Sifarişçi: "MƏRKƏZİ NƏBATAT BAĞI" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
3 satınalma, 3 müxtəlif qalib
Ən çox udan: "PERİ CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyəti (1, 33.3%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.04% ilə 93.1% arasında aşağı düşüblər, medianı 23.01%.
Bu tender üçün bu 53.206 ₼ ilə 43.288 ₼ arasıdır.
3.880 ₼ məbləğindən aşağı heç kim udmayıb.
137 ₼
Sənədlər 25 ₼ + iştirak 112 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Ərazinin dekorativ tərtibatı və payız mövzusunda bəzədilməsi Bağın və tədbir ərazisinin “Payız bayramı” mövzusuna uyğun dekorativ tərtibatı. Xidmətə giriş hissəsinin dekorasiyası – 1 komplekt, əsas tədbir sahəsinin dekorasiyası – 1 komplekt, fotozona – minimum 1 ədəd, payız mövzusunda dekorativ kompozisiyalar – minimum 5 ədəd, süni payız yarpaqları, budaqlar, səbətlər, balqabaq və digər mövsümi dekorativ elementlərin hazırlanması və yerləşdirilməsi daxildir. Dekorasiyaların tədbirə qədər quraşdırılması, tədbir müddətində saxlanılması və tədbirdən sonra sökülərək ərazidən götürülməsi təchizatçı tərəfindən təmin edilir. | 1 | gün |
| 2 | Çadır, masa və tədbir infrastrukturunun təmin edilməsi 500 nəfərlik tədbirin keçirilməsi üçün zəruri masa və müvəqqəti tədbir konstruksiyalarının təmin edilməsi. Minimum 50 ədəd 10 nəfərlik masa və ya funksional baxımdan ekvivalent sayda masa nəzərdə tutulmalıdır. Hava şəraiti tələb etdikdə çadır konstruksiyasının təmin edilməsi, quraşdırılması və sökülməsi xidmətə daxildir. Masa, çadır və konstruksiyaların daşınması, yüklənməsi, yerləşdirilməsi və tədbirdən sonra ərazidən götürülməsi təchizatçı tərəfindən həyata keçirilir. | 1 | gün |
| 3 | Oturacaqlar 500 nəfər iştirakçı üçün minimum 500 ədəd rahat, təmiz və səliqəli oturacaq təmin edilməlidir. Oturacaq hissəsi yumşaq olmalı və tədbirin formatına uyğun görünüşə malik olmalıdır. Oturacaqlar tədbirdən əvvəl razılaşdırılmış sxem üzrə yerləşdirilməli, tədbir müddətində istifadəyə hazır saxlanılmalı və tədbirdən sonra yığılaraq ərazidən götürülməlidir. | 500 | ədəd |
| 4 | Kofe-çay fasiləsi (5 fərqli şirniyyat) 500 nəfər iştirakçı üçün gün ərzində 2 dəfə kofe-çay fasiləsi təşkil edilməlidir. Hər fasilədə minimum 5 müxtəlif şirniyyat çeşidi təqdim olunmalıdır: mini tart/tartelet, mini kruassan, eclair və ya mini profiterol, muffin/keks, kurabiyə və çərəzli peçenye və ya mini paxlava/şəkərbura. Hər iştirakçı üçün hər fasilədə minimum 5 ədəd müxtəlif şirniyyat nəzərdə tutulur. Çay, kofe, şəkər, süd/krem, stəkan, qaşıq, salfet, servis qabları və servis masalarının təmin edilməsi xidmətə daxildir. Məhsullar təzə və qida təhlükəsizliyi tələblərinə uyğun olmalıdır. | 1 | gün |
| 5 | Səs, işıq və texniki avadanlıqların təmin edilməsi 500 nəfərlik tədbir üçün səs və işıq sisteminin tam təmin edilməsi. Minimum: əsas səsucaldıcı sistem – 1 komplekt; minimum 4 mikrofon, onlardan ən azı 2-si simsiz; mikşer; akustik sistem; tədbir sahəsi üçün işıqlandırma – 1 komplekt; dayaqlar, kabellər, elektrik və qoşulma vasitələri. Avadanlıqların daşınması, quraşdırılması, test edilməsi, sazlanması, tədbir müddətində operator tərəfindən idarə olunması və tədbirdən sonra sökülməsi xidmətə daxildir. | 1 | gün |
| 6 | LED ekranın quraşdırılması və texniki təminatı Minimum 4 × 2,5 metr, yəni 10 m² LED ekran təmin edilməlidir. Ekran vizual təqdimatların, foto-video materialların, tədbir proqramının və elanların nümayişi üçün istifadəyə yararlı olmalıdır. Xidmətə ekranın dayağı/konstruksiyası, idarəetmə sistemi, görüntü ötürmə vasitələri, elektrik və siqnal kabelləri, noutbuk və ya idarəetmə qurğusu, operator, daşınma, quraşdırma, test, tədbir müddətində texniki dəstək və tədbirdən sonra sökülərək götürülməsi daxildir. | 1 | gün |
| 7 | Foto və video çəkiliş xidmətləri Tədbirin başlanmasından başa çatmasına qədər fasiləsiz foto və video çəkilişi təmin edilməlidir. Çəkiliş peşəkar fotoqraf və videograf tərəfindən aparılmalıdır. Video çəkiliş minimum Full HD (1920×1080) və ya daha yüksək keyfiyyətdə, foto materiallar yüksək keyfiyyətli rəqəmsal formatda təqdim edilməlidir. Tədbirin əsas mərhələləri, çıxışlar, iştirakçılar, dekorasiya və ümumi görüntülər çəkilməlidir. Seçilmiş materialların ilkin işlənməsi və minimum 3–5 dəqiqəlik yekun video hazırlanmalıdır. Tam çəkiliş və foto-video materialları elektron daşıyıcıda və 3 nüsxə DVD-də, payız mövzusunda dizayn edilmiş qutuda təqdim edilməlidir. | 1 | gün |
| 8 | Çap materialları, banner və məlumatlandırıcı materialların hazırlanması Tədbirin mövzusuna uyğun çap və vizual materialların hazırlanması, çapı və yerləşdirilməsi. Minimum: əsas banner – 1 ədəd, ölçüsü minimum 4 × 2 metr; tədbir proqramı – 500 ədəd; istiqamətləndirici və məlumatlandırıcı lövhələr – minimum 5 ədəd; zəruri elan və məlumat materialları. Dizaynın hazırlanması, sifarişçi ilə razılaşdırılması, çap, tədbir ərazisinə çatdırılma, quraşdırma və tədbirdən sonra sökülmə xidmətə daxildir. | 1 | gün |
| 9 | Təşkilati, logistika və təsərrüfat xidmətləri Tədbirin hazırlanması və keçirilməsi ilə bağlı bütün təşkilati və logistika işlərinin koordinasiyası. Dekorasiya, mebel, avadanlıq, qida və digər materialların daşınması, yükləmə-boşaltma, ərazinin hazırlanması, xidmətlərin koordinasiyası, tədbir zamanı təsərrüfat ehtiyaclarının qarşılanması, tədbirdən sonra avadanlıq və materialların yığılması və ərazinin ilkin vəziyyətinə gətirilməsi xidmətə daxildir. Bütün əlaqədar nəqliyyat və logistika xərcləri təchizatçı tərəfindən qarşılanır. | 1 | gün |
| 10 | Təmizlik və təchizat xidməti Tədbir məkanının tədbirdən əvvəl, tədbir müddətində və tədbirdən sonra təmiz saxlanılması. Xidmətə təmizlik işləri, zibil qablarının yerləşdirilməsi, tullantıların yığılması və daşınması, sanitar qovşaqların təmizliyinin təmin edilməsi, təmizlik vasitələri və sərf materiallarının təmin edilməsi daxildir. Tədbirin keçirilməsi üçün tələb olunan elektrik, su və kanalizasiya imkanlarının istifadəyə hazır vəziyyətdə saxlanılması və zəruri texniki təminatın təşkili təmin edilməlidir. | 1 | gün |
| 11 | Musiqi və əyləncə proqramının təmin edilməsi “Payız bayramı” mövzusuna uyğun musiqi proqramının hazırlanması və tədbir müddətində musiqi müşayiətinin təmin edilməsi. Xidmətə fon musiqisi, açılış və keçidlər üçün musiqi seçimi, tədbirin müxtəlif mərhələlərinə uyğun musiqi proqramı və musiqinin texniki avadanlıqla səsləndirilməsi daxildir. Musiqinin idarə edilməsi üçün DJ/operator təmin olunmalıdır. Musiqi proqramı 500 nəfərlik tədbirin formatına uyğun hazırlanmalıdır. | 1 | gün |
| 12 | Sərgi stendləri Hazır işlərin və dekorativ nümunələrin nümayişi üçün minimum 50 ədəd sərgi stendinin hazırlanması və quraşdırılması. Stendlər dayanıqlı, səliqəli və təhlükəsiz konstruksiyaya malik olmalı, tədbir məkanına uyğun dizaynda hazırlanmalıdır. Minimum ölçü təqribən 0,8 × 1,8 metr və ya funksional baxımdan ekvivalent olmalıdır. Daşınma, quraşdırma, tədbir müddətində istifadəyə hazır saxlanılması və tədbirdən sonra sökülməsi xidmətə daxildir. | 50 | ədəd |
| 13 | Təhlükəsizlik xidməti Tədbir günü ərazidə təhlükəsizliyin və nizam-intizamın təmin edilməsi üçün minimum 3 nəfər təhlükəsizlik əməkdaşının təmin edilməsi. Təhlükəsizlik əməkdaşları tədbir başlamazdan ən azı 1 saat əvvəl ərazidə olmalı və tədbir başa çatdıqdan, iştirakçılar ərazini tərk etdikdən sonra ən azı 1 saat xidmət göstərməlidirlər. Xidmətə giriş-çıxışa nəzarət, ərazinin mühafizəsi, kənar şəxslərin nəzarətsiz daxil olmasının qarşısının alınması və ümumi asayişin qorunması daxildir. | 3 | nəfər |
Satınalmalarının 13 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 14 sen 2026
son qələbə 23 sen 2026
son qələbə 11 sen 2026
son qələbə 08 iyl 2026
son qələbə 19 dek 2025