindən arxaya keçən (vertikal) lentlər. Qol hissələri: Hər iki qolda dirsək və bilək nahiyələrində dairəvi şəkildəyerləşdirilən lentlər. •B) Pencək •Dözümlülük: Qoltuqaltı və dirsək nahiyələrində yüksək möhkəmlikli, aşınmaya və cırılmaya davamlı texniki parça ilə möhkəmləndirici əlavələr. •Loqo: Kürəkdə 25x10 sm, sinədə 10x5 sm ölçüdə və sol qolda şirkətin emblemi şəklində dairəvi reflektiv loqo lazer kəsimli yüksək keyfiyyətli •Havalandırma: Kürək hissəsində gizli havalandırma klapanları və qoltuqaltı metal torlar. •Sap keyfiyyəti: Gərginlik düşən nöqtələrdə (ciblər, çiyinlər) 42 dərəcəli "Bar-tack" (sıx və qısa) möhkəmləndirici tikişlər. •İşıqqaytarıcı elementlər: • Bel və Gövdə: Pencəyin ön və arxa hissəsini birləşdirən, qarın nahiyəsində yerləşən üfüqi (horizontal) lent. Çiyin (V-şəkilli və ya düz): Çiyinlərin üzərindən keçərək ön və arxa bel lentlərini birləşdirən lentlər. Qollar: Hər iki qolun dirsək və bilək hissəsi arasında yerləşən dairəvi lentlər. | 35 | ədəd |
| 11 | Üst geyim köynək
tünd göy rəngdə (ədəd) Göy rəgdə , uzun qol olmalı, öndən yuxarı hissədə 3 düymə ilə yaxa bağlanmalı,yaxa qatlanan olmalıdır. Sağ və sol qolda qol nişanı üçün tekstil yapışqanı (11,5x3), sol sinədə döş nişanı üçün tekstil yapışqanı və toxunma loqosu (7,5x10,5 sm), sinədə sağda və kürəkdə fosfor rəngli LOQO TOXUNMA (sinə- 11,5x3 sm, kürək-25,5x6 sm)olmalıdır.Material: 55% pambıq, 35% 10%modal , səthi sıxlıq: 185 qr/kv.m. | 35 | ədəd |
| 12 | Şalvar Şalvar düz biçimli, gündəlik və xidməti istifadə üçün nəzərdə tutulmuş geyimdir. Ön və arxa hissələrdə funksional ciblər, bağlama və tənzimləmə elementləri olmalıdır. Bel və balaq hissələri tənzimlənən konstruksiyada hazırlanmalıdır. Cib qapaqlarının üzərində toxuma üsulu ilə “Mühəndis” yazısı olmalıdır. Məhsul möhkəm, rahat və istifadəyə davamlı tekstil materialından hazırlanmalıdır. Parça polyester, pambıq və elastan tərkibli, çəkisi təqribən 200 q/m² olmalıdır. Rəng davamlılığı təbii iqlim şəraitinə, quru və yaş sürtünməyə qarşı təmin edilməlidir. | 35 | ədəd |
| 13 | Ayaqqabı Ayaqqabı qara rəngli dəridən tikilir, üz və arxa burun hissədən altlıqdan ibarətdir. İçəri hissədən rezin sıxacaqlar və ya qaytanla bağlanır. Üz hissəsinin altlığı pambıq parçadan, yanlarının altlığı isə dəridən tikilir. Ayaqqabıya tökmə üsulu ilə hazırlanmış bütöv altlıq yapışdırılır. İçərisinə dəridən içlik qoyulur | 35 | ədəd |
| 14 | Kaska (Dəbilqə) Baş geyimi (qoruyucu kaska) | 35 | ədəd |
Satınalmalarının 5 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 28 iyl 2026
son qələbə 09 sen 2026
son qələbə 08 sen 2026
son qələbə 02 sen 2026