Sifarişçi: AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ
Bu sifarişçidə eyni kateqoriyada 11 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
22 satınalma, 14 müxtəlif qalib
Ən çox udan: "VATA" Məhdud Məsuliyyətli Cəmiyyəti (5, 22.7%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.04% ilə 77.29% arasında aşağı düşüblər, medianı 27.09%.
Bu tender üçün bu 181.528 ₼ ilə 144.159 ₼ arasıdır.
44.903 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Fan Zone zonasının hazırlanması və quraşdırılması Tədbir iştirakçıları və azarkeşlər üçün 100 m² sahədə açıq havada tam brendləşdirilmiş Fan Zone zonasının hazırlanması. Zonaya brendləşdirilmiş giriş hissəsi, dekorativ elementlər, fotozona, məlumat konstruksiyaları, brendli stendlər və tumbalar, oturacaq mebelləri və tədbirin ümumi vizual konsepsiyasına uyğun digər dekorativ elementlər daxil olmalıdır. Qiymətə istehsal, çatdırılma, quraşdırılma və demontaj daxildir. | 2 | ədəd |
| 2 | İzdiham baryerlərinin (Crowd Barriers) icarəsi və quraşdırılması Tamaşaçı zonalarının, hərəkət istiqamətlərinin və texniki ərazilərə girişin məhdudlaşdırılması üçün mobil metal izdiham baryerlərinin təmin edilməsi. Hər bir baryer seksiyasının uzunluğu təxminən 2–2,5 m olmalıdır. Qiymətə baryerlərin icarəsi, çatdırılması, təsdiq olunmuş sxem üzrə yerləşdirilməsi, tədbir zamanı zərurət yarandıqda yerlərinin dəyişdirilməsi və demontajı daxil olmalıdır. | 50 | ədəd |
| 3 | İzdiham baryerləri üçün brendli mesh tekstil çapı İzdiham baryerlərinin üzərinə quraşdırılması üçün tədbirin dizaynına uyğun brendləşdirilmiş mesh tekstil materiallarının hazırlanması. Material idman tədbirlərində istifadəyə uyğun, möhkəm və davamlı mesh tekstildən olmalıdır. Təsdiq olunmuş dizayna uyğun tam rəngli çap, kənarların emalı və baryerlərə bərkidilməsi üçün müvafiq sistem nəzərdə tutulmalıdır. Qiymətə istehsal, çatdırılma, quraşdırılma və demontaj daxildir. | 50 | ədəd |
| 4 | Akkreditasiya Akkreditasiya kartlarının hazırlanması və təchizatı, ölçü 16 × 10 sm, iki tərəfli çap. Material — yüksək sıxlıqlı PVC, qalınlıq minimum 500 mikron, deformasiyaya və mexaniki təsirlərə davamlı. Çap sənaye üsulu ilə yüksək dəqiqlikdə icra olunmalı və rənglər Pantone kataloquna tam uyğunluqla təmin edilməlidir. Dizayn hər bir iştirakçının adına uyğun fərdi şəkildə yığılmalı və dəyişən məlumatların inteqrasiyası ilə hazırlanmalıdır. Hər iki tərəfdə çap keyfiyyəti bərabər və qüsursuz olmalıdır. Məhsullar keyfiyyəti təsdiq edən sənədlərlə təqdim olunmalıdır. | 60 | ədəd |
| 5 | Lanyard (Boyun lenti, akkreditasiya üçün) Lanyardların hazırlanması və təchizatı, fərdi dizaynlı. Material — yüksək keyfiyyətli polyester lent, eni minimum 20 mm, aşınmaya və dartılmaya davamlı. Çap sublimasiya üsulu ilə yüksək dəqiqlikdə icra olunmalı və rənglər Pantone kataloquna tam uyğunluqla təmin edilməlidir. Metal aksesuarlar (qarabin və birləşdirici hissələr) korroziyaya davamlı və möhkəm olmalıdır. Çap lentin hər iki tərəfində bərabər və qüsursuz şəkildə tətbiq edilməlidir. Məhsullar keyfiyyəti təsdiq edən sənədlərlə təqdim olunmalıdır. | 60 | ədəd |
| 6 | LED monitor və digər lazımi avadanlıqlar (İcarə) LED ekran sisteminin icarəsi, quraşdırılması və istismarı, ölçü 10,0 × 3,5 m. Panel — yüksək dəqiqlikli modul tipli indoor LED, piksel addımı maksimum 2.6 mm (üstünlük 1.9 mm), parlaqlıq minimum 800–1200 nit, yenilənmə tezliyi minimum 3840 Hz, baxış bucağı minimum 160°/160°. İdarəetmə sistemi — yüksək performanslı video prosessor (minimum 4K@60Hz giriş), çoxlaylı siqnal emalı, real vaxtda scaling və dəqiq rəng kalibrləmə funksiyaları ilə. Sistemə bütün zəruri komponentlər daxil olmalıdır: dəqiq səviyyələnmiş daşıyıcı konstruksiya, enerji və siqnal paylama infrastrukturu, ehtiyat PSU və modul dəsti. Panel səthi vahid və “seamless” görüntü təmin etməli, modul birləşmələr görünməz olmalıdır. Montaj, demontaj və yerində texniki dəstək daxil olmaqla, fasiləsiz və stabil iş rejimi təmin edilməlidir. | 2 | ədəd |
| 7 | LED futbol topları (icarə) Tədbir məkanının dekorativ tərtibatı üçün diametri 100 sm olan, futbol topu formasında işıqlı dekorativ konstruksiyalar. Korpus yüngül və davamlı materialdan hazırlanmalı, daxili LED/RGB işıqlandırma sistemi ilə təchiz olunmalıdır. Çatdırılma, yerləşdirmə, qoşulma və demontaj daxildir. | 20 | ədəd |
| 8 | Səs sisteminin icarəsi Peşəkar səs sisteminin icarəsi, quraşdırılması, sazlanması və istismarı. Avadanlıqların minimum texniki göstəriciləri aşağıdakı kimi olmalıdır: 1. Subwoofer Akustik Sistem (minimum 12 ədəd) • Güc çıxışı: minimum 3000 W RMS hər vahid • Frekans diapazonu: 28 Hz – 120 Hz • Max. SPL: minimum 138 dB • Cardioid konfiqurasiya dəstəyi • Touring tipli, açıq hava istifadəsinə uyğun korpus 2. Line-Array Top Akustik Sistem (minimum 16 ədəd) • Güc çıxışı: minimum 1200 W RMS hər vahid • Frekans diapazonu: 55 Hz – 18 kHz • Max. SPL: minimum 132 dB • Dispersiya bucağı: minimum 90° x 20° • Sertifikatlı rigging sistemi və təhlükəsiz asqı mexanizmi 3. Front/Fill Akustik Sistem (minimum 8 ədəd) • Güc çıxışı: minimum 1000 W RMS • Frekans diapazonu: 65 Hz – 18 kHz • Max. SPL: minimum 130 dB • Səhnə önündə bərabər səs örtüyü təmin edən dizayn 4. Səhnə Monitorları (minimum 6 ədəd) • Güc çıxışı: minimum 1200–1500 W RMS • Frekans diapazonu: 50 Hz – 18 kHz • Max. SPL: minimum 130 dB • Aşağı profilli, yüksək yönləndirməli səhnə monitor konstruksiyası 5. Simsiz Mikrofon Sistemləri (minimum 6 ədəd) • UHF diapazon, minimum 32 kanal idarəetmə imkanı • Avtomatik tezlik skan və interferensiya qoruması • Reseiver: minimum 24-bit/96 kHz, balanslaşdırılmış çıxışlar • Stabil RF siqnal və səhnə istifadəsi üçün optimallaşdırılmış kapsul 6. Tribunal Mikrofonları (minimum 2 ədəd) • Gooseneck tipli, yönləndirilmiş kapsul • Frekans diapazonu: minimum 20 Hz – 18 kHz • Aşağı səs-küy və yüksək həssaslıq 7. Mikrofon Ayaqları (minimum 8 ədəd) • Hündürlüyü tənzimlənə bilən, ağır metal baza • Boom və straight konfiqurasiyada istifadə imkanı 8. FOH (Front of House) Səs Konsolu (1 ədəd) • Minimum 48–64 giriş kanalı • Digital mixer, 24-bit/96 kHz işləmə • Minimum 24 çıxış (bus) • Daxili DSP, multi-effekt və real-time processing imkanları 9. Əlavə avadanlıqlar və xidmətlər • Professional gücləndiricilər və DSP prosessorlar • Chain hoist sistemi (minimum 4 ədəd) və rigging aksesuarları • Tam kabelləşmə (power və signal infrastrukturu) • Sistem kalibrlənməsi və tuning (SMAART və ya ekvivalent) • Minimum 1 baş səs mühəndisi və texniki heyət Bütün sistem açıq hava şəraitində bərabər səs paylanması, yüksək səs təmizliyi və fasiləsiz işləmə təmin etməlidir. Çatdırılma, quraşdırılma, sazlanma və demontaj xidmətləri tam şəkildə daxil edilməlidir." | 2 | ədəd |
| 9 | Mərkəzi giriş arkasının hazırlanması və quraşdırılması Tədbirin əsas giriş hissəsi üçün müvəqqəti giriş konstruksiyasının hazırlanması və quraşdırılması. Daxili keçid eni minimum 5 m, ümumi hündürlüyü 4 m olmalıdır. Daşıyıcı karkas möhkəm metal və ya alüminium profildən hazırlanmalı, tədbirin təsdiq olunmuş dizaynına uyğun tam brendinq edilməlidir (2D elemetlər olmalı). Qiymətə konstruksiyanın icarəsi, brendinq materiallarının istehsalı, çatdırılma, quraşdırılma, təhlükəsiz bərkidilmə və demontaj daxil olmalıdır. | 2 | ədəd |
| 10 | Brandwall ikitərəfli - icarə ikitərəfli brandwall konstruksiyasının icarəsi 1 gün. Konstruksiya metal karkas əsasında hazırlanmalı, profil ölçüsü minimum 40 × 40 × 2 mm olmaqla yüksək möhkəmlik və stabil dayanıqlıq təmin etməlidir. Ön ölçü 5,0 × 3,0 m, yan hissələr hər biri 0,8 × 3,0 m, olmaqla quruluş təmin edilməlidir. Vizual hissə - UV banner (minimum 440–510 g/m²) və ya UV tekstil arxası qara material, qırışıqsız və tam hamar səth təmin edən sistemlə. Çap bir bütöv material üzərində icra olunmalı, heç bir halda birləşdirilmiş, tikilmiş və ya hissələrə bölünmüş olmamalıdır. Çap yüksək dəqiqlikdə icra olunmalı və rənglər Pantone kataloquna uyğun təmin edilməlidir. Konstruksiya aşmaya və mexaniki təsirlərə davamlı olmalıdır. Çatdırılma, quraşdırılma və demontaj xidmətləri daxil edilməlidir. | 6 | ədəd |
| 11 | Komandaların çıxışı üçün işıqlı tunel (icarə) Komandaların meydana çıxışı üçün təxminən 4–6 m uzunluğunda, metal/alüminium karkaslı, tam brendləşdirilmiş tunelin hazırlanması və quraşdırılması. Tunel dinamik RGB LED işıqlandırma sistemi ilə təchiz olunmalıdır. Çatdırılma, montaj, texniki xidmət və demontaj daxildir. | 2 | ədəd |
| 12 | Yelkən bayraq və konstruksiyası icarə Yelkən bayraq və konstruksiyasının icarəsi, quraşdırılması və demontajı. Bayraq materialı açıq hava şəraitinə uyğun, külək təsirlərinə davamlı tekstil (minimum 110–130 g/m² polyester) olmalıdır. Çap sublimasiya üsulu ilə yüksək dəqiqlikdə icra olunmalı və rənglər Pantone kataloquna uyğun təmin edilməlidir. Bayraq ölçüsü minimum 3,0–4,0 m hündürlükdə olmalı və tam vizual görünürlük təmin etməlidir. Konstruksiya möhkəm fiberglas və ya alüminium dirək sistemindən ibarət olmalı, külək yüklərinə davamlı və stabil baza ilə təchiz olunmalıdır (su və ya beton doldurula bilən). Bayraq sistemi qırışıqsız və gərgin vəziyyətdə saxlanılmalı, açıq hava şəraitində uzunmüddətli istifadə üçün uyğun olmalıdır. Çatdırılma, quraşdırılma və demontaj xidmətləri daxil edilməlidir. | 10 | ədəd |
| 13 | Yelkən bayraqların çapı (iki tərəfli, ikiqat) Yelkən bayraqların çapı. Ölçü 3,60 × 1,0 m. Material — yüksək keyfiyyətli polyester tekstil (minimum 110–130 g/m²), açıq hava şəraitinə və külək təsirlərinə davamlı. Çap sublimasiya üsulu ilə yüksək dəqiqlikdə icra olunmalı və rənglər Pantone kataloquna uyğun təmin edilməlidir. Çap iki tərəfli olmalı, hər iki tərəfdə aydın oxunaqlılıq və yüksək rəng ötürülməsi təmin edilməlidir. Kənarları möhkəmləndirilmiş tikişlərlə işlənməli və uzunmüddətli istifadə üçün dayanıqlı olmalıdır. | 10 | ədəd |
| 14 | Wayfinding – tədbir üçün naviqasiya sisteminin hazırlanması və quraşdırılması ştirakçılar, komandalar, rəsmi qonaqlar və tamaşaçılar üçün müvəqqəti naviqasiya sisteminin hazırlanması. Sistemə istiqamətləndirici lövhələr, giriş və çıxışların, komanda zonalarının, VIP, Media, WC, Fan Zone, tibbi yardım məntəqəsi və digər funksional zonaların işarələnməsi daxil olmalıdır. Konstruksiyalar metal karkas və Forex/PVC/kompozit və ya ekvivalent materiallardan hazırlanmalı və tədbirin vahid dizaynına uyğun brendləşdirilməlidir. Qiymətə istehsal, çatdırılma, quraşdırılma, zərurət yarandıqda yerdəyişmə və demontaj daxildir. | 20 | ədəd |
| 15 | Medal I yer, II yer, III yer I, II və III yerlər üçün medalların hazırlanması. Material — yüksək keyfiyyətli alüminium. Medal fərdi dizayna uyğun olaraq lazer kəsim üsulu ilə hazırlanmalı, daha sonra səthi qızıl, gümüş və bürünc rənglərdə boya ilə örtülməli və son mərhələdə hər iki tərəfdə UV çap tətbiq olunmalıdır. Diametr minimum 68 mm. Lent — eni minimum 2,5 sm, uzunluğu açıq vəziyyətdə 90 sm, material ipək və ya ekvivalent premium tekstil, üzərində tədbirə uyğun fərdi dizayn tətbiq olunmalıdır. Sifariş tədbirin növünə uyğun olaraq hissə-hissə təqdim ediləcək və müxtəlif dizayn variasiyaları nəzərdə tutulmalıdır. | 75 | ədəd |
| 16 | Medal üzərində yazı Medalların üzərində lazerlə həkk olunmuş yazının tətbiqi xidmətinin göstərilməsi, yazı sahəsinin ölçüsünün medalın ölçüsünə uyğun olması və həkk prosesinin yüksək dəqiqliklə, silinməyən formada icra edilməsi. | 75 | ədəd |
| 17 | Diplom və sertifikatların hazırlanması Diplom və sertifikatların hazırlanması. Kağız — yüksək keyfiyyətli, minimum 300 q/m² sıxlıqlı premium kağız. Çap yalnız rəqəmsal üsulu ilə yüksək dəqiqlikdə icra olunmalı. Rənglər Pantone kataloquna uyğun təmin edilməli, vizual səth qüsursuz və bərabər olmalıdır. Sertifikatlar fərdi məlumatlara uyğun olaraq dəyişən məlumatların inteqrasiyası ilə hazırlanmalıdır. Səth cızıqlara və solmaya qarşı davamlı olmalıdır. | 100 | ədəd |
| 18 | Çərçivə Çərçivələrin icarəsi və təchizatı. Ölçü 30 × 30 sm. Konstruksiya möhkəm materialdan (metal və ya yüksək keyfiyyətli plastik) hazırlanmalı, deformasiya və mexaniki təsirlərə davamlı olmalıdır. Rənglər müxtəlif variantlarda təqdim edilməli və səth örtüyü bərabər, cızıqlara davamlı olmalıdır. Ön hissə şəffaf qoruyucu material (şüşə və ya akril) ilə təchiz olunmalı, daxili yerləşdirmə üçün sabit fiksasiya sistemi təmin edilməlidir. Çatdırılma və yerləşdirmə xidmətləri daxil edilməlidir. | 10 | ədəd |
| 19 | Su Qazsız, plastik qablaşdırmada, 0.5 ml - alış | 600 | ədəd |
| 20 | Tədbirlər üçün lövhələrin istehsalı Forex materialında hazırlanmış dəmir tutacaqdan ibarət lövhələrin istehsalı. Ölçü 1,50 x 0,8m | 60 | ədəd |
| 21 | Banner üzərində çap Banner üzərində çap. Material — yüksək keyfiyyətli PVC banner (minimum 440–510 g/m²), işıq keçirməyən (blockout), açıq və qapalı məkan istifadəsi üçün uyğun. Çap UV üsulu ilə yüksək dəqiqlikdə icra olunmalı və rənglər Pantone kataloquna uyğun təmin edilməlidir. Səth bərabər, qüsursuz və rəng keçidləri aydın olmalıdır. Zərurət olduqda montaj üçün əlavə elementlər (dəmir halqalar, bağlama aksesuarları və s.) nəzərdə tutulmalıdır. Çatdırılma, quraşdırılma və demontaj xidmətləri daxil edilməlidir. | 1000 | m(2) |
| 22 | Kubok üçün təqdimat stendi (icarə) Turnirin əsas kubokunun nümayişi üçün premium görünüşlü xüsusi stend. Metal/alüminium karkas, dekorativ üzlük, şəffaf qoruyucu hissə. Tədbirin ümumi dizaynına uyğun tam brendləşdirilməlidir. İstehsal, çatdırılma, quraşdırılma və demontaj daxildir. | 3 | ədəd |
| 23 | Kubok Çempion Kubokların hazırlanması və təchizatı. Material — yüksək keyfiyyətli metal və ya metal örtüklü kompozit, sabit və estetik görünüş təmin edən. Ölçülər müxtəlif kateqoriyalar üzrə fərqləndirilməli, hündürlük minimum 45 sm. Səth qızıl və ya gümüş rəngli örtüklə işlənməli, aşınmaya və solmaya davamlı olmalıdır. Kubok üzərində fərdi dizayn tətbiq olunmalı, loqo və yazılar lazer oyma və ya yüksək keyfiyyətli çap üsulu ilə icra edilməlidir. Altlıq hissə möhkəm materialdan hazırlanmalı və stabil yerləşdirmə təmin etməlidir. Məhsul cızıqlara və mexaniki təsirlərə qarşı davamlı olmalıdır. | 1 | ədəd |
| 24 | Kubok - ən yaxşı oyunçu Yüksək keyfiyyətli metal ərintisindən hazırlanmış, cızılmaya davamlı elektroplatin örtüklü, premium akril detala malik, üzərində lazerlə yazı yazmaq üçün xüsusi yeri olan (lazer yazı ilə) və ümumi hündürlüyü 15 - 25 sm | 1 | ədəd |
| 25 | Kubok - ən yaxşı qapıçı Yüksək keyfiyyətli metal ərintisindən hazırlanmış, cızılmaya davamlı elektroplatin örtüklü, premium akril detala malik, üzərində lazerlə yazı yazmaq üçün xüsusi yeri olan (lazer yazı ilə) və ümumi hündürlüyü 15 - 25 sm | 1 | ədəd |
| 26 | Kubok - ən məhsuldar oyunçu Yüksək keyfiyyətli metal ərintisindən hazırlanmış, cızılmaya davamlı elektroplatin örtüklü, premium akril detala malik, üzərində lazerlə yazı yazmaq üçün xüsusi yeri olan (lazer yazı ilə) və ümumi hündürlüyü 15 - 25 sm | 1 | ədəd |
| 27 | Kofe breyk Kofe breyk xidmətinin təşkili və təqdim edilməsi. Xidmətə yüksək keyfiyyətli isti içkilər (qara və yaşıl çay, bitki çayları, espresso, americano, cappuccino, latte və s.), soyuq içkilər (su, təbii şirələr, qazlı və qazsız içkilər) daxil olmalıdır. Qida çeşidinə müxtəlif növ şirniyyatlar (mini pirojnalar, kekslər, makaronlar, eklerlər, şokolad assortiləri), desertlər (tort dilimləri, mousse, panna cotta və s.), kruassanlar və digər şirniyyat məmulatları daxil edilməlidir. Əlavə olaraq yüngül qəlyanaltılar (sendviçlər, mini kanapelər, wrap-lar), duzlu şirniyyatlar (peçenyelər, krakerlər), quru meyvələr, çərəzlər, təzə meyvə dilimləri və müxtəlif assortiment təqdim olunmalıdır. Məhsullar gündəlik təzə hazırlanmış, yüksək keyfiyyətli və gigiyenik normalara uyğun olmalıdır. Masa düzülüşü tam şəkildə təmin edilməli, yüksək keyfiyyətli servis avadanlıqları (qab-qacaq, dispenserlər, termoslar və s.), birdəfəlik qablaşdırmalar və dekorativ elementlər daxil edilməlidir. Xidmət üçün peşəkar personal təmin olunmalı, tədbir başlamazdan əvvəl kofe breyk zonası tam hazır vəziyyətə gətirilməli və tədbir müddətində fasiləsiz, operativ servis xidməti həyata keçirilməlidir. İcra: Açılış və final oyunu zamanı | 400 | nəfər |
| 28 | Forma Yarışlar zamanı iştirakçılar üçün idman formalarının təchizatı. Ölçülər S–XXL. Material — yüksək keyfiyyətli, nəfəsalan və tez quruyan texniki tekstil (minimum 140–180 g/m² polyester), intensiv fiziki fəaliyyət üçün uyğun. Parça elastik, yüngül və aşınmaya davamlı olmalıdır. Forma (köynək və şort və ya ekvivalent) anatomik kəsimli, rahat hərəkət imkanı təmin edən konstruksiyada hazırlanmalıdır. Hər bir məhsul üzərində fərdi brendinq və nömrələmə tətbiq olunmalı, sublimasiya üsulu ilə yüksək dəqiqlikdə icra edilməli və rənglər Pantone kataloquna uyğun təmin olunmalıdır. Material və istehsal prosesi beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olmalı, minimum OEKO-TEX Standard 100 və ISO 9001 sertifikatlarına malik olmalıdır. Məhsul forma və rəng sabitliyini saxlamalı, deformasiyaya və mexaniki təsirlərə qarşı davamlı olmalıdır. | 25 | ədəd |
| 29 | futbol ayaqqabısı Peşəkar istifadə üçün. Üst material: sintetik dəri/mikrofiber, nəfəsalan və aşınmaya davamlı. Altlıq: rezin/TPU, süni örtüklü meydança (TF/AG) üçün uyğun. Gücləndirilmiş daban, amortizasiyalı içlik, sürüşməyə qarşı yüksək tutuşlu altlıq. Çəki: maksimum 350 q. Ölçülər: 39–46. | 25 | ədəd |
| 30 | Tədbir üzrə kompleks dizayn işlərinin hazırlanması Turnirin vahid vizual konsepsiyasının hazırlanması və təsdiq olunmuş əsas dizaynın bütün reklam və tədbir daşıyıcılarına adaptasiyası. Dizayn işlərinə giriş arkası, Fan Zone, mükafatlandırma səhnəsi, wayfinding, izdiham baryerləri, LED ekranlar üçün vizual materiallar, komandalar üçün əl lövhələri, fotozona, rəqəmsal materiallar və digər tədbir elementlərinin dizaynı daxil olmalıdır. Bütün fayllar istehsala hazır texniki formatlarda və faktiki ölçülərə uyğun hazırlanmalıdır. | 2 | ədəd |
| 31 | İşçi qüvvəsi Malların anbardan çıxarılması, yüklənməsi, tədbir ərazisinə daşınması, quraşdırılması, tədbir bitdikdən sonra sökülməsi və yenidən Nazirliyin anbarına çatdırılması xidmətləri göstərilməlidir. İşlərin icrası üçün ən çoxu 10 nəfərdən ibarət işçi qüvvəsi tələb olunur. İcra müddəti il ərzində müxtəlif idman tədbirləri üçün. | 2 | ədəd |
| 32 | Mini-futbol meydançası üçün müvəqqəti peşəkar işıqlandırma sisteminin icarəsi və quraşdırılması Mini-futbol meydançasının oyunlar və mərasimlər zamanı peşəkar səviyyədə işıqlandırılması üçün müvəqqəti işıqlandırma sisteminin təmin edilməsi. İşıq avadanlıqları Tennis Akademiyasının mövcud yuxarı daşıyıcı konstruksiyalarına və ya tavan ferma sisteminə yalnız əvvəlcədən razılaşdırılmış və texniki cəhətdən icazə verilən nöqtələrdən bərkidilməlidir. Meydanın ətrafında döşəmə üzərində ayrıca işıq dirəklərinin yerləşdirilməsi nəzərdə tutulmamalıdır. Sistem bütün oyun sahəsinin bərabər işıqlandırılmasını təmin etməli və oyunçuların gözünün qamaşdırılmasını minimuma endirməlidir. Peşəkar LED floodlight işıqları, xüsusi asqı və bərkitmə elementləri, təhlükəsizlik trosları, elektrik və siqnal kabelləri, enerji paylama sistemi, hündürlükdə montaj, fokuslama və sazlama, texniki mütəxəssisin növbətçiliyi və demontaj qiymətə daxil olmalıdır. Bütün asqı nöqtələri və konstruksiyalara düşən yük obyektin texniki xidməti ilə əvvəlcədən razılaşdırılmalıdır. | 2 | ədəd |
| 33 | Mükafat təqdimat səhnəsi Mükafat təqdimat səhnəsinin hazırlanması və quraşdırılması. Ölçülər 6,0m × 2,5 m, hündürlük 0,4 m. Konstruksiya yüngül və möhkəm alüminium karkas əsasında hazırlanmalı, stabil və təhlükəsiz yerləşmə təmin etməlidir. Səhnə səthi laminat örtük ilə (ağ rəngdə) işlənməli, hamar və estetik görünüş təmin etməlidir. Konstruksiya intensiv istifadəyə davamlı və deformasiyaya qarşı dayanıqlı olmalıdır. Podiumun arxasında səhnənin uzunluğuna uyğun orta hündürlüyü 2m olan, möhkəm dayanıqlı, üzəri tədbirə uyğun dizayn olunmuş foreks ilə örtülmüş dəmir konstruksiyadan hazırlanmış oval arka. Səhnəyə çıxış üçün hər iki tərəfdən pilləkənlər nəzərdə tutulmalı, təhlükəsiz və rahat istifadə təmin edilməlidir. Çatdırılma, quraşdırılma və demontaj xidmətləri daxil edilməlidir. | 2 | ədəd |
| 34 | Açılış və final oyunları üçün mini futbol meydançasının icarəsi Azarkeş tutumu ortalama 3000 nəfər olan mini futbol stadionu. İnsan kütləsinin rahat və təhlükəsiz evakuasiya imkanları olmalıdır. Geyinib soyunma otaqları təmiz, paltar dolabları işlək, daimi isti və soyuq su ilə təchiz olunan hamamı olmalıdır. | 12 | adam-saat |
| 35 | Tədbir maskotunun hazırlanması və animator xidmətinin göstərilməsi Tədbir üçün təsdiq olunmuş fərdi dizayn əsasında xüsusi maskot kostyumunun hazırlanması. Kostyum animatorun rahat və təhlükəsiz hərəkət etməsinə imkan verməli, daxili ventilyasiya sistemi və kifayət qədər görünüş sahəsi ilə təmin olunmalı, uzunmüddətli və təkrar istifadəyə yararlı olmalıdır. Daşınma üçün xüsusi qablaşdırma, həmçinin açılış və bağlanış mərasimləri zamanı peşəkar animator xidməti qiymətə daxil olmalıdır. | 2 | ədəd |
| 36 | Müğənni xidməti Respublikada tanınmış müğəni tərəfindən musiqili proqram ilə cıxış (40 dəq) 1 müğənni və 1 qrup | 2 | ədəd |
| 37 | Aparıcı xidməti Aydın diksiyaya, düzgün nitq və səhnə davranışına malik olmalıdır Azərbaycan dilində sərbəst və düzgün nitq bacarığı,xarici dil bacarığı Tədbirin ssenarisinə uyğun olaraq proqramı idarə etmək Auditoriya ilə peşəkar ünsiyyət qurmaq Gözlənilməz hallarda proqram axınını idarə etmək | 2 | ədəd |
| 38 | Rəqs xidməti Ölkədə tanınmış breyk dans qrupu tərəfidən çıxış (15 dəq) | 2 | ədəd |
| 39 | Rəqs xidməti Ölkədə tanınmış milli rəqs qrupu tərəfidən çıxış (15 dəq) | 2 | ədəd |
| 40 | Xüsusi effeklərin icarəsi Xüsusi effektlərTüstü (fog) maşını: peşəkar, uzaqdan idarəetmə funksiyalı,Konfeti/zər sistemi: təhlükəsiz, elektrik və ya CO₂ əsaslı,Atəşfəşanlıq sistemi: yalnız açıq hava üçün, sertifikatlı pirotexniki vasitələr, Bütün effektlər təhlükəsizlik qaydalarına uyğun idarə olunmalıdır, Bütün avadanlıqlar sertifikatlaşdırılmış və beynəlxalq təhlükəsizlik standartlarına uyğun olmalıdır, Pirotexniki vasitələr yalnız müvafiq icazə və təhlükəsizlik planı əsasında tətbiq edilməlidir, Quraşdırma və idarəetmə peşəkar texniki heyət tərəfindən həyata keçirilməlidir, Elektrik təminatı və kabel sistemi təhlükəsiz və normativlərə uyğun olmalıdır | 2 | ədəd |
| 41 | Futbol topların alışı Turnir boyu oyunlar üçün futbol topunun alışı. Toplar yüksək keyfiyyətdə və standarta cavab verməlidir. | 12 | ədəd |
| 42 | Könüllülərin qidalanması Açılış və final oyunları zamanı cəlb olunmuş könüllülər üçün keytrinq xidməti | 60 | nəfər |
| 43 | Mükafatlandırma xidmətinin təşkili Yarışlarda ən azı 9 nəfər xanımın iştirakı ilə I,II və III yerləri qazanmış komandaların mükafatlandırma xidmətinin təşkili. Xidmət göstərən şəxslərin tədbir yerinə gəlmələri xidmətə daxildir. | 1 | ədəd |
| 44 | Futbol topu formalı dekorativ şarların hazırlanması və “Ball Drop” sisteminin quraşdırılması Futbol topunun real ölçüsünə yaxın, diametri təxminən 20–22 sm, yüngül materialdan hazırlanmış və futbol topu dizaynında çap olunmuş 1000 ədəd şar. Şarlar mini-futbol meydançasının üzərində, tavan konstruksiyasına təhlükəsiz şəkildə bərkidilmiş xüsusi böyük tor daxilində yerləşdirilməlidir. Açılış və/və ya bağlanış mərasimi zamanı idarə olunan mexanizm vasitəsilə tor açılmalı və şarlar meydança boyunca yavaş və təhlükəsiz şəkildə aşağı düşməlidir. Sistemə şarlar, çap, tor, təhlükəsiz asqı sistemi, açılma mexanizmi, hündürlükdə montaj və demontaj daxildir. | 2 | ədəd |
| 45 | Açılış və bağlanış mərasimlərinin kompleks rejissor və texniki idarə edilməsi Əvvəlcədən təsdiq edilmiş ssenari əsasında açılış və bağlanış mərasimlərinin tam rejissor və texniki koordinasiyasının həyata keçirilməsi. Xidmətə tədbir rejissoru, stage manager və zəruri texniki heyət, aparıcının, komandaların, artistlərin, musiqi və video materiallarının, işıq və səs sistemlərinin, komandaların meydana çıxışının və mükafatlandırma mərasiminin koordinasiyası daxil olmalıdır. Mərasimdən əvvəl tam texniki məşqin keçirilməsi təmin edilməlidir. | 2 | ədəd |
| 46 | Açılış və bağlanış mərasiminin peşəkar çoxkameralı video çəkilişi və videoçarxın hazırlanması Açılış mərasiminin bir neçə peşəkar kamera və operator vasitəsilə tam çəkilişinin həyata keçirilməsi. Çəkiliş üçün rejissor idarəetmə məntəqəsi, video mikşer, ayrı-ayrı kameraların və ümumi proqram görüntüsünün qeydiyyatı, eləcə də bütün zəruri texniki və kommunikasiya avadanlıqları təmin edilməlidir. Tədbirdən sonra çəkilmiş materiallar əsasında müddəti 60 saniyəyədək olan yekun dinamik videoçarx hazırlanmalıdır. Montaj, rəng korreksiyası, musiqi və qrafik tərtibat qiymətə daxil olmalıdır. | 2 | ədəd |
Satınalmalarının 45 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 29 sen 2026
son qələbə 28 sen 2026
son qələbə 08 sen 2026
son qələbə 19 may 2026
son qələbə 04 sen 2026